Jump to content

Vuqar Rehimov

Members
  • Posts

    3,160
  • Joined

  • Last visited

Posts posted by Vuqar Rehimov

  1. Nə kişilərdə bir ağıl qalıb, nə də qadınlarda. Kim kimi, harda gəldi qətlə yetirir. Bu nə isə  yeni "xəstəlikdir". Tibb gərək bunu araşdıra bir ad tapa. Vəziyyəti dəyişə bilmirlər, özlərini dəyişə bilmirlər çıxış yolunu öldürməkdə görürlər. Cavan qızı aldadıb yoldan çıxart sonra da öldür. Ən ağır cəza vermək lazımdır belə zibillərə.

    Psixopat...

  2. Siz dediyiniz neqativ xal onsuz da elə 11-ci sinfə kimi istənilən kasib balasina yapişirda. Sünnət toyu kimi bir şeydir də ) Kiminsə balasina düyün  lap restoranda klounlarla dəbdəbəli şəkildə keçirilir , kiminsə anasi isə həmin toya baxib həsədlə "mən övladima belə dəm dəzgah aça bilmədim" deyə düşünüb köks ötürür. Həyatin acimasiz qanunlarindan biri.

    Azda çürükçülük olmasın...)))(xətrini çox istəyirəm)... Onda 19-cu postunda  bizi tənqid etdiyin fikirlərdən belə çıxır ki,biz  o  məktəb önündə toy-bayram eliyən valideyinlərə həsəd aparırıq...Əksinə şəxsən mənim tənqidimin hikməti budur ki, valideyinlərin təhsil və tərbiyə məkanı olan məktəbdə  pontuvu davarnışlarla heç olmasa körpə tələbələrin qəlbində rəzalətdən qaynaqlanmış həsəd xəstəliyi yaratmasın...

    Heç olmasa ibtidai təhsil və tərbiyə dövründə biz böyüklərin uşaqlara qarşı son dərəcə həssas və döqqətli olmağa qeyrətimiz çatsın...Day bunuda sünnət toylarının gününə salacayıqsa onda vay halımıza...Yəni Nesim demişkən bədbəxtlər...

  3. Millət daha filankəs filankəsi asdi kəsdi doğradi kimi xəbərlərə o qədər baxib ki , toy bayram görəndə həzmə getmir , elə bilirlər bizə yaraşmir.  Gözümüz yaxşiliğa , mütluluğa , sevincə alişiq deyil , bizə yaraşmaz.)))

    Azda  axı bu cür toy-bayaram  təhsiln,tərbiyənin meyarlarına  yaraşmır axı...

    Söhbət burada tamam başqa şeydir...Uşaqların birinci  sinifə getməyi bütün valideyinlər üçün toy-bayaram əhval -ruhiyyəsi deməkdir...

    Birinci sinif uşaqları hamısı körpə balalardır...Hərəsi bir ailədən gəlir...Biri kasıb ,biri varlı və s...Məktəbdə ayrı-seçkilik  olmaz...O valideyinlərin yaratdığı  toy-bayram şousunun  körpə şagirdlərin şüuraltısına neqativ xal atmaqdan başqa bir şey deyil...

    Uşagın məktəbə gedir sevin ürəyində nə qədər istəyirsən...(Evində istəyirsən lap qırx gün qırx gecə toy bayram elə)

    Amma bu cür davranışın məktəb önündə  uşağ üçün heç bir fəziləti yoxdur...

  4. Oftop mövzusunu tapa bilmədim, ona görə burda yazıram...Üzürlü sayın...

     

    Mən vöin-mi 2014 -ci ilin martından baglatdırmışam...(Tamamilə qayda -qanuni şəkildə...Yəni necə deyərlər yolu-yorgası nə cürdür o formada...Göndəriblər get filan yerə qol çək,nə biiim onu elə bunu elə və s...) 

    4-5 ay olar ki, telefonuma vergilər nazirliyindən mesaj gəlir...Sizin dövlət büdcəsinə 1882 manat vergi borcunuz vardır...(vergimidə həmişə vaxtlı-vaxtında ödəmişəm...Heç vaxt bir köpükdə olsun borcum olmayıb.

    İndidə belə mesaj gəlib ki, cinayət məcəlləsinin 213-cü maddəsinə əsasən  borcunuzu ödəməsəniz 2- ildən 7 -ilə qədər srok gözlüyür səni..)

    Mesajdakı əlaqə telefonuna zeng eliyirəm  telefonu açan yoxdur...

     

    İndi mən başa düşə bilmirəm ki, bu nə məsələdir...Əgər mənim nömrəmə vergilər nazirliyinin kompyuteriindən proqramlaşdırılmış  robot(proqam)  mesaj göndərirsə , onda niyə görə  mən vöini bağlatdıranda  mənim faylımı robotun proqramından silməyiblər...Niyə görə məni narahat eliyirlər...? Vergilər nazirliyi niyə belə səhlənkarlığa yol verir...?

  5. Namiq Qaraçuxurlunun meyxanası yadıma düşdü...

     

    Sən gedəndə məktəbə  hamı yığıldı soraga

    Dedilər şagirdlərə yol verin gələn qoçaga

    Müəlliməndə səni görüb dururdu ayaga

    Gedirdi tərsinə dövran papanın gül balası

    Gəz dolan kafe restoran papanın gül balası

    Papan ölməyib sənin can papanın gül balası...

     

    Allah eləməsin bu uşağın aqibəti ərköyünlüklə,qudurganlıqla nəticələnsin...Valideyinləri uşagı ruhlandırmaq üçün nə fikirləşiblərsə təki xeyirli,düşərli olsun...

  6. Bayaqdan bu mövzuda nəsə yazmaq istəyirəm...Azı  on dəfə yazmışam,pozmuşam...Heç bilmirsən nə yazasan bu problem barəsində...

    Bircə onu demək istəyirəmki bu dağılmış ailəlrdən olan uşaqların sayı hədən artıq çoxalır(keçən il 27 min tək uşaqlı ailə dağılıb)Bu uşaqlar böyüdükcə  bir toplum olaraq  yeni xasiyyətə sahib olacağıq...Amma bu xasiyyət nə olacaq onu bir Allah bilir...

  7. Qəm pəncərəsi gilmindən bir epizod yadıma düşdü...Axund məsciddə ərəbcə quran oxuyur...Avam kənd camaatıda aglayır...Birdən axundun səsi batır...Keçir içəriyə çiy yumurta içməyə...Kefli isgəndər çıxır axundun yerinə başlayır fransızca danışmağa və sonra deyir ..Ağlıyında !  camaatın içindən bir nəfər(Arif qQuliyev) qışqırır...Axı biz qammırıq...!?

    İndi bu  Avrasiya ittifaqına qoşulsaq  nə olacaq qoşulmasaq nə olacaq? Yəni hər birimizin həyatında bu nə kimi rol oynayacaq? Yəni bu ittifaqa qoşulsaq  təzə evlənən gənclərimizin ev problemi həll olacaq? Çoxlu iş yerləri açılacaq?

  8. Heç kəs kefindən boşanmır, boşanmalara səbəb uyğunsuzluqdur. Çünki mentalitet fərqlidir, iki gənc demək olar ki gözüyumulu ailə qurur, bir birini öyrənməyə, sınamağa nə imkanı, nə vaxtı olur. Odur ki, ilk çəkişməyə düşən kimi, ailə bağları sarsılır, sonra getdikcə daha da dağılır. Keçmişdə buna dözürdülər, it-pişik kimi olsa da yaşayırdılar ki, eldən-obadan ayıbdır, indi isə azadlıq, demokratiyadır, heç kim boşanmaqdan qorxmur, ürəklə buna gedirlər.

    Yaxşı yazmısınız...İndi bu yaxşıdır yoxsa pis?

  9. Fakt odur ki, dinin hökmran olduğu heç bir üstün cəmiyyət mövcud deyil. Şərqin geridə qalmış din dövlətləri buna nümunədir. Orada əsl din yoxdur deyənlərə isə, din özü çox əlverişli şərait yaradır ki, cəmiyyət geridə qalsın. Bunu görməmək üçün kor olmaq lazımdır.

     

    p.s. fikrinizə zidd postlara minus verməklə cənnətə xal qazanırsınız yəqin. Nə də olsa, qənimətdir.

    Burada təəccüblü heçnə yoxdur...Dinin özündədə deyilir ki, insanın ən böyük düşməni onun nəfsidir...Deməli insanın ömründə kəmiyyət və keyfiyyət  baxımından  nəfsinə qulluq elədiyi günlər qat-qat üstünlük təşkil edir...Bu bütün insanlara aiddir...Bu insanların qurduğu cəmiyyətdə  elə ona görədə bu gündədir...

  10. He-he) gəlib yenə bostanıma daş atdın.Bilirsən bu nədən irəli gəlir? Daima ətrafımda və ailəmdə inanclı insanlar olub.Gözümü açıb din,adət vəs.görmüşəm.Hərdən oturub fəlsəfi nəzərdən dini keçirdəndə bir çox şey uzlaşmır.Öldür məni,yerinə oturmur .Çatışmayan nöqtəsi çox olur)..Bu da mənim belə düşünməyimə səbəb olur ,dini insan uydurub..(həm də nəzərə al ki,mən mifologiya ilə maraqlanıram.Orada qədim dinlərin necə yaranması,necə təbliğ və insan beyninə yeridilməsi açıq izah olunur.Niyə də üç səmavi din hesab olan dinlər ,bura islam da daxildir,uydura olmasın?)

    Qeyd edirsən ki, ətrafında daima inanclı insanlar olub  və.s...Deməli problemivi bilirsəndə...Dini inkar eliyirsən Bəs niyə yenədə əminliyin yoxdur...? Bu dua eləmək nədir axı? Fikirləşırsən ki, birdən uydurma olmaz e...)

  11. Mən gəldiyim son nəticəyə görə din insanın ən böyük ixtirasıdır.Bu ixtira vasitəsi ilə əsrlərdir insanı sürü halında idarə edir.İstər qan tökür, istərsə sülh yaradır, sonunda istəyini yeridib insanı idarə edir.Bu idarəçilik sistemini quran dahidir)

    Könül  sənin əslində son nəticən bilirsən nədir?

    Sən özün  paradoksal düşüncədə  qalmısan...)

  12. Ilk qaraladığım cümləni izah et.Niyə din yoxdur,həyat yoxdur? Allah olsun ,din olmasın,vasitəçi olmasın.

     

    Biri ilə mübahisə edəndə.Sadəcə həddini aşan insanlarla mübahisə edirəm.İlk heç kimlə konfliktə girmirəm.Çünki,bəzən hədsiz səbrli oluram..Bəzən mübahisə edəcəyim insanın xarekterini bildiyimdən,onun düşüncə tərzi mənə məlum olduğundan mübahisə etməkdən vaz keçirəm..)Bəzisini sadəcə yola verirəm...Nəticə etibari ilə konflikti sevmirəm.Kimsə desin,mən deyim,kimisə təhqir edim,mənim qüruruma sığmır.Səviyyəsizlik hesab edirəm,küçənin ortasında,iş yerində mübahisə edim.Sözümü asta tonda deyib çıxıram.Ancaq gördüyüm bəzi hallar olub ki,öz etirazımı bildirməyə məcbur olmuşam(özümə borc bilmişəm).Bu da ən çox uşaqlara  və qadınlara qarşı edilən haqsızlıqlarla bağlıdır...

     

    İç dünyam getdikcə dini içindən sığışdırıb çıxarır desəm....

    Dində nə deyilir? Hər bir şeyi ,həyatı,insanı,yeri göyü Allah yaradıb...Bu nə deməkdir inanclı insan üçün? Yəni ki, Könül xanım  yalnız və yalnız dini dünya baxışını özünə düşüncə tərzi seçən insan üçün hər bir şey elə din deməkdir...Deməli məntiqlə nə alınır? Din yoxdur həyat yoxdur..(Axı mən yuxarı postumda qeyd eləmişdim ki, sənin sualına dini məntiqlə belə cavab vermək olar)Hətta ateist insanın əqidəsinədə dindar insanın  düşüncəsində bir izah var...(yolunu azmış kafir)

     

    O ki qaldı Allah olsun,din olmasın vasitəçi olmasın deyirsən?  Olmasında sənin üçün  maneçilik eliyən var?..)

    İç dünyanda dini duyğulara yer yoxdur deyirsən? Maraqlıdır səhv eləmirəmsə  Sunyatanın sağalmaq mövzusunda onun sağalması üçün userləri mənəvi dəstəyə,dua eləməyə səsələyirsən...Bu dua məsələsi dini duyğu deyil nədir bəs?

  13. Şah ov həvəskarı olur...Çox istədiyi yaxın bir dostu olur...Şah hər ova gedəndə dostunuda özüylə götürür...Dostununda tez-tez işlətdiyi bir söz olur...-Belə olsa yaxşıdır-...Bir gün yenə ov zamanı şahın əlində tüfəng açılan zaman nasazlıqdan xəta ilə nəticələnir...Şahın baş barmağı dibindən üzülür...Şah ağrıdan zarıyır,həmçinin barmağının yoxluğuna heyfslənir...Dostu  şahın əlini sarıyaraq deyir-belə olsa yaxşıdır-...Şah bərk qəzəblənib dostuna deyirki, mən barmağsız qalacam sən isə deyirsənki belə olsa yaxşıdır...Beləliklə Şahın  qəzəbi soyumur dostunu bu sözünə görə cəzalandırıb onu zindana  salır...

    Bu hadisənin üstündən bir müddət keçir...Şah yenə tüfəngini götürüb ova çıxır...(təkcə)...Ov zamanı Şah ova çıxmış adamyeyənlərlə rastlaşır...Onlar Şahı öz yerlərinə gətirir...Soyundurub Şahı odda yandırıb yemək istəyirlər ki, baxıb görürlə baş barmağı yoxdur...Onlar Şahı buraxıb azad edirlər...Çünki onların inancına görə bədənində çatışmayan yeri olan insanı yemək olmaz...Xəstə sayılır...

    Şah geri qayıdır...Sağ-salamat qurtardığı üçün çox sevinir...Birdən dostu və onun sözləri yadına düşür...(belə olsa yaxşıdır)...Zindana gəlib dostunu azad edir və başına gələn əhvalatı danışır...Dostuna deyir sənin bu  belə olsa yaxşıdır məsəlin həqiqət imiş, bağışla ki, səni gör neçə vaxtdır zindanda saxlamışam...Dostu cavabında  deyir -belə olsa yaxşıdır-...

    Şah heyrətlənib deyir...Neçə vaxtdır zindanda qalmısan yenədə deyirsənki, belə olsa yaxşıdır...İndi bunun hikmətini başa sal görək nə deməkdir?

    Dostu deyir...Burda nə var axı başa düşməməli...Məni zindana salmasaydın ova yenə ikimiz çıxacagdıq...Adam yeyənlər  səni buraxacaqdılar,amma məni basıb yeyəcəkdilər...

  14. Bilmirəm nədəndir,son zamanlar bu fikir başımda dolanır.Dinlər olmasaydı nə olardı.Yeri göyü Allah yaratdı.İnsanları yaratdı.İnsanı özünə şükür etməyə məcbur etdi..Bəs sonra?  Dinləri niyə yaratdı? İnsanları dinlər vasitəsilə ilə bir-birinə niyə qırdırır?  Sualım ritorikdir.Yenə də userlərin mülahizələri maraqlı olardı.

    Sualını dini məntiqə əsasən belə cavablandırmaq olar...

     

    Din ideya deyil...Din gerçəklikdir...Yəni həyatın özüdür...Din yoxdur həyat yoxdur deməkdir...İnsanlar biri-birini niyə qırır? Bu gerçəklikdə səndə mövcudsan,bu həyatda yaşayırsan...Biri ilə mübahisən düşəndə,dalaşanda bu sualı özünə ver...Niyə mən onunla dalaşdım?Öz iç dünyanı öyrən...Öyrəndikcə anlayacaqsan ki, iç dünyan elə büs-bütün dinin özü  imiş...(İnsan hisləri müqəddəsdir,onu günahla bulaşdırmayın) 

  15. Elbetde hamisinda günah var. Cavan adamin chox nöqsani olur. Böyükler yola vermelidirler. Sebrle öyretmelidirler.

    Tamamilə doğrudur...

    Ümumiyyətlə uşaqların düşüncəsində prioritetlər olmur...Onları əsasən nəfs idarə edir...Ona görədə böyüklərin borcudur ki, yetkinlik yaşına qədər uşaqların nəfsini düzgün tərbiyə etsinlər...Yəni ağıl nəfsə hakimlik etməlidir,nəfs ağıla yox...Şəxsiyyət ,iradə düzgün  formalaşdıqdan sonra onları həyatın ağuşuna buraxmaq olar...

  16. Bu hadisə barəsində hər bir üser öz tənqidi fikrini yazıb...Belə baxanda hamının tənqidində məntiq var...Bəzi userlər günahı sırf gəlinin özündə ,bəziləri düşdüyü ailədə,gəlinin valideyinlərində görürlər...

    Məncə burada günah hamısında var...Hamının günahı illərnən toplanaraq(üstəgəl gəlinin öz günahı)  sonda  gəlinin ifasında  günah iş tutmaqla ifadə olunur...Məsələnin çətinliyidə bundadır...Əgər gəlinə haqq qazandırmaq istəsək, onda o birilərinin günahını qabardırıq...Gəlin uşaq ağlında olub elə şərait yaranıb ki, analıq hissi olmayıb,uşaqlarını sadəcə inkubator kimi dünyaya gətirib və s...O birilərinə haqq qazandırmaq istəsək  onda yapışırıq gəlinin günahından...Sənki körpə balaları qıyıb ata bilmisən deməli sənin səmimiliyinə inanmaq olmaz, elə təxsir özündədir...

    Ona görədə ən dzünü Allah bilir...

  17. Bu hadisənin ən təsirli hissəsi  Ananın 3 körpə uşağı atıb qaçmasıdır...Sağlam ağıl bu məqama  opravdaniya qazandıra bilmir...Amma gəlinin söylədiyi etirafların,başına gələnlərin səmimiliyinə inansaq  bu məqam üçün  günah əllinin -əlliyədir məncə...Yəni əlli faiz günah gəlinin  özündə(aglında,iradəsində), əlli faiz isə sosial mühitdə,şəraitdədir(öz ailəsində,düşdüyü ailədə,və.s)...Gəlinin yaşınıda nəzərə alsaq,həyat təcrübəsizliyinidə nəzərə alsaq  günahı 25 faiz hesab etmək olar...

    Bilinir ki, bu insan hələ psixoloji cəhətdən yetkin insan olmayıb...Gunahını başa salıb(onu tənbeh etməklə yaxşıca islah edib) uşaqlarını özünə qaytarmaq lazımdır...Bu halda məsələ uşaqlarında xeyrinə həll olar...Çünki hələ körpədilər...

    Bu mövzuda bacardığım qədər  o ananı ədalətli mühakimə etməyə çalışdım...

  18. Azərbaycanda  ailə sistemində baş vermiş növbəti bir rəzalət...Çox təəssüf...

    Bu hadisə barəsində Noir xanımın  fikirləri ilə  razıyam...

    Bu məsələyə məndə fikrimi bildirmək istəyirəm...Əvvəlcədən məndə deyirəmki, ən düzünü Allah bilir...Əgər yanlış nəsə yazaramsa Allah keçsin günahımdan...Həmdə bu məsələ ictimailəşdiyi üçün bildiyimiz informasiyaya görə nəticələr, ehtimallar  çıxardırıq...Bir söznən mən məsələnin qaranlıq tərəflərini belə duyuram...

    Gəlinin 24 yaşı var... 6 ildir ərdədir..Deməli 18 yaşında ərə gedib...Əgər bu gəlin 24 yaşında öz ailəsini ,3 körpə uşagını atıb evdəndə oğurluq edib gedibsə    bu insan hansı agıldadır? Bu ağlın yiyəsi 18 yaşında hansı agılda olub?Ola bilsin bu gəlin 18 yaşında saf bir uşaq olub...Amma sonradan ər evində avamlığından,ona qarşı olan laqeyidsizlikdən tərbiyəsi pozulub...Əgər 3 günahsız körpənin Allahı  gəlini bu rəzil hərəkətdən qorumayıbsa  deməli bu gəlin  psixopata çevrilib ...(Normal şəxsiyyət deyil...günah duyğusundan  xəbərsizdir)...Gəlinin bu hala çatmasında günah birinci öz ağlının zəifliyində , ikincisi ər evinin laqeyidsizliyində, üçüncüsü gəlinin valideyinlərindədir...Videoya baxanda görünür ki , əgər gəlin yetkin şəxsiyyət olsa idi  onun bu iyrənc rəzil əməli  həm valideyinlərin həmdə Ərin  reaksiyasında qəzəb təzahür etdirərdi...Bilinir ki, bu ailə sistemində ciddilik olmayıb...Ortalıqda qalmış 3 uşaqa görə səhvlərini bərpa eləmək istəyirlər...

    Mənim fikrimcə bu gəlinin ağlında problem var...Normal  ağılda olan 3 körpə uşaq anası üçün o hansı priroritet ola bilər ki,  onu bu iyrənc əmələ təhrik etsin?Günah həmçinin ər evindədir...Gəlinin ağlına uyğun münasibət düzgün qurulmayıb...Günah həmçinin gəlinin valideyinlərindədir...18 yaşında qızı ərə verəndə onun ağlından xəbərsiz idilər?

     

    Ailə məsuliyyət deməkdir...Ciddi həyat deməkdir...Baş verən bu cür problemlərin kökündə duran səbəb  evlənənlərin hələ yetkin şəxsiyyət kimi formalaşmamasıdır...Adi keçıcı bir ləzzət verən hər hansısa bir şeyin müqabilində  iradəsizlik edərək  bütöv bir dəyərləri , qürurları qurban verirlər...

×
×
  • Create New...