Jump to content

Vuqar Rehimov

Members
  • Posts

    3,160
  • Joined

  • Last visited

Posts posted by Vuqar Rehimov

  1. Только что, Kenul2012 сказал:


     

    Vüqar ,üçüncülər çoxluq təşkil edir.Ancaq səbəb ? Sən bir özündə səbəbi araşdır .


     

    Niyə intellekt ,ziyalı səviyyəsi aşağı düşür ?

    Ən böyük səbəb məsuliyyətsizlikdir...Məsuliyyətsizliyin isə səbəbi insanın bu həyatı düzgün tanımaması,həyatın mənasını düzgün anlamaması,həyatı düzgün dəyərləndirməməsi və qiymətləndirməməsidir...
     

    • Upvote 1
  2. Только что, Kenul2012 сказал:


     

    Sən təbliğata niyə baxırsan? Öz ağlın ,insanın seçim etmə instinkti ? Bunları ne edək ?


     

    KİV min desin ki,erotik filmə baxmaq həzz verir ,əgər mən təbiətə aid bir filmə baxanda həzz alıramsa),  bu mənim seçimimdir..

    Bizə min cür şeyi aşılıya bilərlər.Seçim edib lazım olanı götürmək bizdən asılıdır.

    Kim seksi ,kim mənəviyyatı seçirsə ,bu artıq insanın öz mənəviyyatından,daxili aləmindən,dünya görüşündən asılıdır.

    Uzun sözün qısası səviyyəsindən asılıdır.


     

    Hərə öz səviyyəsinə uyğun seçim edir.Seksi və s ..seçim gündəlik təlabatlarının ən birincisi edirsə,bu insanın səviyyəsi ( intellekti,dünya görüşü) budur.Ondan başqa hərəkət gözləmək yersizdir.


     

    Bu tip insanları bütün cəmiyyət ,yaxud əksəriyyət kimi göstərməyini düz hesab etmirəm.Hər bir cəmiyyətdə olduğu kimi yaxşı da var,pis də.

    Könül burda 3 cür vəziyyət var...Birincisi odur ki, biz istədik istəmədik pis ,mənəviyyatsız informasiyaların əhatəsindəyik...Yəni şüuraltımız doludur bu zir-zibillə...Kimin mənəviyyatı güclüdürsə bu informasiyalar elə şüuraltındada qalır...Üzə çıxa bilmir...

    İkincisi isə odur ki, İnsanların əksəriyyəti təbliğatın təsiri altında  bu informasiyaları könüllü surətdə axtarır...İnternetdə,televiziyada,kinoda...Düzdü bu əksəriyyət bunu praktikada həyata keçirməsədə amma potensial düşkünlükdür...Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu var...Yolunu azanlar bu əksəriyyətin içindən bala-bala çoxalmaga başlayır...

    Üçüncüsü isə isə artıq yolunu azıb mənəviyyatsızlığa düçar olanlardır...Yüngül həyat tərzi keçirənlər...

    Deməli birincilər yaxşılardır ikincilər orta üçüncülər isə pislərdir...

    Səncə birincilər çoxluq təşkil edir hal-hazırda yoxsa üçüncülər ?


     

    • Upvote 2
  3. Только что, Kenul2012 сказал:


     

    Bu hamı üçün belə deyil ..Bir qrup insan üçün  saydıqların əsas azadlıq meyarı ola bilər.Bu bir qrup hamı və ya əksəriyyət deyil.

    Bəs hal-hazırda dünyada  hamı üçün təbliğ olunan nədir? Söhbət burada  təbliğatdan , insanları kütləvi informasiya vasitələri ilə şüuraltı yüngül həyat tərzinə təhrik etməkdən gedir...
     

  4. Məncə əsl filosof elə aqnostik olmalıdır...Aqnostik hər bir şeyi dialektik vəhdətdə götürür...Misal üçün ateist və dindarın əqidəsinidə...Aqnostik hər bir suala cavab axtarakən bütün mövcud olan iddiaları ,əqidələri öyrənir ,bilir amma sonda gəldiyi nəticə bu olur...Heçnə bilmirəm...Çünki aqnostik üçün həmişə sonsuz suallar var...
     

    • Upvote 2
  5. Simruqun bu yazısı mövcud reallığı əks etdirir...Bəli hal hazırda reallıq bundan ibarətdir...Belə çıxır ki, Freyd haqlı imiş...İnsanların davranışının,fəaliyyətinin  mənbəyində cinsi həzz almaq istəyi durur...Ateistlər deyir ki, din monotonluq yaradır,azadlığa mane olur nə bilim sağlam düşüncə deyil və s...Bəs hanı azadlıq budur? Bəs bu azadlığın reallıqda ifadəsi nədir? Seks düşkünlüyü,qumar içki və narkotika?
     

    • Upvote 1
  6. əvvəldə mən başa düşsəm də ki, siz (baxın siz kimi müraciyət edirəm sizə. çünkü məlumunuz tanış deyilik) bu sözü gedən "göy-göy qız" zarafatını bura sadəcə mənə cavab vermək, öz aləminizdə sakitləşdirmək üçün edirsiz, ki, məncə elə idi. Mən də arqument kimi istifadə etmiyin demişdim. İndi görürəm ki yanılmışam. Siz mənim cavabımı nəyin ki başa düşmədiniz, hətta ikinci dəfə başqa cür (belə deyək) istifadə etdiniz. O məsələnin bura uzaqdan-yaxından heç bir istisi-soyuğu yoxdur. Bunu bildiyiniz bütün dillərdə yaza bilərəm. Bilinki zarafatın zaraft yeri var bu isə mən bildiyimə görə ciddi mövzu sayılır.

    Bu mənə lazım idi? sualına cavabım isə bu sizə mənnən daha çox lazım olub görürəm)))) Səfeh vəziyyətə düşmək barədə fikrinizi isə report etmirəm.

    Gəldik sizin bu din mövzusunda yazdığınız yeganə fikirə.

     

     

    Sadəcə dərin düşüncəyə (ki o qədər də dərin deyil) və praktikaya arxalanıb bir dinə qulluq edirsiniz. Yaxşı edirsiniz bu sizin işinizdir. Amma, mənim fikrilərimi alçalda bilmərsiniz, necəki mən sizin fikirlərinizi alçaltmadım.

    PS. İncimək kişiyə xas deyil. İnciylik bir durum olmadığı üçün üzr də istəməyin. sadəcə bizim forumlarda bu tip mövzular müzakirə olunmur. onu bir daha anladım. (imho)

    Tamamilə doğru qeyd etdiniz incimək kişiyə yaraşmaz...Amma günah özünüzdədi...(mamauşağı xarizması yaratmışdınız)...

    İndi gördüm ki, qoçaq oğlansan...Sükanı belə saxla...

    • Upvote 1
  7. meni libido danışdırsaydı cenab Rehimov, bu mözuda olmamaq şerti ile müzakire etmeye başqa bir şey tapardım. yaşım ve sözün gelişi bezi mövzularda zarafatca bir iki söz yazmağım, sizin elinizde arqument kimi fırlanmasın çox xahiş edirem. yoxsa bizde xasiyet var mıxa vurmaq yerine nala vurmaq))

    bele indi bu deqiqe bu mövzuya dair bir fikriniz yoxdurmu?))

    Bax gördünüz elədiyiniz zarafatın  girişdiyiniz dini mövzuda arqument olmamasını xahiş etdiniz...Bu sizə lazım idi...? 

    Bu da doqmanın birinə praktiki subut...Hər şeydə həddi gözləyin...(hətta elədiyiniz zarafatdada)...Sosial həyatda azadlıq mənəvi dəyərlərlə sərhədə alınır...Əks təqdirdə insan səfeh vəziyyətlərə düşür...

     

    Dini dəyərlər ilk baxışdan ziddiyyətli görsənə bilər...Əslində bu dəyərlər çox dərin bir düşüncənin və praktikanın məhsuludur...(ilahi tərfini hələ qoyuram bir qıraga)

     

    Nə isə...İnciməzsiniz yəqin məndən...(qəlbinizə dəydimsə üzr istəyirəm)

  8. Mən də  sizin kimi userəm.Çox istəyirəm forumun bu bölməsində müzakirələrimiz mübahisəsiz bitsin.Hər dəfə belə müzakirələrin sonu ya mövzunun bağlanması ilə ,ya da hansısa userin ban alması ilə bitir.. Vüqar,sözümüzü deyib,bir-birimizin gözünə dik baxa bilək.Din və fəlsəfi düşüncələrimizi bölüşməklə kimsə kimisə qınamasın.Bu hər kəsin  öz düşüncəsidir.Digərimizə sayğı duymalıyıq.Onu dəyişməyə çalışmamalıyıq.

     

    Təəssüf ki,bu bölmədə ilk fürsət düşdükcə hamı təhqirə,qarşısındakı useri alçatmağa çalışır.Hansı ki,biz burda gözəl əxlaqdan,gözəl mənəviyyatdan danışırıq.Sadəcə danışırıq.İlk fikir ayrı-seçkiliyi görən kimi  bütün əxlaqı dəyərlər itir.Meydana daxili çirkinliyimiz çıxır.

     

    İradını gələn dəfə üçün nəzərə alaram,təşəkkür edirəm.

    Səndə bir dəfəlik anla ki, ateistlə dindarın müzakirəzi mübahisəsiz ola bilməz...Çünki bunlar daban-dabana zidd əqidələrdir...Mübahisələrə user kimi qatılırsansa axıracan döz...Yadaki moderatorluğunu elə...

    • Upvote 1
  9. bizim birinci problemimiz başqalarının fikirlərinə hörmət etməməkdir. Din sizə bunu öyrədir. din sizə öyrətdiyini qorumağı öyrədir. din sizə bunu belə edin, bu belə olacağı öyrədir. Nə verir bizə vəfat etmiş insanın arxasınca danışmaq və ya danışmamaq. heçnə vermir. Hər bir insan vəfat etdikdən sonra özündən sonra yalnız xatirələrin saxlayır. Nə Bərzərx dünyası var (heç adı da dilə yatmır) nə də cənnənt cəhənnəm. Xəyallarda yaşamaqdansa ayılın. Sizin cənnətinizdə cəhənnəminizdə bu həyatdır. Dünyadakı həyatınızı belə şeylərə xərcləmiyin.

    Azad düşüncəli ,evlənmək üçün göy-göz sarışın qız axtaran  oglan hələ gəncsən səni başa düşürəm...25 yaşın var ...İndi səndə libidonun zaşkalıvat eliyən vaxtıdır...Səni  libido danışdırır...Düşüncəvin nüvəsi  elə indi bu dəqiqə ləzzət almaq ideyasına köklənib...Dini anlamağa hələ vaxtın olacaq...Onda başa düşəcəksən gerçəkliklə xəyalın fərqini...İndi həyatın keyfinə bax...

  10. Normal müzakirə aparın.Bu yaşdan sonra heç kim forumdakı userə görə düşüncə tərzini dəyişməyəcək.Bunu nəzərə alıb,bir-birinizin əsəbləri ilə oynamayın)Bu məndən sizə şifahi xəbərdarlıq.

    Postu userlərdən biri kimi yazırsansa axıra qədər yaz...Sonunu minnətlə bitirmə...Müəllimə deyilsən moderatorsan...Forumda qaydanı pozmuşuqsa deməli pozmuşuq...Sən moderatorluğunu elə...

  11. sen yeni ne yazmisan ki yeni bir cavab verek?

    allaha inaniram bilmirem necedir onu derk edebilmierem tesevvurum yoxdur o biri teref necedir bilmirem amma inanmagi vacib bilirem bunun da sebebini bilmirem,eminem ki tanri var eminliyimin sebebine suphe edirem kimi dusuncelere sahib oldugun halda yeni bir cavab almaga calismagin ne qeder dogrudur deyecem amma sen yene de uzun uzun cavablar yazacaqsan.menden olsa yazma. :)  seninle muzakire etmek istemirem.qaldi ki burada birilerini teriflemek evezine oxumaga vaxt ayir...

     

     

    buarada yeniden salam.dusuncelerin xosuma gelmese de etik davranisina gore diger butun user lere ornek olabilersen.hetta mene de :) cunku sebrsiz biriyem....

    Panyatkavı özüvə saxla...Nə isə...ok...Səninlə müzakirəyə son...Danışdıq...

  12. herkes eyni dusunse bu halda ne muzakire olar ne inkisaf.EKSLIKLERIN VEHDETI VE MUBARIZESI QANUNU :)

    Mən postumda  sənin inancın haqqında fikrimi Noir xanıma yazmışdım...Noir xanım kimi düşüncəli userlər yetərincə dialektik düşüncəyə sahibdilər...Yəni belə insanlar artıq çoxdan dialektik düşünərək nəticəyə gəliblər...Kimsə inanır kimsədə inanmır...

    Sən təzə nəsə bir şey yazmırsan axı dialektik bir müzakirədə olsun...Eyni şeyi həmişəki  kimi dəfələrnən təkrarlayırsan...Aksioma belə gəldi,məntiq belə getdi, dində belə yazılıb,tanrı  təxəyyülün məhsuludur,dindarlar cənnət həvəsi ilə yaşayır və deməli subut elədim ki, inam,din yalandır...Bildikdə sənin fikrini inanmırsan inanma...

    • Upvote 1
  13. Təəssüf ki, hazırda vaxtım azdır. qısaca fikir bildirməli olacam.

     

    dinləyin 513, haqqında yazdığım səfalət və cahillik "elmli" ölkələrdə də az deyil, bu bir.

    İmperiya və lider dövlətlərin əxlaqına hələ baxın siz. Onların abırını bir çox hallarda pul örtür sadəcə.

    Mollaları da şüar eləməyin, Xristianlıq tarixindəki pornokratiya dövrünə əvvəlcə nəzər salın, oxuyun.

    Öz vətəndaşlarını mənəvi_psixoloji_ruhi olaraq talayıb mənəviyyatsızlaşdıran, tənbəl və küt edən, zombiləşdirən imperiyaların siyasətinə baxın siz.

     

    bir daha təkrar edim, din hazırda mahiyyətini itirib. Müşahidə etdiyimiz fanatizm və terrorizm isə həqiqi dinin sifətləri deyil ! Eləcə də deyə bilərsiniz ki, sizin müşahidə etdiyiniz ekoloji fəlakətlər, aqlomerasiya, hərb və rabitə sahəsinə ixtisaslaşmış ixtiralar elmin sifətləri deyil.

    Xeyri yoxdur izah eləməyinizin...Bu insan  ümumiyyətlə Allaha olan inancı,ruhi axtarışları inkar eliyir hələ din qalsın bir qıraga...

  14. Yer üzündə hər gün faciələr baş verir. insanlar bu hadisələrə emosional münasibət bildirmir daha, səthi reaksiya verir, çünki faciələr adiləşib.  

    Həqiqi dəyərlərin itirildiyi bir zamanda daha çox insan saxta dəyərlərə meyl etməyə başlayır. Mövzunun adındakı İdollar Frensis Bekonun haqqında bəhs etdiyi idollar deyil. Kütlə şüurunun bəslədiyi, can atdığı, ibadət etdiyi ideya_ fetişlərdir.

    Getdikcə daha çox insan bir və ya bir neçə idola ibadət etməyə başlayır. həmin idollar bunlardır : hakimiyyət, pul, seks.

    Tamamilə doğru qeyd etmisiniz...

  15. İnkişaf...

     

    Deməli hər bir insanın həyatı inkişafa xidmət etməlidir...Bunun üçün inkişafa köklənmiş həyatın qanunlarını düzgün anlamaq,bilmək,öyrənmək lazımdır...Bəzən həyatın qanunları insanın həvəsləri,istəkləri və ləzzətləri ilə ziddiyət təşkil edə bilər...Amma eksrimal situasiya vaxtı(Noir xanım qeyd etdi) ağlın güclənməsi nəticəsində 20 xod qabağı düşünən(peşəkar şahmatçılar oyun vaxtı belə düşünür) insanın çıxartdığı qərar məhz həyatın düzgün qanunlarıdır...Amma adi vaxtlarda insan belə qanunları ziddiyyətli hesab edirdi...

    Dindəki nəsihətlər həyatı düzgün dərk etməyən insana ziddiyyətli görsənə bilər...Peşəkar şahmatçı ilə adi oyunçunun oyununda peşəkarın misal üçün  topu qurban verməsi adi oyunçuya  ziddiyətli görsənə bilər...Adi oyunçu elə bilir ki, vəziyyət elə gördüyüdür...Amma peşəkarın gördüyü vəziyyət 20 xoddan sonrakı vəziyyətdir...Peşəkarın hər xodu inkişafdır(burda inkişaf qələbəyə aparan yoldur)

    Dindəki nəsihətləridə düzgün anlamaq lazımdır...Əgər inkişaf baş verməyibsə deməli sadəcə dini ritualları icra etmisən...Vəssəlam...

    Dinin mesajı əslində budur...Axirət həyatının xoşbəxtliyi dünya həyatının düzgün nizama salınmasından asılıdır...

     

    Həyat bir oyundur...Qələbəyə aparan yolları bilməyən oyunda qalib ola bilməz...Bu yolları düzgün anlamaq ,bilmək və öyrənmək lazımdır...Bilməyən çox şeydə ziddiyyət görür...Ziddiyyət isə heyrət yaradır...Heyrətdə qalmaq isə insanı qəflətdə saxlayır...Qəflətdə olan isə oyunu uduzur...

    • Upvote 1
  16. Hardan bilirem?) Sadece avatarında gemi var deye uyğun assos olanda senin üçün seçirem.Başqa ne ile assos edim düzü bilmirem.Heç olmaya müsahibe vereydin tanıyaydıq daha yaxşı )

    Qiymetin üçün sağol.

    Bir dəfə köhnə postların birində yazmışdım...Hə birdə avatarımda iki dəfə dəyişmişəm gəmiləri...Ona görə yazdım dedim bəlkə bilirsən...)

    Müsahibəsiz tanımaq olmur...?

×
×
  • Create New...