Jump to content

Anar862

Members
  • Posts

    4,039
  • Joined

  • Last visited

Posts posted by Anar862

  1. Nə qədər ki o işə məsuliyyətli məmurların əziz yaxını ölməyib, belə də davam edəcək.

     

    İndiki sistem polis-prokuror- hakim komandasına sərf edir. Onların da maşınları var, fikirləşirlər ki, onlara yol keçmək lazım olmayacaq.

     

    Keçid var, yoxdu fərq eləmir. Nə qədər ki, ordakı baryerləri aşmaq mümkün olacaq, insan onu aşacaq. Yolu keçənə nə deyirsiniz deyin. İkiayaqlı qoyun deyin, keçi deyin, ya dəvə deyin. Bu heç nəyi dəyişmir.

    Orda elə baryer olmalıdır ki, hətta ən düşüncəsiz insan belə onu keçə bilməsin.

    Reallıq da budur ki, o baryerləri heç kim qurmayacaq.

     

    Ona görə də belə yollardan keçən hər bir sürücü bunları nəzərə alıb çıxmalıdır. 

    • Upvote 1
  2. Məncə sahibkarı maaşların ağardılmasında əsas narahat edən məqam vergi yox, sosial sığorta olmalıdır. Çünki vergi işçinin maaşından çıxılıb verilir, onun sahibkara ziyanı olmamalıdır. Əsas problem sosial sığorta xərcidir ki, onu sahibkar cibindən verir.

     

    Əgər bu sistem dəyişilsə, sığorta işçinin boynuna qoyulsa, onda sahibkarın üçün maaşı ağ göstərmək daha sərfəli olacaq, çünki onun xərcini çoxaldır və nəticədə sahibkar az vergi verir.

     

    Düzdü, bu məsələnin digər tərəfi var. Onda işçilər razı olmayacaq ki, onların maaşı ağ olsun. Ancaq indiki sistemlə, cərimə ilə, hədə ilə maaşların ağardılmasına inamım azdır.

  3. 30 минут назад, Call of Duty сказал:

    Очередная утечка мозгов красиво преподнесена автором топика. Думаю народ это оценит.

    Guya burda qalıb neynəyəcəkdi ki?

     

    Çox olsa, Azərbaycanın analoquolmayan siyasətini tərifləməliydi.

    • Like 2
    • Upvote 1
  4. 47 минут назад, ll IcE EyeZ ll сказал:

    Təşəkkür edirəm məsləhət üçün, diplomuna uyğun olaraq iş axtarmaq istəyirik . 10 il işləməyib amma ondan əvvəl iqtisaçı işlərində işləyib 

    Uğurlar. Mən sadəcə öz acı təcrübəmi bölüşdüm. Mən sadəcə 1 il ara vermişdim. Bununla belə yaxın buraxan yoxdur. Bəlkə sizin tanışınızda alındı.

     

    Paralel olaraq "mühasib-kalkulyator" işlərinə də baxa bilər. https://az.jooble.org/desc/3495060241696944526?ckey=бухгалтер+калькулятор+технолог&rgn=11&pos=2&elckey=-6843256318701054728&sid=-8812616062577801660&age=1048&relb=100&brelb=100&bscr=4451,8906&scr=4451,8906&iid=3679888007177236929,.

    Bunun üçün Vergi məcəlləsi filan lazım deyil. Belə işlər azdı, bəzi restoranlarda olur, düzdür təcrübə də istəyirlər.

     

    Bundan əlavə olaraq facebook-da "Mühasibat uçotu və vergilər"  https://www.facebook.com/groups/143203335774617/

    qrupu var. Ora üzv olub ordan da kömək istəmək olar. 

    • Thanks 1
  5. Proqram: 1C. Kurslar çoxdu.

    Bundan başqa bilinməli əsas qanun-qaydalar: 

    Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, sosial sığorta qanunvericiliyi. Bunları artıq özü çalışmalıdır. Yaxşı kitablar var, hamısı Azərbaycan dilindədir. 

    BTP proqramı:  Vergi Nazirliyinin saytından yükləyib praktika etməlidir. 

     

    Bu sahə üzrə iki istiqamət var:

    1. İşə düzəlmək. Ruhdan salmaq istəmirəm, amma çətin olacaq. Mən artıq bu sahədə iş axtarmağın başını buraxmışam.

    Azərbaycanda bu sahədə işləmək istəyən çoxdu, iş isə azdı. Üstəlik yaş diskriminasiyası var. 35-dən sonra adamın üzünə baxan yoxdu, qaldı ki, 40-dan sonra. Üstəlik 10 il praktikası olmayan adam.

    2. İşi yaxşı öyrənib müstəqil iş götürmək. Firmaların işini aparmaq. Bu sahədə də rəqabət çoxdur. Amma bəlkə nə isə alına bilər.

     

    Test üçün hələ heç nə öyrənməyə başlamamış CV düzəldib göndərmək olar. Onsuz da ilkin olaraq əsas CV-yə cavab verilməsidir. Əgər CV bəyənilsə, firmalar standart olaraq imtahan götürürlər, sonra söhbət edirlər. 

     

    Əgər səmimi məsləhət istəsəniz, başqa sahədə iş tapmaq şansı daha çoxdur. Məsələn ingilis dilini öyrənib İELTS sertifikatından filan alıb kursa işə düzəlmək.

    • Like 2
  6. 7 минут назад, kiev сказал:

    при нынешнем интернете даже ребенок угонит , а тем более тот кто каждый день имеет сношения с авто различных марок 
     

     

    Evi də istənilən açar ustası gəlib yara bilər, o demək deyil ki, adam hər açar ustasının yanına gedəndə ev ünvanını da verməlidir.

     

    Sizin dediyiniz çox nadir hallarda baş verir. Azərbaycanda baş verən maşın qaçırmalarının əksəriyyəti məhz sürücünün açarı rahatlıqla maşın yuyana verilməsi üzündən baş verir. 

    Əgər sürücülərin 90-95%-i açarını özü verirsə, kimdi gedib interneti qurdalayan. O da kim, maşın yuyan))

     

    Ümumiyyətlə, mövzu bu deyil, biz artıq offtopa gedirik, ayrıca mövzu açıb bu barədə müzakirə aparmaq olar.

  7. 19 часов назад, Kreative Life сказал:

    Граждане!  Будьте бдительны не только за рулем,

    но и когда вы пешком стоите (с), пока машина на автомойке...там ее могут спереть :blink:))))

    Дерзкий угон автомобиля в Баку. В одной из столичных автомоек был угнан автомобиль.

    https://news.day.az/society/1141783.html

     

     

    Bunun bir çarəsi var. Avtomobilin açarını heç bir zaman maşın yuyana vermək olmaz.

    • Upvote 2
  8. O hadisədə avtomobilin sürəti 40 olsa idi belə, hadisə qaçılmaz idi. Ola bilər ölüm olmazdı, ağır xəsarət olardı. 

    Özünüzdən çox deməyin. Mən hadisə bilirəm, maşın məhəllədə yavaş gedərkən yandan bərk qaçan uşaq gəlib maşının arxasına dəyib.

    Analoji hadisə aşağıdakı videoda 0:27-də. Uşaq qaçıb dəyir NİVA-ya.

     

     

     

     

     

     

  9. Azərbaycan polisi üçün sürücü əksər hallarda günahkardır. Standart cavabları var: Sürücü yol şəraitini nəzərə almalıdır və s. və s.

    İstisna hal - əgər sürücü yüksək vəzifəli məmurdursa. Onda vəziyyət dəyişir - piyada günahkardır.

     

    Mən ümumiyyətlə, şəhərdə belə piyada keçidlərinin əleyhinəyəm. Piyada keçidi ya svetoforla qoyulmalıdır, ya da piyada keçidinin əvvəlində süni yol maneəsi (rusca "лежащий полицейский") olmalıdır. Müqayisə üçün Təbrizdə bu tətbiq olunur. Onlar hətta avtomagistrallarda belə bu maneələri qoyurlar. Nəticədə sürücü məcbur olub sürətini azaldır.

    • Haha 1
    • Upvote 4
  10. 1 час назад, Ramses сказал:

    Обращение в республиканский ДЮП - это письмо на бумажном носителе или имейл на [email protected] ?

    Запрос письменного ответа со схемами ДТП и вердиктом куда отправлять?

    Prinsip etibarilə mia.gov.az kifayətdir. Respublika DYP -yə burdan da yaza bilər https://dyp.gov.az/?/az/online/

    Ancaq şəhərdaxili işlərə əsasən Bakı Baş DYP baxır - [email protected].

    Birbaşa 102-yə zəng vurub da demək olar. İşə rayon DYP baxırsa, həmin rayonun polis idarəsinin rəisinə məktib yazmaq olar. Bakı Baş DYP baxırsa, oranın rəisinə məktib yazmaq olar. Mən adətən məktubları  polis idarəsinin dəftərxanasnaa şəxsən aparıram. Belə daha tez çatır.

     

    Ümumən nə qədər çox yerə yazılsa, o qədər yaxşıdır. Bildiyim qədər, kamera görüntüləri bir aydan çox saxlanılmır. Ona görə tanışınız cəld tərpənib nail olmalıdır ki, o görüntülər silinməsin.

  11. 23 минуты назад, Gus Ein сказал:

    Почитал комменты к видео где в Массалы 8 человек погибло.90%  жалеет водилу-язых,чёряй пулу газаней..Никто не вспомнил про пдд и тд..Выродки гоняют на трассах и элементарных правил не знают.

    O yazığı gələnlər görən bu videonu görüblər? Görüblərsə belə, görən fikirlərini dəyişəcəklər?

     

     

  12. 31 минуту назад, Scorpion68 сказал:

    В Финляндию.Кстати,они многое переняли из советской системы.Переделали под себя и пользуются успешно.

    Elə Finlandiyaya getmişdi. Ondan sonra bu fikrə gəlib...

     

    Təhsil naziri Finlandiyada səfərdə olub

    https://modern.az/az/news/179832

    • Haha 1
  13. 1 час назад, ICP сказал:

    В этот момент парень вышел из черной Сонаты(предположительно),начал успакаивать девушку,у той явно дикая истерика пошла

     

    Orda digər bir ağ maşın da saxladı, qapısı açıldı. Bu hərəkətlər də əslində növbəti qəzalar üçün şəraitdir. Arxadan gələn sürətli maşın onları görməyə bilər. Sürətli yolun ortasında maşını saxlamaq düzgün deyil.

    • Upvote 1
×
×
  • Create New...