Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qıraqdan baxan

Recommended Posts

Azərbaycanlı olmağımızla bir xüsusiyyətin irsi daşıyıcısına çevrilmişik. Deyə bilmərəm bu xüsusiyyət nə dərəcədə yaşxıdır, ya pis, ama bu faktdır. Faktdır ki, Azərbaycan insanı -

- universitetə daxil olmaq istəyəndə də qıraqdan baxanı fikirləşir: "Qıraqdan baxan desin ki, gördün, filankəsin uşağı Bakı Dövlətdə oxuyur" amma təhsil almaq kimi bir məqsədlə universitetə daxil olanlarımız azdır;

- insanlarımız evlənəndə də yenə eyni qüvvə deyir ki qoy qıraqdan baxan görsün ki Bentley-də gəlin apardıq, toyu Su Sonasında elədik, toyda filan müğənnilər var idi - və o qıraqdan baxanın düşüncələri üçün bir çoxlarımız son qəpik-quruşlarımızı səfərbər edirik;

- Azərbaycanlıyıq, adını daşıdığımız bu ölkəyə borcumuzu verərkən də fikirləşirik - qoy o Qıraqdan baxan fikirləşsin ki filankəs oğlunu filan yerə saldırdı;

- əzizlərimizi itiririk, dünyanın işidir, amma bu anda yenə də Qıraqdan baxan Əzraildən qabaq ağlımıza gəlir, oturub itirdiyimiz yaxınımızın dərdini çəkmək əvəzinə, onun başının üstündə bir Fatihə, İxlas, Yasin oxumaq əvəzinə, fikir bizi məhv edir - palatkanı hardan gətirdək, neçə kondisioner qoyduraq, Mollanı ancaq Təzəpirdən gətirək axı biz böyük adamıq.. Qəbir daşının qəbirstanlıqda ən bahalı, ən böyük, gözəgəlimli olmağını istəyirik, niyə? Ona görə ki o qıraqdan baxan var ha, o desin ki afərin, filankəsin oğlu atasının üstünə 2 metrlik 1 tonluq mərmər daşı qoyub onu hörmətli etdi... Hay hay... Amma o oğul ildə 4-5 dəfə atasına yasin oxuyur və ya oxutdururmu? Quran ruhun qidasıdır axı...

- Azərbaycanlıyıq yenə də... Əynimizə paltar, ayaqqabı da alanda, "ayağımızı yerdən götürməyə" maşın da alanda, lap yeri gələndə uşağa dondurma da alanda o qıraqdakı həmişə bizə baxır, biz də baxıb ən bahalısını alırıq.. Axı ucuzunu alsaq o deyər bu dilənçiyə bax... Axı biz bahalı maşından düşüb bahalı geyinib bahalı dondurma yeyərək ona dəbdəbəli yaşadığımızı göstərməliyik.. Ama o qıraqdan baxan heç vaxt bizə demir ki ay filankəs, əlini cibinə salanda dizini qaşıyırsan, pulun yoxdu, bəs kreditə girib bu maşını niyə alırsan, nəyinə gərək?

Ay qadasın aldıqlarım, siz nə deyirsiz, səhv fikirləşirəm? Olmaz axı bu qədər, niyə biz özümüz üçün yaşamaq istəmirik, hər addımımızda kimlərisə - Qıraqdanbaxanları fikirləşirik... Deməli qıraqdan baxan olmasaydı bütün həyatımız dəyişərdi, bütün həyatımızı dəyişərdik... Bəlkə dəyişək?

SİTAT:

Qıraqdan baxan pis başa düşər.

Əsas odur ki, qıraqdan baxanlar deməsinlər ki filankəsin qızı evdə qalıb.

Qoy qıraqdan baxan mənim güclü və zəif olduğumu qiymətləndirsin.

Qıraqdan baxanlar bizim nə əziyyət çəkdiklərimizi bilmirlər.

Heç siyasətin yoxdur eee... Birbaşa deyə bilmirəm axı ki, sənin gözəlliyindən ürəkləri gedir... Qıraqdan baxan var..

Səncə, sənə qıraqdan baxan insanlarda necə təəssürat oyadırsan?

Qıraqdan baxanlar köksün ötürər...

Qıraqdan baxan deyər ki , yəqin bunlar elə indi Təbrizi Farslardan geri alıb gəliblər.

Yanındakı qızın geyiminə görə qıraqdan baxan indi onu söyməsin neyləsin?!

Qıraqdan baxan deyər bu uşaq dəli olub.

Qıraqdan baxan xain adamlar sizin ayrılığınıza sevinməsinlər.

Link to comment
Share on other sites

  • 4 months later...

Çox maraqlı mövzudur,demək olar ki,bu halla gündəlik həyatımızda hər gün rastlaşırıq.Səmimi olaraq deyə bilərəm ki,məndə də bu xüsusiyyət vardır və bilirəm ki,Çox pis xüsusiyyətdir.Amma gəlin etiraf edək ki,bu xüsusiyyət demək olar ki,əksər insanlarda vardır və heÇ kim kütlədə formalaşmış bu fikrə qarşı Çıxa bilmir...

Link to comment
Share on other sites

  • 2 months later...
  • 2 months later...

pis insan qiraqdan baxana fikir vermir nede ona gore hereket etmir.pis ele pisdi isttir sagdan baxsinlar istir soldan!!!

oppaaa:) demeli... sizin dedyinizden bele cixir ki giragdan baxanlara fikir vermeyenler ozleri ele pis insanlardi?;)
Link to comment
Share on other sites

  • 2 months later...

Düzdür deyirik ki, qıraqdan baxana fikir vermək lazım deyil, ama heç də gündəlik həyatımızda buna əməl etmirik..Hətta deyərdim ki, tam əksinə hamı elə bil qıraq üçün yaşayır öz həyatını..Heç kəs qıraqçı yanında özünə necə rahatdırsa o cür də yaşaya bilməz, bəlkə də yaşayar eee ifadəmə görə üzr istəyirəm "arsız" adamlar yaşayar..Çünki, insan özünə qayıtdıqda daha rahat olur, özü ilə qaldıqda tam rahat olur..Elə ki, küçəyə çıxdın istər istəməz sən hansısa qəlibə düşürsən ən azınnan etika xatirinə..Amma sözsüz ki, insan həyatı ilə bağlı əsas qərarların verilməsində ümumiyyətlə qıraqdan baxanın reaksiyasına fikir verməməlidir..Unutmamalısan ki qıraqdan baxanlar sadəcə tamaşaçılardır..yaxşı olsa "biy", pis olsa "vay" deməkdən başqa sizə köməkləri olmayanlar...vəssalam!

Link to comment
Share on other sites

Sözünə və düşüncələrinə həmiyyət verdiyim adamlar ancaq yaxınlarımdır, doğma, əziz adamlarım. Kənardakılar isə onsuz da həmişə danışmağa söz tapacaqlar. İnsanın öz həyatı maraqsız olduqdan sonra istənilən şeyə qulp qoyacaq, həmişə narazı olacaq.
Camaat elə bilir ki, tək özləri düzgün həyat yaşayır, başqaları isə həmişə nepravdır.
Evə tez gəlsən, deyəcəklər ki, işdən çıxarıblar yəqin, gec gəlsən - 100% gəzəgəndir.
Tez ərə gedirsən, deyirlər filankəs qızını sırıdı filan oğlana, gec gedirsən, deyirlər ki, yəqin zibili var, alan yoxdur.
Toydan düz 9 ay sonra doğmasan, yəqin problem var, 9 aya doğsan, deməli əvvəldən hamilə idin.
Kişinin qarnı varsa, deməli arvad baxmır, qarnı yoxdursa, yenə də, qadın baxmır, kişi acından arıqlayıb.
Bir uşaqla kifayətlənirsən - deyirlər ki, ikincisi də lazımdır, ikincisi olur, deyirlər ki, qardaşa qardaş, bacıya bacı lazımdır, birini də doğursan, deyirlər ki, it ilxısı, köpək sürüsüdür.
Görüşə zada gedirsən, deyirlər əxlaqsızdır, görüşməmiş evlənirsən, qınayırlar ki, bunlar bir-birini tanımamış niyə evləndilər.
Qısa geyinirsən, deməli əxlaqsızsan, uzun geyinirsən - çuşkasan.
Hicab taxmırsan, deməli əxlaqsızsan, taxırsan da, deyirlər ki, ərə getmək üçün taxıb.
Kişi gəzirsə, deyirlər ki, arvad pisdir yəqin, gəzmirsə deyirlər ki, podkabluçnikdir.
Arvad gəzirsə, deməli fahişədir, maşını varsa, saxlayanı var, boşanıbsa, yenə də əxlaqsızdır.

Bu insanların dili qatlanıb qarına qoyulmur onsuz da, tak çto heç kəsə fikir verməyin. Bu həyatı söz yaşayırsız, onlar yox.

Link to comment
Share on other sites

[quote name='Caledonia' timestamp='1350537726' post='14109457']

[/quote]
Əhsən! Bir də Əhsən![img]http://img.dispute.az//public/style_emoticons/default/appl.gif[/img]
Dediklərinizə heç nə əlavə etmək istəmirəm, dediyiniz kimi onsuz da camaat danışmağa söz tapacaq..
P.S,Sizin postlarınızı həmişə maraqla oxuyuram və demək olar ki mənim ən çox istədiyim yuzerə çevrilmisiniz.

hər şey düzdür bir dənə orda "it ilxısı" yox "at ilxısı köpək sürüsü" deməli idiniz, çünki itin ilxısı olmur, elə sürüsü olur ki, onu da yazmısınız..))) +1 mənnən sizə gəldi..hər söz haqqına yazılıb..

Link to comment
Share on other sites

[quote name='Tom Ford' timestamp='1350538154' post='14109539']
Əhsən! Bir də Əhsən![img]http://img.dispute.az//public/style_emoticons/default/appl.gif[/img]
Dediklərinizə heç nə əlavə etmək istəmirəm, dediyiniz kimi onsuz da camaat danışmağa söz tapacaq..
P.S,Sizin postlarınızı həmişə maraqla oxuyuram və demək olar ki mənim ən çox istədiyim yuzerə çevrilmisiniz.
[/quote]
Çox sağ olun [img]http://img.dispute.az//public/style_emoticons/default/blush.png[/img] sizin də postlarınız həmişə məndə böyük hörmət hissi doğurur )
[quote name='L_xan' timestamp='1350540074' post='14109946']
hər şey düzdür bir dənə orda "it ilxısı" yox "at ilxısı köpək sürüsü" deməli idiniz, çünki itin ilxısı olmur, elə sürüsü olur ki, onu da yazmısınız..))) +1 mənnən sizə gəldi..hər söz haqqına yazılıb..
[/quote]
bilirəm it ilxısı olmur, mexaniki hərf səhvi idi. Yenə də çox sağ olun, məndən də +

Link to comment
Share on other sites

[quote name='Gulya11' timestamp='1342804781' post='13177638']
hec xaricde qiraxdan baxan yoxdu
[/quote]niye yoxdu?! olmasaydi, mesel ucun russlarda bele soz olmazdi "что люди скажут " это те же люди которые "гырагдан бахырлар;)
а на английском например помните песню "all eyes on me" 2pac shakur , и что эти слова значат, не тоже самое;)?!

Link to comment
Share on other sites

[quote name='gapgara' timestamp='1342461701' post='13134766']
Bu qıraqdan baxmağin bir adı da var - el qınağı. El qınağı müsbət tərəfləri mənfi tərəflərindən daha çoxdur..
[/quote]

"El qinaği"nin daha nəyi yaxşi oldu.? :)

Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote name='azda' timestamp='1350585269' post='14119225']
"El qinaği"nin daha nəyi yaxşi oldu.? [img]http://img.dispute.az//public/style_emoticons/default/smile.png[/img]
[/quote]

Niya ki? Bu el qınağı olması bir çox insanlar hədlərini aşarlar, heç kimə məhəl qoymadan istədiklərini edərlər, müxtəlif pərdə arxası - gizlində görülən işləri elə küçənin ortasında, xalqın arasında da edərlər...

Link to comment
Share on other sites

[quote name='gapgara' timestamp='1351452798' post='14221396']
Niya ki? Bu el qınağı olması bir çox insanlar hədlərini aşarlar, heç kimə məhəl qoymadan istədiklərini edərlər, müxtəlif pərdə arxası - gizlində görülən işləri elə küçənin ortasında, xalqın arasında da edərlər...
[/quote]

Haqlisiniz,bu haqda düşünəcəyinizi bilirdim.Amma onu da qəbul edək ki,qinayan şəxs günah,qinanilan şəxs savab işləmiş olar,xeyir tapmiş olar..

[quote name='Irina_bagirli' timestamp='1337022082' post='12443147']
pis insan qiraqdan baxana fikir vermir nede ona gore hereket etmir.pis ele pisdi isttir sagdan baxsinlar istir soldan!!!
[/quote]

Amma Stat gətirdiyim bu da var,insanlar pisliyi edərkə el qinağina məhəl qoymadan edirlər,yəni o pisliyi edənləri el yox,dünya belə qinasa öz axmaqliqlarindan çəkinməzlər.Yəni sizin dedikləriniz ağli başinda olan adamlara aiddir,əks təqdirdə el qinağinin var olmasina əsasən cəmiyyətimizdə pis insan olmaz..

Link to comment
Share on other sites

  • 4 months later...

[quote name='insomnia002' timestamp='1319018889' post='10257420']
[font=Tahoma]Azərbaycanlı olmağımızla bir xüsusiyyətin irsi daşıyıcısına çevrilmişik. Deyə bilmərəm bu xüsusiyyət nə dərəcədə yaşxıdır, ya pis, ama bu faktdır. Faktdır ki, Azərbaycan insanı -

- universitetə daxil olmaq istəyəndə də qıraqdan baxanı fikirləşir: "Qıraqdan baxan desin ki, gördün, filankəsin uşağı Bakı Dövlətdə oxuyur" amma təhsil almaq kimi bir məqsədlə universitetə daxil olanlarımız azdır;
- insanlarımız evlənəndə də yenə eyni qüvvə deyir ki qoy qıraqdan baxan görsün ki Bentley-də gəlin apardıq, toyu Su Sonasında elədik, toyda filan müğənnilər var idi - və o qıraqdan baxanın düşüncələri üçün bir çoxlarımız son qəpik-quruşlarımızı səfərbər edirik;
- Azərbaycanlıyıq, adını daşıdığımız bu ölkəyə borcumuzu verərkən də fikirləşirik - qoy o Qıraqdan baxan fikirləşsin ki filankəs oğlunu filan yerə saldırdı;
- əzizlərimizi itiririk, dünyanın işidir, amma bu anda yenə də Qıraqdan baxan Əzraildən qabaq ağlımıza gəlir, oturub itirdiyimiz yaxınımızın dərdini çəkmək əvəzinə, onun başının üstündə bir Fatihə, İxlas, Yasin oxumaq əvəzinə, fikir bizi məhv edir - palatkanı hardan gətirdək, neçə kondisioner qoyduraq, Mollanı ancaq Təzəpirdən gətirək axı biz böyük adamıq.. Qəbir daşının qəbirstanlıqda ən bahalı, ən böyük, gözəgəlimli olmağını istəyirik, niyə? Ona görə ki o qıraqdan baxan var ha, o desin ki afərin, filankəsin oğlu atasının üstünə 2 metrlik 1 tonluq mərmər daşı qoyub onu hörmətli etdi... Hay hay... Amma o oğul ildə 4-5 dəfə atasına yasin oxuyur və ya oxutdururmu? Quran ruhun qidasıdır axı...
- Azərbaycanlıyıq yenə də... Əynimizə paltar, ayaqqabı da alanda, "ayağımızı yerdən götürməyə" maşın da alanda, lap yeri gələndə uşağa dondurma da alanda o qıraqdakı həmişə bizə baxır, biz də baxıb ən bahalısını alırıq.. Axı ucuzunu alsaq o deyər bu dilənçiyə bax... Axı biz bahalı maşından düşüb bahalı geyinib bahalı dondurma yeyərək ona dəbdəbəli yaşadığımızı göstərməliyik.. Ama o qıraqdan baxan heç vaxt bizə demir ki ay filankəs, əlini cibinə salanda dizini qaşıyırsan, pulun yoxdu, bəs kreditə girib bu maşını niyə alırsan, nəyinə gərək?

Ay qadasın aldıqlarım, siz nə deyirsiz, səhv fikirləşirəm? Olmaz axı bu qədər, niyə biz özümüz üçün yaşamaq istəmirik, hər addımımızda kimlərisə - Qıraqdanbaxanları fikirləşirik... Deməli qıraqdan baxan olmasaydı bütün həyatımız dəyişərdi, bütün həyatımızı dəyişərdik... Bəlkə dəyişək?

SİTAT:

Qıraqdan baxan pis başa düşər.
Əsas odur ki, qıraqdan baxanlar deməsinlər ki filankəsin qızı evdə qalıb.
Qoy qıraqdan baxan mənim güclü və zəif olduğumu qiymətləndirsin.
Qıraqdan baxanlar bizim nə əziyyət çəkdiklərimizi bilmirlər.
Heç siyasətin yoxdur eee... Birbaşa deyə bilmirəm axı ki, sənin gözəlliyindən ürəkləri gedir... Qıraqdan baxan var..
Səncə, sənə qıraqdan baxan insanlarda necə təəssürat oyadırsan?
Qıraqdan baxanlar köksün ötürər...
Qıraqdan baxan deyər ki , yəqin bunlar elə indi Təbrizi Farslardan geri alıb gəliblər.
Yanındakı qızın geyiminə görə qıraqdan baxan indi onu söyməsin neyləsin?!
Qıraqdan baxan deyər bu uşaq dəli olub.
Qıraqdan baxan xain adamlar sizin ayrılığınıza sevinməsinlər. [/font]
[/quote]
Biz ailelerde cox vaxt qiraqdan baxan dedikde qohum eqrebe yada duwur .Bunlarda kecmiw vaxtlardan qalan izlerdi .Ama bunda elede pis wey yoxdu ,men duwunurem.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
      • 0 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 8 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 26 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Like
      • 30 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
        • Upvote
        • Haha
      • 15 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 37 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
        • Milli
        • Haha
        • Like
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...