Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Əli Əkbər. Qlamur Düşüklük.


Recommended Posts

Çağdaş dövrünün Azərbaycan ədiblərini xatırlayın. Onlar arasında sizi valeh edən, düşündürməyi bacaran biriləri varmı? Elxan Elatlı və onun milli-mental xəfiyyələri, Varis Yolçuyev və onun bitmək-tükənmək bilməyən sevgi-xəyanət üçbucağı, Elxan Zeynallı və onun copy-paste olunmuş, dünyanın ən səviyyəsiz romanları və digər cinah Əli Əkbər kimi savadlı, dünya görüşlü, və çooox maraqlı hekayə və məqalələri olan birisi. Əli Əkbər, - müasir Azərbaycan ədəbiyyatının incilərindəndir, bəlkə də bir az mübaliğə edirəm, lakin adam həqiqətən də çox düzgün, yerində və şişirtmədən yazır. Yaradıcılığına heyran qaldığım, az saylı yerli yazıçılardan biridir.

Əli Əkbər

QLAMUR DÜŞÜKLÜK

Sovetlərin çöküşü ilə, kütlə kültürünün qarşısındakı ən böyük sədd yox oldu.

Yadımdadır ki, “Edemə qayıdış” filmi və ikicildliyi, 90-ın başında bütün rekordları vurmuşdu.

Sovet vətəndaşları üçün Rozalin Maylz imzası dünya ədəbiyyatının nəhənglərini kölgədə qoymuş, “Edem” əfsanəyə çevrilmişdi. Sovetin Ostrovski, London, Qorki, Bulqakovla tərbiyələnmiş adamları belə, ağızlarını ayırıb bu bayağılığa tamaşa edirdilər.

Bakıda isə rusdilli “Kokteyl” qəzeti çıxırdı, ağzına gələni yazırdı. Yalan deməyəcəm, mən özüm də bu pop-kültürə aludə olmuşdum. Sovetlərin ciddiyəti, sanbalı, ağırlığından sonra “seks” haqqında yazan “Kokteyl” qəzeti, bir udum təmiz hava kimi idi. Amma bu aludəçilik uzun sürmədi – “pop”dan doyub, ciddi ədəbiyyata geri dönməyim cəmi beş-altı ilimi aldı.

Bu günlərdə, düşüklüyün ikinci dalğasını yaşayırıq. Söhbət tək Azərbaycandan yox, bütün dünyadan gedir. Müasir dünya ədəbiyyatına baxıram, trendi izləyirəm, rəyləri oxuyuram. Bunun bir adı var – dəhşət!

Sürixdə kitab mağazalarını gəzmək, özü özlüyündə bir istirahətdir. Bu işi çox sevirəm. Özü də tək gəzirəm, yanımda heç kəs olmamalıdır. Dalırsan üç-dörd mərtəbəli mağazaya, bir də üç saat sonra çıxırsan.

Zövqlüdür, amma bu mağazalar da günü-gündən supermarketi xatırladırlar. Elə bil rəflərə xiyar turşusu yerinə, kitab düzüblər.

Ən görkəmli yerlərə “bestseller”lər yığılıb, üz qabığından təqdim olunurlar. İlk onluqlar, iyirmiliklər, otuzluqlar... Kitablar da MTV-dəki kliplər kimi “TOP”laşdırılıb. Kitab da kitab, roman da roman ola!

Buyurun, məsələn, Erika Ceyms adlı arvadın, “Bozun əlli çaları” adlı makulaturası. Bu kitab niyə bestseller olub, niyə bütün dünyanın arvadları göz yaşlarını burun seliyinə qata-qata bu arvadın debil kitabını oxuyurlar – baş açmaq olmur.

Əslində “heç nə deməyən yüngül oxu”nun özü də ciddi bir janrdır. Bu janrda yüz minlərlə kitablar yazılır və milyonlarla tirajlarla satılır. Bu kitablarda nəsə bir hipnoz var, rəğbət görürlər. Olsun, janrın özünə etirazım yoxdur. Amma ilk dəfədir ki, “heç nə deməyən yüngül oxu” janrında yazılan kitablar bestsellerə çevrilir. Niyə belə olur, nə məsələdir – baş aça bilmirəm.

Ya da götürək Yanuş Vişnevskinin “Şəbəkədə yalnızlıq” romanını. İnsan ədəbiyyata, kitaba, roman janrına nə qədər nifrət etməlidir ki, Yanuş Vişnevskini oxusun.

Yox, mən özüm də oxumuşam. “Bozun əlli çaları”nı da, “Şəbəkədə yalnızlığı” da, hətta Paolo Koelyonun “On bir dəqiqə”sini də. Mühakimə edə bilmək üçün oxumuşam. Oxumazdan əvvəl necə bədgüman idimsə, oxuyandan sonra nifrətim daha da artdı. Yəni budurmu ədəbiyyat? Den Braunun yazdıqları heç olmasa ekrana yatır, əyləncə sektoruna maraqlı material verir,

Tom Henksin baş rolda oynamağı da nəyə desən, dəyər. Ən azı ekran qarşısında ayaqlarını uzadıb, bir-iki saat istirahət edə bilirsən.

Belə görünür ki, trenddə olan yazıçılar üçün “qlamurka” fanatların təmin etdiyi tiraj və pul ədəbiyyat missiyasından vacibdir. Bayağılıq, zövqsüzlük pul qazandırır. Ştampovka kitablar ciddi ədəbiyatdan çox rəğbət və hörmət görür. Bunlar günümüzün gerçəkliyidir.

Pelevin deyir ki “Qlamurluq anonim diktaturanın ideologiyasıdır”. Biz də bu gün bu anonim diktatura şəraitində yaşayırıq. Müasir ofislərdəki arakəsmələr, tövlələrdə mal-qara arasındakı arakəsmələrin eynisidir. Müasir insan tövlədəki heyvan kimi, qabağına nə qoyulsa yeməyə, əlinə nə verilsə oxumağa razıdır. İyirminci əsr hər şeyin, bütün dəyərlərin ölümünün elan edildiyi əsr oldu. Deyəsən, indi də növbə ədəbiyyata çatıb – artıq fatihəsini verə bilərik. Ədəbiyyat da öldüsə, daha nə qaldı?

Qlamur - müasir dünyanın kütləvi imha silahıdır. Qlamur müsəlmanlar, qlamur solçular, qlamur sağçılar, qlamur ateistlər, qlamur deistlər peyda olub. Qlamur hər kəsi birləşdirir. İŞİD də qlamurdur. O gün baxıram ki, İŞİD Hollywood üslubunda bir reklam çarxı hazırlayıb. Amerikanı hədələyən reklam çarxında 3D effektlərdən bolluca istifadə olunub. Elə bil terror təşkilatının filmi yox, “Terminator-4”-ün təqdimat rolikidir.

Qlamur ədəbiyyat üzərində qələbə çalıb. Artıq bundan sonra “ştampovka romanlar və digərləri” ayırımı olmaycaq. İndi bir meyar var – bestseller və qeyri-bestseller. Ştampovka roman anlayışının özü yoxa çıxıb, sərhədlər silinib. Ayda bir roman yazmaq yazıçıların normasına çevrilib. Bir aya yazılan romanların da hamısı “Dorian Qreyin portreti” olmur. Bunu ancaq Oskar Uayld bacara bilmişdi.

Bütün məsuliyyətimlə deyirəm - Azərbaycanın altmışıncılarının, səksənincilərinin, doxsanıncılarının, müasir yazıçıların yazdıqları, bu gün dünya trendi olan “Bozun əlli çaları” tipli kitablardan qat-qat dəyərli və səviyyəli əsərlərdir. Hətta aramızdakı ideoloji mübahisələri bir kənara qoyub demək istəyirəm ki, AYB sədri Anarın ən pis hekayəsi belə, Paolo Koelyonun romanlarından qat-qat səviyyəlidir. Çağdaş dünyanın ədəbiyyat adına sırıdığı və çağdaş insanın “cahil” görünmək qorxusu ilə susduğu, söz deyə bilmədiyi bu kitablar, oxucunu debilləşdirməkdən savayı bir iş görmürlər.

Bu kitabların tərcümə edilməsi, insanlara oxutdurulması da zövqsülüyün təbliğidir. Paolo Koelyo kimi dələduzlar, müasir insanın tələblərini, mifologiyalara meylini bilir və bundan uğurla istifadə edirlər. Onun saxta əxlaqçılığı milyonlarla oxucunun qəlbinə yol tapıb. Debilliyin təntənəsi olan “On bir dəqiqə”, hətta kultlaşmış “Kimyagər” əslində diqqətlə oxunduğunda adamın ətini tökməli olan kitablardır. Amma insanlar oxuyur. Oxuyanlardan biri də Nursultan Nazarbayevdir.

Əslində Nazarbayev Koelyoya pul ödəyib, ona “Zair” romanını yazdırmaqla, bu yazıçıya layiq olduğu qiyməti vermişdi.

Mənbə: Azadlıq Radiosu.

Edited by Maga Qasımov
  • Like 1
  • Thanks 1
Link to comment
Share on other sites

 

Klassik  ədəbiyyat  yazıldığı  anda klassik ədəbiyyata çevrilmir.   Bunun üçün müəyyən zaman tələb olunur.  Zaman özü hər  əsərin ədalətli qiymətini   özü verir.  

 

Tərif olunan sovet dövrünün ədəbiyyatında hansı  klassik  hesab oluna biləcək  əsərləri  nümunə  verə bilərsiniz ?  Bütün klassika  ( Rus və Azərbaycan  ədəbiyyatında )  əksəriyyəti  sovet dövründən əvvəlkilərdir.  Sovet sosialist realizmi  xalqı təngə gətirmişdi deyə , insanlar qeyri realist  məzmunlu , bir qədər  mistika , ekşn , tarixə alternativ baxışla  olan  ədəbiyyata həris idilər.  Bu ehtiyacı da ödəyən  dünya və  yerli  yazıçılar peyda oldu.   Ədəbiyyat və  incəsəntin inkişafında hər dövrün öz tendensiyası olur.   Müasir dövr də  "qlamurluqla"  xarakterizə  olunur ))

 

Adlarını çəkdiyiniz yazıçıların kitablarını  oxumuşam (  Den Braun ,  Koelo ,  Pelevin və əlbəttəki ki,  klassik "Dorian Grey" i  də həmçinin )  Diqqət edin  , hər üç müasir yazıçı -  Oskar Uayldın konkret adı çəkilən əsərindəki kimi , həyata , tarixə , düşüncəyə , taleyə ,tanrıya - hər şeyə  alternativ baxış bucağı təklif edir.  Hər halda köhnə stereotipləri müəyyən dərəcədə  dağıdır.   Maraqlı  yazı tərzləıri də  var.  Doğrudur , artıq cəmiyyət hardasa bir qədər  "doyub", amma , hər halda  müəyyən vaxt ərzində  insanların ehtiyacı olduğu  məzmun və  formanı təklif edə bildilər .

 

Bu tənqidçilərdə bir şeyi  heç vaxt başa düşməmişəm )) özləri bir şey  yaza bilmir , amma ağız  dolusu digərlərini tənqid edirlər ... 

 

P.S.  Son abzas sizə aid deyil , məqalə müəllifinə  aiddir ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Klassik ədəbiyyat yazıldığı anda klassik ədəbiyyata çevrilmir. Bunun üçün müəyyən zaman tələb olunur. Zaman özü hər əsərin ədalətli qiymətini özü verir.

Tərif olunan sovet dövrünün ədəbiyyatında hansı klassik hesab oluna biləcək əsərləri nümunə verə bilərsiniz ? Bütün klassika ( Rus və Azərbaycan ədəbiyyatında ) əksəriyyəti sovet dövründən əvvəlkilərdir. Sovet sosialist realizmi xalqı təngə gətirmişdi deyə , insanlar qeyri realist məzmunlu , bir qədər mistika , ekşn , tarixə alternativ baxışla olan ədəbiyyata həris idilər. Bu ehtiyacı da ödəyən dünya və yerli yazıçılar peyda oldu. Ədəbiyyat və incəsəntin inkişafında hər dövrün öz tendensiyası olur. Müasir dövr də "qlamurluqla" xarakterizə olunur ))

Adlarını çəkdiyiniz yazıçıların kitablarını oxumuşam ( Den Braun , Koelo , Pelevin və əlbəttəki ki, klassik "Dorian Grey" i də həmçinin ) Diqqət edin , hər üç müasir yazıçı - Oskar Uayldın konkret adı çəkilən əsərindəki kimi , həyata , tarixə , düşüncəyə , taleyə ,tanrıya - hər şeyə alternativ baxış bucağı təklif edir. Hər halda köhnə stereotipləri müəyyən dərəcədə dağıdır. Maraqlı yazı tərzləıri də var. Doğrudur , artıq cəmiyyət hardasa bir qədər "doyub", amma , hər halda müəyyən vaxt ərzində insanların ehtiyacı olduğu məzmun və formanı təklif edə bildilər .

Bu tənqidçilərdə bir şeyi heç vaxt başa düşməmişəm )) özləri bir şey yaza bilmir , amma ağız dolusu digərlərini tənqid edirlər ...

P.S. Son abzas sizə aid deyil , məqalə müəllifinə aiddir ))

İki ad çəkə bilərəm? Serqey Yesenin və onun "Черный Человек" (Qara İnsan) əsəri, Vladimir Nabokov və onun Lolita əsəri. Hər ikisi Sovet İttifaqı dövründə yazılıb, və düşünürəm ki klassik ədəbiyyat sayıla biləcək məcraya ucala bilib. Sonra Paustovskiy, Çukovskiy və onların ərsəyə gətirdiyi uşaq ədəbiyyatı. Ola bilsin ki siz haqlısınız, fantastika janrını qeyd etdiniz, Rey Bredberi elmi-fantastika janrında yazıb, çağdaş dövrünün ədibidir, fəqət tənqid atəşinə sadəcə ömrünün son çağında tutulurdu, möhtəşəm yazıçıdır, və ya Çak Palanikin - Döyüşçü Klubu əsəri, məxsusi olaraq qeyd edilməli, alternativ ədəbiyyat silsiləsindən olan kitabdır. Sözümün canı nədir, bəli, ola bilsin ki Sovet İttifaqındaki quruluş mütaliə edən insanları təngə gətirmişdi, fəqət bu o demək deyil ki mənasız ədəbiyyat oxumalısan. Mənim adlarını qeyd etdiyim yazıçılar da müasir dövrün ədibləridir, fəqət onları bu "qlamurluq" öz ağuşuna almadı, onlar əksər hallarda (istisnalar da mövcuddur) sağlam ədəbiyyatla oxucuların qarşısına çıxırdılar. Bu günün dəbi isə tamamən başqa yazıçılardır, hansılar ki aşırı dərəcədə erotika, vulqarlıq və qəddarlıq dolu əsərləri ərsəyə gətiriblər.

Qeyd: Əli Əkbərin - Amneziya adlı kitabı var =)

Link to comment
Share on other sites

İki ad çəkə bilərəm? Serqey Yesenin və onun "Черный Человек" (Qara İnsan) əsəri, Vladimir Nabokov və onun Lolita əsəri. Hər ikisi Sovet İttifaqı dövründə yazılıb, və düşünürəm ki klassik ədəbiyyat sayıla biləcək məcraya ucala bilib. Sonra Paustovskiy, Çukovskiy və onların ərsəyə gətirdiyi uşaq ədəbiyyatı. Ola bilsin ki siz haqlısınız, fantastika janrını qeyd etdiniz, Rey Bredberi elmi-fantastika janrında yazıb, çağdaş dövrünün ədibidir, fəqət tənqid atəşinə sadəcə ömrünün son çağında tutulurdu, möhtəşəm yazıçıdır, və ya Çak Palanikin - Döyüşçü Klubu əsəri, məxsusi olaraq qeyd edilməli, alternativ ədəbiyyat silsiləsindən olan kitabdır. Sözümün canı nədir, bəli, ola bilsin ki Sovet İttifaqındaki quruluş mütaliə edən insanları təngə gətirmişdi, fəqət bu o demək deyil ki mənasız ədəbiyyat oxumalısan. Mənim adlarını qeyd etdiyim yazıçılar da müasir dövrün ədibləridir, fəqət onları bu "qlamurluq" öz ağuşuna almadı, onlar əksər hallarda (istisnalar da mövcuddur) sağlam ədəbiyyatla oxucuların qarşısına çıxırdılar. Bu günün dəbi isə tamamən başqa yazıçılardır, hansılar ki aşırı dərəcədə erotika, vulqarlıq və qəddarlıq dolu əsərləri ərsəyə gətiriblər.

Qeyd: Əli Əkbərin - Amneziya adlı kitabı var =)

 

Nabokov sovet  edebiyyatina aid deyil . Demek olar ki,  butun yaradiciliq dovrunu  Qerbde yashayib,  Lolitani da orada yazib.    Yesenin ise  ne derecede sovet edebiyyatina aiddir ))  Sonu da namelum ...  Bunlar mehz sovet dovrune qederki  klassikaya aid edile biler, baxmayaraq ki , zaman barede hemin zamana tesaduf edir.  Siz dediyiniz kimi olsa ,  onda ele Bulqakovu da aid etmek olardi .  Bunlarin sovet edebiyyatina hech bir dexli yoxdur.

Edited by Sunyata
Link to comment
Share on other sites

Nabokov sovet edebiyyatina aid deyil . Demek olar ki, butun yaradiciliq dovrunu Qerbde yashayib, Lolitani da orada yazib. Yesenin ise ne derecede sovet edebiyyatina aiddir )) Sonu da namelum ... Bunlar mehz sovet dovrune qederki klassikaya aid edile biler, baxmayaraq ki , zaman barede hemin zamana tesaduf edir. Siz dediyiniz kimi olsa , onda ele Bulqakovu da aid etmek olardi . Bunlarin sovet edebiyyatina hech bir dexli yoxdur.

Bəs Mayakovski, Ostrovski və Arkadiy Qaydar necə? Nəzərə alaq ki, sovet dövründə Erix Mariya Remark, Cek London, Ernest Heminquey trenddə idi, indi isə dəbdə tamamən fərqli simalardır, heç də ədəbiyyatı ucaltmayan simalar.

Link to comment
Share on other sites

Bəs Mayakovski, Ostrovski və Arkadiy Qaydar necə? Nəzərə alaq ki, sovet dövründə Erix Mariya Remark, Cek London, Ernest Heminquey trenddə idi, indi isə dəbdə tamamən fərqli simalardır, heç də ədəbiyyatı ucaltmayan simalar.

 

Birinci 3 nefer sovet konyukturasina ishlemish yazar ( sair )  olublar. Onlari klassik hesab etmek olmaz.   yerde qalanin sovet dovrune ve edebiyyatina ne dexli var ?  Fikrinizi basha dushmedim .  Elbette ki, sovet dovrunde dunya edebiyyatindan mueyyen numuneler magazalarda satilirdi , hami da oxuyurdu.  Belke  demek isteyirsiniz ki, indi klassikleri  az  oxuyurlar . Belke de haqlisiniz , internetin inkishafi ile bagli  qezet ve kitablarin mueyyen derecede "moddan"  dushmesi fakti  inkar olunmazdir.   Diger terefden ise,  klassikler  "shtuchni tovar"dirlar ( klassikler gunahimdan kechsin  :) )  Onlarin her bir dovrde olmasi hech de qanunauygunluq deyil.  Meselen , 19 - cu esrle , 20 -ci esr arasinda boyuk ferq var. (  19- cu esrin axiri -  20 -esrin evvelini de sherti olaraq 19 cu esre aid etsek )) )

 

Sozumun cani odur ki,  arada  50 -100  il  tebiet klassikleri yetishdirmekle meshgul olmur , mezuniyyet goturur )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

Birinci 3 nefer sovet konyukturasina ishlemish yazar ( sair ) olublar. Onlari klassik hesab etmek olmaz. yerde qalanin sovet dovrune ve edebiyyatina ne dexli var ? Fikrinizi basha dushmedim . Elbette ki, sovet dovrunde dunya edebiyyatindan mueyyen numuneler magazalarda satilirdi , hami da oxuyurdu. Belke demek isteyirsiniz ki, indi klassikleri az oxuyurlar . Belke de haqlisiniz , internetin inkishafi ile bagli qezet ve kitablarin mueyyen derecede "moddan" dushmesi fakti inkar olunmazdir. Diger terefden ise, klassikler "shtuchni tovar"dirlar ( klassikler gunahimdan kechsin :) ) Onlarin her bir dovrde olmasi hech de qanunauygunluq deyil. Meselen , 19 - cu esrle , 20 -ci esr arasinda boyuk ferq var. ( 19- cu esrin axiri - 20 -esrin evvelini de sherti olaraq 19 cu esre aid etsek )) )

Sozumun cani odur ki, arada 50 -100 il tebiet klassikleri yetishdirmekle meshgul olmur , mezuniyyet goturur ))

Для веселья планета наша мало оборудована,

Надо вырвать радость у грядущих дней!..

В этой жизни помереть не трудно,

Сделать жизнь значительно трудней..

Mayakovskinin nəzmidir. Yox, mən razı deyiləm, o həqiqətən də klassikdir, təranələri, nəsrləri, romanları, hamısı bir sözlə möhtəşəmdir, məni təzə-təzə atam tanış edir bu yazıçılarla, əvvəl sadəcə İmperiya dövrünün ədiblərini tanıyırdım, və sizi əmin edirəm ki, - Mayakovskiy olmasın, Qaydar olsun, onların əsərlərində saf, öyüdverici müddəalar üstünlük təşkil edir. Onlar sadə, zalım, kasıb rus millətini qərəzsiz, olduğu kimi ifadə edirlər. Ümumiyyətlə mənə maraqlıdır, klassik necə müəyyən olunur? Məsələn mən, klassik deyəndə, gerçək yazan, düşündürən, təsir etməyi bacaran, süni olmayan, insanın ilığına işləyən, öyüd-nəsihət verən, və illər sonra belə yadda qalacaq ədibləri nəzərdə tuturam, hansılar ki, təbii ki keçmiş dövrdə yazıb-yaradıblar. Bəs siz? Axı Qaydarın "Голубая Чашка", "Тимур и его команда" və ən əsası, mənim uşaqlığımın ən parlaq əsəri, - "Чук и Гек" kimi gözəl, sevgi və mərhəmət dolu əsərləri var, yox, onlar sistemə işləməzdilər, mən buna inanmıram. Digər, xarici yazarları niyə qeyd etdim? Yox mən onları Sovet İttifaqına aid etmədim, yəni misal çəkmək istədim ki, o vaxtın gənci, ahılı, bir çox oxucusu bu kimi ədiblərə üstünlük verirdi, o zaman Mopassan da var idi də, mən onun erotik məzmunlu "Əziz dost" əsərini oxusam da çox bəyənmişdim, çünki o, indikilər kimi təsvir etmir incə məqamları. Mən bilirsiniz nə demək istəyirəm, siz haqlısınız, bəlkə də klassiklər indi dincəlirlər, düzdür Markus Zusakın - Kitab oğrusu əsərini oxuduqdan sonra əmin oldum ki, hələ heç nə itirilməyib (yeri gəlmişkən məsləhət görürəm mütaliə edəsiniz), fəqət bu dövrün oxucuları, əksərən də gənclər, daha sağlam ədəbiyyata üstünlük verməlidirlər, mən ona görə sovet dövrünün modelindən istifadə etdim, yəni sadəcə olaraq misal çəkdim, fantastika da oxunmalıdır, ekşn da, xəfiyyə və sevgi romanları da, lakin hər şey öz həddində edilməlidir, aludə olunmadan, ədəbiyyat sadəcə klassiklərdən ibarət deyil, fəqət bizim oxucumuz az olmaqla yanaşı, hələ bir mütaliəsini sadəcə yeni "dəbdəbə" kitabları ilə zənginləşdirirsə, vay bizim halımıza, mən buna görə üzülürəm, və Əli bəyin fikrinə qatılıram. Mən hələ yaşca kiçiyəm, ona görə əgər yaşımdan böyük danışıramsa üzr istəyirəm, sadəcə istərdim ki kitab oxuyan o azlıq var haa, seçimlərində yanılmasınlar, kitabın insan həyatında müstəsnasız rolu vardır. Maraqlı fikirləriniz üçün isə təşəkkürlər =)

Link to comment
Share on other sites

. Maraqlı fikirləriniz üçün isə təşəkkürlər =)

 

Sizə də  maraqlı fikirlərinizə və ədəbiyyat  bölməmizi aktivləşdirməyinizə  görə təşəkkür edirəm .

 

Mən klassik  deyəndə  iki  səviyyədəki  klassikləri nəzərdə  tuturam.  

1. Hər bir milli lokal  mədəniyyətdə  klassik hesab olunan yazıçı və  şairlər.

2. Bu 1 -ci  səviyyədən dünya dillərinə tərcümə olunmuş , əsərləri  dönə - dönə  çap olunmuş və artıq dünya klassik ədabiyyatında özünə yer tutmuşlar.

 

Məsələn , 1 -ciyə aid rus klassiklərdəindən  Puşkin, Lermantov , Dostoyevski , Tolstoy , Çexov ,  Gogol  və s. ləri  göstərmək olar. Bunlardan Dostoyevski , Tolstoy və qismıən də Çexov həm də  dünya ədəbiyyatının  klassikləri hesab edirəm.    Rus / sovet yazıçı və şairlərindən heç birini  nə 1 , nə də xüsusilə   2- ci kateqoriyaya  aid etməızdim.   Bu subyektiv fikrimdir.  Bəlkə də yanılıram.   Uşaq ədəbiyyatını  da  ( sovet dövrünün )  heç cür klassikaya aid etmirəm.   Uşaq ədəbiyyatı klassikasına da , əsasən xarici ədəbiyyatdan nümunələr var.

 

Bununla yanaşı , onu deyim ki, adlarını çəkdiyiniz sovet dövrünün nümayəndələri  kiminsə  xoşuna gələ bilər , zövqünü oxşaya bilər . Uşaqlıq xatirələri - filan.  Bunları da inkar etmirəm.  Amma  xoşumuza gəlmək (zövq) ayrı ,  klassika ayrı. 

 

Eləcə də Azərbaycan ədəbiyyatında  klassiklər -  əsasən Füzulidən , Nəsimidən  və s. ( azərbaycan dilində yazmış şairlərimiz )  və  19 -20 əsrlərdə ( əvvəlləri )   olan yazıçı və şairlərimizi  hesab edirəm.  Sovet dövründən gələcəkdə  klassik ola bilən yazıçılarımızdan İsa Hüseynov və  Anarı   hesab edirəm.  ( daha bir neçə nəfər də ola bilər , yada salmaq lazımdır )) )   Çox təəssüf ki, son 20 ildə azərbaycan ədəbiyyatında baş verən  hadisələrlə  tanış deyiləm (( 

Edited by Sunyata
  • Milli 1
Link to comment
Share on other sites

  • 8 years later...
  • 3 weeks later...

Təəccüblü heçnə yoxdur.Klassika dediyiniz də bir vaxtlar oxuyucuları iki düşərgəyə ayırmış əsərlərdi.Sadəcə olaraq,zamanın sınağından keçiblər sanbal və keyfiyyət səviyyələri ilə..Ona görə,bayağı olan və sırf madiyyat motivasiyası ilə qurulan,yaradılan və yazılan hər şey,əvvəl-axır tonlarla zir-zibilin içində batıb gedir..

 

 

Bu cür adamlar haqqında fikirləşdiyim anda,bir köhnə tanışım yadıma düşdü.Tələbəlik illərində bir qrup yoldaşım var idi,qrupumuzun sinifkomu.Həmişə olduğundan daha savadlı görünməyə çalışırdi..Aktiv sosial həyat sürən ekstravert bir qız..Mənimlə arası elə də yaxşı deyildi.Aramızda soyuq bir müharibə gedirdi,bəlkə də..Nə vaxt görürdün,Çingiz Abdullayevdən danışırdı.Güman edirəm ki,heç xüsusi olaraq kitaba vaxt ayıran birisi deyildi,sadəcə trenddə olmağı sevən bir forslu qızcığaz idi..Mənə qarşı hisslərində bir yerdə qərar tuta bilmədiyi üçün,hər kəlməm ona çox pis batırdı.Mən mehribanlıq göstərəndə və ya başqa qızlarla şirin söhbət edəndə,bir qəfil marağı oyanardı ki, görəsən bu oğlan niyə mənimlə də söhbət etmir..Çünki aktual yerləri gəzərdi.Sönük olduğum günlərdə yadına da düşməzdim..Yəni,mən "trendə" düşəndə,bunun da diqqət mərkəzində olurdum.Onda anladım ki,bu qıza vacibi,ocaq yanında olmaqdı,səs gələn tərəf qaçanlardandı..)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Upvote
        • Like
      • 198 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
      • 33 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Haha
      • 18 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Upvote
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Milli
        • Like
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Upvote
        • Like
      • 41 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 45 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...