Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Proqressiv Rock-2


Museyib Elekber

Recommended Posts

The Nice qrupu bu yaxınlarda dünyasını dəyişmiş olan Keith Emerson-un ELP-dən əvvəl qurduğu və 60-cı illərin sonlarında fəaliyyət göstərmiş ingilis qrupudur. Bir neçə albomları çıxmış və proqressiv rok aləmində öz sözlərini deyə bilmişlər. Klassik, caz və rok musiqisini uğurlu şəkildə sintezləyən bu qrupun ilk albomu 1967-də çıxıb.

 

The Thoughts of Emerlist Davjack

 

 

 

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

On 26.03.2016 at 11:23 PM, NOIR said:

(sizdən bir xahiş )) əminəm ki, musiqi duyumumda problem yoxdur, bununla belə sizin "proqressiv" mövzudakı roku qətiyyən anlaya bilmirəm :rolleyes: bəlkə həmin musiqini qavramağın nəsə bir yolu var ? izah edə bilərdinizmi ? imkan olanda, həmin mövzuda şərh yazın, zəhmət olmasa )

 

Xahişinizlə proqressiv rokla bağlı öz duyğu və düşüncələrimi, bu janrı dinləməyə necə başladığımı yazmağa çalışacam. Ümid edirəm ki, bu janrı anlamağınızda köməyi olar. Amma nəzərə alın ki, biraz uzun olacaq )

 

Əvvəlcə onu qeyd edim ki, bunu anlaya bilmək üçün hər tərzdə musiqini həzm etmək və ümumiyyətlə musiqini isə başdan sona səbrlə dinləyə bilmək lazımdır. Çox insanlar tanıyıram ki, guya musiqi dinləyir, bir mahnının heç ortasına çatmamış digərinə keçir. Burada bu keçərli deyil. Əgər belə olacaqsa, heç dinləməmək məsləhətdir. Bundan başqa, bu musiqilərdən birini dinlədiyiniz vaxt biri gəlib deyə bilər ki, "bu nədir qulaq asırsan?" . Bu cür sözlərə qətiyyən fikir verməyin ).

 

Keçək növbəti addıma. Bu janr haqqında heç bir məlumatınız yoxdursa, bu mövzunun ilk hissəsindəki ilk posta nəzər yetirə bilərsiniz 

 

Əlavə olaraq internetdən də axtarıb tapmaq mümkündür. 

 

Mənim başlamağım isə bir xeyli çəkib (5-6 il). Rok musiqini tanımağa məktəbin son illərində başladım, əsasən türk qrupları ilə (Mor ve Ötesi, Manga, Teoman, Şebnem Ferah, Yüksek Sadakat ve s.). Tədricən Avropa-Amerika qruplarına da keçməyə başladım (Coldplay, Green Day, Muse, Travis, Radiohead və s.). Bunların çoxu həmin dövrün punk, alternativ və pop-rok qrupları idi. Universitet vaxtlarında yavaş-yavaş daha köhnə qrupları araşdırmağa başladım, 80-ci illərin qruplarına keçdim (U2, Brian Adams, R.E.M., Cranberries və s.). Bunlar  hələ ki, proqressiv sayılmır. Axtardığım şey daha melodik və yumşaq musiqilər olurdu. Dinlədiyim qruplar azdan-çoxdan bu tələbatı ödəyirdi. Amma rahat durmayıb rokun köklərinə getməyə başladım. Pink Floyd, Queen, Deep Purple, Led Zeppelin kimi qrupların adı tez tez qarşıma çıxırdı. The Beatles isə uşaqlıq yaşlarımdan eşitdiyim bir qrup idi. Rok janrının sütunu olan bu qrupları dinləmədən "rok dinləyirəm" deməyi özümə yaraşdırmadım və bu qrupları dinləmək qərarına gəldim. Təbii ki, ilk dinləyişimdə çox da bir şey anlamadım, sizin də dediyiniz kimi )). Amma yolunda getməyən bir şeyin olduğunu da hiss edirdim. Müasir dövrün qrupları çox rahat gəlirdi və melodiyalar tez yadda qalırdı. Bu qruplarda isə melodiyanı və ritmləri tutmaq çətin olurdu. Təkrar-təkrar dinlədim. Əsasən də Pink Floyd üzərində xeyli dayandım. Sonradan fərqinə vardım ki, səhv etdiyim bir şey var. Mahnılarını ordan-burdan yükləyib qulaq asırdım. Başladım albomları bütünlükdə dinləməyə. Onda başa düşdüm ki, bir albom bütün bir mövzunu əhatə edirmiş və mahnılar da bir-birini tamamlayırmış. Bundan sonra ancaq albomlar şəklində dinlədim. Belə daha rahat olurdu. Beləcə, dinlədiyim ilk proqressiv rok qrupu Pink Floyd oldu. Deep Purple, Led Zeppelin, Queen qruplarının da bu janra çox yaxın musiqiləri və musiqi elementləri var idi və artıq bunları ayırd edə bilirdim. 2-ci olaraq Dream Theater qrupunu əldən keçirdim. Bu qrupun tərzi proqressiv metal sayılır. Həmin qrupun cover albomunda (yəni başqa qrupların mahnılarını öz üslublarında ifa etdikləri albom) King Crimson gözümə sataşdı. Badım ki, bu da çox keçmiş illərə gedib çıxır. Maraqlı gəldi və King Crimson dinlədim. Araşdırdıqca baxdım ki, mən kənardan dayaz görünən, amma əslində çox daha dərinlərə gedən bir janrla qarşı-qarşıyayam ). Bu baxımdan mən belə bir müqayisə aparardım: musiqi bizim gördüyümüz kainatdırsa, proqressiv rok qara dəlikdən o tərəfdə olan bəlkə də daha geniş bir aləmdir. Neçə ildir başlamışam, hələ də 60-70-lərin qrupları bitib tükənmir )

 

Bu janrın məni özünə çəkən xüsusiyyətləri nə oldu?

 

1. Uzun instrumental solo parçalar. Xüsusən, gitara, piano və hammond orqan sololarını dinləmək ayrı bir zövq verir.

2. Standartdan kənar ritmlər və melodiyalar. Musiqi boyu dəyişən ritm (poliritm və axsaq ritmlər) və melodiyalar insanın musiqi duyumunu olduqca artırır. Ümumiyyətlə, bu janrı anlamaq üçün musiqini az da olsa bilmək tələb olunur. Atonal melodiyaları isə ancaq təklikdə dinləməyiniz məsləhətdir (yuxarıdakı xəbərdarlığımı xatırladım )) )

3. Rokla birlikdə digər bir çox janrları da dinləyə bilmək imkanı. Əksərən rok dinləyən biri üçün işlədilən bir ifadə var: nə qədər rok dinləmək olar, arada başqa janrlara da qulaq as. Proqressiv rok dinləyən biri isə bilir ki, o yalnızca rok dinləmir. Klassik, caz, bluz, trans kimi bir çox fərqli janrlar burada özünə yer tapa bilər.

 

Hələlik, bu qədər. Yazmaq istədiyim çox şey var, amma sözlər kifayət eləmir ))

 

Nümunə üçün hazırda dinlədiyim The Nice qrupunun Ars Longa Vita Brevis albomunu bura yerləşdirim. Nə təsadüf ki, bu ifadə latın dilində Sənət sonsuz, həyat qısa" mənasına gəlir. Yəni mövzuya uyğun olsun deyə bunu seçmədim. Dinlədiyim növbəti albom budur və bu yazını yazmasam belə bunu paylaşacaqdım )

 

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Dünənki yazımda fikrim biraz yarımçıq qaldı. Necə deyərlər, vaxtım az olduğu üçün çox yazdım ). Dinlədiyim qrup və tərzləri sadalamaqla çatdırmaq istədiyim şey o idi ki, proqressiv roku ilk dəfədən dinləməklə onu anlamaq biraz çətin gələ bilər. Bunun üçün müəyyən bir mərhələni keçmək lazımdır, ən azı mənim üçün lazım idi. Başqaları üçün də belə olduğunu düşünürəm. Bu janrla çox tanışlığı olmayan birinə bu musiqidən bir nümunə göstərəndə üzündəki o boş ifadəni dəfələrlə görmüşəm ). Çox fərqli reaksiyalar da olub. Biri cizgi film musiqilərinə oxşadıb, biri başqa bir şeyə. Bütün bu təcrübələrdən əldə elədiyim nəticə bu olub ki, gərək insan özü bu janrı kəşf eləsin. Mənsə sadəcə bəzi qruplar haqqında fikrimi bildirə bilərəm.

 

Bir məsələ də var ki, proqressiv rok dinləyən insan üçün digər musiqilər çox bəsit gəlməyə başlayır və əvvəlki kimi zövq, həyəcan vermir. Hər musiqidə o proqressivliyi axtarır qulaq ). Məsələn, bu musiqiyə başqa heç bir janr daxilində rast gələ bilməzsiniz

 

https://www.youtube.com/watch?v=1W_EQZCoEwc

 

Bu da həmçinin )

 

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bu musiqini dinlərkən keçirdiyim hisslər isə ancaq ürəkdən dinləyərək yaşanıla bilər )

 

Əvvəlki postların birində yazmışdım, yenə qeyd etmək yerində olardı. David Bowie proqressiv rokdan biraz uzaqdır. Amma bu janra yaxın bəzi mahnıları var. Ən çox da The Man Who Sold the World və Ziggy Sturdust mövzulu albomlarında. Bu mövzuda paylaşmağımın səbəbi isə mövzu çox uzun müddər boş qalmasın deyə idi.

 

Ümidvaram bu qədər uzun uzadı yazmağımın bir xeyri olar )

  • Upvote 3
Link to comment
Share on other sites

В 29.03.2016 в 23:33, Museyib Elekber сказал:

Bu musiqini dinlərkən keçirdiyim hisslər isə ancaq ürəkdən dinləyərək yaşanıla bilər )

 

Əvvəlki postların birində yazmışdım, yenə qeyd etmək yerində olardı. David Bowie proqressiv rokdan biraz uzaqdır. Amma bu janra yaxın bəzi mahnıları var. Ən çox da The Man Who Sold the World və Ziggy Sturdust mövzulu albomlarında. Bu mövzuda paylaşmağımın səbəbi isə mövzu çox uzun müddər boş qalmasın deyə idi.

 

Ümidvaram bu qədər uzun uzadı yazmağımın bir xeyri olar )

) mən sizə təşəkkür edirəm.

postları bir neçə dəfə, diqqətlə oxudum. musiqi zövqünü izah etmək mümkün imiş demək ki )

məsləhət bildiyiniz ardıcıllığı tutub gedirəm : hələlik yalnız 1 kompoizisiyanı tam dinləməyə vaxt imkanım yetib ( Nice 1968) və Nice 1967 isə qismən...

(təəssüratımı sonunda bölüşəcəyəm)

 

bir daha təşəkkür edirəm, Müseyib ))

  • Upvote 1
Link to comment
Share on other sites

7 hours ago, NOIR said:

) mən sizə təşəkkür edirəm.

postları bir neçə dəfə, diqqətlə oxudum. musiqi zövqünü izah etmək mümkün imiş demək ki )

məsləhət bildiyiniz ardıcıllığı tutub gedirəm : hələlik yalnız 1 kompoizisiyanı tam dinləməyə vaxt imkanım yetib ( Nice 1968) və Nice 1967 isə qismən...

(təəssüratımı sonunda bölüşəcəyəm)

 

bir daha təşəkkür edirəm, Müseyib ))

 

Əslində bu ardıcıllıqla gedin demirəm. Çünki mən özüm də bilərək hansısa ardıcıllığı izləməmişəm. Yaş və təcrübə dəyişiminin düşüncəmdə və zövqümdə yaratdığı dəyişikliklər məni buna yönəldib. Ola bilər siz daha tez götürə bilərsiniz, ya da heç hövsələniz çatmaz. Amma hər halda mən keçmiş olduğum yolu faktiki görürəm və nəticəsi ürəyimcədir. Sizə də bu yolda uğurlar )

 

Bir də, qruplar arasındakı üzv yerdəyişməsi və bunun qrupda yaratdığı təsiri izləmək də maraqlıdır.

Link to comment
Share on other sites

Aphrodite's Child 60-cı illərin sonlarında qurulub qısa müddət fəaliyyət göstərmiş yunan rok qrupudur. Çoxlarının tanıdığı Demis Roussos və Vangelis bu qrupun üzvləri olub. Qrup dağıldıqdan sonra çıxan yığma albomları saymazsaq, cəmi 3 studiya albomları çıxıb.  İlk albomları End of the World


 

 

 



 

Link to comment
Share on other sites

Sonunda deməli olduğumu öncədən deyəcəm :smile: gəldiyim nəticə ondan ibarətdir ki, mən proqressiv rokun pərəstişkarı ola bilməyəcəm 

məsuliyyətlə və ürəkdən )) dinlədiyimə baxmayaraq, bu musiqidən heç nə götürə bilmədim. hətta bəzi məqamlarda, etiraf edirəm, ehtiyat etdim ki, birdən o məndən nəsə aparar )) 2-ci səhifədə olan bütün mahnıları dinlədim. Ritmi tutub getməyim mümkün deyildi...bəzi keçidlərdə musiqi aşağı səsli olsa belə, gərginlik verirdi. Müxtəlif səslərlə zəngin musiqi olsa da, mən onu qarışıq və nizamsız duydum sanki (xətrinizə dəyməsin amma)

 

Hər halda, yaxşı ki, yuxarıdakı postları yazdınız - bir növ təlimat kimi )

mövzu ilə maraqlanan dinləyici üçün həmin postlar bələdçilik edəcək.

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

8 minutes ago, NOIR said:

Sonunda deməli olduğumu öncədən deyəcəm :smile: gəldiyim nəticə ondan ibarətdir ki, mən proqressiv rokun pərəstişkarı ola bilməyəcəm

məsuliyyətlə və ürəkdən )) dinlədiyimə baxmayaraq, bu musiqidən heç nə götürə bilmədim. hətta bəzi məqamlarda, etiraf edirəm, ehtiyat etdim ki, birdən o məndən nəsə aparar )) 2-ci səhifədə olan bütün mahnıları dinlədim. Ritmi tutub getməyim mümkün deyildi...bəzi keçidlərdə musiqi aşağı səsli olsa belə, gərginlik verirdi. Müxtəlif səslərlə zəngin musiqi olsa da, mən onu qarışıq və nizamsız duydum sanki (xətrinizə dəyməsin amma)


 

Hər halda, yaxşı ki, yuxarıdakı postları yazdınız - bir növ təlimat kimi )

mövzu ilə maraqlanan dinləyici üçün həmin postlar bələdçilik edəcək.


 


 

 

Qətiyyən, xətrə dəyməli bir şey yoxdur. Əsas odur ki, cəhd etmisiniz. Mənim gəldiyim nəticə (və əslində əvvəldən də düşündüyüm kimi) bu oldu ki, bu musiqini kiminsə təklifi ilə dinləyib bəyənmək və ardıcıl (davamlı) şəkildə dinləməyə davam etmək, eyni zamanda zövq almaq çətin məsələdir. Gərək insan öz-özlüyündə bunu kəşf etsin (deyəsən bunu əvvəlki postlarımda da yazmışdım :) ).

 

 

Uzunçuluq kimi çıxmasın, siz bu mövzunun 1-ci hissəndə paylaşdığım postlara və musiqilərə də ötəri nəzər yetirməlisiniz məncə. Çünki 2-ci hissə cəmi 2 səhifədir və seçim biraz azdır. Amma onu da deyim ki, orada başqa userlər də bəzi musiqi paylaşımları edib ki, bu da əsas janrdan biraz kənarlaşmalara səbəb olub. 
 

  • Upvote 1
Link to comment
Share on other sites

Krautrock və Eksperimental rok janrının öncülərindən sayılan Can qrupu 1968-ci ildə Almanyida qurulub. Qrupun musiqisində avantqard, elektronik, psixedelik və funk musiqisinin elementlərinin təsiri hiss olunur. Əvvəldən deyim ki, bundan əvvəlki qruplardan daha çətindir həzm etmək ). İlk eksperimental işlərindən ibarət albomları Prehistorical Future


 

 


 

Link to comment
Share on other sites

В 12.04.2016 в 23:31, Museyib Elekber сказал:

 

Qətiyyən, xətrə dəyməli bir şey yoxdur. Əsas odur ki, cəhd etmisiniz. Mənim gəldiyim nəticə (və əslində əvvəldən də düşündüyüm kimi) bu oldu ki, bu musiqini kiminsə təklifi ilə dinləyib bəyənmək və ardıcıl (davamlı) şəkildə dinləməyə davam etmək, eyni zamanda zövq almaq çətin məsələdir. Gərək insan öz-özlüyündə bunu kəşf etsin (deyəsən bunu əvvəlki postlarımda da yazmışdım :) ).

 

 

Uzunçuluq kimi çıxmasın, siz bu mövzunun 1-ci hissəndə paylaşdığım postlara və musiqilərə də ötəri nəzər yetirməlisiniz məncə. Çünki 2-ci hissə cəmi 2 səhifədir və seçim biraz azdır. Amma onu da deyim ki, orada başqa userlər də bəzi musiqi paylaşımları edib ki, bu da əsas janrdan biraz kənarlaşmalara səbəb olub. 
 

həmin mövzuya baş çəkdim, əlbəttə. quru nəzakət xatirinə deyil, maraqla nəzərdən keçirdim... həm musiqini dinlədim, həm də özümü dinlədim (özümü musiqidə dinlədim, əgər belə demək mümkünsə )) mən musiqini həmişə sanki nəfəsimlə dinləyirəm, duyuram. bilmirəm, bu sizdə də belədirmi ? yəni musiqinin vibrasiyası, ritmi mənim nəfəsimlə birgə gedib- gəlir. diqqət yetirdim ki, qulağımla eşidirəm, amma nəfəsimlə "eşidə" bilmirəm )) nəfəsim tıxanır. 

 

(mən dəyişə bilmədim :rolleyes:, anlamığım mümkün olmadı)

  • Upvote 1
Link to comment
Share on other sites

Just now, NOIR said:

həmin mövzuya baş çəkdim, əlbəttə. quru nəzakət xatirinə deyil, maraqla nəzərdən keçirdim... həm musiqini dinlədim, həm də özümü dinlədim (özümü musiqidə dinlədim, əgər belə demək mümkünsə )) mən musiqini həmişə sanki nəfəsimlə dinləyirəm, duyuram. bilmirəm, bu sizdə də belədirmi ? yəni musiqinin vibrasiyası, ritmi mənim nəfəsimlə birgə gedib- gəlir. diqqət yetirdim ki, qulağımla eşidirəm, amma nəfəsimlə "eşidə" bilmirəm )) nəfəsim tıxanır.


 

(mən dəyişə bilmədim :rolleyes:, anlamığım mümkün olmadı)

 

Canınız sağ olsun. Nə demək istədiyinizi anladım. Nəfəsin ritmi bərabər intervallarla baş verir, amma proqressiv rokda axsaq ritmlər çox istifadə olunur. Buna görə də musiqinin ritmi ilə nəfəsinizin uyğunlaşması mümkün görünmür )
 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 65 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 169 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Thanks
        • Like
      • 136 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...