Jump to content

Gilenar

Members
  • Posts

    865
  • Joined

  • Last visited

Posts posted by Gilenar

  1. 8 часов назад, azda сказал:

     

    Aleykum salam . Hemise siz gelesiz ) Tesuf forumdan Garatel xanimla bir uzaqlashdiz ,  coxdanki yuzerleri ara sira gormek xoshdur , herden tukenmekde olan forumumuza bash chekseniz  hamimiz sevineceyik )) :rroza:

    Azda xanım, sizləri yenidən gördüyümə, yenidən disput oxuya və yaza bildiyimə mən də çox sevinirəm. İşimlə əlaqədar vaxtım olmurdu düzü. Bundan sonra çalışacam vaxt olduqca maraqlı və dəyərli yazılarınızdan faydalanım. :)

    • Upvote 2
  2. Başqa versiyalar da ola bilər. Ona bu işdə kömək edən də ola bilər. Bəlkə evlənməmişdən qabaq qurulmuş ssenari. Ərin və ya ərin ailəsinin imkanı yaxşıdırsa əvvəlcədən planlaşdırılıb ki 80 min tələb etsin. Uşaq isə görünür o qızın heç vecinə olmuyub. 

     

    Bu arada forum əhlinə salamlar. 

     

     

    • Upvote 4
  3. İpoteka şərtləri daha qəlizdir. İpoteka 8 %-lə verirlər dövlət işçiləri üçün, ona da hətta şirinlik lazımdır ))) Faizlə və ya faizsiz bunlar konkret deyir ki, 1 kv. 550 azn. Sadəcə kreditlə tikilməyən, hazır olmayan blokdan verirlər. Qaz mübahisəli olaraq qalıb. Qaz xətləri çəkilib deyilənə görə. Kupça isə bina tam təhvil veriləndən sonra veriləcək. Bu evlərdən kim alıbsa təcrübənizi bölüşün zəhmət olmasa. Bir də şirkətin etibarlılığı məsələsi var. Məlum məsələdir hazırda MTK-lar çox aldadır.

  4. Bu dəfə məsləhətə ehtiyac var. Union Park evləri haqqında maraqlanıram. Məndə olan məlumata görə 7-ci mkr-da yerləşir. Bir bina tikilib və artıq istifadəyə verilib. Digər binada isə hazırda 2-ci blok tikilir. Mənzillər 5 illik kreditlə kv 550 azn satılır.

    Buradan ev alan varsa evlərin keyfiyyəti, qazı, kupcası, komissiyadan keçib-keçməməsi haqqında məlumat verin. Təbii ki, şirkət haqqında da məlumat pis olmazdı.

  5. Doktor cavabınıza görə təşəkkür edirəm. Düzü bir qədər ürəkləndim.

    Mən eynəkdən istifadə etməliyəmmi? Çünki başqa bir həkimə də yoxlanmışdım, mənə eynəkdən istifadəyə ehtiyac olmadığını söylədi. Yalnız kompüterdən istifadə zamanı qoruyucu eynək istifadə etməyimi məsləhət gördü.

    Bir də makulodistrfoiyanın həqiqətənmi Çarəsi yoxdur?

  6. Salam doktor. 27 yashim var. Iki il once hamilelik zamani gozumu yoxlatdim ve mende diaqnoz bele oldu.

    OD -150-075

    OS -100-125

    Bundan başqa "Distrofiya" oldugunu söylədilər ve keser əməliyyatına göstəriş verdiler. Sag gozumde tor qişada 4-5, sol gozumde ise 9-10 yırtıq olduğunu söylediler. Bu yırtıqların lazer emeliyyatı ile bağlana bileceyini dedilər. Səbəbini soruşduqda distrofiya anadangelme və irsən olurmuş. Bu nə dərəcədə düzgündür. Bildirim ki, xalamda "makulodistrofiya" diaqnozu qoyulub və deyilənə görə heç bir çarəsi yoxdur bu xəstəliyin. 46 yaşı var. Xalamda bu xəstəlik yüksək stres və əsəbilikdən sonra özünü göstərdi. Distrofiya ilə makulodistrofiyanın nə kimi əlaqəsi var? Həqiqətən də bu irsidirmi? Məndə olan distrofiya nə dərəcədə təhlükəlidir və gələcəkdə makulodistrofiyaya çevrilə bilərmi? Qarşısını necə ala bilərəm? Zəhmət olmasa məsləhət verin.

    Qeyd edim ki, uşaq yaşlarımda görmədə heç bir narahatlığım olmayıb. Son 10 il ərzində uzağı yaxşı görə bilmirəm. Bu problemi sol gözümdə daha çox hiss edirəm. Başqa bir problemim yoxdur.

    P.S. İşim kompüterlə əlaqəlidir. Günün 8 saatını kompüterlə işləyirəm. Bu da distrfoiyanın kəskinləşməsinə gətirib çıxara bilərmi?

    Əvvəlcədən təşəkkürlər!

  7. O gun bazardan sarmisaq alanda satici dedi ki, sarmisagi ozun gotur men versem aciliq olar ))) Hec birine inanmiram. Ancaq nezere inaniram (belke de inandigim ucun ele nezere cox gelirem thinking.gif )

    P.S. Bir defe toylardan birinde bir-iki qohum-eqreba terif etmishdi ki, ne gozel gorunursen. Sabahi alnimdan 4 dene goz yarasi birden cixmishdi. Alin, burun, goz o qeder shishmishdi ki, 1 hetfe ishe gede bilmedim facepalm.gif

  8. Qorod Vetrov üçün

    Xaçapuri

    İki cürə xəmirdən hazırlamaq olar.

    1-ci variant:

    Mayalı xəmir yoğrulur. Və xəmir gələnə qədər gözlənilir. Sonra həmin xəmirdən balaca kündələr edib (qutab kündəsi qədər) yayırsan. Sonra həmin yaydığın yuxanı yağlayırsan və konvert kimi bükürsən. Bir qədər iri olmalıdır, çünki təkrar bir dəfə də büküləcək. Dördkünc xəmirin ortasına pendir və ya ət qoyub yenə dord künc bükürsən. üzərinə yumurta çəkib 170-180 dərəcədə bishirirsən.

    2-ci variant: (Mən bunu daha çox sevirəm). Şəkildə olan bu variantda hazırlanmış xaçapuridir.

    Bunun üçün bir gün əvvəldən qat-qat xəmir hazırlanır. Qat-qat xəmir üçün:

    6 st un

    3 yumurta sarısı

    300 qr qatıq və bir qədər soda

    Su

    400 qr yağ

    Yağdan başqa bütün ərzaqlarla birgə xəmir yoğrulur. Sonra böyük kündə düzəldib yayırıq. Təbii ki, nazik lavaş yox qalın formada. Yağın 100 qr cekib 1 saat soyuducuda saxlanır. Qalan 300 qr yağ da hər dəfə 100 qr olmaqla bir saatdan bir cəkilib soyuducuuya qoyulur. Və xəmir 5-6 saata hazır olur. Yaxşı olar ki, bir gün əvvəlcədən xəmir hazırlanasın, mən elə edirəm. Sonra hazır xəmirdən balaca kündələr edilir. Yayıb ət və ya pendir qoyuruq. Yenə konvert kimi bükürük. Yumurta çəkib sobada bişiririk. Nuş olsun! )))

  9. Qorod Fəsəlini mən anamdan öyrənmişəm bilmirəm düzgün reseptdir ya yox, ancaq mən belə hazırlayıram:

    Un, duz və sudan xəmir yogururam (Bəzən maya da vurulur ancaq mən vurmuram). Ondan 7-8 kündə edirəm. Və kündələri yayıb, hər yuxadan sonra yağlayıram. 7-8 kündəni üst-üstə yağlayandan sonra rulet kimi bükürəm. Sonra həmin ruleti sag tərəfdən başlayıb bururam. Yenə böyük bir kündə alınır. Onu tavanın dibi qədər yayıram. Şəkildə gördüyün qədər. Ortadan oxlovla yumru dəlik acıb bir az genişləndirirəm. Sonra həmin dəlik hissənin kənarlarını yapışdırıram ki, acıq qalmasın. Oxlovun ucu ilə balaca-balaca vururam fəsəlinin hər tərəfini. Balaca yumru oyuqlar edib çox az xodda tavaya qoyuram. Təxminən 1 saata bişir. Az xodda bişirirəm ki, yanmasın. Alt tərəfi bir az qızardıqca cevirirəm. İki üzü də qızarır. Bişdikdən sonra üzərinə zövqə görə pudra şəkəri və ya şəkər tozu vururam. Bəzi yerlərdə bal və ya doşabla da yeyilir.

    P.S. Bəzi yerlərdə isə onu yağda qızardırlar.

  10. Teshekkurler Pari, Businka. Pari ishe gelen kimi yukleyirem gunortadan sonra ish cox olur wacko.png

    Duzu gurcu xengeli de bishirmishdim, sadece sheklini yerleshdirmedim. Dedim birden deyersiz ay Gilenar adam ne qeder gurcu xengeli yeyer.

    P. S. Eslinde ise bu ureyimin sesidir ozum-ozume deyirem adam ne qeder xengel yeyer facepalm.gif

  11. Ushaqlarimizi o fast food yemaklara ozumuz oyrashdiririk. Gezintilere chixanda, eylenmek uchun eylence merkezlerine gedanda kim ozu ile evinden ne ise bir hazir yemak goturur evdan? Hech kim elbette. Evvela buna bacariq lazimdir, sonra vaxt lazimdir, ondan sonra da bayira chixanda xanimlar daha chox sevinirlar ki, hemin vaxt evda yemak yeyilmayacak. Xanimlar menden incimasinlar, indi aile quran qizlarin ekseriyyati ev ishlarine, kulinatiyaya chox sethi yanishirlar. Hetta adi gunlerde de muxtalif behanelerle restoranlardan yemak sifarish elatdirirlar.

    O korpelerin uraklari istadiklerini analari hazirlaya bilse, buna celb eda bilse en azindan azaltmaq olar ushaqlarin yediklari fast foodlarin sayini.

    Men sizinle razi deyilem. Bunun ucun Bizim Metbex movzusuna baxmaq kifayet edir. Indi maariflenme tebligati daha yaxshi gedir. Efirlerde hekim meslehetleri verilir. Her bir insan, o cumleden de ana, neyin xeyirli ve ziyanli oldugunu oyrenir. Siz deyen xanimlar da var, ancaq inaniram ve inanmaq isteyriem ki, onlar sayca azdir.

  12. gilenar, mene gurcu xengelinin reseptini yaz da. heyat yoldashim deyir ki menim ucun yemek bishirmek istiyirsense gurcu xengeli bishir. bilirsen de o curebecur yemekler yemir. esl qoca kishidi. gerek etli boz bash olsun. tekrar tekrar eyni yemekden yesin bezmez. ama men bezirem inan.

    Burda resept deyende qeyri-adi bir shey yoxdur.)))

    Evvelce xemir ele un,duz, yumurta ve su.

    Farsh (qoyun etinden daha dadli olur) sogan dogra xirda-xirda, 1 dish sarmisaq, duz, istiot, suneli (eger varsa), ceferi (olmasa nane ile de yaxshi cixir) qarishdir ve iliq su elave et, sulu olmalidir (amma suyu qaba cixacaq qeder yox)

    xemiri kundele, boyuk yay ve 9 yere kvadrat bol. Xirda istesen 16 yere de bole bilersen. et doldur ve buk. qaynamish duzlu suya at ve 5-10 deq bishir.

    P.S. Eslinde xemiri yayib kasa ile kesirler ve forma yumru alinir, onda daha seliqeli bukulur. Men vaxt azligina gore kvadratlara bolub bukurem.

×
×
  • Create New...