Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Məhəbbət yolçusu


Recommended Posts

Ana

 

Bilirəm incidib üzmüşəm səni,

Yorğun da olanda gülürdü gözün.

Sığallar çəkirdin, öpürdün məni,

Təskinlik verirdi hər şirin sözün.

 

Bağışla, anacan, mən sənə qurban,

Gecə də, gündüz də dərdimi çəkdin.

Şikayət duymadım səndən heç zaman,

Sən mənim yolumda belini bükdün.

 

Üz-gözün qırışdı, ağardı tüllər,

Acılı həyatın çox üzdü səni.

Heyif, qocalırsan keçdikcə illər,

Çox xahiş edirəm, tək qoyma məni.

Link to comment
Share on other sites

Ana

 

Bilirəm incidib üzmüşəm səni,

Yorğun da olanda gülürdü gözün.

Sığallar çəkirdin, öpürdün məni,

Təskinlik verirdi hər şirin sözün.

 

Bağışla, anacan, mən sənə qurban,

Gecə də, gündüz də dərdimi çəkdin.

Şikayət duymadım səndən heç zaman,

Sən mənim yolumda belini bükdün.

 

Üz-gözün qırışdı, ağardı tüllər,

Acılı həyatın çox üzdü səni.

Heyif, qocalırsan keçdikcə illər,

Çox xahiş edirəm, tək qoyma məni.

DÜZƏLİŞ

 

ANA

Bilirəm incidib üzmüşəm səni,

Yorğun da olanda gülürdü gözün.

Sığallar çəkirdin, öpürdün məni,

Təskinlik verirdi hər şirin sözün.

 

Bağışla, anacan, mən sənə qurban,

Gecə də, gündüz də dərdimi çəkdin.

Şikayət duymadım səndən heç zaman,

Sən mənim yolumda belini bükdün.

 

Üz-gözün qırışdı, ağardı tellər,

Acılı həyatım çox üzdü səni.

Heyif, qocalırsan keçdikcə illər,

Çox xahiş edirəm, tək qoyma məni.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Səhərdən gözlərim yollara baxır,

Gözlərim yol çəkir, qulağım səsdə.

Sənsizlik qəlbimi yamanca sıxır,

 Sən azad, mən isə dar bir qəfəsdə.

 

Bir gecəm də keçir səndən uzaqda,

Sənsiz açılacaq növbəti səhər.

Xəyalım dolanır aranda, dağda,

Hər tərəf qaranlıq, dincəlir şəhər.

 

Ürəyim sızlayır, darıxır sənsiz,

 Yalqızam yenə də bir sirdaşım yox.

Ayrılıq dərdinə dözməzdin mənsiz,

Olsaydı həsrətin mənimkindən çox.

Link to comment
Share on other sites

 

Etiraf edirəm üzmüşəm səni, 

Səhvlərə yol verdim bilmədən özüm.

Əgər bacarırsan bağışla məni, 

Səndən üzür dilər mənim hər sözüm.

 

Acılar çəkdirdim, sənə qəm verdim,

Dərdinin üstünə dərdimi yıxdım. 

Sənin tərəfindən mən qayğı gördüm,

 Mənsə əvəzində qəlbini sıxdım.

 

İndi üzülürəm, çox peşmanam, çox,

 Bir də incitmərəm mən səni əsla. 

Gec başa düşmüşəm, amma, fayda yox,

 Qoy deyim bir daha: “Məni bağışla”.
Link to comment
Share on other sites

  • 2 months later...
 

Getdin

Kədər güc gəldikcə  əyilirəm mən, 

Taleyim sınağa çəkir eləcə. 

Sən məni  tək qoyub getmisən nədən, 

Acı tənhalığa alışım necə?

 

Həsrətin o gündən mənə dost oldu

Qəlbimi dumanla bürüdü payız. 

Yenə də gözlərim bulud tək doldu, 

Məni sellər kimi sürüdü payız. 

 

Tərk edib getmisən, tənhalıq qalıb,

 Sırtıq qonaq kimi getmək bilməyir.

 Könlümü həyəcan, qəm-qüssə alıb, 

Gecələr uzanır, səhər gəlməyir.

 

Çiynimdə sənsizlik yükün daşıdım, 

Dünya gözlərimdə sənsiz oldu dar. 

Soruşma ölmədim. Niyə yaşadım?

Hələ yaşayacam neçə qış-bahar. 
Link to comment
Share on other sites

очень красиво. честно. на нашем родном языке стихи звучат оччень красиво

наш язык- язык поэзии

спасибо, я рада что вам понравилось

Link to comment
Share on other sites

  • 1 month later...

Payız

Saralıb, ağacdan düşür yarpaqlar,

Buludlar yenə də qatar-qatardır.

Qızılı paltarın geyindi bağlar,

Mənimsə qəlbimdə hələ bahardır.

 

Təbiət ecazkar rəngə boyandı,

Uşaqlıq illərim yadıma düşdü.

Yatmış xatirələr bir-bir oyandı,

Göz yaşım yanağım üstə sürüşdü.

 

Mən həyat bağında quru bir budaq,

Əfsus, arzularım açmadı çiçək.

Ömrümün ayları soyuq, qar, sazaq,

Solğun illərimi apardı külək.

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 3 weeks later...
Fikirlər

Başımda var min-bir fikir,

Varaq-varaq yazır qələm.

Düşüncələr sətir-sətir,

Misraların mənası qəm.

 

Ağ kağıza kədər dolur,

Kəlmələrim acı-acı.

Göz yaşlarım nöqtə olur, 

Varaqlarda damcı-damcı.

 

Fikirlərim qarışdıqca,

Qələm, varaq oldu sirdaş.

Tənhalıqla barışdıca,

Könül güldü yavaş-yavaş.
Link to comment
Share on other sites

  • 1 month later...
Özümü səninlə çox xoşbəxt sandım, 

Göylərə qaldırdı bu sevgi məni. 

Sən getdin mən isə alışdım, yandım, 

Gözlərim hələ də axtarır səni.

 

Sənsiz bu dünya bir zindandır mənə, 

Sənsiz bu dünya şox ensizdir, dardır.

 Ayrılıq hökmünü kim verdi sənə? 

O gündən tənhalıq ömrümə yardır.

 

Həsrət tikən olub könlümə batır, 

Qəmə sirdaş oldum mən yava- yavaş. 

Gün sənsiz başlayır, sənsiz də bitir, 

Həyatım səninlə keçəydi, ey kaş.
Link to comment
Share on other sites

  • 3 weeks later...

вы Наиля Шахверди?вы просто талант. я давно читал ваши стихи. на фейсе помоему. желаю вам всех благ.

Да это я))))

спасибо большое

Link to comment
Share on other sites

Rəfiqəmə

İstərəm olasan xoşbəxt, ay bacı,

Mən sənin üzündə görməyim kədər.

Gözündən axmasın yaş damcı-damcı,

Əzizim, sıxılma, üzülmə hədər.

 

Səntək az tapılar mehriban insan,

Ən çətin günümdə yanımda oldun.

Məndən ayrılmadın heç vaxt, heç zaman,

Dərdimi dağıdıb, könlümü aldın.

 

Tanrıdan istərəm sənə toy-büsat,

Səmimi qəbul et məndən bu jesti.

Qoy olsun qismətin fərəhli həyat,

Ay kimi işıqlı, Gün kimi isti.
Link to comment
Share on other sites

 

Rəfiqəmə
İstərəm olasan xoşbəxt, ay bacı,
Mən sənin üzündə görməyim kədər.
Gözündən axmasın yaş damcı-damcı,
Əzizim, sıxılma, üzülmə hədər.
 
Səntək az tapılar mehriban insan,
Ən çətin günümdə yanımda oldun.
Məndən ayrılmadın heç vaxt, heç zaman,
Dərdimi dağıdıb, könlümü aldın.
 
Tanrıdan istərəm sənə toy-büsat,
Səmimi qəbul et məndən bu jesti.
Qoy olsun qismətin fərəhli həyat,
Ay kimi işıqlı, Gün kimi isti.

 

а вы на русском языке тоже пишете?

Link to comment
Share on other sites

Rəfiqəmə

İstərəm olasan xoşbəxt, ay bacı,

Mən sənin üzündə görməyim kədər.

Gözündən axmasın yaş damcı-damcı,

Əzizim, sıxılma, üzülmə hədər.

Səntək az tapılar mehriban insan,

Ən çətin günümdə yanımda oldun.

Məndən ayrılmadın heç vaxt, heç zaman,

Dərdimi dağıdıb, könlümü aldın.

Tanrıdan istərəm sənə toy-büsat,

Səmimi qəbul et məndən bu jesti.

Qoy olsun qismətin fərəhli həyat,

Ay kimi işıqlı, Gün kimi isti.

DÜZƏLİŞ

Ayın, Günün işığında

İstərəm olasan xoşbəxt, hər zaman

Mən sənin üzündə görməyim kədər.

Qoy gülsün üzünə həyatın hər an

Heç bir vaxt üzülmə, sıxılma hədər.

Səntək az tapılar mehriban insan,

Ən çətin günümdə dayaq olmusan.

Məndən ayrılmadın sən heç bircə an

Kövrək anlarımda könül almısan.

Ürəyin həmişə sevinclə dolsun,

Qəlbindən silinsin həm qəm, həm həsrət.

Xoşbəxtlik hər zaman qismətin olsun,

Qapini qoy döysün sevinc, səadət.

Tanrıdan istərəm sənə toy-büsat,

Kədəri qəlbindən sil artıq, bəsti.

Qoy olsun qismətin fərəhli həyat,

Ay kimi işıqlı, Gün kimi isti.

Link to comment
Share on other sites

  • 1 month later...

Sevirəm səni

Bəlkə də mənimtək darıxırsan sən,

Artıq unutmusan bəlkə də məni.

Yolunu hələ də gözləyirəm mən.

Uzaqdan-uzağa sevirəm səni.

 

Fələk də ayıra bilməzdi bizi,

Bilmədim kim oldu eşqin düşməni.

Qəlbimdə bəslərəm saf sevgimizi.

Uzaqdan-uzağa sevirəm səni.

 

Günəş buludlara qoşuldu, getdi,

Qaranlıq bürüdü çölü, çəməni.

Bir səhər də gəldi, bir gecə bitdi.

Uzaqdan-uzağa sevirəm səni.

Link to comment
Share on other sites

  • 4 weeks later...
  • 1 month later...

Döyünən qəlbim

Sən qəmli olanda ağrıyır canım, 
Sən mənim damarda axan al qanım, 
Kaş, sənsiz olmasın bir günüm, anım.
Mən sənsiz yaşaya bilmərəm axı...

 

 

Məhəbbət nə demək səninlə bildim, 
Səninlə ağladım, səninlə güldüm, 
Mən səni sevməkçün həyata gəldim,
Mən sənsiz yaşaya bilmərəm axı...

Qəlbimdə bəslərəm bir arzu, istək, 
Bizi ayirmasın heç zaman fələk, 
Eşqinlə döyünür sinəmdə ürək,
Mən sənsiz yaşaya bilmərəm axı.

Link to comment
Share on other sites

  • 2 months later...

***

Xəyanət bu gecə qonağım oldu,

Bu əlvan dünyamın rəngləri soldu,

Kədərdən qəlbimə göz yaşı doldu,

Boğdum göz yaşımda məhəbbətimi.

Ayaqda saxladı məni intizar

Xəzana çevrildi sevdalı bahar.

Kədərdən göz yaşım yağış tək yağar.

Boğdum göz yaşımda məhəbbətimi

Ürəyin yerinə bağlandı bir daş,

Nə düşmən tanıdım, nə də ki sirdaş.

Doluya çevrildi gözümdəki yaş

Boğdum göz yaşımda məhəbbətimi

çox gözəl şerləriniz var!Əhsən!Sizə heyran qaldım  :)  :aappll:

Link to comment
Share on other sites

  • 5 weeks later...
Görmək istəyirəm

 

 

Sənsiz çox çətindir bir ömür sürmək, 

Xəyalın- kədərli, həsrətin- kövrək.

Gözlərim istəmir heç kəsi görmək, 

Görmək istəyirəm mən təkcə səni. 

 

Bilmirəm, başımı nələrlə qatım, 

Bilmirəm nə edim arzuma çatım. 

Bir gecə olmur ki, arxayın yatım, 

Görmək istəyirəm mən təkcə səni. 

 

Mən bir yaralı quş, bu dünya qəfəs, 

Naləmin xeyri yox, çırpılmaq əbəs. 

Tək sənin eşqinlə alıram nəfəs. 

Görmək istəyirəm mən təkcə səni. 
Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...
Ömür keçir 
Gün batır, birazdan düşəcək gecə. 
Ömürdən günlərim, aylarım gedir. 
Fasillər dəyişir, keçir eləcə, 
Cavanlıq illərim məni tərk edir.
 
Elə bil sürətlə ötür fəsillər,
Payız küləkləri hər yeri sökür. 
Saralır çiçəklər, soluxur güllər, 
Ağaclar birbəbir yarpağın tökür.
 
Yaş üstə yaş gəlir –qocalıq gerçək, 
Zamanı saxlaya bilməyib heç kəs.
Yenə də sinəmdə çırpınır ürək, 
Yenə də tükənmir həyata həvəs.
 
 
 
 
 
 

 

Link to comment
Share on other sites

  • 2 months later...

       canım

Sən mənə Allahdan verilən paysan,

Qəlbimdə açılan çiçəksən, canım.

Başımın üstündə Günəşsən, Aysan,

Dərdimi dağıdan küləksən, canım.

 

Ağladım ağladın, güldümsə güldün,

Bütün dərdlərimi məninlə böldün.

Üzümdən kədəri, qüssəni sildin,

Ömrümə ən gözəl bəzəksən canım.

 

Oldu ki, incidin, amma, küsmədin,

Xətrimə dəymədin, məni üzmədin.

Mənimçün duanı bir an kəsəmədin,

Sən mənim gözümdə mələksən, canım.

 

Link to comment
Share on other sites

  • 1 month later...

Allah dərgahında

Yalvardım Allaha qorusun səni,
 Səndən uzaq etsin qəmi, kədəri.
 Yəqin ki, Yaradan eşidər məni, 
Odur nizamlayan bütün işləri. 

Qəlbinə dolmasın heç zaman təlaş
Tanrı hər bir işdə yardımçın olsun.
Görüm üz-gözündə təbəssüm, ey kaş,
 Sevinclə, fərəhlə ürəyin dolsun. 

Nədir, bilməyəsən qəm-qüssə, həsrət, 
Qoy sənə bəxş etsin Tanrımız iman, 
Allaha yalvarıb, etdim ibadət,
Qoy səni bəladan qorusun hər an.

Link to comment
Share on other sites

  • 2 months later...

Yaz gəlib

Günəş əritdi qarı
Müjdələdi baharı.
Soraqladı yar-yarı. 
Yurdumuza yaz gəlib.

Əlvan geyindi bağlar,
Yaşıl büründü dağlar.
Çiçəkləndi budaqlar,
Yurdumuza yaz gəlib.

Çiçək açdı yasəmən,
Ətirləndi bağ-çəmən.
Günlərimiz şəndi, şən,
Yurdumuza yaz gəlib.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Salam.Sizin şeirlərinizi oxuduqca bir daha anlayıram ki, Sevgi şairi əbədi yaşar.

Təşəkkür edirəm hər bir misraya görə.Mənim qəlbimin döyüntüsü yalnız şeirlə qidalanır...

Hər dəfə yeni bir misraya imza atanda, kövrəlirəm.Son nöqtəsində "saxlayın o qatarı "deməyim gəlir.

Cox istərdim bilim, siz nə hisslər kecirirsiz,sizə, sizin şeirləriniz doğma olub qəlbinizi kövrəldir?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 40 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 167 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 132 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...