Jump to content

shaig85

Members
  • Posts

    6,335
  • Joined

  • Last visited

Posts posted by shaig85

  1. Müqavilə mətninə daha diqqətlə və ayıq başla baxanda xeyli pərişan oldum.
    1. Rus sülhməramlıları sadəcə Laçın koridoru və Xankəndində deyil, həm də Xocalı rayonunda, Ağdərədə və Xocavənd rayonunda qoşunların təmas xəttində yerləşəcək (razılaşmanın 1-2-ci bəndləri). Deməli öz gücümüzlə ala biləcəyimiz Xocavəndi, Xocalı və Ağdərəni azad edə bilməyəcəyik. Sərsəng su anbarı da onlardadır.
    2. indiki halı ilə bu müqavilə, Madrid prinsiplərindən daha əlvərişli olmasının cəhəti "muxtariyət" məsələsinin olmamasıdır.
    3. Əsas məsələ, bu müqavilə gələcək nəsillər üçün baş ağrısına çevrilə bilər. Güclənmiş ermənilər, hansısa bəhanə ilə atəşkəsi pozub, torpaqlarımızı yenə işğal edə bilər.
    4. Gələcəkdə də biz, daha güclənsək, Rusiya da zəifləsə, onları vurub çıxara bilərik. Amma bu şübhəlidir, halbuki indi olsaydı, onları dəqiq çıxaracaqdıq.
    5. Erməni silahlı birləşmələri azad olunmamış ərazilərdə qalmağa davam edə bilər. Çünki həmin ərazilərə Rus qoşunları nəzarət edəcəkdir. Doğru, biz peyk izləməsi vasitəsilə nisbətən də olsa ordaki zirehli texnikanın sayına müəyyən qədər nəzarət edə bilərik, amma həmin texnikanın qarlı buludlu havada gətirili gizlədilməsi də mümkündür.
    6. Qısacası mən sevinə bilmirəm. Rus ordusunun orda olması bizə yaxşı heç nə vəd etmir.
    7. Türkiyənin daha qətiyyətli mövqeyinə ehtiyacımız var, həm də çox. Ümid edirəm ki Yerevanda vəziyyət qarışar, biz də bu müqavilədə qalmarıq.
     
    @Ferhad Mehdiyev
    • Like 5
    • Thanks 3
    • Upvote 1
  2. Ermənistanın sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlarımızdan qoşunlarının çıxarılması çox əhəmiyyətli və dövlətimiz üçün misligörünməmiş uğurdur.
    Lakin üçtərəfli qaydada bağlanılan müqavilə yarımçıq, tələsik olmaqla yanaşı çoxlu suallar doğurur.
    Sənəddə deyilir:
    İşğalçı qoşunlar 15, 20 noyabr və 1 dekabr tarixdə müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edir.
    1. Axı işğalçı qoşunlar təkcə bu ərazilərdə deyil. İşğaldan azad olunmamış Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd rayonlarında Ermənistan Silahlı qüvvələrinin və yerli özünümüdafiə qüvvələrinin kifayət qədər silahlı birləşmələri, xarici muzdlular, terrorçular var. Onların təksilah olunması hansı prinsip və qrafiklə, razılaşma ilə həyata keçiriləcək?
    Bu olmayacaqsa və ya müqavilədə nəzərdə tutulmayıbsa, təhlükəsizlik üçün hansı zəmanətdən söhbət gedir?!
    2. Əgər Dağlıq Qarabağa heç bir status verilməyəcəksə, (ki, bunu cənab Prezident çıxışında bir neçə dəfə xüsusi qeyd etdi) Xankəndi, Xocalı, Əsgəran, Ağdərə (Mardakert), Xocavənd (Martuni), Hadrut rayonlarının idarəetmə forması necə olacaq? Onlar mövcud Azərbaycan qanunlarına müvafiq idarə olunacaq, yoxsa əvvəlki formada?
    Əvvəlki formada idarə olunmasına Azərbaycan qanunları imkan vermir, yeni formada idarəçilik üçün keçid dövrünə və azərbaycanlı kadrlara ehtiyac var. Bu necə tənzimlənəcək?
    3. İnzibati - ərazi vahidi xeyli əvvəl Azərbaycan tərəfindən dəyişdirilmiş Xankəndi, Xocavənd, Ağdərə, Hadrut, Xocalı ermənilərin bölgüsünə, yoxsa bizim müəyyən etdiyimiz ərazi vahidinə uyğun idarə olunacaq?
    4. Adları Milli Məclis tərəfindən dəyişdirilmiş Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Mardakert (Ağdərə) bundan sonra necə adlanacaq?
    Bu suallar öz cavabını müvafiq sənəddə tapmayıbsa və ya tərəflər bu barədə razılığa gəlməyiblərsə, sülhməramlılar (rus qoşunları) gəldikdən sonra biz bunları hansı razılaşma və ya vasitə ilə gerçəkləşdirəcəyik?
    Razılaşma və sənəd olmadığı təqdirdə bizim o rayonlar üzərində hüquqi idarəçiliyimizi həyata keçirmək mümkün olmayacaq. Bu əvvəlcədən razılaşdırılmalıdır.
    Sənəddə deyilir:
    Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca bəlli sayda (razılaşmada göstərilib) Rusiya sülhməramlıları yerləşəcək.
    1. Mövcud təmas xətti işğala qədərki azərbaycanlılar yaşayan bəzi kəndləri əhatə etmir. ( Kərkicahan, Sırxavənd, Xocalı və s). Bəs azərbaycanlılar o ərazilərə necə qayıdacaq? Təmas xətti dəyişdiriləcək? Axı qeyd olunur ki, tərəflər indiki vəziyyətlərində qalır və qoşunlar da o təmas xəttinə yerləşir? Bu Rusiyaya qoşunlarını artırmaq bəhanəsi verməyəcəkmi? Nəticədə, iki minə yaxın deyil, az qala bir neçə dəfə bu sayı artırmağa çalışmayacaqmı?
    2. Münaqişə başlayan andan dünyanın müxtəlif bölgələrindən Cenevrə Konvensiyasının tələblərini pozaraq, qeyri-qanuni məskunlaşma həyata keçirilib. İndi onlar da qaçqın kimi geri qayıdacaqlar? Laçında, Qubadlıda, Şuşada məskunlaşmış ermənilər yoxsa Azərbaycan vətəndaşı hesab olunacaqlar? Onların say və vətəndaşlığı necə, hansı üsullarla müəyyən ediləcək? Yoxsa hər kəsə qaçqın adı verib onları Qarabağın içərilərinə daşıyacaqlar?
    3. Təmas xəttini dəyişən Azərbaycan qaçqınların öz yerlərinə gəlməsinə izn verməklə yenidən köhnə vəziyyəti bərpa etməyəcəkmi? (Suqovuşan, Çinarlı, Hadrut, Tuğ və s)
    Demək ki, təmas xətti anlayışı bu gün üçün nisbidir və sabah qaçqınlar qayıdarsa, dəyişəcək. Faktiki olaraq, Dağlıq Qarabağın muxtar vilayət sərhədləri təmas xətti hesab olunacaq.
    Təəssüf ku, bu və buna bənzər problemlər də öz əksini sənəddə tapmayıb və sülhməramlıların yerləşməsindən sonra bunların həll olunacağı mümkünsüz görünür.
    Sənəddə deyilir:
    Laçın dəhlizi sülhməramlılar tərəfindən mühafizə olunacaq.
    1. Bəs ölkə sərhəddindən keçid necə tənzimlənəcək? Sərhəd buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri olacaqml?
    2. Pasport buraxılış və viza sənədləri hansı qanunla tənzimlənəcək, Azərbaycan qanunlarının icrası başqa ölkə tərəfindən həyata keçiriləcək?
    Bu konstitusiyaya və sərhəd qanunlarına zidd deyilmi?
    3. Laçın dəhlizi vasitəsilə ölkəmizə gələnlərin sərhəddən qeyri-qanuni keçidi necə durdurulacaq? Axı Dağlıq Qarabağın heç bir statusu yoxdur və o məntəqədə də Azərbaycanın sərhəd keçid məntəqəsi nəzərdə tutulmur.
    4. Ümumvətəndaşlıq pasportları necə verilir və əhalinin siyahıya alınmasının prinsipləri necə müəyyən edilir?
    5. Ermənistan və Azərbaycan müvafiq olaraq, bir-birinin ərazi bütövlüyünü tanımayıb, Laçın dəhlizindən Azərbaycana keçid edən Ermənistan vətəndaşları hansı ölkədən viza alacaqlar? Yoxsa yenə kim nə vaxt istədi gələcək və nə istədi gətirəcək?!
    Bunu Rusiya qanunları tənzimləyəcək ya sülhməramlılar? Bu dövlətimizin gələcək təhlükəsizliyinə böyük zərbə deyilmi?
    Bu suallar da açıqdır və sülhməramlılar regiona yerləşdikdən sonra həll olunması mümkün olmayacaq.
    Sənəddə deyilir:
    Tərəflər arasında iqtisadi blokada götürüləcək və kommunikasiya xətləri açılacaq
    1.Qoşunlar təmas xəttində və dəhlizdə yerləşirsə, rayon mərkəzlərində bank, maliyyə, vergi və s. orqanlar necə fəaliyyət göstərir?
    Hüquq-mühafizə orqanlarının müvafiq şöbələri necə və kimdən formalaşdırılır?
    2. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycan qanunları əsasında həyata keçirilirsə, mərkəzlə bağlılıq və təyinatlar hansı formada olur?
    Bu sualların da cavabı və aydın izahı yoxdur və kimsə verə bilməz.
    İddia oluna bilər ki, zaman keçdikcə bu problemlər həllini tapacaq.
    15 noyabrdan başlayaraq, sülhməramlılar bölgəyə girəcək. Razılaşdırılmamış bu detalları zaman-zaman gerçəkləşdirməyə rus qoşunları izn verəcəkmi?
    ƏSLA...
    Tarixdə baş verənlər bizə diktə edir ki, Rusiyaya və onların həyata keçirdiyi missiyaya inanmayaq.
    Buna görə də sülhməramlılar gələnə qədər bu və ya bunlara bənzər bütün suallar öz cavabını yazılı və tərəflərin imzası ilə tapmalıdır.
    Əks təqdirdə Rus qoşunları bölgəyə girərək, bizim aramızda dayanacaq, ermənilərin təhlükəsizliyini təmin edəcək, ermənilər isə bizim qanunları tanımayaraq, yenə də əvvəlki qaydada yaşamaqda davam edərək, növbəti qanlı mərhələyə hazırlaşacaq. Bu dəfə daha ciddi və tədbirli...
    Ən başlıcası...
    Mən Rusiya qoşunlarının sülhməramlı adı altında bölgəyə gəlməsinin qəti əleyhinəyəm. Harda Rusiya var orda qan, qada, etnik- milli separatizm, qarşıdurma var. Tarixən bu belə olub, bu gün də heç nə dəyişməyib.
    Rusiya olduğu bölgələrdə demokratikləşmənin qarşısın alır, inkişafa mane olur, maraqları tələb edəndə çəkinmədən ölkələrin daxili işinə müdaxilə edir. Cənubi Qafqazda da Rusiya öz maraqlarını məhz bu şəkildə təmin etməyə çalışır. İndi sülhməramlı adıyla Azərbaycana qayıtmağı da o planın tərkib hissəsidir.
    Lakin müasir şəraitdə Dağlıq Qarabağ probleminin xarakterini və uzunömürlülüyünü, işğal coğrafiyasının genişliyini nəzərə alaraq, bu variantda da müsbət çalarlar axtarmağa məhkumuq.
    Özəlliklə Türkiyənin nəzarət qrupunun tərkibində hansı status və faizlə təmsilçiliyi həyəcanla gözlədiyimiz məsələdir. Yalnız bunlar bəlli olduqdan sonra sülhməramlılar haqqında qəti mövqe qoymaq olar.
    İndilik...
    Yuxarıda toxunduğumuz və ona bənzər problemlər Türkiyənin iştirakı ilə 15 noyabr tarixinə qədər müzakirə olunmalı, qərar qəbul olunmalı və sənədlərdə öz əksini tapmalıdır. Heç bir sual açıq və cavabsız qalmamalıdır.
    Yalnız bundan sonra uğur və uğursuzluqdan danışmaq mümkündür.
    Hələlik isə...
    Ermənistandakı ictimai-siyasi vəziyyət bağlanılan niyyət sazişinin icrasını sual altında qoyur.
    Bu şərtlər çərçivəsində bağlanılan müqaviləyə Ermənistan ictimaiyyəti etiraz edirsə, Rus qoşunlarının 15 noyabrdan əvvəl bölgəyə girməsinə heç bir halda imkan vermək olmaz. Bu məsələdə Türkiyə həlledici rol oynamalıdır.
    Yekun olaraq...
    Bütün incəliklər sənədlər üzərində öz cavabını və əksini tapmalı, 15 noyabra kimi sənədləşdirilməli, gələcək üçün problem saxlamamalıyıq.
    Hər şey öz əlimizdədir, düzgün, ardıcıl, sistemli addımlar atmalı, birliyimizi pozmamalı, qaldığımız yerdən davam etməliyik.
    Hər şey Azərbaycan üçün!
    @ Iqbal Agazade
    • Like 1
    • Upvote 1
  3. "Xalqımızın dəstəyi olmasa, bu qədər irəliləməzdik"
    Bu gün növbəti dəfə cəbhə bölgəsindən qayıtdıq. Cəbhə bölgəsindən qayıdanda və bir neçə gün Bakıda qalanda iki fərqli məkan duyğusu yaşanır. Sanki, öndə şiddətli döyüşlər getdiyi halda Bakıda torpaqlarımızın necə alınması tam hiss olunmur. Bəzən Bakı küçələrində harasa gedəndə adama elə gəlir ki, ordumuz da yeriyərək, əl-qolunu sallayaraq irəliləyir.
    Ancaq elə deyil. Şəhidlərimiz olur, ard-arda yaralılarımızı daşıyan ambulanslar hospitallara, xəstəxanalara yetişməyə çalışırlar. Əsgərlərimiz və zabitlərimiz bəzən günlərlə palçıqda sürünürlər, yaş torpaq üzərində yatırlar, formaları cırılır, hər an düşmən gülləsi, mərmisi ilə üz-üzə gəlmək, düşmənin basdırdığı hansısa minaya düşmək riski ilə irəliləyirlər. Torpaqlarımız asan yolla əldə edilmir, qan tökülür, zəhmət çəkilir.
    Həm görüşdüyümüz zabit və əsgərlər, həm də müvəqqəti Bakıya gələn xüsusi təyinatlı qardaşlardan qərargahımıza gələnlərin dedikləri tək ortaq mesaj var - "Xalqımızın dəstəyi olmasa, bu qədər irəliləməzdik".
    Sizin ianə etdiyiniz 10 manatla alınan 4 snikers, 2 meyvə suyu, bir ovuc ləpənin xüsusi təyinatlılarımızın meşəlik ərazidə 3-4 günlük yeməyi olduğunu, bu enerji ilə 20-30 km irəlilədiklərini deyirlər.
    Sizin ianə etdiyiniz 90 manatla alınan 3 yüngül yataq tulumunun bir neçə kəşfiyyatçının yaş torpaq, palçıq içində yatmaması demək olduğunu deyirlər.
    Bir soba, bir çaydan, bir paket çay və şəkər, bir neçə termosun bir neçə postda isti çayın olması demək olduğunu deyirlər. Mülki əhalidən gələn bir qutu şirniyyatın əsgərlər üçün "demək ki, xalqımız arxamızdadır" düşünməsi, 3 məktəblinin yazdıqları kiçik məktubların onların ruh yüksəkliyini təmin etməsi demək olduğunu deyirlər.
    Bəzən bəzi tənqidçilərin "bunları, formanı, botinka və buşlatı niyə dövlət təmin etmir?" deməsinə də cavab verirlər. Günlərlə torpaqda sürünən əsgərin formasını, yaralı əsgərimizin buşlatını göstərirlər. "Döyüşlər zamanı tələbatın dəfələrlə artması təbiidir, dövlət etdiyini edir, xalq da etdiyini edəndə əsgər və zabitlərimizin təminatı yüksək səviyyədə olur və tam ürəklə, tam enerji ilə və tam ruh yüksəkliyi ilə irəli gedirik" deyirlər.
    Qısacası, Şuşanın alınması hələ döyüşlərin bitməsi demək deyil. Ordumuz irəliləməlidir və irəlilədikcə, möhkəmlənməlidir. Qarşıdan qış gəlir. Onlara xeyli avadanlıq, isti geyim, ədyallar, tibbi və digər ləvazimatlar lazım olacaq. Zaman keçdikcə siyahılar göndərən nöqtələrin də (hərbi hissə, hospital və s.) sayı artır. Bunları təmin etmək isə ya sizin alıb, gətirib, təqdim etdiyiniz yardımlarla, ya da maddi ianələrinizlə mümkündür.
    Əgər oktyabrda ianə etmisinizsə, eynisini noyabrda da təkrarlaya bilərsiniz. Hələ ianə etməmisinizsə, "mənim 10, 20, 50, 100 manatımla nə dəyişəcək ki?" düşünməyin. Dama-dama göl olan ianələrinizin nələr dəyişdiyini bizə danışan əsgər və zabitlərimiz qələbədən sonra sizə də danışarlar. Hanısa restorandakı bir yeməkdən, yaxud bir fincan qəhvədən, yaxud başqa bir xərcdən qənaət edib, bu qələbəyə öz töhfənizi verə bilərsiniz.
    İanələr üçün müxtəlif üsulları paylaşıram. Sabah isə hazırda ən çox ehtiyac olanların siyahısını paylaşacam. İanə edək, paylaşaq və böyüyən bir qələbə prosesinin bir hissəsi olaq.
    İanə üsulları:
    Azərbaycanda kartdan-karta:
    Elman Mikayılov 4127 2222 2362 8058 (Beynəlxalq Bank)
    Milliönlə karta nəğd pul qoymaq üçün:
    Kapital bank: 4169 7385 4322 8716 (Elman Mikayılov)
    Bakıda nəğd ianələr üçün Caspian Plazanın 1-ci mərtəbəsindəki Milli Ordumuza Dəstək Aksiyası ofisinə yaxınlaşa bilərsiniz. (Hər gün saat 10:00-19:00 arası)
    UK daxili köçürmələr: Account name: Elman Mikayilov Account number: 26911426 Sort code: 60-12-03
    UK və Avropadan bank köçürmələri: IBAN: GB21 REVO 0099 7048 2459 46 Swift/BIC: REVOGB21 Beneficiary: Elman Mikayilov Mikayilov Beneficiary address: 58 Oxford Avenue, SW20 8LT, London, GB
    Paypal Köçürmələri üçün: https://paypal.me/elmanmika
    Bütün dünyadan: Revolut üçün no: +994553180665
    ABŞ: Namiq Xoçbərov - Zelle hesabı: 8324928649
     
    @Bextiyar Haciyev
    • Like 1
    • Milli 2
  4. Bu dəqiqəyə qədər
    Dünən axşam saatlarından başlayaraq döyüşlər davam edib. Hazırda "aldığınız" Ağdamdan üzbəüz yaşayış məntəqələrimiz atəşə tutulur. Ciddi döyüş gedir.
    Cənub cəbhəsi durmadan irəliləyir. Şuşa işğaldan azad ediləndən sonra ovuc içində görünən yer üzərində işləməmək ayıb olardı. Təbii ki, o ayıbı edə bilməzdik. Ciddi iş gedir.
    Hazırda Ağdamın sağ cinahında və Ağdərə istiqamətində şiddətli döyüş gedir. Erməni tərəfi artilleriya ilə Ağdamın yaşayış məntəqələrinə zərbələr endirir. Bir neçə gündür Şahbulağı və Papravəndi "alanlara" salam söyləyin. Azərbaycan ordusu qarşı tərəfin mövqelərini vurur. 1 saatdan çoxdur ki, bir saniyə belə sakitlik yoxdur. Bəlkə arxa tərəfə səs o qədər də, gəlmir. Öndə sözün əsl mənasında şiddətli döyüş gedir.
    Ermənilərin Laçın istiqamətindən Ermənistanla əlaqəsi tam kəsilib. Rəsmi açıqlama da bunu deməyə tam əsas verir. Tək yolları Vardanes yoludur. Ora da, qaçmaq yolları olacaq.
    Artıq nəfəsləri kəsilib, məsələnin birdəfəlik bitməsinə
    @Səxavət Məmmədov
    • Upvote 1
  5. 5 minutes ago, Lovett said:

    Азербайджанская армия серьёзно продвинулась в Лачинском, Агдеринском и Ходжавендском направлениях,  сообщает с передовой журналист Хабиб Мунтезир 

    @bakinskiy_nord

    Хабиб Мунтазир в Германии живет 

    • Upvote 1
  6. Я наткнулся на учебник 7-го класса и там есть имя топонима Арцах.Потом я стал интересоватся откуда же этот топоним.
    Оказывается Арсак это турецкий топоним, Ар- храбрый, мужественный, сак это тюркские племена. На территории Кавказской Албании было Арсах хачинское княжество, правителями были Мехраниды, Одним из правителей был Джаваншир из рода Мехранидов. Арсак не имеет ничего общего с арменией. Они присвоили это название.

    123765126_3403620673086049_3454456766083369939_o.jpg

    • Like 2
    • Thanks 2
    • Upvote 1
    • Milli 4
  7. 3 hours ago, ICP said:

    Я вам несомненно верю.Возможно ваш порыв очень искреннен,но...

    Как вы объясните появление недвусмысленного поста этой мадам на вашей фейс странице?

    Зы:Я лично постами хаев не делюсь,а если и пощю что-либо ихнее,то только чтобы показть верх ихнего кретинизма.С уважением

    20201029_104644.jpg

    Siz deyesen diqqetle oxuya bilmirsiz ya da Azerbaycan dilini bilmirsiz.Bu qadin ermenidir ve oz sehifesinde pul yigir ki silah sursat alib cebheye gondermek ucun.Men yazmisam ki onu sikayet elemek lazimdir.Yeni Facebukda kimse silah sursat almaq ucun pul yiga bilmez bu qanunsuzdur.Diqqetli olun

    • Like 1
    • Thanks 1
    • Upvote 1
  8. 1 minute ago, Essen said:

     

    мейдантв, юнусы, хаджижы и прочая нечисть, которая кормится за счет армянской диаспоры. Как тварь, которая в июле вешала ролик, плачущего себя, типа армяне уже в Товузе. Оппозиционное гуано, которое ничем не гнушается и понимает, что народ сейчас за Ильхама на 99.9%

    Хадиджа вроде поддерживает на данный момент правительство

  9. Жить вместе сними не получится

    Для дипломатии можно так сказать но в практике это невозможно реализовать .Я например не представляю как наш человек может сходить к стоматологу армянину в Ханкенди. Или наоборот.Может когда то ну это тоже вряд ли 

    • Like 5
    • Upvote 1
  10. Rusiya Azərbaycandan meyvə-tərəvəz və kartof idxalını dayandıra bilər.
    "Rosselxoznadzor" bu barədə bəyanatla çıxış edib. Rəsmi səbəb kimi həmin məhsullarda xəstəlik aşkarlanması göstərilir. Amma bunun siyasi xarakterli bəhanə olması ehtimalı da var.
    Ola bilər, Moskva Azərbaycana mesaj verir ki, atəşkəsə razı olmasa və müharibəni Dağlıq Qarabağın içərilərinə doğru davam etdirsə, təzyiqlərə məruz qalacaq.
    Rusiya bazarı Azərbaycan aqrar sektoru üçün önəmlidir. Ötən il təkcə bu ölkəyə 188 milyon dollarlıq pomidor ixrac etmişik.

    122507256_2720374264895786_8111587275340128940_o.jpg

    • Thanks 1
  11.  
    Ermənistan Rusiyanın nəyinə gərəkdir?
    Müəllif: Zərdüşt Əlizadə
     
    Rusiya nəfəsini asudə alacaq və sevinəcək ki, dəstəyi qırılmış çemodandan canı qurtardı
    Hər bir insanın həyatında elə bir an yetişir ki, taleyinin ən əsas müşkülləri üzərində düşünməyə başlayır, hansısa vacib qərara gəlir, keçmişinə əlvida deyir və yeni yola qədəm basır.
    Belə anları insanlar da, millətlər də yaşayır.
    Məncə, Rusiya indi öz taleyinin belə vacib anını yaşayır.
    Rusiyanı indi bir sual düşündürür: Ermənistan mənim nəyimə gərəkdir?
    Bu suala Rusiya imperiyası və SSRİ dərhal cavab verirdi: necə yəni nəyimə gərəkdir?
    Ermənilər çox gərəkli və faydalı alətdir, lingdir, ön istehkamdır, düşmənin arxasında beşinci kolondur, etibarlı məlumat mənbəyidir, istənilən horranı qarışdırmaq üçün uzun qulplu çömçədir!
    Rusiya imperiyası isti dənizlərə çıxmaq, Hindistanı işğal etmək şövqü ilə qovrulurdu. SSRİ bütün dünyanı sovetləşdirməyi arzulayırdı. Buna görə ermənilər çox lazımlı və faydalı idilər. Buna görə onları əsrlər boyu qoruyurdular, himayə və müdafiə edirdilər, bütün Yaxın Şərqdən toplayıb Cənubi Qafqaza yığırdılar. Onlara dövlət qurdular!
    Müasir Rusiya heç bir nəqşə, illah ki, dünyamiqyaslı nəqşə cızmır, çəkmir. Hindistan – böyük xeyir gətirən ticari və siyasi şərikdir. İsti dənizlərə ruslar turist şirkətlərinin köməyi ilə, ya da, kifayət qədər pulu varsa, fərdi qaydada səyahət edirlər.
    Sovetlərə gəlincə, indi dünyada sovetlərin ən qatı düşməni Rusiyanın siyasi rəhbərliyidir.
    Rusiyanın heç bir ciddi siyasətçisi İstanbulu tutub adını Konstantinopol qoymağı arzulamır. Bu yaxınlarda Aya Sofyanın statusunu dəyişdirdilər, muzeydən məscidə çevirdilər. Bir rusun cınqırı belə çıxmadı. Din indiki rusların həyatında haradasa ucqar bir güşədə məskən salıb.
    Rusiya İmperiyasının Silahlı Qüvvələrinin Baş Qərargahı şərqdən zərbə ilə qərbə, İstanbula çıxmaq üçün əməliyyat xəritələri çəkəndə ermənilər necə də gərəkli və faydalı idilər!
    Ermənilər düşmənin arxa cəbhəsində fəaliyyət göstərən, canından keçən on minlərlə diversant idilər! Onlar nizami qoşunlara hücum etməyə, rabitəni və təchizat yollarını kəsib partlatmağa hazır idilər!
    İkinci Cahan Müharibəsinin qəhrəman belarus partizanlarının tarixi müəllimləri var idi: Birinci Cahan Müharibəsinin qəhrəman erməni fədailəri-partizanları!
    Səd heyf ki, zəmanə dəyişib, Rusiya ilə Türkiyə indi düşmən deyilllər. Onlar, adamın dili gəlmir desin, şərik və hətta bəzən müttəfiqdirlər!
    Erməni millətçilərinin vacib tarixi funksiyası müasir zəmanənin gur təbəddülatının dalğaları arasında batıb itdi.
    Sonuncu dəfə erməni millətçilərinə SSRİ-ni söküb dağıtmaq zərurəti anında əşəddü-ehtiyac yarandı. Onlar aktuallaşıb SSRİ-nin daxili düşmənlərinə - liberal ziyalı təbəqəsinə, ümumxalq mülkiyyətini qamarlayıb mənimsəməyə hazırlaşan yırtıcı qəsbkar sinfə - və kapitalist Qərbə çox, lap çox gərəkli oldular.
    Erməni millətçiləri öz yeni ağalarının etimadını yüzə yüz doğrultdular. Əvəzində rus liberal ziyalıları etnik erməni faşistlərini qaldırıb demokratiya təməlinin üstünə qoydular, Qərb isə bütün minbərlərdən işğalçıların və quldurların hüquqlarının pozulması barədə ulaşmağa başladı.
    Onlar da sovet dövlətinin laxladılmasında və dağıdılmasında həlledici rolu oynadılar.
    Oynanılmış oyunun nəticələri hamını razı saldı. Özlərini demokrat adlandıran quldur dəstəsi ümumxalq mülkiyyətini məngirləyib özəlləşdirdi, liberal ziyalılara səxavətlə tula payı atıldı, Qərb isə Yeltsin dövründən başlayaraq öz sabiq qorxunc rəqibinin sənaye və elmi-texnoloji potensialını aramsız olaraq məhv etdi və Rusiyanı ikinci dərəcəli regional dövlət məqamına endirdi. Ermənistan öz danılmaz xidmətləri müqabilində Qarabağı və rus bazasını qazandı. Bu baza erməni millətçilərinə beynəlxalq hüquqa, ilk növbədə qonşu azərbaycanlıların hüquqlarına heç nədən çəkinmədən tüpürmək imkanı və təhlükəsizlik zəmanəti verdi.
    O dövrün siyasi texnologiyalarına görə gürcülərin hüquqlarına rusların tüpürmək hüququna zəmanəti abxaz və cənubi osetin millətçiləri və rus sülhməramlıları təmin edirdi. Bu zəmanət özünü 08.08.08. hadisələri zamanı parlaq tərzdə büruzə verdi. (bu tarixi ona görə xatırladıram ki, bəzi rus siyasiləri həmin dövrün xiffətini çəkirlər və bu “sülhməramlı” fəndini Qarabağ münaqişəsini yüz faiz nəzarətə almaq niyyətilə elə hey təklif edirlər).
    Allahın altında heç nə əbədi deyil. Gün keçdi, dövran dəyişdi. Şərait də dəyişdi. Dəyişməyən, dəyişilməyən tək erməni millətçiləri oldu. Onlar yenə keçmişin sərsəm xülyaları ilə yaşayırlar: ərazi qəsbi, genişlənmə, dünya qanunlarının təftişi və öz iradəsinin qonşulara imla edilməsi.
    Erməni xalqı meylini tədricən Qərbə tərəf döndərdi. Burada qəribə heç nə yoxdur. Qərbdə yaxşıdır! Orada pul, texnologiya, qayda-qanun var.
    Nəzəriyyə baxımından, Qərbə iki yolla yönəlmək olar. Bir yol oraya mühacirətdən keçir. İkinci yol Qərb qayda-qanununun öz ölkəsində tətbiqindən başlayır. Erməni milləti hər iki yoldan istifadə etdi. Xeyli sayda erməni sadəcə sevumli Hayastanı tərk edib Qərbə mühacirət etdi.
    Lakin Qərb heç də bütün erməniləri qəbul etmək istəmirdi. Onda qalan ermənilər Ermənistanda nümunəvi Qərb vahəsi yaratmaq qərarına gəldilər.
    Bu xoş niyyətin qarşısını şanlı keçmişin tör-töküntüsü – Artsax (Qarabağ) davasının qəhrəmanları, cürbəcür robiklər, serjiklər və başında qatılaşdırılmış şirin süd oğrusu general Manvel duran bir bölük fədai veteran alırdı. Onların gücünün mənbəyi heç cür tükənməyən və sönməyən Qarabağ münaqişəsi idi.
    Erməni şüuruna bir fikir mütləq hakim kəsilmişdi: biz mənfur turkesə qəhrəmancasına qalib gəlmişik, bu qələbə müqəddəsdir, güzəştli sülhə doğru istənilən addım Vətənə xəyanətdir.
    Münaqişə davam etdikcə erməni xalqı Qarabağ münaqişəsi qəfəsinin içində, Azərbaycan xalqının düz yanında rahatca əyləşib onunla didişir və hərdən dalaşır.
    Ağıllı ermənilər görürdülər ki, Qərbin şəfəq saçan üfüqlərinin qarşısını “Qazprom”un, Pusiya Dəmir Yollarının və rus hərbi bazasının komandirlərinin əsla nur saçmayan sifətləri alır.
    Ermənistan beləcə 2017-ci ilə qədər bu iki müqəddəs bütə - Qarabağa və rus hərbi bazasına – sitayiş edə-edə ömür sürdü. Bu iki büt aramsız olaraq qurban tələb edirdi. Erməni xalqı qurban verirdi, fəqət ümid etdiklərini bu bütlərdən ala bilmirdi.
    Xalq durmadan kasıblaşırdı, işsizlik ucbatından fəal insanlar ölkəni tərk edirdi, ərazi boşalırdı.
    Onda azadixah gənclər küçələrə çıxdılar və Putini türk dilində söyərək ondan Ermənistanı tərk etməyi tələb etdilər.
    Xalqın qəzəb və hiddət dalğası Nikol Paşinyanı və ətrafındakı narazı gənclər dəstəsini ağuşuna alıb gətirdi düz baş nazir vəzifəsinə və hakimiyyətə.
    Yeni siyasətçilər ağıllı və gerçəkçi idilər. Əvvəlcə onlar beyin fırtınası təşkil etdilər və vəziyyətin təhlili onları aşağıdakı nəticələrə gətirdi:
    1.Qarabağın qəsbini və ilhaqını hüquqi cəhətdən sənədləşdirmək heç cür alınmaycaq. Heç cür! Deməli, bu - əbədi yükdür. Bu əbədi yük Rusiyadan əbədi asılılıq deməkdir. Moskva isə heç vaxt imkan verməz ki, Ermənistan Qərbə inteqrasiya etsin.
    2.Ermənistan Qarabağı daim yedirtməlidir. Yalnız Qarabağı deyil, həm də oradan Yerevana köçüb orada ən yağlı vəzifələri məngirləmiş və Rusiya tərəfindən himayə edilən qarabağlı mafiozları. Onların kökünü kəsməyə heç on ömür bəs etməz!
    3.Xalq güzəştli tənzimləməni qəbul etməz. Güzəşt xalqın gözündə xəyanətə bərabərdir. Rus siyasi texnoloqları erməni xalqı üçün tələni çox keyfiyyətli düzəldiblər: 7 ətraf rayonu Dağlıq Qarabağ Respublikasının Konstitusiyasına azad edilmiş qanuni ərazi kimi salıblar! Onlardan imtina qanunu pozmaq deməkdir.
    Gənc erməni siyasətşünasları tarix kitablarını aldılar əllərinə və başladılar öyrənməyə. Qərar belə oldu ki, bütlərin hər ikisindən, Qarabağdan da, rus bazasından da bilmərrə qurtulmaq lazımdır. Bu həqiqəti sözlə xalqa anlatmaq mümkün deyil. İşə psixiatriya mütəxəssisləri, kütlə şüurunu idarə edən mahir oyunbazlar qoşuldu. Onlar dedilər ki, yeganə çarə - şok terapiyasıdır.
    Xalq zəhər kimi acı məğlubiyyətin aqibətindən xilas olmaq üçün istənilən təklifi qəbul edər.
    Lakin bunu necə təşkil etməli, necə?
    Misirin Prezidenti Muhamməd Ənvər əs-Sadat 1973-cü ildə öz ordusunun İsrail ordusuna məğlubiyyətini təşkil etdi və dərdi-qəhrdən başını itirmiş xalq məcbur olub onun 1978-ci ildə Misrin Fələstini müdafiə etməkdən imtinasını sənədləşdirən Kemp-Devid sazişinə imza atmasını qəbul etdi.
    Gəlsənə əs-Sadatın qiymətli təcrübəsini Qarabağda tətbiq edək? Bunun üçün Qarabağ naminə qəhrəmancasına aparılan müharibəni uduzmaq lazımdır. Bunun üçün Azərbaycan müharibəni başlamalıdır.
    Heyhat! Bakının tərpənmək fikri yoxdur. Başı qarışıb nöyüt alverinə və büdcə oğurluğuna.
    Türkiyənin də Qarabağ vecinə deyil, başı qarışıb başqa işlərə: kürdlər, Suriya, Liviya, Aralıq dənizinin təkindəki nəhəng “Leviafan” qaz yatağı...
    Onları tərpətmək, müharibəyə sövq etmək lazımdır!
    Türkiyə soyqırımla bağlı ənənəvi erməni iynələrinə və sancmalarına məhəl qoymur, artıq adətkərdədir. Nə isə yeni bir şey tətbiq etmək lazımdır. Nə?
    Biz, şahmatdakı kimi, atla gediş edərik: Sevr müahidənaməsinin bərpası məqsədilə beynəlxalq koalisiya yaratmaq təlifini irəli sürərik.
    Ə bə bu nəmənədir? Aşıq söyləsək, puç qozdur, siyasi-tarixi çürük fındıqdır. Nə vaxtsa, Birinci Cahan Müharibəsinin sonunda Qərbin qalib dövlətləri Osmanlı xilafətini parçalayıb onun xərabələrində bir neçə dövlət, o cümlədən Böyük Ermənistan qurmaq istəmişdilər və bu istəyi Sevr şəhərində kağıza köçürmüşdülər.
    Bax, bu faydalı və məhsuldar təklifi Nikol Paşinyan səsləndirdi.
    Təklif Türkiyənin xoşuna əsla gəlmədi.
    Əla! Birinci məqsədə yetdik!
    Sonra Ermənistan Aralıq dənizi məsələlərinə ilişməyə başladı, Yunanıstan, Kipr və Misirlə koalisiya yaratmağa girişdi, özünün bölgədə söz sahibi olan dövlət olduğunu bəyan etməyə başladı.
    Prezident Ərdoğan belə zarafatları qəbul etmirdi, hirsləndi və dəcəl uşağın dərsini vermək qərarına gəldi.
    Türk müştəri artıq hazır idi. Qalırdı azərbaycanlı müştərini hazırlamaq.
    İlk addım kimi Baş nazir – varçapet – bəyan etdi ki, Qarabağ Ermənistandır. Nöqtə.
    Erməni kütləsi böylə cəsarətdən xeyli feyziyab oldu. Lakin Qarabağ münaqişəsinin tənzimləmə təkərini əbədi əyləc kimi sıxan zəhlətökən danışıqlar prosesi dünyada ən dərin Marian girdabına qərq oldu.
    Paşinyanın erməni xalqı arasında onsuz da yüksək olan reytinqi yuxarı sıçradı.
    İkinci addım Qarabağın demokratik seçilmiş prezidenti, yerli oliqarx Araik Harutyunyanın Şuşada andiçmə mərasiminin təşkili oldu. Varçapet Cıdır düzündə yedi, içdi və rəqs etdi. Bütün bu həngaməni lentə aldılar və millətə göstərdilər. Millət də anladı ki, Paşinyan əsl cəsur vətənpərvərdir.
    Reytinq bir az da yuxarı hoppandı.
    Kütləyə təsiri gücləndirmək üçün Araik təntənə ilə vəd verdi ki, bir azdan parlamenti Şuşaya köçürəcək.
    Azərbaycan rəhbərliyi bütün bunlardan incidi və özünü şəxsən təhqir olunmuş saydı.
    Üçüncü addım gərək idi. İyul ayının 12-də Ermənistanın Azərbaycanla sərhəddində, Tovuz-Tavuş rayonlarında qanlı toqquşma təşkil edildi. Ermənistan Tovuzu vurdu, Azərbaycan Tavuşu vurdu. Tavuş Ermənistan ərazisi olduğundan Yerevan təcili Kollektiv Təhlükəsizlik Müqaviləsinə (ODKB) rəsmən müraciət edib məsələnin müzakirəsi üçün ümumi yığıncağın toplanmasını tələb etdi. Təşkilatın Baş Katibi Nizamnaməyə uyğun olaraq rəsmi saytda yığıncaq çağırılması barədə çağırış yerləşdirdi.
    Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan bu məntiqsiz hərəkətə təəccübləndilər.
    Rusiya erməni fəndini anlayıb çağırışı ləğv etdirdi.
    Erməni kütləsinə əyani dərs verildi: ODKB – ilğımdır.
    Xoşbəxtlikdən məhz elə bu zaman Rusiya başladı fikirləşməyə: bu Ermənistan mənim nəyimə gərəkdir?
    İsti dənizlər və Hindistan qaldı keçmişdə, özümüz canımızla əlləşirik. Ermənistan mühasirədədir, əhatəsindəki dövlətlər ya açıq düşməndirlər, ya da sonra düşmən olacaqlar. Heç yerə çıxışı yoxdur, elə hey Ermənistandan keçəcək İpək Yolundan danışır.
    Rusiyada işləyən erməni işçilər durmadan çalışıb hər ay qazanclarının bir hissəsini ailələrinə, Ermənistana köçürürlər, hərçənd ki, bu pullar, yüz milyonlarla dollar, məmurların və yaxın dostların şəxsi hesablarına yata bilərdi. Sadəcə işlərin tövrünü bir balaca dəyişmək lazımdır.
    Gümrüdəki bazaya gəlincə, o, kimə lazımdır? Kimi müdafiə edir?
    Dörd min etnik erməni öz vətənində bəy balası kimi yaşayıb rus hərbçilərinin yüksək xarici maaşını alırlar.
    Bu yandan da Yerevanın küçələrində bu söyüşlü çağırışlar kimi desən özündən çıxarar...
    Azərbaycan neft dostluğu və qaz qardaşlığı təklif edir, öz ərazisindən keçib İrana, oradan Pakistana və Hindistana gedə biləcək Şimal-Cənub dəmir yol layihəsini ortaya qoyub, bu yolla isti dənizlərə, açıq sulara çıxmağın yollarını göstərir. Deyir ki, Rusiya üstəgəl Azərbaycan Avropa ilə Şərq arasında körpü ola bilər.
    Bu layihənin qazancını yığıb-yığışdırmaq mümkün olmayacaq!
    Putin baxır sinfi baxımdan ona yad olan Paşinyana, baxır ona sinfi doğma olan Əliyevə, və düşünür: Ermənistan Rusiyanın nəyinə gərəkdir? Ondan necə istifadə etmək olar? Haraya bərkitmək olar?
    Və belə qənaətə gəlir ki, heç haraya!
    Heç nəyə gərək deyil!
    Paşinyanın uğurlu xarici siyasəti ona gətirir ki, Azərbaycan təxribata uyub Ermənistanın işğal etdiyi öz qanuni ərazisinin qaytarılması məqsədilə genişmiqyaslı müharibəyə başlayır. Təbii ki, erməni diplomatiyası sayəsində cin atına mindirilmiş Türkiyə Azərbaycanı qətiyyətlə dəstəkləyir. Tam təbii ki, daha çoxsaylı və daha yaxşı təchiz edilmiş Azərbaycan ordusu erməni ordusunu sıxışdırmağa başlayır.
    Bu zaman müasir erməni siyasi səhnəsinin ən istedadlı dramatik aktyoru Nikol Paşinyanın ulduz anları başlayır: o, erməni xalqına göstərməlidir ki, Artsaxı qəhrəmancasına necə qorumağa çalışırdı, və necə Rusiya onu satırdı. Aşkar diplomatik fəaliyyət, dünyanın bütün nüfuzlu siyasətçilərinə aramsız zənglər, xalqa müraciətlər... Qalx ayağa, ay millət, dur çiyin-çiyinə, dəf et yağı düşməni və sair və ilaxır...
    Varçapetin xanımı əyninə kamuflyaj geyib əlində silah səngərdə uzanır, oğlu Hakob Qarabağa yollanır.
    Artıq ağlı başında olan hər kəsə aydındır ki, nə Paşinyan Ermənistanına, nə də qeyri-Paşinyan Ermənistanına Rusiya daha kömək etməyəcək. Atəşkəs və qan tökülməsinin qarşısının alınması barədə danışıqların başlanması çağırışlarının bir halda mənası var: Ermənistan öz işğalçı qoşunlarının Qarabağdan çıxarılması möhlətini açıq elan etməlidir. Yalnız bu halda Azərbaycan yerli ermənilərlə onların Azərbaycanda yaşayış şərtlərini müzakirə etməyə hazırdır.
    Buna Ermənistanda yalnız intihara hazırlaşan kəs razı ola bilər. Paşinyan belələrindən deyil. Nikol qərar qəbul etmək səlahiyyətini demokratik tərzdə parlamentin boynuna atır. Deputatlar ənənəvi erməni bəsirəti nümayiş etdirərək güzəştə “yox” deyirlər.
    Paşinyan birinci müharibənin qəhrəmanlarına fəallaşmağa, kamuflyaj geyib özlərini camaatın gözünə soxmasına mane olmur, zira anlayır ki, bununla onlar özlərini rüsvay edirlər. O özü qəhrəmanlıq sərgiləyir və gözləyir. Gözləyir ki, vəziyyət hamıya əyan olsun: Qarabağda daha erməni qalmayıb. Hamısı qaçıb. Həm qəhrəmanlıqla işğal etdikləri yeddi rayonu, həm də doğma yurdlarını tərk ediblər ki, canlarını xilas etsinləır.
    Bu baş verdikdə Paşinyan erməni xalqına faciəvi səslə müraciət edib açıq deyəcək, kim bu məşum sonluğun baiskarıdır: rüşvətxor Qarabağ klanı, Rusiya, Türkiyə və Azərbaycan! Onların hamısı günahkardır.
    O isə çox çalışdı, çox əlləşdi, fəqət xainlər və düşmənlər daha güclü çıxdılar.
    Belə olan halda əzabkeş və müdrik erməni xalqı nə edə bilər?
    Yalnız bir çıxış yolu qalır: xalqı təngə gətirmiş xain Rusiyadan ayrılıb Qərbə üz tutmaq.
    Qərbə! Orada çəmənlər yamyaşıl, sürülər bol, kranlardan süd axır, hər kəsə hər ay azı iki min dollar verirlər.
    Erməni xalqı növbəti milli faciəyə uğrayandan sonra, buna rəğmən, şad və xürrəm əhval-ruhiyyədə öz müdrik rəhbəri varçapetin arxasıyca işıqlı gələcəyə doğru addımlayacaq.
    Rusiya da nəfəsini asudə alacaq və sevinəcək ki, dəstəyi qırılmış çemodandan canı qurtardı.
    Bir də ona sevinəcək ki, uzun əsrlər davam etmiş “ziyanın yarısından qayıtmaq xeyirdir”.
×
×
  • Create New...