Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Vəhabilər Kimlərdir?

Vehabilik  

38 members have voted

  1. 1. Vəhabilər kimlərdir?

    • Kafirlər
      8
    • Münafiqlər
      6
    • İsrailin qulları
      21
    • Masonlar
      3

Recommended Posts

Yəni hər bir insana bu seçimdə verilib.

Qurani Kerimin bir ayesinde bezi insanlarin cehennem ucun yaradildigi bildirilir.bu halda o insan yaxsi olmaq kimi bir funksiyaya sahib deyil.sizce bele olan halda sitat getirdiyim yaziniz Qurani Kerimin ozu ile ust uste dusmeye biler?

Link to comment
Share on other sites

salam plotophyte.Quranla bagli yazdiqlarinizi oxudum.maraqlisi burasindadir ki bu kitabin icinde elmden bilgiden olduqca uzaq ayeler de movcuddur ve bezi ayeler(sizin misal getirdiyiniz ayelerden de bir necesi) son dovrde elme uygunlasdirilib.muasir tercumelerde olduqca ferqlilikler movcuddur.

misal ucun: evvelki tercumelerde bele bir aye var idi- kainati biz yaratdiq ve biz genis qudret sahibiyik..muasir tercumeler ise insanlari aldatmaq ucun bu formada deyisilib-kainati biz yaratdiq ve onu genislendirenik.bu kimi

Salam Pergel, Maraqlı iddianız var, amma məndə hansısa ayələrin səhf tərcüməsi barədə bilik yoxdur. İstənilən halda bunu araşdırmaq çətin deyil. 17-18 ci əsrin ərəb dilli versiyasını tərcümə edib bunu dəqiqləşdirmək olar. Amma bu qədər astronomik biliklərin hamısının səhv tərcümə olunduğunu də ehtimal etmirəm. Elmdən uzaq primitiv görsənən ayələr bəli var, amma nəzərə alın geniş publika üçün yazılan kitabda bunlar olmalıdır. Hər bir insan öz elminə uyğun ayələrdə dəlil tapmaq üçün.

Qurani Kerimin bir ayesinde bezi insanlarin cehennem ucun yaradildigi bildirilir.bu halda o insan yaxsi olmaq kimi bir funksiyaya sahib deyil.sizce bele olan halda sitat getirdiyim yaziniz Qurani Kerimin ozu ile ust uste dusmeye biler?

Quranda bəzi insanların cəhənnəm üçün yarandığı yox cəhənnəm əhli barədə məlumatlar var. Bunlar fərqli anlayışlardır.

Edited by plotophyte
Link to comment
Share on other sites

Vuqar Rehimov,

Quran Məhəmməd və ya Ərəblər tərəfindən uydurula bilməzdi, onların buna elmi çatmazdı. Mənim belə fikirləşməyə əsaslı səbələrim var. Quran kitabında, Astronomiya,Bioloigiya Coqrafiya haqqında cox dərin biliklər var. Bəzi maraqlı ayələri sizə nümunə göstərirəm.

Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik.

Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)

Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik).

Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir.

Açılışlarını verirəm, Burada planet və ulduzların öz yolu olduğu və hərəkət etdiyi bildirilir. Kainata aşağı göy kimi baxılır. Yəni qalaqtika və ulduzların olduğu göyə. Kainatın sonu olduğu lakin sərhədsiz olduğu bildirilir çünki o daim genişlənir. Kainatdan yuxarıda ərşin olduğu bildirilir və kainat sərhədlərini yanan ulduzların qoruduğu bildirilir.

İnsanın elmin köməyi ilə yer planetindən ətrafa çıxa biləcəyi, Bitkilərin tozlanması,  göylərin yəni bizim qalaktika və kosmik boşluqların da dirəyi olduğu bildirilir. Bu müassir elmdə nəhəng qara dəlikdir, amma biz onu görmürük.

Dağların yer üçün dirək olduğu yerin bizi silkələməməsi üçün.  Sonra uşağın ana bətnində sima verildiyi. Və.s cox dərin elmi biliklər var.

Bütün bunları 6-cı əsr beduinləri nəinki yazmaq, heç indi də dərk etmirlər.

Quran Məhəmmədə kimin və ya kimlərin öyrtəməsindən asılı olmayaraq onların cox dərin bilikləri var., bu biliyin bir qisminə ancaq 20-ci əsrdə nail olunub bəziləri isə bizə əl çatmazdır, məsəl üçün kainatın yuxarı sərhədləri barədə.  Mən bu kitabın insan və ya allah tərəfindən və ya yadplanetlilər tərəfindən veriləcəyini dəqiq bilmirəm. O dövrdəki insanların da bunu biləcəyini zənn etmirəm. Amma dəqiq bilirəm ki, bunu Məhəmməd uydurmayıb.

Sizin Məhəmmədin yaşadığı dövrdə olan elmin inkişafı haqqında çox az xəbəriniz var.

"Astronomiya qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Yunan alimi Filolay bizim eradan əvvəl (b.e.ə. "400-cü il) Yerin kürə şəklində olduğunu söyləmiş, b.e.ə. III əsrdə Eratosfen Yerin radiusunu təyin etmiş, b.e.ə. II əsrdə Hipparx minə qədər ulduzu içərən ilk ulduz kataloqu tərtib etmiş və Yer oxunun presessiyasını kəşf etmişdir. Bizim eranın II əsrində Ptolemey dünyanın geosentrik sistemini riyazi olaraq çox böyük dəqiqliklə işləmiş və bir çox göy hadisələrini izah etmişdir. Aristarx Samosskiy heliosentrizm ideyasını vermiş, Yerdən Günəşə və Aya qədər məsafələrin nisbətini təyin etmişdir.

Çin astronomları bizim eradan iki min il əvvəl Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verə bilirdi. Misirdə bizim eradan üç min il əvvəl ilin uzunluğunu kifayət qədər büyük dəqiqliklə təyin edə bilmişlər.
Yeni eradan əvvəl VIII əsrdən başlayaraq astronomiya müşahidələrinin qeydi aparılmağa başlamışdır, onların bəziləri günümüzə qədər gəlib çatmışlar." © wiki
 
Məkkə hardasa Avstraliyada yerləşmirdi, əksinə qədim elmi mərkəzlər Misir, Babil (indiki İraq), Yunanıstan ərazilərinə çox yaxın idi, və qədim ticarət karvan yollarının üstündə yerləşirdi. Tacirlərin bu səhralara hansısa bir elmi məlumatlarının gətirməsi çox adi haldır. Məhəmmədin savadsız olmağı onun eşitmə qabiliyyətinin itirməsi demək deyil. Elmə azca da maraq göstərməsi kifayət edərdi ki, ona qədər əldə olunmuş biliklər haqda məlumatı olsun.
Link to comment
Share on other sites

Plotophyte,

evvela islam 7-ci esrde yaranib, siz her defe niyese 6-ci esr qeyd edirsiz.

Hesab eliyirsiz ki, Quranda cografiya ve biologiya haqqinda "derin" bilikler var, lütfen onlari gösterin.

Indi misal getirdiyiniz ayelerde çox primitiv "astronomiya bilgileri" iddiasi var. Bu Harun Yahya cehdleridir. Müasir elmin bilgilerinden faydalanaraq Quran ayelerinde kešfler axtarmaq güluncdür.

Link to comment
Share on other sites

Salam Meykinomen, size minnetdaram ki sebrli olmadigim ucun etrafli cavab yazmadigim movzuya yeterince aydin ve selis cavab yazmisiniz.

Salam.

Düzünü deyim ki, səbrimi gücnən topladım ))

Bədbaxçılığımız elə budur ki, anlaması çox asan olan həqiqətləri biz hələ də çeynəməliyik. Nəticədə də 21-ci əsrdə biz insanların sadəlöhvlüyündən və savadsızlığından istifadə edən Harun Yahya kimi fırıldaqçıların təsirindən qurtara bilmirik.

Link to comment
Share on other sites

Birdə sizə Məhəmmədin şəxsi həyatı barədə maraqlı bir hadisəni bildirmək istəyərdim, Bildiyiniz kimi onun 21 arvadı və ya kanizi zövcəsi olub. Onlarla evlənmə səbəbləri mənim fikrimcə öz seksual tələbatını ödəmək yox sadəcə olaraq mövqeyini möhkəmləndirmək olub. Nəzərə alsaq ki, onun ilk arvadı dul yaşlı qadın olub demək o bir o qədər arvad həvəskarı olmayıb. Sadəcə olaraq onun mövqeyini nəzərə alsaq qadınların bir qismi ilə qayğı məqsədi ilə, digərlərini isə siyasi məqsədlə evlənib. Bu normal haldır onun mövqeyində olan insan üçün.

Maraqlısı odur ki, bu coxsaylı arvadlardan onun nəslinin davamçısı ancaq bir övladı olub. 21 arvadla 1 uşağın olması ehtimal nəzəriiyyəsinə görə ağlabatan deyil. Az yaşlı Aişə ilə evlənməsi isə ətrafdan cox iyrənc görsənir., amma Aişənin onu nə qədər sevidiyini görsək, bu hər halda heç bir psixoloji travma almış qadın bir kişini sevə bilməz. Demək ki, burada normal insan qaydalarına hansısa formada əməl olunub.

Mehemmedin 11 arvadi olub(bezi menbelere göre 13), qalanlar keniz statusunda olub (наложница).

O, yašli 2 defe dul qalmiš Xediceni ona göre almayìb ki, "arvad heveskari" deyildi... Mehemmed yetim qaldigi üçun çox kasìb olub. Cavan qizla evlenmek üçun pul-servet teleb olunurdu, onda ise bu yox idi. O üzden bele bir addìm atmaq mecburiyyetinde qalmišdi. Xediceyle evlilik onu maddi sìxintilardan qurtarmìšdi. Menbelerde bildirilir ki, onlarin toyunda qohumlaru Mehemmede teessufle baxirdi, çünki her kes bu nikahin mecburiyyet oldugunu anlayirdi.

Qeyd etmek lazimdir ki, Xedice güclü xasiyyetli, hökmlu ve išgüzar bir qadin olmušdur. O, çox qìsqanc idi. Tesadufi deyildi onun sagliginda Mehemmed bir qadina da yaxinlaša bilmirdi, Xedice her yerde qulluqçusu ile onu izleyirdi. Yalniz onun ölmunden sonra Mehemmed çoxlu sayda qadinla munasibet qurdu.

Raziyam ki, bezileri ile siyasi meqsedle evlenib. Amma "любвеобильный" oldugu aydin görunur... bašqa cür ogullugunun arvadina evlenmesini nece qiymetlendirmek olar?

Mehemmedin menbelere göre 7 ušagi olub, lakin 6-si ondan qabaq ölubler. Yalniz Fatime atasindan sonra bir qeder yašayìb.

Bilirsiz, ušaqlarinin bele tez ölmeyi Mehemmedin genetik her hansi bir xesteliyi olmagi ehtimalini ireli sürür. Bildiyimiz kimi o, sudorqalardan eziyyet çekirdi.

Link to comment
Share on other sites

Pegamberin oz grlini ile evlenmesinin ne siyasi ne de vehy ile elaqeli olmasi aglabatan deyil:qaynatanin oz gelinini qorumagsinin muxtelif yollari vardir ve sizi emin edirem ki bunlardan en aglasigmasi onunla evlenmekdir

Link to comment
Share on other sites

Yeni eradan əvvəl VIII əsrdən başlayaraq astronomiya müşahidələrinin qeydi aparılmağa başlamışdır, onların bəziləri günümüzə qədər gəlib çatmışlar." © wiki
 
Məkkə hardasa Avstraliyada yerləşmirdi, əksinə qədim elmi mərkəzlər Misir, Babil (indiki İraq), Yunanıstan ərazilərinə çox yaxın idi, və qədim ticarət karvan yollarının üstündə yerləşirdi. Tacirlərin bu

Salam.

Düzünü deyim ki, səbrimi gücnən topladım ))

Bədbaxçılığımız elə budur ki, anlaması çox asan olan həqiqətləri biz hələ də çeynəməliyik. Nəticədə də 21-ci əsrdə biz insanların sadəlöhvlüyündən və savadsızlığından istifadə edən Harun Yahya kimi fırıldaqçıların təsirindən qurtara bilmirik.

səhralara hansısa bir elmi məlumatlarının gətirməsi çox adi haldır. Məhəmmədin savadsız olmağı onun eşitmə qabiliyyətinin itirməsi demək deyil. Elmə azca da maraq göstərməsi kifayət edərdi ki, ona qədər əldə olunmuş biliklər haqda məlumatı olsun.

Sizin yazdıqlarınız alimlərin astromoniya haqqında bilikləri səthi olub, Filolay və.s Geosentrik nəzəriyyənin davamçıları olub, onlar ümumiyyətlə dəqiq hesablama yox ehtimallar üzərində biliklər əldə ediblər. Mən Astronomiya elminin yaranmasını 15-ci əsrlə ona görə əlaqələndirdim ki, məhz onda Avropada Qaleley və.s alimlər dəqiq hesablama aparıblar. Hətta o dövrdə belə proqressiv avropada yerin fırlanma nəzəriyyəsi qəbul olunmayıb.  Sizinlə razıyam ki, qədimdə astronomik biliklər olub. Müxtəlif elmli sivilizasiyalar da mövcud olub. Amma bu məlumatların hansısa ticarətçi ərəblər tərəfindən uydurula bilməcəyini ehtimal etməl ən azından sadəövlükdür. Bu məlumatlar mənim şəxsi araşdırmamdır. Əyər bunu hansısa ərəb Harun Yahya edibsə, demək o da faktlara əsaslanıb. Vaxt olduqca digərlərini də burada yerləşdirəcəyəm.

Edited by plotophyte
Link to comment
Share on other sites

Salam.

Düzünü deyim ki, səbrimi gücnən topladım ))

Bədbaxçılığımız elə budur ki, anlaması çox asan olan həqiqətləri biz hələ də çeynəməliyik. Nəticədə də 21-ci əsrdə biz insanların sadəlöhvlüyündən və savadsızlığından istifadə edən Harun Yahya kimi fırıldaqçıların təsirindən qurtara bilmirik.

sebeb yeganedir,tehsilin asagi seviyyede olmasi...

diger muhum sebeb ise media...

Link to comment
Share on other sites

Amma "любвеобильный" oldugu aydin görunur... bašqa cür ogullugunun arvadina evlenmesini nece qiymetlendirmek olar?

Libra21, Sizi başa düşürəm, Əminəm ki, siz coxarvadlılıqı qəbul emirsiniz, amma bu insan təbiətinə ziddirsə nə üçün qadınlar bununla məmuniyytələ razılaşırlar. Sizə seçim versəydilər, ərinizin 2-ci arvadı olmağı, bir şərtlə ki o heç vaxt xəyanət etməyəcək, ya da onun saysız məşuqə axtarışında olmağı hansını seçərdiniz ? Mənə elə gəlir birincini seçərdiniz. Məncə bu qadın təbiətinə zidd deyil. Qaldı ki, digər kitablardan kopiyalamaq, sizin fikrinizcə əvvəlki kitablar necə yaranıb ?

Kim size deyib ki, qadinlar buna "memuniyyetle" razilaširar?? Onlar qorxu ve elacsizliqdan bunu qebul edirler. Baxin Seudiyye qadinlarina, onlara ancaq 2011(!)-ci ilde beynelxalg qadin teskilatlarinin gergin seyleri neticesinde secki hüququ verilib. Bu halda 7-ci esr ereb qadinlarinin hansi mövqeyinden söhbet gede biler? Onlar heç tam (полноценный) insan sayilmirdi, šeriete göre šahid qisminde 2 qadinin reyi 1kišinin sözüne beraberdir.

O ki qaldi mene, 3-cu yolu secirem - heyat yoldašimin ne bašqa arvadi, ne de mešuqesi ola biler, eks halda onu qebul etmirem. Tamamile sehv düšunursuz, coxarvadliliq qadin tebietine ziddir, ümumiyyetle iyrenc bir ideyadir. Gelin onda qadinlara da çoxerlilik hüququ verek....

"Evvelki kitablar" deyende neyi nezerde tutursuz?

Link to comment
Share on other sites

Pegamberin oz grlini ile evlenmesinin ne siyasi ne de vehy ile elaqeli olmasi aglabatan deyil:qaynatanin oz gelinini qorumagsinin muxtelif yollari vardir ve sizi emin edirem ki bunlardan en aglasigmasi onunla evlenmekdir

Tamamile raziyam. Men bunu öyrenende özume gele bilmirdim. Bioqrafiyasinda bele bir fakt olan šexs heç bir halda nümune menbeyi ola bilmez.
Link to comment
Share on other sites

O ki qaldi mene, 3-cu yolu secirem - heyat yoldašimin ne bašqa arvadi, ne de mešuqesi ola biler, eks halda onu qebul etmirem. Tamamile sehv düšunursuz, coxarvadliliq qadin tebietine ziddir, ümumiyyetle iyrenc bir ideyadir. Gelin onda qadinlara da çoxerlilik hüququ verek....

"Evvelki kitablar" deyende neyi nezerde tutursuz?

Problem ordadır ki, üçüncü yol yoxdur. Kişilərin təbiəti belədir, onları yaradan ali varlıq bunu sizdən yaxşı bildiyinə görə onlara seçim verir. Ehtiyacı olan onların qayğısına qalmaq şərti ilə 2-3-4 cü arvadla evlənir amma xəyanət etmir. Əvvəli kitablar yəni, İncil və Tövratı nəzərdə tuturam. Siz İncildən kopiya olduğunu iddia edirsiniz. İncilin səmavi olduğuna inanirsiniz ?

Edited by plotophyte
Link to comment
Share on other sites

cinsinden asili olmayaraq insanlar beraberhuquqludur.hansi huquq buyurub ki kisinin tebieti beledir deye qadinlarin 5-ne birden sahib olabiler?neyse.muzakirede muselmanlari mudafie eden hormetli filosofumuz Plotophyte tamamile yanlis ve esassiz fikirler ireli surur.bilmelidir ki dindarlara qarsi muzakire olduqca asan olsa da teist olmayanlara qarsi bu cox cetindir....

Link to comment
Share on other sites

bir de qeyd edim ki Plotophyte-nin yazilarini oxumusam.cox mentiqli yazir.amma son postlarinda islamin en aglasigmaz iddialarini mudafie etmeye calismaqla qazandigi filosof kimliyini de itirir.bu tebii ki menim baxisimdir.amma yene de qeyd edirem ki muzakire artiq menasizdir.en cahil nadan dusunceleri mudafie etmek menasizdir.onlaraq qarsi sebr gostermek de bir o qeder menasizlasir.

Link to comment
Share on other sites

Tamamile raziyam. Men bunu öyrenende özume gele bilmirdim. Bioqrafiyasinda bele bir fakt olan šexs heç bir halda nümune menbeyi ola bilmez. 

bu kimi tragedik hadiseler islam-ereb tarixinde tez-tez rastlanan hadisedir.

Link to comment
Share on other sites

Hormetli Plotophyte Mehemmed peyqemberin shexsi heyati ile baqli, cox arvadli olmasi,gelini ile evlenmesi,kicik yasli Aishe ile evlenmesi ve s... Ile baqli meseleleri bu forumda cox muzakire olunub.....Ateistler bunu ele mende vaxtiyken pis terefe menalandirib...Amma siz tamamile obyektivlik numayish etdirerek bunu yaxsi terefdende menalandirmaqi bacardiniz...Ehsen...Siz esl filosofsunuz....

Link to comment
Share on other sites

Problem ordadır ki, üçüncü yol yoxdur. Kişilərin təbiəti belədir, onları yaradan ali varlıq bunu sizdən yaxşı bildiyinə görə onlara seçim verir. Ehtiyacı olan onların qayğısına qalmaq şərti ilə 2-3-4 cü arvadla evlənir amma xəyanət etmir. Əvvəli kitablar yəni, İncil və Tövratı nəzərdə tuturam. Siz İncildən kopiya olduğunu iddia edirsiniz. İncilin səmavi olduğuna inanirsiniz ?

Sizin və İslamın təbliğ etdiyi Kişi şovinizmi ilə razılaşa bilmərəm. Qadınlara qarşı alçaldıcı davranışa haqq qazandırmaq 21-ci əsr kişisi üçün çox utancdır. İslam kişidə qadına qarşı sadiqliyi, hörməti öyrətmədi. Əksinə heyvani hissləri qabartdı. Belə həyat fəlsəfəsi ilə 21-ci əsrə addımlayan xalqlar varvar psixologiyası ilə yaşayır və müasir dünyada 3-cü - 5-ci rollarda qalmağa məhkumdurlar.

Link to comment
Share on other sites

Problem ordadır ki, üçüncü yol yoxdur. Kişilərin təbiəti belədir, onları yaradan ali varlıq bunu sizdən yaxşı bildiyinə görə onlara seçim verir. Ehtiyacı olan onların qayğısına qalmaq şərti ilə 2-3-4 cü arvadla evlənir amma xəyanət etmir.

Əvvəli kitablar yəni, İncil və Tövratı nəzərdə tuturam. Siz İncildən kopiya olduğunu iddia edirsiniz. İncilin səmavi olduğuna inanirsiniz ?

"Problem" muselman kišilerinin bašindadir. Bilirsiz, bu bir medeniyyetdir - qadina bagliliq, derin hörmet, sadiqlik, bunu özunde terbiye etmek lazimdir. Tebietin üstune atmaq lazim deyil, eger sirkde vehši heyvanlari ram edib ehillesdirmek mümkundurse, demeli ŠÜURLU varliq olan kisi de özunu terbiye edib älä ala biler...

Hec bir dini kitab göyden gelmeyib, her birisi yerde yašayan insanlarin texeyyülunun mehsuludur.

Link to comment
Share on other sites

cinsinden asili olmayaraq insanlar beraberhuquqludur.hansi huquq buyurub ki kisinin tebieti beledir deye qadinlarin 5-ne birden sahib olabiler?neyse.muzakirede muselmanlari mudafie eden hormetli filosofumuz Plotophyte tamamile yanlis ve esassiz fikirler ireli surur.bilmelidir ki dindarlara qarsi muzakire olduqca asan olsa da teist olmayanlara qarsi bu cox cetindir....

Pergel, bərabər hüquq ancaq bərabər şərtlərlə ola bilər. Təbiət bu hüququ qadın və kişinin fərqliliyində yaradıb. Hüquq insanların iddiasıdır. Amma əyər qadın və kişi bərabərdirsə nəyə görə bu qədər fərqlənirlər. Onların emosiyaları həyata yanaşması hətta həyatdalı imkanları da fərqlənir. Hansının üstün olması vacib deyil amma həyatdakı rolları fərqlidir. Kişinin yüz uşağı ola bilər amma qadın bundan məhrumdur. Qadın nəvazişli və gözəldir istəniləndir. Kişi sərtdir qayğıkeşdir. Kişinin gücü cox olsada zəriflik qarşısında acizdir. Hüquq umimiyyətlə nədir?

Qadın göstəricilərinə görə zəif görsənsə də mövqeyinə və roluna görə güclüdür.  Qadın və kişi təbiətdəki əksliklərin bir birini tamamladığı kimi, bir birinin tamamlayıcısı və çatmayan yarısıdır. Birinin olmaması digərinin mövcudluğunu mahiyyətsiz edər. Onların mövqeyinə bu formada yanaşsaq bəli bərabər hüquqludurlar amma onların rolları fərqlidir. Demək hər iki cinsin həyatdaki tələbləri və iddiaları da fərqli olmalıdır. Əyər kişinin coxarvadlılıq konteksdində buna yanaşsaq, kişinin təbiət baxımından üstünə düşən yük onun bu mövqedə olmağına əsas verir.

Link to comment
Share on other sites

"Problem" muselman kišilerinin bašindadir. Bilirsiz, bu bir medeniyyetdir - qadina bagliliq, derin hörmet, sadiqlik, bunu özunde terbiye etmek lazimdir. Tebietin üstune atmaq lazim deyil, eger sirkde vehši heyvanlari ram edib ehillesdirmek mümkundurse, demeli ŠÜURLU varliq olan kisi de özunu terbiye edib älä ala biler...

Hec bir dini kitab göyden gelmeyib, her birisi yerde yašayan insanlarin texeyyülunun mehsuludur.

Libra21, Sizin mövqeyinizi cox yaxşı başa düşürəm, sadəcə olaraq bizim düşdüyümüz mühitdə insanların bir birinə münasibətində bu anayış öz dəyərini itirir. Bəlkədə bir qadın kimi sizə bəzi nüansları tam başa düşmək çətin olar, amma mən sizə kişinin dəyişilməyən təbiətini obyektiv surətdə göstərməyə çalışdım. Qadının gözəlliyindən və nəvazişindən asılı olmayaraq kişinin gözü doymaz., bunu dəyişmək və tərbiyə etmək mümkün deyil. Kişi və qadının dünyaya baxışı tam fərqlidir, mən əminəm ki, sizdə bunu bilirsiz. Ən sadiq kişi belə  hansısa yeni qadınla münasibər qurmağı arzulayır imkan olduqca fürsəti əldən buraxmır.

Kişi sadiqliyinin üçün tək formula təəsuf ki coxarvadlılıqdır və dini qadağadır ))  

Təbiətdə cinsi baxımdan gördüyünüz kimi qadın daha qiymətlidir, çünki kişi hər bir qadınla qarşılıqsız  olmaqa hazırdır, amma qadının kişi ilə olmasının böyük qiyməti var.   

Link to comment
Share on other sites

Ən sadiq kişi belə hansısa yeni qadınla münasibər qurmağı arzulayır imkan olduqca fürsəti əldən buraxmır.

Kişi sadiqliyinin üçün tək formula təəsuf ki coxarvadlılıqdır və dini qadağadır ))

Niye ki, SSRI-de herenin bir arvadi var idi, ve hec kim bundan ölmedi....
Link to comment
Share on other sites

Niye ki, SSRI-de herenin bir arvadi var idi, ve hec kim bundan ölmedi....

2-3 arvadı olanlar yox idi ? 

Sadəcə kağız üzərində biri yazılırdı . Elə iki kişisidə olanlar olub , amma  nisbətdə azlıq təşkil ediblər .İncəsənət adamlarının tərcümeyi halına baxmaq kifayətdir .Həmdə bu cüzü bir hisəsi olacaq . Çünki o vaxtlar belə məhşurların həyatından məhdud çərçivədə olan az bir qisim insanlar xəbərdar olurdular ..

Plotophyte düz qeyd eləyib .Təbiətə qarşı getmək olmaz .Canlı varlıqlar yarandığı andan bu qanun işləyib ...thinking.gif

PS; Nur forumdan uzaqlaşdırılıb , amma mövzusu hələdə yaşayır ....tongue.png

Edited by SAPAND
Link to comment
Share on other sites

Niye ki, SSRI-de herenin bir arvadi var idi, ve hec kim bundan ölmedi....

Indidə hərənin bir arvadı var ) mən əminəm ki, heç kim ikinci arvad barədə düşünmür. İnsanı qocaltmaq üçün biri kifayət edər )

Edited by plotophyte
Link to comment
Share on other sites

Pergel, bərabər hüquq ancaq bərabər şərtlərlə ola bilər. Təbiət bu hüququ qadın və kişinin fərqliliyində yaradıb. Hüquq insanların iddiasıdır. Amma əyər qadın və kişi bərabərdirsə nəyə görə bu qədər fərqlənirlər. Onların emosiyaları həyata yanaşması hətta həyatdalı imkanları da fərqlənir. Hansının üstün olması vacib deyil amma həyatdakı rolları fərqlidir. Kişinin yüz uşağı ola bilər amma qadın bundan məhrumdur. Qadın nəvazişli və gözəldir istəniləndir. Kişi sərtdir qayğıkeşdir. Kişinin gücü cox olsada zəriflik qarşısında acizdir. Hüquq umimiyyətlə nədir?

Qadın göstəricilərinə görə zəif görsənsə də mövqeyinə və roluna görə güclüdür.  Qadın və kişi təbiətdəki əksliklərin bir birini tamamladığı kimi, bir birinin tamamlayıcısı və çatmayan yarısıdır. Birinin olmaması digərinin mövcudluğunu mahiyyətsiz edər. Onların mövqeyinə bu formada yanaşsaq bəli bərabər hüquqludurlar amma onların rolları fərqlidir. Demək hər iki cinsin həyatdaki tələbləri və iddiaları da fərqli olmalıdır. Əyər kişinin coxarvadlılıq konteksdində buna yanaşsaq, kişinin təbiət baxımından üstünə düşən yük onun bu mövqedə olmağına əsas verir.

sizin dediyiniz qeyri beraber wertler de ancaq ereb cemiyyetinde olabiler.dunyanin bir cox yerinde beraber huquqlar movcuddur.bele olan halda da islam dininin bu hokmu ancaq ereb yarimadasina aid edilebiler.bilmelisiniz ki kisinin qadindan ustun cehetleri oldugu kimi qadinin da kisiden ustun cehetleri vardir.bir de eger tarixin gedisatini da inkar etmirsinizse ibtidai icma qurulusunu xatirlasaniz anaxaqanligi deye bir sey olub.umumiyyetle ise yazdiqlarinizin hec biri ile razilasmiram.siz kisini qadindan o qeder ustun tutursunuz ki.halbuki bir cixin kuceye ve baxin gorun ne qeder "kisi"  var ki 100 denesi bir qadina deymez.amma umumilikde siz kisinin ustunluyunu fiziki baximdan goturseniz bilmelisiniz ki fiziki gostericiler muasir dovrde fehlelikden basqa bir ise yaramir!!!

Link to comment
Share on other sites

Islam dunyasinda aile ele mohkem esaslar uzerinde qurulmushdur ki, hec bir amil onu sarsilda bilmez...Eger qerbliler cemiyyetlerinde en ali ictimai yukselishde olmalarini iddia edirlerse,Islamda aile malik olduqu ideallara,meyarlara esasen onlardan daha ustun pillede qerar tutur...

Link to comment
Share on other sites

Islam dunyasinda aile ele mohkem esaslar uzerinde qurulmushdur ki, hec bir amil onu sarsilda bilmez...Eger qerbliler cemiyyetlerinde en ali ictimai yukselishde olmalarini iddia edirlerse,Islamda aile malik olduqu ideallara,meyarlara esasen onlardan daha ustun pillede qerar tutur

siz islam qanunlari esasinda movcud olan bir aile taniyirsiniz?bizim cemiyyetimizden misal cekebilmezsiniz,cunku bizim millet ereblerden ne qeder tesirlenibse bir o qeder de sovet rusiyasindan tesirlenmisdir.amma bunlarin her iksinden daha cox ise turkun oz milli menliyi var.bunun ne erebe ne rusa bir aidiyyati yoxdur.bunun ucun de xahis ederdim ki  esl islam ailesi ile maraqlanin.buraya siz hetta farslari da misal getirebilmezsiniz.cunku farslarin da ekseriyyeti bu qaydalari mecburiyyetden emel edirler ve fars qadinlar da oz azadliqlarini isteyirler.onlar da artiq kisilere meze olmaqdan bezibler.braziliyada fahiselerle gununu gun eden insanla iranda bir geceliyine molla icazesi ile evlenib bosanmagin ferqi yoxdur.herikisinde meqsed eynidirse neye gore biri dogru biri ise eyri sayilir bilmirem.

.birce qalir anormal erebler.onlarin da aile anlayisi herkere melumdur.orada artiq qadinlar ozlerini nokerliye oyredibler.qadina sex obyekti kimi baxmaq ise sarsilmaz aile anlayisidirsa buna bir sey deyebilmerem.

sizin erebler, ve ya farslar baresinde dedikleriniz dogru ola biler, amma bu islam peygemberinin oyretdiyi exlaq deyil. biz bu exlaqdan danisirq. numunevi musalman ailesi, ve ya ailelerini gormek siteyirsizse-- gore bilmezsiz. cunki bele ailelerin abir heyasi o qeder coxdu ki, biz onlari ne gormuruk, ne de esitmirik. 

gormek ucun gerek biz de hemin abir heyada olaq.

dini teriflemek ucun ozunu abir heyatan uzaq hesab eden muselman gormemisdim, onu da gordum.siz ozunuzu bu barede qinaya bilersiniz.xahis edirem sizle bizle danismayin!

Link to comment
Share on other sites

2-3 arvadı olanlar yox idi ?

Sadəcə kağız üzərində biri yazılırdı . Elə iki kişisidə olanlar olub , amma nisbətdə azlıq təşkil ediblər .İncəsənət adamlarının tərcümeyi halına baxmaq kifayətdir .Həmdə bu cüzü bir hisəsi olacaq . Çünki o vaxtlar belə məhşurların həyatından məhdud çərçivədə olan az bir qisim insanlar xəbərdar olurdular ..

Plotophyte düz qeyd eləyib .Təbiətə qarşı getmək olmaz .Canlı varlıqlar yarandığı andan bu qanun işləyib ...thinking.gif

Siz tebiet neye deyirsiz? Terbiyesizliye?

Eger bir evde oglan anadan oldugu günden görur ki, atasinin evde 3 arvadi var, ve isteyende onlari döyur, tebii - onun "tebieti" bele formalašacaq.

Basqa bir evde oglan gözunu acandan atasinii ancaq bir arvadi oldugunu görur, ve atanin anaya hörmetini, qaygisini müsahide edirse, bu ušagin tebieti bunun norma oldugunu qebul edecek.

Müselman aleminde oglanlar hec bir terbiye almirlar, onlara "her šey olar" ideyasi telqin edilir. Ev išlerinde ištirak etmirler, her šey qadinin üstune atilir. Bu da kobud, savadsiz, vehši tebietli kisiler yetismesine getirib cixardir.

Link to comment
Share on other sites

sizin erebler, ve ya farslar baresinde dedikleriniz dogru ola biler, amma bu islam peygemberinin oyretdiyi exlaq deyil. biz bu exlaqdan danisirq. numunevi musalman ailesi, ve ya ailelerini gormek siteyirsizse-- gore bilmezsiz. cunki bele ailelerin abir heyasi o qeder coxdu ki, biz onlari ne gormuruk, ne de esitmirik.

.

Niye ki, onlar "невидимка" olurlar?

Bilirsiz, rusdilli forumda bunu cox müzakire etmišik. Defelerle müselman cemiyyetinin neqativ meqamlarini misal getirende, dindarlarin bir cavabi olur : bu esl islam deyil! Biz ne qeder çalismisiq, hele de o "esl islamin" harda oldugunu öyrene bilmemisik....

Link to comment
Share on other sites

Islam dunyasinda aile ele mohkem esaslar uzerinde qurulmushdur ki, hec bir amil onu sarsilda bilmez...Eger qerbliler cemiyyetlerinde en ali ictimai yukselishde olmalarini iddia edirlerse,Islamda aile malik olduqu ideallara,meyarlara esasen onlardan daha ustun pillede qerar tutur...

Bu cox gülunc bir iddiadir... Ne geder melumatsiz olasan ki, bele cefengiyyata inanasan.... Qorxu üstunde qurulan aile nece dagilsin?

Islam dünyasinda qadin erinden tam asili seraitde yasayir. Seudiyye Erebistaninda qadinin tek evden cixmaq hüququ yoxdur. O, tek ölkeni terk ede bilmez. Eri onu vura biler, Quran icaze verir. Bošanma cox pis qebul edildiyi ücun qadin her šeye dözur. Sizce budur "möhkem esaslar"?

Islamsiz olkelerin en boyuk problemlerinden biri ailelerin daqilmasidir...Qadinlarin aile muhitinden kenar dushmesi,gundelik yemeklerin restoranda yeyilmesi,hetta korpe usaqlarin ushaq emizdirme menteqelerine tehvil verilmesi,valideyinlerle ovladlar arasinda unsiyyetin cuzi shekilde olmasi ailelerin daqilmasinin elametleridir...

Amma islami olkelerde aile temeli mohkemdir...

Link to comment
Share on other sites

yemeyin evde yeyilmesi

qadinlarin aile muhitinden uzaqlasdirilmasi

usaga ana sudunun verilmemesi.

islamda aile anlayisini mudafie etmek ucun istifade etdiyiniz argumentlere bir baxin.. ))))

Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 0 replies
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
      • 6 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
        • Like
      • 6 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 31 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
      • 10 replies
    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
      • 134 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 18 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 9 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...