Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Insan Əbədi Yaşaya Bilərmi?

Recommended Posts

Elə tısbağalar var ki, 150 il yaşayır, bəzi ağacların ömrü 3000 ildir. Ancaq onlardan fərqli olaraq, insan həyatı olduqca qısadır.Bununla belə biz tısbağa və ya ağacla müqayisədə qat-qat mənalı ömür sürə bilərik. Yaradanımız Yehova Allah bizi musiqidən,idmandan,yemək yeməkdən,öyrənməkdən,səyahət etməkdən və yeni dostluqlar qurmaqdan zövq almaq bacarığı ilə xəlq edib. Allah ürəyimizə əbədi yaşamaq arzusunu qoyub. Müqəddəs Kitbda belə qeyd edilir:" Allah hər şeyi vaxtında gözəl yaratdı və əbədiyyatı da insanların ürəyinə qoydu".

Link to comment
Share on other sites

İnsan əbədi yaşasaydı, yer üzü insanla dolub daşardı, enerji və qida, su ehtiyatları hamıya çatmazdı, müharibələr düşər, daim qida uğrunda qırğınlar gedərdi. İnsan heç vaxt primitiv instinktiv düşüncəsindən kəna çıxa, zəkasını inkişaf etdirə bilməzdi, çünki, yeganə düşünyü bu gününü sağ bitirmək olardı.

İnsan yaşadıqda özünü tükədir, yaşlanır və həyatdan mənəvi yorulur... yaşlanıb əbədi yaşamaq dəhşət olardı...

Həmişə cavan qalıb əbədi yaşamaq da günlərin bir günü bezdirərdi, insanın ailə qurmağa, uşaq sahibi olmağa stimulu olmazdı.

Edited by Caledonia
Link to comment
Share on other sites

Yaxşı mövzudur Eester, Əyər hesab etsək ki, siz insanın yer üzərində və indiki təbiətin qanunları ilə əbədi yaşamağını nəzərdə tutursunuz, onda təbii ki, indiki mühitdə insan əbədi yaşaya bilməz. Bu dünyada hər bir insanın öz limiti var, hətta orqanizm heç vaxt qocalmasa belə insan psixoloji tərəfdən nə vaxtsa özü həyatdan bezəcək. Qaldı ki, dinlərdə insanlara verilən xəyali əbədi həyat vədləri, bu ancaq monoton həyatda mümkündür hardaki insanların heç bir iddiası, məqsədi olmaz, hardaki insanlar proqramlaşdırılmış hissiyatsız əşyaya çevrilsə onda əbədi mənasız həyat sürmək mümkündür. Ancaq insanların mübarizəsi gələcəyə ümidləri, ümumiyyətlə insan şüuru indiki vəziyyətdə əbədi həyatı üzərində daşıya bilməz.

Link to comment
Share on other sites

İnsanin ömrü doğurdan da qisadir,25-30 yaşa kimi oxu öyrən bir müddət sonra baş qaridirici olur sonra da anidən 60-70 çatir,ona görə də deyirlər ki,10 il əvvəlki hadisə sanki dünən olub.Bax beləcə mənasiz həyatin rolu.Bir göz qirpiminda hər şey solur.İnsan tez yaşlanir, bəzi kimyəvi reaksiyalari nəzərə alsaq, zaman keçdikcə böyrək və ürək olmaq üzrə sağlam hüceyrələrimizə zərər verir,kafi sayda hüceyrə öldükdən sonra orqanlar lazım olan səviyyədə işləmir və insan ölür.İnsan ömrü insandan insana dəyişir əslində,bəzilərinə göz açıb bağlamaq qədər qısa, bəzilərinə isə əsrlər qədər uzun olsa da orta hesabla 60 - 70 ilə çatmaqdadir..100-150 ilə yaxin yaşayanlar da olsa da müəyyən bir yaşdan sonra artıq həyat lazimsiz bir hal alıb möhtacliq dövrəsinə girilir.İnsan nə qədər yaşlanmağa qarşı dayanmağa çalışsada zamana məğlub olur..

Link to comment
Share on other sites

Insanın əbədi yaşaması mümkündürmü?

Yehova əbədiyyən var olan Allahdır. O, həyat Mənbəyi olduğu üçün başqalarına da əbədi həyat verə bilər (Məzmur 36:9; Habaqquq 1:12). Üstəlik, Allah vəd edib ki, Ona itaət edənlərə əbədi həyat bəxş, edəcək və artıq insanlar qocalığa doğru yox, cavanlaşmağa doğru gedəcəklər. (_Əyyub kitabı 33:24, 25; Yeşaya kitabı 33:24 ayələri).

Yeşaya peyğəmbərin kitabında belə yazılıb: “ Ölüm əbədi olaraq yox ediləcək, Xudavənd Rəbb bütün adamların göz yaşlarını siləcək”.

İsa peyğəmbər öz möhtəşəm işləri ilə sübut etdi ki, Allahın əbədi həyat və mükəmməl sağlamlıqla bağlı verdiyi vəd etibara layiqdir. O, xəstə insanları sağaldır, hətta ölüuləri dirildirdi. (Luka 7:11—15, 18, 19, 22 ayələrin).

Link to comment
Share on other sites

İnsan əbədi yaşasaydı, yer üzü insanla dolub daşardı, enerji və qida, su ehtiyatları hamıya çatmazdı, müharibələr düşər, daim qida uğrunda qırğınlar gedərdi. İnsan heç vaxt primitiv instinktiv düşüncəsindən kəna çıxa, zəkasını inkişaf etdirə bilməzdi, çünki, yeganə düşünyü bu gününü sağ bitirmək olardı.

BU bugünkü zəmanənin prizmasından baxanda belə görünür. Amma əbədi həyatı Yaradan Allah verir,və O insanları hər şeylə gen bol təmin etməyə qadirdir. Yer planeti buna əyani sübutdur. Allah bütün müharibələri aradan qaldıracaq və dünyadakı hərb sistemini yox edəcək. O insanların beynindən də savaşmaq fikrini də birdəfəlik çıxaracaq. BU haqqda M.K-da peyğəmbərlik yazlıb:" Millətlər arasında Rəbb hakim olacaq,çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan,nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq. Artıq dava etməyi öyrənməyəcək."

nsan yaşadıqda özünü tükədir, yaşlanır və həyatdan mənəvi yorulur... yaşlanıb əbədi yaşamaq dəhşət olardı...

Həmişə cavan qalıb əbədi yaşamaq da günlərin bir günü bezdirərdi, insanın ailə qurmağa, uşaq sahibi olmağa stimulu olmazdı.

Daim genişlənən kainatı tətqiq edib öyrənmək imkanı olan insan heç həyatdan bezərmi? Bu günkü insan hər cəhətdən məhduddur ona görə də tez tükənir.

Link to comment
Share on other sites

Yaxşı mövzudur Eester, Əyər hesab etsək ki, siz insanın yer üzərində və indiki təbiətin qanunları ilə əbədi yaşamağını nəzərdə tutursunuz, onda təbii ki, indiki mühitdə insan əbədi yaşaya bilməz. Bu dünyada hər bir insanın öz limiti var, hətta orqanizm heç vaxt qocalmasa belə insan psixoloji tərəfdən nə vaxtsa özü həyatdan bezəcək. Qaldı ki, dinlərdə insanlara verilən xəyali əbədi həyat vədləri, bu ancaq monoton həyatda mümkündür hardaki insanların heç bir iddiası, məqsədi olmaz, hardaki insanlar proqramlaşdırılmış hissiyatsız əşyaya çevrilsə onda əbədi mənasız həyat sürmək mümkündür. Ancaq insanların mübarizəsi gələcəyə ümidləri, ümumiyyətlə insan şüuru indiki vəziyyətdə əbədi həyatı üzərində daşıya bilməz.

Salam.

Əslinə qalsa insan bədəninin potensialı çox genişdir. Nümunə üçün beyini götürək. İnsan beyni ölçüdə qreypfrut meyvəsi boydadır və çəkisi təqribən 1, 4kq olur. Amma onun içində təqribən 100 milyard neyron vardır. Bu neyronlar heyrətamiz şəkildə bir-birinə toxunublar. Hər bir neyron 100 minlərlə neyronla əlaqəlidir. Bunun sayəsində beyin iri-iri həcmlərdə məlumatı yoxlayıb saxlamağa qadirdir.

Belə bir fikir mövcuddur ki, insan ömrü boyu beynin imkanlarından cüzi miqdarda istifadə edir. Britaniya Ensiklopediyasında (Encyclopaedia Britannica.) belə deyilir: “İnsan beyninin potensialı elə böyükdür ki, insanın həyatı ərzində tam istifadə edilə bilməz. Astrofizik alim Karl Saqan deyir ki, bizim beynimiz 20 milyon cild, yəni dünyanın nəhəng kitabxanalarında yerləşən bütün məlumatı saxlamağa qadirdir. Ayzek Əzimov adlı alim isə yazırdı ki, insan beyni öyrənmə və yadda saxlama ilə əlaqədar istənilən yükü daşımağı bacarar və hətta milyard dəfələrlə ağır yükün də öhdəsindən gələ bilər.

Təbii ki belə bir sual yaranır: əgər biz beynin imkanlarından tam istifadə edə bilmiriksə, onda o, nə üçündür? Məntiqəuyğun nəticə budur ki, insan əbədi həyat üçün yaranıb və əbədi yaşayaraq daima nəsə yeni bir şey öyrənməli, beynin bu cür hədsiz imkanlarından tam şəkildə faydalanmalıdır.

Link to comment
Share on other sites

Gəlin adventist fərziyyələrinə -acaq, -əcək qəti gələcək zaman şəkilçilərini artırıb onları nə vaxtsa mütlər reallaşacaq mütləq həqiqətlər kimi qələmə verməyək. Bu dini müddəaları arqument kimi gətirməniz də polemikanın konstruktiv aparılmasına əngəl törədir.

Bildiyimiz kimi Ayzek Azimov yazıçı-fantastdır, Saqanın dedikləri isə yenə də fərziyyə olaraq qalır. İnsan öz beyin funksiyalarından cüzi istifadə edir, bu düzdür, amma bunun maksimum reallaşacağı da real görünmür, çünki, elmin getdikcə daha şaxəli inkişafı insana beynini çox yormamağa imkan yaradır.

Bilirsiz, Britannica-da Dağlıq Qarabağ ermənistan respublikasının ərazisi kimi göstərilib, onun hər cümləsinə etibarlı mənbə kimi baxmaq olmur.

İnsan əbədi həyat üçün yaradılmışdısa da, Allah onun bu gününə baxıb ona əbədi həyat verməkdən 100% çəkinir, bu fikirdən daşınıb. Mənim müqəddəs kitabım - Qurana əsaslansam, gərək deyim ki, Allah insanı bir dəfə yaradıb, onu mükəmməl yaradıb və nə lazımdırsa, nə qədər lazımdırsa verib. Ona görə də nə vaxtsa Allahın insanın hansısa funksiyalarına düzəlişlər etməsi, ona bu və ya digər fövqəladə xüsusiyyətlərl bəxş etməsinə inamım sıfırdır.

Link to comment
Share on other sites

Gəlin adventist fərziyyələrinə -acaq, -əcək qəti gələcək zaman şəkilçilərini artırıb onları nə vaxtsa mütlər reallaşacaq mütləq həqiqətlər kimi qələmə verməyək. Bu dini müddəaları arqument kimi gətirməniz də polemikanın konstruktiv aparılmasına əngəl törədir.

Salam. Nəyə görə adventist nəzəriyyəsi yazdınız məgər peyğəmbərlər adventist olmuşdular?

İnsan əbədi həyat üçün yaradılmışdısa da, Allah onun bu gününə baxıb ona əbədi həyat verməkdən 100% çəkinir, bu fikirdən daşınıb. Mənim müqəddəs kitabım - Qurana əsaslansam, gərək deyim ki, Allah insanı bir dəfə yaradıb, onu mükəmməl yaradıb və nə lazımdırsa, nə qədər lazımdırsa verib. Ona görə də nə vaxtsa Allahın insanın hansısa funksiyalarına düzəlişlər etməsi, ona bu və ya digər fövqəladə xüsusiyyətlərl bəxş etməsinə inamım sıfırdır.

Bu fikrinizlə razıyam.M.K-da qeyd olunur ki,nəyə görə Allah indi insanlara əbədiyyatı bəxş etmir.Əslində bunu özümüz də görürük.İnsalar bu qədər pisliklər edirsə görün əbədi yaşasa nələr olar. Lakin M.K -da Allah vəd edir ki,"pislərin kökü kəsiləcək,salehlər isə dünyanı mülk olaraq alacaqlar". Har-Megidondan sağ çıxan saleh bəndələr yer üzünü cənnətə çevirəcəklər.Bir təsəvvür edin ki,yer üzündə yalnız yaxşı insanlar,sülhmərəmli insanlar qalacaq. Yer üzndə həqiqi sülh-əminamanlıq olacaq.Teror,təbii fəlakətlər,müharibələr insanların həyatını acılaşdırmayacaq.O zaman əbədii yaşamaq insana əsil həzz verəcək.

Link to comment
Share on other sites

Maraqli sualdi ancaq bu dunyada ebedi yashamaq menasiz bir sheydi chunki bizden gizledilen sirrler bunu menasiz edir, bes yaxshi dinler hansi missiyani yerine yetirir?

Salam.

dinlərin missyaları haqqında verdiyiniz sual çox maraqlıdrı amma bu bölümə aid deyil.Əgər zəhmət deyilsə "dinlər"-haqqda bölməyə yerləşdirin maraqllı müzakirə aparaq.

Link to comment
Share on other sites

Bu fikrinizlə razıyam.M.K-da qeyd olunur ki,nəyə görə Allah indi insanlara əbədiyyatı bəxş etmir.Əslində bunu özümüz də görürük.İnsalar bu qədər pisliklər edirsə görün əbədi yaşasa nələr olar. Lakin M.K -da Allah vəd edir ki,"pislərin kökü kəsiləcək,salehlər isə dünyanı mülk olaraq alacaqlar". Har-Megidondan sağ çıxan saleh bəndələr yer üzünü cənnətə çevirəcəklər.Bir təsəvvür edin ki,yer üzündə yalnız yaxşı insanlar,sülhmərəmli insanlar qalacaq. Yer üzndə həqiqi sülh-əminamanlıq olacaq.Teror,təbii fəlakətlər,müharibələr insanların həyatını acılaşdırmayacaq.O zaman əbədii yaşamaq insana əsil həzz verəcək.

Siz bu hissəni necə olur ki, arqument kimi gətirə bilirsiniz? Dini kitabda verilən vəd kimisə inadırmaq üçün əsas ola bilərmi?

Link to comment
Share on other sites

Siz bu hissəni necə olur ki, arqument kimi gətirə bilirsiniz? Dini kitabda verilən vəd kimisə inadırmaq üçün əsas ola bilərmi?

Allaha inanlar üçün bu ən vacib,etibarlı argumentdir.Birdəki yer üzündə cənnətin olacağına insan deyil Allah vəd edir.Allah isə insan deyil ki,yalan danışsın.

Edited by Eester
Link to comment
Share on other sites

Təbii ki belə bir sual yaranır: əgər biz beynin imkanlarından tam istifadə edə bilmiriksə, onda o, nə üçündür? Məntiqəuyğun nəticə budur ki, insan əbədi həyat üçün yaranıb və əbədi yaşayaraq daima nəsə yeni bir şey öyrənməli, beynin bu cür hədsiz imkanlarından tam şəkildə faydalanmalıdır.

Eester, insan beyninin imkanları istifadə etdiyindən genişdir bununla raziyam, amma nəzərə alın ki., hər bir insan bu imkanlardan yararlanmır, insan var ki, bütün həyatını əyləncədə görür, insan da var özünü inkişaf etdirir, cəmiyyətə yararlı bir şəxsə çevrilir. İnsana əbədi həyat verilsə belə bu insanlar dəyişmir hər bir insan öz yolu ilə gedir.

Qaldı ki, bu dünyada əbədi həyatın mövcudluğu, bu birinci növbədə yerin resurslarına və sosial qanunlara ziddir yer planetinin öz məhtudiyyətləri var. Əlavə olaraq, dünyada heç bir canlı nə qədər mükəmməl olsa da əbədi yaşaya bilməz, insan bədəni daima qidalanır və hüceyrələri qidalandırır, hüceyrələr isə öz növbəsində bölünərək yenilənir və köhnələri məhv olur. Bu canlı orqanizmin yaşamağı üçün nizam formasıdır.

Əlavə olaraq, insanlar ölməsə həmişə yaşaya bilməz, insanın beyni maksimum 150-200 il dözə bilər , ondan sonra həyat insanı bezdirər cox insan özünü öldürər. Bizim həyatımız bildiyiniz kimi çətinliklə doludur, insanlar bu dünyada zövq aldığı kimi həm də çox əziyyət çəkir, stress, qorxu, fiziki zəhmət, qayğı bunlar hamısı insan həyatının çətinlikləridir. Sİz dindarlardan belə bir söz eşidərsiniz, həyat keçicidir müvəqqəti zövqdür, bu sözlərdə dərin hikmət var, doğurdan da yerdəki hər bir zövq keçici və müvəqqətidir, insanlar balaca uşaqlar kimi zövq aldıqları hər bir şeydən cox tez bezirlər, əslində bu körpəlikdən özünü görsədir. Onda belə keçici və müvəqqəti zövq üçün olan həyatda daimi yaşamağın nə mənası var?

Edited by plotophyte
Link to comment
Share on other sites

Allaha inanlar üçün bu ən vacib,etibarlı argumentdir.Birdəki yer üzündə cənnətin olacağına insan deyil Allah vəd edir.Allah isə insan deyil ki,yalan danışsın.

Belə çıxır ki, bizim Allahlarımız çox fərqlidir. Mənim Allahımın dediyinə görə cənnət - bu dünyada deyil, insanlar axirətə nə vaxtsa yollanacaq deyil, hər biri öz ölümündən sonra yollanır. Məhz orada bədəndən ayrılan canlar əbədi yaşaya bilərlər.

Link to comment
Share on other sites

Dünya yaranannan bəri zamanla canlılar arasında bir müharibə var..Yəni sonda zamanın qalib gələcəyi heç kəsə qaranlıq qalmayan bir müharibə..Zaman hər yaratdığını bir gün məhv etməklə görəvləndirilib..İstər o canlının ağac kimi 3000 il yaşı olsun, istərsə də kəpənək kimi 1 gün..Hər ötən il, zamanın xeyirinə işləyir..İnsan qəlbinə təsəlli kimi zamana yeganə qalib gələ bilən üz isə insan üzüdür ki, hər insan özünnən sonra öz bənzərini yaradıb gede bilir..Zaman onu da məhv edənə kimi o da öz bənzərini yaratmağa müvəffəq ola bilir..İnsan o zaman qorxur ki, gedeceyi yerin hara və necə olacağını bilmir..Əbədiyyətə qovuşmaq bəlkə də dünyaya gəlməyimiz kimi hiss olunmaz olacaq..Ancaq o anı heç kim ağlına gətirə bilmir ki, necə öləcək..Məncə insan əbədi yaşaya bilər..Necə ki, xatirələrdə, qəlblərdə yaşatdıqlarımız var ölümünnən sonra.....Ölü kimi yaşayanlar olduğu kimi, yaşayan "ölülər" də var..

Allah birdir ONun qanunu da birdir. həmşəyaşar ruh təliminin kökünü araşdırın görəcəksiniz ki,bu təlim bütpərəstlərdən qalmadır.

Link to comment
Share on other sites

Dünya yaranannan bəri zamanla canlılar arasında bir müharibə var..Yəni sonda zamanın qalib gələcəyi heç kəsə qaranlıq qalmayan bir müharibə..Zaman hər yaratdığını bir gün məhv etməklə görəvləndirilib..İstər o canlının ağac kimi 3000 il yaşı olsun, istərsə də kəpənək kimi 1 gün..Hər ötən il, zamanın xeyirinə işləyir..İnsan qəlbinə təsəlli kimi zamana yeganə qalib gələ bilən üz isə insan üzüdür ki, hər insan özünnən sonra öz bənzərini yaradıb gede bilir..Zaman onu da məhv edənə kimi o da öz bənzərini yaratmağa müvəffəq ola bilir..İnsan o zaman qorxur ki, gedeceyi yerin hara və necə olacağını bilmir..Əbədiyyətə qovuşmaq bəlkə də dünyaya gəlməyimiz kimi hiss olunmaz olacaq..Ancaq o anı heç kim ağlına gətirə bilmir ki, necə öləcək..Məncə insan əbədi yaşaya bilər..Necə ki, xatirələrdə, qəlblərdə yaşatdıqlarımız var ölümünnən sonra.....Ölü kimi yaşayanlar olduğu kimi, yaşayan "ölülər" də var..

Maraqlı yazmısınız təşəkkür edirəm. Amma izah etdiyiniz kimi bu əbədi yaşamaq deyil ölənin xatirlamaq deməkdir. Allah isə yer üzündə insanlara əbədi yaşamaq imkanı verəcək.

Link to comment
Share on other sites

Eester, insan beyninin imkanları istifadə etdiyindən genişdir bununla raziyam, amma nəzərə alın ki., hər bir insan bu imkanlardan yararlanmır, insan var ki, bütün həyatını əyləncədə görür, insan da var özünü inkişaf etdirir, cəmiyyətə yararlı bir şəxsə çevrilir. İnsana əbədi həyat verilsə belə bu insanlar dəyişmir hər bir insan öz yolu ilə gedir.

Qaldı ki, bu dünyada əbədi həyatın mövcudluğu, bu birinci növbədə yerin resurslarına və sosial qanunlara ziddir yer planetinin öz məhtudiyyətləri var. Əlavə olaraq, dünyada heç bir canlı nə qədər mükəmməl olsa da əbədi yaşaya bilməz, insan bədəni daima qidalanır və hüceyrələri qidalandırır, hüceyrələr isə öz növbəsində bölünərək yenilənir və köhnələri məhv olur. Bu canlı orqanizmin yaşamağı üçün nizam formasıdır.

Əlavə olaraq, insanlar ölməsə həmişə yaşaya bilməz, insanın beyni maksimum 150-200 il dözə bilər , ondan sonra həyat insanı bezdirər cox insan özünü öldürər. Bizim həyatımız bildiyiniz kimi çətinliklə doludur, insanlar bu dünyada zövq aldığı kimi həm də çox əziyyət çəkir, stress, qorxu, fiziki zəhmət, qayğı bunlar hamısı insan həyatının çətinlikləridir. Sİz dindarlardan belə bir söz eşidərsiniz, həyat keçicidir müvəqqəti zövqdür, bu sözlərdə dərin hikmət var, doğurdan da yerdəki hər bir zövq keçici və müvəqqətidir, insanlar balaca uşaqlar kimi zövq aldıqları hər bir şeydən cox tez bezirlər, əslində bu körpəlikdən özünü görsədir. Onda belə keçici və müvəqqəti zövq üçün olan həyatda daimi yaşamağın nə mənası var?

Hörmətli cənab təbiət qanunlarını kim təsis etmişdir? Allaha inanlar deyirlər ki,Allah. O zaman Allah üçün nəisə yeniləşdirmək problem deyil. Saleh bəndə olan Əyyub belə deyirdi :"Ölümü Allha verdi, alan da Allahdır geri verəndə". M.K-da isə Allah vəd edir:" Budur Mən hər şeyi yenidən qururam! ". "Allah onların gözlərindən bütün yaşları siləcək,Artıq ölüm olmayacaq,Yas,nalə,və ağrı bir daha olmayacaq.Çünki əvvəlki şeylər keçib getdi".

Edited by Eester
Link to comment
Share on other sites

bu dünyada deyil, insanlar axirətə nə vaxtsa yollanacaq deyil, hər biri öz ölümündən sonra yollanır. Məhz orada bədəndən ayrılan canlar əbədi yaşaya bilərlər.

Əyər Islam dinini nəzərdə tutursunuzsa onun fundamental prisnispləri o biri İbrahim dinlərindən heç də fərqlənmir, sadəcə Tövratdan fərqli cənnət və cəhənnəmin təsvirini verir.

İslam dinində də ölümdən sonra heç kim harasa yollanmır, ruh şəklində haradasa mövcud olurlar, əbədiyyata isə (cənnət və ya cəhənnəmə) ruh yox, dünyanın sonu gələndə maddə formasında haqq hesabdandan sonra təyinat alırlar.

Link to comment
Share on other sites

İslam kanonlarına deyilir, Rəbbiniz olan Allah sizi öldürəcək (bu həyatda) sonra yenidən dirildəcək dünyanın sonunda sizi haqq hesaba cağıracaq, dünyanın sonu gələndə Axırzaman peyğəmbər öz tütəyi ilə bir fit çalacaq, bununla dünyanın sonu gələcək, lakin bundan əvvəl isa məsih Məkkə üzərinə gələcək dəccalla (şeytanla) mübarizə üçün insanları dəccalən əlindən o xilas edəcək.

Gördüyünüz kimi İslam ayrıca bir dini təriqət deyil sadəcə digər dinlərin davamıdır., İslamda da İsa məsih xilaskardır qayıdacaq, digər dinlərdə olduğu kimi.

Link to comment
Share on other sites

"Allah onların gözlərindən bütün yaşları siləcək,Artıq ölüm olmayacaq,Yas,nalə,və ağrı bir daha olmayacaq.Çünki əvvəlki şeylər keçib getdi".

Eester siz müqəddəs kitabda hansı surəyə əsaslanıb əbədi həyatın məhz yer üzərində olacağını, Yehovanın cəzalandırmadığını iddia edirsiz?

Edited by plotophyte
Link to comment
Share on other sites

Eester siz müqəddəs kitabda hansı surəyə əsaslanıb əbədi həyatın məhz yer üzərində olacağını, Yehovanın cəzalandırmadığını iddia edirsiz?

Axşamınız xeyir. Zəbur kitabı 37:29, Yaradılış kitabında isə açıq-aydın qeyd olunub ki,ilk cənnət yer üzündə olub və son kitab Vəhy kitab da qeyd edir ki,məhz yer üzündə itirilmiş cənnət yenidən Yehova Allahın təyin etdiyi padşah İsa Məshi tərəfindən bərpa ediləcək.

Qaraladığım sualı tam başa düşmədim.

Link to comment
Share on other sites

37:29 Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi qalacaq, nəyə görə fikiləşirsiniz ki, bu sizin yerdə əbədi həyat olmaq fikrinizi təsdiqləyir?

Çünki ilk cənnət yer üzündə olmuşdu göydə deyil. Məsələn Yaradılış kitabında 1:28 ayədə qeyd edilir ki,Allah Adəm və Həvvaya yer üzündə törəyib çoxalmağa və ona sahib olmağı tapşırdı. daha sonra yaradılış 2:10 qeyd olunur ki,Edən bağışı suvarmaq üçün çaylar axırdı.Bizə indi tanış olan iki ad çəkilir biri Fərat və Dəclə çayıdır.Yəni ilk cənnət təxminən Türkiyə tərəflərdə olmuşdu. Lakin daha sonra oxuyuruq ki,Nuhun dövründə yer üzündə daşqın oldu.Əlbəttdəki bu cənnət bağı itirildi.

Əlbəttdəki ilk cənnət yer üzündə olduğundan gələcəkdə də Allah saleh bəndələrinə yer üzünü vəd edir bundan əlavə zəbur kitabında yazılır ki, "Rəbb səmaya sahibdir yeri bəşər övladlarına verdi" Zəbur 115:16.

Link to comment
Share on other sites

Əyər Islam dinini nəzərdə tutursunuzsa onun fundamental prisnispləri o biri İbrahim dinlərindən heç də fərqlənmir, sadəcə Tövratdan fərqli cənnət və cəhənnəmin təsvirini verir.

İslam dinində də ölümdən sonra heç kim harasa yollanmır, ruh şəklində haradasa mövcud olurlar, əbədiyyata isə (cənnət və ya cəhənnəmə) ruh yox, dünyanın sonu gələndə maddə formasında haqq hesabdandan sonra təyinat alırlar.

Bilirəm, bilirəm... hətta o yerin adını da deyim - Əraf. Mən demədim ki, öləndən sonra cənnətə yollanırlar, dedim ki, axirətə yollanırlar - Ərafa, orada qiyaməti gözləyirlər. Hər halda, Quranda belə deyilir.

Eester, ətraflı məlumat almaq istəsəm, açıb Quranı bir də oxuyaram, adventist müddəalarına ehtiyacım yoxdur.

Dəclə və Fərat isə İraqdadır.

Link to comment
Share on other sites

Ümumiyyətlə Yehova Allah yeri yaratmaqda məqsəd ondan ibarət idi ki,insanlar yerdə yaşayaraq bəxtəvər həyat sürsünlər.Lakin Adəm və Həvvanın günahından sonra yer üzü cənnət deyil cəhənnəmə çevrildi. Adəmin övladalrına verdiyi pis nümunə nəfs,qürürlülüq,tamahkarlı və s xüsusiyyətlər yez br zamanda özünü biruzə verdi. İndi də yer kürəsi tamahkar,zalım insanların əlindədir. Lakin Allah Adəmə və şeytana müəyyən səbəblərə görə vaxt verdi.İndi də bu vaxt sona yetməkdədir. Tezliklə Allah ilk niyyət etdiyi cənnəti yer üzündə quracaq. Allahın təyin etdiyi padşah İsa Məsihin qurduğu sistem adi insaların qurduğu dünyadan tam fərqlənəcək. BUnu Allah Özü vəd verir. Bu vədlər hamısı yerinə yetəcək;

1. "Millət millətə qılınc qaldırmayacaq,artıq dava etməyi öyrənməyəcəklər" Yeşaya 2:4

2. "Onlar evlər tikib yaşayacaq,əkdikləri bağın meyvəsni başqaları yeməyəcək,tikdikləri evlərdə başqaları yaşamayacaq.." Yeşaya 65:21,22; Zəbur 67:6,7

3.vəhy kitabı 21:4,5

Salamlar.

Mən bildiyimə görə sizin inancınızda cəhənnəm yoxdur. Yəni insan yer üzündə nələr torətməyindən asili olmayaraq yalniz olecek. Allah onu yalniz ölməklə cəzalandıracaq.

Sehvim varsa zehmet olmasa duzeldin.

Link to comment
Share on other sites

Eester, ətraflı məlumat almaq istəsəm, açıb Quranı bir də oxuyaram, adventist müddəalarına ehtiyacım yoxdur.

Dəclə və Fərat isə İraqdadır.

Salam.

Əvvəla onu qeyd etmək istəyirəm ki, Quran hansı təlimlərin hardan gəldiyini izah etmir. Buna görə sizə təlimin kökünün haradan və nəzaman gəldiyinin oxumaqı xahiş etdim sonrası da Quranda 144 surənin 62 ayəsi qeyd edir ki,Tövratı,zəburu,İncili oxumaq lazımdır.

Link to comment
Share on other sites

Salamlar.

Mən bildiyimə görə sizin inancınızda cəhənnəm yoxdur. Yəni insan yer üzündə nələr torətməyindən asili olmayaraq yalniz olecek. Allah onu yalniz ölməklə cəzalandıracaq.

Sehvim varsa zehmet olmasa duzeldin.

Tamamilə doğrudur. Günah edən adam ölür. Günahın əvəzi ölümdür. Lakin saleh bəndələr Har-Magedondan sağ çıxaraq yer üzünü mülk olaraq alacaq.Və yeri cənnətə çevirəcəklər.

Link to comment
Share on other sites

Eester adventist müddəalarına ehtiyacım yoxdur.

Siz mənim sualıma cavab yazmadınız peyğəmbərlər adventist olmuşdular? Quranda yazılır ki,İbrahim peyğəmbər,Yeşaya peyg., Musa peyğ. və s adventist olublar?

Link to comment
Share on other sites

Tamamilə doğrudur. Günah edən adam ölür. Günahın əvəzi ölümdür. Lakin saleh bəndələr Har-Magedondan sağ çıxaraq yer üzünü mülk olaraq alacaq.Və yeri cənnətə çevirəcəklər.

Sizcə bu nə qədər ədalətlidir?

1) İnsanlığa çoxlu zərərlər vurmuş şəxslər (məsələn Hitler) öləcək və dirilməyəcək. Bu halda belə şəxslər üçün ölüm sadəcə xilasdır.

2) Digər tərəfdən məs: 2 adam öldürmüş şəxslə milyonlarla insanı qətlə yetirilmiş şəxs eyni cəzayla-ölməklə çəzalandırılır. Bu halda da bu ədalətli deyil.

Salam Elvin bəy.Mən sizin hislərinizi başa düşürəm.Amma Allahın nəzəri ilə insanlarınkı tam fərqlidir. Musa peyğəmbər təxminən Allahın zaman anlayışını belə qeyd etmişdir. Bizim gözümüzdə 1000 il Allahın gözündə 1 gündür. Gəlin təxminən bu saya əsasən fikir mübaliğəsi aparaq. İndi təsvir edin insanlar müasir dövrümüzdə 100 dən artıq yaşamırlar.100 yaş Allahın zaman anlayışına görə nə qədərdir? Heç bir şey.Sanki Allahın nəzdində bu insan heç bir gün də yaşamayıb.İndi bu cür insanı əbədiyyat boyu qır qazanında yandırmaq,əziyyət vermək və s işlər etmək Allahın tərəfindən nə qədər ədalətli olar?

Başqa bir misal gətirmək istəyirəm. Allah məhəbətli Allahdır. Onun məhəbbətindən ədalət doğur,cəza onun məhəbbətindən irəli gələrək verilir. İndi təsəvvür edin ki,qonşunuzda bir ata uşağını tərbiyələndirmək üçün hər gecə onun əlini qaynar suda bişirir.Siz bu ataya məhəbbətli,səbirli ümumiyyətlə normal ata deyə bilərsinizmi? İnsanlar bir-birlərinə azğınlıq,pozğunluq edə bilərlər çünki şeytanın xüsusiyyətlərini üzərlərində əks etdirirlər Allah isə məhəbbətlidir.O bəşəriyyəti Ata kimi sevir.Heç bir övladını sevən ata övladına zülm etməz.Əlbəttdə tövbə etməyənə cəza verəcək amma bu cəza zülmü,azğınlığı təqlid edtməyəcək.BUna görə də Allah pis insanı,tövbə etməyənləri ölüm ilə cəzalandırır.Ən əsası isə bu cür azğınlıq edənlər bir daha heç zaman dirilməyəcəklər.Allah bu cür adamları öz yaddaşından silmişdir.Lakin saleh adamlar Onun yaddaşındadır yer üzü Onun Hakimiyyətliyi zamanı cənnətə çevrildikdə O saleh ölüləri dirildəcək.O zaman salehlər bir daha dərd görməyəcəklər.

Edited by Eester
Link to comment
Share on other sites

Sizcə bu nə qədər ədalətlidir?

1) İnsanlığa çoxlu zərərlər vurmuş şəxslər (məsələn Hitler) öləcək və dirilməyəcək. Bu halda belə şəxslər üçün ölüm sadəcə xilasdır.

2) Digər tərəfdən məs: 2 adam öldürmüş şəxslə milyonlarla insanı qətlə yetirilmiş şəxs eyni cəzayla-ölməklə çəzalandırılır. Bu halda da bu ədalətli deyil.

Allahın ədalət prizması, insanınkından çox-çox fərqlidir. Bəzən biz İsa Məsih demişkən "ağcaqanadı süzgəcdən keçirib dəvəni diri-diri udururq". Ona görə də Allah bu işdə hökmü özündə saxlayır.

Hitler kimilər dirilməyəcək, amma onların qurbanları isə diriləcək və əbədi yaşamaq şansı alacaqlar. Eləcə də 2 adamı qətlə yetirmiş şəxs də ölübsə diriləcək və keçmiş günahı artıq hesaba alınmayacaq. Ona da şans veriləcək ki, adam kimi yaşasın. Bundan da adil ədalət istəyirsiniz?

Link to comment
Share on other sites

Siz bu hissəni necə olur ki, arqument kimi gətirə bilirsiniz? Dini kitabda verilən vəd kimisə inadırmaq üçün əsas ola bilərmi?

Dini məsələrdə Allahın kəlamı kimi götürülən kitab istinad düzgün deyilsə,onda iman sıfırdır. Sıfır inamla da polemika aparmaq məntiqsizdir.

Link to comment
Share on other sites

37:29 Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi qalacaq, nəyə görə fikiləşirsiniz ki, bu sizin yerdə əbədi həyat olmaq fikrinizi təsdiqləyir?

"Ölkə" kimi tərcümə edilmiş söz əslində Yer kürəsini bildirir. Elə dilimizdə də ölkə sözü bəzən yerin sinonimi kimi işlənir. Həmin 37-ci məzmurda 11-ci ayədə yazılır: "Həlimlər yer üzünü mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq".

İSa peyğəmbər də demişdi: "Həlimlər nə xoşbəxtdirlər, çünki Yer onların olacaq". Bu fikri təsdiq edən aşqa ayələr də vard MK-da.

Link to comment
Share on other sites

Dini məsələrdə Allahın kəlamı kimi götürülən kitab istinad düzgün deyilsə,onda iman sıfırdır. Sıfır inamla da polemika aparmaq məntiqsizdir.

Bəs kitabin birinə inanib digərinə inanmadiqda,məsələn sizin kimi.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Like
      • 51 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
      • 15 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       
      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

        • Like
      • 58 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
        • Haha
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Milli
        • Upvote
        • Like
      • 354 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Milli
        • Like
      • 284 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Sad
      • 29 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...