Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Etnos.


Sunyata

Recommended Posts

img152.jpg

1 avqust 2015-ci ilin məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 632 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

 

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

 

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibət mövcuddur. Bu münasibət qarşılıqlı hörmətə, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanır.
Link to comment
Share on other sites

Böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər hazırda davam etdirilir.

 

Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb.

 

Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması təbii və zəruri prosesdir.

Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Link to comment
Share on other sites

img301.jpg

Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

 

Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.

 

Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilib.

Link to comment
Share on other sites

img286.jpg

Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunub.

 

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləmişdir.

Link to comment
Share on other sites

Təhsil

Milli azlıqların hüquqları ümumi insan hüquqlarının tərkib hissəsi olduğu üçün azlığın hər bir nümayəndəsi şəxsi muxtariyyət hüququna malikdir. Şəxsi muxtariyyət bütün hüquqları, habelə, dövlətin vətəndaşı olan azlıqlar üçün bir çox sosial və mədəni şərtləri əhatə edir. Ana dili azadlığı bütün şəxsi və ictimai həyata təsir edir. Məhz, ana dilində insan özünüdərk hissi qazanır, bu isə cəmiyyətdə adaptasiya üçün vacib şərtlərdən biridir.

Müstəqil Azərbaycan dövləti və onun qurucusu Heydər Əliyev həmişə ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşmış, qayğı göstərmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası həmin qurumun 5 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası" prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür.

Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox ali və orta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır.

Link to comment
Share on other sites

Respublikada yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycanın dövlət dilini bilir, bu dildən etniklərarası ünsiyyət vasitəsi kimi də istifadə olunur.

Azərbaycan Respublikası Konstitusiyanın 45-ci maddəsində "Ana dilindən istifadə hüququ" təsbit olunub. "Ana dili" dedikdə, adətən, valideynlərin və ya onları əvəz edən şəxslərin dili başa düşülür. Bir qayda olaraq insanın ana dili onun mənsub olduğu etnik qrupun dili olur.

Azərbaycan Respublikasının qüvvədə olan “Təhsil haqqında” Qanuna görə, valideynlər və ya onları əvəz edən şəxslər yetkinlik yaşına çatmamış uşaqlar üçün təlim-tərbiyə müəssisəsi, həmçinin, tərbiyəçi və müəllim seçmək hüququna malikdirlər.

Hazırda, Azərbaycanda yaşayan milli azlıqlar öz dillərində məktəblər açır, qəzet, tədris və metodiki vəsaitlər hazırlayıb nəşr etdirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Qanuna əsasən, “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir”; habelə, qeyd edilir ki,

Link to comment
Share on other sites

“Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir”.

 

Azərbaycan dilinin dövlət dili kimi öyrənilməsi bütün Respublika ərazisində eyni dərəcədə həyata keçirilir və bu məsələ ilə bağlı heç bir problem qeydə alınmamışdır. Təhsil müəssisələrində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə həftədə 2-3 saat ayrılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinin tələblərinə görə, irqindən, dilindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilmişdir.

“Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradılmışdır.

Ölkəmizin ümumtəhsil məktəblərində təlim Azərbaycan, rus, gürcü və erməni (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda) dillərində aparılır. Buna müvafiq olaraq, təlim 3 dildə olan məktəblər üçün tədris planları təsdiq edilmişdir. Respublikanın təhsil sistemində fəaliyyət göstərən 1.764 məktəbəqədər təhsil müəssisələrindən 248-də 8.347 uşaq rus dilində, 7-də isə 300-dən çox uşaq gürcü dilində təlim-tərbiyə alır.

Link to comment
Share on other sites

Eyni zamanda, milli azlıqların (avar, kürd, udin, saxur, ivrit, xınalıq və s.) dili ana dili kimi öyrədilən məktəblərin I-IV sinifləri üçün tədris planlarında həmin dillərin tədrisi üçün həftədə 2 saat dərs yükü ayrılmışdır.

Respublikanın 13 rayonunda (Lənkəran, Astara, Balakən, Oğuz, Quba, Qusar, Qəbələ, Zaqatala, İsmayıllı, Lerik, Masallı, Samux və Xaçmaz) yaşayan milli azlıqların uşaqlarının öz ana dilini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Azsaylı xalqların və etnik qrupların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs və metodik vəsaitlərinin, tövsiyələrin və s. hazırlanması və nəşri də daimi diqqət mərkəzindədir.

Respublikanın təhsil sistemində fəaliyyət göstərən 435 məktəbəqədər tərbiyə müəssisəsində 7719 uşağın təlim-tərbiyəsi rus dilində, 320-yə yaxın uşağı əhatə edən 17 müəssisədə gürcü dilində aparılır. Milli azlıqların kompakt şəkildə məskunlaşdıqları bölgələrdə isə məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar öz ana dillərində danışırlar.

 

 
img465.jpg

Eyni zamanda, 3910 nəfər şagird əhatə olunmaqla 16 məktəbdə təlim yalnız rus dilində, 673 şagird əhatə olunmaqla 6 məktəbdə isə gürcü dilində aparılır. Təlim Azərbaycan və rus dillərində aparılan 321 məktəbdə 100089 şagird rus bölməsində, təlim Azərbaycan-gürcü dilində aparılan 3 məktəbdə 359 şagird gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 103 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 337 məktəbində 103999 şagird rus dilində, 10 məktəbində isə 1135 şagird gürcü dilində təhsil alır.

Link to comment
Share on other sites

Bundan başqa, respublikada tədris gürcü dilində aparılan 10 ümumtəhsil məktəbi mövcuddur. Bu məktəblər Qax (7 məktəb), Zaqatala (2 məktəb) və Balakən (1 məktəb) rayonlarında fəaliyyət göstərir.

Azərbaycanın bir sıra bölgələrini təmsil edən ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Təsdiq olunmuş tədris planına görə, bu dillərin hər birinin tədrisinə həftədə 2 saat vaxt ayrılır. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris olunur. Həmin dillərin əhatə dairəsi aşağıdakı kimidir:

 

 
img459.jpg

Ləzgi dili (98 məktəb, 12325 şagird), talış dili (225 məktəb, 19010 şagird), avar dili (22 məktəb, 1489 şagird), saxur dili (5 məktəb 492 şagird), udin dili (3 məktəb 183 şagird), kürd dili (2 məktəb 42 şagird), xınalıq dili (1 məktəb 109 şagird), ivrit dili (1 məktəb 74 şagird).

 

Beləliklə, respublika üzrə 357 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 33719 şagird öz ana dilini öyrənir.

Respublikanın ümumtəhsil müəssisələrində oxuyan azsaylı xalqların uşaqları və onlara dərs deyən müəllimlər müxtəlif müsabiqələrdə, yarışlarda iştirak edirlər. Son 8 ildə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində azsaylı xalqlardan olan müəllimlər də iştirak edib müsabiqə qalibi olmuşlar. Həmin dövr ərzində 12 nəfər avar, 7 nəfər talış, 5 nəfər ləzgi millətindən olan müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşlar.

Link to comment
Share on other sites

Bakı Slavyan Universitetinin nəzdində Ukrayna dili öyrədilən Bazar günü məktəbi, Qafqaz xalqlarının dilləri və mədəniyyəti cəmiyyəti fəaliyyət göstərir.

Bakının 46 nömrəli məktəbində 10 ilə yaxındır ki, ivrit dili tədris olunur. Artıq bir neçə ildir ki, yəhudi dili, tarixi və mədəniyyəti öyrədilən özəl orta məktəb fəaliyyətə başlamışdır.

 

 
img460.jpg

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilən “Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir” müddəasının tələblərini həyata keçirmək baxımından milli azlıqlara mənsub olan əhalinin uşaqlarının təlim dili seçmələri üçün yaşadıqları rayonların ümumtəhsil məktəblərində təşkil olunmuş 595 hazırlıq sinfində 8539 şagird məşğul olur. Ölkəmizdə milli azlıqlara humanist münasibətin nəticəsidir ki, öz dilində danışan yeganə yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kənd şagirdlərinin öz dillərini öyrənmələri diqqətdən kənarda qalmamış, 7 ibtidai sinifdə 104 şagirdə xınalıq dilində dərs keçilir.

 

Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq, təhsillərini Azərbaycan, gürcü və rus dillərində alırlar.

Link to comment
Share on other sites

img460.jpg

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilən “Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir” müddəasının tələblərini həyata keçirmək baxımından milli azlıqlara mənsub olan əhalinin uşaqlarının təlim dili seçmələri üçün yaşadıqları rayonların ümumtəhsil məktəblərində təşkil olunmuş 595 hazırlıq sinfində 8539 şagird məşğul olur. Ölkəmizdə milli azlıqlara humanist münasibətin nəticəsidir ki, öz dilində danışan yeganə yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kənd şagirdlərinin öz dillərini öyrənmələri diqqətdən kənarda qalmamış, 7 ibtidai sinifdə 104 şagirdə xınalıq dilində dərs keçilir.

 

Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq, təhsillərini Azərbaycan, gürcü və rus dillərində alırlar.

Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqlarına öz ana dillərini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılmışdır. Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 98 məktəbində 12325 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 225 məktəbində 19010 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonlarının 34 məktəbində 2384 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini, əsasən, ibtidai siniflərdə öyrənirlər.

Hazırda respublikanın 357 məktəbində azsaylı xalq və etnik qrupları təmsil edən 34 min məktəbli öz ana dillərində təhsil alırlar.

 

 

 
img461.jpg

Orta ixtisas təhsili sahəsində azsaylı xalqların təhsilinin təşkili üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahədə görülən işlər, əsasən, milli azlıqlardan olan gənclərin öz ana dillərində tədrisin təşkili, onların cəm halda yaşadıqları regionlarda orta ixtisas təhsili müəssisələrinin struktur bölmələrinin yaradılması və sair formalarda həyata keçirilən tədbirlərdən ibarət olmuşdur.

Link to comment
Share on other sites

img462.jpg

Milli azlıqların kompakt məskunlaşdığı Qusar, Xaçmaz, Quba, Qax, Balakən, Zaqatala, Qəbələ, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının ilk peşə ixtisas təhsili müəssisəsində 2014-cü il vəziyyətinə görə 2820 nəfər şagird təhsilə cəlb olunmuşdur ki, bu da həmin qəbildən olan uşaqların ilk peşə ixtisas təhsili almalarında mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycanda milli azlıqların orta ixtisas təhsili ilə əhatə olunması üçün respublikanın cənub və şimal bölgələrində 4 orta ixtisas təhsili müəssisəsi – Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji, Zaqatala İdarəetmə və Texnologiya, Quba Dövlət Sosial İqtisad kollecləri fəaliyyət göstərir. Bu müəssisələrdə, əsasən, pedaqoji, incəsənət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, rabitə və nəqliyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

 

 
img466.jpg

2011-ci ilədək fəaliyyət göstərmiş Azərbaycan Dövlət Pedaqoji Kollecinin Qusar filialı, Bakı Sənaye Pedaqoji və Bakı Qida Sənayesi kolleclərinin Balakən və Qəbələ rayonlarındakı şöbələri milli azlıqlara mənsub vətəndaşların pedaqoji və digər yönümlü ixtisaslar üzrə mütəxəssis kimi yetişməsində əhəmiyyətli rol oynamışdır. 

 

Azərbaycan 

Link to comment
Share on other sites

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyun 2014-cü il tarixli qərarı ilə Masallı Dövlət Regional Kolleci yaradılmış, müvafiq tədris plan və proqramları əsasında həmin kollecdə aqronomluq, baytarlıq, meşə və meşə park təsərrüfatı, turizm və s. sahələr üzrə kadr hazırlığına başlanılmışdır.

2008-ci ildən 2014-cü ilədək olan müddətdə tədris rus dilində aparılan ümumtəhsil məktəblərinin yeni proqramlarla (kurikulumlarla) işləyən I-VII sinifləri üçün 187 adda orijinal və tərcümə dərslik, müəllim üçün metodik vəsait, VIII-XI siniflər üçün isə 71 adda dərslik nəşr olunmuşdur.

2006-cı ildən milli azlıqların nümayəndələrinin təhsil aldığı ümumtəhsil məktəblərinin I siniflərində prof. Yəhya Kərimovun müəllifi olduğu “Dilimizi öyrənək” adlı dərslik istifadə olunur. 

2014-cü ildə tədris gürcü dilində aparılan ümumtəhsil məktəblərinin I, II, III sinifləri üçün “Riyaziyyat”, “Həyat bilgisi”, “İnformatika”, “Musiqi” və “Təsviri incəsənət” dərslikləri mütəxəssislər tərəfindən tərcümə edilərək çapa təqdim edilmişdir.

2010-2014-cü illərdə udin dili tədris olunan ümumtəhsil məktəblərinin II, III, IV siniflər üçün “Udin dili” dərsliyi hazırlanmışdır.

Link to comment
Share on other sites

Milli azlıqların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs vəsaitlərinin, məktəbli lüğətlərinin, didaktik materialların, metodik vəsaitlərin, tövsiyələrin və s. hazırlanması və nəşrinə xüsusi diqqət yetirilmişdir. Bu mühüm problemin həyata keçirilməsi üçün 1989-cu ilin oktyabr ayında nazirlikdə "Azsaylı xalqların dillərinin tədrisi metodikası" şöbəsi yaradılmışdır.

Ölkəmizdə yaşayan azsaylı xalqların dillərinin ümumtəhsil məktəblərində tədrisi ilə bağlı son illərdə talış, ləzgi, kürd, saxur, tat, xınalıq və udin dilləri üzrə ibtidai siniflər üçün tədris proqramları və 15 adda dərslik və dərs vəsaitləri hazırlanaraq nəşr edilmiş və tədris müəssisələrinə çatdırılmışdır. Tədris planında həmin dillərin I-IV siniflərdə öyrədilməsinə həftədə iki saat vaxt ayrılmışdır.

Ləzgi, talış, tat, udin, kürd, saxur və xınalıq dillərində (1-ci sinif) "Əlifba", "Ləzgi dili" I, III, IV sinif, "Udin dili" III, IV sinif, "Talış dili" III, IV sinif, "Tat dili" III, IV sinif dərslikləri nəşr edilib məktəblərə çatdırılmışdır. Azsaylı xalqların dillərinin tədrisi ilə bağlı, həmin xalqların məskunlaşdıqları regionların xüsusiyyətləri nəzərə almaqla, I-IV siniflər üçün Ana dili ("Doğma dil") proqramları hazırlanmış və nəşr edilərək ünvanlarına göndərilmişdir.

Milli azlıqların dillərinin tədrisinə kömək məqsədi ilə “Talış dilinin tədrisinə dair”, “Talışca-azərbaycanca məktəbli lüğəti” nəşr olunmuşdur. “Ləzgicə-azərbaycanca-rusca lüğət” və “Tat dilində “Əlifba” dərsliyinə dair metodik rəhbərlik” adlı kitablar istifadəçilərin ixtiyarına verilmişdir. Bütün bu proqram, dərslik və metodik vəsaitlər Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “Azərbaycan dili” bölməsinin “Azsaylı xalqların dilləri” yarım bölməsində müzakirə edilərək təsdiq olunmuş və nəşrə tövsiyə edilmişdir.

Təlim gürcü dilində olan məktəblərin şagirdləri üçün “Azərbaycan dili” (X və XI siniflər) dərsliyi, “Gürcücə-azərbaycanca-rusca lüğət” nəşr edilərək şagird və müəllimlərə çatdırılmışdır.

Link to comment
Share on other sites

Avropa Şurası Parlament Assambleyasının 1992-ci il noyabrın 5-də Strasburq şəhərində qəbul etdiyi "Regional dillər və azlıqların dilləri haqqında" Konvensiyanın preambula hissəsində bildirilir ki, Avropa Şurasına üzv dövlətlər bu xartiyanı imzalamaqla üzv dövlətlər arasında daha sıx əlaqənin yaradılması və prinsiplərin qorunmasını ümumi nailiyyətləri hesab etməlidirlər.

Azərbaycan təhsil sisteminin beynəlxalq, o cümlədən, Avropa təhsil məkanına inteqrasiyası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində mümkündür. Bununla əlaqədar, Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də, məhz, beynəlxalq təşkilatlarla əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Bu əlaqələr içərisində Avropa Şurası ilə əməkdaşlığın inkişafı, həmin təşkilat tərəfindən həyata keçirilən beynəlxalq və regional təhsil proqramlarında iştirak xüsusi yer tutur.

Avropa Şurası ölkəmizdə təhsil sahəsində aparılan islahatlara ekspert yardımı göstərən ən fəal beynəlxalq tərəfdaşlardan biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa Şurası arasında təhsil sahəsində səmərəli əməkdaşlıq Azərbaycanın Avropa Şurasına rəsmi daxil olmasından xeyli əvvəl yaranmışdır. Avropa Şurasının himayəsi altında ilk birgə layihələr 1996-cı ildən həyata keçirilməyə başlanılmışdır.

2002-ci ildən "Demokratik vətəndaşlıq üzrə təhsil" layihəsi həyata keçirilməyə başlanmışdır. Avropa Şurası və Təhsil Nazirliyi 2003-cü ildən "Təhsil siyasəti və milli azlıqlar" layihəsini birgə həyata keçirir. Layihənin əsas məqsədi iştirakçı ölkələrə milli azlıqların təhsili ilə bağlı qanunvericilik sənədlərinin hazırlanmasında yardım göstərilməsi və milli azlıqların təhsil siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir. Bu layihənin səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan-Avropa Şurası birgə İşçi Qrupu yaradılmışdır.

Link to comment
Share on other sites

2005-ci ildə "Azərbaycanda milli azlıqlar üzrə təhsil siyasəti" mövzusunda Avropa Şurası və Azərbaycanın birgə yekun hesabatı dərc olunmuşdur. Hesabatda Azərbaycanda milli azlıqlara öz dillərində təhsil almaları üçün bütün lazımi şəraitin yaradılması xüsusi qeyd edilmişdir. Eyni zamanda, milli azlıqların təhsili sahəsində siyasətinin təkmilləşdirilməsi məqsədilə hesabata konkret tövsiyələr daxil olunmuşdur. Layihə 2007-ci ildə başa çatmış, 150 nəfər müəllim və təhsil işçisi təlim seminarlarında iştirak etmişdir.

Avropa Şurası ilə Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə Əməkdaşlıq proqramı çərçivəsində layihə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycanın təhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə kurikulumların və müəllimlər üçün tədris vəsaitinin hazırlanması olmuşdur.

 

Layihə çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyəti 2008-ci ilin 18-19 fevral tarixlərində Strasburqda keçirilmiş Regional Konfransda iştirak etmişdir. Konfransda layihənin İşçi Proqramı qəbul edilmiş, eyni zamanda, qərara alınmışdır ki, ilkin mərhələdə layihənin mahiyyətinin təhsil işçilərinə və ictimaiyyətə çatdırılması məqsədilə region ölkələrində Avropa Şurası ekspertlərinin iştirakı ilə milli konfranslar keçirilsin və müəllimlər üçün treninqlər təşkil edilsin. İşçi Proqrama uyğun olaraq, Azərbaycanda milli konfrans 2008-ci ilin 24-25 aprel tarixlərində Bakıda keçirilmişdir. Konfransda Avropa Şurasının 5 eksperti, Azərbaycanın dövlət qurumları, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat və müəllimləri təkmilləşdirmə institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Link to comment
Share on other sites

Media

 

Bu layihə çərçivəsində 2008-ci ilin 19-20 iyun tarixlərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri üçün mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı mövzuların tədrisinə həsr olunmuş treninqlər keçirilmişdir. Layihə çərçivəsində 240 nəfər müəllim, metodist, məktəb rəhbəri treninqlərdə iştirak etmişdir.

 

2010-cu il iyulun 22-23-də ATƏT-in Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Katibliyində milli azlıqların təhsil problemlərinə həsr olunan konfrans keçirilmişdir. ATƏT-ə üzv olan 56 dövlətin təmsilçilərinin iştirak etdiyi həmin tədbirdə ölkəmizi təhsil nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Üzv dövlətlərdə milli azlıqların təhsili, dərsliklərlə təminatı, ali məktəblərə qəbulun vəziyyəti və digər məsələlər konfransda əsas müzakirə mövzuları olmuşdur. Konfransda Azərbaycanda milli azlıqların təhsil məsələləri ilə bağlı görülən işlər təqdir edilmiş və bu sahədə bütün öhdəliklərin yerinə yetirildiyi vurğulanmışdır.

 

Milli azlıqların təhsil problemləri Heydər Əliyev Fondunun da diqqət mərkəzindədir. 2006-cı ildə Heydər Əliyev Fondu "Təhsilə dəstək" layihəsi çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin 1-2-ci sinif şagirdlərinə gürcü dilində nəşr edilən yeni dərsliklər və məktəb ləvazimatı paylayıb. Fondun bu cür təşəbbüsləri növbəti illərdə daha geniş miqyas alıb.

Qeyd edildiyi kimi, bu gün Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüququ, o cümlədən də milli azlıqların təhsil hüququ qorunur. Milli azlıqların dilinin, mədəniyyətinin, təhsilinin inkişafı üçün dövlətin müəyyən etdiyi strategiya uğurla həyata keçirilir. 

Link to comment
Share on other sites

“Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir”.

 

Azərbaycan dilinin dövlət dili kimi öyrənilməsi bütün Respublika ərazisində eyni dərəcədə həyata keçirilir və bu məsələ ilə bağlı heç bir problem qeydə alınmamışdır. Təhsil müəssisələrində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə həftədə 2-3 saat ayrılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinin tələblərinə görə, irqindən, dilindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilmişdir.

“Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradılmışdır.

Ölkəmizin ümumtəhsil məktəblərində təlim Azərbaycan, rus, gürcü və erməni (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda) dillərində aparılır. Buna müvafiq olaraq, təlim 3 dildə olan məktəblər üçün tədris planları təsdiq edilmişdir. Respublikanın təhsil sistemində fəaliyyət göstərən 1.764 məktəbəqədər təhsil müəssisələrindən 248-də 8.347 uşaq rus dilində, 7-də isə 300-dən çox uşaq gürcü dilində təlim-tərbiyə alır.

Link to comment
Share on other sites

"Araz" radiosunun dalğalarında müxtəlif dillərdə sistematik olaraq yeniliklər verirlər. Belə ki, rus dilində hər gün, gürcü dilində həftənin 2, 4 və 6-cı günləri, kürd dilində 2-ci və 4-cü günlər, talış dilində 2-ci və 4-cü günlər, erməni dilində 1-ci və 6-cı günlər verilişlər efirə gedir.

Milli azlıqların yayım vasitələrindən istifadə hüquqları istər beynəlxalq sənədlərdə, istərsə də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən telekompaniyaların (əsasən, dövlət və ictimai) fəaliyyət proqramlarında geniş əks olunur.

Azərbaycan dövləti milli azlıqlara azad mətbuat yaratmaqda heç bir maneə yaratmır. Birbaşa dövlət orqanı olan rəsmi qəzetlərdə milli azlıqların məişəti, adət-ənənələri haqqında materiallar çap olunur.

Televiziya və radio yayımında müxtəlif dillərin istifadəsini və yaxud cəmiyyətin, habelə, onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, dolğun məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları yayımlamasına şərait yaratmaq məqsədi ilə 28 sentyabr 2004-cü il tarixində "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Həmin Qanunun 12.3-cü və 13.2-ci maddələrinə əsasən, ictimai yayım proqramlarına Azərbaycan Respublikası ərazisində yaşayan milli azlıqların dillərində verilişlər də daxil edilir. Proqramlar milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.

"Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun 10-cu maddəsinə əsasən, milli, irqi, sosial ədavəti, yaxud, dözülməzliyi təbliğ etmək məqsədilə KİV-dən istifadəyə yol verilmir.

"İctimai televiziya və radio yayımı haqqında" Qanunun 7.0.7-ci maddəsinə uyğun olaraq, dini və irqi ayrı-seçkiliyi təbliğ edən proqramların yayımlanmaması ictimai yayımçının vəzifəsi kimi müəyyən olunmuşdur.

"Televiziya və radio yayımı haqqında" Qanunun 11.5-ci maddəsinə müvafiq olaraq, teleradio yayımı sahəsində Milli Televiziya və Radio Yayımları Şurası belə təbliğatın yol verilməməsinə nəzarət edir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 75 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 43 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
        • Like
      • 116 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Red Heart
      • 11 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...