Jump to content

Anar862

Members
  • Posts

    4,039
  • Joined

  • Last visited

Posts posted by Anar862

  1. 8 минут назад, Abbasov J. сказал:

     

    Məsələ ondadır ki, Nazirliyin fikrincə, haqq yalnız onun əməkdaşlarına məxsusdur. Xalqa məxsus olan isə yalnız öhdəlikdir.

    Qəribəsi ondadır ki, qərarı verən Nazirlər Kabinetidir, Avropa Şurası deyil. Əgər bu qədər imtina verəcəkdilərsə, o zaman özlərinə sərf edən qərar yazardılar. 

    Qərarda yazardılar ki, həyatında velosiped sürən adama belə 190 manat düşmür. Mənim də o zaman başımdan tüstü çıxmazdı.

    Amma mənə cavab yazırlar ki, sənin istifadəndə avtomobil var. Mən də deyirəm, tutaq ki var, sonra? Bunun 190 manata nə aidiyyatı var?

     

    Ya yığışın bir yerə 190 manatı verməmək üçün elə bir qərar yazın ki, onu heç kim almasın. Ya da artıq qərarı vermisinizsə, o zaman onu da icra edin.

     

  2. 18 минут назад, porridge сказал:

     

    1. Как думаете, насколько информация о нежелании работать, но получить единовременную выплату в 190 манат соответствует действительности? (Мое мнение - соответствует)

    2. Как поступили бы вы в такой ситуации?

     

     

     

    18 минут назад, HHA71 сказал:

    одно дело получать  190 сидя дома другое получать 218 ман с утра до вечера работая, при этом еще на дорогу тратится, на одежду и тп

    вы бы что выбрали?

    предложите 800 ман, очередь выстроится

     

    Hadisənin mənəvi tərəfinin məsələyə aidiyyatı yoxdur. Sosial Müdafiə Nazirliyi ortalığa bir söhbət atır, hamı başlayır bunu müzakirə etməyə. Mahiyyət yaddan çıxır.

     

    Yuxarıda da yazdım. Sosial Müdafiə Nazirliyinin vəzifəsi qərarı icra etməkdir, bəhanələr uydurmaq deyil. Qərar var, orada göstərilib ki, nə zaman insanlara 190 manat düşmür. O maddələrdə yazılmayıb - adamın kateri, tankı varsa, ya da təyyarə etibarnaməsi varsa, ona 190 manat düşmür. 

     

    Birincisi, Sosial Müdafiə Nazriliyi insanların haqqı olan 190 manatı verməlidir. Sonra iş təklif etməlidir. Fərq burasındadır. 190 manatın əvəzinə yox, ona əlavə olaraq.

     

    190 manatı alanları da günahkar durumuna salmaq lazım deyil. Yox havayı pul istəyir, işləmək istəmir. 190 manat onun haqqıdır, vəssalam.

     

    • Like 3
    • Upvote 2
  3. İndi də təzə hoqqaya əl atıblar. 190 manatdan imtinanın səbəbləri Nazirlər Kabinetinin qərarında göstərilib. Bu səbəbdən kənara çıxan bütün səbəblər uydurma səbəblərdir. Sosial Müdafiə Nazirliyinin də vəzifəsi qərarı icra etməkdir. 

     

    Əvvəl insana düşən 190 manatı versin, sonra iş təklif etsin. Birinin o birinə aidiyyatı yoxdur. Bu fikirləri də ortaya atırlar ki, bax görürsünüz, onların heç pula ehtiyacı yoxdur.

    • Like 2
    • Upvote 1
  4. Karantinlə bağlı aparılan siyasət əsl ayrıseçkilik siyasətidir.

    Bir evdə 2 nəfər yaşayır, biri icazə e-gov-dan icazəsi var, şəhəri sağa-sola dolaşır. O biri ancaq SMS ata bilər, ancaq 3 saat çıxa bilər.

     

    Ziyad Səmədzadə (yaşı 65-dən çoxdur) Operativ qərargahda çıxış edir, işinə gedib-gəlir, amma ölkənin 99.9% 65 yaşlılarına 1 aydan çoxdur deyirlər ki, evdən həyətə düşməyin, cəriməsi də 100-200 man.

     

    Müğənnilər hər gün TV-dədilər, soruşan yoxdur, sən hansı kateqoriya ilə ora gəlmisən?

     

    Jurnalist küçədə gedəni tutub soruşur ki, niyə evdə otrumursan? O jurnalistin biri rastıma gəlmir ki, deyəm sən niyə evdə oturmursan? Sənin məndən üstünlüyün nədir? 

     

    Avtomobilə post qurmaq lazım deyil, Kapital bankın filiallarının qabağına gedib oradakı insanlara ara məsafəsini təmin etmək lazımdır.

     

     

    • Like 5
    • Upvote 1
  5. 1 час назад, iFight сказал:

    Уверен ни раз был озвучен этот вопрос, но подскажите пожалуйста (признаюсь лень читать всю тему). Можно ли с бакинской пропиской выезжать из Баку (например в Шемаху) и обратно? 

    *на своем авто, имея (пардон май френч) разрешение

     

    Yox.

  6. 1 час назад, Lilly1 сказал:

    Кому ответили на Facebook, вам после этого СМС быстро пришел или нет? Или всё ещё ждёте)

    IMG_20200502_144325.jpg

    Mənim maşın etibarnaməmi tez tapdılar və imtina göndərdilər.

    Sizə cavab gəlməyibsə, deməli axtarırlar.

     

    Mən başdanxarab deyəndə bəzilərinin acığına gəlir. Onlar 25-ə yaxın orqana sorğu göndərirlər. Halbuki onun yarıdan çoxu artıqdır. Ona görə də cavab vaxtı uzanır.

    Min oyundan çıxırlar ki, pulu verməsinlər.

     

    • Like 3
    • Upvote 2
  7. 10 минут назад, Гамлет сказал:

    Yaxsi, bəs kim limiti aşıb, amma bütün göstəricilər uyğundu? O şəxsin aqibəti necə olacaq?)

    Ona da bir bəhanə tapacaqlar. Mən feysdə oxudum. Hal-hazırda Bakıda olan adamlara yazırlar ki, siz xaricdəsiniz)))

    • Haha 3
    • Confused 1
    • Facepalm 1
  8. Только что, fidan20 сказал:

    Сейчас родственник позвонил. Получил 190 м. Но на его имя есть машина:thinking:

    Mən yuxarıda yazmışdım. Maksimum limit var - 600 min adam. Kim o adamların arasına düşübsə, onlara pul veriblər. Kim limiti aşıbsa, onlara müxtəlif bəhanələrlə imtina göndəriblər. 

     

    Bunun üçün mətbuatı müxtəlif yazılarla doldururlar. Filankəsin 2 maşını var, müraciət edir - utanmır, dövlətin bu vaxtında belə işlər görürlər. Ayıb olsun onlara. Sonra da bu sous altında başladılar etibarnamələri qurdalamağa. Başladılar belə imtina yollamağa.

     

    Birazdan bunu mətbuata yeridəcəklər ki, kim maşın sürürsə, deməli o varlı adamdır. Ona görə də ona da 190 man düşmür. 

    Halbuki bunların hamısı qanuna ziddir. 

    • Like 2
  9. 7 часов назад, andalusia сказал:

    Мой друг 7 числа отправил, статус ишсиз дали, он полностью подходит под категории получить 190м,ответа нет еще, что ему делать?)) Падает духом

    Orijinal postu tapmadım. Mən də oradan köçürmüşdüm. https://www.facebook.com/sosial.gov.az/ səhifəsinə belə bir müraciət yazırsınız.

    "Salam. Ad/familiya/soyad .....................FİN:................. Telefon:............... 

    ................ tarixində  işsiz statusu almşam. İndiyə qədər SMS almamışam. Xahiş edirəm bu barədə məlumat verəsiniz. Təşəkkür edirəm.

    7 часов назад, Neo79 сказал:

    Я троих зарегистрировал,до сих пор ни слуху ни духу(

     

     https://www.facebook.com/sosial.gov.az/ səhifəsinə belə bir müraciət yazırsınız.

    "Salam. Ad/familiya/soyad .....................FİN:................. Telefon:............... 

    ................ tarixində onlayn müraciət edərək işsiz statusu və 190 manat almaq üçün müraciət etmişəm. İndiyə qədər SMS almamışam. Xahiş edirəm məlumatlarımı yoxlayıb mənə məlumat verəsiniz. Təşəkkür edirəm.

     

    Nöqtələrin yerinə öz məlumatlarınızı yazın.

    • Like 1
    • Thanks 1
  10. 31 минуту назад, Chinese translator сказал:

     

    Belke de zeng eleyib soruşublar valla :)

    Başqa ölme bunun barede melumat verir ki?

     

    Dövlət Sərhəd Xidmətinə sorğu göndəriblər, onlar da bildirib ki, ölkədən çıxışı var, girişi yoxdur. Onlara bu bəsdir. Qalanını araşdırmağa vaxtları yoxdur.

    • Upvote 2
  11. 11 минуту назад, Chinese translator сказал:

     

    Нет машину не приписали. Причина мы за границей. Так они не то что мне 190 манат отказалимь давать они меня даже как безработного не зарегистрировали:biggrin::biggrin::biggrin::biggrin:.

    Я не понимаю как они мне могут отказать в статусе безработного если я не работаю в Азербайджане, у меня нет Воена, я не плачу налогов, у меня нет трудовых договоров:facepalm:

    Sizin xaricdə yaşamağınız kifayət deyil. Siz həm də orada işləməlisiniz. Ancaq bu halda sizə işsiz kimi qeyd alınmağa imtina verə bilərlər. 

     

    Ancaq bunu bizim orqanlar müəyyən edə bilmədiyindən bir bəhanə ilə sizə də imtina veriblər. Eyni zamanda bilirlər ki, sizin şikayət imkanları məhduddur. 

    • Thanks 1
  12. 17 минут назад, anar0102 сказал:

    Не понимаю. Такое ощущение , что специально своими действиями чиновники ведут пропаганду против президента.

    Mənim bir tanışımın adına maşın var, o 190 manatı alıb. Vəzifədə filan deyil, adi bir adamdır. 

     

    Fikrim belədir ki, müraciətlərin sayı çoxdur və ayrılan pul çatmır. Ona görə də hamıya bir bəhanə ilə imtina göndərirlər.

     

    • Like 2
    • Upvote 1
  13. Sosial Müdafiə Nazirliyi anlayışları manipulyasiya edərək aztəminatlılıq meyarı, istifadənizdə avtomobil, həyat yoldaşınızda avtomobil ifadələri ilə insanları haqqı olan 190 manatdan məhrum edir. 

     

    Bu açıq-aşkar dövlət idarəsinin Nazirlər Kabinetinin qərarını təhrif etməsidir. Yenidən təkrar edirəm. 190 manat işsizliklə bağlı verilən yardımdır. Sizin və ya həyat yoldaşınızın avtomobilinin olub-olmaması, etibarnamə ilə avtomobil idarə etməyiniz, hətta evinizin belə olması bu yardımı almaq üçün maneə deyil.

     

    Fikrimcə, Nazirlik bu qədər müraciəti gözləmirdi və ona görə də kütləvi surətdə hamıya müxtəlif bəhanələrlə imtina yazdılar.

    • Thanks 1
    • Upvote 3
  14. 56 минут назад, _enver сказал:

    Iş getmək mən beton tokməyə, yolu genişləendirməyə, yol kenarlarinin betonlanmasına, betonun quruması geden zaman yolun ilkin asfaltlanmasıni deyirem. Beton quruduguna görə də indi yolu qashiyib daimi asfalt örtüyü çəkirlər. Yollar idarəsində mənim qohum əqrabam ishlemir. Amma düzgün gedən işə görədə zəhmət çəkən insanların təhqir olunmasına göz yuma bilmərəm. Kimisə təhqir etmekdən asan bir şey yoxdur həyatda. Bir ozünüzdən soruşun. Mən nə eləmişəm bu həyatda?

     

    Siz düzgün sayırsınızsa, o demək deyil ki, mən də düzgün sayıram. Betonun qurumasının və s. işin gec başlanmasına dəxli yoxdur. Fakt odur ki, 20 Yanvara gedib gələn yollar aprel ayı boyu açıq olub. Məhz aprelin 27-nə qədər həmin yollarda tıxac yox idi.  Ona görə də siz deyən işləri bir az daha tez başlayıb aprelin 27-nə qədər bitirmək olardı.

     

    Bundan başqa Moskva prospektindən 20 Yanvar metrosuna gedən yolda heç bir iş görülmürdü. İndi həmin yol da 2 gün bağlı olacaq. Analoji olaraq bunu da aprelin 27-nə qədər etmək olardı. 

     

    Siz istəyirsiniz bunu düzgün qurulmuş daxili və xarici siyasət nəticəsində Yol-nəqliyyat idarəsinin apardığı məqsədyönlü və analoqu olmayan beyin fırtınasının məhsulu kimi qiymətləndirin. Orda işləyən insanlara da dünyanın ən parlaq zəka sahibləri kimi dəyər verin.

     

    Mən əminəm ki, sabah biri gün mikrorayonlarda tıxacda dayanan insanlar bunu belə qiymətləndirməyəcəklər. Üstəlik küçəyə SMS-lə çıxan insanlarda bu daha da əsəbilik yaradacaq. 

     

    Sonda, ən azından gördüyüm iş insanlara əsəb gətirmir.

     

     

  15. Только что, HHA71 сказал:

    напишите им о том что у вас один дом если действительно так

    пусть сообщат о других и вы их продадите

    Ev barədə mətbuata yaradılan hay-küyün heç bir qanuni əsası yoxdur. Normal müstəqil jurnalistika olmadığından bunu sorğulayan da yoxdur. 

    Adamın bir yox, milyon evi olsa da, adına 800 avtomobil, 500 təyyarə, 1500 yaxta olsa belə, qanun ona 190 manatı almağı qadağan etmir.

  16. 2 минуты назад, PlayPlus сказал:

    Когда haqqin.az напишет расследование-статью об этом? Ждут когда пройдут годы и потом напишут?

    Haqqın.az hökumət tərəfdarı saytdır. O belə şeyləri yazmaz. 

  17. 33 минуты назад, _enver сказал:

    Hər gün o yolu gedib gəlirəm. Bütün karantin dövründə iş gedib o yolda. Həm də hər iki istiqamətdə. Bilib-bilmədən kimi isə təhqir etmək lazım deyil.

    İş getmək nəyə deyirsiniz siz? Yolun ora-burasını düzəltməklə yolu bağlamaq bir deyil

     

    Maraqlıdır ki, mən də o yolla karantin boyu istifadə etmişəm və yol aprel ayının sonuna yaxın bağlanıb. Yəni karantin rejiminin sərt vaxtı o yol açıq olub.

     

    Karantin vaxtı o yolun yükü azalmışdı. Şamaxinka deyilən yerdə futbol oynamaq olardı. İndi elədiklərini aprelin ortalarında da elə bilərdilər. Əgər yol boş olan zaman o yolu təmir etmirlərsə və karantin rejiminin yumşalmasından sonra edirlərsə, mən bunu edənləri ancaq başdanxarab adlandıra bilərəm.

    • Thanks 2
  18. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin facebook səhifəsinə belə müraciət yazdım. Siz də öz adınızdan yaza bilərsiniz.

     

    Salam. Bu gün SMS aldım və (.... burda öz səbəbinizi yazırsınız istifadədə avtomobil və ya həyat yoldaşımın avtomobil və s) səbəbindən mənə ödənişdən imtina olundu. Bildirmək istəyirəm ki, karantin dövründə 190 manat ödənişlərin alınması Nazirlər Kabinetinin 7 aprel tarixli 127 saylı qərarı ilə tənzimlənir. Ödənişdən imtina halları həmin qərarın 2.3.1-2.3.9 maddələrində göstərilmişdir. Bu maddələrin heç birində avtomobil istifadəsi barədə bir kəlmə belə yoxdur. Mən ünvanlı sosial yardım üçün müraciət etməmişəm və mənim müraciətimin aztəminatlı ailə meyarı ilə dəyərləndirilməsini düzgün saymıram. Mən işsiz kimi qeydiyyata düşmüşəm və bununla bağlı olaraq dövlətimizin işsizlərə ayırdığı 190 manat üçün müraciət etmişəm. Xahiş edirəm bu məsələyə yenidən baxardınız. 

    Hörmətlə, ad soyad ata adı 

    • Like 2
    • Thanks 1
    • Upvote 2
  19. Avtomobil istifadəsi ilə bağlı imtina olunması qanunsuzluqdur. Ödəmənin verilməsi Nazirlər Kabinetinin 7 aprel tarixli 127 saylı qərarı ilə tənzimlənir. Orada adamın adına avtomobil, tank və ya təyyarə olması barədə müddəa yoxdur.

     

    2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

    2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə

     

     

    • Like 1
×
×
  • Create New...