Jump to content

41bb

Amateurs
  • Posts

    433
  • Joined

  • Last visited

Posts posted by 41bb

  1. Bakıda sürücülər SMS

    vasitəsilə tıxaclar barədə

    məlumat ala bilərlər

    Azərbaycanın SMS Solutions

    provayder kontenti Bakı şəhər

    Dövlət Yol Polisi İdarəsi ilə birgə

    yeni "YOL" layihəsini işə salıb.

    Bu barədə şənbə günü Trend-ə

    şirkətdən bildiriblər.

    Layihə paytaxt yollarındakı

    tıxaclar barədə mobil telefona

    qısa ismarıc göndərilməsi

    vasitəsilə sürücülərin

    məlumatlandırılmasını nəzərdə

    tutur.

    Xidmət Azercell abunəçiləri üçün

    mayın 25-dən aktivdir.

    Yola çıxmazdan əvvəl sürücü

    Bakı şəhərinin rayonunun kodunu

    8050 qısa nömrəsinə göndərir.

    Cavab SMS-ində seçilən rayonda

    tıxaclar barədə avtomobillərin

    orta hərəkət sürəti

    göstərilməklə məlumat verilir.

    Xidmət xəbərdarlıqları

    Azərbaycan, rus və ingilis

    dillərində göndərilir.

    Rus dilində xəbərdarlıq almaq

    üçün göndərilən məlumatın

    mövzusundan sonra "ru" (ingilis

    dili üçün "en") yazmaq lazımdır .

    Misal üçün: YOL 1 ru 8050.

    Bu xidmət üzrə aylıq abunə üçün

    göstərilən nömrəyə aşağıdakı

    məlumatı göndərmək lazımdır:

    Bakı şəhərinin rayonları

    Göndərilən qısa məlumatın

    mövzusu

    Nömrə

    Səbail

    YOL 1

    8050

    Yasamal

    YOL 2

    8050

    Nəsimi

    YOL 3

    8050

    Nizami

    YOL 4

    8050

    Xətai

    YOL 5

    8050

    Nərimanov

    YOL 6

    8050

    Xəzər

    YOL 7

    8050

    Binəqədi

    YOL 8

    8050

    Sabunçu

    YOL 9

    8050

    Suraxanı

    YOL 10

    8050

    Qaradağ

    YOL 11

    8050

    Abunəçi seçilən rayonda tıxaclar

    yaranacağı halda hər gün saat

    9:00-dan 21:00-dək SMS

    vasitəsilə xəbərdarlıq ala bilər.

    Müəyyən vaxt ərzində

    xəbərdarlıq almaq üçün

    göndərilən məlumatda vaxt

    intervalınının göstərilməsi

    vacibdir. Səbail rayonunun

    timsalında nümunə: YOL 1 18-20

    8050 nömrəsinə.

    18-20 rəqəmləri abunəçinin

    yalnız saat 18:00-dən 20:00-dək

    xəbərdarlıq almaq istədiyini

    göstərir.

    Xidmət üzrə abunənin dəyəri bir

    ay üçün iki manat təşkil edir.

    İstifadəçi rayonu, SMS-in

    alınma vaxtını və ya SMS

    xəbərdarlığı almaq istədiyi dili

    dəyişdirə bilər. Bunun üçün YOL

    mətni ilə [rayonun kodu] [sMS-in

    daxil olduğu dil] [vaxt intervalı]

    göstərmək vacibdir.

    Məlumatların dəyişdirilməsini

    gündə bir dəfə pulsuz həyata

    keçirmək mümkündür.

    Məlumatların gündə bir dəfədən

    artıq dəyişdirilməsinə görə 0,6

    manat pul ödənilir.

    Xidmətdən imtina üçün STOP

    yazıb 8050 (çıxan SMS

    xəbərdarlığın qiyməti

    standartdır) nömrəsinə

    göndərmək lazımdır.

  2. Все перерыскал, а знак Радар так и не нашел. Спасибо!

    Radarın hələlik konkret nişanı yoxdu, bəlkə gələcəkdə oldu. Radarın oldugunu bildirmək üçün 6.14 - Məlumat lövhəsinin aşağı göy fonunda ağ rənglə "radar" yazılır. Səngəçal terminalının tuşunda belə nişan lap çoxdan quraşdırılıb.

  3. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün - 0,25 manat

    http://www.rusum.az/site/?page_id=286

    Təşəkkür edirəm!

  4. П.С. Не пишу на родном азербайджанском языке - потому, что здесь нельзя писать на латинице!

    Azərbaycanca yazmağa heç bir qadağa yoxdur. Amma latın qrafikası həriflərindən istifadə edərək rusca mətin yazmağa icazə bermirlər(PrivetПривет).

×
×
  • Create New...