Jump to content

Vuqar Rehimov

Members
  • Posts

    3,160
  • Joined

  • Last visited

Posts posted by Vuqar Rehimov

  1. Heç bir kişi dediyin şəxsiyyət 4-5 dəfə kişi dəyişən xanimla səmimi ailə qurmaz , qadinin pulu varsa başqa məsələ.

    Dinə gəlincə isə mən oxuduğum qədərilə 2 dəfə (ola bilsin səhvim var) evlənməsinə icazə verilir , ayələrdə də iki dəfə ailə quran qadinlar haqqinda bildirilir. daha 4-5 dənəsi  :blink:

    Azda başa düşürəm praktiki cəhətdən bizim mentalitetə uyğun qeyd edirsən...) 

    Məsələyə başqa tərəfdəndə yanaşda...Axı sən islamin tərəfdarısan...İslam isə hər bir məsələyə ilk növbədə pozitiv baxmağı tövsiyə edir...İndi kimlərinsə həyatı elə gətirir ki, 4-5 dəfə ailəsi dağılır...Kimsə bədbəxt olub zindandan çıxır 4 ailəsi dağılmış bir qadınla həyatını təzədən qurub xoşbəxt yaşayır... və s... (insanların iç dünyasını bilə bilmərik)

    Mənim yuxarıdakı fikirlərimdə əsas niyyət odur ki, şəxsi həyatlarına görə insanları lağ obyektinə çevirməyək...Çünki bunun özüdə bir günahdır...

  2. Niyə görə belə emosianal düşünürsünüz....? Neçə dəfə ərdə olub biabırçılıqdı və s...

    Dini baxışa görədə burada qəbahət bir şey yoxdur...Qəbahət və biabırçılıq o vaxt olardı ki, ərlərini xəyanət edə-edə dəyişərdi...

    Qadındırda bu ailə həyatı alınmayıb,boşanıb bir başqası ilə evlənib...İslamdada var ki, qadın ərindən boşanıb,deyəsən 4 ay gözləmə müddətini başa vurub tər-təmiz  iffətli qadın sayılır...Və belə qadınla evlənən kişidə tam alnı açıq insandır...

    Səhv eləmirəmsə Məhəmməd peyğəmbərin həyat yoldaşı Həzrəti Xədicə Məhəmməd(p)-lə evlənməmişdən qabaq ailə həyatı olubmuş...Amma Məhəmməd(p)-lə ailə həyatı ən uğurlu ailə olub...

    Yəni bunun özüdə bir nümunədir ki, camaatın şəxsi həyatını  qabardaraq və yanlış təsurat yaradaraq  düşüncələrimizdə komplekslər yaratmayaq...

     

    Kimin neçə dəfə ərdə olmağının şəxsən mənə heç bir isti-soyuğu yoxdur...

  3. Baxmışıq )

    Yaxşı ki, xatırlatdınız , sağ olun Vüqar.

    Həmin epizodu bızim mövzuya proyeksiya etsək nə alınır ? Yazardınız, xahiş etsəm...

    Təşəkkür diqqətinizə görə Noir xanım...

     

    O film vasitəsilə bu mövzuda qabartmaq istədiyim fikirlər bunlardır...İnamla ağıl arasında heç bir ziddiyyət yoxdur...Əksinə onlar bir yerdə vəhdətdə olanda insan hər tərəfli inkişaf edir...Heç vaxt qəflətdə olmur...Fəaliyyətidə bəşəriyyətin inkişafına fayda verir...

    Elmsiz inamı olan,İnamsızda elmi olan insan  yarımçıqdır...

  4. İf qalasının dustağı filminə yəqinki çoxunuz baxmısınız... 

    O filmdə ən xoşuma gələn hissə zindanda Rahiblə Edmon Dantesin söhbətləridir...Bədbəxt  Edmon  ömürlük zindana düşür amma niyə görə onu tutublar səbəbini anlamır...Bax burada Rahib çox mükəmməl surətdə  Edmonun  həm ruhunu(mıənəviyyatını)həmdə ağlının inkişaf etdirir...

    Rahibin söhbətlərindən yadıma düşənləri yazıram...

    Rahib Edmona deyir...Səbəbsiz heç nə baş vermir...Başına gələnləri ən xırda detalları ilə xatırlamaga çalış və mənə danış... Edmon danışdıqca Rahib bütün hər şeyi ona izah edir...Sənin torbavı tikiblər...Ən yaxın dostların sənə xəyanət edib...Biri sənin nişanlıva göz dikibmiş,biri yeni vəzifəvə, o birisidə sənin aparacağın sirli məktubu ört basdır eləmək üçün...

    Sonra Rahib  yenə deyir...Sən safsan...Görürəm ki, həyat eşqini itirmisən...Sən mübarizə aparmalısan...Bu zindana tək hüçeyrəli həşərat kimi girib  o cürnədə azadlığa çıxacaqsansa onda deməli boş-boşuna yaşamısan...Mən öz yaradıcılıq qabiliyyətimdən istifadə edib rəssam kimi sənin qəlbində aristokrat bir ruhun portrertini yaradacam...Bİz burdan qaçmaq üçün tunel qazırıq...Amma əvvəlcə o tuneli sənin ağlının dərinliklərində qazmalı olaçağıq...Çünki sənin ağlın inkişafdan qalıb...Aglı əzələlər kimi inkişaf etdirmək mümkündür...

    Bir neçə illərdən sonra Rahibin söhbəti...Oglum bu illər ərzində sən çox müdrikləşmisən...Artıq müstəqil şəkildə azadlığın nə olduğunu və zaman və məkanı ,səbəb və nəticə zəncirini hiss edə bilirsən...Tanrı insanı elə yaradıb ki, özünün fenomen olduğunu  başa düşməyə çalış...Özünü daima  mükəmməlləşdirə bilərsən....Rahib sonra Edmona Monte Kristo adasındakı xəzinəsinin xəritəsini verir...Sonra dünyasını dəyışır...

    Edmonun yadına Rahibin nəsihətləri düşür...Biz burdan tunel qazmagnan qaça bilməyəcəyik...O tuneli sən ağlında qazmalısan...Rahib öləndə Edmonun təxəyyülü Rahibin səsini canlandırır...Oglum bu zindandan yalnız ölülər çıxır...Onda səndə ölüyə çevril...Edmon yerdəyişmə fəndini işlədərək zindandan qaçır...Varlanaraq düşmənlərindən qisasını alır...Ədalət bərpa olur...

     

    Nə isə  mövzuda bu film yadıma düşdü...

  5. Bəşəriyyətin inkişafında Dinin rolu ?

     

    Sual bir za qəribədir axı? 

    Allah öz dini ilə  bəşəriyyəti və insanı zaman və məkan qanunları çərçivəsində yaradıb...Və insana iradə azadlığı verərək bəşəriyyəti verib ki, inkişaf eliyin...İndi biz hal-hazırda dünyanı müşahidə edib deyirik ki, lap yaxşı ola bilərdi...Edərdində yaxşı səni qoymuyan var idi? Günahı dində(dəyərlərində) niyə axtarırsan ki?

    İnsanda iradə azadlığı var...Bu çox (lap çox) məsuliyyətli bir şeydir...Çünki insanın hər bir əməli,davranışı  təbiətdə və cəmiyyətdə öz izini qoyur...Deməli insanın ömrü ərzində yaşadığı hər bir saniyə dəyərə malikdir...Və bu elə dəyərlər olmalıdır ki, bəşəriyyətin inkişafına xidmət etməlidir...Dinində insana təklif etdiyi dəyərlər budurda...

    Biz insanların çoxu həyatımızın məsuliyyətini dərk eləmirik..Boşu-boşuna yaşayırıq...

  6. Her bir ferdin xasiyyeti,hansisa bir emele meyilliyi onun geninden gelen bir sheydir..Bunu kenardan meslehet xarakterli mudaxilerle deyishmek geyri-mumkundur..Ona gore de heyatda muellifin tecvir etdiyi hadiselere tez-tez rast gelmek olur..IAmma hec de butun insanlar bu cur deyiller..Bilirsiniz heyati rengareng maragli eden de insanlarin muxtelifliyidir..Biri sade olur,digeri yuxarida tesvir edildiyi kimi,biri garabag,dinmez olur digeri shen,zarafatcil..Ele insanlar var ki,imkani,pulu,var-dovleti ne geder coxalsa da sakit,bashi ashagi,tevezokarligi deyishmez galir..Insanlar da var ki,xirda bir ugurdan bashi gicellenir ve artig gozu ayaginin altini gormur..Yene de deyirem bunu tebii garshilamag lazimdir,minlerle insan minlerle xasiyyet demekdir..Hec kim de kime gorese,kime ise xosh gelmediyine gore xasiyyetini deyishmeye hec borclu da deyil..Sadece hec neye,hec kime fikir vermeden sakitce oz heyatini yashamag en yaxshi variantdir...Bosh verin..

    Əgər  vəzifə səlahiyyətlərini vicdanla icra edəcəksə,əlbətdəki şəxsi həyatı ilə bağlı olan xasiyyətlərindən,davranışlarından kimə nə ?Özü bilər...

  7. Bu Azərbaycanda formalaşmayıb. Psixoloq müayinəsi ancaq məcburi şəkildə aparılır, hansısa sənəd üçün lazım olanda. Həm də insanlar çəkinirlər bundan. "Psixoloqa müraciət edirsə ağlı yerində deyil" Bu fikir daha çox yayılıb insanlar arasında. 

    Elə əslində ağıl yerində olmurda...Psixoloji dəstək elə onun üçün lazımdır ki, insanın ağlını gücləndirib diskomfort yaradan hislərdən qurtarsın...

    Bu fikirdən qorxan insanlara daha çox lazımdır psixoloji dəstək...

  8. Çalışacam dini  psixoloj-fəlsəfi müstəvidə başa düşdüyüm kimi izah edim...

     

    İnsan həm bioloji həmdə sosial varlıqdır...Bioloji varlıq kimi insanda təbii tələbatlar yaranır...Yemək istəyir,su istəyir,cinsi əlaqə istəyir və s...Yəni istəyir,isrtəyir,istəyir,istəyir,istəyir.....

    Bu istəklər ləzzətnən başlayıb  doymaqla bitir...Beləcə ömür boyu daima davam edir...Bu bioloji tələbatların əvvəli ləzzətnən başlaması yaxşıdır...Yoxsa insan öz bioloji tələbatlarını ödəməyə tənbəllik edərdi...Amma bu bioloji tələbatların ödənilməsində yaranan ləzzətlər insanı çaşdırmamalıdır...Çünki insanın şüuruda var(sosial varlıqdır)...Bu şüur vasitəsilə insan primitiv hislərdən daha ali hislər yaşaya bilər...Bunun üçün insan gərək bioloji ləzzətlərin düşkünü olmasın...Əks təqdirdə insanın ağlı inkişaf eləmir və ali hisləri yaşaya bilmir...

    Deməli insan heyvan mərtəbəsində qalmamaq üçün dəyərlərə,meyarlara tabe olmaga məcburdur...Bu dəyərlərin ilkin pilləsi insanın bioloji istəklərinin sərhədini təyin etmək üçündür...(Dindəki qadağalar ,doqmalar)...Dinlərin rolu elə budur ki, insanın ağlını inkişaf etdirib ali hisləri duydura bilsin...Misal üçün İsa peygəmbər insanlara yaxşı sözlər deyirdidə pis nəsihətlər vermirdi ki? Amma insanlar onu vəhşicəsinə öldürəndən sonra ali səviyyədə  günah duyğusunu,peşmançılıq duyğusunu dərk elədilər...Onun ölümü düşünənlər üçün ən gözəl nəsihət oldu...Məhəmməd peyğəmbər azğınlaşmış ərəbləri necə islah elədi?...və s...(inanclı insanlar inanır ki, peyğəmbərlər bunu Allahın iradəsi ilə ediblər)

    Dinin insanlara mesajı insanları mədəni etmək,düşünərək yaşamaq,elmlənmək,xeyirxah olmaq və xəbərdar etmək ki,siz primitiv hislərdən başqa ali hislərədə sahibsiniz...

  9. Bəzən həyətda tərsinədə olur...Saf bir insanı peşə nadürüst eliyir...Yəni bu peşənin xidmətindən,fəaliyyətindən istifadə edən insanlar bu peşənin sahibini pulla tamahlandıraraq  öz vəzifə səlahiyyətlərini pozmaga təhrik edirlər...Mərdi qova-qova namərd edirlər...İnsandakı çaşmaga meyillidir...Çətini bir-iki dəfə dili haram tikəyə dəydi sonra onu hər dəfə dadmaq adiləşir...Başlayır özünə haqq qazandırmaga...

  10. Əgər sevgi həyatın bərkinə-boşuna düşmüş və iradəsi möhkəmlənmiş insanların qəlbindən gəlirsə evlənmələri çox gözəl...Belə ailələrdə böyüyüb boya çatmış uşaqlarda sağlam ruhlu insanlar olacaq...

    Evlənən cütlüklər ən əsas onu dərk etməlidir ki, lap şor çörək yeməli olsalarda,sınıq-salxaq daxmada yaşasalarda ailədə olan aura pozitiv olmalıdır...Çünki uşaqlar böyüyür...Uşaqlar həddindən artıq həssas olduqları üçün valideyinləri tərəfindən məhhəbətlə yedizdirilmiş şor çörək onlara bal dadı verəcək...

×
×
  • Create New...