Jump to content

Kenan049

Members
  • Posts

    1,792
  • Joined

  • Last visited

Posts posted by Kenan049

  1. Ey MÜSƏLMANLAR FİRQƏLƏRƏ BÖLÜNMƏYİN!
    Müqəddəs Qurani kərim SÜNNÜ , ŞİƏ , VƏHABİ və sayrə deyil!

    Münaqişə olsun deyə yazmadım, xahiş edirəm sonuna dək oxuyun.

    Ənam surəsindən:
    159-Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
    160-Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
    161-De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”.
    162-De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!
    163-Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.

    Şura surəsindən:
    13-(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın! Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.
    14-Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra Kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.
    15-Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”.
    16-Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar (dünyada) qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir.

     

    ---

    Qardaşdarım Bacılarım ALLAHIN qəzəbindən qorxun, artistlik edib, dini bölüb dindaram deməyin!
    Kim müsəlmanlığı qəbul edir, dində bölünürsə məhzəb və sayrə olaraq, o həqiqətən yolundan sapıb! O, elə həmin məhzəb və sairəyə aid olan dindədir. Buna islamda olan müsəlman demək olmaz! Çünkü müsəlman islam dininə aid olan şəxs deməkdir. Əgər ALLAHIN buyurduğu yol üzərindən getmirsənsə firqən varsa, buna necə ALLAHIN dinini yaşayıram deyə bilərsən? ALLAHIN dininə şər ATMAYIN!

  2. Özümü ağıllı hesab etmirəm sadəcə xatırlatmaq istəyirəm. Bir mövzuya diqqət edin , hamı biri-birin günahlandırır.

    İslam bir yerdə olmaq dinidir, sünnü , şiyə , vahabi yox.

     

    Heç bir an olsun gündəlik həyatınızda durub fikirləşirsinizmi, nə üçün yaradılmışıq? nə qədər günah edirik?

    ALLAHın əzabından qorxun, qorxun və dini birləşdirin ARTIQ FİRQƏLƏRƏ BÖLÜNMƏYİN.

     

    http://quran.az/23/t:2 - Muminun Surəsi ( Quranı Kərimin Z.Bünyadov - V.Məmmədəliyev tərcüməsindən

    51
    (Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
    52
    Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”
    53
    Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur).
    54
    (Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax!

     

    Mənə inanmırsınız? Qurana baxın:

     

    http://quran.az/45/t:2 - Casiyə Surəsi ( Quranı Kərimin Z.Bünyadov - V.Məmmədəliyev tərcüməsindən

     

    11
    Bu (Quran) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı bir əzab gözləyir.
×
×
  • Create New...