Jump to content

Kenan049

Members
  • Posts

    1,792
  • Joined

  • Last visited

Posts posted by Kenan049

  1. Avropa Yay Oyunları keçirilən zaman Bakıda yas mərasimləri keçirilməyəcək
    2831.jpg
    ANS PRESS-in məlumatına görə, yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların keçirilməməsi tövsiyyə olunur

    Belə ki, yas mərasimləri keçiriləndə paytaxtda tıxac yaranır və nəqliyyatın hərəkitnə mane olur.Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da təsdiqləyib. O bildirib ki, yasların mərasim zallarında keçirilməsi tövsiyə olunur.

    Onun sözlərinə görə, Avropa Yay Oyunları zamanı paytaxt yollarında yas çadırlarının qurulması mümkünsüz olacaq.

  2. Kenan,siz de bir qadinin ne vaxtsa dediyi sozu hele unutmamisiz?:)eslinde cemiyyetde qadinlar esebi ,kobud olursa demek ki o cemiyyetde kiwiler bivec,ve gucsuzduler.Cunki xowbext qadinlar hec vaxt esebi,kobud ola bilmezler,onlar rahatlig icinde sakit yawayirlarsa sabaha qarantilrri varsa daxilden onlara bir nur gelmelidir,ozu xowbext olan qadini mutleq bunu cemiyyetede awilayir.

    Əslində cəmiyyətdə qadınları əsəbi edən amillərdən bəziləri

    millətimiz əsrlər boyu əsarətdə qalıb - əsarətdən çıxanda isə insanlarla necə rəftar edəcəyini bilmir, baxdığımız filmlər - dinlədiyimiz musiqilər bizim şüur altını məqsədəuyğun olaraq programlaşdırır, müharibədən çıxmış cəmiyyət hər kəs özü varlanmasını düşünüb özümüz özümüzü qarət edirik, bunlar da öz tövhəsini verir.

    Kişilər bivec ola bilər, amma qadınlar kişilərdə güc görmür çünki cəmiyyətimiz gücü PUL olaraq zehninə çoxdan yerləşdirib. Şeytana itaət edən insanda hansı nurdan söhbət gedə bilər?

    Qadın və ya kişi xoşbəxt olsada iblisin qulu olan bir insan öz russayağı düşüncəsindən onu başının üstündə də gəzdirsən əl çəkməz.

    rus qadınlarının təməl düşüncəsi budur: -kişi loxdur, onunla evlənirsən evini əlindən alırsan, istədiyin kişi ilə başqasından aldığın evdə xoşbəxt həyat sürürsən. Bu hansı ədalətə uyğundur?

    Ən azından marşruta minən bir qadına yer verirlərsə bu cəmiyyətdə qadına hörmət layiqi yerindədir.Bu mənim şəxsi düşüncəmdir.

     

    Mən başa düşmürəm fikirləşirsiniz ki, bizim bütün kişilər yubka geyinir?

  3. Allah komeyin olsun.bu yaziya gore bunu mene vekilimde dedi. amma bu gun bankda mene ele gelis geldiler  ki ureyim getdi bele cixdi ki 3 usaqnan kucede qalacam.bank evi elimnen alacaq.mehkemede banki qoyub meni mudafie etmeyecey ki.ne ise her halda xeberdarliqa gore saq ol.allah komeyin olsun.

    Hüquqi cəhətdən üstünlük sizdədirsə məhkəmə onun tərəfini tuta bilməz! Dələduzluğa göz yummaq olmaz.

    Sizə yaxşı vəkil lazımdır ki, hər variantda sizin hüququnuz qorusun.

  4. Ölməsin neynəsin yazıq manat, kimin əlində pulu varsa qaçıb dollara çevirirdi.Mərkəzi bankda dollar qalmayanda sonu belə olmalı idi.

    Dövlət bir tərəfdən çalışır ki, manatı ayaqda saxlasın bizimkilərdə ağacı qurd içindən yeyər misalı ağaca balta vururlar.

    Minus verən insan əvvəlcə dövlətin VALYUTA fondunun necə işlədiyindən xəbər tutmalıdır. Əvvəlcə istədilər yavaş yavaş manatı aşağı salsınlar. Baxdılar ki, camaatın xeyrinə heç nə yaramır. Elə millət hesabı kitabı bilmədən qaçıb manatı dollara çevirir və nəticədə Mərkəzi Bankda dollar azlığı yaşananda avtomatik olaraq bizim Mərkəzi Bankda olan qızıllar Amerika tərəfə səyahətə üz tuturlar. Bununda qarşısını ala bilmək üçün bu ani qərarı qəbul etdilər ki, camaat artıq əl çəksin evinə dollar yığmaqdan.

  5. Goresen niye bizim qadinlarin qedir qiymeti yoxdu?Ne dovlet terefinden nede cemiyyet terefinden qayqi gormurlrr.O biri movzudaki yazdiqimi bura kopya eleyirem,cunki bu movzuya daha cox aiddi.

    Bugun Turkiye qadina zorakiliq ,widdet olmaz deyib ayaqa qalxib,biz helem yatiriq.Turkiyanin Istanbul weherindeki ehaliden az ehalisi olan Azerbaycanda olan zorakiliq,qadin soyqirimi defelerce coxdu,niye susub xalqimiz? Bacisi,qizi,anasi olan her bir kiwi bugun heyecan tebili calmalidi.Yoxsa ele bilirsiz sizin qadinlarin,qizlarinizin bawina gele bilmez?aqliniz memurlarin qizlarina getmesin,onlarin ne veclerine uwaqlarini,qizlarini,hetta 80 yawinda analarini qaynanalarini ozel suruculer aparir getirir.

    Üzr istəyirəm ifadəmə görə, bizim bəzi qadınlarımızın xalqımıza etdiyi xəyanət heç şeytanında ağlına gəlmir.

    Çox uzun zaman öncə , bir gün dayanacaqda sıx olan marşuruta  minmək istəyən qadın və qızı dayanmışdı.

    Qızı anasına çox sıxdı minməyək deyəndə. Anası qızına min min indi bir dənə lox çıxmayacaq, biz oturaq dedi. Gəl beləsinə hörmət et!

     

    Türkiyədə yuxarıda olanlar nə isə əldə etmək istəyəndə TV,Radio və Qəzetləri boş boş şeylərlə doldurub saman altından su yeridirlər.

    Bizdə evləri söküb camaata pul verirlər , Türkiyədə isə pul ciblərində qalsın deyə ekskvatorla evi uçurub damın üstündə dayanan ev sahibi 5 uşaq atasını öldürür, balalarını yetim qoyurlar!

     

    tsk edirem, Roxilan

    cox güman ki onlar eyni merkezden idare olunurlar ve gelecekde növbeti aksiyalarin birinde eyinlerine ermeni qadnlarinin libasini geyinib "biz hamimiz ermeyinik" shuarini insanlara telqin edecekler

    Bu hamımız erməniyik şüarını səsləndirənlər kürtlərdir ermənilərdir. TÜRK deyillər.

    Açıq aşkar hərşey ortadadır ki, belə yubqa geyənlərlə heç bir cəmiyyət irəli gedə bilməz.

     

    Bunlar TÜRK DEYİL! :yox:

    index.php?app=core&module=attach&section

     

  6. az sözü olan istənilən mənbə söz hətta hava belə etibarlı deyil  )

    O, yazdığım Mərkəzi Bankın rəsmi internet səhifəsidir.

    Nəzərə almaq lazımdır ki, VALYUTA bazarı həftə içi işləyir. Bu səbəbdən başka ölkələr bizim ölkənin daxilində baş verən valyuta proseslərini anlaması üçün bir qədər vaxt lazımdır.

  7. Bir neçə il əvvəl cammatı aldadıb altında yatdırdığı manatları yığmışdılar. iki gündür ən etibarlı mənbələrdə Bloombergdə belə manatın kursu əvvəlki kimi göstərir. Sabah fond birjasının açılışında hər şey tam məlum olacaq. 

    http://www.cbar.az/other/azn-rates

    21.02.2015 tarixdən etibarən

    Valyuta            Kod   Kurs  

    1 ABŞ dolları   USD  1.05

     

  8. Salam zehmet olmasa mene yaxsı ingilis dili kursu meslehet gorerdiniz ama heqiqeten qane etsin indi kurs coxdu ama olduqca azı qaneedicidi..evvelceden tesekkur.

    Elton, Elmlər akademiyası metro stansiyası Bakı Dövlət ilə üzbə üz MegaCity yazılan binanın altında, kurs mükəmməldir. Çooxdan orada kursda olmuşam amma həqiqətən təcrübəli müəllimləri var.

  9. Ölməsin neynəsin yazıq manat, kimin əlində pulu varsa qaçıb dollara çevirirdi.Mərkəzi bankda dollar qalmayanda sonu belə olmalı idi.

    Dövlət bir tərəfdən çalışır ki, manatı ayaqda saxlasın bizimkilərdə ağacı qurd içindən yeyər misalı ağaca balta vururlar.

  10.  

    Nvidia GeForce GTX 590 3Gb 768bit (Не работает! Сбой в системе питания, нужен ремонт) + Gigabyte GTX 570 1280mb ( Есть артефакты) = 100Азн

     

    Эти две вместе за 100 Азн

     

     

    Отличная цена, удачной продажи. Плюс от меня.

    • Upvote 1
  11. Uşaqlıqda əsassız ədalətsizlikdən , həyatın həyasız keçməkeşindən çox əziyyət görüb, çox döyülmüşəm:

    Yadımda olanlardan bəziləri:

    1ci sinifdə 4 aldığım üçün ŞAPALAQ mənim üzümü oxşayıb

    3ci sinifdə oxuduğum zamanlarda , dükkandakı soyuducumuzu qardaşım açdığı zaman əlindən dondurma yerə düşdüyü üçün, mən şunur ilə necə lazımdır döyülmüşəm.

    3cü sinifdə dərs günü paltar almağa getdiyimiz üçün müəllim tərəfindən bir-neçə şapalaq qazanmışam :)

     

    Mənim zənnimcə uşağı döymədən tərbiyə edərək böyütmək üçün ata-ana əvvəlcə gərək özü psixoloji tərbiyə görsün.

  12. Deliden dogru xeber buna deyibler)

    movzu ile bagli sherhlere oxudum, melum olur ki userler movzuda etrafinda 2 desteye bolunubler:

    1. movuz barede diskusiya aparanlar

    2. muellifi hedefe alanlar

    Ve umumi olaraq bu neticeye geldim ki, bizim televiziya gör ne gune qalib ki, Gunel Movlud kimiler de onu beyenmirler )

    Yani, Azerbaycan Televiziyasi oz simasini o qeder itirib ki, hetta simasiz insanlar da ona qarshi menfi munasibet besleyirler.

    Tam razıyam.Bizdən əvvəlkilər və biz buna göz yumduqca, bizdən sonraki cəmiyyətdə bunu görməyə məcbur olacaq.

     

    Hansı birimiz 100-150 nəfər eyni fikirli insanlar toplanıb toplu şəkildə hansısa kanala - verlişə şikayət məktubu ünvanlamışıq?

    Cəmiyyətimiz, hərəmiz bir ləhcə ilə danışır, haralısan sualı verib bölünə bölünə Oğuz Türkü olduğumuzu unudub, xırdala xırdala yox oluruq.

  13. Ay camaat elə hər şeyə müxalifət olmaqla iş həll etmək olmur. Çin dünyanı hər şeylə təmin edir bu gün bu nəyin hesabınadır axı?

    Yadıma gəlir ki, 7ci sinifdə oxuyan zaman məktəb direktorumuz Çindən gəlmişdi və bundan bəhs etdi bizlərə. Dediklərinə görə 6cı sinifə qədər bütün uşaqlara bütün təməl dərsləri keçirlər.

    6cı sinif gəlib çatanda uşağın nəyə həvəsi olduğunu soruşurlar.Uşaqda öz seçimini edir, gedib maşın çilingəri olmaq istəyən uşağa zoologiyadan, tarixdən dərs keçmirlər.Axı nəyə lazımdır ki, insanın ən mükəmməl qavrama zamanında insan beynini boş boş ona lazım olmayacaq şeylərlə doldurmaq?İnsan bu qədər universal varlıqdır?Fizika özü sübut edir ki, ya sürət yada güc seçilməlidir.2si bir yerdə ola bilməz.

    Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan.Bunu Nizami Gəncəvi boş yerə deməyib ki. Mən şəxsən düşünürəm ki, uşağın nəyə meyli nəyə həvəsi varsa məktəbdə onu öyrətməlidirlər.

     

    Çox maraqlı bir fakt var ki, 9 il bundan əvvəl qonşunun uşağı 1ci sinifə gedirdi. Uşağın atası Türkdür evdə Türk kanallarına baxır, Türkçə danışır çox sözü, anası Rus dillidir, anasıda Rus kanallarına baxmağı xoşlayır.

    Uşağı məktəbə qoyublar seçim ediblərki, dərsliklərində ingilis dili, rus dili, və AZƏRBAYCAN dili olsun.Uşağ 4 dildə danışırdı.Özünü ifadə etmə funksiyası pozulmuşdu.İnanın mənə sözün birini türk birini rus birini ingilis birinidə Azərbaycan dilində deyirdi.O, qızın başı xarab oldu heçnədən.Axı biz insanıq kompyuter deyilik.Niyə həyatımızın ən yadda qalan anlarını içi boş məlumatlarla dolduraq? Heç kim demir ki, kimyanı öyrənməsin uşaqlar yada loqarifmadan xəbəri olmasın.

    Həvəsi olmayan bir insana zorla birşey öyrətmək o, dərsdə məcburi otuzdurmaq elə onu o, dərsə həbs etmək demək deyilmi?

    Vaxtını boş işlərə sərf edən bir cəmiyyət tərbiyələndirməyin özü böyük bir məsuliyyətdir.

     

    Kimin nəyə həvəsi var seçim versinlər, uşaqda seçimini edəndən sonra anlasın ki, artıq oxumaq lazımdır.

  14. Veten uchun oz saglamligindan,canindan kechen bir ovlada bu qeder etinasiz yanashma olar?! Qinayiriq,chunki dovlet onlari hech kime mohtac etmemelidir,her formada teminat vermelidir,insanlarin merhemtine siginacaq qeder aciz qoymamalidir.

    Eger ozune chatacagi temin olunacaq bank hesabi achilacaqsa,forumda da yerleshdirin.Eminem ki,komeklik gostermek isteyenler az olmayacaq.

    Əgər siz Azərbaycanda yaşayırsınızsa müharibədən çıxmış ac camaatımızın nələrə qadir olduğunu ya bilmirsiniz yada sizin gözünüzdə dövlət çox alçaq bir mövqe tutur.

    Hərə bir ağızdan dövləti qınasa bizim dövlət var olacaqmı ki? Dövlət elə bizim dövlətimizdi!Qınamaq yerinə lazımı orqanlara şikayət etmək lazımdır.Bir şikayətiniz varsa PREZiDENT.AZ saytı var.Yükləyin sənədləri kompyuterinizdən göndərin yaxşı bir başlıq yazın yaxşı bir mətn hazırlayın.Qoyun dövlətdə hansı orqanının nə işlə məşğul olmasından xəbər tutsun.Halva halva deməklə ağız şirin olmur!Əgər sizin məktubunuzu görməzdən gələrlərsə bir daha yazın.

    Nəzərə alın ki, 7 ildir öz hüququnu qanuniləşdirmək istəyən bir insan var qarşınızda.Müharibə nə vaxt olub hüquq nə vaxt tələb edilir? Hər gün bir hadisə ilə qarşılaşırıq,

    dövlət 1 manatımızı dollardan baha saxlamaq üçün əlindən gələni edir ki, dövlətimiz ayaqda qalsın digər dövlətlər kimi çökməsin.

    Elə bu forumu ələ alın bir şikayət edib bir report yazılmazsa moderator bütün mövzuları hardan yoxlasın. Sən qışqırmasan səsinin çıxmasını necə gözləyə bilərsən axı?

    Problemi nədəsə axtarmaq, o problemin yaranma səbəbini aradan qaldıra bilmədikcə elə o, problemin tərkib hissəsi olmaq deməkdir.

    Mən camaatımıza ən doğru yolu göstərməyə çalışıram.Bu işə hansı qurumların baxdığından bixəbərəm.Sağlamlığım isə bu insana kömək etməyə imkan vermir.

    İnanın mənə bütün sənədləri toplayıb insanca bir məktub SƏNƏDLƏRLƏ birgə PREZiDENT.AZ saytına, bir məktub bu işə baxan qurumlara ayrı ayrılıqda göndərsəniz gec tez bir cavab alarsınız.Əgər həqiqətən kömək etmək istəyiniz varsa bunu edərsiniz.Kor korana oturub dövlətdən də birşey gözləmək doğru deyil.

    Açılan hesabla qarşı deyiləm!Hörmətli insanlarımız kömək etmək niyətində olanlar ALLAH hər şeyi ürəyinizcə versin.

    Demirəm kömək etməyin hər şeyin öz yolu var.Kimin nəyə gücü çatırsa kömək edə bilər.Amma idarəçisiz bir toplum heç kimin işinə yaramaz.

    Torpagi qoyub qachanlara( hamiya aid deyil) her cur sherait yaradilir,amma torpaq ugrunda saglamligini itirenlere hech haqqina dusheni de vermirler...

    Bank hesabi achilsa bura yerleshdirin. Bakida yashamayan,amma komeklik etmek isteyen insanlar var.

    Elə söhbət bundan gedir.

  15. biz, əyər alınsa onun adına ya da anasının adına bankda hesab açmaq istəyirik ki, sonra bankomatdan özləri kartla pul çıxarsınlar. Kim istəsə ödəniş terminallarından da pul köçürə bilər istənilən məbləği. Anası da çox yaşlıdı, əyər banka gedə bilsə. Baxarıq, görək neçə edərik. Mən nömrəmi yazaram sizə inboxa.

    Mən xəstəliyimlə bağlı sizə kömək edə bilmirəm. Sahil metrosunda vəkillər kollegiyası var. Bu insanla əlaqə qurduqdan sonra orada 10-15 manat verib məsləhət almaq olar ki, necə kömək etmək olar hüquqi baxımdan.

    Dövləti də qınamaq düzgün deyil , elə insan var ki, öz ayağını kəsdirib qarabağ veteranı adı alan.(BU FAKTIDIR)

  16. Mümkün olarsa əyləncə və idman bölməsində redaktə etmək (edit ləmək) müddətini uzadmaq olarmı? Bəzən ard arda yazırıq oyun qarışır bir birinə sonrada bunları ancaq redaktə etməklə düzəltmək olar ki, 5 dəqiqəlik vaxt çox çox az qalır bəzi hallarda.

  17. Yadıma gəlir 8 il bundan öncə 131 nömrəli marşrut var idi. O qədər tez işləyirdi ki, ayaq üstə adam çox nadir hallarda görünürdü bu marşurutda.Dizel qiyməti qalxan zaman, qiyməti elədilər 30 qəpik.

    Cammat şikayət elədi sağolsun millətimizi. Qiyməti elədilər 15 qəpik 2 dəqiqədə bir işləyən avtobus 15-20 dəqiqəyə gəlmirdi. O zamanlar 1 saat avtobus gözlədiyimiz vaxt olub.

    Məncə qiymət artımından şikayət etmək heç kimə heç nə qazandırmayacaq. Bəzi ölkələr yanacaqla işləyən nəqliyyat vasitələrini artıq qadağan etməyə başlayıblar.

    Bir neçə il sonra nefti ucuz satılan ölkələrin halı necə olacaq, avtobusların qiyməti necə olacaq mənə çox maraqlıdır.

  18. Bele bir tecrubeye baxaq.

    Maili dayanmis bir lovhe var. Lovhenin yuxarisindan bir top buraxilir. Topun buraxildigi noqtenin duz beraberinde lovhenin ashagi hissesinde kicik bir manee var. Top digarlanir ve gelib bu maneeye catir. Bundan sonra bir neche ehtimal var. Top hemin maneeye deyib onun ya sagindan, ya da solundan gedecek. Ya da cox kicik bir ehtimalla maneenin ustunde tarazliq veziyyetinde dayanacaq. Topun herekete nece davam edeceyi o anki shertlerden asilidir. Yeni hemin anda olan shertler neyi teleb etse, o olacaq. Buna tesir eden amiller o qeder cox ve hessas xaraktere malikdir ki, biz onu tam olaraq mueyyen ede bilmirik. Ona gore de ehtimallardan hansinin bash vereceyinden asili olmayaraq biz onu tesaduf kimi qiymetlendireceyik. Amma bash verecek istenilen ehtimal o anki shertlerin teleb etdiyidir ve basqa cur ola bilmez.

    Bunu evvelceden yazilmis bir tale kimi de qiymerlendirmek duzgun olmaz mence.

    Talenin əvvəlcədən yazılması məsələsi səhv başa düşülür. Bu o , demək deyil ki, BÖYÜK ALLAH ədalətsizlik edib bizi kukla kimi bu həyatda necə oynadacağını kitaba yazıb. Tale bizi yaradanın bizim harda hansı hərəkəti edəcəyimizi əvvəlcədən hesablaya bilməsidir, onu idarə etmək yox. İnsana sağlam düşüncə və iradə verilib, ALLAHın izni ilə də istədiyi yönü özü seçir.

     

    Sual belə olmalıdır:

    Təsadüf nədir? Elə sizin dediyiniz kimi, bu topun əvvəlcədən hansı hərəkəti edəcəyini bilmirik. Bu səbəbdən biz insanlar buna təsadüf adını veririk.Axı onu hesablamağa imkanlarımız əlverişli deyil.

    Təsadüf bizim anlaya bilmədiyimiz əvvəlcədən hesablanmış bir qanun ilə bir birinə təsir göstərən hissəciklərdir.Yəni bizim hesablaya bilmədiyimiz hər hansı bir hadisə təsadüf sayılır bizə görə.

     

    Bütün dünya təsadüf nəticəsində yaranıb deyənləri başa düşməyə çalışıram.Bu qədər kainat təsadüfən yaranıbsa, bizim bədənimizdəki trilyonlarla kodları təsadüf özü hesablayıb?

×
×
  • Create New...