Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azerbaycan dilinin dialekt və şiveleri


Garatel

Recommended Posts

Seni sevenlerin ola mi akli,
Bir dem usluyusa, bir dem uludur

Yunus Əmrə “Divan”


Etimoloji baxımdan izah etmək istədiyim söz [b]usludur[/b]
Bütün qədim yazılı abidələrdə və türk dillərində [b]us[/b] “ağıl” mənası ifadə etmişdir

Bu parçada işlənən [b]uslu[/b] sözü həm də “sakit” mənasını bildirir

[b]Us[/b] isminden Azərbaycan dilinin dialekt və şivələrində “simic, qorxaq, namussuz” kimi fərqli mənalarda [b]ussal[/b], “yolunu azmış, zəif, qorxunc, zəif iradəli, qəddar” mənalarında [b]uysal, osal, yovsal[/b], “ehtiyatlı, ehmallıca” mənalarında [b]usduflu, usdufca, usulca, usulluca [/b] kimi sözlər yaranmışdır

Link to comment
Share on other sites

bu sozlərin mənasını etimologiyasını bilmək üçün gərək Mahmud Kaşğarinin "Divani ləğəti Türk"ünü başdan ayağa oxuyasan.

məntiqlə götürsək bu sözün mənası "asan" və ya "çox" ola bilər. yığ yəni yığln, yəni çox. bir yığın məsələn.

Link to comment
Share on other sites

şəki dialekti

əsas xüsusiyyətləri k samitinin ç kimi oxunması, sual intonasiyası zamanı felin son hecasının "aşağıdan yuxarı" yox, "yuxarıdan aşağı" tələffuz olunması və hecaların çox vaxt uzun sait səslərlə əvəz olunmasıdır (xüsusilə a: o:)

Link to comment
Share on other sites

Yeri gəlmişkən bizim Azərbaycanın zonasının da dialekti türk dialektinə bənzəyir... məsələn, tovuzlukar, gədəbəylilər deyir ke gedeeerəm, türklər gediyorum )))) müəyyən dərəcədə oxşarlıq var )))) 

Amma Azərbaycanın bütün regionlarının şivəsində şirinlik var. Mən demək olar ki, Azərbaycanın bütün rayonlarını gəzi[b]F[/b] dolanmışam, və inşaallah hələ çox gəzə[b]J[/b]əm [b]dayna[/b], amma hər dəfə nəsə yeni bir şivə yaxud yeni bir sözlər kəşf edirəm özüm üçün ..... 

Məsələn bu yaxınlarda öyrəndim ki, bəzi şimal rayonlarımızda qayğanaqa "mıxlama" deyirlər... Biz tərəflərdə həmçinin Gəncəbasar zonasında belə bir söz var: "Dınışın goru haqqı"... bu sözü adətən zarafatca nəyəsə and içəndə söyləyirlər  :) yadıma düşdükcə yaza[b]J[/b]am burda  :)

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288726481' post='7626648']
[b][/b]
Vatan oldu diken, gurbet gülüstan,
Agu içmek [b]yiğ[/b] oldu ney şekerden

bu misralardakı [b]yiğ[/b] kelimesinin mənası nedir?
[/quote]

[b]yiğ[/b] “yaxşı” demekdir


Vatan oldu diken, gurbet gülüstan,
Agu içmek yiğ (yaxşı) oldu ney şekerden

Link to comment
Share on other sites

Dialetklt ve wiveler mene yaxin movzudur )))
bir zamanlar bu barede referat da yazmiwdim.. dogrudur yaqin indi elmi araşdirmalardan danişmırıq..
onu deye bilerem ki, Qaxdan bir telebe yoldawim var idi..o her felin sonunda iwlenen [b]R[/b] samitini [b]Y[/b]kimi teleffuz edirdi..meselen, GELIREM yox GELIYEM, GORUYEM, ALIYAM kimi teleffuz edirdi..yaqin ele zenn edersiniz ki, onun nitqinde qusur var idi-yox. o tamamile temiz, selis daniwirdi..sadece olaraq deyirdi ki, biz bu cur daniwiriq..

Men lehceleri aninda taniyiram...daha dogrusu tanidigim lehceni..nece defe olub ki, ictimai neqliyyatda, metroda ya ne bilim elektrik qatarinda filan kiminse daniwigini ewidenden sonra lehcesi mene taniw, dogma gelirse mutleq onun hardan olmasini bilirem..Goycay, Ucar, Zerdab, Agdaw, Qebele lehcesi bir birine benzeyir..ve onlar tamamile ferqli, xususi bir intonnasiya ile daniwirlar ..))ve calişiram ki, aninda hemin adamla ünsiyyet qurum )) ele bilirem ki, o insan mutleq menim qohumum olmalidir )) cox qeribedir ...))

Qazax lehcesi Borcali lehcesi ile demek olar ki eynidir...Qazaxda yawamiwam..onlarin daniwigi mene o qeder dogmadir ki...onlarin xususi nevaziw ifadesi var DERDIW ..yani ki, derdin alim...nece ki biz Gencelilerin qadan alim, qadasi kimi ifadelerimiz var...
(evvel Qazaxdan daniwim..sonra Genceye bir salam verek )).. )
Qazaxda en cox rast geldiyim ifade HENCERI sozu idi )) Ölüm canına , a dərdiş.. henceri yani oxumoram??

Men daha artiq yaza bilmerem)) cunki Qazaxlilar daha cox soz deye biler...

Gence ise..Qadasin alim Gencelilerin!!! Ay, Lələ başına dönüm gələjəm dana... Qadan alım, hamısını danışajam!Ağəli Qurvan olum, yaxşısanmı? ))

Bu kelmeler gundelik unsiyyetde istifade olunan adi sohbetlerin, müraciətlərin bir hissəsidir ))ya da daha deqiq desem əsas tərkib hissəsidir)))

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288776900' post='7629874']
Tam sözünə ozçaddığım üçün dad mənasını verir bəlkə?
Bilirəm məcazi mənadı verilir bu şeir amma ola bilər dam sözünə çevrilib bəlkə də ev mənasını verir.
[/quote]

xeyr, tam fergli bir mənası var...

türk mənşəli söz olan [b]tamu[/b] qədim türk dillərində [b]“cəhənnəm”[/b] mənasını bildirmişdir...

maraglidir, deyilmi?

İslam dini özü ilə bərabər türk dillərinə çoxlu miqdarda ərəb mənşəli sözlər gətirdiyindən əsil türk mənşəli sözlərin bir qisminin dildən çıxmasına, yaxud passiv formaya keçməsinə səbəb oldu.. Tarixən türk mənşəli hesab olunan “cəhənnəm” mənalı [b]tama[/b] və “cənnət” mənası ifadə edən [b]uçmağ [/b]sözlərinin taleyi də yüzlərcə unudulan, itib-batan sözlərimizin taleyi kimi oldu.....

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1288780155' post='7630341']Gence ise..Qadasin alim Gencelilerin!!! Ay, Lələ başına dönüm gələjəm dana... Qadan alım, hamısını danışajam!Ağəli Qurvan olum, yaxşısanmı? ))[/quote]
))) Çox doğma ünsiyyət forması.Mənimçün ən şirin ləhcədir!

[color="#0000FF"]lələ,sənin qadan alaram,nağarısan,ağali?[/color] (c)

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288805898' post='7633513']
xeyr, tam fergli bir mənası var...

türk mənşəli söz olan [b]tamu[/b] qədim türk dillərində [b]“cəhənnəm”[/b] mənasını bildirmişdir...

maraglidir, deyilmi?

İslam dini özü ilə bərabər türk dillərinə çoxlu miqdarda ərəb mənşəli sözlər gətirdiyindən əsil türk mənşəli sözlərin bir qisminin dildən çıxmasına, yaxud passiv formaya keçməsinə səbəb oldu.. Tarixən türk mənşəli hesab olunan “cəhənnəm” mənalı [b]tama[/b] və “cənnət” mənası ifadə edən [b]uçmağ [/b]sözlərinin taleyi də yüzlərcə unudulan, itib-batan sözlərimizin taleyi kimi oldu.....
[/quote]

Bu məlumatı veridyinizə görə təşəkkür edirəm :rroza:

Çox maraqlı mövzudur, yeni sözlər gözləyirəm.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288816201' post='7634570']
Bu məlumatı veridyinizə görə təşəkkür edirəm :rroza:

Çox maraqlı mövzudur, yeni sözlər gözləyirəm.
[/quote]

Ol sultan kapusunda hazreti tapusunda,
Aşiklarin yildizi herden [b]çavuşa[/b] benzer

misralarında [b]çavuş[/b] ne mə'nada isledilir?

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288880574' post='7639139']
Ol sultan kapusunda hazreti tapusunda,
Aşiklarin yildizi herden [b]çavuşa[/b] benzer

misralarında [b]çavuş[/b] ne mə'nada isledilir?
[/quote]

çavuş rütbədir ) Amma ola bilər qədimdə nəsə başqa bir məna daşıyırmış. Məncə döyüş, müharibə mənasında gedə bilər.

Link to comment
Share on other sites

 Bizim kəndin adı elə türk dilində idi. Əskipara. ( Qazax )Şivəmizi hamı bilir. Xüsusi sözlər vardı bir neçə... Təəssüf ki, çox az qalıb yadımda. "Əppəy", (çörək) "Peynir" (pendir) "Baba" (ata) və s. Ustufca sözunu bizdə də işlədirdilər. Rahatca, sakitcə demek idi.  

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288891345' post='7639924']
çavuş rütbədir ) Amma ola bilər qədimdə nəsə başqa bir məna daşıyırmış. Məncə döyüş, müharibə mənasında gedə bilər.
[/quote]

Ol sultan kapusunda hazreti tapusunda,
Aşiklarin yildizi herden çavuşa benzer

- bu misralarda [b]çavuş[/b] “xəbər aparıb, gətirən” mənasında işlənmişdir

amma dogru bilirsiz, çavuş müasir türk dilində hərbi termin kimi işlənir (serjant yerinə)

Mahmud Kaşqari çavuş sözünün mənasını “döyüşlərdə səfləri nizama salan, əsgərlərə işgəncə verilməsinə imkam verməyən şəxs” kimi hərbi termin olduğunu qeyd edid.

İbrahim Zeynalovun “İzahlı tarix terminləri lüğəti”ində isə sözün əsas mənası kimi verilən “keçmiş zamanlarda fərmanları, qərarları uca səslə camaata elan edən şəxs” mənasından başqa “aşağı rütbəli hərbi qulluqçu və ya məmur”, “keçmişdə zəvvarları müşayiət edən, onların yola düşmələri və gəlmələrini uca səslə camaata xəbər verən şəxs” mənalarının da olduğunu göstərib

Bakı dialektində və Abşeronun bir sıra qəsəbələrində çav kökünün çoçi formasında sifət kimi, ço/çov formasinda fel kimi işləndilir

Məsələn, “Elə çoçi arvaddu ki, həmişə aləmi qarışdırır; Səhərdən axşama qədər küçələrdə çovur; Bəsdir ora-bura az çov" :)

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288971588' post='7645799']
Ol sultan kapusunda hazreti tapusunda,
Aşiklarin yildizi herden çavuşa benzer

- bu misralarda [b]çavuş[/b] “xəbər aparıb, gətirən” mənasında işlənmişdir

amma dogru bilirsiz, çavuş müasir türk dilində hərbi termin kimi işlənir (serjant yerinə)

Mahmud Kaşqari çavuş sözünün mənasını “döyüşlərdə səfləri nizama salan, əsgərlərə işgəncə verilməsinə imkam verməyən şəxs” kimi hərbi termin olduğunu qeyd edid.

İbrahim Zeynalovun “İzahlı tarix terminləri lüğəti”ində isə sözün əsas mənası kimi verilən “keçmiş zamanlarda fərmanları, qərarları uca səslə camaata elan edən şəxs” mənasından başqa “aşağı rütbəli hərbi qulluqçu və ya məmur”, “keçmişdə zəvvarları müşayiət edən, onların yola düşmələri və gəlmələrini uca səslə camaata xəbər verən şəxs” mənalarının da olduğunu göstərib

[b]Bakı dialektində və Abşeronun bir sıra qəsəbələrində çav kökünün çoçi formasında sifət kimi, ço/çov formasinda fel kimi işləndilir

Məsələn, “Elə çoçi arvaddu ki, həmişə aləmi qarışdırır; Səhərdən axşama qədər küçələrdə çovur; Bəsdir ora-bura az çov" :)[/b]
[/quote]

Bu türklərə aid bir sözdür? Mən bakılıyam ama bu sözü heç vaxt eşitməmişəm. Düzdür ailəmdə o qədər də bakılı ləhçəsiylə danışmırlar ama kəndimizə gedəndə də orada demirdi bu sözü.

Link to comment
Share on other sites

[size="2"][font="Arial"]Salam, Millət.

Sizə şad xəbərim var. Artıq internetdən "[b]Azərbaycan Dialektoloji Lüğəti[/b]"-nin 2 cildini bilgisayarınıza endirə bilərsiniz:[/font][/size]

[url="http://www.turklib.ru/?category=general_history-lingo-science&altname=azerbaycan_dialektoloji_lugati_cilt_i_a_l"]Birinci cild[/url]

[url="http://www.turklib.ru/?category=general_history-lingo-science&altname=azerbaycan_dialektoloji_lugati_cilt_ii_m_z"]İkinci cild[/url]

Link to comment
Share on other sites

Əta ilə gözün gər bir ox urdi
Könlümə, nola, [b]əsrük[/b] tatardur. QAzi Burhanəddin


Nəsimi də daxil olmaqla bir çox klassik şairimizin şeirində keçən Əsrük (əsrik) Tovuz rayonunda bir kəndin də adıdır. Mənası nəymiş əcaba?

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288992578' post='7647518']
Bu türklərə aid bir sözdür? Mən bakılıyam ama bu sözü heç vaxt eşitməmişəm. Düzdür ailəmdə o qədər də bakılı ləhçəsiylə danışmırlar ama kəndimizə gedəndə də orada demirdi bu sözü.
[/quote]

[size="2"][font="Arial"]Bu söz bizim sözlüklərdə "çovuş" kimi də yazılır. Azərbaycan kinostudiyasının Cəlil Məmmədquluzadənin əsərləri əsasında çəkdiyi [url="http://video.google.com/videoplay?docid=1931724850771720038"]"Qəm pəncərəsi" filmində[/url] çovuş dindarları həccə çağıran adam kimi göstərilib. [/font][/size]
[size="2"]
[font="Arial"][b]çovuş[/b][/font][/size]- предводитель каравана странников, пилигримов.

[size="2"][font="Arial"][b]çovuşquşu[/b][/font][/size]- зоол. удод (птица)

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1289047527' post='7649861']
Əta ilə gözün gər bir ox urdi
Könlümə, nola, [b]əsrük[/b] tatardur. QAzi Burhanəddin


Nəsimi də daxil olmaqla bir çox klassik şairimizin şeirində keçən Əsrük (əsrik) Tovuz rayonunda bir kəndin də adıdır. Mənası nəymiş əcaba?
[/quote]

[size="2"][font="Arial"]əsrük = sərxoş, məst

"Əsrük" işlənməsə də, "əsrimiş" az da olsa işlədilir.

[b]əsriyib kükrəmək[/b] = özündən çıxmaq, cin atına minmək

[b]əsrimiş[/b] = 1. qızmış, azğınlaşmış, взбешённый, неистовый, в ярости, 2. yetkinləşmiş.
[/font][/size]

Link to comment
Share on other sites

  • 3 weeks later...

[quote name='Ега' timestamp='1288947428' post='7643235']
Bakıda merkezden kenarda Yalnız bakı kendlerinde rast gelinen bakıliların lehcesi çoxxx lezzet eliyir :rolleyes:
[/quote]

men xahiş ederdim ki, her kes bildiyi sözleri izahı ile teqdim elesin, biz de bilek


[quote name='Консуэло' timestamp='1288959963' post='7644692']
 Bizim kəndin adı elə türk dilində idi. Əskipara. ( [b]Qazax[/b] )Şivəmizi hamı bilir. Xüsusi sözlər vardı bir neçə... Təəssüf ki, çox az qalıb yadımda. "Əppəy", (çörək) "Peynir" (pendir) "Baba" (ata) və s. Ustufca sözunu bizdə də işlədirdilər. Rahatca, sakitcə demek idi.  
[/quote]

Qazağın her kendinin tamam ferqli lehcesi var. Hetta bezi sözler de bir kende işlenir, diger kendde yox. Men bilmirem, yeqin bu bütün rayonlarda beledir :morqqqq: Gürcüstanda böyüdüyüm üçün, ele de zengin dialekt ehtiyatım yoxdur, amma bir sözü de men deyim: Bakıda [b]lavaş[/b] deyirler, Qazaxda [b]fetir[/b], Gürcüstanda [b]yuxa[/b]. Qazaxda [u]lavaş buradakı lavaşanaya [/u]deyirler.
Burada qeyd edilen "[b]henceri, hancarı[/b]" Qazağın özünde deyil hansısa kendlerinde istifade edilir, Qazaxda "[b]neteri[/b]" deyirler, yani "ne teher?, nece?"

Link to comment
Share on other sites

Biz tərəfdə (əsasən kənd yerlərində) bəzi sözlər var. Artıq unudulmaqdadır.
Onları bir -bir yadıma düşdükcə sizlərə çatdıracam.
Məsələn [b]enəmək[/b] (səğir-nunla tələffüz olunur) fe`li.

Sizcə nə deməkdir?

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1290872784' post='7777861']
Biz tərəfdə (əsasən kənd yerlərində) bəzi sözlər var. Artıq unudulmaqdadır.
Onları bir -bir yadıma düşdükcə sizlərə çatdıracam.
Məsələn [b]enəmək[/b] (səğir-nunla tələffüz olunur) fe`li.

Sizcə nə deməkdir?
[/quote]
[font="Arial"]
[b]Enəmək[/b] deyə bilmərəm ama bizdən [b]eymənmək[/b] var. Bir növ qorxmaq deməkdir. Məsələn boş eve girəndə eymınirəm. Tam qorxmaqda deyil ama ona yaxın bir hissdir. [/font]

Link to comment
Share on other sites

Yox bu [b]eymənmək[/b] deyil.

[b]"Enəmək"[/b] bir şeyi kəsərək işarətləmək mənasındadır. məsələn qoyunun qulağını kəsib işarələməyə enəmək deyillər. Hərənin (hər ailənin) öz [b]"enəyi"[/b] yəni işarəsi, kəsmə tərzi olurdu.

Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote name='Azərbaycanlı' timestamp='1292089277' post='7872979']
Əllə, hamıya salam.İcazə versəz mən də mövzuya qatılajam.
Soyum Şamxordan oldduğumçün mən də bizdəki xsusiyəttəri qeyd eliyərdim:
"d"-in "ç"-ə, "c"-in "j"-ə, "ç"-in "ş" keçməsidir.
"hənəcəri" biz de var
Sonra maraqlııarı: arxeyin və s.
[/quote]
"həncəri" çox qədim bir türk sözüdür Hətta Nəsiminnin qəzəllərində də var.

Link to comment
Share on other sites

[quote name='X Ray-F' timestamp='1290765325' post='7769420']
men xahiş ederdim ki, her kes bildiyi sözleri izahı ile teqdim elesin, biz de bilek




Qazağın her kendinin tamam ferqli lehcesi var. Hetta bezi sözler de bir kende işlenir, diger kendde yox. Men bilmirem, yeqin bu bütün rayonlarda beledir :morqqqq: Gürcüstanda böyüdüyüm üçün, ele de zengin dialekt ehtiyatım yoxdur, amma bir sözü de men deyim: Bakıda [b]lavaş[/b] deyirler, Qazaxda [b]fetir[/b], Gürcüstanda [b]yuxa[/b]. Qazaxda [u]lavaş buradakı lavaşanaya [/u]deyirler.
Burada qeyd edilen "[b]henceri, hancarı[/b]" Qazağın özünde deyil hansısa kendlerinde istifade edilir, Qazaxda "[b]neteri[/b]" deyirler, yani "ne teher?, nece?"
[/quote]
Həncəri Qazağın bütün kəndlərində demək olar ki, işlənir. Sadəcə camaatın çox hissəsi bu sözü kəndli sözü hesab edib kompleksli yanaşır. Rayona (və ya şəhərə) gələn kimi leksikonundan çıxardır.
Qazaxda doğulub böyüdüyüm üçün belə əminliklə deyirəm :)))

Link to comment
Share on other sites

[quote name='Fiancee`' timestamp='1292312723' post='7888954']
[font="Arial"]Bizdə bir də [b]anarı[/b] var. Məs: Anarı otur. Yəni o tərəfə otur :) [/font]
[/quote]
Səğirnunladır yəni damaq n -sı ilə

"bəri"nin əksidir. Maraqlıdır bəri ədəbi dildə var, "anrı" yoxdur.

Əslində anormallıqdır "Bəri"=nin əksinin dildə işlədilməməsi.

"O tərəf" deyə bilərsiniz ancaq əslində "anrı" qədər bərinin əksini dəqiq ifadə etmir.

Mən təklif edirəm ədəbi dildə də "anrı" işlənsin. :))))

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 16 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 33 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 80 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 113 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...