Jump to content

Кельт

Members
  • Posts

    1,546
  • Joined

  • Last visited

Blog Entries posted by Кельт

  1. Кельт
    Hekayə.
    Qisas.
    O gün elə bil ürəyimə nəsə danmışdı, qəribə və səbəbsiz bir narahatçılıq var idi içimdə, leytenantın məni səsləməsi sanki məni yuxudan ayıltdı.
    - Məmmədov, gecə postda duracaqsan, saat 12-dən səhər saat 7-yə kimi, get indi dincəl bir az.
    - Baş üstə Cənab Leytenant, -cəld ayağa durub cavab verdim.
    Axşamdan xeyli keçmişdi, gecə saat 11 olardi yuxudan ayılanda, heç yerimdən qalxmaq istəmirdim, lap evimiz yadıma düşdü, yorğana bürünüb səhərə kimi mışıl-mışıl yatardım, anam həmişə deyərdi, yaz yuxusu şirin olur, adam heç yerindən qalxmaq istımir. Yerimdən qalxıb mətbəğə tərəf yollandim, içəridə məndən başqa növbəyə çıxacaq əsgərlər oturmuşdu. Yaxınlaşıb görüşdüm onlarla, hal-əhval tutdum, özümə çay süzüb oturdum masanın arxasına.
    - Kamal, səhərə kimi yatdı yoxdur, özüdə pulemyot sənə əmanətdir, sənin üçün gitara deyil bu bağrına basıb sevgi mahnıları oxuyasan,-Əhməd mənə zarafatla sataşdı.
    - Bilirəm, postda konsert vermirəm, -deyərək mən gülümsədim.
    - O köpək uşaqlarına ən yaxın mövqedə bizik, zarafat biryana uşaqalar, diqqətli olmaq lazımdır, 200-250 metrədir aramiz,-dedim.
    Bir az söhbətləşib çıxdıq mövqeyə. Orda olan əsgərlər postdu bizə təhvil verib hissəyə yola düşdülər, səngərdə hərə öz mövqeyini tutdu. İndi səhərə kimi gözümü düşmən mövqeyinə tuşlayıb, qırğı öz şikarına baxan kimi məndə ermənilər tərəfə baxacam, əsas odur ki yuxuya getməyim. Ancaq gecə posta durmağın öz ləzzəti var. Gecənin öz sehri var. Gecə təbiət yatır, ancaq ulduzlar oyanır, birdə fikirlər, düşüncələr, hansılar ki elə bil səni göydə axtarıb yerdə tapıblar, ha qaçırsan onlardan, ancaq qaçıb canıvı qurtara bilmirsən.
    Ətraf da tam sükuta boyanıb, elə bil bu dünyada lap tək qalımisan.
    Bu sükutu arada yaxınliqdaki dərədən çaqqaların ulaşması pozur, onlarda saat 4-ə kimi ulaşıb sonra susurlar.
    Mənim 5 addımlığmda mövqe tutmuş Rasimdə nəsə qaradinməzdi bu gün, avtomati hazır vəziyyətdə tutub səngərə söykənibdir, sanki işarə gözləyir ki, atəş açsın.
    - Dünən yaman atışma var idi, yaxşı ki uşaqların hamısı sağ salamatdır, alçaqlar pulemyotu işə salmışdılar, özüdə mənim pulemyotumdan, 12,7 millimetrlik kord.
    - Hə, lap qudurublar cındırlar, cavablarını yaxşı verdik, maraqlıdır, görən olardan yaralanan ya da ölən oldu?. –Rasim soruşdu.
    - Nə bilim, yaqin ki yox, yoxsa xəbər gəlib çatardı, ancaq nə od qoyardım indi onlara, köpək oğlunun 12,7 millimetri, adamın lap qanın oynadır, yiyib dağıdır qabağındakını, nə yuxularına haram qatardım, tətik elə bil barmağımı yoldan çıxarır, 30 dənə gülləni boşaldardım it uşağının üstünə.
    Bu sözləri deyib soyuq pulemyotun qundağını çiynimə sıxdım, erməni mövqelərini nişangahla gözdən keçirdim, heç bir hərəkət yox idi onlar tərəfdə.
    Rasimdə mənim kimi İnstitutu qurtaran kimi əsgərə çağırılıb, Qubalı balasıdı, eyni vaxtdan hissəyədəyik, altı ay yarımdı burdayıq, ondan qabaqda 3 ay təlimdə olmuşuq. Biraz qaraqabaq olsada ürəyi təmiz oğlandır, nə vaxt baxsan əlində kitab görərsən, boş vaxtlarında ingilis dilini öyrənməyə çalışır, ingilis dilində tədris kitabları oxuyur, deyir əsgərlikdə adam bir şey ilə məşqul olmasa geriləyər. Əsgərlikdən sonra Bakıda xarici şirkətlərin birinə işə düzəlmək istəyir, deyir əsgərliyimin qalan müddətinə kimi ingilis dilini lap yaxşı öyrənəcəm, sonra iş tapmaq hasand olsun.
    O biri uşaqlar nəsə söhbət eləyirdilər, deyəsən lətifə “qızışdırırdılar” bu bizim Səlyanlı balası Həsənin sevimli sözüdüri. Həsən olan yerdə lətifə, deyib-gülmək var, nə vaxt baxsan kefi kök, damağı çağ, özüdə yaxşı yeyib içən oğlandı, zalım balası elə bil tamadadı, diliynən ilanı yuvasndan çıxarar. Bizə həmişə deyir, “sizin toyunuzu özüm aparacam, lap lazım olsa o vaxtda qədər manıslığa da öyrənəcəm, həm oxuyaram həm də tamadalıq eləyərəm”, məzəli insandır Həsən.
    Səməddən nə deyim, mərd oğlandır, əsil qədeşdir, Novxanılı balasıdir, ona agsaqqal deyirik, yaşca hamımızdan böyükdür, qarabuğdayı, hündür, lap səhra ərəblərinə oxşayır.. Ümumiyyətlə hissədə uşaqların hamısı canlara dəyən oğlanlardı, heç kim cəbhə bölgəsinə düşməyinə peşman deyil, əksinə, ermənilər tərəfə baxanda elə hey əlimiz gicişir, əsasəndə ermənilər bizə acıq vermək üçün mahnılarını qoyub ulaşanda, elə bil təpəmizdən qaynar su tokurlər. Bu atəşkəs olmasaydı, gotürərdik onların mövqeyini bir saatın içində, qəşəng dərs verərdik onlara.
    Samir isə lap kiçiyimizdi, 18 yaşı təzə tamam olub, ancaq canlı cüsəli oğlandır, kikboksinqlə məşqul olub, Şəmkirdəndir, yaxşı da səsi var. Birdə gorürsən segah deyir özüdə nə deyir, elə bil konsertə baxırsan, hamımız onun xətrini çox istəyirik, o da Həsən kimi söz verib ki, toyumuzda oxuyacaq. Həsənin öhdəsindən ancaq o gəlir, elə hey görərsən zarafatlaşırlar, Samir deyir Səlyanlılar qəzeti tərsinə oxuyurlar, Həsəndə ona cavab verir ki, hindiki qəzetləri düzünə oxusan dəli olarsan, elə tərsinə oxumaq məsləhətdir.
    Ardı var...
  2. Кельт
    Allah sene rehmet elesein, Nusret Kesemenli. Осмысленно и актуально..очень актуально.
    Qoyunlar yeyəcək canavarları...(Nüsrət Kəsəmənli)
    Yolunnan getməyə sələf tapılmır ,
    Ucundan tutmağa kələf tapılmır ,
    İndi ot tapılmır , ələf tapılmır ,
    Qoyunlar yeyəcək canavarları .....
    İstilər çəkilib , sərt sazaq qalıb ,
    Qurdlar perik düşüb , yalquzaq qalıb ,
    Kababçün qalanan bir ocaq qalıb ,
    Qoyunlar yeyəcək canavarları ......
    Qabanlar nəvəni , babamı yedi ,
    Bu eli talayıb , obanı yedi ,
    Quzular qudurb çobanı yedi ,
    Qoyunlar yeyəcək canavarları ....
    Nə dosta ümüd var , nə dayılara ,
    Qurd qanı çilənib boz qayalara ,
    Qoyunlar söykənib ağ ayılara ,
    Qoyunlar yeyəcək canavarları....
    Tülkülər obanı , eli satıbdı ,
    Quzğunlar dərəni , dağı tutubdu ,
    Qoyunların dişi qana batıbdı ,
    Qoyunlar yeyəcək canavarları ......
    Qartal bülbül kimi nəğmələr ötsə ,
    Hər kolu dibində xəyanət bitsə ,
    Hələ belə gedir ....... Belə də getsə ,
    Qoyunlar yeyəcək canavarları .....
  3. Кельт
    Революция, нет, я не призываю людей к революции, мне еще не надоела моя работа)), я не хочу оказаться под колпаком спец. органов, хотя бы по причине того, что нет у меня четких соображений о революции, я не тот человек кто должен замышлять ее, я не политик. Я говорю о внутренной революции, это взрыв и пламя сжигающий твой страх оседающий в уголках твоей души которая по своей сути мешают тебе жить и от которой ты хочешь избавиться, огонь которая уничтожает и тем самым освобождает.
    И пускай ветерь высеивает пепель по морю, распыляя песчанный берег остатками моих сожженных "чувств". Песок от этого нежнее станет и может тогда я смогу общаться с морем каждый день, с каждым ударом волны вода будет смывать мои грехи впитанные в песок, буду жить я в каждой крупинке этого песка и с каждым ударом волны прохлада наступит в душе. Представил, лежишь на песке лениво и тупо смотришь в небо, по которой время от времени плывут облака, тебе даже не хочется вставать, хочется что-бы время остановилось, даже думать лень..
    Эх мечты мечты, вас не поймешь, всегда вы на один шаг впереди меня, почему бы нам не поменятся местами, пускай я буду добиваться всего а вы будете стараться успевать за мной?) Нет? Хорошо, Пусть будет по вашему, не будем менять то, что вьелась в наше сознание тысячилетиями, а то и до революции дорваться не сложно..)
×
×
  • Create New...