Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Məkan Sonsuzdur, Kainatın Sonu Var?

Recommended Posts

Bu mövzunu tapa bilmədiyim üçün, yeni mövzu açmaq qərarına gəldim. Bu sual cox qədim zamanlardan insanları maraqlandırıb və müxtəlif fikir adamları coxsaylı mülahizələr irəli sürüb. Məndə bu haqda fikirlərimi bildirmək istəyərdim, və başqa forum iştirakçıların fikrini öyrənmək cox maraqlı olardı.

Mənim fikrimcə məkanın başlanğıcı olmadığı kimi sonu da yoxdur. Bunu onunla əsaslandırıram ki, kainatın(dünyanın) sonu ancaq məkanın olmadığı yerdə mümkündür.

Faktdır ki, bizim kainat müəyyən məkan daxilində daima genişlənir və yaşı təqribən 14 milyard ildir. Bizim kainatın və milyonlarla qalaktika və ulduzların başlanğıcı və sonu olduğunu qəbul etmək olar, amma bütün bunların genişləndiyi və mövcud olduğu məkan var, bu məkanın sonunu təsəvvür etmək mümkün deyil, Materiaya və dünyanın sonu isə ancaq məkanın olmadığı yerdə ola bilər.

Məkan sonsuz olduğuna görə dünyada sonsuzdur.

Link to comment
Share on other sites

Çox əla mövzudur ! Əlalığı elə həm də ondan ibarətdir ki, birmənalı tam cavabı yoxdur. Elə ona görə də ən qədim dövrlərdən bu sual insanı düşündürüb və düşündürməyə davam edir.

Gəlin əvvəlcə sizin məntiqinizlə davam edək. Deməli , fikrinizcə məkan sonsuzdur və həm də kainat sonsuz genişlənir . Və deməli , dünya - aləm də məkan soznsuz olduğundan o da sonsuzdur.

Əvvəla , sual oyanır : Niyə kainatı məkandan ayırırsınlız . Sanki kainat bir nəsnədir və məkan da o nəsnənin yerləşdiyi bir "qutudur" yaxud "qabdır" ... Sizin məntiqlə məkan sonsuzdur , kainta isə genişlənərək o məkanada "yer zəbt edir" . Yəni, fərziyyə olaraq qəbul etsək ki, bir anlığa kainat öz genişlənməsini dayandırır . Onda sizin məntiqlə kainatdan "daha böyük" boş məkan qalır . ( çünki genişlənmə davam etsəydi harasa genişlənməli idi ) . Bəs indi baxın, "boş məkan" nədir ? Siz onu necə təsəvvür edirsiniz ? Məkan yalnız nəsnələrin yerləşdiyi halda məkan mənasını verir . Bəs nəsnələrin olmadıği məkan ? Deməli , məkansızlıq ? Bəs o nədir ? Boşluq ? Xeyr , boşluq yalnız məkan daxilində mümkündür. Beləliklə , ziddiyyət yaranır.

Siz əgər məkan və kainatı eyniləşdirsəniz ( müəyyən mənada , məsələn məzmun və forma kimi , yəni nəsnə - matyeriya , məkan - forma ) onda bir az başqa nəticələrə gəlmək olar . Bu yazdıqlarım sizin məntiqinizin bir nöz davamı ...

Mən məkan haqqında öz fikrimi ( yaxud , razılaşdığım başqa mövcud ideyaları ) sonra yazaram . Sizin fikirlərinizi düz başa düşmədiyim üçün də ziddiyyətin yarandığını ehtimal etmək olar . Buyurun, yazdıqlarımla razı deyilsinizsə , fikrinizi bir az da izah edin .

Link to comment
Share on other sites

. Buyurun, yazdıqlarımla razı deyilsinizsə , fikrinizi bir az da izah edin .

Sanki kainat bir nəsnədir və məkan da o nəsnənin yerləşdiyi bir "qutudur"

Maraqlı cavab yazmısımız, Məkanla kainat fərqli anlayışlardır, başlanğıc üçün kainatın nə olduğunu aydınlaşdırmaq istəyərdim,

Siz yazmısınız ki, sanki kainat bir nəsnədir, belə başa düşdüm ki, nəsnə materiya nəzərdə tutulur., Bu halda, kainat əlbəttə ki bir materiyadır, ümumiyyətlə obyektiv reallığı əks etdirən hər bir şey materiadir. Materiyanın olmadığı yer bizim şüurumuzda mövcud ola bilməz çünki biz ancaq obyektiv reallığı qəbul edə bilərik., qeyri reallıq isə ancaq xəyallarımızda materiallaşa bilər.

Kainat- bizim yaşadığımız və bildiyimiz təbii dünyadır, insanların kainat haqqında bilgiləri ondan ibarətdir ki, Bizim kainat sayı tam bilinməyən qalaktikalar və ulduzlar toplusudur, bizdən ən uzaqda yerləşən qalaktikalar isə kvazarlar adlanır və 14 milyard işıq iıi qədər məsafədədir, onlara baxmaqla dünyanın başlanğıcını aydın şəkildə görmək olar, çünki onlardan gəlib çatan işıq 14 mlrd illik yol keçib və ilkin şəkli bizə gəlib çatır və bizim yerləşdiyimiz ipək yolu adlanan qalaktikadan böyük sürətlə uzaqlaşır. Bunlar faktdır. Amma kainat tək bundan ibarət deyil, bundan başqa mэkanlarda fərziyyə baxımızdan kainatlar olması mümkündür amma sübutu yoxdur.

Məkan isə sonsuz məsafə təsəvvürüdür və heç bir insan təfəkkürü məkanın olmadığı yeri təsəvvür edə bilməz, kainatın harada yerləşməsindən və məsafəsindən asılı olmayaraq sərhədlərin mövcudluğunu qəbul etmək mümkün deyil, çünki bu boşluq yox, yoxluq anlayışına gətirib cıxarır, amma hər bir məkanda formasından asılı olmayaraq sonluq yoxdur.

Məkanın daha bəsit anlayışı isə, hərəkətin və məsafənin olduğu yer kimi başa düşülür.

Sizə maraqlıdırsa görsənməyən kosmik məkandakı boşuqda nə yerləşir, orada qara maddə yerləşir, qara maddə(materiya) heç bir işıq və ekektromaqnit effekti olmayan ancaq qravitasiya təsirinə görə təyin olunması mümkün olan bir məkandır.

Edited by plotophyte

yuxarıda yazdığım

Sanki kainat bir nəsnədir və məkan da o nəsnənin yerləşdiyi bir "qutudur"

cümləsindəki "sanki" sözü "qutuya " aiddir , yəni kainatın materiya olduğu barədə mübahisəm yoxdur ))) Məkan isə "bəsit" sırf məsafələr anlayışıdır . lakin, yaddan çıxarmayın ki, məsafə dedikdə heç olmasa iki cisim yaxud nöqtə zərrurəti ortaya çıxır. Yalnız bir nöqtənin ( cisimin) olduğu yerdə məkan anlayışı mənasını itirir. Yəni , kainatı sadələşdirilmiş formada bir nöqtə yaxud bir tam zənn etsək , onun üçün məkan anlayışı mənasını itirir , beləliklə də kainatın özünün soznsuzluğu ( məkanca ) yaxud sonluluğu öz mənasını itirir . Bundan əlavə , bu sualin tam elmi həlli ola bilməz , məlum olduğuna görə elm empirik təcrübələrə əsaslanır - bizim mövzumuzda empirik təcrübə imkan xarıcındıdir. Sualın cavabı yalnız fəlsəfi müstəvidə ( elmin verdiyi məlumatları da nəzərə almaqla , təbii ...) ehtimal edilə bilər , sizin də bu sualı bu bölmədə qoyduğunuz təsadüfi deyil )))

Mən kainatın və məkanın eyni bir tamın müxtəlif aspektləri olduğunu yuxarıdakı postumda yazmışdım. Bir qədər də izah edim . İstənilən cismi götürün - onun həcmi və sahəsi , yəni , ölçüləri var . Bu cismi o birilərdən fərqləndirən , yəni onun sonlu olması yerləşdiyi məkanda mümkündür. Yəni , məkanda bir cisim bitir aralarında müəyyən məsafədən sonra o biri cisim başlayır və s.

Əgər təsəvvür etsək ki, cəmi bir cisim var - başqa heç nə yoxdur ( əslində də bu belədir - çünki kainat özü daxilindəki müxtəlifliyə baxmayaraq - tamdır , birdir , vahiddir ) onda hansı məkandan söhbət gedir? Bu halda məkan anlayışı məhz həmin vahid cismin ölçüləri ilə müəyyən oluna bilər - yəni məkan elə cismin öıçüləridir yaxud formasıdır. Kainatın da cisim kimi ölçüləri məlum olmadığından , məkan haqqında da hətta bu baxımdan da ( ölçülər ) heç nə demək olmaz.

P.S. Siz fikrinizi davam etdirin , mən isə məkan haqqında bu yazdıqlarımdan əlavə daha nələr düşündüyümü bu hissəni araşdirandan sonra yazaram ))) Maraqlı həmsöhbətsiniz , postlarınızı maraqla oxuyuram .

Edited by Sunyata
Link to comment
Share on other sites

Məkan isə "bəsit" sırf məsafələr anlayışıdır . lakin, yaddan çıxarmayın ki, məsafə dedikdə heç olmasa iki cisim yaxud nöqtə zərrurəti ortaya çıxır. Yalnız bir nöqtənin ( cisimin) olduğu yerdə məkan anlayışı mənasını itirir. Yəni , kainatı sadələşdirilmiş formada bir nöqtə yaxud bir tam zənn etsək , onun üçün məkan anlayışı mənasını itirir , beləliklə də kainatın özünün soznsuzluğu ( məkanca ) yaxud sonluluğu öz mənasını itirir . Bundan əlavə , bu sualin tam elmi həlli ola bilməz , məlum olduğuna görə elm empirik təcrübələrə əsaslanır - bizim mövzumuzda empirik təcrübə imkan xarıcındıdir. Sualın cavabı yalnız fəlsəfi müstəvidə ( elmin verdiyi məlumatları da nəzərə almaqla , təbii ...) ehtimal edilə bilər , sizin də bu sualı bu bölmədə qoyduğunuz təsadüfi deyil )))

Mən kainatın və məkanın eyni bir tamın müxtəlif aspektləri olduğunu yuxarıdakı postumda yazmışdım. Bir qədər də izah edim . İstənilən cismi götürün - onun həcmi və sahəsi , yəni , ölçüləri var . Bu cismi o birilərdən fərqləndirən , yəni onun sonlu olması yerləşdiyi məkanda mümkündür. Yəni , məkanda bir cisim bitir aralarında müəyyən məsafədən sonra o biri cisim başlayır və s.

Əgər təsəvvür etsək ki, cəmi bir cisim var - başqa heç nə yoxdur ( əslində də bu belədir - çünki kainat özü daxilindəki müxtəlifliyə baxmayaraq - tamdır , birdir , vahiddir ) onda hansı məkandan söhbət gedir? Bu halda məkan anlayışı məhz həmin vahid cismin ölçüləri ilə müəyyən oluna bilər - yəni məkan elə cismin öıçüləridir yaxud formasıdır. Kainatın da cisim kimi ölçüləri məlum olmadığından , məkan haqqında da hətta bu baxımdan da ( ölçülər ) heç nə demək olmaz.

Sunyata, bəzi anlayışarda sizinlə razı deyiləm, Məkan məsafə anlayışı deyil, ümumiyyətlə onun atributlarına məsafə daxil deyil, Məkan elə bir yerdir ki orada nə isə movcüd ola bilsin, bir nöqtənin özünün də yerləşdiyi məkan var, ona görə siz kainatı müstəvi üzərində nöqtə kimidə təssəvvür etsəniz o yenə də bir məkanda yerləşir)) ona görə də məkanın olmadığı yerdə heç bir şey yerləşə bilməz.

Məkanlar iki üç hətta fərziyyəyə görə dörd ölçülü də ola bilər. Həmçinin kainatın özünə də tək anlayışı kimi baxılmır, başqa məkanlarda başqa kainatların da olması mümkündür, əminliklə olmasını da demək olar, Hətta bizim yerləşdiyimiz yerdə belə başqa məkanlar var, biz bunu bilirik sübut edə bilməsək belə.

Ümumi müzakirədən belə başa düşdüm ki, siz kainatın sonsuz məkanda yerləşdiyinə əmin deyilsiniz, onda bir anlıq məkanın olmadığı yeri təsəvvür etməyə çalışın, kainatın sonunu təsəvvür edə bilərsiniz amma məkansız yer anlayışı yoxdur, sizin təsəvvürünüzün son həddi sərhəd formasında ola bilər, amma o da mümkün deyil.hər bir qapalı mühitin arxasında da başqa məkan var. və məkanlar sonsuz olduğundan kainat da sonsuzdur.

Edited by plotophyte
Link to comment
Share on other sites

Sunyata, bəzi anlayışarda sizinlə razı deyiləm, Məkan məsafə anlayışı deyil, ümumiyyətlə onun atributlarına məsafə daxil deyil, Məkan elə bir yerdir ki orada nə isə movcüd ola bilsin, bir nöqtənin özünün də yerləşdiyi məkan var, ona görə siz kainatı müstəvi üzərində nöqtə kimidə təssəvvür etsəniz o yenə də bir məkanda yerləşir)) ona görə də məkanın olmadığı yerdə heç bir şey yerləşə bilməz.

Məkan və məsafə anlayışları eyni deyil , aydindir. lakin ,məkan məsafələrdən, ölçülərdən, səmtdən, istiqiqamətdən ibarət bir mücərrəd təfəkkürün məhsulu - anlayışidır. "elə bir yer" - fiziki - obyektiv gerçək olan , yəni , materiya deyil , materiya olan kainatdır ki , bu barədə hələlik mübahisəmiz yoxdur. Bir nöqtənin yerləşdiyi məkanı təsəvvürünüzə gətirəndə , artıq bir nöqtə yox iki nöqtə - ikinci nöqtə bunu düşünən subyekt , yəni siz - olursunuz. Bunu bir daha aydın başa düşmək üçün təsəvvür edin ki, siz həmin nöqtəsiniz həm də abstrakt təfəkkürə malik nöqtə - başqa heç nə yoxdur . Bu halda məkan anlıayışı nədir ? sadəcə bu halda məkanin mənası itir , çünki məkanı nöqtələrin , cisimlərin qarşılıqlı nisbi mövqeyi , aralarındakı məsafə və boşluq "tənzimləyir". Bütün bunlar isə 1 nöqtənin olduğu an itir.

"məkanın olmadığı yerdə heç bir şey yerləşə bilməz" - məkanın varlığı nə deməkdir ? Kainatın , aləmin, dünyanın varlığından danışmaq olar . Məkan isə sirf şüurdakı immanent , apriori yerləşdirilmiş aləmin idrak formasıdır və yaxud kainatın, aləmin , dünyanın mövcudluq formasıdır . Yəni , "məkan" və "zaman" - daha çox bizim şüurumuzda varolandır , nəinki ətraf aləmdə.

Yəni, bir də izah edirəm , "məkan" - anlayışı insana ətraf aləmi dərk etməyə imkan verən immanent idrak formasıdır . Fiziki olaraq o yoxdur. Bu iki anlayış "məkan" və "zaman" kim tərəfindən və necə insan şüuruna yeridilib onu deyə bilmərəm . Amma bütün insan növündə bu anlayışlar eynidir . Ona görə də obyektiv gerçəklik təəssüratını heç kim inkar edə bilmir .

Bu məkan barədə fikrim ( əslində demək olar ki, Kantın və b. fikirləri + subyektiv fikirlər ) .

Sizin ümumu sualınız isə iki hissədən ibarətdir , demək olar .

1.Məkan sonsuzdur ?

2.Kainat sonsuzdur ?

1-ci suala konkret cavab (yuxarıdkıları nəzərə alsaq ) : məkan obyektiv - fiziki kəmiyyət deyil , ona görə də onun sonsuzluğundan danışmaq olmaz.

2-ci suala isə yaxın vaxtlarda cavab yazaram .

Edited by Sunyata
Link to comment
Share on other sites

Kainat məkandan fərqli olaraq obyektiv gerçəklik - yəni, şüurumuzdan asılı olmayan mövcud olan - hesab olunur. Ona görə də kainatın sonlu yaxud sonsuz olması haqqında danışmaq olar.

Əvvəlcə vacib hesab etdiyim bir məqamı araşdıraq. Kainat ilkin olaraq ya sonsuz ya sonlu yaradılmışdırsa və bununla yanaşı fasiləsiz genişlənirsə burada bir ziddiyət yaranır. İlkin olaraq sonsuz olan "genişlənir" - fikri məntiqə uyğun deyil . Onsuz da sonsuz olan - yəni, sonu və sərhəddi olmayan - haqqında on genişləndiyini deməyin nə mənası var ? Deməli, yalnız sonlu olan genişlənə bilər . Çünki onun carı sərhəddi var , amma o , sərhədləri genişləndirir. Bəs onda niyə insan sonlu kainatı təsəvvür edə bilmir ? Yəni, haradasa intuitiv olaraq kainatın sonsuzluğunu hiss edirik . Bu barədə aşağıdakıları düşünürəm .

Dediyim kimi, kainatın sonlu \ sonsuz olduğunu təcrübə vasitəsilə yoxlamaq mümkün deyil. Yalnız , mücərrəd mühakimə ilə bir nəticəyə gəlmək olar. Hələlik , yuxarıda gəldiyim nəticə budur ki, ilkin olaraq kainat sonlu yaradılıb. Və fasiləsiz genişlənir. İndi baxaq görək sonluluq özü nə deməkdir . Bildiyimiz kimi , kainat \ materiya zərrəciklərdən ibarətdir. Həmin zərrəciklərdən ki, daxilində 99 % boşluq var. Deməli, gördüyümüz bütün predmetlər 99% boşdur. Bu böşluq tək konkret maddədə yox bütün kainatda böyük faiz təşkil edir. Firlanma , hərəkət, cazibə və s. kimi fiziki proseslərlə əlaqədar ( yaxud kainatda ümumi olan iradə gücü hesabına) kainat həmin boşluqların hesabına genişlənir. Təsadüfi deyil ki, bunun əksi olan kollaps anlayışı da mövcuddur.

Yəni, ilkin olaraq sonlu yaradılmış kainat - fasiləsiz genişləndiyi üçün insanlarda kaintın sonsuzluğu hissi yaranır. Yəni, əgər hipotetik olaraq genişlənmə dayandırılsa onda kainatı sonlu hesab etmək olar , amma əgər bu mümkün deyilsə onda , kainatın sonsuzdur demək olar. Yəni, hər an fikrimizə kainatın sonlu olması gələndə , o, artıq bir az əvvəlkindən geniş olur. Bu mənada sonsuzluq.

Necə deyərlər , məndən bu qədər . )))

Edited by Sunyata
Link to comment
Share on other sites

Bəli kainat yəni qalaktikalar və ulduzlar kosmik boşluqlar və dumanlıqlar toplusu doğurdan da genişlənir, yəni o təbiətin meqa formasıdır, əsası belədir, kainat kosmik qanunlara tabedir. qalaktikalar bir birindən daima uzaqlaşır, bəlkə də müəyyən ox ətafında fırlanır yəni bizə məlum olan odur ki, Hubble teleskopundan baxanda birinci yaranmış qalaktikaların yaranma prosesi görsənir. Əyər biz ora gedə bilsək ani anda oradan öz keçmişimizdəki yaranma prosesinə baxa bilərik.

Burda əsas məqam nədir, gördünüz kimi kainat bütün mövcüdluq demək deyil, sadəcə bizə məlum olan ən uzaq sərhədlərdən bizə qədər mövcud olan kosmik kütlələrin məcmusudur. Ancaq əminliklə demək olar ki o son deyil, çünki heç bir şüurlu insan dunyanın sonunu təsəvvür edə bilməz, sonu heç bir formada qəbul etmək mümkün deyil. Buna görə də dünyanın sonu olması fəlsəfi tərəfdən qəbul edilən deyil. Amma dinə əsaslansaq dünya fövqəltəbii qüvvə tərəfindən yaradılıb və dini baxımdan sonu var. Amma bu sonun olması şüurlu şəkildə mümkünsüzdür. Məhz buna görə də insanlar uzun müddətdir bu haqda mülahizələr edir.

Edited by plotophyte
Link to comment
Share on other sites

Mənim fəlsəfə müəllimim Cəmil Əhmədli həmişə deyərdi: sən bircə an üçün sadəcə təsəvvür elə ki, heç nə yoxdur... heç nə... nə torpaq, nə səma... nooldu, təsəvvür eləyə bildin? başımı qaşıyıb deyirdim ki, eləyə bilmədim :)

o cümlədən də, sonsuzluq... bunu da təsəvvür eləmək mümkün deyil.

Link to comment
Share on other sites

Mənim fəlsəfə müəllimim Cəmil Əhmədli həmişə deyərdi: sən bircə an üçün sadəcə təsəvvür elə ki, heç nə yoxdur... heç nə... nə torpaq, nə səma... nooldu, təsəvvür eləyə bildin? başımı qaşıyıb deyirdim ki, eləyə bilmədim smile.png

o cümlədən də, sonsuzluq... bunu da təsəvvür eləmək mümkün deyil.

gözə şərh yazmısınız.

Link to comment
Share on other sites

Ahaa, deyəsən titanların debatı gedir, yorulmuyasızalgish.gif

Mən bu məsələni uşaqlarnan o qədər müzakirə eləmişdim ki, axırda bezib başın buraxmışdım. Niyə? Çünki, məncə burda əsas məsələ anlayışlarda və bu anlayışların müxtəlif insanlar tərəfindən fərqli qavranılmasındadır. Kainat, məkan, kosmos, varlıq və yoxluq kimi anlayışları hər kəs bir cür başa düşür, məncə hardasa normaldı. Mən kainat dedikdə, qalaktikaları, ulduzları və kosmosda yerləşən bu kimi "zadları" nəzərdə tuturam. Məkan dedikdə isə, məncə onun sonu yoxdur. Yəni, boşluq da olsa, materiya da olsa, məkan hər zaman var. Nəzəri olaraq doğrudan da onun sərhədlərini təyin etmək mümkün deyil, praktik isə insan üçün mümkünsüz bir şeydir;) Fikirləşmək belə dəhşətlidirwow1.gif

Plotophyte, Hubble-in fəaliyyəti barədə bir qədər geniş yazasaydınız əla olardı. Onun əldə etdiklərinə əsasən keçmiş haqqında məlumat əldə etmək praktiki olaraq neçə faiz mümkündür??

Link to comment
Share on other sites

Plotophyte, Hubble-in fəaliyyəti barədə bir qədər geniş yazasaydınız əla olardı. Onun əldə etdiklərinə əsasən keçmiş haqqında məlumat əldə etmək praktiki olaraq neçə faiz mümkündür??

Əyər sizə maraqlıdırsa daha geniş yazım, Teleskopla baxdıqda ən uzaqda yerləşən kvazarlar(qalaktikalar) təyin olunub ki,14mlrd işıq ili məsafədədir. Yəni bu o deməkdir ki, onların bizə gəlib çatan görüntüsü 14 mlr əvvəl olub. Yəyqin ki bilirsiz ki, kosmik kütlələri biz heç vaxt online rejimde müşahide etmirik, məsəl üçün Günəş yoxa cixsa biz onu hələ 7-8 dəqiqə müşahidə edərik çünki günəşdən işıq yerə bu qədər vaxta gəlib çatır, və yaxud uzaq qalaktikalar onların görüntüsü bizə işıq formasında gəlib çatır və bu da min və yaxud milyon ill vaxta gələ bilər. Cox uzaq qalaktikaları da Hubble teleskopu vasitesi ile görmək mümkündür., onları biz ilkin formada görürük yəni orada bütün hər şey yeni yarananan vəziyyətdə isti kütlələr formasında, bu da 14 mlrd il əvvəl olub, onda biz də o vəziyyətdə olmuşuq, əyər biz ani olaraq o qalaktikalara gedib öz qalaktikamıza baxsaq onda yerin və bizim qalaktikanın yaranma prosesini görərik çünki bizden geden işığın bu mesafəni qət etməsi üçün 14 mlrd il lazımdır. O qalaktikaların indiki vəziyyətini isə ancaq 14mlr ildən sonra görmək mümkün olacaq. İstənilən halda biz kainatdakı planetlərə ancaq keçmiş kadrlarla baxa bilirik. Ola bilər ki onlardan bir coxu artıq yoxdur amma biz hələ min illər onları müşahidə edəcəyik ))

Edited by plotophyte
Link to comment
Share on other sites

Mənim fəlsəfə müəllimim Cəmil Əhmədli həmişə deyərdi: sən bircə an üçün sadəcə təsəvvür elə ki, heç nə yoxdur... heç nə... nə torpaq, nə səma... nooldu, təsəvvür eləyə bildin? başımı qaşıyıb deyirdim ki, eləyə bilmədim smile.png

o cümlədən də, sonsuzluq... bunu da təsəvvür eləmək mümkün deyil.

Sizin müəlliminiz cox ədalətli olub Bizim Dəmir m-dən fərqli, o hər dəfə mənə eyni sual verirdi, dünya sonsuzdu? Bəli - Sübut elə?) mən sübut etməyə çalışırdım və hər dəfə fikrini bildirməyib mənə deyirdiki yenə gələrsən)) beləliklə məni 5-6 dəfə eyni sualı verdi və axırda qiymet yazdı)) bunu ikinci semestrde təkrarlamağa çalışdı, mən kafedra müdirinin iştirakını tələb etdim onda 2 dəfəyə yazdı)) Mən belə başa düşdüm ki, o 70 ildə hələ o suala cavab tapa bilməmişdi smile.png

Edited by plotophyte
Link to comment
Share on other sites

Sizin müəlliminiz cox ədalətli olub Bizim Dəmir m-dən fərqli, o hər dəfə mənə eyni sual verirdi, dünya sonsuzdu? Bəli - Sübut elə?) mən sübut etməyə çalışırdım və hər dəfə fikrini bildirməyib mənə deyirdiki yenə gələrsən)) beləliklə məni 5-6 dəfə eyni sualı verdi və axırda qiymet yazdı)) bunu ikinci semestrde təkrarlamağa çalışdı, mən kafedra müdirinin iştirakını tələb etdim onda 2 dəfəyə yazdı)) Mən belə başa düşdüm ki, o 70 ildə hələ o suala cavab tapa bilməmişdi smile.png

İstənilən halda "sübut"-dan söhbət gedə bilməz. Bütün "sübutlar" fərziyyə olaraq qalır ... Bu sualın dəqiq cavabı yoxdur !

Link to comment
Share on other sites

Materializm dalana dirənmişdir - Yuxugörmə zamanı müşahidə etdiyimiz və real qəbul etdiyimiz, bu səbəbdən obyektiv varlığın isbatı kimi qəbul edilməli olan məkanda ətrafımızdakı hər şeyi obyektiv reallığı əks etdirən materiya kimi qəbul edə bilərik.

Kim isbat edə bilər ki, real saydığımız dünya da eyni mexanizmlə işləmir? Eyni davranışları, hətta daha da mükəmməlini yuxuda olarkən də həyata keçirə bilərik. Bədənimizi belə yuxuda görə bilərik.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 5 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Confused
        • Haha
        • Like
      • 14 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Upvote
        • Sad
        • Confused
        • Like
      • 77 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 111 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Thanks
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...