Jump to content

41bb

Amateurs
  • Posts

    433
  • Joined

  • Last visited

Posts posted by 41bb

  1. Əsas məsələ lap yadımdan çıxmışdı. 1.8 mühərrikin (X18XE1) karterinə balaca çat var. Düral materialdandı. Axtarıb onu da tapmamışam. Harda qaynaq etdirmək olar, ümumiyyətlə düralı qaynaq etdirmək olar?

  2. 2000-ci il vectranin sağ güzgünün üst hissəsində olan plastik çexolu hardan tapmaq olar? Təzə köhnə fərqi yoxdu. Bir neçə ölüxanalardan, mağazalardan soruşmuşam olmayıb. Dərnəğüldə servisdə var idi, o da düz gəlmədi balaca oldu. 99-cu ildən əvvəl buraxılanla sonra buraxılanların güzgüləri fərqliymiş. Əgər kimdəsə olsa alardım.

  3. İnternet paketlərindən birini aktivləşdirmək üçün 2525 qısa nömrəsinə "30", "100", "300", "1000", "5000" "15000" yazıb SMS vasitəsilə göndərərək , müvafiq olaraq "30", "100", "300", "1000", "5000" və "15000" MB GPRS trafiki əldə etmək olar. İstifadə olunmayan MB-lar növbəti fakturaya keçmir.

    Cavab SMS gələndən sonra paket 24 saat ərzində aktiv edilir.

    Xidməti deaktiv etmək üçün, 2525 STOP göndərin. Xidmət növbəti fakturadan deaktiv ediləcək.

    Qiymətlər:

    30 MB - 1 AZN

    100 MB - 2 AZN

    300 MB - 3 AZN

    1 GB - 10 AZN

    5 GB - 20 AZN

    15 GB - 30 AZN

    Heç bir tarif paket seçilmədikdə 1MB internet 0.40 AZN olacaq.

    MB-ların qalığını yoxlamaq üçün 2525 nömrəsinə boş SMS göndərin. Qiyməti 0.01 AZN və ya da ekranda pulsuz olaraq *100# yığmalıdır.

    Buyurun.

    Hörmətlə,

    Nərmin / Azercell Social Media Group

    Sualı yəqin düzgün qurmamışam. Bunları mən bilirdim. Mən SOCAR tarif paketində internetə qoşulmaq və internet paketləri haqda məlumat almaq istəyirdim. SOCAR tarif paketi haqda link varsa burda yerləşdirin baxım.

  4. Salam!

    Socar Tarif paketində aylıq abunə haqqı yoxdur.

    “SOCAR” tarif paketinə qoşulan abunəçilər arasında edilən zəngin 1 dəqiqəsi-0.01 AZN

    Şəbəkədaxili zəngin 1 dəqiqəsi-0.04 AZN

    Şəbəkəxarici zəngin 1 dəqiqəsi-0.06 AZN

    Şəbəkədaxili, şəbəkəxarici 1 SMS -0.03 AZN

    Şəbəkədaxili, şəbəkəxarici 1 MMS-0.10 AZN.

    Nömrənizdə Socar tarif paketininə dərhal qoşulmanın mümkün olub olmamağın yoxlamaq üçün, zəhmət olmasa bizim Onlayn Müştəri Xidmətlərinə və ya Telefon mərkəzinə müraciət edin.

    Hörmətlə,

    Nərmin / Azercell Social Media Group

    Təşəkkür edirəm. Internet paketi haqda da məlumat verin

  5. Nechiye basha gelir servisde tam yoxlanish? kimin hasibina adeten yoxlanilir, alicinin, yoxsa saticinin?

    Hər şey danışıqdan asılıdı. Maşını yoxlatmaq Sizin marağınizda olmalıdı. Satanla danışmaq lazımdır: maşınına güvənirsə yaxşı olsa serviz pulunu alan ödəməlidi, problem olsa satan ya qiymətdə endirim etməlidi, ya da servis xərclərin ödəməlidi (şəxsi fikrimdi).

    Neçəyə yoxlanmağı qonşu mövzuda Opelin rəsmi dillerindən soruşa bilərsiz.

  6. Pis gorsenmeyine pis gorsenmir. Amma real texniki veziyyetinin yoxlanmasi dair meslehet eshitmek isterdim.

    Texniki vəziyyəti yoxlamaq üçün əgər özünüzün maşından başınız çıxmırsa tanış ustanız və yaxud tanışlarınızın ustası varsa aparın yanına yoxlasın, əgər ustanız da yoxdursa servislərin birinə aparıb maşını tam diaqnoztika etdirin - elektronik sistemdən tutmuş bütün dinamik hissələrinə kimi. Ondan sonra maşının necə texniki vəziyyətdə olduğunu bilmək olar. Belə ancaq şəklinə baxıb görünüşü barədə nə isə söyləmək olar!

    Seçiminizdə uğurlar!

  7. Доброго времени суток.

    Хочу приобрести Вектру и понравилась http://turbo.az/site/autos/view/317680 - эта машина.

    Что скажете лично о ней? Какова цена? Сколько можно сбить?

    На что советуете обратить внимание при покупке?

    Очень надеюсь на полноценные ответы.

    С уважением.

    pis görsenmir

  8. duzdur.ona gore almaq fikrine dushmushem sadece ozum almaq isteyirem hec olmaya imtahandan ozum kechim.

    Özünüzü bir az əziyyətə vermək lazımdı, İnşallah faydasını gÖrərsiniz! Təcrübi imtahan üçün tanış yanında hazırlaşsanız 5-10 günə də sürmə vərdişlərinə yiyələnərsiz.

    Talibovla hazirlashmaq meslehetdir?

    çox yaxşı vəsaitdir, cavablar izahlı verilib. Əsas əzbərləməklə yox, sualları diqqətlə oxuyub mahiyyətin dərk etməklə hazırlaşmaq lazımdı. Həmçinin HPTRUEVISION qeyd etdiyi saytdan da istifadə edərək hazırlaşsanız imtahandan asanlıqla keçmiş olarsınız.

  9. neche defeye imtahan vermek shansim var? eger kusra getmeden veriremse imtahani?ve bir de men imtahanin yerini mueyyenleshdirmek uchun hara getmeliyem ne etmeliyem eger avtoshkolaya yazilmamishamsa.eger bunlardan xeberiniz varsa komek edin zehmet olmasa

    2 dəfə nəzəri imtahan, keçdikdən sonra isə 2 dəfə təcrübi imtahan verə bilərsiniz. İmtahan Bakı şəhəri və Abşeron rayonu üzrə Xırdalanda yerləşən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi idarəsində keçirilir.

    II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

    1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

    2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;

    3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

    4) sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.

    III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.

    PS: III bənd işləsə işlər lap asanlaşmış olardı.

  10. Salam.Bu imtahani vermek uchun kursa getmek teleb olunur yoxsa ozum hazirlashib vere bilerem?

    “B” kateqoriyasına yiyələnmək istəyirsizsə, xeyr.

    “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunu

    Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması

    I-I. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.

    http://dyp.gov.az/index.php?/az/content/205

  11. Sizin avtomobil, bizim servisdən keçəndən sonra, istənilən ölkədə texniki baxışdan keçməsinə zəmanət verə bilərik, amma Zabratda.... Bu yaxınlarda mənim bir tanışım yeni maşını orada texniki baxışdan keçirə bilmirdi...

    Siz servis Opelin rəsmi distribyuteri kimi gördüyü işin keyfiyyətinə, lazım gəlsə, hüquqi müstəvidə zəmanət verə bilmirsə, bunun nəyi zəmanət oldu?

  12. Siz buyurun, yalnız yoxlama üçün biz Sizdən pul istəmirik.....

    Təşəkkür edirəm, mən görülən işi qiymətləndirməyi bacarıram! Servisinizin xidmətlərindən də bir neçə dəfə istifadə etmişəm. Bəzi xırda məqamları nəzərə almasaq, ümumilikdə narazılığım yoxdur.

    Texniki baxışın vaxtı yaxınlaşdığından, mənim üçün bir məsələ də maraqlıdır. Mən istəyirəm ki, texniki baxışdan keçməzdən əvvəl Sizin servisə müraciət edim. Sizin servisdə maşın (2000-ci il Opel vectra) yoxlamadan keçib, tam normal vəziyyətə gətirildikdən sonra, Zabratda DYP-nin texniki baxışından keçə biləcəkmi?! Yəni Sizin servis belə bir zəmanət verə bilərmi?

  13. Всем привет. Cahan Motors, входит в состав Cahan Holding-a, и является официальным дистрибьютором OPEL-я в Азербайджане. К сожалению, на стольпопулярном, пожалуй сказал бы в самом популярном форуме страны не было такого рода темы. Будем рады помочь как и ответами на вопросы, так же и с продажами и с сервисом.

    Cahan Motors-un nümayəndəsini bu forumda görməyimə şad oldum!

    Sizdə bu ilin əvvəlində avtomobilin dinamik hissələrinin pulsuz yoxlanılması aksiyası keçirilirdi. Bu aksiya hələdə qüvvədədirmi?

×
×
  • Create New...