Jump to content

elmaryachi

Amateurs
  • Posts

    340
  • Joined

  • Last visited

Posts posted by elmaryachi

  1. Birde bir yolu var yeni eshitmishem payoneer.com da dediyin var yeni ozleri senincun hesab acib karti sene gonderirler.Istesen bu barede etrafli arashdirma ede bilersen.Mende kart yoxdu ona gore ancaq nese ala bilirem pulu nagd shekilde chixara bilmirem

    Bir sayt var etoro.com onlayn forex saytıdır o hem kartlarla hem de pay palla işləyir bəlkə pulu ora köçürüb oradan da karta köçürmək olar. Düzdür yoxlamamışam amma mence olar. Bir de exchange saytlar vasitəsi ilə ola bilsin

  2. Ebay de bele bir problemle rastlashmamisham.Amazonnan bashim chixmir teessuf ki. Beli akauntu almisham tesdiq akauntun tesdiq olunmasine kart problemine gore achmaq olmir qeyri qanuni. En yaxshi variant Rusiyada yashayan tanishiniz varsa onun vasitesile achin.

    Satış üçün adi paypal hesabı açsam bes eder satış üçün çünki orada biznes hesabı da var men ele bilirem ki o şirkətlər üçündür.

  3. Ebay de bele bir problemle rastlashmamisham.Amazonnan bashim chixmir teessuf ki. Beli akauntu almisham tesdiq akauntun tesdiq olunmasine kart problemine gore achmaq olmir qeyri qanuni. En yaxshi variant Rusiyada yashayan tanishiniz varsa onun vasitesile achin.

    Bir de zehmet olmazsa Paypali xaricde acdirdim virtual hesab varsa bes plastik karta ehtiyac var ve yaxudd da plastik karta ehtiyac varsa xaricden gelmelidir.

  4. Deymez) Sen sagol hemsohbet oldugun uchun)

    Kamran bir sual meydana çıxıb Mən amazonda məhsulu yerləşdirmək istədim amma EAN codu istəyir bu yəqin ki, ebayda da var aliexpress dən amazona məhsulun məlumatlarını əlavə etmək istədim belə bir problemi necə həll etmək olar çünki məhsulların ancaq id nömrələri var EAN kodları yoxdur. İkinci sual bəs paypalı başqa bir ölkə adı ilə satıcı olaraq necə qeydiyyatdan keçirim, qeydiyyatdan keçirmək problem deyil amma telefon nömrəsini istəyir yəqin ki yoxlama mesaji da gələcək bax çətinlik burasındadır mənim telefon nömrəm həmin ölkəyə aid olmadığı üçün mesajı qəbul edə bilməyəcəyəm. Siz özünüz açmısınız hesabı yoxsa başqa bir tanışınız hansı ki, xarici ölkələrin birirndə yaşayır. Əvvəlcədən təşəkkürlər!.

  5. salam . bu coxlarinin bashina gelib facebukde bu senin adindan kimlerese terbiyesiz xarakerleri spam videolar gedir onlara basanda onlara da virus dushur bundan nece yaxa gurtarmag olar teshekkur , facebukun ozunde deyesen bu cur spamlardan temizlenmek ucun alet olmalidir, kim bilirsen komek etsin. teshekkur

    Facebookda şikayet bolmesi var oradan hemin mesaji sikayet ede bilersiniz hemin mesajin uzerine gelirsiniz və orada kiçik bir ox goreceksiniz mesaj qutusunun sag yuxari kenarinda onun uzerine vurursuznuz ve şikayet et emri var onun uzerine klik edin ve sonra sikayetin meqsedini secin gonderin.

  6. Beli tamamile dogrudur. Paypal hesabimdan pul cixara bilmirem cunki qanuni deyil Norvec akauntudur evezine Ebayden ve ya paypal qebule eden istenilen e magazadan alish verish etmek olar.Ordan qazandigim pula satish meqsedile 2 eded Htc sensation 4g aldim qaligda hesabda durur.Amazonnansa demey olar qetiyyen bashim chixmir)

    Çox sag ol Kamran vaxt ayırdığın üçün və çox maraqlı mövzudur.

  7. Men ele ba

     

    Salam Elmar.Pochtla bagli tarif cedveli var resmi saytda.Melumati deqiqlesdirib cevdeli bura ataram.En esasi pul qebul ede bilen paypal akauntunuz olmalidir,Azerbaycan hesabli paypal akauntu pul qebul ede bilmir. Xeyr,kitabdirsa problem yashanmamalidir.Satisha bashladigim ilk 2 ay nece deyerler fantastik kechdi bashlangic uchun tebii ki.2 aya 150 dollar gelir elede etdim. Son ayda hechne sata bilmemishem ve ay bitir. Ayliq 10 eded satma limiti var gerek Ebay destek xidemeyile elaqe yaradim ve problem olmazsa limiti artirmalidirlar.Satish ucun mehsullari istenilen dropshipper destekleyen saytdan istifade ede bilersiz ister dhgate olsun ve ya alibaba ,aliexpress.

    Mən elə başa düşdüm ki siz e bayda satdığınız malları sifariş gəldikdən sonra öz adınızdan başqa ucuz satan saytlar vasitəsi ilə sifarişçinin ünvanını qeyd edirsiniz həmin sayt özü məhsulu həmin ünvana çatdırır. Kamran məlumata görə təşəkkür edirəm heç bir məhsul olmadan məhsul satmaq əla fikirdir. Sadəcə mən bu sahədə fəaliyyət göstərməmişəm deyə təcrübəli deyiləm paypal hesabım var. Amma deyesen Azerbaycan qeydiyyatlidir. Paypaldan pulu necə çıxarırsınız? Bir də Amazona da baxdım orada plastik kartladır məncə amazondan birbaşa plastik karta köçürmək olAR PULU.

  8. Çox çətin məsəli qızıl satmaq həm də təhlükəlido. Ümumiyyətlə satış çox qəliz məsələdi. Satış bazarı çoxdan formalaşıb boş yer tapmaq müşküldür demək olar ki.

    Bir sualımda var əslində ikisi birindədir. Sizin satış strategiyanız necədir?. Satış üçün malları necə axtarırsınız onlayn yoxsa offlayn ucuz və ya bahalı? Mənim verə bilmədiyim suallar və maraqlı məqamlar varsa zəhmət olmazsa açıqlayasınız.

  9. Suali olan buyursun.

    Salam Kamran !. Mən kitab satmaq istəyirəm. Verilən sifarişlərin Azərbaycandan kənara göndərilməsi üçün poçta nə qədər ödənilir? və ümumiyyətlə bu malların göndərilməsi zamanı bizim gömrükdə hər hansı bir problem ola bilərmi? Poçt haqları barədə hər hansı bir onlayn və ya bir cədvəl varmı? Bir də indiyə qədər neçə mal sata bilmisən?

  10. Bələdiyyələr lazımsız orqanlardır. Çün ki, vətəndaşların bütün müraciətləri elə müraciət olaraq qalır. Bələdiyyələr hələdə nəyə xidmət etməli olduqlarını bilmirlər. Onların vətəndaşlara köməklik etməsi prossesi ancaq qum çiçək açanda mümkün olar. Bütün vətəndaşlarımızdan xahiş edirəm gəlin biz bələdiyyələrə köməklik göstərək axı onların özlərini saxlamaq lazımdır.

  11. Ancaq Avropa ölkələrinin birindən bizə ən yaxın olanı Türkiyədir. Amma Biletlərin Azərbaycanda satılıb satılmamağı barədə xəbərim yoxdur. Azərbaycandan İstanbula birbaşa dəmir yolu açılacaq bu da səyahətin daha ucuz başa gəlməsi üçün üstünlükdür. Mən özüm də məlumatları internetdən araşdırmışam ona görə də bu mövzunu açmaqda məqsədim Azərbaycandan bu variantla səyahətə çıxmış insanların bu barədə ətraflı məlumatlarını əldə etməkdir. Qaldı qatarların vəziyyətinə mövzunun sonunda rəsmi səhifəni əlavə etmişəm əlavə olaraq qatarların vəziyyətini əks etdirən şəkillərinin linki http://www.eurail.com/trains-europe/night-trains/city-night-line Bu sizdən asılıdır hansı şəhər və ölkələri istəyirsinizsə orayada gedirsiniz. on günlük də var amma qatardan yalnız beş dəfə istifadə edə bilərsiniz bir ay müddətinə isə qatardan istifadə limitsizdir. Tariflər səhifədə var.

  12. Mən bir neçə gün əvvəl dünya ölkələrini daha ucuz qiymətə səyahət etmək haqqında internetdə axtarış etdim və bir rus qızın bloquna daxil oldum o İnterrail adlanan avropa ölkələrini qatarla gəzinti təklif edən bir şirkət haqqında məlumat vermişdi. Mən də bu barədə daha geniş məlumat toplamaq üçün yenidən axtarışlar etdim və wikipediyada bu şirkətin xidmətindən yalnız həmin avropa ölkələrində yaşayan insanların yaxud da həmin ölkələrin birində ən az altı ay yaşamış bir şəxsin istifadə edə bilməsi haqqında məlumat əldə etdim, sonra həmin şirkətin facebook səhifəsinə qeyri - rezident olduğumu və bu xidmətdən istifadə edib edə bilməyəcəyim barədə məlumat vermələrini xahiş etdim onlar da mənfi cavab verdilər amma bu şirkətin qeyri - rezidentlər üçün alternativi olduğunu bildirdilər bu Euroraildir. Eurorail vasitəsi ilə planlaşdırdığınız avropa ölkələrinə bir bilet alaraq səyahət edə bilərsiniz. Xidmət göstərən qatarlar sürət qatarları və gecə qatarları var. Əgər oteldə qalmaq və əlavə pul xərcləmək istəmirsinizsə o zaman gündüzləri gəzib gecələri gecə qatarı ilə yola düzəlmək lazımdır bu minvalla otel ehtiyacını da ödəmiş olacaqsan. Həmin ölkələrdə olacaq karnavalları da nəzərə alıb səyahətinizi həmin karnavallara uyğun da tənzimləyə bilərsiniz. Yunanısta, İspaniya, İtaliya, Paris, İsveçrə, Almaniya və s ölkələri bir biletlə gəzə bilərsiniz. Mən bəzi Türk vətəndaşlarının fikirlərini də nəzərdə keçirdim onların dediklərinə görə ən azı sizə səyahət üçün1200 yevro bəs edər. Və çoxlu əşya götürməyə də ehtiyac yoxdur. Bəziləri yol kənarında çadırlarda və qatar kənarlarında gecəldiklərini də bildirirlər. Özünüzlə bir yol yoldaşı da götürsəniz əla olar macəra axtarranlar üçün əla fürsət və gözəl xatirədir. Bizə yaxın olan ölkələrdən Türkiyədir və bileti aldıqda Türkiyədə istifadə etmək mümkün deyil umumiyyətlə aldığın ölkədə bilet yararsızdır gərək növbətii ölkədə səyahətə başlayasan ya Türkiyədən Yunanıstana və ya avropa birliyinə daxil olan digər ölkələrin birindən başlayasan. Mənim üçün maraqlıdır əgər bu vasitə ilə avropa ölkələrini səyahət edənlər varsa Viza almaqdan tutmuş biletləri necə alıb haradan gəzintiyə başlayıb və necə qayıdıb ümumiyyətlə səyahətə başlamaq və bitirmək haqqında nə bilirsə zəhmət olmazsa bölüşəsiniz.

     

    Rəsmi səhifəsi: http://www.eurail.com

  13. Bütün bu milliyyətçilik, təriqətçilik, dövlətlər, insanlar arasında qoyulan səviyyə söhbətləri hamısı insanları bir-birinə qarşı qoymaq üçün vasitədən başqa bir şey deyil. İbadət edənlər öz ibadətində olsun etməyənlərdə öz işlərində inanın ki, bu məsələlərə aydınlıq gətirmək heç birimizin işi deyil və kiməsə görə hamını pis görmək də düzgün görüş sayıla bilməz. Hacı Şahinin çox maraqlı və düşündürücü söhbətləri var hər insan səhv edə bilər və əgər hansısa cümlənin fəlsəfəsini başa düşmürsənsə və ya onu səhv qəbul edirsənsə məsələyə heç də önmühakimə ilə yanaşmaq olmaz Hacı Şahin mütləq dediyi sözün fəlsəfəsini bilir və ona görə həmin sözü dinləyicilərə çatdırır.


  14. Aparıcı bankların birine -Call Centre Manager tələb olunur.

    Əmək haqqı: 1000 AZN

    Vəzifələri:

    1.İnzibati sahə:

    a.Bölmənin təlimatını, əməkdaşların vəzifə və öhdəliklərini hazırlamaq, yeniləmək və həyata keçirilməsi işinə nəzarət etmək;

    b.Tabeçiliyində olan əməkdaşların nizam-intizam məsələsinə nəzarət etmək;

    c.Rəhbərlik etdiyi bölmədə hazırlanan məktublara nəzarət etmək və imzalamaq.

    2.Cari işlərin görülməsi üzrə:

    a.Bölmədinin müvafiq hesabatlarının aparılması;

    b.Digər, təhkim olunmuş, cari işlərin görülməsi tələb etmək.

    3.Bölmənin fəaliyyətlərinin planlaşdırılması sahəsi:

    a.Fəaliyyət planının həyata keçirilməsi üçün əməkdaşlarına müvafiq göstərişlər vermək və onun həyata keçirilməsi işinə nəzarət etmək;

    b.Fəaliyyət planından kənar görülən işlər barədə öncədən məlumatlanmasına və müvafiq tədbirlərin görülməsinə nəzarət etmək.

    4.Satış kanallarının inkişaf etdirilməsi:

    a.Telefon bankçılığı üzrə satış kanallarının inkişaf etdirilməsi strategiyasını hazırlaması və onun həyata keçirilməsini tələb etmək;

    b.Bankın məhsul və xidmətlərinin birbaşa satışının təşkili və həyata keçirilməsinə nəzarət etmək, bunun üçün hər bir məhsul və ya xidmət növü ilə bağlı fəaliyyət proqramları hazırlamaq və görülmüş işlərlə bağlı birbaşa rəhbərinə mütəmadi hesabatlar vermək;

    c.Rəhbərlik etdiyi bölmənin həftəlik, aylıq, rüblük və illik satış planlarını hazırlamasını tələb etmək və birbaşa rəhbəri ilə razılaşdırmaq;

    d.Pərakəndə bank biznesi sahəsi üzrə satış göstəricilərini mütəmadi təhlil etmək, hesabatları nəzərdən keçirmək və göstəricilərin dəyişmə dinamikasını üzə çıxarmaq;

    e.Pərakəndə bank biznesi sahəsi üzrə məhsulların çarpaz satışını təşkili və həyata keçirməsini tələb etmək.

    5.Mövcud məhsul və xidmətlərin satış səviyyəsinin müntəzəm hesabatlarını təhlil etmək.

    6.Məlumat vəziyyətinin avadanlıqlarının daim işlək vəziyyətdə olmasına nəzarət etmək;

    7.Məlumat mərkəzilə əlaqədar olan bütün digər cari işlərin zamanında yerinə yetirilməsini təmin etmək.

    Səlahiyyətləri:

    Hər bir bank məhsulu, bankın fəaliyyəti, inkişaf tarixi, yenilikləri, filial şəbəkəsi barədə dəqiq və hərtərəfli məlumatları tam və məhdudiyyətsiz əldə etmək

    Vəzifəyə olan tələblər :

    vətəndaş qüsursuzluğuna malik olma,

    İqtisadiyyat və Maliyyə sahəsində ali təhsilin olması,

    sahəsi üzrə minimum 2 illik təcrübəyə malik olması,

    Word, Excel və Internetdə işləmə bacarığı,

    Müvafiq qanunvericiliyin bilməsi,

    qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyətlərə malik olmaq.

    [email protected]

    Birbasa deyin ki ise goturmuruk

  15. Burada söhbət zamannan getmir. Buna da fikir bildirərəm. Astrofiziklər də Enişteyinnən sonra bu sahəni inkişaf etdirməyə çalışırlar. Enişteyinin nəzəriyyəsində, zaman surətdən asılıdı. Guya 300 illiy işıq surəti olan yolu, 3 saata keçsəy,yerdə 300 il keçəcəy və biz bu 300 ili 3 saat kimi heysab edəcəyik. Bu nəzəriyyənin bir sübutu yoxdu!

     

    Mənim dediyim məkana aiddi, zamana yox. Bizim qalaktika bir məkandı. Bu məkanıs başlanğıcı və ya sonu varmı? 

     

    İstənilən bir otağın, tavanı var. Bizim qalaktikanın tavanı hara gedib çıxır?

    Sizi əmin edə bilərəm ki bu sualın cavabı ikidir həm var həm də yoxdur seçim sizindir çün ki hələ insanların elə bir texnikası yoxdur ki, axira qeder bu müemmanin ardinca getsin ona gore de helelik belkede hemiselik bu sual sual olaraq qalacaq

  16. Yer kuresinde butun gunahlar insanlardadi, Islami da insanlar yaradib bu da en boyuk gunahdir.

    Əgər İslam dini bir günahdırsa onda onun günah olmasının nə mənası var çün ki günahkarlar öz günahları barədə ancaq Allah qarşısında cavab verəcəklər. Başqa sözlə desək mən cinayətkaram və heç kim məni mühakimə etmək gücündə deyil onda mən günahkar deyiləm.

  17. Salam! Demək olar ki, iki il əvvəl ağlıma belə bir fikir gəldi gələcəkdə elə bir avadanlıq olacaq ki bir qutu şəklində və həmin qutunun telefon nömrəsi kimi ünvanı olacaq və internet vasitəsi ilə bir insan digər insana qutunun içinə qoyduğu əşyanı onun qutusunun nömrəsini yığmaqla saniyədən qısa müddətdə göndərə biləcək. Çün ki, maddəni ən kiçik zərrəciklərə parçaladıqda o elekromaqnit dalğasına çevrilir və digər bir məkanda yenidən əşya bütünləşir. Bəlkədə gələcəkdə hansısa avadanlığın kəşfinə və təkmilləşməsinə təkan verəcək və gələcəyi dəyişəcək fikirlərimiz var amma bu fikirlər elə bizim düşüncəmizdə bir fikir olaraq qalır həmin bu fikirləri bu mövzu çərçivəsində paylaşmaq fikriniz varsa onda buyurun fikirlərinizi bildirin.

  18. indiyedek paypalla mal almamiwam, amma hami deyir ki en tehlukesiz aliw-veriw paypalla olur, zehmet olmasa deyin paypal sistemi aliw veriw zamani sizden elave ne qeder pul cixir? meselen 30 dollarliq mal almisiz+10 dollar shipping, bes paypal ne qeder pul alir?

    Mən də bir iki dəfə ebay dan mal almışam amma mal və göndəriş haqqından başqa hesabdan əlavə vəsait çıxmayıb paypalı ebay alıb ona görə də əlavə məbləğ çıxılmır.

  19. Salam.Mene Portuqaliyadan bir adam pul gonderecek.Ama mende paypal Visa Karti qebul etmir.Bawqa hansi usulla ede bilerik ki men pulu elde ede bilim ?

    Salam Siz bu əməliyyatı exchange saytlardan kartdan karta mueyyen faiz odemekle kochure bilersiniz. Ya da netellerde hesab achin ve pulu sizin neteller hesabiniza kochursun sonra kartinizi netellere qoshun ve pulu cixarin bunun uchun netellerde kartinizi qeydiyyatdan kecirdikde sizin kart hesabiniza nomre gelecek hemin karti aldiginiz banka muraciet edin sizden karti aldiginiz zaman banka veridyiniz parolu sorusacaqlar hemin parolu deyirsiniz ve gelen nomreni size bildirecekler bundan sonra siz hemin kodu netellerde elave edib testiqini gozleyin ve yashil qeyd isharesini gorduyunuzde demeli kartiniz artiq netellerde aktivdir. Amma birinci variant  daha asan olardi eger hele de pul kocurmek isteyirsinizse mene yazin men sizin uchun excahnge sayt taparam. Hem de sayt etibarli olmalidir ki sizin pulunuzu menimsemesin.

×
×
  • Create New...