Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Soyqirimi” Taniyan Dövlətlərin Soyqirimli Tarixi


Recommended Posts

“SOYQIRIMI” TANIYAN DÖVLƏTLƏRIN SOYQIRIMLI TARIXI
 
 
1429932080_1111.jpg

24 apreldə saxta erməni iddialarına dəstək verən dövlətlərin tarixi gerçək genosid cinayətləri ilə zəngindir...
24 aprel ərəfəsi dünyanın bir sıra nüfuzlu dövlətləri və qurumları 1915-ci il olaylarını “soyqırımı” kimi tanıdılar. Roma Papası, daha sonra Avropa Parlamenti, Avstriya, dünən isə Almaniya 100 il əvvəl Osmanlı dövləti ərazisində baş verən hadisələri “erməni soyqırımı” kimi qeyd etdilər. 

Əlbəttə, ədalətsiz qərardır və tarix, fakt və sübutlar 100 il əvvəl məqsədli bir soyqırımı baş vermədiyini, Osmanlı dövlətinin sadəcə, müharibə dövründə döyüşən orduya problem yaradan, məqsədli çaxnaşmalar təşkil edən əhalinin köçürlməsini həyata keçirib. Bu isə heç bir halda “soyqırımı” hesab edilə bilməz.

Bu mübahisəli tarixi ermənilərin təkidi və məqsədli lobbi fəaliyyətləri, o cümlədən öz dövlət maraqları naminə “soyqırımı” kimi tanıyan ölkələrin sayı az deyil. Son olaraq Almaniya və Avstriyadan başqa əvvəlki illərdə bir sıra nüfuzlu dünya dövlətləri bu təqvimi “soyqırımı” adlandırıb. O cümlədən, İsveç parlamenti - 12 mart 2010-cu ildə səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruqvay - 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib. 

Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsassız “soyqırımı” tanıyan ştatlar bunlardır: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.
Argentina - “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya - əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.

Kanada - 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan - Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika - 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.

İtaliya - 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa - 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. 

İsveçrə - “soyqırımı” iddialarını 2003-cü, Slovakiya və Hollandiya - 2004-cü, Polşa, Almaniya, Venesuela, Litva 2005-ci ildə qəbul edib. Çili isə 2007-ci ildə saxta erməni iddialarını qanuniləşdirib. Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya - 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Bundan başqa, BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası “erməni soyqırımı” iddialarını təsdiqləyən qərarlara imza atıblar.

Əlbəttə, yuxarıda bu mövzunun mübahisəli olduğu, alimlər tərəfindən sübuta yetirilmədiyi, arxivlərdəki materiallara zidd olduğunu qeyd etdik. Ancaq aydın məsələdir ki, bir sıra dövlətlər bu qərarı “tarixi həqiqətin təsdiqi” olaraq deyil, Türkiyəyə təzyiq vasitəsi, məhz Türkiyə hesabına erməniləri müdafiə etmək, onlara üstün haqq tanımaq məqsədilə qəbul edib. Yəni bu qərarların bir çoxunun arxasında siyasi maraqlar dayanır. 

Lakin eyni zamanda bir həqiqət də var. Saxta soyqırımı iddialarını təsdiq edən ölkələrin özlərinin tarixində sübuta yetirilmiş, tarixi sənədlərlə təsdiqini tapmış soyqırımı və kütləvi qırğın hadisələri olub. 

Məsələn, “soyqırımı” iddiaları ilə bağlı ermənilərin ən yaxın dəstəkçisi və aprelin 24-də İrəvanda prezident səviyyəsində təmsil olunan Fransa dövləti çox da uzaq olmayan keçmişdə, 20-ci əsrin ortalarında Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirib. Afrikanın demək olar ki, yarısını 19-cu əsrdə işğal edən fransızlar müqavimət göstərən 10 minlərlə yerli insan öldürüblər. Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, o cümlədən Suriya, Livan və nəhayət, ən dəhşətli və sübut olunmuş qətliamların törədildiyi Əlcəzair. 

Fransa ordusu Əlcəzairi 19-cu əsrin əvvəlində işğal edib. Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, 132 il Fransanın işğalı altında olub. Bu ölkədə bir neçə dəfə baş verən xalq üsyanları hər dəfə güclü ordu və texnikaya sahib Fransa qüvvələri tərəfindən amansızlıqla yatırılıb. 1954-cü ilin noyabrından 1962-ci ilin martına qədər davam edən milli azadlıq savaşı zamanı bütün mütərəqqi dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Bu, təxminən hər gün 550 nəfərdən çox insanın öldürülməsi deməkdir. Fransanın ilk nüvə silahı sınaqları da (!) məhz Əlcəzairdə keçirilib.

Almaniya, Rusiya kimi ölkələrin 20-ci əsrdə törətdiyi insan ölümləri barədə xüsusi qrafa açmağa ehtiyac yoxdur. Hər iki dünya müharibəsi və aralıq dövrlərdə, eləcə də daxildə baş verən kütləvi sürgünlər zamanı milyonlarla insan öldürülüb və ya köçürülmə nəticəsində faktiki olaraq ölümə buraxılıb. 

Aprelin 24-də İrəvana səfər edənlər arasında Serbiya prezidenti də olub. Tomislav Nikoliçin həmvətənləri olan Serbiya və Bosnya serbləri 1992-95-ci illərdə Bosniyada soyqırımı törədib və beynəlxalq insan haqları təşkilatları tərəfindən soyqırımı kimi qəbul olunan bu hadisələr nəticəsində yalnız Serebrinitsa şəhərində 15 mindən artıq dinc, günahsız insan yalnız müsəlman olduğu üçün qətlə yetirilib.

2000-ci ildə “erməni soyqırımı”nı tanıyan İtaliya dövləti 19-cu əsrin sonundan 20-ci əsrin ortalarına qədər Şimali Afrikada on minlərlə dinc insana qarşı qətliam törədib. Liviya, Efiopiya kimi ölkələri işğal edən italyan ordusu müqavimət göstərən, etiraz edən bütün insanları məhv edib. 1935-ci ildə Həbəşistana hərbi yürüş edən İtaliya ordusu bu ölkəni 1 ilə tamamilə işğal edir.

1998-ci ildə saxta erməni iddialarını “soyqırımı” kimi tanıyan Belçika dövlətinin “ayağında” yüz minlərlə Afrikanın məhv edilmiş həyatı yazılıb. Afrika Konqosunda milyonlarla insan Belçika Krallığı üçün kauçuk meyvəsi toplanmasına cəlb olunub və bu dövrdə kauçuk toplaya bilməyən və ya imtina edən yüz minlərlə (bəzi rəqəmlərə görə 10 milyon) insan öldürülüb. 
“Erməni soyqırımı” iddialarını iki dəfə - 2000 və 2015-ci ildə - tanıyan Vatikan isə 1095-ci ildə etdiyi çağırışla başlatdığı səlib yürüşləri zamanı Yaxın Şərqdə yüz minlərlə insanın öldürülməsinin fətvasını verib. 

Yuxarıda sadalanan ermənilərin saxta iddialarını rəsmiləşdirən dövlətlərin tarixində yer almış soyqırımı və kütləvi qətllərin ən qabarıq və yaddaqalan detallarıdır. Tarix günahsız insan qətliamları ilə “zəngindir”. Dünya isə ədalətli deyil...

http://azerinews.tv/index.php?newsid=17819

 

Link to comment
Share on other sites

“İsrail ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri Xolokost faciəsi ilə müqayisə etmək cəhdlərini qəbul etmir”. Virtualaz.org saytının xüsusi müxbiri Təl-Əvivdən xəbər verir ki, bu bəyanatla bu gün keçirdiyi mətbuat konfransında İsrailin xarici işlər naziri Aviqdor Liberman çıxış edib.

A.Liberman bir çox jurnalistlərin İsrailin “erməni soyqırımı”nı indiyədək nəyə görə tanımaması və İrəvana nədən “sanballı bir nümayəndə heyəti göndərməməsi” ilə bağlı əsəbi suallarını da cavablandırıb. Nazir həmin suallara belə sərt cavab verib:

“Şəxsən mən “erməni soyqırımı” termininin özünü də qəbul etmirəm. Çünki bu söz məndə dərhal Xolokost assosiasiyası yaradır. Halbuki, II Dünya müharibəsi illərində yəhudilərin kütləvi şəkildə məhv edilməsi kimi bir hadisə bəşəriyyət tarixində heç vaxt olmayıb və ümid edirəm ki, bundan sonra da heç vaxt olmayacaq. Məncə, hər bir israilli siyasətçi belə mövqedən çıxış etməlidir. Digər tərəfdən, İsrail nə 1915-ci il hadisələrini, nə də hər hansı digər faciəni, - tarixdə isə belə faciələr çox olub, - genosid kimi tanımamalıdır. Prezident Rivlini İrəvana - bu hadisələrin anım mərasiminə getmədiyinə görə qınayanları da başa düşə, onlara haqq qazandıra bilmirəm. ABŞ prezidenti Barak Obama da Ermənistana getmədi. Yəni amerikalılarla bizim mövqeyimiz üst-üstə düşdü”.

 

Bu "muselman" Iran, bu da yehudi Israil...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 16 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 33 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 80 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 113 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...