Jump to content

virtualsculptor

Amateurs
  • Posts

    153
  • Joined

  • Last visited

Posts posted by virtualsculptor

  1. Amazondan bir həftə əvvəl almışam və ölçüsü kiçik olduğu üçün satıram. Geyinilməyib, tam təzədir.

     

    Üzərində yazılan ölçü: US 11, EUR 44,5 (29 cm)  Ancaq deməliyəm ki, özüm ölçdükdə 28 cm olduğunu gördüm, xahiş olunur əvvəlcədən nəzərə alasınız.

     

    Amazondan endirimlə 30$-a alınıb, shipping 14$-a başa gəlib (Amazon + Camex).

     

    Qiymət 55 AZN

     

    Whatsapp: 055 291 50 36

     

     

     

    01.jpeg

    02.jpeg

    03.jpeg

    04.jpeg

    05.jpg

  2. Düzdür, Payoneer-in səhifəsində 3,5%-dək yazılıb, ancaq mən bir neçə dəfə manatla pul çəkdikdə məhz 3,5% çıxıldığı üçün belə yazmışdım. Bir neçə ay əvvəl müxtəlif banklara zəng etmişdim, son nəticə olaraq belə qərara gəldim ki, birdəfəlik tranzaksiya ən yüksək Bank Respublika-dadır - 500$. Baş ofisin bankomatından bir neçə dəfə çəkmişəm, problem olmayıb. Həm də digər banklardan bəzilərindən mənə demişdilər ki, bankomatda bəzən dollar olmaya bilər, kassadan soruşmaq lazımdır.

  3. Güllələmək yox, düzgün şəkildə heyvanları yığıb müayinədən keçirmək, axtalamaq, ən pis halda yatızdırmaq lazımdır.

    Dünən səhər Xırdalanda Heydər parkında qaçmağa getmişdim, gecə yenə itləri vurmuşdular amma biri hələ də ölməmişdi. Neçə saat idi heyvan qan içində can verirdi, heç kimin də vecinə deyildi. Bələdiyyə işçiləri o şəkildə də arabaya atıb apardılar? Normaldır bu? İnsanlığa yaraşır?

    Başa düşürəm əksər adam balaca qızın ölümündən sonra əsəbləşib və təəssüf ki, onların bir çoxu düşünmədən itləri güllələmək lazımdır deyir. Hətta bir "qəhrəman" fəxrlə özünün gedib güllələdiyini yazıb. Belə danışmaq sizə yaraşmır, insana yaraşmır. O heyvanlar təhlükə mənbəyi olsalar da özləri də bu mundar sistemin qurbanıdırlar. Belə məsuliyyətli vətəndaşsınız hər kəs öz borcunu hiss edib bircə dəfə dövlət orqanlarına müraciət etsin. Hərəniz öz vətəndaş borcunuzu yerinə yetirsəniz dövlətə kütləvi müraciətlər olacaq və mütləq nəticə də olacaq. Amma az sayda insan istisna olmaqla əksəriyyətiniz etmirsiniz, əvəzində burda "güllələyin!" yazırsınız.

  4. Payoneer-in hər dəfə pul çəkəndə çıxdığı 3.15 dollardan əlavə faizləri belədir:

    - 1,8% Amerikadan kənar ölkədə pul çəkildiyinə görə

    - 3,5% Dollardan başqa valyutada pul çəkildiyinə görə

     

    Dəfələrlə yoxlamışam, hesab hər dəfə sentinə kimi düz gəlib. Əgər pulu onlayn şəkildə manatla və ya başqa valyuta ilə xərcləsəniz belə həmin 3,5% çıxılır. Mümkün qədər max. məbləği dollarla birdəfəyə çəkmək ən məntiqlisidir.

    • Upvote 1
  5. Salamlar.

     

    Lazım olmadığı üçün bəzi avadanlıqları satmağa qərara gəldim:

    Cormoran Red Master Spinning - 30 AZN

    Shimano Alivio 4000 FC Катушка - 40 AZN

     

    Shimanonu burda forumda Elmardan almışam, ona da Rusiyada Shimanonun öz dükanından almışdılar.

    Red Masteri Türkiyə Səfirliyinin yaxınlığında olan ovçu dükanından almışam, adı yadımda qalmayıb.

     

    Hər ikisi keçən il alınıb, çox az işlənib, yaxşı vəziyyətdədirlər. 2-3 dəfə cəmisi balığa gedə bilmişəm. Qiyməti minimum yazmışam, bundan aşağı düşə bilməyəcəm.

     

    P.S. Burda elan verməyə icazə verirdilər də mən bilən ) Əvvəllər belə elanlar olurdu.

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg

    05.jpg

×
×
  • Create New...