Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Məhəbbət yolçusu


Recommended Posts

  • 3 weeks later...

Sən məni ötürmə, gedirəm özüm,

Kədərli baxışdan üzülər ürək.

Dayansam yenə də dolacaq gözüm,

Göz yaşım üzümdə donacaq buz tək.

Çox arxamca baxma qoy gedim rahat,

Son vida, son sözlər nəyinə gərək.

Ayrılıq zamanı yetişdi, heyhat,

Mənim istəyimcə deyil bu istək.

Mən çıxıb-gedirəm ötürmə məni,

Ayrılıq – vüsala aparan bir yol.

Yaxın bir zamanda görərəm səni,

Mən dönüb gəlincə salamat sən ol.

Link to comment
Share on other sites

siz cox gozəl yazırsınız. şerinizə musiqi yazılması münasibəti ilə də sizi təbrik edirəm və gələcək ugurlar arzulayıram.

ps: mahnını ərsəyə gətirənlər üzürlü hesab etsələr deyərdim ki, musiqi cox akademik alınıb. vətənpərvərlik və ictimai-siyasi yönümlü mahnıların musiqisinə daha çox oxşadığına görə şerin sadə insani mahiyyətini və mənasını bir az itirib. daha dogrusu öz içində əridib.

Link to comment
Share on other sites

siz cox gozəl yazırsınız. şerinizə musiqi yazılması münasibəti ilə də sizi təbrik edirəm və gələcək ugurlar arzulayıram.

ps: mahnını ərsəyə gətirənlər üzürlü hesab etsələr deyərdim ki, musiqi cox akademik alınıb. vətənpərvərlik və ictimai-siyasi yönümlü mahnıların musiqisinə daha çox oxşadığına görə şerin sadə insani mahiyyətini və mənasını bir az itirib. daha dogrusu öz içində əridib.

şadam ki bəyənirsiz

çox saqolun

Link to comment
Share on other sites

  • 3 weeks later...

***

Həsrətində idim uzun bir zaman,

Qəlbimi sənsizlik üzürdü yaman.

Nəhayət yetişdi gözlədiyim an,

Bu qış gözümüzdə yaşı qurutdu.

Sanki, bir bahardı, bir yaydı bu qış,

Nə güclü qar yağdı, nə güclü yağış.

Bəxş etdin sən mənə isti bir baxış,

Bu qış gözümüzdə yaşı qurutdu.

Vüsalın yanında əridi hicran,

Durarmı soyuqla isti yanbayan!?

Eşitdi səsimi ulu Yaradan,

Bu qış gözümüzdə yaşı qurutdu.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Günəşsiz oyandım yenə bu səhər,

Dəhşətli bir yuxu görmüşəm gecə.

Qəlbimi bürüdü həyəcan, kədər,

Bilmədim təskinlik tapacam necə.

Yuxuda gördüm ki, sevgimiz bitib,

Yarmın ürəyi sərd buza dönüb.

O məni tərk edib, gözümdən itib,

Baharım qış olub, ocağım sönüb.

Canımdan üşütmə keçdi həmin an,

Xəyallar, arzular sanki puç oldu.

Yuxudan oyandım elə bu zaman,

Gəlbimə şübhələr yağıştək doldu.

Link to comment
Share on other sites

Günəşsiz oyandım yenə bu səhər,

Dəhşətli bir yuxu görmüşəm gecə.

Qəlbimi bürüdü həyəcan, kədər,

Bilmədim təskinlik tapacam necə.

Yuxuda gördüm ki, sevgimiz bitib,

Yarmın ürəyi sərd buza dönüb.

O məni tərk edib, gözümdən itib,

Baharım qış olub, ocağım sönüb.

Canımdan üşütmə keçdi həmin an,

Xəyallar, arzular sanki puç oldu.

Yuxudan oyandım elə bu zaman,

Gəlbimə şübhələr yağıştək doldu.

Link to comment
Share on other sites

Günəşsiz oyandım yenə bu səhər,

Dəhşətli bir yuxu görmüşəm gecə.

Qəlbimi bürüdü həyəcan, kədər,

Bilmədim təskinlik tapacam necə.

Yuxuda gördüm ki, sevgimiz bitib,

Yarmın ürəyi sərd buza dönüb.

O məni tərk edib, gözümdən itib,

Baharım qış olub, ocağım sönüb.

Canımdan üşütmə keçdi həmin an,

Xəyallar, arzular sanki puç oldu.

Yuxudan oyandım elə bu zaman,

Gəlbimə şübhələr yağıştək doldu.

Link to comment
Share on other sites

  • 4 weeks later...

***

Nə olar oyatma məni bu səhər,

Bu günün qonağı olsun sükünət

Oyansam, gəlbimə dolacaq kədər

Yuxuda boğulsun əzablı həsrət.

Bu gün qalacayam yenə də sənsiz,

Dörd divar sıxacaq partlasın ürək.

Çox qalmaz hicranda sevən sevənsiz

Bu acı hicrana mən dözəm gərək.

Sən məni oyatma, dincəlsin canım,

Yuxular qoynunda qoy yatsın həsrət.

Bir əsrə çevrilir sənsiz hər anım,

Əsirə döndərir məni məhəbbət.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 3 weeks later...

Qəlbimdə min arzu-dilək,

Eşqin ilə açır çiçək.

Nə qədər ki, vurur ürək,

Daim sənə möhtac olum.

Dərdi-qəmim qucaq-qucaq,

Yoxdu mənə arxa-dayaq.

Bir-birindən düşdük uzaq,

Daim sənə möhtac olum.

Ömrüm-günüm əziyyətdə,

Mərd aşiqəm sədaqətdə.

Bizim bu saf məhəbətdə,

Daim sənə möhtac olum.

Link to comment
Share on other sites

  • 5 weeks later...

Bir böyük eşqiyə edirdim qüman,

Saf sevgi yerinə mən gördüm yalan,

Yalançı vədlərdən usandım yaman.

Nahayat bu oyun sonuna çatdı

Örtüldü pərdələrr tamaşa bitdi

Rolunu çox gözəl numaiş etdin,

Özüvə sevdirdin, sonra da getdin.

Sən məni dərdimlə baş-başa atdın.

O hislər, duyğular.yox olub, itdi

Örtüldü pərdələr tamaşa bitdi

Səhnədə torandır, boşluq, sükünət.

Dustağdan buraxdi məni məhəbbət,

Indi mən xoşbəxtəm, bogduran həsrət

Bir uzun müdətdir məni tərk etdi

Örtüldü pərdələrr tamaşa bitdi

Link to comment
Share on other sites

Bir böyük eşqiyə edirdim qüman, ?

Saf sevgi yerinə mən gördüm yalan,

Yalançı vədlərdən usandım yaman.

Nəhayət bu oyun sonuna çatdı

Örtüldü pərdələr tamaşa bitdi

Rolunu çox gözəl numayiş etdin,

Özünü sevdirdin, sonra da getdin.

Sən məni dərdimlə baş-başa atdın. ?

O hisslər, duyğular.yox olub, itdi

Örtüldü pərdələr tamaşa bitdi

Səhnədə torandır, boşluq, sükunət.

Dustaqdan buraxdi məni məhəbbət,

Indi mən xoşbəxtəm, boğduran həsrət

Bir uzun müdətdir məni tərk etdi

Örtüldü pərdələr tamaşa bitdi

Şeirləriniz gözəldir , əla yazırsınız, afərin Sizə.

Lakin bu şeirdə bəzi yerlərdə anlamadığım məqamlar var. Məsələn :

"Bir böyük eşqiyə edirdim güman," burada nəyi nəzərdə tutursunuz , tam anlaşıqlı deyil.

Burada yəqin ki, belə ola bilər :

Bir böyük eşqinə edirdim güman, .

Sonra başqa bir yerdə :

"Sən məni dərdimlə baş-başa atdın." ?

Burada isə "atdın" sözü mümkün deyil , "qoydun" və ya "Artıq öz dərdimlə baş - başa verdim" də ola bilərdi .

Yenə də ən yaxşısını Siz bilərsiniz , təbrik edirəm bir daha .

Edited by vuqar melikov
Link to comment
Share on other sites

Şeirləriniz gözəldir , əla yazırsınız, afərin Sizə.

Lakin bu şeirdə bəzi yerlərdə anlamadığım məqamlar var. Məsələn :

"Bir böyük eşqiyə edirdim güman," burada nəyi nəzərdə tutursunuz , tam anlaşıqlı deyil.

Burada yəqin ki, belə ola bilər :

Bir böyük eşqinə edirdim güman, .

Sonra başqa bir yerdə :

"Sən məni dərdimlə baş-başa atdın." ?

Burada isə "atdın" sözü mümkün deyil , "qoydun" və ya "Artıq öz dərdimlə baş - başa verdim" də ola bilərdi .

Yenə də ən yaxşısını Siz bilərsiniz , təbrik edirəm bir daha .

Vugar, Sizə çox minətdaram səhflərimi düzəldmisiz, bircə atdin sozu hec cur dəyişə bilmərəm çünki qafiya pozlur

Men sovet dobrde tehsil almiwam, Hemin dovrde rus sektorda ana dile onem vermeyibler, indi buna gore eziyet cekirem

bir də minnətdaram

Bir böyük eşqinə edirdim güman,

Saf sevgi yerinə mən gördüm yalan,

Yalançı vədlərdən usandım yaman.

Nəhayat bu oyun sonuna çatdı

Örtüldü pərdələrr tamaşa bitdi

Rolunu çox gözəl numaiş etdin,

Özünu sevdirdin, sonra da getdin.

Sən məni dərdimlə baş-başa atdın.

O hisslər, duyğular.yox olub, itdi

Örtüldü pərdələr tamaşa bitdi

Səhnədə torandır, boşluq, sükünət.

Dustaqdan buraxdi məni məhəbbət,

Indi mən xoşbəxtəm, bogduran həsrət

Bir uzun müddətdir məni tərk etdi

Örtüldü pərdələrr tamaşa bitdi

Link to comment
Share on other sites

Düzəliş

Həqiqi aşiqsən, edirdim güman,

Saf sevgi yerinə mən gördüm yalan,

Yalan məhəbbətdən usandım inan,

Hissim, duyğularım yox olub-getdi,

Bağlandı pərdələr tamaşa bitdi.

Qəlbimdə sakitlk, boşluq, toranlıq,

Gözümdə hər tərəf, zülmət, qaranlıq.

Yerimdə qurudum əvvəl bir anlıq,

Eşqim, səadətim məni tərk etdi,

Bağlandı pərdələr tamaşa bitdi.

Rolunu çox gözəl numaiş etdin,

Sevdirdin özünü sonra da getdin.

Sən məni atmaqla arzuna yetdin,

Əhdin, etibarın olmadı ciddi,

Bağlandı pərdələr tamaşa bitdi.

Link to comment
Share on other sites

Düzəliş

Həqiqi aşiqsən, edirdim güman,

Saf sevgi yerinə mən gördüm yalan,

Yalan məhəbbətdən usandım inan,

Hissim, duyğularım yox olub-getdi,

Bağlandı pərdələr tamaşa bitdi.

Qəlbimdə sakitlk, boşluq, toranlıq,

Gözümdə hər tərəf, zülmət, qaranlıq.

Yerimdə qurudum əvvəl bir anlıq,

Eşqim, səadətim məni tərk etdi,

Bağlandı pərdələr tamaşa bitdi.

Rolunu çox gözəl nümayiş etdin,

Sevdirdin özünü sonra da getdin.

Sən məni atmaqla arzuna yetdin,

Əhdin, etibarın olmadı ciddi,

Bağlandı pərdələr tamaşa bitdi.

Bax bu doğrudan da möhtəşəm, çox gözəl, həqiqətən əladır . Yazmaqda davam edin , mexaniki səhvləri isə Azərbaycan dilini bilən biri ilə məsləhətləşib düzəltsəniz yaxşı olar , çünki şeirlərinizi başqalarına göstərdikdə orada xırda da olsa səhvlər görününcə istər istəməz qeyri ciddi yanaşmalar olacaqdır.

Link to comment
Share on other sites

Düzəliş

Həqiqi aşiqsən, edirdim güman,

Saf sevgi yerinə mən gördüm yalan,

Yalan məhəbbətdən usandım inan,

Hissim, duyğularım yox olub-getdi,

Bağlandı pərdələr tamaşa bitdi.

Qəlbimdə sakitlk, boşluq, toranlıq,

Gözümdə hər tərəf, zülmət, qaranlıq.

Yerimdə qurudum əvvəl bir anlıq,

Eşqim, səadətim məni tərk etdi,

Bağlandı pərdələr tamaşa bitdi.

Rolunu çox gözəl numaiş etdin,

Sevdirdin özünü sonra da getdin.

Sən məni atmaqla arzuna yetdin,

Əhdin, etibarın olmadı ciddi,

Bağlandı pərdələr tamaşa bitdi.

:aappll: :rroza:

Link to comment
Share on other sites

Bax bu doğrudan da möhtəşəm, çox gözəl, həqiqətən əladır . Yazmaqda davam edin , mexaniki səhvləri isə Azərbaycan dilini bilən biri ilə məsləhətləşib düzəltsəniz yaxşı olar , çünki şeirlərinizi başqalarına göstərdikdə orada xırda da olsa səhvlər görününcə istər istəməz qeyri ciddi yanaşmalar olacaqdır.

çox saqolun , düzdür , bundan sonra daha diqqətli olacayam

Link to comment
Share on other sites

  • 4 weeks later...

Yenə də ayrılıq, yenə də həsrət,

Yenə də işgəncə, yenə də dəhşət.

Yenə otağımda hökm edən zülmət,

Mənim ürəyimə kədər salacaq,

Bu gecə ümidlər yetim qalacaq.

Tənhalıq yenə də üzəcək məni,

Yenə də gözlərim gəzəcək səni.

Yenə yad edəcəm olub-keçəni,

Təklikdə xəyallar gültək solacaq.

Bu gecə ümidlər yetim qalacaq.

Ürəydən sevənlər bir-birin anlar,

Eşqin əzabına yox deməz onlar.

İllərə çevrilən bu sənsiz anlar,

Mənim saçlarıma dən-dən dolacaq,

Bu gecə ümidlər yetim qalacaq.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Bu dünyadan çıxıb-getsəm,

Ürəkləri sıxıb-getsəm,

Səni göydən yıxıb-getsəm,

Gözündən yaş tökəcəksən,

Həsrətimi çəkəcəksən.

Ayrılığa dözə bilsən,

Ayaq üstə gəzə bilsən.

Köhnə eşqi təzə bilsən,

Gözündən yaş tökəcəksən,

Həsrətimi çəkəcəksən.

Zaman-zaman gələndə yaz,

Üşüdəndə səni ayaz.

Qızlar sənə edəndə naz,

Gözündən yaş tökəcəksən?

Həsrətimi çəkəcəksən?

Link to comment
Share on other sites

  • 3 weeks later...

Yenə dərdlərimi oyadır yağış.

Göydəki buludlar canımı sıxır.

Yadıma düşəndə doğma bir baxış,

O zaman yağıştək göz yaşım axır.

Yenə ürəyimi bürüdü kədər.

Həyallar xəzantək saralır solur.

Hicranda qalaraq artıq bu qədər,

Şübhələr gəlbimə yağıştək dolur.

Uzaqa aparır arzumu külək,

Elə bil dərilmiş bir yarpaq kimi.

Ağlayir, sızlayir təklikdə ürək

Gözərir həsrətdə bir çıraq kimi

Link to comment
Share on other sites

Yenə dərdlərimi oyadır yağış.

Göydəki buludlar canımı sıxır.

Yadıma düşəndə doğma bir baxış,

O zaman yağıştək göz yaşım axır.

Yenə ürəyimi bürüdü kədər.

Həyallar xəzantək saralır solur.

Hicranda qalaraq artıq bu qədər,

Şübhələr gəlbimə yağıştək dolur.

Uzaqa aparır arzumu külək,

Elə bil dərilmiş bir yarpaq kimi.

Ağlayir, sızlayir təklikdə ürək

Gözərir həsrətdə bir çıraq kimi

düzəliş

Yenə dərdlərimi oyadır yağış.

Göydəki buludlar canımı sıxır.

Yadıma düşəndə doğma bir baxış,

O zaman yağış tək göz yaşım axır.

Yenə ürəyimi bürüdü kədər.

Xəyallar xəzən tək saralır, solur.

Ayrılıq ömrümə damcılar zəhər,

Şübhələr gəlbimə yağış tək dolur.

Uzağa aparır arzumu külək,

Ağacdan ayrılan bir yarpaq kimi.

Ağlayir, sızlayir təklikdə ürək

Közərir sönəcək bir çıraq kimi

Link to comment
Share on other sites

  • 4 weeks later...

Sənim məhəbbətin səmimi, təmiz,

Yenidən qaytardı həyata məni.

Sənin məhəbbətin hədsiz bir dəniz,

Yadımdan çıxartdı olub-keçəni.

Sən mənə bəxş etdin gözəl bir həyat,

Fərəhsiz günləri eylədin əlvan.

Əzaba dönürdü sənsiz hər saat,

Mən xoşbəxt olaram, etmirdim güman.

Bu da bir təsadüf, bu da bir qismət,

Nə yaxşı həyatda sənə rəst gəldim,

Qəlbimdən silindi qəm-qüssə, həsrət,

Xoşbəxtlik sirrini mən indi bildim.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Yenə kədərliyəm, əlimdə qələm,

Varaqlar üstünə sözlər düzülür.

Könlümü sıxdıqca həsrət dolu qəm,

Göz yaşım sətirdən-sətrə süzülür.

Yenə üz-gözümdən qəm seli axır,

Misralar üstünə tökülür damcı.

Puç olmuş arzular gəlbimi sıxır,

Xəyallar həm şirin, həm də ki, acı.

Ağ kağız üstünə yazdım dərdimi,

Varaqlar birazdan sözlə dolacaq.

Sızlayan ürəkdən pozdum dərdimi,

Yenidən qoy olsun hər nə olacaq.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Bilmirəm nə gədər dözəcək ürək,

Bu gecə tək qalıb çox ağlamışdım.

Deyəsən puç oldu bir ümid, istək –

Bir ülvi görüşə bel bağlamışdım

Bildirə bilmədim halımı sənə

özümü vüqarlı, mərd saxlamışdım

Dərd verməz heç zaman sevən sevənə

Bir ülvi görüşə bel bağlamışdım

Dözməkdən savayı yoxdur əlacım,

Fikirdən yorulub yuxulamışdım

Məni məcbur etmə sənə əl açım

Bir ülvi görüşə bel bağlamışdım

Link to comment
Share on other sites

Bilmirəm nə gədər dözəcək ürək,

Bu gecə tək qalıb çox ağlamışdım.

Deyəsən puç oldu bir ümid, istək –

Bir ülvi görüşə bel bağlamışdım

Bildirə bilmədim halımı sənə

özümü vüqarlı, mərd saxlamışdım

Dərd verməz heç zaman sevən sevənə

Bir ülvi görüşə bel bağlamışdım

Dözməkdən savayı yoxdur əlacım,

Fikirdən yorulub yuxulamışdım

Məni məcbur etmə sənə əl açım

Bir ülvi görüşə bel bağlamışdım

Link to comment
Share on other sites

Bilmirəm nə gədər dözəcək ürək,

Bu gecə tək qalıb çox ağlamışdım.

Deyəsən puç oldu bir ümid, istək –

Bir ülvi görüşə bel bağlamışdım

Bildirə bilmədim halımı sənə

özümü vüqarlı, mərd saxlamışdım

Dərd verməz heç zaman sevən sevənə

Bir ülvi görüşə bel bağlamışdım

Dözməkdən savayı yoxdur əlacım,

Fikirdən yorulub yuxulamışdım

Məni məcbur etmə sənə əl açım

Bir ülvi görüşə bel bağlamışdım

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
        • Like
      • 160 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...