Jump to content

Капитан

Members
  • Posts

    1,119
  • Joined

  • Last visited

Posts posted by Капитан

  1.  

    Dövlət qanunlarının da hamısı təbii ki , ədalətli və  mükəmməl  deyil . Amma  onları dəyişməyin yolları mövcuddur.   Məsələn , mən bir çoxları kimi , ölüm cəzasının əleyhinəyəm.   Ümidvaram ki,  bu hissə ilə razılaşarsınız ...

     

     

    Sizin və ya çoxluğun nəyi qəbul edib etməməsi onun haqlı olması deyil.Misal üçün Avropa , ABŞ kimi ölkələrədə bir çoxları eynicinsli insanların evlənməsinə,sving seksə normal bir şey kimi baxırlar.O ki qaldı qanunlara.....Əzizim bu qanunlar insanlar tərəfindən yaradılırsa mütləq şəkildə bu qanunlar ideal və ədalətli ola bilməz.Sizə görə əgər ölüm cəzası normal deyilsə övladı vəhşicəsinə zorlanıb öldürülən şəxs üçün ölüm cəzası ƏDALƏTDİR.

    P.S. Ölüm cəzasını ömürlük həbs ilə əvəzedilməsi isə daha gülüncdür.

  2.  

    Sizin sohbetinizden bele basha dushdum ki, ne vaxtsa ailedaxili insest nigahlar normal sayila biler. Dogrudur?

     

     

    Əgər ilahi qanunlardan insanlar uzaqlaşsa əlbətdəki öz nəfslərinə görə istədikləri qayda qanunu yarada bilərlər.Necəki bunu  homoseksualların hüquqlarını müdafiə eləməklə isbat etdilər.P.S. Yeri düşmüşgən sizin idealogiyanıza , düşüncənizə görə homoseksuallarda normal insanlar sayılır?

     

     

     Adem ve Hevvadan insanlarin artmasi basqa cur mumkun deyil cunki. Dindar biri bunu da normal qebul ede biler. 

     

     

    Mən bilmirəm siz hansı dindardan danışırsız amma islamda və şiəlikdə bu versiya qəbul olunmur.

     

     

    İmam Cəfər Sadiq (ə) bacı ilə qardaşın evlənməsinin haram olduğunu təkid edərək buyurub: “Bacı qardaşın evlənməsinin haram olması “dörd məşhur səmavi kitabda (Zəbur, Tövrat, İncil və Quranda)” da qeyd olunmuşdur. Lakin bacı ilə qardaşın evləndiyini iddia edənlər Peyğəmbərin əhli-beytindən elm öyrənərək maariflənmək əvəzinə cahil şəxslərdən söz öyrənib şəriətin əhkamını düşünməkdə yollarını itirirlər.” İmam (ə) sözünə davam edərək buyurdu: “Çünki bu sözləri (bacı ilə qardaşın evlənməsini) danışan şəxslərin hədəfi məcusilərin (atəşpərəstlərin) fikrini camaat arasında yayaraq qüvvətləndirməkdir. Allah onları öldürsün, onlar niyə belə danışırlar?” Sonra həzrət buyurdu: “Adəm peyğəmbərin yoldaşı 70 dəfə əkiz uşaq (140 övlad) dünyaya gətirdikdən sonra Habil qardaşı Qabilin tərəfindən qətlə yetirildi. Həzrət Adəm oğlu Habilin qətlə yetirilməsinə o qədər qüssələndi ki, 500 il Həvva ilə yaxınlıq edə bilmədi. Bu müddətdən sonra o həzrət özünə gələrək Həvva ilə yaxınlıq etdi. Mütəal Allah onlara bir oğlan uşağı verdi. Həzrət Adəm onun adını Şeys qoydu. Şeysin mənası ərəbcə “Hibətullah, yəni Allahın bəxşişi, hədiyyəsi” deməkdir. O, Adəm övladından olan övsiyaların (xəlifə və canişinlərin) birincisidir. Şeys dünyaya gələndən sonra Mütəal Allah Adəm peyğəmbərə bir oğlan da verdi. O həzrət uşağın adını Yafis qoydu. Bu iki oğlan həddi-büluğa çatdıqdan sonra Mütəal Allah insanların nəslini artırmaq üçün Cümə axşamı (dördüncü gün) axşamçağı Adəmə (ə) cənnətdən Nəzlə adlı bir huri göndərdi ki, o həzrət oğlu Şeysi həmin huri ilə evləndirsin. Cümə günü (beşinci gün) axşamçağı isə Mənzilə adlı başqa bir mələk göndərdi ki, Adəm peyğəmbər Yafisi də o mələklə evləndirsin. Bu iki oğlan həmin mələklərlə evləndikdən sonra Mütəal Allah Şeysə bir oğlan, Yafisə isə bir qız verdi. Bu oğlanla qız (əmioğlu və əmiqızı) həddi-büluğa çatdıqdan sonra Mütəal Allah Adəm peyğəmbərə əmr etdi ki, onları bir-biri ilə evləndirsin. Onların evlənməsi nəticəsində bütün peyğəmbərlər, saleh insanlar və Allahın seçilmiş bəndələri dünyaya gəldi...” (“Təfsiri Safi”, səh.111; “İləluş-şərayi`”, səh.)

     

     

    Əslində mövzu bu əməlin hal hazırda pis olması deyil.Mövzu sizin dediyiniz normal insan kriteriyasını kimlər tərəfindən təyin olunmasıdır.Əgər cəmiyyət tərəfindən təyin olunursa sabahları bu cəmiyyət daha iyrənc şeyləri ( homoseksuallıq,ensest,sadizm) normal qarşılayanda sizdəmi bunu normal qarşılayacaqsız?

  3.  

    1. Neticesi anormal oldugu ucun hemin hereketin ozu de anormaldir.

     

     

    1.Nəticəsi necə anormal sayılır ? Hətta sayılsa belə bu sizə görə nəticə anormaldır.Onlara görə isə nəticə normaldır. Ona görə tutduğunuz irad nisbidir sizin məntiqinizə görə.

    2. Edeb normalari cercivesinde de anormal sayilir. Siz demeden yazim: bu edeb normalari cemiyyetin inkisafi sirasinda minillikler erzinde formalasib. 

    Ədəb normaları , cəmiyyət bunlar hamısı nisbidir.Bunu yəni anlaya bilməmisiz? Misal üçün 20 ci əsrin əvəllərinə qədər homoseksuallar cəmiyyətdə anormal insanlar kimi tanınırdı amma hal hazırda onların cəmiyyətdə başqa insanlar kimi hüquqları var.Ona görə dəqiqləşdirin ədəb normaları,cəmiyyətin baxışları insanın normal olub olmamasını aydınlaşdırmaq üçün meyar deyil.Çünki dediyiniz şeylər hamısı nisbi və zamanla dəyişəndir.

  4. Xeyr, elave nese elese anormal demerem, sadece cox xirdaliga getmek istemedim. Maraqlidir, siz normal insan kime deyerdiniz?

    Siz nəinki xırdalığa getmədiz ... siz ümumiyyətcə izah edə bilmədiz ki normal insan anlayışı nədir sizə görə.Yeyib içən yatıb duran heç kəsə pislik etməyən bunlar bəyəm normal insan üçün kriteriyadır? Əgər normal insanın xüsusiyyətləri budursa onda əlavələr edən şəxslər nələr sayılır? Misal üçün sizə görə öz ana-bacısı ilə evlənən şəxs anormal sayılırsa bu həmin şəxslər üçün adi şey sayılır.Və siz bunu anormal olduğunu nə ilə sübut edə bilərsiz?

  5.  

    Ele, mesele de orasindadir ki, hami eyni cur dusunmur ve hamidan da eyni cur dusunmeyi gozlemek sadelovhlukdur. Ona gore de oz dusunceni basqasina zorla yeritmek ve qebul etmediyi halda da oldurmek duzgun deyil.

     

     

    Heç kəs hamıdan eyni düşünməyi qəbul eləmir.Amma müəyyən təməl qanunları var ki onu pozmaq olmaz. Bu nəinki  dində var hətta dünyavi qanunlarda da belə bir şeyi görmək mümkündür.Misal üçün hər bir dövlətdə vətənə xəyanət ağır cinayətlərdən sayılır.İstədiyiniz ən demokratik dövlətdə belə hər kəs ki vətənə xəyanət eləsə ağır cəzaya məruz qalır.Bu Dövlətin təməl qanunudur.Həmçinində dinin təməl qanunları var.Və bun qanunları pozanı cəza gözləyir.

     Men dunyevi qanun dedikde indiki hokumetin ozune serf eden qanunlarini nezerde tutmuram, huquqshunas alimlerin cemiyyet ucun faydali bildikleri umumi qanunlari nezerde tuturam.

     

    Siz özünüz öz sözünüzü inkar edirsiz.

     

     

    P.S. Yashayis terzine her kes ozu cavabdehdir, kiminse buna mudaxile etmeye hec bir haqqi yoxdur. 
     

     

     Men dunyevi qanun dedikde indiki hokumetin ozune serf eden qanunlarini nezerde tutmuram, huquqshunas alimlerin cemiyyet ucun faydali bildikleri umumi qanunlari nezerde tuturam.

    Dəqiqləşdirin hüquqşunaslar sizin yaşayış tərzinizə müdaxilə edib cəmiyyət üçün faydalı bildikləri qanunları tətbiq edə bilərlər ya yox? + Cəmiyyət dedikdə kimləri nəzərdə tutursuz?

     

  6. Birincisi, dini qanunlarin kim terefinden qoyuldugu hele muemmalidir. Ola bilsin ki, sizin nezerinizde ilahi bir qanundur, amma bu hami ucun eyni cur deyil.

    Sizin üçün müammalı ola bilər inanclı insanlar üçün müammalı heç bir şey yoxdur.

    Ikincisi de ki, dunyevi qanunlar nece geldi formalasmayib. Insan huquq ve azadliqlari prinsipile yuzillikler erzinde indiki halini alib.

    Dünyavi qanunların necə formalaşdığı haqqında bizə dərs keçməyin ) Hamı bilir ki bu dünyavi qanunların bir qismi nəfsani istəklər əsasında formalaşıb.Uzağa getməyək elə Azərbaycanda qanunların necə formalaşması hamıya gün kimi aydındır.

     

     

    Amma sizin dini qanunlariniz bir neferin dedikleri seylerdir ki, oz heyat terzini eks etdirir.

     

     

    Bizim sizin dini qayda qanun deyilən bir şey yoxdur.Allah insanlar üçün qoyduğu qayda qanun var.İndi atesitlər bunu qəbul eləmirsə bu onların öz problemidir.

     

     

    P.S. Yashayis terzine her kes ozu cavabdehdir, kiminse buna mudaxile etmeye hec bir haqqi yoxdur. 
     

     

     
     

    Buna anarxizm deyilir...Anarxizmdə utopiyadan başqa bir şey deyil.

  7. Bu da sizin ədalətli və mərhəmətli  dininiz ...  Lap  üzürsüz səbəbə görə  , elə belə  dinini dəyişib  .  Buna görə insanı  qətlə yetirərlər ?   

    Dinin nə olduğunu öyrənin sonra durun irad edin.Din insanın yaşayış tərzidir.

    P.S. Necə ola bilər ki dünyavi qayda qanunu pozanlara qarşı cəzaları normal qarşılayırsız amma Allahın qoyduğu qayda qanuna qarşı gələnlərə cəzanı təəcüblə qarşılayırsız.

    Ateistlərin paradoks olduğunu bilirdim amma bu qədərinidə yox :)

  8. alimnize bilmirsiz nece beraet qazandirasiz.artiq gecdir bu bu meclisinin sozudur.

    a kişi cavab verməsən sənə qoltuğun şişər cavab verəndə isə deyəcəklər hər yerindən durana niyə baş qoşursan axı ))

    http://gadir.free.fr/Ar/Ehlibeyt/KUTUB/bihar/N3.html/1/97.html

    S. 134-135 gör bunu Əllamə öz adından deyir ya Şəhid Əvvəlin əd-Durus kitabına istinad edir.Türkün məsəl əlinizə hər nə verirlər bura qoyursuz.

  9. Əl-Məclisi demişdir: Altıncı: Ziyarəti (təvafı) edib qurtardıqdan sonra iki rükət namaz qılanın hökmü: Əgər peğəmbəri ziyarət edirsə, bu (iki rükəti) "Rövza"da qılır, imamlardan birinin ziyarətindədirsə, onda baş tərəfdə duraraq, qılır. Əgər məsciddə qılarsa, bu da caizdir. Qəbrə tərəf namaz qılmağa rüxsət verilməsi barədə də rəvayət edilmişdir. Qiblənin əks istiqamətinə də durub qılarsa, caizdir. ("Biharul-ənvar", cild 97, səh. 134)

    kitabin adi sehifesi yazilib.axtaran tapar.

    Heç olmasa nəisə kopya edəndə diqqət elə sonra.

    əvvəla bu, Əllamə əl-Məclisinin öz sözləri deyil, Şəhid əl-Əvvəldən sitat gətirib. Olduğu kimi qeyd edirik:

    قال الشهيد رحمة الله عليه في الدروس: للزيارة آداب: (أحدها) الغسل قبل دخول المشهد ، والكون على طهارة ، فلو أحدث أعاد الغسل ، قاله المفيد ، وإتيانه بخضوع وخشوع في ثياب طاهرة....

    Şəhid (r.ə) «əd-Durus» kitabında deyir: «Ziyarət etməyin bir sıra ədəb qaydaları vardır. Hərəmə daxil olmazdan əvvəl qüsl etmək, təharətli olmaq, əgər qüslü batil edən bir amil ortaya gəlsə yenidən qüsl etmək.» Bunları Şeyx əl-Müfid deyibdir. Ora pak paltarda, xuzu-xüşü ilə gəlmək…

    Müəyyən məsələri qeyd etdikdən sonra davam edir:

    (وسادسها) صلاة ركعتين للزيارة عند الفراغ فان كان زائرا للنبي صلى الله عليه وآله  ففي الروضة، وإن كان لاحد الائمة صلى الله عليهم فعند رأسه، ولوصلاهما بمسجد المكان جاز، ورويت رخصة في صلاتهما إلىالقبر ولو استدبر القبلة وصلى جاز و إن كان غير مستحسن إلا مع البعد.

    (Ədəb qaydalarının) altıncısı ziyarət edəndən sonra  iki rükət namaz qılmaqdır. Əgər bir kəs Peyğəmbəri (s) ziyarət edirsə, onda hərəmdə qılsın. Əgər İmamlardan (ə) birini ziyarət edirsə, onda Onların baş tərəfində qılsın. Əgər hər iki ziyarətdə namazı məsciddə qılsa da caizdır. Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbrə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qibləyə namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan olması istisnadır (yəni, ziyarət etsə və arxası qibləyə olsa eybi yoxdur).

    Əllamə əl-Məclisi, Bihar əl-Ənvar, c.97, s.134-135 (onlayn mənbə 12)

    Bunlar Əllamənin «əd-Durus» kitabından nəql etdikləri idi. Burada altından xətt çəkilən ifadələrdə səhv var. İndi biz əsas mənbə olan «əd-Durus» kitabında həmin ifadələri nəql edirik. Şəhid əl-Əvvəlin «əd-Durus» kitabında olan nəzəri budur:

    (وسادسها) صلاة ركعتين للزيارة عند الفراغ فان كان زائرا للنبي صلى الله عليه وآله  ففي الروضة، وإن كان لاحد الائمة صلى الله عليهم فعند رأسه، ولوصلاهما بمسجد المكان جاز، ورويت رخصة في صلاتهما إلىالقبر ولو استدبر القبر وصلى جاز و إن كان غير مستحسن إلا مع البعد.

    Ədəb qaydalarının altıncısı ziyarət edəndən sonra  iki rükət namaz qılmaqdır. Əgər bir kəs Peyğəmbəri (s) ziyarət edirsə, onda hərəmdə qılsın. Əgər İmamlardan (ə) birini ziyarət edirsə, onda Onların baş tərəfində qılsın. Əgər hər iki ziyarətdə namazı məsciddə qılsa da caizdır. Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbrə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qəbrə (üzü isə qibləyə) namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan olması istisnadır (yəni, ziyarət etsə və arxası qəbrə olsa eybi yoxdur).

    Şəhid əl-Əvvəl, əd-Durus, c.2, s.22-23 (onlayn mənbə 12)

  10.  

    sehidler Allah yaninda diridirler.

     

     

     

    Allah deyir ölü deməyin onlara (şəhidlərə).İndi sən hansı haqla nəyə əsasən Allahın əmrinə qarşı çıxıb şəhidlərə ölü deyirsən ? Yoxsa nəuzubillah Allaha və onun kitabına iman gətirməmisən?

     

     

    Fatihe 5 biz yalniz sene ibadet edirik ve yalniz senden komek isteyirik.bu aye rediyye ver Quran ayesinden gozleyirem

     

     

     

    Sübhanallah ayəyə rəddiyə vermək nə deməkdir? )))

    Yaxşısı budur sən özün bu ayə haqqında təfəkür elə.Əgər sənin dediyin kimi yalnız Allahdan kömək istəmək lazımdırsa + özüdə ayədə Allah şərt qoşmadan bunu bildirib.Onda gündəlik həyatda sən N qədər başqalarından bir işə görə kömək istəyib dindən çıxıb Allaha şərik olursan ki .....

  11. sehidler Allah qatindan diridirler.2.eger sehidler diridirse niye aparib onlari defn edirler?ozunuz demisken mentiqe uygun gelmirrofl.gif

    sehidler diridirse niye onlari mulku bolunur axi diri adamin mulku bolumur.rofl.gif

    sehidler diridirse niye asurada ozunuzu cirpib baltalayirsiz?rofl.gif

    hansi alim tefsirde deyib ki sehidler diridir ayesine gore gedib onlardan komek istemek olar?

    Açıq aşkar ayə var ki onlara ölü deməyin.İndi sən Allahın hökmünə qarşı çıxıb şəhidə ölü deyirsən ? Alimi nə edirəm ki Allahın açıq aşkar hökmü olan yerdə.

×
×
  • Create New...