Jump to content

Капитан

Members
  • Posts

    1,119
  • Joined

  • Last visited

Posts posted by Капитан

  1. yox muxalif deyilende siz shiyeler nezerde tutulur.Elmir Elixan Qurani erebce nece var elede tercume edib.ereb dilinde ele el qudrete qudret deyilir..

     

     

    qardaşım bax ayəni yuxarıda qoymuşam ayədə ərəb dilində  بِأَيْدٍ  yəni ƏL kəlməsi işlənib amma sizin Əlixan və Elmir qardaşınız onu qüdrət mənasında tərcümə ediblər. Nəyə əsasən hansı hökmə əsasən ?

  2. sələfilərin o adda alimi yoxdur

    Ticani sufi olub amma siz onu sələfi kimi qələmə verirsiz.

    Ticanidə heç danışan oldu? Söhbət Muhəmməd Xalil Hərrasdan gedir.Arada bir oxuda gorumuza aparmaruq ki ))

    Then he was selected by the Government of Saudi Arabia to serve in Imam Muhammad bin Saud Islamic University at Riyadh for some years. He was again selected as the Head of the Department of Islamic Creed of Ummul-qura University in Makkah Al-Mukarramah.

    http://www.zoominfo.com/p/Muhammad-Harras/1199888134

  3.  

    3- Müxaliflər iddia edir ki, Qurani Kərimdə keçən Allahıb sifətləri həqiqi deyil, məcazidir. Bu onların ən böyük şübhələrindəndir. Lakin Əhli-Sünnə bu iddianın batil olduğunu isbat edərək deyir ki, Allahu təalənin Qurani-Kərimdə keçən bütün sifətləri həqiqidir. Yəni, onlar Allah təalanın zatı sifətlərinə məcaz deməklə, həmin sifətin həqiqi olmasını qəbul etmirlər. 

     

     

    Mənə maraqlıdır müxalif deyəndə sizin qardaşınız Əlixan,Elmir Kuliyevde nəzərdə tutulur? Çünki onlarda bu ayədə ƏL kəlməsini qüdrət mənasında tərcümə ediblər.

    Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
    وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ
  4. Agıllı insanlar bunu məcaz yox Allahın ipi Quran və Sünnə olduğunu bilir.

    sizi Quranda nə sərf eləmir adına məcaz qoyursuz.

    ))) Məcaz kəlməsindən indi dərs keçək sənə?Qardaşım bilmirsən heç olmasa MƏCAZ kəlməsi nəyə deyilir onu öyrən.

    MƏCAZ is. [ər.] ədəb. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya oxşadılaraq işlənən söz və ya ifadə; metafora. Şeirdə işlədilən məcazlar. Yazıçı məcazları çox işlədir.

    http://dict.obastan.com/word/28583/lng/RU/M%C6%8FCAZ

    Əgər İp kəlməsini başqa bir şey olduğunu deyirsənsə bu artıq məcazdır anlayırsan?

  5. Birinci biz hec vaxt demirik ki Allahin 2 əli var.sadəcə ayelərdə 2 əl olduğuna görə Onun ən azi 2 əli var.Sənə kim deyib ki ərəb dilində cəm şəkili 3-dən artıq olur?

    Sizin öz alimlərnizin yazdığı hədislərdə Allahın 2 əli olduğunu yazılıb.bunu neceə başa düşək?

    Bax əzizim əllamə qardaşım bilmədiyin şeyi niyə yazırsan axı? Get bir ərəb dilində maraqlan gör cəm şəkili gələndə hansı say nəzərdə tutulur.Bilməsən yardım edərəm problem deyil ) Bizim alimlər deyil hətta əhli sünnə alimləri misal üçün Fəxri Razi,Kurtubi kimi alimlər belə bu ayələrdə əl kəlməsini qüdrət mənasında işləndiyini qeyd edirlər.

    Ərəb dilində əl bir çeçə mənada işlənir.

     

    1. “Yəd” (əl)—məlum orqan olan əl haqqında işlənir.

     

    "Əlinə bir dəstə götür və onunla (övrətini) vur.” (Sad 44) Ancaq bu anlamın Allah üçün düşünülməsi imkansızdır.

     

    2. Əl—nemət mənasında işlənir. ərəblər “filankəsin nəzdində mənim neçə əlim vardır” bununla da nemətləri qəsd etməkdədir.

     

    3. Əl qüvvət mənasında işlənir.

     

    “Onların dediklərinə səbr et və əl sahibi (qüvvətli) bəndəmiz Davudu yadına sal!” (Sad 17)

    4. Malik olmaq, iqtidar sahibi olmaq mənasına gəlir.

     

    “De: "Həqiqətən, ne’mət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir, biləndir!” (Ali İmran 73)

     

    5. Bu kəlimənin xəbər verilən birisinin şərəfinə işarət etmək üçün işlədilir. “(Allah) buyurdu:

    "Ey İblis! Sənə mənim Öz iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad 75)

     

    (Burada insanın şərəfini ucaltmaq üçün onun iki əllə yaradılması bildirilməkdədir.) Əldən orqan qəsd etmək mümkün deyil. Çünki Allah bir və ətkdir. Onun üçün orqanlara bölünmə mümkün deyildir. (Qurtubi-Əcəmiu-li-Əhkəmul-Quran)

     

     

     

  6. İbn Teymiyyə (661-728 h/1263-1328 m) isə əhli-sünnənin əksinə olaraq bu rəvayəti uydurma hesab etmiş, hətta icma adına böhtan da atmışdır:

    ولا يدعو هناك مستقبل الحجرة فإن هذا كله منهي عنه باتفاق الأئمة ومالك من أعظم الأئمة كراهية لذلك والحكاية المروية عنه أنه أمر المنصور أن يستقبل الحجرة وقت الدعاء كذب على مالك

    Və Peyğəmbərin qəbrinin yanında üzü qəbrə tərəf dua etmək olmaz. Bütün bunlar alimlərin ittifaqına əsasən qadağandır. Malik də bu əməli məkruh hesab edən böyük alimlərdəndir. Malikin Mənsura üzü qəbrə tərəf dua etməsini əmr etməsi barədə çoxsaylı hekayələr Malikin adına yazılmış yalandır.

     

    İbni Teymiyyənin böhtanlarına cavab ətraflı burda.
    http://az.313news.net/article/a-235.html

  7. Qazi Əbu Əbdillah Muhəmməd bin Əbd ər-Rahmən əl-Əşari, Əbu əl-Qasim Əhməd bin Baqi əl-Hakim və digərləri – icazə yoluyla – bizə təhdis edərək dedilər: bizə Əbu əl-Abbas Əhməd bin Ömər bin Dihlas xəbər verib dedi: bizə Əbu əl-Həsən Əli bin Fihr təhdis etdi: bizə Əbu Bəkr Muhəmməd bin Əhməd bin əl-Fərəc təhdis etdi: bizə Əbu əl-Həsən Abdullah bin Muntab təhdis etdi: bizə Yaqub bin İshaq bin Əbi İsrail təhdis etdi: bizə İbn Humeyd təhdis etdi: Möminlərin Əmiri Əbu Cəfər Rəsulullahın – sallallahu aleyhi və səlləm – məscidində Maliklə mübahisə etdi. Malik ona dedi: «Ey Möminlərin əmiri! Səsini yüksəltmə, cünki Uca Allah bir qövmü tədib edərək buyurmuşdur: «…Səslərinizi Nəbinin səsindən yüksəyə qaldırmayın! Ona bir birinizə müraciət etdiyiniz kimi yüksək səslə müraciət etməyin! Yoxsa siz his etmədən əməlləriniz boşa çıxar!» (əl-Hucurat, 2) Bir qövmü mədh edərək buyurmuşdur: «Şübhəsiz ki, Allah Rəsulunun yanında səslərini qısanlar, o kimsələrdir ki Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır.» (əl-Hucurat, 3) Bir qövmü də zəm edərək belə buyurmuşdur: «Həqiqətən, Sənə otaqların arxasından səslənənlərin çoxu ağılsız kimsələrdir.» (əl-Hucurat, 4) Onun hörməti sağlığında olduğu kimidir! Əbu Cəfər onun sözlərini qəbul etdi və dedi: «Ya Əba Abdillah! Qibləyə doğrumu dönüb dua edim, yoxsa Rəsulullaha (sallallahu aleyhi və səlləm)?» Malik dedi: «O Qiyamət günüdə sənin və atan Adəmin Allaha vəsiləsi olduğu halda niyə ondan üz çevirirsən? Əksinə ona doğru yönəl və ondan şəfaət istə ki, Allah da onun sənin haqqındakı şəfaətini qəbul etsin. Uca Allah buyurur:  «…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.» (ən-Nisa, 64.)

    http://az.313news.net/article/a-235.html

  8. sizə görə əl sözü orada qüdrət və nemət mənasını verir?belə cixir ki Allahın 2 qüdrəti var?

    yaxşı kecək nemət məsələsinə.deməli Allahın 2 neməti var?Amma Quranda Allah deyir ki siz mənim nemətimi sayıb qurtara bilmezsiniz.ancaq sən artiq Allahın nemətlərini sayıb qurtara bildin.rofl.gif

    O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nan­­kordur.

    Məgər Bizim öz əllərimizlə onlar üçün davarlar(mal-qaranı) yaratdığımızı və özlərinin de onlara sahib olduqlarını görmürlərmi?!(Yasin-71)

    Burada Allah 2 əlimlə yox, əllərimizlə yaratdıq deyir. Ərəb dilində bildiyin kimi cəm 3 və 3-dən artığa şamil olur. Siz isə deyirsiniz ki, Allahın məhz 2 əli, sağ əl və sol əli var. Bəs onda yuxarıdakı ayəni nəzərə alanda ən azından 3-cü əl barədə nə deyə bilərsən? 

    وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

    Biz göyü əl ilə yaratdıq ve Biz onu genişlendiririk.(51-47)

     

    Burda nə deyəcəksən?Allah tək əl ilə yaradıb?

  9.  

    Allahın əli olduğunu Quranla sübut etməyə calişacam daha sonra isə şiyə kitablariından dəlil yazacam.

    (Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”(sad 75)

     

    Məhdud saya gəldikdə isə siz Allahınızın əllərini saymaqda olun və dildə bu ona layiqdir deyib canınızı qurtarın, mən isə inşaALLAH bu barədə Quranın zahiri və batini mə`nasına sahib olan mə`sum İmamların (ALLAHın salamı onlara olsun) sözlərini xatırladım.

    عن محمد بن مسلم، قال: سألت أبا جعفر عليه السلام فقلت

    قوله عز وجل: (يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي)(2)؟ فقال: اليد في كلام العرب القوة والنعم..... ويقال: لفلان عندي أيادي كثيرة أي فواضل وإحسان، وله عندي يد بيضاء أي نعمة

     

    Muhəmməd b. Muslim rəvayət etdi: Əbu Cə`fər a.s.-dan "Ey İblis, iki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" ayəsini soruşdum. 

    Buyurdu: Əl ərəb kəlamında qüvvət

     və ne`mətdir (burada İmam a.s. qüvvət mə`nasına misallar çəkir. Bu hissəni sənə sürpriz saxlayıram rolleyes.gif ).............. Deyilir: Məndə filankəsin çoxlu əlləri var yə`ni ne`mətləri və yaxşılıqları. Məndə onun ağ əli var yə`ni ne`məti var.

    (Tərcümədə qəsdən iki əl yazmışam ki, sənin iddian ilə düz gəlsin)

     

    Bir az da aydınlıq gətirirəm.

    محمد بن عبيدة، قال: سألت الرضا عليه السلام عن قول الله عز وجل لإبليس (ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت)؟ قال: يعني بقدرتي وقوتي 

    Muhəmməd b. Ubeydə rəvayət etdi: (İmam) Rza a.s.-dan Allah a. və c.-nin İblisə ki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" dediyi sözü soruşdum. Buyurdu:Yə`ni qüdrət və qüvvəti
  10. Честно говоря , не понял что так сильно возмутило братьев шиитов в приведенном Фунтиком хадисе.

    salam aleykum qardaşım.İmkan varsa imam Səccad(ə) Yezid haqqında dediyi o sözlərə link verə bilərsiz? Bilmək istərdim hansı hədis kitabında deyilib bu + hansı alimlər bunu təsdiqləyib.Yoxsa elə hamımız nəfsivimizə ləzzət edən hər hansı hədisi imamın adına çıxartmağımız nə qədər doğrudur?

  11. Allah buyurur:



    وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَىٰ بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَٰذَا ۖ قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ

    Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu (onun digər zövcəsinə) xəbər verdikdə və Allah da bunu (Peyğəmbərə) aşkar etdikdə o, bunun bir qismini (sirr verdiyi) zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. (Peyğəmbər) bunu ona bildirdikdə (zövcəsi) dedi: "Bunu sənə kim xəbər verdi?" O dedi: "Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan (Allah) xəbər verdi!"

    ət-Təhrim surəsi 3-cü ayə


    nədənsə ət-Tövbə 40-cı ayədə mörtərizədə Əbu Bəkirin adını yazan Əlixan Musayev bu ayədə Əbu Bəkir ilə Ömərin qızının adını yazmayıb. ola bilsin ki, unudub amma ziyanı yoxdur biz Əlixanın imamı əl-Buxariyə müraciət edərik:



    حدثنا علي حدثنا سفيان حدثنا يحيى بن سعيد قال سمعت عبيد بن حنين قال سمعت ابن عباس رضي الله عنهما يقول أردت أن أسأل عمر بن الخطاب رضي الله عنه فقلت يا أمير المؤمنين من المرأتان اللتان تظاهرتا على رسول الله صلى الله عليه وسلم فما أتممت كلامي حتى قال عائشة وحفصة

    Yəhya ibn Səid tahdîs edib belə demişdir: Mən Ubeyd ibn Huneyndən eşitdim, belə dedi: Mən İbn Abbasdan eşitdim, belə deyirdi: Mən Ömerdən soruşdum: "Ey Möminlərin Əmri! Rəsulullaha qarşı bir-biri ilə kömək-lasam o iki qadın kimdir?" Mən sözümə tamamlamamışdım ki, o: "Aişə və Hafsadır", deyə cavab verdi.

    Buxari, "əs-Səhih", Təfsir kitabı, hədis 434
  12. Əbdur-Rəzzaqın "Musənnəf"indən Osmanın dilindən bir nümunə:

    Hədisdən bir parça:

    ثم أقيمت الصلاة فتقدم عثمان فصلى فلما كبر قامت امرأة من حجرتها فقالت أيها الناس [ ص 356 ] اسمعوا قال ثم تكلمت فذكرت رسول الله صلى الله عليه و سلم وما بعثه الله به ثم قالت تركتم أمر الله وخالفتم رسوله أو نحو هذا ثم صمتت فتكلمت أخرى مثل ذلك فإذا هي عائشة وحفصة قال فلما سلم عثمان أقبل على الناس فقال إن هاتان الفتانتان فتنتا الناس في صلاتهم وإلا تنتهيان أو لاسبنكما ما حل لي السباب


    Sonra namaz bərpa olundu. Osman irəlidə durub namazı qıldı. Təkbir dediyi zaman Qadın öz hücrəsindən çıxıb dedi:
    "Ey camaat, qulaq asın!" Peyğəmbər və be`səti barədə danışdı. Sonra isə dedi: Allahın əmrlərini tərk etdiniz və peyğəmbərə müxalif oldunuz. Və yaxud buna bənzər bir şey söyləyıb susdu. O biri qadın da bu cür danışdı. Bu qadınlar Aişə və Həfsə idi.
    Osman namazın salamını verib qurtardıqdan sonra üzünü camaata tutub dedi: "Bu iki fitnəkar qadın namazda fitnə saldılar.
    Əgər bu əməlinizdən əl çəkməsəniz nə ki, söyüş var ikinizədə söyəcəm.

    Əbdur-rəzzaq "Musənnəf" 11/356 20732-ci hədis 

     

    i

  13. Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! (Əhzab-30)
     

    Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" – deyildi. (Təhrim-10)

    (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir.(Təhrim-4) 

     

    Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!(Təhrim-5)


    Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır!(Əhzab-57)

     

    Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”(Hud-45)

    (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür.(Hud-46)

  14.  
    استأذن أبو بكر على رسول الله صلى الله عليه وسلم فسمع صوت عائشة عاليا وهي تقول والله لقد عرفت أن عليا وفاطمة أحب إليك مني ومن أبي مرتين أو ثلاثا فاستأذن أبو بكر فأهوى إليها فقال يا بنت فلانة لا أسمعك ترفعين صوتك على رسول الله صلى الله عليه وسلم
     
    المحدث: الهيثمي - المصدر: مجمع الزوائد 9/204
    خلاصة حكم المحدث: رجاله رجال الصحيح


    Əbu Bəkr Peyğəmbərdən (s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə (s.a.a.s) - Allaha and olsun, mən başa düşdüm ki, sən Əli(ə) və Fatiməni(s.ə) məndən və atamdan daha çox sevirsən!!! - sözlərini 2-3 dəfə təkrar etdiyini eşitdi. Bundan sonra içəri girmək üçün icazə verildikdə qızının üstünə düşdü və dedi: Ey fulanın qızı! Peyğəmbərə(s.a.a.s) qarşı səsini ucaltmağını eşitməyim!!! 

    Mühəddis: Heysəmi - Mənbə: Məcməuz-Zəvaid, 9/204
    Mühəddisin rəyi: Hədisin raviləri səhihdir.

     


    استأذن أبو بكر على النبي صلى الله عليه وسلم ، فسمع صوت عائشة عاليا وهي تقول : والله لقد علمت أن عليا أحب إليك من أبي . الحديث 
     
     
     
     
     
    المحدث: ابن حجر العسقلاني - المصدر: فتح الباري لابن حجر 7/32
    خلاصة حكم المحدث: إسناده صحيح

    Əbu Bəkr Peyğəmbərdən(s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə(s.a.a.s) - Allaha and olsun, mən bilirəm ki, sən Əlini(ə) atamdan daha çox sevirsən!!! - dediyini eşitdi. 

    Mühəddis: İbn Həcər əl-Əsqəlani - Mənbə: Fəthül-Bari, 7/32
    Mühəddisin rəyi: İsnadı səhihdir.


     
    استأذن أبو بكر على النبي صلى الله عليه وسلم ، فسمع صوت عائشة عاليا وهي تقول : والله لقد علمت أن عليا أحب إليك من أبي

    المحدث: السخاوي - المصدر: الأجوبة المرضية 2/764
    خلاصة حكم المحدث: 
    إسناده صحيح

    Əbu Bəkr Peyğəmbərdən(s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə(s.a.a.s) - Allaha and olsun, mən bilirəm ki, sən Əlini(ə) atamdan daha çox sevirsən!!! - dediyini eşitdi. 

    Mühəddis: Səxavi - Mənbə: Əcvibət əl-Mərziyyə, 2/764
    Mühəddisin rəyi: İsnadı səhihdir.




     
    استأذن أبو بكر على رسول الله صلى الله عليه وسلم فسمع صوت عائشة وهي تقول والله لقد عرفت أن عليا وفاطمة أحب إليك مني ومن أبي - مرتين أو ثلاثا – فاستأذن أبو بكر فدخل فأهوى إليها أبو بكر فقال يا بنت فلانة ألا أسمعك ترفعين صوتك على رسول الله صلى الله عليه وسلم

    المحدث: الشوكاني المصدر: در السحابة 216
    خلاصة حكم المحدث: 
    إسناده رجاله رجال الصحيح 


    Əbu Bəkr Peyğəmbərdən(s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə(s.a.a.s) - Allaha and olsun, mən başa düşdüm ki, sən Əli(ə) və Fatiməni(s.ə.) məndən və atamdan daha çox sevirsən!!! - sözlərini 2-3 dəfə təkrar etdiyini eşitdi. Bundan sonra içəri girmək üçün icazə verildikdə qızının üstünə düşdü və dedi: Ey fulanın qızı! Peyğəmbərə(s.a.a.s) qarşı səsini ucaltmağını eşitməyim!!! 

    Mühəddis: Şövkani - Mənbə: Durr əs-Səhabə, səh.216
    Mühəddisin rəyi: İsnadı və raviləri səhihdir.
×
×
  • Create New...