Jump to content

L_xan

Members
  • Posts

    1,304
  • Joined

  • Last visited

Posts posted by L_xan

  1. Yadıma gəlir ki, qız üstündə ilk və son davam mən 5-ci sinifdə oxuyanda Səbuhi adlı oğlanla olmuşdu )) İkimiz də yernən sürünürdük bir qızın üstündə, bütün yaxamız başımız cırmaq-cırmaq idi )))...evə gələndə valideynlərim sadəcə istehzaynan "berekallah" dedilər..))düzdü o zamankı ağlımızla guya sevirdik ikimiz də, qız da mənim tərəfimdə idi, amma axırda nə o Səbuhi aldı o qızı nə də mən..Bu yaxınlarda Səbuhini təzəlikcə təsadüfən gördüm..Soruşdum ki: "Ay Səbuhi biz 17 il bunnan qabaq niyə dalaşırdıq məktəbin arxa tərəfində???" Bir xeyli güldü sonra dedi ki: "Uşaqlıq...Nə özün aldın, nə də imkan verdin kimsə yanınnan ötsün ))))"

  2. Yalniz Azerbaycanda toy gecesi qapinin agzinda gozetci dayanir... facepalm.gif

    Ax Gaditoo )))daha elə şey heç yerdə yoxdu millətin başını qatma )))))) həm olsa belə yenə də çox yerdən yaxşıdır, elə yerlər var dünyada ki, toy gecəsi haqq-hesablarını bütün qohum-eqrebanın gözü qabağında keçirirlər..

  3. Çox sag ol Nikoş, mövzuya görə..)

    mənim də yadıma köhnə məhləmizdən bi xatirə düşdü..uşaq idim məhləmizdə uşaqlarla qaçdı-tutdu oynayırdıq, birdən qonşumuz İlham əmi (rəhmətlik) məni çağırdı mənə pul verdi ki, dukannan ona siqaret alım, bir də dedi ki, özünə də bulkadan zaddan alarsan (indi öz ağlıynan məni buyurduğuna görə əvəz çıxmaq istəyirmiş)..Məndə getdim dukana..Qayıdanda bulkamı yeyə-yeyə gəldim İlham əminin yanına ki "İlham əmi ala pulun xırdasını siqaret yox idi özümə bulka aldım ama" ))))))))

    P.S. ne olsun siqaret yox idi mən ki əziyyət çəkmişdim, haqqım idi ))))))))))

  4. vallah ele kisiler ele kinolarda olur heyatda ELE KİSİ YOXDUR Kİ GEZMESİN, ama elesi var qadina bubu hiss etdirir elesi var saman altinnan su yeridir

    Əgər həyatda, gündəlik raslantılarınızda elə kişi görməmisinizsə bu yoxdur anlamına gəlmir hələ bir "vallah" da deyirsiniz...Hamı haqqında bu cür danışmayın, çünki özünüz də bilirsiniz ki, elə kişilər var...Həyatdakı kişilər sizin gördüyünüz 5-10 sərsəridən ibarət deyillər..

  5. yolla gederken yixilana gulenleri hec anlamiram.

    p.s.bu ancaq bizim milletdedir .

    əslində bu hər kəsin başına gələ biləcək bir haldır, ama məhs yıxılana niyə gülürlər deyəndə, mənə elə gəlir ki, bu təəccüb (nə yaxşı ki mən olmamışam o yıxılan) anlamıyla gülürlər..Yoxsa belə lağ-lağı kimi gülməzlər məncə..

  6. Başa düşmürəm- mənbəsi məlum olmayan “mentalitetimizi”;

    - Dədə-babalardan belə gəlib..

    Başa düşmürəm- yalançı müsəlmanlarımızı;

    - Nəfsinə qalib gələ bilmədikləri üçün yalançı olublar..

    Başa düşmürəm- qıza söz ataraq özünü bomba oğlan bilənləri;

    - Cahillikdən irəli gəlir..

    Başa düşmürəm- bizim tələbəliyi;

    - Problemdir..

    Başa düşmürəm- dərsə getmədikdən sonra dekana pul verib- “pulsuz oxumaq mümkün deyil” deyən tələbələri;

    - Şəraitlə əlaqədar hər kəs tərəfindən özünə bəraət qazandırmaq üçün deyilir..

    Başa düşmürəm- İt gəzdirən görəndə it əvəzi hürənləri ...

    - Lazımsız bildikləri üçün..

    Başa düşmürəm- “Yetim” müraciət formasını;

    - uşaq atadan yetim, anadan yesir qalır..

    Başa düşmürəm- bu dayanacaqda basabas avtobusa mindikdən sonra növbəti dayanacaqda saxlayan sürücü ilə “yer yoxdur niyə saxlayırsan” deyib dava edənləri;

    - o da evinə gedib çıxmaq istəyir..

    Başa düşmürəm- avtobusunda sürücünün siqaret çəkməməli olduğu elanı asıb, siqaret çəkən sürücülər;

    - o, açıq pəncərədə tək oturur qoy çəksinlər..

    Başa düşmürəm- yolda gedərkən yer tüpürənləri;

    - Pis vərdişdir..

    Başa düşmürəm- 20 qəpiklik suyu 50 qəpiyə satanları;

    - İnhisarçılıqdır..

    Başa düşmürəm- “Etiraf” oyununda bacısına sual verilməsini qoymayıb, digər qızların cavab verməsindən əylənən “qeyrətli” oğlanları;

    - "qeyrətli" sözünü dırnaq içərisində yazdığınıza görə başa düşürsünüz yəqin ki, bunu.. )

    Başa düşmürəm- ev kirayəsini illik verilməsinə baxmayaraq hər ay qapını döyən “Ev İstismar İdarəsi” işçilərini;

    - Hələ qapını açın görün nə istəyirlər?

    Başa düşmürəm- binanın qarşısını toyuq-cücə hini edib, itlə gəzən gördükdə “Buranı heyvanxanaya çeviriblər” deyənləri;

    - Yəqin itdən qorxur..

    Başa düşmürəm- ağac əkib sulamayan qurumları, “Evimə işiq düşmür”, “Ağaca çıxıb qızıma baxırlar”, “Binanın qarşısını dayanacaq edirəm” deyib ağac kəsənləri;

    - "Ağac kəsmək olmaz!" sözünü başa düşməyənlərdir..

    Başa düşmürəm- maşınına hər cür siqnal qoyub gecə birdən sonra insanlara mane olan “Bomba Qədeşləri”;

    - Axmaq adamları başa düşməyə də dəyməz..

    Başa düşmürəm- facebook sosial şəbəkəsindən qız tutmaq üçün istifadə edib, ora girən qızlara pis baxanları;

    - Ora qız tutmağa girən əlbət ki, hər kəsi özü kimi sanır..

    Başa düşmürəm- müasir gəncliyin qəribə sevgisini;

    - Sevgidə qəribəlik olmur..Ya sevir ya da sevmir!

    Başa düşmürəm- zibil qabı görə-görə yerə zibili atanları;

    - Tərbiyəsi yoxdur vəssalam!..

    Başa düşmürəm- cəmiyyəti dəyişmək üçün çalışanda “Bunu etmək sənə qalıb?!” deyənləri…

    Cəmiyyəti dəyişmək çünki, 5-10 insanın işi deyil..

    Başqa nəyi başa düşmürsünüz??? )

    P.S. Təşəkkürlər! Maraqlı oldu yazınız..)

  7. Ela nesihetdir ))

    menim yoldashim sozu ustunde durandir )) amma ki , axir vaxtlar ikinci nesihete daha cox meyillidir ..... Yaxshi demir , baxariq deyir ))))) cunki , o qeder olub fikri bashqa yerde olanda neyese yaxshi deyib , men de sonra demishem sozu dedin haaa.. )) mecbur olub sozune emel etmeye ( sohbet xirda sheylerden gedir , yani gezmeye gederik ? Ve.s kimi suallarima cavab )

    Ciddi sohbetlerde elbette ki gerek fikir veresen agzindan cixan kelmeye ... Umumiyyetle bu qadina da aiddir - ozune hormet Eden kes , dediyi sozun sahibi olmalidir .....

    Ümummiyyətllə bu "baxarıq" sözü qarşındakını nə qədər qane etməsə də, söz vermək üçün ən gözəl sözdü ))) yəni elə də ola bilər belə də...Hər cür olacaqdan sığortalanır, özünü haqqlı çıxarmaq üçün...))

  8. el arasinda var axi bele kelem kisi kimi qadindir.sadece isterdim bu sozu aciqlayasiniz mence burda pis hec ne yoxdur.qadin isleyirse ,ve etrafinda coxlu kisiler varsa ,sadedirse,onda deyirler kisi kimi qadindir.yeni fikri ancaq isindedir.hec kime fikir vermir.ve yeri gelende kimse nese deyerse hemen qadinlar kisinin cavabini nece lazimdir vererler.yeni yaxsi menada islenir bu soz.

    aha el arasında elə bir kəlam var..mən də razıyam o sözün yaxşı mənası ilə..ama biz fərqli şeylərdən danışırıq deyəsən..Mən qadının daxilən kişi dayanıqlılığının, dözümlülüyünün, sözünün yiyəsi olmağının tərəfdarıyam, ama zahirən özünü kişiyə bənzədən qadınlar da var...Onlardan danışırdım..Fərqli-fərqli söhbətlərdir..

  9. kisi kimi qadin deyende, ne nezerde tutulur menim ucun aciqlayin zehmet olmasa.

    Belə yazım lap yaxşı aydın olsun.."Özünü kişiyə bənzədən qadın, özünü qadına bənzədən kişidən daha irgəncdir.."

    P.S. daha da açıqlatmayın millətin ürəyi bulanmasın ))

  10. evlenmeyecekse niye 2 il vaxtini kecirir qizla.Qardasim evlensin sonra men evlenecem.deye soz verir.evlenmeyecekse soz vermesinlerde.sozden qacmaqlarinin sebebi mence yaslarinin az olmasi .ve hele evlenmek istemediklerinden ireli gelir.nece deyerler subayliq sultanliqdir.o ki, qaldi bizim oglanlarin isteylerine.qadinin oz sozu olmasaydi,ve oglanlarin imkani olsaydi qadinlari evden colede cixartmazdilar.cixartsalar bele cadrada atarlar arvadlarinin ustune.ama gelki ozlerii neler etmirler.bezileri deyimde dava cixmasin sonra.nett.gif

    Oğlanın yaşının az olduğunu bilən qız onda zəhmət çəkib uşaq-muşaqla boş xülyalar qurmasın...Vaxt keçirmək məsələsinə qalanda isə hələ bilmək olmaz ki, "uşaq" dediyiniz oğlanlarla 2 il qız vaxt keçirib ya oğlan..Çadra məsələsinə gələndə isə xanım qız, bu sadəcə qalmaqal yaransın diyə dediniz düşünürəm çünki indi heç kim yoldaşının çadraya bürünməyinin tərəfdarı deyil..Hər halda Siz də çadrada deyilsiniz mən belə başa düşürəm...

    P.S. "bəziləri" sözünüzə görə isə tamamilə razıyam Sizlə )

  11. ee),o yaziq qadin da evdə qalib da gün axşamacan.budur sultanlıq.?Həm də hamini öz arşininla ölçMƏ.özü də evli insan haçandan sultan oldu,hansi sultan indiyə kimi qab-qaşiq yuyub ,təmizlik işləri aparib.?diablotin.gif elə subayliq sultanliqdi..Bu vaxtdan səmərəli istifadə eləmək lazimdi,çünki az müddətlikdir gəldi gedər.Subayliğin dadini çixar,yəni ki,"ay evdə qalaram","ay nə zaman ailə quracam" kimi fikirlərlə özünü yükləmək mənasizdi,gec tez ailə quruluacaq da.Əslində subaykən insan hər mənada tam bir təchizata sahib olur, tək başına rahat bir həyat sürür və ayaqları üzərində dimdik dayanmaği öyrənərək irəlidə yaşayacağı əlaqələrə hazirliq görür.Subayliq zamani insan həm də özünü kəşf edir, inkişaf etdirir, yəni özü olmaq üçün kafi azadlığa sahibdir,bir növ sonraki dönəmə hazirliqdir..İNSAN ANİDƏN DÜŞÜNMƏDƏN AİLƏ QURA BİLMƏZ,O VAXTA KİMİ MÜƏYYƏN ŞÜURA,AĞILA SAHİB OLMALIDIR,ÖZÜNÜ TANIMALIDIR,BU VAXTİ DA SUBAYLIQ ADLANDIRIRLAR,YOLDAŞ ELXAN BƏY.tespe.gif .

    Mənə görə son cümlənizdən başqa hamısı cəfəngiyyatdır..Son cümlənizlə özünuz təsdiq edirsiniz ki, subaylıq dövrünü məhs ağıllanmaqla, müəyyən şüura sahib olmaqla, özünüzü tanımaqla möhtəşəm evliliyə hazırlaşırsınız..Deməli subaylıq dediyiniz "sultanlıq" da yuxarıda daha böyümək üçün bir şans var ki o da evlilikdi..Əşi nə isə...Hər kəsə xoşbəxlik arzu edirəm çox bu haqda da danışıb ucuzlaşdırmaq istəmirəmşşKim necə istəyir öz sultanlığını elə də qursun..Hər kəsə uğurlar!

  12. Dünya yaranannan bəri zamanla canlılar arasında bir müharibə var..Yəni sonda zamanın qalib gələcəyi heç kəsə qaranlıq qalmayan bir müharibə..Zaman hər yaratdığını bir gün məhv etməklə görəvləndirilib..İstər o canlının ağac kimi 3000 il yaşı olsun, istərsə də kəpənək kimi 1 gün..Hər ötən il, zamanın xeyirinə işləyir..İnsan qəlbinə təsəlli kimi zamana yeganə qalib gələ bilən üz isə insan üzüdür ki, hər insan özünnən sonra öz bənzərini yaradıb gede bilir..Zaman onu da məhv edənə kimi o da öz bənzərini yaratmağa müvəffəq ola bilir..İnsan o zaman qorxur ki, gedeceyi yerin hara və necə olacağını bilmir..Əbədiyyətə qovuşmaq bəlkə də dünyaya gəlməyimiz kimi hiss olunmaz olacaq..Ancaq o anı heç kim ağlına gətirə bilmir ki, necə öləcək..Məncə insan əbədi yaşaya bilər..Necə ki, xatirələrdə, qəlblərdə yaşatdıqlarımız var ölümünnən sonra.....Ölü kimi yaşayanlar olduğu kimi, yaşayan "ölülər" də var..

  13. O ki qaldi movzuya Hemise oglanlar soz verirler qizlara ki senle evlenecem, sene elci gonderecem.behaneler coxalir.sonra nece aradan cixirlarsa hec izleri tozlarida qalmir.

    (qrup yoldaslarimin basina gelib).

    Hər bir oğlan istəyir ki, onun həyat yoldaşı özü istədiyi kimi yaxşı bir qız olsun..Bu evlənmək məsələsində əgər oğlan verdiyi sözdən qaçacaq qədər dala durursa, bunun günahı niyə qızda olmasın ki?!Deməli hansısa məqamda başa düşüb ki, bu qız o qız deyil..Atasına rəhmət ki, evlənməmiş sözünnən qaçır...Ona görə hər kəs günahın əvvəlini özündə axtarmalıdır, qarşı tərəfə "önyarqılı" yüklənmək çox asan bir şeydir..

  14. Müdrik bir kişinin oğluna belə bir nəsihəti olmuşdur ki: "Bala, ilk nəsihətim odur sənə ki, kimə nə söz vermisənsə, lap belə xırda bir məsələ də olsa belə, çalış ki sözünü tutasan..Mən həyatımda bütün uğurlarıma bu əməlimə görə imza atmışam..İkinci nəsihətim odur ki, çalış bu həyatda heç kəsə söz verməyəsən!"

  15. Qaraladiğim cümlənin müəllifi özüməm,həm də yazdim ki,nə şiş yansin nə kabab,amma görünür məni anlamaq istəmirSƏN.

    Mənim sualim olacaq,deyin görüm evliliyin nəyi sultanliqdi.? Azadliğa əlvida deyildiyinə görə.?EVLİLİK HEÇ BİR ZAMAN SULTANLIQ İMPERATORLUQ OLA BİLMƏZ,kişilərə aiddir.Subaylıq günləri həyatın ən həyəcanlı və gözəl dövrüdür əslində. Əgər bu fikirə qoşulmurSANSA , evliliyin sultanliğindan YAZ,amma nadir halda tapilan ən gözəl ailəni misal çəkərək yox.Azərbaycandaki olan ailələrin hal-hazirki vəziyyətindən.thinking.gif Mənim bir taniş var,həyat yoldaşi gecələr evə gələndə qapini özü bayirdan açib daxil olur.. ,açar həmişə özündədi çünki.Xanimi da evdə subayliğin tadini çikariyor.Rəfiqələrinlə gün-axşamacan ürəyin istədiyin qədər danişmaq olar,kimsə zapret qoymur.Əksinə,əks tərəfin eqosunu heç bir şəkildə təmin etmək lazim gəlmir..E,bələ misallardan o qədər çəkərəm ki..

    Mən yenə də deyirəm ki,subayliq insan həyatinin ən gözəl çağidir.smile.png

    Öz yazdığınızı ikinci məsajınızda inkar etdiniz (böyük hərflərlə yazmışam)..O ki, qaldı Sizin tanışlarınıza, bu məsələdə mən heç kəsi qınamıram! Çünki, mənim tanışlarım elə deyil ki, əri evə gec gələndə arvadı subaylığın dadını çıxarsın..Ümumiyyətlə qadın üçün "subaylığın dadını çıxar" deyiləndə nəyi nəzərdə tutursunuz anlamıram, amma onu bilirəm ki, evli qadının özünü subay kimi hiss etməyi normal bir şey deyil, nəinki bu baxımnan hələ evdə nəyinsə dadını çıxarsın..Evliliyin niyə sultanlıq olduğunu isə mən yuxarılarda mövzu başlarkən yazmışdım..Bir zəhmət, oxuyun!

  16. Siz yəqin çox steril saf mühitdə böyümüsüz, saf mühitdə təhsil almısız, saf mühitdə işləyirsiz.............Ətrafınızdakı insanların əksətiyyəti şərəfli, namuslu, dürüst insanlardır. Kişi xeylagı olduğunuz üçün siz qadınların hansı "kişi sözləri" ilə rastlaşdığını bilə bilməzsiz.

    O ki qaldı 5 N li postda yazdığıma, mən orda "hamı elədir" yazmamışam və hamı elədir, deyə düşünmürəm. Mənim yazdığım Pula, vəzifəyə görə alçalan, kiminsə ayaqlarını öpməyə hazır olan adamlara aiddir.

    Deməzdim ki, ətrafım beləcə Sizin yazdığınız kimi SAFLARLA doludur..Xeyr! Mən də haqqsızlıqlarla, şərəfsizlərlə, namussuzlarla çox üzləşmişəm, üstəlik kişi olduğumçün də əksinə daha yaxşı bilirəm ki, qadınlar hansı "kişi sözləri" ilə rastlaşa bilərlər..Ancaq yenə də bu o demək deyil ki, Azərbaycanda bütün kişilər belədir...Bəyəndiyiniz ölkənin birinin kişisini tərifləyin, onun haqqında "100 dənə" bəyənmədiyiniz arqument gətirim, Azərbaycan kişilərinə "pirim" deyib yapışın..)) Hər yerin yaxşısı da var pisi də, ama heç kim nə pisini atır çölə nə də yaxşısını...Yaxşılarla təsəlli alın yaşayın! )

×
×
  • Create New...