Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ağıllarını başlarına toplasınlar, yoxsa müharibə İrəvanda yaşanacaq


Recommended Posts

Ağıllarını başlarına toplasınlar, yoxsa müharibə İrəvanda yaşanacaq – "Rüzgar Birliyi" ordusunun komandanı

Ülkücü hərəkatın əfsanəvi canlı üzvlərindən olan "Rüzgar Birliyi" ordusunun komandanı Yusif Ziya Arpacık SalamNews-a eksklüziv müsahibə verib.

- Yusif bəy, sizi Azərbaycanda, xüsusilə ofisimizdə görməyə çox şadıq. Azərbaycan türkçüləri olaraq haqqınızda başlayan ədalətsiz kampaniyalardan təəssüflənirik.

Türkiyədə olduğu kimi, Azərbaycanda da sizi Ülkücü Hərəkatın liderlərindən biri kimi tanıyırlar. Bu baxımdan ilk sualımız ülkücü fəaliyyətinizlə bağlıdır. 12 sentyabr çevrilişi zamanı zərərçəkən şəxslərdənsiniz və yəqin ki, digər həmfikirləriniz kimi işgəncələrə məruz qalmısınız...

- Bəli, mən 12 sentyabr 1980-ci il çevrilişi zamanı zərərçəkənlərdən olmuşam. Lakin mən bunula qürur duyuram. Biz türk bayrağı uğrunda mübarizə apardığımız üçün zərər çəkdik. Əcnəbi ölkənin bayrağını asanlara qarşı mübarizə apardıq. Məsələnin bütün mahiyyəti bunda idi, başqa bir problem yox idi. Bayraqların hakimiyyəti uğrunda mübarizə gedirdi və biz də öz bayrağımızı müdafiə etdik. Bu səbəbdən 12 sentyabrdan sonra başımıza gəlməyən hadisə qalmadı.

- Həbsxanadan çıxdıqdan dərhal sonra Azərbaycana gəldiniz və Qarabağ müharibəsində iştirak etdiniz. Bu qərara gəlməyiniz necə oldu?

- Rəhmətlik Alparslan Türkeş türk dünyasına, qardaş xalqlara və məzlum xalqlara qarşı çox həssas idi. Bizim hamımızın əqidəsi budur. Bizim üçün ilk sırada türk dünyası, sonra qardaş xalqlar, daha sonra isə məzlum xalqlar durur. Tarixin bütün dövrlərində bizim babalarımız üçün belə olub. Biz bu vəzifəni miras olaraq almışıq. Hər zaman qardaşlarımızın yanındayıq. Kimsənin kimsəyə zülm etməsini istəmirik. Bizim bütün tariximiz buna şahiddir və biz də bu müqəddəs, yüksək, fəzilətli mədəniyyətin daşıyıcılarıyıq.

- Əfsanəvi "Rüzgar Birliyi"nin yaranması necə oldu?

- Bu gün "soyqırım" deyərək tarixi saxtalaşdırmağa çalışan ermənilər özləri yaxın keçmişdə əsl genosid həyata keçiriblər. Bütöv bir şəhəri yer üzündən siliblər. Xocalı qətliamından dərhal sonra Alparslan Türkeş azərbaycanlı qardaşlarımıza dəstək olmaq qərarı verdi. Biz qardaşlarımızın yanına gəldik və iki il onların dərdinə şərik olduq. Sevinsələr sevinək, ağlasalar ağlayaq dedik. Beləcə, 1992-1993-cü illərdə Azərbaycanda olduq.

- Türkiyənin o dövrdə Azərbaycana hərbi yardım göstərdiyini bilirik. Məlumdur ki, cənub-şərqdə çalışan təcrübəli zabitlər Azərbaycana könüllü gəldikləri üçün vəzifədən azad edilirdilər. Bu barədə nə deyə bilərsiniz?

- O dövrdə uca Türk millətinin, xüsusiylə də Türkiyədəki türklərin buradakı qardaşları üçün ürəkləri yanmağa başladı. Qızlarımız tibb bacısı kimi bura gəlmək istəyirdilər. Əsgərlərimizdən ibarət könüllü dəstələr quruldu. Amma onda Süleyman Dəmirəl höküməti var idi. Maneələri aşaraq az da olsa qardaşlarımızın köməyinə gələ bildik. Daha böyük dəstəklər ola bilərdi. Çünkü xalq qərarını vermişdi. Xüsusən də Xocalı qətliamından sonra Türkiyə türkləri Azərbaycanda Ermənilərin həyata keçirdiyi soyqırımlar barəsində daha çox məlumatlı oldu. Dəstək üçün buraya çox adam gəlmək istəyirdi. 5 min nəfərin masaların üstündə yatdığını bilirəm. Ancaq bura gələ bilmədilər.

Azərbaycan prezidentinin Qarabağ məsələsi ilə bağlı mövqeyi ermənilər tərəfindən Kazanda qəbul edilmədi. Ürək müharibə istəmir, amma Qarabağı istəyir. Azərbaycan torpağı olan Qarabağın xilas edilməsi üçün Türkiyə türkləri olaraq bütün qəlbimizlə yardım etməyə hazırıq.

-"Rüzgar Birliyi" qərərgah funksiyası daşıyırdımı və Azərbaycan türkləri arasında yetişdirdiyiniz qəhrəmanlar oldumu?

- "Rüzgar Birliyi" könüllü ülkücülərdən təşkil edilmişdi. Azərbaycandan könüllü gələn qardaşlarımız da var idi. Əlbəttə, indi çox böyük xidmətləri olan qardaşlarımız var.

- Müharibə vaxtı heç unuda bilməyəcəyiniz bir döyüş oldumu?

- Təbii ki, biz savaş istəyən millət deyilik. Amma lazım gələndə bunu ən yüksək səviyyədə həyata keçirmək gücünə sahibik. Heç vaxt dava, savaş istəmirik. Amma istəyənlərə də fürsət verməyəcək qədər qabiliyyətimiz var. Bunu hər zaman isbat etdik və ispat etməyə də hazırıq.

- Prezidentlər səviyyəsində keçirilən Qarabağ görüşlərinin nəticə vermədiyini görürük. Kazan görüşü də uğursuzluqla nəticələndi. Sizcə, müharibənin qaçılmaz olduğu görünürmü?

- Azərbaycan prezidentinin Qarabağla bağlı mövqeyini dəstəkləyirik. Biz də əvvələr burada könüllü olaraq xidmət edən Türkiyə türkləri olaraq, müharibə başladığı təqdirdə bütün ruhumuzla, qəlbimizlə, bədənimizlə Azərbaycanın yanında olacağiq. Keçən dəfəkindən yüz qat, min qat daha çox insanla gələcəyik. Azərbaycan tək deyil. Sadəcə, Türkiyədən deyil, türk dünyasının ən ucqar nöqtələrindən belə Azərbaycana qaçaraq gələcək qardaşlarımız var. Azərbaycanla bağlı çirkin oyunlar həyata keçirənlər ağıllarını başlarına toplasınlar. Bu fürsəti dəyərləndirsinlər və işğal etdikləri torpaqlardan çəkilsinlər. Yoxsa, savaş İrəvanda yaşanacaq. İrəvanda televiziya ekranına baxaraq Qarabağdakı insanların canverməsinə şərait yaradanlara imkan verə bilmərik.

- Qarabağın müharibəsiz xilasına inanırsınız?

- Bu istiqamətdə göstərilən səyləri izləyirəm. Müharibəsiz Azərbaycan torpaqlarının geri alınmasını çox istəyirik. Amma əgər israr edərlərsə, başqa çarə yoxdur.

- Verdiyiniz müsahibələrdə ikinci Qarabağ müharibəsinin başladığı təqdirdə "Rüzgar Birliyi"nin savaşda iştirak etmək üçün Azərbaycana gələcəyini söylədiniz. Ülkücülər başda olmaqla Türkiyənin hansı siyasi qüvvələrinin və QHT-nin savaşa qatılacağını düşünürsünüz?

- Türk milləti Azərbaycana qarşı çox həssasdır. Qardaşlıq duyğusu çox yüksəkdədir. Bunu Bursada stadiona gətirilən Azərbaycan bayraqlarından da gördük.

- İraq türkmənləri ilə yaxından əlaqəli olduğunuzu bilirik. Bu barədə düşüncəniz necədir?

- Harada bir məzlum varsa, biz onun yanındayıq. Harada bir türk varsa, qardaş millət varsa, müsəlman varsa, onun yanındayıq. Kərkükdəki qardaşlarımızın da haqlarının taptalanmaması üçün səy göstəririk.

- Canlı savaş əfsanəsi olmanızla yanaşı, kitab da yazırsınız. Bu sahədə işləriniz necə gedir?

- Əslində, mən tarixçiyəm, araşdırmaçıyam. Atalarımız sadəcə özləri üçün deyil, dünyanın əmin-amanlığı üçün də çalışıb. Dünyada əmin-amanlığa əngəl olmaq istəyənlər var. Təbii ki, dünyada hər kəsin istiqrar içində yaşamasını istəyirik.

-Türk-İslam Birliyi ülküsünün gələcəyini necə görürsünüz?

- Hər iş yaxşı olacaq. Yeni nəsil, özü də sülhsevər nəsil gəlir.

- İstanbulda yaşayırsınız, maraqlıdır, gündəlik həyatınız necə keçir?

- Təbii, demək olar ki, hər gün tariximizdən danışırıq. Çünki türk tarixində sevgi var, qardaşlıq var, ölkəmizin, dünyanın sabitliyi var. Biz belə zəngin tarixin, belə zəngin mədəniyyətin təmsilçiləriyik və bundan qürur duyuruq.

Link to comment
Share on other sites

Mən Qarabag müharibəsində şəhid olmuş bütün insanıların ruhu qarşısında baş əyirəm.Bilirəm ki,bu gün Azərbaycanın ərazi bütövlüyu ugrunda hər dəqiqə canından keçməyə hazır olan çox sayda ogullarımız var!Yusif Ziya Arpacıga da Azərbaycana elədiyi xidmətlərə görə SAG OL deyirəm.O,Azəriləri unutmadıgı kimi Azərbaycan millətçiləri də onu heç vaxt unutmayacaqlar!Amma bir şeyi hamının bilməsi vacibdir.Qarabag müharibəsini biz başlamamışıq.Heç erməni adlanan millət də başlamayıb!Bu müharibənin müəllifi,sifarişçisi,icra edəni...və s.Rusiyadır.Rusiyanın istəyi olmadan Qarabagda müharibə eləmək mümkün deyil!Əks halda daha 20 %,bəlkə də daha çox torpaqlarımızı itirə bilərik!Unutmaq olmaz ki,Qarabagda və ermənistan ərazisində gedən bütün döyüşlərdə ermənistan bayragı altlnda Rusiya ordusu vuruşur.Bu həmişə belə olub,burda təəccüblü bir şey də yoxdur...Bizim ancaq bir yolunuz qalır.Rusiyanın zəifləməsini gözləmək,əlverişli məqamda zərbə vurmaq və torpaqlarımızı azad etmək.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 112 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 116 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 149 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...