Jump to content

roberto5

Members
  • Posts

    5,314
  • Joined

  • Last visited

Posts posted by roberto5

  1. 1 hour ago, ELNUR o87 said:

    Garak an asagi 5 il gozduyasan,garak muhafisaci olsun ki agaclari ogramasinar,biraz vaxd talab edir 15000 manat agaca ver gozda,navaxdi bar veracag,man bilan hazir bag almag sarf edar,gusarda variydi goz va gilas bagi 7 10 ilin bagiydi

    mühafizə ilkin olaraq iki il ərzində ilin 6 ayi lazimdi. balaca bir butka da lazimdi. iki ilden sonra qoz ağacaını hec kəs oğurlamaz. 

    • Upvote 1
  2. 9 hours ago, azik-61 said:

    Fındıq onnan sərfəli olar.

    Findiq kollari 20 qəpikdi , 1 hektara 1400 ə yaxin pöhrə gedir. 6 ilden sonra məhsul yiğirsan. 1 hektara yaxşi baxsan 2 ton findiq yiğmaq olur. (qozda bu reqem 3-4 dəfə coxdu)  Mənim fikrimcə findiq xaricə satilmaq üçün daha əlverişlidi. ve qoza baxanda daha tez məhsula düşür. Adeten suvarmaya da ehtiyac olmur. Amma suvarilsa məhsuldarliq artar. 

    • Upvote 1
  3. 9 hours ago, ELNUR o87 said:

    Xeyirli olsun,ama cavab vermadiz neca ila siz o agclardan mahsun alacagsuz,va 100 agaca nagada vasait xarclicagsuz

    Əgər qozu toxumdan cücərdib sonra calaq edəcəksənsə, onda qoz 4-5 ilden sonra məhsula düşür. İndi ən məhsuldar sort Chandler sayilir. 5 ci ilden sonra her il mehsulunu artirir. Təxminən 5 yaşında 10-15 kilo qoz verir. 9-10 yaşinda 40-50. 1 hektara 285- qoz ağacı gedir. Modern üslubda six six əkəndə 400 ağac gedir. (10 ilden sonra ağaclar seyreklesdirilir). siz balaca bir torpaq sahesinde 1000 qoz əkərək bu işə başlaya bilersiz. mən evimdə 100 dən cox qoz cücərtmişəm. yanvarda əkdiklərim 20-30 sm olub)).

    Yox əgər siz hazir calaq olunmus ting alib bağ salmaq istiyirsizsə 2 illik tinglər alirsiz. Bir ədəd 15 azn di. iki ildən sonra məhsula düşür və 4 ilden sonra ağac başına  20-25 kilo qoz ala bilirsiz.  

    yerdə qalan isler torpaq hazirligidi. Əgər meşə ərazisidisə, hec vaxt əkilməyən yerdisə 2000 azn ə yaxin xərciniz cixacaq. 

    1. kol kos təmizlənməsi 2.Şum 3. disk 4. mala 5. ərazinin ölçülməsi 6. çalanın qazılması 7. tinglərin əkilməsi.  8. suvarma

    Suvarma hansi formada olacaq ? 2000 azn icində arxla suvarma nezerde tutulub. 

    Qoz əkmək isteyirsizsə ən azı yarim hektar əraziylə başlamağınız tövsiyə olunur. 

    • Upvote 1
  4. On 3/21/2017 at 10:57 PM, Tehnokrat said:

     

    Qoz-fındığın yetişdirilməsinin heyvandarlıqla müqayisədə üstünlükləri də var, riskləri də.

    Üstünlükləri ondan ibarətdir ki, heyvandarlıq kimi böyük zəhmət tələb etmir və çox gəlirli sahədir (bir böyük ağacdan ən azı 20-30 kq məhsul yığmaq olar - 100 ağac saxlasanız gəliri hesablaya bilərsiniz).

    Risk isə ondadır ki, qoz-fındıq plantasiyası üçün yer icarəyə verilir və siz ağacları böyüdəndən sonra, gəlib o sahəni əlinizdən alar bilərlər ...
    Mal saxlayanda isə, heç kim onu sizin əlinizdən ala bilməz.

    Bizdə hər şey mümkündü. Belədəki Torpaq baxanındı. İcarə şərtləri ilə tam tanis olmamısam. Daha doğrusu hələ hazırlanmayib. Mən icarəyə götürdüyüm yerdə əvvəl donuz ferması olub, yaxinliğında quşçuluq ferması da var. Bütün bu işləri görməy üçün torpöaq və su lazimdi. Məncə belə fürsətləri əldən verməy olmaz. 

  5. Ekologiya və Təbii sərvətlər nazirliyi balansında olan meşə torpaqlarini aqrar bağ salınması üçün icareye verir. İcarə müddəti 49 ilə kimidi. Mən 3 hektar qoz bağı saliram, qardaşım findiq bağı. Məktubla ETSN -ə müraciət edirsən. Meşə idaresinin rəisi ilə görüşüb uygun ərazidə bağ salırsan. Düzdü hələ müqavilə forması təstiqlənmiyib, ama idare rəisləri köməklik edirlər. Meşə ərazi deyildikdikdə az-az kollar olan meşənin boş hissələri nəzərdə tutulur. Texnika ilə aradakı kol kosu təmizliyib bağ salmaq olur. Kimə nə info lazimdi köməklik edərəm. Tinglərin qiymətindən şumun, çala qazanın qiymetine kimi. Meşə ərazilərimiz coxdu, ama yanından cay axan və ya , bulağı olan yerlər məhduddu. Axtarmaq lazimdi. 

    • Upvote 2
  6. Mən evdə 100 ə yaxin qoz cücərtmişəm. Ekologiya Nazirliyinə məktub ünvanlamişam ki, bir iki hektar torpaq  sahesi ayirsinlar. Düzdü bir hissesini türkiyeden getizdirecem. Her kim bu biznese qosulmaq isteyirse köməklik edərəm.  Chandler qoz sortu 3 -4 ilden sonra məhsula düşür. Əgər ikiillik ting alirsizsa 2 ilə. Hər ili məhsuldarlığı artirir və 7-8 yasinda 30-40 kilo məhsul verir. Qabığı nazik ve içi ağdır. Ölü yerinnən kilosunu 5-6 azn- ə satmaq olar. 1 hektara 5-7 -yə əkildiyində 285 ağac eliyir 285*30=8500 kilo qoz eliyir. kilosunu 5 azndən belə satsaq 40000 azn edir. 

    qoz cucertisi.jpeg

    • Upvote 2
  7. Tingçilik. Cox yaxsi biznesdi. Təsəvvür edin bu il ölkəmizdə nə qədər bağ salındı. Sonda Ekologiya Nazirliyi meşə torpaqlarini da 49 icareye verməyi planlasdirir. Bu o deməkdi ki daha cox meyvə tinginə təlabat olacaq. Təkcə türkiyeden gelen kargolarla maraqlansaq ölkəyə 100 minlərlə ting gəlib.( dövlət çindən aldiğı tut tinglerini nezerde tutmuram) ortalama bir ədəd iki illik  tingin alıs qiymeti 8 azn satiş qiymeti  10-18 azn civarindadı. Türkiye bu saheden milyonlarla gelir götürür.  ukrayina, gürcistan, qazaxıstan, avropa ölkələrinə ting satir. 

    1 qoz tinginin Türkiyeden alış qiymeti 10 azn di. Əgər yerli bazardan alsan (türkiyeden gelme) bu 15 azn olacaq. Bizim yerli qoz tingləri cox gec məhsula düşür və xəstəliklərə davamsızdi. Üstəlik soyuq yerlərdə çiçəkləri erkən yaz donlarindan xeyli ziyan görür və məhsuldarliq aşağı düşür. Ona görə bu sahədə biznes qurmaq isteyen türkiyeden gelen  bir tingi almağa üstün tutur. Bu sortlar daha cox Amerika sortlaridi və Azerbaycan təbiəti üçün cox uyğundu. Bir şeyi də xatirladim ki, dünyada qozun ana vətəni olaraq türkiye və azerbaycan bilinir. 

    Biz niye bu tingləri özümüz yetişdirmirik? qozu əkirsən bitir, payizda ona calaq vurursan, ikinci ili də satirsan. Sizce gözəl biznes deyilmi?

     

    • Upvote 2
  8. 5 hours ago, Belfe said:

    misal üçün, aliexpressden mallar alsamç gomurkden kecse burda oz magazamda sata bilerem? sened lazim deyil ki? bir dene vergi odeyiceiem i vsyo?

    vergi adeten malin hardan alinigini sorusmur. ama qanunen mali gömrüklü almalisiz. xirda para meselelerde problem olmur. Millet bu yolla televizor alveri eliyir.

  9. Özünüzü qoyun gömrük әmәkdaşının yerinә. Әgәr mәhsulun şәxsi istifadә olmasına gömrükçü razılaşsa malı buraxacaq, razılaşmasa gömrükdә qalacaq. Misal üçün mәn özüm 1-2 cüt ayaqqabı alıram, problemsiz mal gömrükdәn keçir, yox mәn 6 cüt ayaqqabı alanda mal gömrükdә ilişәcәy. 

    Elә mallar var ki, onların tәyinatı şәxsi istifadә ola bilmәz. Sözümün canı maldan mala fәrq var. Gömrükçü bir bir mallara baxır, ama bir bir içini saymır. Misal üçün bir maldan 5 әdәd, ama bir bağlamada 2 qutu gәtirә bilәrsiz. Çox vaxt problem olmur. 

    • Upvote 1
  10. Abşeronda badam və zeytun əkmək olar. Zeytun 5-6 ilə məhsula düşür, 10 ilde tam məhsul verir. Badam 4-5 ilə məhsula düşür, 7 ci ildə tam məhsul verir. Yaxsi baxilmiş badam ağacı 15-20 kq civarinda badam toxumu verir. 1 hektarda 350 ağac əksən 6-7 min kilo badam almaq olar. 1 kilo 10 azn satsaq 60-70 min illik gəlir edir.  Badam bağı 2-3 illik calaq tinglərlə salınır. Türkiyeden almaq olar , 5-6 dollar. Bəlkə ucuz da tapmaq olar.

    1 aydı icarə torpaq axtariram, tapammiram. Camaat 99 illik icarəyə götürdüyü torpaqları sotunu 300 azn ə satir. Nə özləri əkir nə də əkənə imkan verirlər. Pul qazanmağın cox asant yoludu bu, ruşvət ver rəsmiləşdir, sonra da sat. Max 1 illik qazon əkənlərə icarə verirlər.  Ən cox da Türkan, hövsan tərəfdə var. Dövlət yeni qəbul etdiyi qanunlarla torpaqları əllərindən alacaq. 

    • Upvote 3
  11. On 5/28/2016 at 11:55 PM, kimo said:

    всем привет!

    открыт сезон продаж земель!

    у нас только самые горячие варианты(в большинстве случаев).

    за сотку цена начинается от 1100 манат.

    земли как в турканах так и в новханинской зоне.

    а главное все земле с купчий или подготовленные документы для получения купчии!

    тут будет единая тема куда мы будем сбрасывать все варианты.

    также можете просто позвонить и получить нужную информацию!

    050/070 348 38 32

    Salam, icarәyә torpaq var? 2-3 ha, türkanda, әkin sahәsi

×
×
  • Create New...