Jump to content

L_xan

Members
  • Posts

    1,304
  • Joined

  • Last visited

Posts posted by L_xan

  1. Fikirlərinizə 100-də 100 qoşuluram. və bildirməliyəm ki, qarşı cinsin nümayəndəsinin bu cür fikirləşməsi olduqca təqdirəlayiqdir. Təəsüflə qeyd etməliyəm ki, indiki gənclərin demək olar ki, hamısı evliliyə dərnaqarası və həyat tərzinin müvəqqəti dəyişdirilməsi üsulu kimi baxırlar. Bu çox ürəkağrıdıcıdır. facepalm.gif Ümid edirəm ki, sizin kimi düşünənlərin sayı artar.

    Çox sağ olun fikir bildirdiyiniz üçün..Ancaq deməliyəm ki, bu məsələdə nəinki kişilər, hətta qadınlar da birmənalı düşünməlidirlər ki, təqdirəlayiqliyimiz özünü reallıqla göstərsin..Təşəkkürlər!

  2. Mənim yazilarimi özün istədiyin kimi düzüb qoşdun deyə uygunsuzluq alindi da.%7Boption%7D

    Neçə cür evlilik var.?Başlıq pulu qarşılığında evlənmə,tanişliq yolu ilə evlənmə,razılaşmalı evlilik,hiyləli evlilik , televiziya evliliyi,məcburi evlilik və.s.ilaxir.Belə şeyəri düşünürsən ona görə də uzaqlaşirsan.Həyatda sevgi üzərində qurulan evliliklər də var amma hamiya o nəsib olmur,guya hər evlənən dəli kimi sevib evlənir.?O qədər məcburiyyət qarşisinda qalib ailə quranlar var ki..Subayliği sultanliq saymayanlar bəlkə də sevgi üzərində ailə quranlardi,bu ola bilər.Prosta o da hər kəsə nəsib olmur..Amma bizim millət qəribədie.))) Ailə qurmayanda da 25 yaşa çatdin deyirlər ki,yəqin nəsə problem var. ) Hər halda subayliği lazimi kimi yaşamaği düşünmək lazimdir,no ne evlilik həyatini.Gec-tez ailə qurursan da onsuz da,ona nə zaman istəsən imza atmaq mümkündür,amma sultan olan subayliği bir dəfə yaşayirsan.

    Evliliğin üç haftası tanışmak, üç ayı sevişmek, üç yılı kavga etmek ve otuz yılı katlanmaktan ibarettir.

    Hippolyte Taine.

    Yaxşi.."nə şiş yansin nə kabab","subayliq sultanliqdir","evlilik imperatorluq."

    Evvela bu "Hippolyte Taine"di nədi hər kimdi bilmirəm, onu deyim ki, çox boş fikir bildirib, o ki qaldı durum onun sözünü əzbərləyim.. İkincisi də mən Sizin sözünüzü dəyişməmişəm ki, uyğunsuzluq alınsın..Ola bilər ki öz yazdığınızdakı uyğunsuzluğu mənim cavabımnan sonra hiss etmisiniz..Üçüncüsü isə əziz dostum, evliliyin cürəbəcürələrini saymağa ehtiyac yoxdur çünki, 1 cürə evlilik var...İnsan barda da taniş olub evlənə bilər, televiziyada da tanış olub evlənə bilər, internetdə də tanış olub evlənə bilər və yaxud adi raslantılarla da tanıyıb evlənə bilər...Tanışlığın cürəbəcürlüyü Sizi evliliyin növləridir deyə çaşdırmasın...Onlar hamısı bir cürə evlənirlər...O ki qaldı ən son cümlənizə inanın ki, o Hippolyte müəllmnən çox dolğun fikir söyləmisiniz ki, subaylıq "sultanliqdirsa",evlilik imperatorluq.

  3. haqlısız, ümumiləşdirmək lazım deyil, amma mən geniş yayılmış şərəfsizliyə görə "bizlərdə" yazmışam, yəni bizim cəmiyyətdə, Azərbaycan mühitində.

    Xanım qız, fikrinizə hörmətlə yanaşıram, ancaq yenə də "bəzilərində" sözünə ehtiyac var..Ümumilikdə Azərbaycan mühitinə deyirsiz ya cəmiyyətinə deyirsiz bilmirəm, ancaq onu bilirəm ki öz millətinin kişilərinin HAMISI haqqında bu cür yazmayın..Unutmayaq ki, atamız var, qardaşımız var, babalarımız olub...Hər halda "bəzilərində" sözünü işlədin...

  4. Evlənmək bir məcburiyyətdi..Bir insan təkliyi sevirsə, məsuliyyət almaq istəmirsə? Ya da qorxursa evlilikdən? Amma SUBAY ÖLMƏK BİR ŞEY DEYİL,sözümün cani odur ki,SUBAYLIQ SULTANLIQDIR..

    Nəsə uyğunsuzluq var..Qorxaqlıq məsuliyyətdən qaçmaq sultanlığa yaraşmaz..Bu necə sultanlıqdır ki, o sultanliqda ölmək bir şey olmasın..Mən sultanlıq ona deyirəm ki, öləndə də sultan kimi öləsən.......

  5. o zamanlar şərəf anlayışı cox güclü təsir edirdi insan davranışına. "Şərəfsiz" ləkəsini almaqdan ehtiyat edər, bunu biyabırçılıq sayardılar. İndisə şərəf anlayışı deqradasiya etmişdir. Pula, vəzifəyə görə alçalan, kiminsə ayaqlarını öpməyə hazır olan adam hansı kişilikdən danışa bilər? Bizdə kişilik ancaq neçə qadını fırlatmaqla olçülür((( Yəni, kişilik deyəndə sadəcə fizioloji cinsi mənsubiyyət, erkəklik anlaşılır

    Salam! "bizdə" deyəndə açığı dəqiq bilmədim haranı nəzərdə tutursunuz, amma mən Sizə dəqiq deyə bilərəm ki bizdə elə deyil...Kişilikdə var ona dayaq duracaq namusumuz da..Yazınızı ümumiləşdirməyin (heç olmasa "bəziləri" sözünü də əlavə edin), çünki kişilər də oxuyur bu yazını...

  6. Subaylıq konkret avaraçılıqdı...Evliliyin subaylıqdan üstün cəhətləri əlbət ki, çoxdur "mənim pəncərəmnən baxanda"..Evvela evliliyin üstün cəhəti uşaq qazanmaqdır ki, "bunnan başqa nədir ki?!" sualını ancaq bu dadı dadmamışlar verə bilər, çünki heç nə ilə əvəzolunmaz bir ləzzəti var..Bunnan başqa olan üstünlüyü isə əgər kişisənsə, kişi kimi olgunlaşırsan, əgər qadınsansa, qadın kimi...İnsanın bu həyatda ən böyük arzusu həmişə boyüməkdirsə bunun da açarı evlənməkdi..Evli insanlar kənardan cemiyyete daha celbedici tam bir şəxsiyyət kimi görsənə bilirsə, bu subaylarda təcrübəsizlik kimi bir kompleksə sala bilir..daha başqa tərəfi isə atanın da, ananın da qədrini evləndikdən sonra daha yaxşı başa düşürsən...Evlilik elə bir gözəl durumdur ki, evlənmədən evlilik haqqında konkret danışa bilmərsən..daha da...daha da...daha da...saya bilərəm ama, ən yaxşısı evlənin dostlar..Evlənin ki, sözün əsil mənasında tam olaraq özünüzə aid nəsə olsun bu həyatda..Bu həyatda adi dırnağınızın arasına yerləşəcək qədər bir balaca toxum, zamanla böyüyüb gövdəsini qucaqlamaqla, qollarınıza yerləşdirə bilməyəcək boyda ağac ola bilirsə, evlənin ki Sizin də toxumunuz zamanla böyüyüb böyüklərin arasına qarışsın....Mən belə başa düşürəm...

  7. )) qan qaraltmalı heç nə olmayıb millət..Bir-birimizdən gəlin şikayət etməyək..Ümumiyyətlə həyatın qanunu budur ki, "gərək həmişə ipin bir ucunu boş buraxasan"..Hər xırda şeyə fikir verib haqq-ədalət bərpa edəcəm deyə özünü incitsən tez tükənərsən..Ona görə səbrli olun! Əgər moderator səhv edib bağlayıbsa o mövzunu, o da insandı bir gün gecə yatanda fikirləşəcək ki, səhv etmişəm..Yox əgər o səhv etdiyini qətiyyətlə düşünmürsə, siz burda kəndir atıb göyə də çıxsanız o elədiyinə görə özünə hər zaman haqq qazandırmaq üçün sizə veriləsi cavabı olacaq. Ona görə demək istəyirəm ki, belə xırda məsələlərə görə bir-birinizdən inciklik yaradacaq qarşıdurmalara yol verməyək..Yox dava-dalaş etmək istəyirsinizsə onda bir dənə də "dava etmək istəyənlər üçün.." adlı movzu açaq )))) hamı orda kimin kimə nə davası varsa çəkilsinlər o otağa..bu da maraqlı təklifdi..)) deyəcəyim budur ki, səbrli olun! Haqq-ədaləti qorumasan da, bərpa etmək istəməsən də o əgər haqq-ədalətdirsə özü gəlib öz yerini tapır həmişə...

    P.S. axıra qədər oxuduğunuz üçün təşəkkür edirəm! )

  8. Rusca var vlublennost ( yani 1-3 il ) , var lyubov - yani ebedi.. Indi azerbaycanca nece demek olar bilmirem .. Belke sevmek ve mehebbet ??

    Men uzun omurlu sevgiye inaniram... 3-4 il sevib ayrilmaq cox vaxt asanddir .. 20-30 ili nece silmek olar ?? men yoldashimi cox sevirem.. Istesem de sevgim azalmir .. Herden sozumuz duz gelmeyende az qalir and icim ki silecem ureyimden.. Iki gun kecir, icimdeki hirs silinib gedir, sevgi getmir.. Cox qeribe Hal olur)) ozumu danlayiram icimdeki bes o gun demirdin bitdi?!! Ureyim deyir Sus !!! Sevirem !! Daha mohkem sevirem ... Gelen il 10 il bitecek .evliliyimizin 10 ili.. Vallahi hormet oz yerinde, sevgi oz yerinde... Hec ne azalmayib .. Daha da berkiyib, coxalib.... En cox etdiyim dua bilirsiz nedir??? Ya birlikde olek, ya men birinci... Onsuz heyat meni iflic eder sanki... Allah sonuna qeder sevgimizi ucaltsin... Amin...

    Allah Sizləri daha uzun ömürlü ailələrdən eləsin inşallah..Amma ölüm haqqında yazdıqlarınızı sadəcə oxuyaraq keçmək istəmədim..Elə düşüncəni ən çox etdiyiniz dua kimi nə dilinizə gətirin nə də ürəyinizə çünki, Allahın işinə qarışmış olarıq..Onsuz yaşaya bilmərəm də deməyin ki, Allah bizi sevdiklərimizsiz də yaşatmağa qadirdir..Yenə də sevgi adlandırdığınız bir ocağın başında balalarınızla Sizlərə xoş anlar diləyirəm..bax buna AMİN de! ))

×
×
  • Create New...