Jump to content

Vuqar Rehimov

Members
  • Posts

    3,160
  • Joined

  • Last visited

Posts posted by Vuqar Rehimov

  1. 20 часов назад, plotophyte сказал:

    Əslində həyatda məna axtarmaq cox mənasız və faydasız işdir. Əsas sual odur ki, təbiətdə bu qədər coxsaylı canlıların əhatəsində heyvanların və digərlərinin nəyə görə insan kimi ali şüuru yoxdur. Necə olub ki, insan təbiəti üstələyib və yüksək şüurla görmədiklərini belə dərk edə bilir. Hansı səbəbdən canlıların hamısının təbiətin ekosistemində öz təbii yeri var insan isə sanki bu təbiətdə artıq ziyanverici elementdir. Ağlı olmadan heç hava temperaturuna belə davam gətirməz.  Bütün bunlarda səbəb axtarmaq lazımdır. Bu ona dəlalət edir ki, insan təbiətin bir hissəsi deyil, baxmayaraq ki, təbiətin qanunlarına tabedir və ona adaptasiya olunub.

    Plotophyte  görürsən özündə o nəticəni çıxartmısanki  insan şüuruna görə təbiətin bir hissəsi deyil.Şüurumuz dərk eliyirki bədənimiz bu təbiətdə çox acizdir.Günü gündən qocalıb zəifləyir və bir gündə digər canlılar kimi ölüb torpağa qarışacaq.Şüur nə qədər istəsədəki bu təbiətdə əbədi yaşasın mümkün deyil.Çünki bədən bu təbiətin qanunlarına tabedir.Şüurun möcüzəsi odur ki, müvəqqəti bədəndə əbədi yaşamağın mümkünlüyünü düşünə bilir.Ölüm ayağında can verən insan iradəsi ilə nə qədər özünü bu həyatda saxlamağa çalışsada bədənin ölmək qanununa qalib gələ bilmir.Ölümdən sonra isə şüurun bədənsiz mövcud olub olmadığını isə heç kim bilmir.Şüurun əsas möcüzəsidə odur ki inkişaf eliyə bilir.Bədən günü gündən qocalsada inkişaf etmək istəyən şüur inkişaf edərək günü-gündən şüurluluq səviyyəsini artırır.Inkişaf edərək elə şeyləri dərk eliyir və məəttəl qalır ki  bu necə ola bilər ki  mən digər canlılar heyvanlar kimi sonda ölmək aqibətinə tuş gələcəm.Mənim bu qüdrətli şüurum nə eləsədə bu aqibətdən yaxa qurtara bilməyəcək.Təbiət bu nə zarafatdı mənimlə eliyir?Mənə heyvan bədəninin içində şüur kimi bir qüdrət verir sonra isə ölüm qarşısında bu qüdrətimin acizliyini göstərir?

    • Upvote 1
  2. Bu heyatin  bir esas qanunu var. Islemek,islemek yenede islemek.Etrafa bir nezer salin.Her sey hereketdedir.Her sey oz isindedir.Gunes seher cixir axsam batir.Eyni seyi tekrar edir.Hec hevesden dusmur.(obrazli desek) .Serceye fikir verin.Yem tapmaq ucun eziyyet cekib qanad calib ucmalidir.Her gunde eyni seyi tekrar ederek.Hereketsiz,ishsiz hec bir sey yoxdur.Kainat ozu movcudlugunu saxlamaq ucun daima heteketdedir.Allah,kainat,tebiet  yaxshi hisleri anlari lezzetleri insana havayi vermir.Senden daima islemek ve inkisaf etmek teleb edir.Mesuliyyetli,meqsedli ve neticesi seni novbeti inkisaf seviyyesine aparan  ishle,fealiyyetle mesgul olmalisanki heyatda gozel anlar yasayasan ve depresiyadan uzaq olasan. Is insanin covheridir.

    • Upvote 1
  3. İnsan pul xatirinə sevmədiyi bir peşə ilə məşğul ola bilər.Bu ləyaqətsizlik demək deyil.Əgər öz işində rüşvət alarsa,oğurluq edərsə  və s  bax onda bunu fahişəliklə müqayisə etmək olar.

    Meditasiya barəsindəki fikirlə razıyam.İnsan gördüyü işdən həzz almağı bacarmalıdır.Tutaq ki, lap sevmədiyin bir işi görmək kimi öhdəliyin varsa bu işi zarıya-zarıya görməknən özünə zülm etmiş olursan.Həyata bir dəfə gəlmisən.Elə yaşaki dünyanı elə tanıki və özünü elə möhkəmlət elə öyrət ki, heç bir iş heç bir hadisə ruh halıvı korlamasın.

    • Upvote 1
  4. Həyat və hislər haqqında düşünürəm.

    Həyat yaşamaq deməkdir.Yaşamaq üçün həyatda amansız mübarizə gedir.Həyat öz sirlərini bizə hislər vasitəsilə bildirir.Hər bir insan ən yaxşı ən ali hisləri duymaq və yaşamaq istiyir.Ancaq həyat bu xoş hisləri insana havayı vermir.Səndən fəallıq və mübarizə tələb edir.Həyat qorxaqları,tənbəlləri,zəifləri sevmir.Ona görədə onları pis,acı hislərlə cəzalandırır.

    İnsanın əsas mahiyyəti fəallıqdır.Yatdın deməli batdın.Fəal olun.Maneələri dəf edin.Hər maneəni dəf etdikcə həyat sizi mükafatlandıracaq.Xarakterinizdə müsbət keyfiyyət yaradacaq.Hər yeni yaranan müsbət keyfiyyət isə yeni hislər deməkdir.Bu isə həyatdan ləzzət almaq deməkdir.

    • Upvote 2
  5. Ağıl,vicdan,nəfs və iradə barəsində düşünürəm. 

    Nəfsim nəyisə istiyir.Ağlım mənə nəticəni bildirir.Vicdanım mənə bunun doğru və ya yanlış olduğunu deyir. İradəm isə seçim edir.Dədə babadan belə tərbiyə almışıq ki, vicdanın səsinə qulaq asan  əsl şəxsiyyətdir.Saflıqdır.Vicdan insanı iki üzlü olmaga özünü aldatmaga qoymur.Görəsən bir toplum olaraq vicdanımızın səsinə qulaq asmaga nə qədər gücümüz çatır? Çox bilməknən, çox oxumaqnan deyil iradəmizin qüdrəti nədirsə biz elə oyuq.

    • Upvote 5
  6. Yumurta məsəlində mən cavabı intuitiv məntiqlə tapmışdım(tənlik,düstut filan bilmirəm)Eşitmişdim ki,3 məchullu sistem tənliyidir.

    Beynimdə gedən prosesi bura yaza bilərəm..

    500-zü  100 hissəyə bölürəm.3növ hissə olmalıdır.Deməli hər hissənin öz payı var.İntuitiv olaraq ağlıma gəldi ki,10-ın payı çox olacaq .Bir iki versiyadan sonra tapdım ki, 500-ün içində 390(yəni 39 dənə 10)sonra60(yəni 60 dənə bir) və nəhayət bir dənədə 50 var.

  7. Bir sualda mən verim.(bilmirəm day burda yazıblar ya yox)

    3 növ yumurta var.Qaz ,ördək və toyuq yumurtası.Qaz yumurtası 50 qəpik,ördək yumurtası 10 qəpik,toyuq yumurtası isə 1qəpikdir.Beş manat pulun var.100 dənə yumurta almalısan.Sual olunur ki,neçə dənə qaz neçə dənə ördək neçə dənə toyuq yumurtası almalısan ki,ümumi say 100 dənə olsun xərclənən pulda 5manat olsun.

    • Upvote 2
  8. Mövzu sahibi mövzusunun sonunda az yaşlılarıda məsələyə qatması hamını çaş-baş qoydu.

    Əvvəlini yaxşı başlamışdı.Amma sonunu oxuyanda əvvəlinidə düz başa düşdüyünə şübhə eliyirsən.

    Müzakirədə iştirak eləmir.Filirlərinə aydınlıq gətirərdi.

    • Upvote 4
  9. Məncə heç nəyi dəyişmək lazım deyil. Qoyun hər şey necə var elədə qalsın.)) 13 yaşından seksə başlasaq bunun axırının  nəynən nəticələnəcəyini bilmək olmaz. Qorxulu eksperimentdir. Buna uyğun əxlaq modeli necə olacaq ?

    13 Yaşlı qız uşagı ana acmışam yemək ver .Ye doyunca mənim balam(tələbatın bir növü. öyrəşdiyimiz əxlaq)

    13 yaşlı qızından  ana soruşur. Qızım hara gedirsən? Ana sinif yoldaşımla sevişməyə gedirəm. Hə get mənim ağıllı balam.Doyunca sevişin.Qoruyucunu götürməyi yaddan çıxartma.(yeni əxlaq modeli)Bütün bunlar hüquqi cəhətdən necə tənzimlənəcək hələ onu bilmirəm.Yəqin konustitusiyadada qeyd olunacaq ki, hər bir kəsin cinsi yetişkənlik dövründən başlayaraq tələbatını ödəmək haqqı var.


     

    Bədəncə heyvanıq .Bununla razıyam. Amma insan kimi bu tərəfimizi çox şişirtmək düzgün deyil. İnsan olmaq istəyiriksə heyvan tərəfimizi əhilləşdirməliyik. Bədən çox şey istəyə bilər.Onu pəhrizə öyrəşdirmək lazımdır.

    Oruc tutan insan tələbatın əksinə getmiş olur. Nə olur xəstələnmir ki?


     


     

    • Upvote 4
  10. Bir Xalq olaraq xoşbəxtik yoxsa bədbəxt?

    Bu asılıdır bizim ruh halımızdan. Ruh halımız nə vəziyyətdədirsə biz elə oyuq. Dünya səviyyəsində elə uğurlara imza atmalıyıq ki, qəlbimiz fəxarət hissi ilə dolsun.Dünya bizdən danışsın bizdə qürrələnək. Telman İsmayılovdan danışan kimi yox haa...(Azərbaycanlı biznesmen dikiy denqilərin şotuna kayfuyet)Axırdada torbasını tikdilər.

    Futbolda milli yığmamız avropa çempionu olsun. Gəc Rejisorumuzun kiçik büdcə ilə çəkdiyi film 7 oskar mükafatı qazansın.Dünyada ilin filmi seçilsin. Alimlərimiz elmi ixtiralarına görə nobel mükafatı alsın. Şoubiznes əhli pulu xaricdən qazansın daxildəki toy bazarından  yox.Yazıçılarımızın kitabları dünyada ilk onluğa düşsün.və.s...və.s...(fikir verməyin xəyalpərəstəm)

    Belə uğurlar nə qədər çox olsa Ruh halımızı yüksəltdiyi üçün yediyimiz şor çörək bal dadar.Xalqın xoşbəxtliyi bu deyilmi?
     

  11. Müəyyən sual gedişindən sonra sual çıxartmağın özü mənasızdır. Misal üçün dünyanı hər şeyi Allah yaradıb. Niyə yaradıb? Allah niyə var? Allahın var olmasının mənası nədir? (mənanın özüdür)  Eləcədə həmin qayda ilə özümüzə sual verək mən varam. Mən niyə varam? Amma fakt varamda . Özüdə yemək yeyən,gülü iyləyən an düşünmürəm ki, bunun mənası nədir.Çünki həmin an ,bir mövcudat kimi yaşayan zaman elə mənanın özüyəm.
     

    • Upvote 1
  12. Mən bu gün bilmişəm Sunyatanın dünyasını dəyişməsini. Allah rəhmət eləsin. !

    Adam təəssüf edir ki, hələ cavan idi. Amma düşünəndə ki,məsələ kəmiyyətdə deyil keyfiyyətdədir onda təsəlli tapmaq olur. Bəli Sunyata bu qısa ömründə(keyfiyyətli və məhsuldar ömür yaşadı) təfəkkürün maksimum çata biləcəyi inkişaf səviyyəsinə çata bilmişdi. (zəmanəsinə uyğun olaraq).

    Nə deyim  Allah ailəsinə səbr versin !
     

    • Upvote 3
  13. Hamıya salam. Çoxdandı forumda yazmırdım. Din-Fəlsəfə bölməsinidə görən kimi tamahımı saxlaya bilmirəm..) Mövzu xoşuma gəldi...Yenə filosofluğum tutdu...) Bir- iki kəlmə məndə yazacam...

     

     

    Hələ məna axtarmağı qoyaq qıraga görək gerçəklik nədir? Gerçəklik budur.Doğuluruq bir müddət yaşayırıq sonra ölürük.

    Bu gerşəklik ateist üçündə dindar üçündə eynidir. Fərq bu gerçəkliyə olan münasibətdədir.Ateist deyir ki, mən canlı şəkildə bu gerçəklikdən başqa bir şeyi müşahidə etmirəmsə nəyə görə özümü inandırmalıyam ki, axirət həyatı var ruh var və s.Mənəvi məsələlərlə bağlı suallarıda belə cavablandırır ki, hər şey instinktlə bağlıdır.Yəni instiktdə təbiətin qanunudur.Misal üçün uşağın valideyinini sevməyi özünü qoruma insinktidir. Ateist deyir ki, insan sadəcə şüurlu heyvandır.Özünü mənəvi mənalarla , əlavə dəyərlərlə yükləməməlidir.Həyatın mənası nədir sualıda  heç onu düşündürməməlidir.

    Bəs inanclı insanlar necə ?

    İnanclı insanlarda gerçəkliyi dərk edir. Amma eyni zamanda inanclı insanlar daxildən gələn səsə,daxildən gələn suallara inanır ki, bu səsin,sualların mənbəyi təbiət deyil, instinkt deyil.Bu nəsə başqa bir şeydir. Və bu səsə qulaq asmaq bu suallara cavab tapmaq onların qəlbini daşlaşmaga qoymur.Bunun nəticəsi olaraq ölümüdə sevməyə həyatıda mənalandırmağa çalışırlar. Bu inanc ömrün bəzəyinə çevrilir.

    Bir söznən Ateist inanmaq istəmir .Özünə sual verir nəyə görə mən inanmalıyam?

    Dindar inanmaq istəyir.Özünə sual verir nəyə görə mən inanmamalıyam?

    Gerçəklikdə budur ki, hər ikisinin aqibəti eynidir...Doğulur,yaşayır və ölür.
     

    • Upvote 2
  14. Pul hər şeydən önəmlidirmi?

     

     

    Qarşısına bunu məqsəd qoyan insanın əgər mənəviyyatı yoxdursa deməli məsuliyyət hissidə yoxdur. Gec-tez qazandığı pullar burnundan gələcək.

    Allah əgər halal yolla pul qazanmaq üçün yol açıbsa nə gözəl.Nə qədər baçarırsan qazan. Lap çox qazan. Əsas odur ki, sənin üçün başlıca dəyər mənəviyyat olsun. Allah qarşısında, cəmiyyətdə və ailəndə məsuliyyətini dərk edəsən.

    Pulu qazanandada xərcləyəndədə məsuliyyət hissini itirməyəsən.

     


     

    • Upvote 3
  15. Allah(təbiət) kişini qadından üstün

    yaradıb...Deməli məsuliyyəti biz kişilər daşıylrıq...Hər bir qadın öz ailəsinə sadiq gözəl ana olmalıdır..

    Əgər dünyada bu belə deyilsə bu biz kişilərin zəifliyidir...Qadın müstəqil olub məsuliyyət yükünü kişi ilə bölüşmək istəyirsə bu kişinin zəifliyidir...

    Bir məqamıda qeyd edim...Dünyada əxlaqsız qadınlara görədə biz kişilər məsuliyyət daşıyırıq...Çünki biz sırtılmış ehtirasın əsiri olmasaq belədə olmaz...(hamıya şamil eləmirəm)

     

     

     

     

     

    • Upvote 2
  16. Bir az düşündüm o dövrlə bu dövrü müqayisə edib səbəbləri özüm üçün tapdım...O dövrdə insan olmaq daha asand idi...Çünki ideologiya bərabərçilik idi...Fəhlə höküməti idi...İşsizlik,acından ölmək qorxusu,evsizlik və s kimi qayğılar yox idi...Hər bir insanın arxasında dövlət dayanırdı... və s...və s...

    Amma bu dövrdə insan əsl gerçəkliyi görür və qorxur...Nədir əsl gerçəklik? İnsan tənha olduğunu anlayır...Bir  dəfə büdrədin ayaga qalxa bilməyəcəksən...Xəstələndin pulun olmadı öləcəksən...İşin olmadı acından öləcəksən...Evin olmadı kirayələrdə çürüyəcəksən...və s...Yəni zəif oldun yaşaya bilməyəcəksən...Heç kimində sənə yazığğı gəlməyəcək...

     

    Bir az ifrat formada yazdım...Yaxşı xeyirxah və mənəviyyatı olan  insanlar həmişə var olub və olacaq...Allah onları saxlasın amin...!
     

    • Upvote 5
×
×
  • Create New...