Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Türkiyənin xarici siyasəti


^^Paradise_Bird^^

Recommended Posts

[quote name='Polymeron' timestamp='1296718980' post='8254811'][/quote]
[quote]Aidiyyatı yoxdu e Ləzgi, yenə də suallardan qaçırsan. O addımı mən növbəti seçkilərdə görəcəm.[/quote]
3 defe gorduk. Esas se4kide kimin qalib olmasi deyil ki.. esas xalq artiq demokratiyanin bir oyun olduqnu anladi ve bawladi ozu de bu oyunla kafirleri bezdirmeye.
[quote]Bir də ki dözməliyik nədi, sənə nolub? :) (çaşıb cavab verərsən a, bədii sual kimi yazmışam).[/quote]
Sizin bedii tefekkurunuz de siyasi tefekkurunuz kimi predmet ve anlayiwlari yalniz oz duwuncenize uyqun wekilde beyninizde inikas etdirir. :looool:
Men Turkiyeni(sabah ise Turani) inwallah Islam dunayinin aparici quvvesi kimi gorurem. Ona gore Turkiyenin uzlewdiyi 4etinlikler menim de qelbimi incidir. Muselmanam axi....

Link to comment
Share on other sites

[quote name='Lezgin_Lezgin' timestamp='1296721355' post='8255208']
3 defe gorduk. Esas se4kide kimin qalib olmasi deyil ki.. esas xalq artiq demokratiyanin bir oyun olduqnu anladi ve bawladi ozu de bu oyunla kafirleri bezdirmeye.

Sizin bedii tefekkurunuz de siyasi tefekkurunuz kimi predmet ve anlayiwlari yalniz oz duwuncenize uyqun wekilde beyninizde inikas etdirir. :looool:
Men Turkiyeni(sabah ise Turani) inwallah Islam dunayinin aparici quvvesi kimi gorurem. Ona gore Turkiyenin uzlewdiyi 4etinlikler menim de qelbimi incidir. Muselmanam axi....
[/quote]

Kimin düşüncəsinə uyğun şəkildə olmalıdı səncə? Dedim birdən tərs anlıyarsan, cavab zad yazarsan. İnciyib eləmə a, inciyənin bürcünə.

Türkiyənin üzləşdiyi problem elə onun öz qəlbinə bəsdi. Sən də hər şeyi öz qəlbinə soxma. Türkiyədən daha çox Azərbaycanın problemləri barədə düşün, gör neyniyək ki islam dövləti olaq. Əgər yazıb eləsən sual xarakterli heç nə yazma, çünki cavab yazmaq fikrim yoxdur sənə.

Link to comment
Share on other sites

[quote name='Polymeron' timestamp='1296723183' post='8255535']
Türkiyənin üzləşdiyi problem elə onun öz qəlbinə bəsdi. Sən də hər şeyi öz qəlbinə soxma. Türkiyədən daha çox Azərbaycanın problemləri barədə düşün, gör neyniyək ki islam dövləti olaq. Əgər yazıb eləsən sual xarakterli heç nə yazma, çünki cavab yazmaq fikrim yoxdur sənə.
[/quote]

Yox Islam dunyasinin bomekden uzaqiq. Niye bolek ki? Dunya birlewir. Her kes birlikler duzeldir..Bize ne gelib ki Turkiye ile Azerbaycani ayirmaq en azindan yanliwliqdir. Mene gore Turkiyenin ne derdi varsa menim derdimdir. Mene gore. Siz ozunuz bilersiniz.

Link to comment
Share on other sites

Seçkilərə az qalıb inşaallah Türk xalqı öz sözünü deyəcək... Ərdoğan pis yoldadırsa camaat alaşağı edəcək heç narahat olmayın...

Ancaq bu gün, fakt göz qabağındadır... Türkiyənin iqtisadiyyatı da, beynəlxalq nüfuzu da...

Türkiyə cümhuriyyət tarixinin heç bir dönəmində bu qədər güclü olmamışdı...

Türkiyədə bu gün təbii proseslər gedir...

80 il xalqı xalqın keçmişinə, kültürünə yad kamalist azınlıq idarə edirdi...

Kamalist (sol) bürokratiya, ordu və İstanbul sərmayəsi, Türkiyənin bütün tarixi kimliyini inkar edərək xalqı idarə etməkdə idilər...

Və sonda aşağılanan, xor görülən anadolu təşkilatlandı, öz sərmayəsini yaratdı və hakimiyyətə gəldi...

Bu gün Kamalizm təsfiyə olunur və Türkiyə tarixi kimliyinə qovuşur, və beləcə bölgədə də güclənir...

Türkiyəni bir əşirət dövləti halına gətirən 80 illik gəlmə Kamalist kültürünün 1000 illik köklü cahan imperatorluğu mədəniyyətinə sonda uduzmasıdır bunlar...

Link to comment
Share on other sites

Əl-Cəzirə Türk yayına başlayır.

Məşhur əl-Cəzirə kanalı Türkiyədəki Cine5 kanalını satın almış... Əl-cəzirə Türk adı ilə yayına başlayacaq...

http://www.haber7.com/haber/20110204/El-Cezire-Turk-meydan-okuyarak-basladi.php

Link to comment
Share on other sites

  • 2 weeks later...

Demek tamamile neytral bir adamin bir meqalesini oxuyuram...Meqale Misirdeki hadiselere aid olsa da muellif muxtelif meselere toxunur, diqqetle baxin gorun Turkiye baresinde ne deyir (sohbet Islamafoblara aiddir :) )

"Вопреки заветам Ататюрка, исламская партия пришла к власти в Турции и находится у власти уже десять лет. И мир не рухнул, небо не упало на землю, вода в реках не превратилась в кровь, саранча не поела посевы, семь тощих коров не пожрали семь тучных коров, на землю не пролился дождь из змей и жаб, и в турецких, а также прочих домах и стадах не умерло по первенцу.

Наоборот, во многих отношениях Турция стала более демократической, более правовой и благоприятной для бизнеса, хотя и более восточной страной; в ней лучше живется курдам, а с ней рядом – соседям, даже Армении. За исключением, пожалуй, Израиля, с которым против арабов дружила турецкая военная верхушка. Но и такая Турция не идет войной на Иерусалим. Мы все: «Ирод! Ирод!» А младенцы-то – живы. И туристы за десять лет исламского правления в Турции не разбежались, наоборот, умножились там весьма. Может, и Египет со временем будет, что твоя Турция – all inclusive, только почище."

http://slon.ru/blogs/baunov/post/533499/

Buyurun, bu da bugunku Turkiye.
[u]Cox uzr isteyirem, sadece metnin bu hissesi tercume elemek bir az vaxt aparacaqdi...[/u]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[b]
Sarkozini Türkiyədə heç bir nazir qarşılamadı[/b]

Fransa prezidenti Nikola Sarkozinin “G20”-nin fəaliyyətdə olan sədri kimi Türkiyəyə 6 saatlıq səfəri başlayıb.

“Haberturk.com” saytının verdiyi məlumata görə, hava limanında Nikola Sarkozini qarşılamağa heç bir nazir getməyib. Fransa prezidentini Ankaranın Esenboğa Hava Limanında Xarici İşlər Nazirliyinin müşşaviri Feridun Sinirlioğlu, Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu, Fransanın Ankaradakı səfiri Bernard Emie və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek qarşılayıb.

Nikola Sarkozi onun üçün ayrılan avtomobilə oturmazdan öncə jurnalistlərə əl eləyib. Bir jurnalistin uzaqdan verdiyi suala isə o, gülərək qarşılıq verib.

Qeyd edək ki, Nikola Sarkozinin öncə Türkiyəyə 2 gün nəzərdə tutulan, sonra isə 1 günə endirilən və 6 saatla məhdudlaşdırılan səfəri Türkiyə hakimiyyətində ciddi narazılığa yol açıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan Nikola Sarkozinin qısa çəkəcək bu səfərinin Türkiyə və Fransa arasındakı münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini söyləyi

deyerler.org

Link to comment
Share on other sites

[b]MHP LİDERİ "XOCALINI UNUTMAQ OLMAZ" DEDİ[/b]

Ermənilərin Xocalıda törətdiyi qətliamın 19-cu ildönümündə Türkiyənin ana müxalifət partiyası MHP-nin lideri, xalqımızın böyük dostu Dövlət Bağçalı media önündə açıqlama verib. Cənab Bağçalı deyib ki, sərhədlərimizi açmaq üçün fürsət gözləyən siyasi iqtidarın həm Şərq Anadoludakı soyqırımı, həm də Xocalı qırğınını əsla xatirindən çıxarmaması lazımdır.

Bu barədə Türkiyə mediasında xəbərlər dərc olunub.

Bildirilir ki, MHP lideri adını çəkməsə də, prezident Abdullah Gülü tənqidi çıxışının hədəfinə çevirib. Bağçalı deyib: "Tariximizi ermənilərə sorğuladanlar, əcdadımızın alçaq görülməsinə çanaq tutanlar və futbol matçı bəhanələriylə Türkiyənin milli iddialarını ermənilər qarşısında aciz bir vəziyyətə salanlar, əsasən keçmişdən heç dərs almayan yazıq zehniyyətlərdir".

Dövlət Bağçalı sözünə bu cür davam edib: "Türk millətinə soyqırımçı nişanı vuraraq illərdən bəridir böhtan, iftira və qurama ssenarilərlə ölkəmizi beynəlxalq birliyini nəzərində töhmət altında buraxan erməni zehniyyətinin reallaşdırdığı cinayətləri görməzliyə və anlamazlığa vurmaq insanlığın gördüyü ən böyük ikili standartlardan biridir. Türkiyənin torpaq bütünlüyünü sorğulama cürəti göstərən və hər fürsətdə düşmənlik duyğuları sərgiləyən İrəvan rəhbərliyinin illərdən bəri azərbaycanlı qardaşlarımıza böyük əziyyətlər etdiyi bir həqiqətdir".

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1293662555' post='7996005']
inşallah, Ərdoğanın sonunun.

Gürcü övladından türkçü çıxa bilməzdi. İslamçılığı da yalan çıxacaq.
[/quote]


[b]Erdogan namaz qilan ibadet eden bir musulmandir!niye onun qeybetin eliyirsiniz?utanmirsiniz?
bir muselmanin axirini gozlemek neqeder pis bir shey olduqunu bilirsiniz her halda!!!
Allah (ss) Sizlere Agil versin inshaallah[/b]

[color="#FF0000"]Şəxsiyyətə keçmə 10%[/color]

Link to comment
Share on other sites

Ərbakan dünyasını dəyişdi...

Cümhuriyyət dövrü türk siyasətinin ən böyük "Xoca"sı...

Müsəlman Anadolunu öz tarixi kimliyi üzərində təşkilatlandırmağı bacaran Xoca...

Türk siyasətinə 40 ildə heç bir siyasi məktəbin və ya düşüncənin yetişdirmədiyi qədər nadir şəxsiyyətlər qazandırmış xoca...

İslamın cihad anlayışını çox ustalıqla müasir siyasətə mündəric etmiş "Mücahid Başbakan"...

Kamalizmin İslamı toplumdan silib məscidlərdə həbs etmə siyasətinə son verən Milli Görüş lideri...

Allah rəhmət eləsin...

Link to comment
Share on other sites

  • 4 weeks later...

İmamın Ordusu kitabı imha edildi !
Ergenekon soruşturması kapsamında 6 Mart’ta tutuklanan gazeteci Ahmet Şık’ın "İmamın Ordusu" adlı kitabını basacak olan İthaki Yayınevi’nin büroları dün akşam Savcı Zekeriya Öz’ün talimatıyla basıldı

Ergenekon soruşturması kapsamında 6 Mart’ta tutuklanan gazeteci Ahmet Şık’ın “İmamın Ordusu” adlı kitabını basacak olan İthaki Yayınevi’nin büroları dün akşam Savcı Zekeriya Öz’ün talimatıyla basıldı.

Ellerinde kitabın basımının durdurulması için tebligat bulunan Güvenlik Şube Müdürlüğü ekipleri saat 18.00 sıralarında Kadıköy Mühürdar Caddesi’nde bulunan büroya baskın yaptı. Ancak yayınevinin bu bürodan taşındığı anlaşılınca polis ekipleri bu kez Bahariye’de bulunan yeni büroya gitti. Yaklaşık 15 polis 5 saat süreyle büroda arama yaptı.
Kitabın nüshaları, evrak ve bilgisayarlar tek tek incelendi. Yayınevi editörü Ahmet Öz, polislerin kitabın yazılı kopyalarını imha ettiğini, bilgisayarlarda bulunan kopyalar içinde harddisklerin götürdüğünü söyledi. Aramalar sırasından gözaltına alınan olmadı. Şık’ın kitabının bir nüshasının Oda TV baskınında bulunduğu iddia edilmiş ve daha sonra da Şık gözaltına alınmıştı.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1293662555' post='7996005']
inşallah, Ərdoğanın sonunun.

Gürcü övladından türkçü çıxa bilməzdi. İslamçılığı da yalan çıxacaq.
[/quote]


hmmm..... İstanbuldada çox adam Erdoğana qarşıdır. amma yene de, turkiyeni böhrandan çıxartdı, ele deyil meger?

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1293660124' post='7995862']
R.T.Erdoğan: Ben türkçülüğe karşıyım.

Şərhsiz
[/quote]

Men Erdoganin bu chixishini evvelden axira kimi izlemishem. Sadece bir frazani bura qoymaq duzgun deyil. Chixishi tam dinledikden sonra Erdoganin ne demek istediyini duzgun qiymetlendirmek olar.
[b]Erdogan hem kurdchuluye ve hem de turkchuluyu qarshi oldugunu bildirmishdir[/b].
AK Partinin meqsedi Turkiyeni her cehetden hem iqtisadi ve hem de siyasi cehetden inkishafina menfi tesir gosteren Turk-Kurd problemini hell etmek ve bu 2 milletin tarix boyu oldugu kimi birlikde qardashliq ve sulh ichinde yashamalarini berpa etmekdir.

Link to comment
Share on other sites

[quote]TÜRKİYƏ JURNALİSTLƏRİN HƏBSİNƏ GÖRƏ DÜNYADA BİRİNCİ OLDU

Beynəlxalq Mətbuat İnstitunun son hesabatına görə, bu ölkədə 57 jurnalist həbsdədir



Beynəlxalq Mətbuat İnstitutunun (İPİ) Türkiyədə mətbuat azadlıqlarının durumuna dair son hesabatına əsasən bu ölkə jurnalistlərin həbsinə görə dünyada birincidir. İnstitut bildirir ki, hazırda Türkiyədə 57 jurnalist həbsdədir. Bu, indiyədək jurnalistlərin ən çox həbs edildiyi Çin və İran kimi ölkələrin göstəricilərindən daha çoxdur.

İPİ bəyan edir ki, Türkiyədə mətbuat azadlıqlarının durumuna dair məlumatları ATƏT-dən əldə edib: “Türkiyədə hazırda 57 jurnalist həbsdədir. Bu sayda jurnalist dünyanın heç bir ölkəsində həbsdə deyil. Ötən ilin dekabrında jurnalistlərin həbsinə görə Çin və İran liderlik edirdi, bu ölkələrdə 34 jurnalist həbsdə idi. Lakin Avropa İttifaqına üzv olmağa iddia edən Türkiyə cəmi 5 ay sonra bu rəqəmi az qala ikiqat artırıb və jurnalistlərin həbsinə görə dünya birincisi olub. Bu, Türkiyənin söz və mətbuat azadlıqlarına dair üzərinə götürdüyü öhdəliklərini, demokratik imicinin legtimliyi məsələsini sual altına alır” deyə İPİ bildirir.

İPİ bəyan edir ki, həbs edilən jurnalistlər arasında hökuməti devirmək üçün silahlı terror təşkilatına üzv olmaqda ittiham edlən “Hürriyət” yazarı Nedim Şener də var. N.Şener İPİ-nin DÜNYA Mətbuat Qəhrəmanı mükafatının laureatıdır. İPİ bildirir ki, ATƏT-in Söz və Mətbuat Azadlıqları üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç Türkiyə hökumətini ölkədə media azadlıqları sahəsində vəziyyəti bu təşkilatın qarşısında götürülmüş öhdəliklərə uyğunlaşdırmağa çağırıb. “Miyatoviç Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna məktub yazaraq ölkədə söz və mətbuat azadlıqlarının indiki durumundan narahatlıq ifadə edib” deyə İPİ bildirir. İnstitut əlavə edir ki, hazırda Türkiyədə jurnalistlərin həbsi ilə yekünlaşa biləcək 700-1000 arasında məhkəmə iddiaları var. “Təkcə bu iddiaların sayı Türkiyədə mətbuat azadlıqları və jurnalistlərin fəaliyyətini tənzimləyən qanun maddələri ilə bağlı ciddi suallar meydana çıxarır. Bu da həbsxanalara salınan jurnalistlərin sayı ilə bağlı narahatlıqları daha da artırır” deyə İPİ bildirir. İnstitit bildirir ki, Türkiyə hökuməti terrorla mübarizə və milli təhlükəsizliyin təmin olunması kimi bəhanələrlə jurnalistləri təqib edir. Hesabatda deyilir ki, həbsdəki jurnalistlərin əksəriyyəti “silahlı terror təşşkilatı qurmağa təşəbbüs və ya silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə ittiham edilir. Bu ittihamlar üzrə prokurorlar son dərəcə uzunmüddətli həbs cəzaları tələb edir. İPİ-nin icraçı direktoru Ellison Bethel MakKenzi bəyan edib ki, Türkiyənin dünyanın heç bir ölkəsində olmayan qədər jurnalisti həbsə atması ölkəyə zərər verməkdədir. “Biz Türkiyə hökumətindən mətbuat azadlıqlarına hörmət etməsini və peşə fəaliyyətlərini həyata keçirdikləri üçün tutulan jurnalistləri azad etməsini tələb edirik” deyə İPİ direktoru bildirib.[/quote]

Ərdoğan Menderesin yolu ilə gedir

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...

[quote name='мусаватист' timestamp='1296769154' post='8262400']
AKP-nin siyasəti ona gətirib ki, TBMM-də kürd deputatlar "sayın Öcalan"dan bəhs edirlər
[/quote]

Əziziim, kürd deputatlar keflərindən demirlər onu. 100 il kürdləri əzdilər, evlərindən eşiklərindən didərgin salıb şəhərlərə qovdular, Bəlkə də bu son 100 ildə 100 min kürd öldürüldü, nə qədər uşağın atasını apardılar və qayıtmadı, nə qədər kürd insanlarına nə sitəmlər edildi. İnternetdə heç olmazsa baxın buna. Jitem deyilən qurumun vəhşətlərindən xəbəriniz varmı heç? Vaxtınız olsa bir bu videoya da baxardız..Düz demirmi bu video??

[media]http://youtu.be/UM4kiYE_xxU[/media]

Link to comment
Share on other sites

[quote name='bayram74' timestamp='1303469080' post='8904753']
Türkiyədə türkçülük məhv olsa, kürdüstandan danişmaq lazımdır.
[/quote]

Bu tip düşünənlərin hələ də olmasına həm təəccüb edir həm də acıyıram...

Link to comment
Share on other sites

[quote name='Ramil Ali' timestamp='1301851507' post='8731200']
Men Erdoganin bu chixishini evvelden axira kimi izlemishem. Sadece bir frazani bura qoymaq duzgun deyil. Chixishi tam dinledikden sonra Erdoganin ne demek istediyini duzgun qiymetlendirmek olar.
[b]Erdogan hem kurdchuluye ve hem de turkchuluyu qarshi oldugunu bildirmishdir[/b].
AK Partinin meqsedi Turkiyeni her cehetden hem iqtisadi ve hem de siyasi cehetden inkishafina menfi tesir gosteren Turk-Kurd problemini hell etmek ve bu 2 milletin tarix boyu oldugu kimi birlikde qardashliq ve sulh ichinde yashamalarini berpa etmekdir.
[/quote]

Bəyənilsin. :aappll::aappll:

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1306833255' post='9237958']
Scorpio_1 Sizin Öcalana münasibətiniz necədir?
[/quote]

Öcalan əslində qeyri qanuni bir qurumun rəhbəridir. Bir dəfə internetdə bir kürd tanışımdan soruşdum ki, niyə silahlı mübarizə aparırlar olmazmı ki, normal siyasi mübarizə olsun. Dedi ki, abim, kürdlər silahla doğmadı, kürdləri silaha sarilmağa vadar etdilər...Yəqni ki yerləşdirdiyim videoya baxdız, və yəqin ki də bu video ilə razısız.. Ocalan müəyyən böyük güclərin əlində alətdir. Onun PKK-ya rəhbərliyi vaxtı minlərlə kürd və türk dünyasını dəyişib. Amma bir məsələ də var ki, Öcalan olmasaydı da başqa biri olacaqdı, çünki Mesapatomiyanın qədim, güclü bir millətin haqq səsini heç kim boğa bilməzdi. Bunun tək yolu Türkiyədə kürdlərin mövcudluğunun qəbul edilməsi, onlara, onların dilinə, mədəniyyətinə kimliklərini hörmət qoyulması, inkişafına imkan yaradılmasıdır...Öcalana qədər 40-a yaxın bu cür üsyanlar olub. Ən böyüyü Şeyx Sait üsyanı və PKK-nın apardığı üsyan olub. Bu gün Türkiyədə kürd sözünün işlənməsi, kürdcənin inkişafının başlanması bu üsyanların nəticəsidir. Əl-qərəz, Öcalana xüsusi simpatiyam yoxdur, o çox böyük oyunun kiçik piyadasıdır.

Link to comment
Share on other sites

[quote name='Scorpio_1' timestamp='1306834269' post='9238130']
Öcalan əslində qeyri qanuni bir qurumun rəhbəridir. Bir dəfə internetdə bir kürd tanışımdan soruşdum ki, niyə silahlı mübarizə aparırlar olmazmı ki, normal siyasi mübarizə olsun. Dedi ki, abim, kürdlər silahla doğmadı, kürdləri silaha sarilmağa vadar etdilər...Yəqni ki yerləşdirdiyim videoya baxdız, və yəqin ki də bu video ilə razısız.. Ocalan müəyyən böyük güclərin əlində alətdir. Onun PKK-ya rəhbərliyi vaxtı minlərlə kürd və türk dünyasını dəyişib. Amma bir məsələ də var ki, Öcalan olmasaydı da başqa biri olacaqdı, çünki Mesapatomiyanın qədim, güclü bir millətin haqq səsini heç kim boğa bilməzdi. Bunun tək yolu Türkiyədə kürdlərin mövcudluğunun qəbul edilməsi, onlara, onların dilinə, mədəniyyətinə kimliklərini hörmət qoyulması, inkişafına imkan yaradılmasıdır...Öcalana qədər 40-a yaxın bu cür üsyanlar olub. Ən böyüyü Şeyx Sait üsyanı və PKK-nın apardığı üsyan olub. Bu gün Türkiyədə kürd sözünün işlənməsi, kürdcənin inkişafının başlanması bu üsyanların nəticəsidir. Əl-qərəz, Öcalana xüsusi simpatiyam yoxdur, o çox böyük oyunun kiçik piyadasıdır.
[/quote]

Sizcə niyə etnik kürd Turqut Ozal prezident olan zaman kürdlərin problemini həll etməyə çalışmayıb?

Siz dediz 100 il əzdilər. Bəs bundan öncə türklərlə kürdlər bir yerdə normal yaşayırmışlar?

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1306834518' post='9238174']
Sizcə niyə etnik kürd Turqut Ozal prezident olan zaman kürdlərin problemini həll etməyə çalışmayıb?

Siz dediz 100 il əzdilər. Bəs bundan öncə türklərlə kürdlər bir yerdə normal yaşayırmışlar?
[/quote]

Turqut özal prezident idi və elə bir şey edə bilməzdi. Həm də tək Turqut ozal o vaxt belə bir söz desəydi, onu daş qalaq edərdilər, həmçinin böyük güclər də buna imkan verməzdi. Üstəlik də o kifayət qədər assimlyasiyaya uğramışdı..Onun etdiklərindən bir nuansi deyim, O Barzaniyə Türkiyə pasportu vermişdi ki, rahat gəzə bilsin dünyanı. Türkiyədə prezident əsas quvvə hesab edilmir. Türkiyəni baş nazir idarə edir. Kəmalistlərin hakimiyyətə gəlişindən sonra kürdlərə qarşı kompaniya başladı. Tək fiziki sitəmlər bəs etmədi, hətta dili qadağan etmək, yer adlarına qədər hər şeyi dəyişib kürd mədəniyyətini yox etmək istədilər...Amma bu gün artıq anlayırlar ki bu böyük bir səhv idi.
100 il əvvələ qədər isə heç kim kürd mədəniyyətini əzmək xülyasına düşməmişdi, ona görə də Osmanlı daxilində belə bir problem yaşanmırdı.

Link to comment
Share on other sites

[quote name='Scorpio_1' timestamp='1306817151' post='9235670']
Əziziim, kürd deputatlar keflərindən demirlər onu. 100 il kürdləri əzdilər, evlərindən eşiklərindən didərgin salıb şəhərlərə qovdular, Bəlkə də bu son 100 ildə 100 min kürd öldürüldü, nə qədər uşağın atasını apardılar və qayıtmadı, nə qədər kürd insanlarına nə sitəmlər edildi. İnternetdə heç olmazsa baxın buna. Jitem deyilən qurumun vəhşətlərindən xəbəriniz varmı heç? Vaxtınız olsa bir bu videoya da baxardız..Düz demirmi bu video??


[/quote]

Türkiyə Cümhuriyyətinin mövcud olduğu 88 il ərzində 2 kürd prezidenti, yüzlərlə millət vəkili, naziri olub. Sənət aləmində ümumiyyətlə at oynadıblar. Hansı diskriminasiyadan söhbət gedir? Hansı ölkədə başqa etnosa imkan verərlər prezident olmağa?

JİTEM-in fealiyyetinden xeberim var. Amma xronologiyanı qarışdırmayın. Əvvəl PKK meydana çıxdı, sonra JİTEM

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1306836697' post='9238539']
Türkiyə Cümhuriyyətinin mövcud olduğu 88 il ərzində 2 kürd prezidenti, yüzlərlə millət vəkili, naziri olub. Sənət aləmində ümumiyyətlə at oynadıblar. Hansı diskriminasiyadan söhbət gedir? Hansı ölkədə başqa etnosa imkan verərlər prezident olmağa?

JİTEM-in fealiyyetinden xeberim var. Amma xronologiyanı qarışdırmayın. Əvvəl PKK meydana çıxdı, sonra JİTEM
[/quote]
Görünür yerləşdirdiyim videoya baxmamısız, yazınızın cavabı orada var.
Ədalətli olmağı bacarmaq hər adamın işi deyil.
20 milyondan artıq adamın bir neçə millət vəkilinin olmaması qeyri mümkün idi və ona görə də olub.
Kürdlər başqa etnos deyil əzizim, o bölgənin ən qədim sakinlərindəndir. Kürdlər bu eradan əvvəl orda olublar.Hansı prezident, deputat və ya nazir kürd olduğunu deyə bilib yaxın vaxtadək? Və yaxud bunu açıqca deyənlərdən hansı rahat yaşaya bilib? Olan deputatların da çoxunu ya kürdlər seçib, əsasən o bölgələrdən seçiliblər, ya da assimlyasiya olmuşlar olublar .Gedin məsələn Leyla Zana adlı millət vəkilinin taleyini oxuyun...
Sizin passportunuza RUS yazılsaydı bunu qəbul edərdizmi? Azərbaycan dilində televiziya radio qadağan edilsəydi qəbul edərdizmi? Sizə hər yerdə siz russuz, azərbaycanlı və ya türk deyilən bir məfhum olmadığını desəydilər qəbul edərdizmi? Daim repressiyalarla üzləşsəydiz, yaxınlarınız faili məchullarda ölsəydi qəbul edərdizmi? Azərbaycan dilində şer yaza bilməsəydiz, kitab oxuya bilməsəydiz, mahnı oxuya bilməsəydiz sakit durardızmı?Adınızı Aleksandr, Valeri nəbilm Olqa və s qoymağa məcbur etsəydilər sakit durardızmı? Əgər diskriminasiya olmayıb deyirsizsə demək ki siz elə sakit də durardiz bu halınıza. Haralısan soruşulanda Diyarbəkrli cavabı alanların həqarətli baxışına sakit dayanmalıdırmı kürdlər?

Məsələn gedib öyrənin: 19.10.1983 tarix ve 2932 saylı “Türkçeden Başka Dillerle Yapılacak Yayınlar Hakkında Kanun” 2. maddəsi, “Türk Devleti tarafından tanınmış bulunan devletlerin birinci resmi dilleri dışındaki herhangi bir dille düşüncelerin açıklanması, yayılması ve yayınlanması yasak”tır, kürd dilini qadağan edən bu qanun nə qədər ədalətli idi? JİTEM-ə gəlincə, PKK-ya gəlincə, bunlardan əvvəl Kəmalistlər çıxmışdı,, Türk Tarih Kurumu çıxmışdı, Dil yasağı çıxmışdı, Ad deyiştirmə komisyonu çıxmışdı...Daha nəbilim nələr çıxmışdı. Nə isə deyəndə ədalətli olmağı bacarın. Boş boş danışanların fikirlərinə uymayın.Bilmirsizsə, oxuyun sonra həqiqəti danışmağa çalışın.

Sənətə gəlincə isə, kürd milli musiqili mahnılar belə türkcə oxudulub..Assimlyasiyanın iyrənclikləridir bu. Musiqiçilərin sənətçilərin bacarıqlarına gəlincə, nə etmək olar ki kürd sənətçilər daha bacarıqlıdırlar??? Sənət əhalinin sevgisinə bağlı bir şeydir əzizim.

Link to comment
Share on other sites

bilirsinizmi, mən Türkiyənin kürdlərə münasibətinin ideal olduğunu iddia etmək fikrindən uzağam. Xüsusən Kənan Evren dönəmində bir çox sərsəmliklər oldu. Amma bu gün Türkiyə bunları etiraf edir, qınayır, faili-məchul cinayətlərin açılmasını istəyir. Kürdlər də eyni addımlar atmalıdırlar, daha Öcalanı milli qəhrəman elan edib "sayın" ünvanını işlətməməlidirlər.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1306879342' post='9243662']
bilirsinizmi, mən Türkiyənin kürdlərə münasibətinin ideal olduğunu iddia etmək fikrindən uzağam. Xüsusən Kənan Evren dönəmində bir çox sərsəmliklər oldu. Amma bu gün Türkiyə bunları etiraf edir, qınayır, faili-məchul cinayətlərin açılmasını istəyir. Kürdlər də eyni addımlar atmalıdırlar, daha Öcalanı milli qəhrəman elan edib "sayın" ünvanını işlətməməlidirlər.
[/quote]

Bu fikrinizlə razıyam ki, hər iki tərəf bir birini qəbul etməyi bacarmalıdır. Amma məclisdə kimsə sərsəm bir MHP-li çıxıb Türkiyədə kürd olmadığını desə, hamı türkdür desə, "sayın" Öcalan kəlməsinin eşidilməsi normaldır.

Link to comment
Share on other sites

ATİLLA QAYA TÜRKİYƏDƏKİ SON OLAYLARDAN DANIŞDI

“Ərdəm Qaraqoç və Yusuf Arpacıq MHP-yə əmək verən insanlardır”
Atilla Qaya: “İqtidar üzərimizə hücum çəkməklə xalqın bizə inamını sarsıtmaq və parlamentdə daha çox millət vəkili ilə təmsil olunmaq istəyir”

İyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək. 10 gündən sonra türk xalqı seçkilərdə öz iradəsini göstərəcək. Bu səbəbdən hazırda qardaş ölkədə böyük siyasi gərginlik var.

Türkiyə Cümhuriyyətinin tarixində 24-cü parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP), əsas müxalifət partiyaları olan Cümhuriyyət Xalq Partiyası(CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) olmaqla, 18 partiya iştirak edəcək.
Əvvəlkilərdən fərqli olaraq budəfəki seçki kompaniyası Türkiyə müxalifəti üçün daha ağır keçir. Türkiyə hökuməti MHP-nin nüfuzunu aşağı salmaq məqsədilə müxtəlif təxribatlara əl atmaqdadır. Öncə müxtəlif internet portallarında MHP rəhbərliyində təmsil olunan şəxslərlə bağlı video görüntülər yayımlandı. Nəticədə partiya başqanı Dövlət Baxçalının 8 müavini, bir köməkçisi və partiyanın İstanbul təşkilatının rəhbəri həm partiyadakı vəzifələrindən, həm də parlamentə namizədliklərindən imtina etməli oldular.
Kaset şantajından sonra isə MHP-nin idealist qanadına - Alparslan Türkeşdən qalan əmanətə yönəlik əməliyyatlar ortaya girib. Bu dəfə məqsəd MHP-ni içəridən vurmaq və partiyalıları qarşı-qarşıya qoymaqdır.

Bu əməliyyatlardan ən sonuncusu Ülkü Ocaqlarının sabiq rəhbəri, əfsanəvi rəis Ərdəm Qaraqoç və Azərbaycanın yaxın dostu, torpaqlarımız uğrunda savaş vermiş Yusuf Arpacığın üzərində aparılıb. Onların da içində olduğu 15 nəfər saxlanılıb. Qeyd edək ki, Yusuf Arpacıq dəfələrlə qəzetimizdə də olub və kollektivimizlə dostluq münasibətləri qurub. İndi Türkiyə hüquq-mühafizə orqanları həmin şəxsləri MHP lideri Dövlət Baxçalının Diyarbəkrdə keçiriləcək mitinqində təxribat planlaşdırmaqda ittiham edirlər.

Buna MHP-lilərin münasibəti necədir? Hazırkı millət vəkili, MHP-dən İstanbul millət vəkilliyinə namizəd Atilla Qaya son hadisələrə dair “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, baş verənlər Türkiyədə birmənalı qarşılanmır: “Bu Milliyyətçi Hərəkat Partiyasına tanış olan bir təxribatdır. Ərdəm Qaraqoç və Yusuf Arpacığı Azərbaycanda tanıyan dostlarımız da var. Onlar MHP-yə və türklük davasına əmək verən dostlarımızdır. İyunun 6-da Diyarbəkrdə bir mitinqimiz var. Mitinqə hazırlıq məqsədilə çeşidli yerlərdəki dostlarımız bir araya toplaşır və tədbirin izdihamlı keçməsi üçün əllərindən gələni əsirgəmirlər. İndi iddia edirlər ki, guya həbs olunan bu insanlar mitinqə provakasiya hazırlayıblar və orada təxribat törədəcəkmişlər. Onların tutmalarının səbəbi olaraq bunu göstərirlər”.

A.Qaya partiya rəhbərliyindən istefalara da münasibət bildirdi. Onu da qeyd etdi ki, partiya rəhbərliyində boş qalan yerlərdə təmsil olunub-olunmaması seçkidən sonra bəlli olacaq. MHP Mərkəzi Yönətim Qurulu üzvü olan Atilla bəy onu da bildirdi ki, hakimiyyət konstitusiyaya dəyişikləri reallaşdırmaq istəyini həyata keçirmək məqsədilə bu cür təxribatlara əl atır: “Referendum keçirilməsi üçün onlara parlamentdə 330 səs lazımdır. Hakimiyyət seçki kompaniyası dönəmində üzərimizə hücum çəkməklə xalqın partiyamıza inamını sarsıtmaq və parlamentə daha çox millət vəkili ilə təmsil olunmağa can atır. İqtidarın təxribatları konstitusiya dəyişikliklərinə hesablanıb”.
A.Qaya bildirdi ki, MHP-dən parlamentə 550 namizəd var. Türkiyə parlamentinin üzvü əmindir ki, iqtidarın bütün təxribatlarına baxmayaraq MHP bu seçkilərdə yüksək nəticə əldə edəcək.
Hadisə ilə bağlı 1 iyunda MHP lideri Dövlət Baxçalı xüsusi açıqlama ilə çıxış edib. O, baş verənləri hakim partiyanın təxribatı adlandıraraq, həbs olunanların günahsızlığını iddia edib. MHP lideri “" Hal - hazırda gözaltında bulunan dava arkadaşlarımızın başına gələcəklərdən və bundan sonra yaşanacaq olumsuzluqlardan baş nazir və hökuməti birinci dərəcədə məsul olacak”, - deyib.”

Link to comment
Share on other sites

TÜRKİYƏDƏKİ HƏBSLƏR AZƏRBAYCANDA DA NARAHATLIQ YARADIB

İsa Qəmbər: “Yusif Arpacık Azərbaycan üçün canını fəda edəcəyini isbatlamış insandır”
Rauf Arifoğlu:“Hər iki dövlət bu cür qiymətli adamları qorumalıdır”

Türkiyədə keçirilən seçki kompaniyası Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanla sıx münasibətləri olan və hazırda müxalifəti təşkil edən partiyalara qarşı həyata keçirilən son təxribatlara ölkəmizin demokratik düşərgəsinin də reaksiyası var.

Xüsusilə də son vaxtlar Azərbaycanda yaxşı tanınan və sevilən MHP-ni nüfuzdan salmaq və bu partiyanın parlamentdə təmsil imkanlarını məhdudlaşdırmaq məqsədilə əl atılan müxtəlif oyunlar ciddi qıcıqlar doğurub. İstər kaset skandalı ilə bağlı baş verənlər, istərsə də, Alparslan Türkeşin əmanəti olan ülküçülərin şərlənərək tutulması da bu qəbildəndir.

Bildiyimiz üzrə, MHP rəhbəri Dövlət Baxçalının da iştirak edəcəyi Diyarbəkr mitinqində təxribat törədəcəyi ittihamı ilə (Azərbaycanda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş) Yusif Ziya Arpacık və Ülkü Ocaklarının sabiq rəhbəri, əfsanəvi rəis Ərdəm Qaraqoç həbs olunub. Onlarla birlikdə daha 16 nəfər ülküçü də saxlanılıb.
Azərbaycanın keçmiş könüllü döyüşçülərinin və siyasi elitasının yaxından tanıdığı, ölkəmizdə müharibə gedən zamanlar ordumuzun təşkilində və xüsusi hərbi əməliyyatlarda yaxından iştirak etmiş Yusuf Ziya Arpacıqın həbsi isə onun dostlarında ciddi təəssüf hissi doğurub. Bütün həyatını türk dünyasına və türklük savaşına həsr etmiş Yusuf Arpacıq ölkəmizdəki olaylar və baş buğ Türkeşin göndərdiyi könüllülərin mücadiləsi haqqında ciddi bir əsər də yazıb. Ümumiyyətlə, türk dünyasında Yusuf Hoca kimi tanınan Ziya Arpacıq araşdırmaçı yazar kimi 4 ciddi kitabın müəllifidir.

Onu yaxından tanıyan Müsavat başqanı İsa Qəmbər son olaylara münasibət bildirdi. Başqan Türkiyədəki məlum hadisələri dəyərləndirərkən qeyd etdi ki, qardaş dövlətdə baş verənlərdən ciddi narahatlıq keçirirlər: “Türkiyə Azərbaycanın dost, qardaş ölkəsidir və biz bu dövləti türk dünyasının əsas mərkəzi sütunu kimi qiymətləndiririk. Ona görə də Türkiyədə gedən seçki prosesi Azərbaycanda diqqət mərkəzindədir”.
İ.Qəmbər Türkiyədə seçkilərin hər zaman demokratik keçirildiyini, eyni zamanda, son olayların xoşagəlməz mənzərə yaratdığını qeyd etdi: “Narahatlığımız xüsusən həbslərlə bağlıdır. Türkiyə kimi demokratik bir ölkədə ziyalıların və jurnalistlərin həbs olunması və illərlə məhkəməyə qədər həbsdə qalması təbii ki, xoşagələn bir mənzərə deyil. Türk xalqı kimi biz də məhkəmədə ədalətli qərarlar veriləcəyinə inanırıq. Eyni zamanda istərdik ki, məhbus mövzusu bu qədər genişlənməsin. Bəzən də konkret olaraq tanıdığımız insanların, jurnalistlərin həbsi, Azərbaycana sevgisini sübut edən insanlara qarşı müxtəlif ittihamlar irəli sürülməsi, bu günlərdə isə Yusif Ziya Arpacığın həbsi mənim diqqətimi cəlb etdi. Onu uzun illərdir tanıyıram. Türk dünyasına və Türkiyəyə çox bağlı, Azərbaycan üçün canını fəda edəcəyini isbatlamış bir insandır. Ona görə də arzu edərdim ki, bu məsələlər mümkün qədər tez aydınlaşsın və bu cür insanlar dövlətinə, millətinə, Türkiyə-Azərbaycan münasibətlərinə xidmətlərini azadlıqda, davam etdirsinlər”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə dedi ki, Yusuf Hoca türk dünyasının ən dəyərli övladlarından biridir: “Onu 20 ilə yaxındır tanıyıram. Türk dünyası və Azərbaycan üçün böyük mücadilələr vermiş qardaşlarımızadan biridir. Əslində bu cür dəyərli oğullarımızı bir millətin hər iki dövləti qorumalıdır. Xüsusilə Azərbaycan dövləti Yusuf Ziya Arpacıq barədə xüsusi diqqət ayırmalıdır. Bu insan Azərbaycanın istənilən vətəndaşından daha artıq Azərbaycan üşün işlər görüb və görməkdədir. Yusuf Hoca Türkiyə, onun türk dünyasındakı imici və çıxarları üçün də cani - dildən, fədakarcasına çalışmaqdadır. Mən inanmıram ki, o, Türkiyə və insanlıq əleyhinə nəsə bir iş planlaşdırsın. İnanıram ki, qardaşımız yaxın zamanlarda azadlığına qovuşacaq. Mən Türkiyə Cümhuriyyəti yetkililərinə və təmsilçilərinə müraciət edərək, xahişdə bulunuram ki, bu məsələdə diqqətli olsunlar və Yusuf Arpacığın Azərbaycandakı və türk dünyasındakı dostlarının da həssasiyyətini nəzərər alsınlar”.

Yusuf Ziya Arpacığın daha bir dostu, DEVAMM rəhbəri Hacı İlqar İbrahimoğlu da bu məsələyə münasibət bildirib: “Yusuf bəy imanlı və Türkiyə dövlətçiliyinə bağlı olan qardaşlarımızdandır. Mən inanmıram ki, o, qanundan kənar hansısa bir fəaliyyət göstərsin. İnanıram ki, ədalət tezliklə təcəlli edəcək və Yusuf bəy tezliklə azadlığına qovuşacaq”.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
      • 1 reply
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
      • 69 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
      • 35 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
      • 27 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Upvote
      • 51 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 41 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
      • 444 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...