Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Интервью с пользователем Revan


Recommended Posts

[quote]Rəvanı mən tam 12 ildir ki, tanıyıram. Məndən yaşda cəmi 3 ay böyük olsa da, hər zaman mənim üçün böyük qardaş və ya türklərin sözü ilə desək “abi” olub. 7-ci sinifdən 11-ci sinifə qədər birlikdə oturduğumuz məktəb partası arxasında bir çox məsələləri müzakirə etmiş, müxtəlif mövzular haqqında fikir mübadiləsi etmiş və bir-birimizi şəxsiyyət və insan kimi çox sevmişik. Bu müddət ərzində onun Del Piero və İtaliya yığmasına olan sevgisi nəinki mənim və sinifimizin, hətta bütün məktəbin Del Pierodan zəhləsinin getməsinə səbəb olub. Gündə 33 dəfə “Del Piero”, 33 dəfə “Skuadra Adzura” deyən adamdan nə gözləmək olar ki? :P
Dostluğumuz təkcə öz aramızda deyil ailələrimiz arasında da dostluğa gətirib çıxarmışdır. Birlikdə keçirdiyimiz günlər sinusoid kimi enişli-yoxuşlu olub, birlikdə sevinib və kədərlənməyi bacarmışıq.Rəvanın adı çəkilərkən onu tanıyanların xəyalında layiqli oğul, sadiq həyat yoldaşı, nümunəvi ata, vəfalı dost obrazı canlanır. Özü bu giriş sözünü oxumasaydı, bir çox gözəl sözlər yazardım, lakin etməyəcəm ki, qoy, təkəbbürə gətirib çıxarmasın.
Qısacası, qardaş, sənə uğurlar, bir məsləhət isə “hər dediyin doğru olsun, hər doğru isə deyilməsin” ;)

P.S. Axırıncı dəfə səni noyabrda görmüşəm eee ))) İşıq pulu yığanı bu müddət ərzində artıq iki dəfə görmüşəm )))) haralardasan? ))))[/quote]

©Sun_tzy

[quote]Вот и наступил момент истины), то бишь интервью с очень харизматичным юзером форума - Ряваном, с таким же как и пост который он держит – вице-президента футбольного клуба «Хазар Лянкяран». Очень амбициозный и с твёрдым характером молодой человек, смотрящий вперёд и вверх). Интересный юзер и талантливый дипломат несмотря на молодость лет. Имеет хороший вкус, любит пошиковать. Светские тусовки, это для него). На протяжения интервью Вы сможете узнать про него много интересного. Например, его шутливая фраза « кясыблар олмелидир, варлылыр дженнете гедеджекляр )))» говорит о том что, человек не лишён чувства юмора. У него можно спросить про футбол, про юных дарований на которых он прилагает большие усилия, про религию, про-про-про впрочем о чём хотите)). Не хочу отвечать на возможные Ваши вопросы за него , поетому писать долго не буду. Дерзайте… узнаете много интересного))).[/quote]

©Banzay

Link to comment
Share on other sites

Salam Hər kəsə.. Müsahibəmi istəyən hər kəsə minnətdaram..

SunTzy və Banzaya minnətdarlıq edirəm yazdıqları gözəl sözlərə görə. Bilsəydim bu qədər tərifləyərsiz pulu biraz artıq verərdim :D (joke.. )

Link to comment
Share on other sites

[quote name='BOA_101' post='4642838' date='Apr 25 2009, 21:51 ']Tebrikler qaqa,

Bele bir sual - XL liderlik movqesini itirmesi ne ile elaqedardir?[/quote]

Bunun bir çox səbəbləri var qardaş..

Rəqiblər güclənib bu öz yerində. Həm də bir klubda bir neçə ardarda dəyişikliklər olanda bu turnir cədvəlinə birbaşa təsir edir. Çünki hər dəfə nələrisə yenidən başlamalı olursan. Məncə Xəzər Lənkəran bütün bu dəyişikliklərin qarşısında şükürlər olsun ki, yaxşı dözə bildi. Bundan sonra ümid edirəm hər şey yaxşı olacaq. Mən bunu hiss edirəm :morqqqq:

Link to comment
Share on other sites

[quote name='Profitrol' post='4643260' date='Apr 25 2009, 23:32 ']Реван гага, фан-клубун кафесинден хейир готюре билдин?[/quote]

Əlbəttə ki.. Fan Klubun Kafesini açandan sonra fanatlarımız çoxaldı, istirahət etməyə yer oldu, futbollara birgə baxırdıq. Turnirlər keçirildi orda. Ümumiyyətlə çox böyük xeyri oldu Fırtına Fan Klubun yüksək səviyyədə adının ucalmasına. Özün görmüsən ki, elə kafe heç bir fan klubda yoxdur, hətta klublarda da yoxdur :looool:

Link to comment
Share on other sites

[quote name='Sun_tzy' post='4644278' date='Apr 26 2009, 02:53 ']Гага, хейирли олсун.[/quote]

Salam qaqıli.. :) Çox sağol.. Deyirəm, elə bu suala görə özüvü öldürürdüün? :D Mən də fikirləşirdim ki, madam Sənan dirəşib mənim intervyumun açılmasına nəsə bombardıman eliyəcək məni..


[quote]Мяктяб илляри ярзиндя ян йадда галан гюн?[/quote]

Mənim məktəb illərimdə əminəm ki, sinif yoldaşlarımda da belədir - ən yadda qalan bir gün olmayıb. Çünki o qədər yada salınası günlər olub ki, onları ayırmaq olmur bir birindən. Sən də bilirsən ki, bəzən bir gün ərzində 8-10 saat dərs keçən şagirdlər üçün ən maraqlı vaxtlar Liseyin Summer Camp-larında olurdu, əsasən də Nabranda..

Link to comment
Share on other sites

[quote name='solar eclipse' post='4644302' date='Apr 26 2009, 02:59 ']:) Ряван, с интервью тебя!

бентли хачан алырсан уже? ))[/quote]

Salam Solar, Çox sağol .. :rolleyes:

Bentley- yaxşı maşındır. Xoşum gəlir. Azərbaycan elə bir ölkəyə çevrilib ki, Bentlini istənilən bir şəxs 1 həftəlik zəhmətlə ala bilər və 8-ci gün benzini çatdırmadığına görə sürə bilməz. Ona görə elə də böyük hədəf saymıram Bentley sürməyi, inşAllah mən də alacağam.

Link to comment
Share on other sites

[quote name='Banzay' post='4654772' date='Apr 28 2009, 11:09 ']Rəvan, Salam!
1.Del [b]Piro[/b]nu nə vaxt Xəzərə gətirirsən ?[/quote]

Salam Şef..

Sən mənim sevimli oyunçumun kitayskiy variantını Xəzərə sırımaq istəyirsən ? :looool: İnşAllah arzumdur. Oyunçu kimi nəsib olmasa, heç olmasa məşqçi kimi istərdim.. :rolleyes:

[quote]2. Xəzərdə uşaqlarnan işlər necə gedir?[/quote]

Uşaqlarla işlər qaydasındadır. Uşaqlara aid yaş qruplarımız 2-ci dövrədə hələ ki məğlub olmayıblar 1-ci dövrədən fərqli olaraq. Bəzi köklü dəyişiklikləri etmək üçün sezon sonunu gözləyirik. Mübariz bəy yeni və böyük baza tikdirməyi planlaşdırır uşaq futbolu üçün.

[quote]3. Sən indi milyarder olsan neyniyərsən? Yəni birinci olaraq nə iş görərsən ?[/quote]

Birinci olaraq bütün kasıbları gülləliyərdim.. :looool:

Zarafat bir yana, amma həmişə fikirləşdiyim bir şey olub. Milyarda gəlib çatmamışam, amma əlimdə olan pulu artırmaq yollarını fikirləşmişəm. Müxtəlif biznes ideyalar var başımda :morqqqq: . Bu maddi tərəfi..

Digər tərəfdən də Allahın verdiyi ruzini Rəsulallah və davamçıları vaxtında bölüşüblər imkansızlarla. Mənim də arzum odur ki, belə bir xoşbəxtlik mənə də qismət olsun.

Ümumiyyətlə pul qazanmağı və xərcləməyi çox sevirəm. İsrafdan xoşum gəlmir. Bu üçünün ortasında dururam. smoke:

Milyarddan əgər söhbət gedərsə, Xəzər Lənkəran Futbol Klubunun bir şəriki olmaq istərdim, eyni zamanda FIRTINA-nın nömrə 1 olmasının sərhədlərini Avropaya və dünyaya çəkməyə çalışardım.

P.S- O qədər böyük rəqəm dedin ki, adam bilmir nəyi yazsın nəyi saxlasın :D

Link to comment
Share on other sites

[quote name='Krutikoff' post='4662087' date='Apr 29 2009, 12:34 ']Rəvan, salam. Özünü üç ifadə ilə xarakterizə et. Və niyə?[/quote]

Salam KrutikoFF,

Sual yaxşıdır soruşan üçün, soruşulanı əcəb çətinliyə salır. :)

1-ci onu deyim ki, mən 3 ifadə ilə insanı xarakterizə etməyəcək qədər dürüstəm.

Başqa da ki, bu sözlər mənə aiddir - Əsəbi, ədalətli, Talış, sadiq , kobud, səbrsiz, dost :unsure:

Link to comment
Share on other sites

[quote name='Revan' post='4663566' date='Apr 29 2009, 14:34 ']Salam KrutikoFF,

Sual yaxşıdır soruşan üçün, soruşulanı əcəb çətinliyə salır. :)

1-ci onu deyim ki, mən 3 ifadə ilə insanı xarakterizə etməyəcək qədər dürüstəm.

Başqa da ki, bu sözlər mənə aiddir - Əsəbi, ədalətli, Talış, sadiq , kobud, səbrsiz, dost :unsure:[/quote]
Çətindirsə, günahımdan keç, birini də verim i vsyoo :looool:
Sadiq olan insan ədaləti qoruya bilərmi?

Link to comment
Share on other sites

приветствую!

ну, рассказывай, каково быть отцом двоих детей и фанатом азери футбола в целом?

как только купишь бентли, дашь порулить или? ))

Link to comment
Share on other sites

Ряван поздравляю с открытием интервью! :)

Мой вопрос такой, есть ли у тебя хобби? и какое

и чем ты занимаешься в свободное от Хазара время? :)

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 2 weeks later...

[quote name='Krutikoff' post='4663785' date='Apr 29 2009, 15:56 ']Çətindirsə, günahımdan keç, birini də verim i vsyoo :looool:
Sadiq olan insan ədaləti qoruya bilərmi?[/quote]

Suallar vermək Türklər demişkən - Serbest ! :)

Qardaş sadiq olan insan əlbəttə ki , ədalətli də ola bilər, ədalətsiz də. Sədaqət heç də həmişə yaxşı əməllərlə olmur.

Misal üçün deyim ki, bir terrorçunun sadiq və onu heç bir zaman satmayacaq, eyni zamanda darda qoymayacaq bir köməkçisi ola bilər . O sadiqdir , amma terrorçudur. Günahkardır...

Sadiqlər bəzi hallarda ədalətsiz ola bilirlər. Sadiq olduğun insana heç bir halda ziyan görməməsi üçün başqalarını qurban verə bilirsən.

Ümumiyyətlə bu iş sırf insandan asılıdır. Konkret olaraq isə Sadiq bir insanı ədalətliliyi ilə müqayisə etməzdim. Fərqli xüsusiyyətlərdir.

Link to comment
Share on other sites

[quote name='Sun_tzy' post='4824378' date='May 30 2009, 00:13 ']Бир айлыг тяджрид неджя кечди?[/quote]

Ban alacağımı bilirdim.. Amma kimləri necə lazım idisə elə də oturtdum yerinə.. Allah vurub burdakı bəzi rusları ki, mənə Azərbaycanca yazmağı burda qadağan etsin..

Link to comment
Share on other sites

[quote name='Maybach_K' post='4680127' date='May 2 2009, 13:36 ']Salam Revan.

1. Mitsubishi-de iş heyatın diger yerlerdeki iş heyatından ne ile ferqli oldu?[/quote]

Mitsubishi-dəki iş həyatımın və digər iş həyatımın fərqlərindən söhbət gedirsə burda həmin həyata daxil olan bütün fərqlilikləri gərək izah edim.. Edim dəə.. :)

Mitsubishi-də ilk dəfə müdirlə işləmişəm. Yəni əvvəl hər zaman özüm özümə müdirlik etmişəm, könüllü işləmişəm, marağım sırf istədiyim kimi işləmək olub. Amma Mitsubishi-yə işə düzəlməyim an məsələsi oldu. İşə çox ehtiyacım vardı, və 23 yaşımadək yaşadığım müddətdə maddi cəhətdən ən sıxıldığım günləri yaşayırdım. Təklif edilən istənilən işi qəbul edəcəkdim və bu iş Diamond Motors (Mitsubishi) şirkətində oldu.

Fərqlilik isə mənim üçün dəyişmir işlərdə. Hər yerdə eyni xasiyyətdəyəm. İstədiyimi edirəm, istəmədiyimi etmirəm. Ona görə müdirlərlə aram həmişə yaxşı olmur. Amma hər zaman işimin haqqını verirəm. Əgər haqsızlıq olmazsa işləyərəm, olarsa əvəzini üz-üzə ikiqat əvəzini çıxaram. Hər işə eyni məsuliyyətlə yanaşmışam, təkcə Xəzər Lənkəran üçün fərqli münasibətim var. Çox sevdiyimə görə digər işlərdən fərqli xidmət edirəm. Bütün işlərdə yaxşı dostlar tapıram. Bu da dəyişməz fərqdir.

Bir sözlə mənim üçün dəyişən bir şey olmur.


[quote]2. Mitshubishi-deki karyeran sene ne qazandırdı?[/quote]

Mitsubishidəki həyatım mənə hər kəsə qazandırdığını qazandırıb. Əlavə bir şey olmayıb. Pul qazandırıb aylıq işimin əvəzində, staj qazandırıb. Avtomobil sahəsinin idarə edilməsinin demək olar ki böyük bir hissəsinə bələdəm.

Qazandıqlarımdan həmişəki kimi mənim üçün ən dəyərliləri dostlarımdır.

Link to comment
Share on other sites

[quote name='solar eclipse' post='4685320' date='May 4 2009, 02:52 ']приветствую!

ну, рассказывай, каково быть отцом двоих детей и фанатом азери футбола в целом?[/quote]

2 uşaq atası olmaq 2 uşaq anası olmaqdan daha asandır, ona görə bu barədə şikayət etmirəm.. :D

Gəl oğlumdan bir misal deyim hər şeyi başa düşərsən.. Təsəvvür elə gecə saat 4-ə işləyib, hər kəs yatıb. Bir də eşidirsən ki, uşağın yatdığı otaqdan gupbultu gəldi, qapı çırpıldı, xırda qaçan ayaq səsləri gəlir. Aydın məsələdir ki, gələn oğru deyil, oğlum Fərhaddı.. Alayarımçıq yuxulu tutur adamın barmağından, zornan aparır harasa. Nə istədiyini deyə bilmədiyindən mütləq aparacağı yerə getməlisən.. Gecə yarısı məni aparır həyət qapısına, əli ilə qapı ağzındakı maşının açarını göstərir, "süür, süüüür" deyir.. yəni ki gedək maşına minməyə..

Necədi??? bawl:

[quote]как только купишь бентли, дашь порулить или? ))[/quote]

Bentley alsam inşAllah radiusumda 2 kilometr uzaqlıqda gərək maşın sürən xanım olmasın.. Mən maşın sürəndə bir marşrut sürənləri söyürəm, bir də xanımlara "prava" verənlərə.. :D

Uzun sözün qısası Allah sənin özünə Bentley qismət eləsin... ))))))))

Link to comment
Share on other sites

[quote name='Nitto' post='4685408' date='May 4 2009, 04:15 ']Ряван поздравляю с открытием интервью! :)[/quote]

Sağol qardaş.. :)

[quote]Мой вопрос такой, есть ли у тебя хобби? и какое[/quote]

Əvvəllər hobbilərim vardı.. İndi isə özümdə onu hiss etmirəm. Hər bir şeyə sevgimi bərabər və daha rəngarəng bölüşdürməyi bacarıram yavaş yavaş.. :) .. Belə daha yaxşıdır..

[quote]и чем ты занимаешься в свободное от Хазара время? :)[/quote]

Xəzərdən fərqli vaxtlarda Lənkəranla məşğul oluram :P

İşlərimi bitirəndən sonra imkan daxilində dostlarımla görüşməyi xoşlayıram. Amma ən çox ailəmlə vaxtımı keçirirəm. Onlar məni, mən də onları az görürəm ona görə.. İndi istirahət etmək istərdim. Yorğunam. Amma heç bir şey etməsəmdə başımda elə hey Xəzər Lənkəran fırlanır :)

Link to comment
Share on other sites

[quote name='TalaT' post='4744582' date='May 15 2009, 10:09 ']Salam Revan,

Intervyu ile tebrik edirem! Heyatda en boyuk arzun?[/quote]

Salam Tələt..

Həyatımdakı ən böyük arzuma çatmışam. Arzum uşaqlıqda fərqli olub. Karyeradan tutmuş müxtəlif xəyallara qədər. Amma bir az yetkinləşəndən sonra, insanın yanında ən çox qalabiləcəm varlıq və mövhum onun ailəsi və xoşbəxtliyidir. Elə arzum da o idi ki, ürəyim istədiyim şəkildə xoşbəxt ailə həyatı qurum. Digər arzular isə var, və az deyil. Arzularımı şükürlər olsun ki, zamanına görə Allah ürəyimdə qoymur.

Link to comment
Share on other sites

[quote name='Sun_tzy' post='4865339' date='Jun 6 2009, 01:38 ']Əzrail adama dostdur ya düşmən? Həqqdir ya dəhşət?[/quote]

Dostluq və düşmənlik sevgidən və ya nifrətdən irəli gəlir. Allah insana dost ola bilər, çünki yaratdıqlarını sevir və sonsuz mərhəməti var üzərində. İnsanlardan dost ola bilər, amma əzrail bir mələkdir. Əzrail üçün biz nə dost nə düşmənik. Amma əzraili dost sayan ola bilər. O kəslər ki, ölümdən qorxmaz, içində xof olmaz, əməlləri yaxşı olar, bilər ki, dininə görə Əzrail onu əməllərinin əvəzi olan bir yerə götürəcək. Ona görə də kiminə görə əzrail dostdur, hər an içində gəlib va ya gəlməməsi o adamlar üçün fərq etməz, kiminə görə də düşməndir. Adam da var ki, nə əzrail tanıyır, nə yaxşı bilir nə pis. Bu lap bədbəxtçilikdir :)

Yekun cavabımı özümə aid cavalandırım. Mənim üçün əzrail öz işini görən bir mələkdir.
Düşmən deyil- Çünki inandığım yaradanın əmrlərini yerinə yetirir, mənimlə qərəzi yoxdur ki..
Dost deyil - Xahişim olsa yerinə yetirməz..
Həqq deyil- Öz iradəsi ilə hərəkət etməz, Həqq Allahdır
Dəhşət deyil - Çünki inanıram, olsa olsa həyəcan qorxusu olar..

Link to comment
Share on other sites

[quote name='Acer' post='4885882' date='Jun 9 2009, 17:59 ']Salam Revan,

Sizce pis insan yaxşılığa doğru dəyişə bilərmi?[/quote]

Salam Acer,

Dəyişə bilər .. İnsanın dəyişilməsi üçün onun fikirlərini dəyişmək kifayətdir. İndiki zəmanədə də camaatın fikri o qədər dəyişir ki, heç bilmirsən qardaş dediyin 1 il başqa mühitə düşdükdən sonra necə olacaq. Amma bir məsələ də var ki, insanın geninə yazılmış bir neçə axmaq xasiyyət varsa, onları dəyişmək çətin olur. Yəni o xasiyyətləri zəiflətmək 10 il çəkirsə, onların dirçəlməsi üçün 1-cə həftə kifayət edər.. Çünki qanındadır.. :)

Link to comment
Share on other sites

[quote name='Maybach_K' post='4922148' date='Jun 16 2009, 21:38 ']Xezer-Lenkeran-dan ayrıldığın doğrudurmu?[/quote]

Xəzər Lənkərandan məni heç kim ayıra bilməz. Amma klubdakı tutduğum vəzifədə artıq işləmirəm.

[quote]Olmaq istediyin ölke?[/quote]

Mənim ən çox sevdiyim bir şey varsa o da səyahət etməkdir.. Azərbaycandan kənarda vur-tut 10 ya da 11 ölkədə olmuşam. Amma rəngarəngliyi sevirəm. Dünyanının heç olmazsa 60-70 ölkəsində olmaq istəyirəm. Rəhmətlik Barış Mançoya həsəd aparırdım. 200-dən artıq ölkədə (demək olar ki hamısında) olmuşdu. Hələ ki, uşaqlarım balacadır, bir az sözəbaxan olsunlar, Allahın köməkliyi ilə mən də başlayacam :D

İtaliya, CAR, Braziliya, İspaniya, Monako, təkrarən Fransa, Mərakeş, İraq, Sinqapur

Link to comment
Share on other sites

[quote name='FF-Melikova' post='4968291' date='Jun 25 2009, 10:05 ']Salam!
Sizin fikrinizce heyat sebr eleyenlerindir yoxsa hücuma keçenlerin?[/quote]

Salam FF,

Səbr edənlər də, etməyənlər də, hücuma keçənlər də, keçməyənlər də bir HƏYAT yaşayır. Amma yaxşı və ya pis həyat olduğunu zaman, tarix və cəmiyyət göstərir.

Səxsən mənim fikrimcə bu həyatda geri düşməmək üçün və sözünü demək üçün hər zaman səbr edib və daha sonra hücuma keçmək lazımdır. Biri birini tamamlamalıdır. Hər zaman səbr edib hücuma keçməsən, pis çıxmasın, Azərbaycan reallığında adamın başına qapaz vurarlar və hər şeyi adamın üstünə yıxarlar. Hər zaman səbr etmədən hücuma keçsən hədəflərindən uzaq düşə bilərsən və başqaları tərəfindən düzgün anlaşılmaya bilərsən.

Şəxsən mən özümdə artıq bir neçə ildir ki, səbr etmək tədrisi keçirəm.. Çox səbrsizəm və daim hücumlardayam. Ziyanını görmüşəm. Amma açığını deyim - heç kəsin yanında gözü kölgəli deyiləm, baxmayaraq ki, məni tanımadan bəyənməyənlər çoxdur.

Link to comment
Share on other sites

[quote name='Sun_tzy' post='4994737' date='Jul 1 2009, 00:53 ']Sən bu şeir [i]yazmaq xəstəliyinə[/i] harada ve necə tutulmusan? :)[/quote]

Deyim dəə..

[quote]şeir yazmaq[/quote]

Əgər onlara şeir demək olarsa :)

[quote]harada[/quote]

Özüm də bilmirəm harada, amma şeir öyrənmək qabiliyyətim sıfıra bərabər olanda, 8-ci sinifdə Sədrəddin müəllim mənə söz vermişdi ki, sən bir gün şeir yazacaqsan.. Maraqlıdı..

[quote]necə tutulmusan?[/quote]

75 nəfərin istifadə etdiyi şprisdən qan köçürmüşdüm.. Bax belə yoluxdum :D

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 5 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
      • 13 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Haha
        • Like
      • 77 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Red Heart
      • 111 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Facepalm
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Thanks
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Sad
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...