Jump to content

virtualsculptor

Amateurs
  • Posts

    153
  • Joined

  • Last visited

Posts posted by virtualsculptor

  1. SSRİ aşiqi olanları hərtərəfli başa düşmək olar bir məsələdən başqa - a kişi, bu SSRİ sənin millətinin bütün ziyalılarını sürgün edib, millətinin bütün öndə gedənlərini məhv edib, millətimizin bu gün bütün çatışmazlıqlarının əsas səbəblərindən biridə budu, çünki qaymağı götürüblər. İndi bütün bunları bilə - bilə necə diliniz gəlir SSRİ - ni tərifləməyə? Rusun adı gələndə sənin sovet vaxtında yediyin marojna yox, bu saydıqlarım yadına düşməlidi. Məhəttələm.

     

    1939455_657245434335146_352294667_n.jpg

     

  2. Bu mövzu isə  konkret  soruşur :  Müstəqilliyimizin tərəfdarısan , ya müstəmləkə olmağımızın

     

     ... that is the question ))

     

    Konkret söhbətdi. Mənə də maraqlıdı, bu forumda həqiqətən müstəmləkə olmağımızın tərəfdarı olan var? Məsələn, gömrük ittifaqı adı altında Rusiyanın ayaqları altına uzanmağımızı kim arzulayır? Və yaxud "keçmişdə müstəmləkə idi elə zor idi, kaş ömrümüzün sonuna kimi müstəmləkə qalaydıq" deyirsiniz?

  3. Razıyam, stroybat söhbətində haqlısınız. Əvvəldə dediyim kimi, millətimizin mənfi cəhətləri çoxdu. Amma şəxsən mən sovetin ən gözəl dövründə yağ-bal içində  rusun əsarəti altında yaşamaqdansa indiki çətin zamanda müstəqil dövlətimdə yaşadığım üçün şadam. Yeri gələndə bayrağımı qaldıra bilmək mənim üçün hər şeydən vacibdi. Bu qürur məsələsidi, qalan xırda detalları müzakirə edib özümüzü yormağa dəyməz.

     

    Bir şeyi də unutmaq olmaz ki, sovet hökuməti Rəsulzadənin qurduğu Azərbaycan dövlətini yıxıb öz iylənmiş dövlətini qurub və kim bilir bizi neçə əsr geriyə atıb. Elə təkcə buna görə sovet hökumətinə nifrət etməyinə dəyər.

  4. SSSR-i azerbaycanlilari stroybata salmayib, azerbaycanlilar pul verib uwaqlarini stroybata saldirirdilar.

    SSSR-i vaxti ruwvet Azerbaycandan chox olub? Bunu termometrnen olchmusen? 

    Təklif edirəm ki, termometri qoltuğunun altına qoyub qızdırmanı yoxlayasan. Rüşvət Azərbaycandan çox olub yazmamışam, belə yazmışam: "Bir də unutmayaq ki, o vaxt da rüşvət və tapşırıq çox olub" Ümid edirəm fərqi hiss etdin.

     

    Həmçinin yazarkən etik qaydaları nəzərə alın zəhmət olmasa.

  5. Mən həmişə bizim millətdən narazı olmuşam, elə indi də narazıyam. Səbəblər çoxdu, daima kiməsə atıb qabağa düşmək instinktindən tutmuş milli mentalitetinə kimi. Hər zaman da gedib avropa ölkələrindən birində yaşamaq istəmişəm. Amma hələ indiyə kimi hansısa ofisdə və ya idarədə mənimlə rus dilində danışan adamla rus dilində danışmamışam, rus dilini bilsəm belə. Azərbaycan dilini yaxşı başa düşməyəni olduqda belə zülmlə də olsa zəhmət çəkib nə dediyimi başa düşüb. Çünki, mənim ölkəmdə yaşayıb məni başqa dildə danışmağa məcbur etməsini özümə təhqir hesab edirəm. Pisdi yaxşıdı millətim mənim üçün doğmadı və heç bir yad millətin nümayəndəsinə artıq əskik danışmağa icazə verməmişəm və vermərəm.

     

    Rus nə vaxtsa bizə iş verib, çörək verib, təhsil verib. Amma hər bir Azərbaycan vətəndaşını təhqir edərək bunu edib. Öz dilində danışmağı unutdurub, Azərbaycandan gedən əsgərlərin böyük əksəriyyətini stroybata göndərib və s. Hələ repressiyalardan danışmayaq. Bir də unutmayaq ki, o vaxt da rüşvət və tapşırıq çox olub, yəni sovet elə də müqəddəs deyil.

     

    Bəlkə kiməsə çörək vacibdi, şəxsən mənim üçün milli qürurum hər şeydən üstündü.

  6. Aydın məsələdir həyat əclafdı, insanların böyük əksəriyyəti şərəfsizdi və s. İndi gedək kiminsə qapazaltısı olaq ki, əsas puldu?! Ümumiyyətlə belə xəstə ruhlu yazılar və bədii əsərlərdə realizmdən söhbət gülünc görsənir. Əsl realist olub Şopenhauer, fikirləri də sağlam və məntiqlidir.

     

    Belə başa düşürəm ki, Seymur ciddi fəlsəfi əsərləri heç vaxt oxumur, əvəzində ağlamalı bədii əsərlər oxuyur və ortaya belə yazılar çıxır.

×
×
  • Create New...