Jump to content

Капитан

Members
  • Posts

    1,119
  • Joined

  • Last visited

Posts posted by Капитан

  1. Ok.  Kapitan , anlaşdıq .  Mən də əsəbləşmirəm ))  Sadəcə bu forumu  həmsöhbətlər klubu  ( əks mövqedə olsalar da ) kimi görmək istərdim , müharibə səhnəsi kimi yox ))      Mən dindar olmasam da , hərdən deyirəm -" lənət şeytana " ))  Siz də öz aranızda hərdən deyin "lənət şeytana" və sülh yolu ilə dialoqa davam edin ...

     

    Hamınıza uğurlar !

    ))) salamat

  2. Sizin birinci sualınıza burada artıq cavab verdim -  http://www.disput.az/index.php?showtopic=540600&p=19302674

     

    "Sənə"  keçməyimizə  şad deyiləm !    Mənim valideynlərimə toxunan mənim şəxsiyytimə  birbaşa keçid edir. Eləcə də sənin valideynlərini təhqir edən də sənin səxsiyyətinə  keçid və təhqir edir.  Bu isə forum qaydalarının pozulması deməkdir ki, onun  da cəzası var  -  userin nikini tam və  əbədi silmək də daxil olmaqla !  Ümidvaram ki,  demək istədiklərimi anlayışla qarşılayacaqsan .   

     

    Mən Kənana xəbərdarlıq etdim , düzdür ? Xəbərdarlıq özü də yüngül cəza forması hesab edilir. Əgər o məhəl qoymayıb hər addımbaşı  bunu təkrar etsə onda baxarıq . 

     

    P.S. Mənim metodlarımla razı deyilsənsə  ,  məndən də şikayət etmək hüququn var . Buyurub şikayət  edə bilərsən . 

    )) Ok anladım... amma hər şeyə görə əsəbləşmək lazım deyil.Forumun qaydalarını tam xırdalığına qədər istədim öyrənəm bu qədər.Texniki səhv idi siz əvəzinə sən müraciətim .Amma bunu təhqir vəyaxud alçaltmaq niyyəti ilə etmədim üzrlü bilin.

     

  3. Həkim səni yoxlayib recept yazır amma qebrdə olana gedib desən ki ənim filan yerim ağrıyır məni mualicə et həmin adam mualicə edə bilməyəcək.

    diri insandan onun edə biləcəyi köməki istəməkdə problem deyil və bu şirk sayılmir amma 21-əsrin müsrikləri ölülərdəm gedib kömək istəyir.

    Sizin problem diri ilə ölü arasındadır.Halbuki Allah Quranda buyurur şəhidlərə ölü deməyin.

  4. Əbdürrəhman ibn Nasir əs-Saadi, Quran Təfsiri

    Sözün düzü elə təfsirçi mən heç tanımıram )) Hər halda Təbəridən ağıllı olmaz.

    Təfsirlərə gəldikdə insanların əlində olanların ən düzgünü Mühəmməd ibn Cərir Tabərinin təfsiridir və orada ancaq sabit sənədlərlə sələfin dedikləri qeyd olunur , onda (təfsirdə) heç bir bidət yoxdur və (rəvayətlər də) ittiham olunmuş ravilərdən nəql olunmur.

    İbn Teymiyyə “Məcməul Fətava” kitabı 13-cü cild 385-ci səhifə (online mənbə)

  5.  

    Amma,  xahiş edirəm ,  cinayət məcəlləsini mənim gözümə soxmaq lazım deyil . 

     

     

    Mən kiminsə harasınasa nəsə soxmaq niyyətində deyiləm belə .. ))) İndi bunu nə cür qəbul edirsinizsə öz şəxsi işinizdir.Öz fikrimi normal şəkildə heç kəsi təhqir etmədən qeyd edirəm.Amma sualıma cavab yenə tapa bilmədim.Müəyyən şəxslərin ideallarını təhqir etmək hamıya aiddir ya istisnalarda var? 

    O ki qaldı kimdənsə şikayətə qaydalar tam müəyyən olmadığına görə Kənandan şikayət eləmişəm.Yoxsa bilsəydim ki insanların ideallarını təhqir eləmək onları təhqir eləmək anlamında deyil onda mən report eləməzdim.

    P.S. Bir şeydə maraqlıdır qeyd elədin ki sənin üçün müqəddəs heç kim yoxdur.Onda əgər kimsə iraq səndən səni yox valideyinlərivi təhqir eləsə buna görə yalnız şifahi xəbərdarlıq edəsən?

  6.  

    Allahdan bawqasindan (ölu ve ya diri) istemek, (o weyi ki yalniz onu Allah vere biler) bes sizin eqidenize göre nedir? 

     

     

    Bu şərtləri nəyə əsasən deyirsiz.Misal üçün o şeyi ki yalnız Allah verəcəksə başqasından istəmək şirkdir.Gündəlik həyatımızda o qədər olur ki həkimin yanına gedib xəstəliyimizə görə müalicə olunub şəfa tapırıq.İndi sizə görə kim həkimin yanına gedib müalicə olunub şəfa tapırsa şirk edir? 

    P.S. Ümumiyyətcə şəfaət nədir sizə görə?

  7. deməli sizin kitablarda bu haqqda hədislər doludur.

    ikinci hec vaxt rast gəlməmişdin vu dündən rast gəldin.

    Necə ola bilər ki sən hansısa öz alimivizin adına rast gəlməyəndə onu tanımadığını iddia edib sufilikdə ittiham edirsən amma qardaş ilk dəfə rast gəldiyini deyəndə irad bildirisən.Sözün açığı heç məndə elə bir alim tanımıram və bilmirəm kimdir nəçidir , şiə alimləri içində onun yazdığı kitab necə qəbul olunur.

     

  8. mən onu özümdən yox təfssirdən dedim.yaxsı siz niyə Allahın əli olmasını inkar edirsiz?

    qeyd etdiyim əqidə özünü Hənəfi adlandırır.Amma Abu Hənəfi kitabında yazır ki Allah ərşdədir və kim deyir Allahın necə ərşə ucaldəgının keyfiyyətini soruşarsa həmin adam deyir bidətcidit.indi bildin?

    Quranda özündən sənə Allahın ərşdə olduğu haqqda 10-yaxın ayə yaza bilərəm.amm nə fayda sən onları qəbul etmirsən.

    Hansı təfsirdə Fəth surəsindəki ƏL dən məqsəd Allahın əli deyilib? Mən Təfsiri Təbəridə baxdım orda gec qüdrət mənasında deyilib.Yoxsa Təbəridə yolunu azanlardan olub?

    Daha sonra başqa bir ayəyə təfsir ilə bərabər baxaq,görək Quranda Allahın iki əli deyiləndə nə nəzərdə tutulur.

    Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir. 

    Maidə 64.

    Âyet-i kerimede "Yahudiler ´Allah´ın eli sıkıdır.´ dediler." buyunılmakta-dır. Bu ifadeden maksat, "Allah bize karşı nimetlerini kısıtlamıştır. Lütfü geniş değildir." demektir. Burada zikredilen "Allah´ın eli"nden maksat, Allah´ın ni­metleri ve verdiği ihsanlardır. Âyet-i kerimede "Verilen ihsan" yerine "El" keli­mesi kullanılmıştır. Zira insanlar, ihsanlarım ve iyiliklerini çoğu zaman elleriyle yaptıklarından bu ihsan ve iyiliklerin yerine onları yapan organ olarak "El" keli­mesi kullanılmıştır. Bir insanın cömertliğinden bahsederken "Eli bol", cimrili­ğinden bahsederken de "EH sıkı" şeklinde ifadeler kullanılmıştır. Nimet ve ihsa­nın yerine "El" kelimesinin kullanıldığı, Arapçanın şiirlerinde_darb-ı mesellerin­de sayılamayacak kadar çoktur. Allah Teala, Kur´an´ı Arap diliyle indirdiğinden Kur´an´da Arapçaya ait olan ifadeleri de zikretmiştir ki, Kur´an akıllara yaklaş­mış olsun ve anlaşılsın. Yani, Allah Teala bu ifadeleriyle demek istemiştir ki: "Yahudiler dediler ki ´Allah bize karşı cimri, o bizden Hitfunu esirgiyor. O, bize karşı âdeta eli boynuna bağlı olduğundan herhangi bir şey vermeyen, kimse gi­bidir.´

    Allah Teala, Yahudilerin bu iftiralarından münezzeh olduğunu, nimetleri­nin boi ve kuşatıcı olduğunu beyan ederek yine aynı mecazi üslupla buyurmuş­tur ki: "Bilakis Allah´ın iki eli de açıktır. O, dilediği gibi rızıklandırır. Bazısına bol rizık verirken, bazılarının rızkını kısar. Yani Allah, geniş lütuf sahibidir. O, ihsanında âdeta iki eli açık gibidir."

     

  9. bu ayənin təfsiri belədir.

    (48. 10) “Həqiqətən, səninlə əhd bağlayanlar, Allahla əhd bağ­­lamış olurlar. Allahın əli – onların əllərinin üstündədir. Onu po­zan­lar yalnız özlərinə zərər edərlər. Allah ilə bağladığı əh­di­nə sadiq qa­lanlara isə, O, böyük mü­ka­fat əta edəcək”.
     
    Ayədə bəhs edilən əhd[1] “razılıq əhdi” adını almışdır. Bu, Hüd­ey­­biyədə, səhabələrinin Allahın Elçisinə (ona Allahın salavatı və sala­mı olsun!) biət etdikləri – hətta onların sayı lap azalsa belə və hətta başqa vaxtda onların qaçmağa haqqı olsa belə, onu (s.ə.s.) tərk etməyə­cək­lə­rinə and içdikləri yerdə baş vermişdi.
    Onlar, Əli onların əlləri üstündə Olan Rəbb ilə əhd bağ­la­mış­­­dı­lar və həmin anda onlar məhz Onun hüzurunda Onun Özü­nə and iç­miş­dilər. Rəbb bu sözləri ilə bu əhdin əhəmiyyətini xüsu­silə vur­­ğulamaq və müsəlmanları bağladıqları həmin əhdə sadiq qal­ma­­ğa ruhlandır­maq istə­yir. Bu əhdi pozan hər kəs cəza yükü­nü özü daşımalı ola­caq­dır. Kim ki, Allahla bağladığı əhdə sadiq qa­lar­­sa, böyüklüyünün ölçü­ləri Ondan başqa bir kimsəyə məlum ol­ma­­yan mükafat alacaqdır.

     

    bu ayədə əl Allahın əli olmasına işarədir.

    Buna dəlilin nədir ki burda ƏL dən məqsəd məhz Əldir başqa bir məna deyil? Hər halda bizdən gözləmirsən ki sənin sözüvü dəlilsiz sübutsuz qəbul edək )) Misal üçün niyə bu ayədəki ƏL sözünü qüdrət güc mənasında vermirsiz?

     

     

    Sən linkini qoyduğun əqidınin sahibləri Allahın ərsdə olduğunu inkar edir o ki qaldi ad və sifətərofl.gif

    Burda gülməli nə var ki ? Yoxsa nəuzubillah Allahın ərşdə yəni göydə bir taxt üstündə oturmağını qəbul etməliyik? Probleminiz budur ki bəzi şeyləri nəfsinizə uyğun məcaza fırladırsız bəzi şeyləri isə olduğu kimi qəbul edirsiz.

  10.  

    Söyüş  özü - özlüyündə artıq qadağandır . Buna görə həm reytinq var , həm də ban . Amma , Xomeyniyə  kimsə qurbağa deyəcəksə mən ona reytinq filan verən deyiləm .    Yuxarıdakı , cinayət məcəlləsindən hissə , siz bilən ermənilərə -  məsələn,  Andronikə də aid edilir ?  Lenin , Stalin ,  Hitler ,  Sarkisyan və b. na qurbağa deyəni katorqaya göndərim ?  )) 

     

     

    Yuxarıdakı postda mən müəyyən şəxsi misal çəkdim.Heydər Əliyevi və yaxud M.Ə.Rəsulzadə,Elçibəy kimi şəxslərə qurbağa,keçibəy,zatıxarab,satqın,əclaf kəlmələri işlədiləməsinə görə ban veriləcək ya sadəcə şifahixəbərdarlıq. 

  11.  

    Siz bir şəxsiyyət kimi bu forumda daha vacibsiniz , nəinki sizin və mənim alimlərimiz.  Hörmətlə !

     

     

    Oldu belə anladım ki kimsə burda desə ki misaln üçün Heydər Əliyevin anasi bacı var yoxu filan filandır ona ban reyting verilməyəcək ? ))) Yoxsa istisnalarda var? Bildiyim qədəri ilə Azərbaycan qanunlarında təhqirə görə cəza var.Yoxsa bu forum Azərbaycan qanunlarına tabe deyil? 

    Cinayət Məcəlləsi, Maddə 148

     

    Təhqir

     

    Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində(Dəyişiklik: həm də İnternetdə) şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —

    — üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  12. Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.

    Fəth surəsi 10.
     burda Allahın əli deyiləndə nə nəzərdə tutulur? Yoxsa elə güman edirsiz ki Beyyət edənlər ilə Allah nəuzubillah ƏL-ƏL-ƏLÜSTÜ oynayırdılar?
  13.  

    1. Sizin alimlər və ideal hesab etdiyiniz şəxssiyyətlər , digər tərəf üçün adi adamlar ola bilər.

     

     

    Onda bu qayda qanuna görə kimsə Allah Rəsulu(səvv) təhqir eləsə,söysə,alçaltsa buna cəza verilməyəcək?

    2. Forumda müxtəlif din və sektaların üzvləri ola bilər ki, hərənin öz alimi / qurusu /  müəllimi var.  Yerdə qalan userlər də həmin adama hörmətlə yanaşmağa borclu deyil  .

    Düzdür ki heç kəs məcbur deyil başqasının ideal bildiyi şəxsi tərif etməyə və yaxud hörmətlə yanaşmağa amma bu o demək deyil ki durub hansısa alimi,ustadı,peyğəmbəri heyvana bənzədərsən.

    Nəsə özüz bilərsiz... Təhriqirə izn verilirsə onda bunu azadlıq kimi qiymətləndirə bilmərəm.Əksinə bu vəhşilikdir.

  14. Məsələ burasındar ki ərəb dili zəngin dildir və bu dildə bir söz bir necə mena verir.Misal üçün ərəblər dənizə kafir deyirlər.Amma islamda kafir sözu başqa menadadır.elecedə əl sözu həm qüdrət hemdə əl mənasını verə bilər.

    Ey iblis nə üçün mənim 2 əlimlə yaratdiğima secdə etmədin ayəsinə gəlincə burada əl sözü qödrət mənasını verə bilməz.Çünki Allahın 2 qüdrəti yoxdur.eləcədə nemət mənasını verə bilməz çünki Allah Quranda deyir ki biz mənim nemətimi sayıb qurtara bilməzsiniz.

    İndi məndə sual edirəmdə )) Nəyə əsasən yuxarıda Zariyət surəsində ki ƏL kəlməsini qüdrət mənasında tərcümə ediblər.Səbəb nədir?

  15. Məsələ burasındar ki ərəb dili zəngin dildir və bu dildə bir söz bir necə mena verir.Misal üçün ərəblər dənizə kafir deyirlər.Amma islamda kafir sözu başqa menadadır.elecedə əl sözu həm qüdrət hemdə əl mənasını verə bilər.

    Ey iblis nə üçün mənim 2 əlimlə yaratdiğima secdə etmədin ayəsinə gəlincə burada əl sözü qödrət mənasını verə bilməz.Çünki Allahın 2 qüdrəti yoxdur.eləcədə nemət mənasını verə bilməz çünki Allah Quranda deyir ki biz mənim nemətimi sayıb qurtara bilməzsiniz.

    Kənan məndə cavab yazım deməklə yazı yazma.Nəsə məntiqli bir şey yaz.

    Bunlardan hansı yalan danışır?

    واليَدُ: القُوَّةُ. وأَيَّدَه الله أَي قَوَّاه. 

    Qüvvət. Allah onu qüvvətləndirdi.

    وفي التنزيل العزيز: والسَّماءَ بَنَيْناها بأَيْدٍ؛ قال 

    Quranda: Cövhərinin səhv yazdığını iddia etdiyin ayə. (Bu sözlər səhv etmirəmsə Sibəveyhindir)

    ابن بري: ومنه قول كعب بن سعد الغَنَويِّ فاعمِدْ لِما يَعْلُو، فما لكَ بالذي لا تستَطِيعُ من الأُمورِ يَدانِ

    Kə`b b. Sə`din cümləsindəki 2 əl sözünü sən tərcümə et!

    وفي التنزيل العزيز: مما عملت أَيدينا،

    Quranda: Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı......

    والجمع أَيْدٍ

    Cəmi "Əyd"dir. (Buda səhv etmirəmsə İbn Bərrinin sözüdür)

    وفي الحديث: عليكم بالجماعةِ فإِنَّ يدَ اللهِ على الفُسْطاطِ؛ الفُسْطاطُ: المِصْرُ الجامِعُ، ويَدُ اللهِ كناية عن الحِفظ والدِّفاع عن أَهل المصر

    Hədisdə Allahın əli hifz və müdafiədən kinayədir...

    وفي التنزيل العزيز: أُولي الأَيدي والأَبْصار؛ قيل: معناه أُولي القُوَّة والعقول.

    Quranda: Əllər və bəsirət sahibləri. Deyilir: Qüvvət və bəsirət sahibləri 

    والعرب تقول: ما لي به يَدٌ أَي ما لي به قُوَّة، وما لي به يَدانِ، وما لهم بذلك أَيْدٍ أَي قُوَّةٌ،

    Ərəb deyir: Mənim ona əlim yoxdur, yə`ni mənim ona qüvvətim yoxdur. Mənim ona 2 əlim(qüvvətim)yoxdur. Onların buna əli yoxdur, yə`ni qüvvələri.

    ابن الأَعرابي: اليَدُ النِّعْمةُ، واليَدُ القُوَّةُ، واليَدُ القُدْرة، واليَدُ المِلْكُ، واليَدُ السُلْطانُ، واليَدُ الطاعةُ، واليَدُ الجَماعةُ، 

    İbn A`rabi: "Əl-yəd" ne`mət, qüvvə, qüdrət, mülk, sultan,...........

    . وفي الحديث: أَنه، صلى الله عليه وسلم، قال في مناجاته ربه وهذه يدي لك أَي اسْتَسْلَمَتُ إِليك 

    Hədisdə: Peyğəmbər s.a.s. rəbbi ilə munacatında deyir: Bu əlim sənindir yə`ni sənə təslim oldum.

    في حديث يأْجُوجَ ومأْجُوجَ: قد أَخْرَجْتُ عِباداً لِي لا يَدانِ لأَحَدٍ بِقِتالِهمْ أَي لا قُدْرَةَ ولا طاقَة

    Yə`cuc və Mə`cucun hədisdə: Qullarımdan eləsinin xaric etdim ki, onlarla vuruşmağa heç birinin 2 əliyoxdur. Yə`ni qüdrəti və bacarığı. 

    ابن سيده: وقولهم لا يَدَيْنِ لك بها، معناه لا قُوّة لك بها

    İbn Seydə: Sənin ona 2 əlin yoxdur, mə`nası sənin ona qüvvətin yoxdur. 

    İbn Əsir dedi: 

    وكل ما جاء في القرآن والحديث من إضافة اليد والأَيدي واليمين وغير ذلك من أَسماء الجوارح إلى الله عز وجل فإنما هو على سبيل المجاز

    Quran və hədislərdə əl, əllər, sağ əl və s. kimi orqan adları Allaha izafə olunanda hamısı mə`cazi mə`nadadır.

  16. Nezerinize catdirim ki Azerbaycan dili qramatikasinda emr (hemcinin,tekid,his ve heyecan ) formasinda iwlenen cumlelerin sonunda mutleq nida iwaresi (iwarenin yaziliw formasi: ! ) qoyulur. Kenan qardawin cumlesinde ise nida iwaresi yoxdur. Buna gore de bu cumle hec cur emr kimi seciyyelendirile bilinmez.

    Savadınıza bərəkallah )) felin əmr formasının, əmr ədatlarının və əmr hökmündə işlədilən digər fel formalarının da rolu vardır.

    Əmr cümlələrinin xəbəri əksərən felin əmr formasında olur; məs.:  artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. (İ.Hüseynov).Sənə dərs demək fikrində deyiləm amma nəsə yazanda diqqətli ol.Əmr formasının sonunda mütləq nida işarəsi qoyulmalıdır deyilən bir qayda yoxdur.

  17.  

    Alimləri təhqir məsələsində -  ən yumşaq cəza , yəni  şifahi xəbərdarlıq veriləcək.   

     

     

    Bardaq olacaq... Təsəvür edin biri digər məzhəbin,əqidənin alimini müxtəlif ləqəblərlə çağırır.Bu nə demək olacaq.İndi mən durub sələfilərin alimlərini nəuzubillah ən axırıncı sözlər ilə yad eləsəm buna görə mənə heç bir cəza verilməyəcək? Necə ola bilər ki bir useri təhqir edib alçaldıcı sözlər ilə xatırlamaq bana səbəb olur amma onun alim bildiyi şəxsi təhqir eləmək yalnız xəbərdarlıq ilə nəticələnir.Bu dediyiniz qayda gələcəkdə daha böyük fəsadlara səbəb ola bilər.

  18. en azinda googlda axtaris verdim ele bir alim yoxdur.

    Yaxşı poisk verməmisəndə bax məndə poisk verdim və çıxan nəticə..

    http://www.zoominfo.com/p/Muhammad-Harras/1199888134

    Dr. Muhammad Khalil Harras 

    məcaz : is. [ər.] ədəb. Həqiqi mənasındaişlənməyib, oxşarlığı və münasibəti olanbaşqa bir mənaya oxşadılaraq işlənən sözvə ya ifadə; metafora. Şeirdə işlədilən məcazlar.Yazıçı məcazları çox işlədir.

    Məndə elə 117 ci postda bunu qeyd eləmişəmdə )) İndi özün bir nəticə çıxart Quranda deyilir Allahın ipi.Bu ip həqiqi mənasında işlənib ya münasibəti olan başqa bir mənada?

×
×
  • Create New...