Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Səsli Şeirlər


monashka12

Recommended Posts

 

Mən yaxşıyam...
Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Əşşi nəysə...
Bu minvalla yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...

Yadındadır?
Yaman tənbəl idim, yaman...
Səhər tez oyanmağı da,
Bacarmırdım heç o zaman...

İndi saatı qururam,
Bir kənarda otururam...
Hey baxıram.....
Hey baxıram...
Yuxum üçün darıxıram...
Saniyələr qovha-qovda,
Saat qaçaq...
Başı qaçmağa qarışan saat məni,
Görən necə oyadacaq?

Nə qəribə sualdır bu?
Axtardığın cavab budur...
O cihazdır,o qurğudur...
Saat insan deyil axı...
O unutqan deyil axı...

Yenə nə gic-gic danışıram?
Əşşi nəysə...
Bu minvalla yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
 

  • Upvote 2
Link to comment
Share on other sites

 

Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...

  • Upvote 1
Link to comment
Share on other sites

Özü də bilməyib sevmədiyini,
Kim ki, utanmadan sevirəm deyib.
Mən sənə sevirəm deyə bilmərəm
Bu söz çox kişinin dilinə dəyib.

Məni sevməyi də ummuram səndən,
ALLAH deyilsən ki, bəndə sevəsən.
Sevə bilmirsənsə utanma məndən,
Məni kim sevib ki, sən də sevəsən.

Gör məni bu sevgi nə hala salıb,
Özümə baxanda qorxuram özüm.
Vaxtında o qədər ağlamışam ki,
İndi güləndə də yaşarır gözüm...

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

 

Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...
  • Upvote 1
Link to comment
Share on other sites

 

 

Moskva göz yaşlarına inanmır...

Zen, bişirdiyin keksə daraşmış qarışqalar da öldü
Daha səndən heç nə qalmadı bu şikəst evdə
Daha mən öyrəndim ki, tarix üşüməyi qucaqlaşmaqçün
Sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb
Uşaqlıqdan, gənclikdən, qocalıqdan başqa
bir də onsuzluq dövrü olur insan ömrünün
Yalandı, Zen... Yalandı
insanı qocalıq yox, onsuzluq dövrü öldürür
Qucaqladığım bütün qadınları birləşdirib
özümə bir ana düzəldə bilmədim...
Bəzən bu nəhəng ömür bircə sözdən ibarət olur: “Gəlmədi...”
Zen, qadını ən çox atası unudur
Ən çox xatirələr xəstələndirir adamı
İştahın olmur yemək yeməyə,
yaşamağa,
...gəlməyə
Nədənsə metro çıxışlarından heç vaxt “O”na tərəf çıxmadıq
Heç vaxt tapa bilmədik unutmağın reseptini
Əlimizdə onu axtarmaq öldü
Ayağımızda çıxıb gəlmək...
Sənə gülmək gətirəcəm, qızım, doyunca gülmək...
Daha buruq saçlar unutmasın
Sən də unutma, Zen, sən də unutma:
Ayrılıq haqqında deyilmiş ən gözəl söz – ayrılmamaqdı.

  • Upvote 1
Link to comment
Share on other sites

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Səni niyə belə sevdim, 
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Aparacağın çoxdur.
Gətirəcəyin nə var?
Bu gündən mən də yoxam,
İtirəcəyin nə var?

Dodaq bir gün toxunur,
Tütün ayrılıqlara.
İnsan belə alışır,
Bütün ayrılıqlara.

Bir də qurban eləmə,
Özünü hər sevgiyə.
Amma çox yaraşırdın,
Bu eybəcər sevgiyə…

Danış,ucadan,danış…
Bir ara ver susmağa…
İndi elə möhtacam,
Sənə qulaq asmağa…

Bir daha soruşuram,
Nələr keçir içindən?
Ya mən,ya sən,ya da biz,
Birini seç üçündən…

 

 

  • Like 1
Link to comment
Share on other sites

Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.
Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.
Elə bil ürəklər daşdı,dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.
Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum,həm yanan,həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə...

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Salam, şair, darıxıram, bu təklik
Yenə məni üzüyumşaq tanıdı.
Yenə payız, yenə soyuq, yenə mən
Yenə yerim sobaların yanıdı
Hələ sənə demədiyim bir gerçək
Hələ sənə açmadığım yalan var
Düz bir ildi yuxu yata bilmirəm
Qorxuram ki, yastığımda ilan var
Ağ tük tapdım arasından saçımın
Qoparmadım, saxlamışam, çoxalsın
Otuz ildə cavan qalıb neynədim?
Canı çıxsın, saçlarımın, qocalsın.
Gəl, bir gün oturaq qədəh-qədəhə
Görək, göz yaşından nə qalır, şair?
İçimdə ən məsum mələklər ölür,
Ən gözəl qadınlar qocalır, şair!

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Tikanları əz keç,
Hər nə qədər batsa da qanına.
Dünənləri əs keç...
Varlığına hopan, 
Dodağından deyil , yarandan öpən, 
Səni SƏN deyə sevən...
Birinin Ruhuna sarıl!
Sular da susar,
Pıçıldaşmaz ləpə ləpəylə.
Elə yaralar var ki, dostum ,
Keçməz sığalla, 
Keçməz öpməylə!
Sular da susar 
Suallar kimi...
Şirin sözü kəs keç,
Həqiqət acılardadır.
Vurana nə var axı, 
ağrı,
Yarası açılandadır.
As keç pərdələri, 
Səni daha görən olmasın. 
Aşiq olma bir də ,
Ürəyində ölən olmasın .
Az keç xatirələrdən ,
Ətirlərdən yaz keç.
Sətir -sətir unut dostum, 
Qafiyə tək, 
Ağlına gələn olmasın.
Qapa gözlərini,
Qapan dünyaya. 
Hər gün bir kərpic qopan dünyaya, 
Özünü daş etmə. 
Dərdini yaş etmə gözlərində, 
Ağrına gülən olmasın.
Sus keç...

 

 

  • Like 1
Link to comment
Share on other sites

Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.
Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam…
İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində…
yenə də nəşəli adam.
Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına –
qat-qat, mərtəbəli adam.
Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?

Dəli adam… Dəli adam…

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Görəsən nə bişirir?
İndi görən nə yeyir?
Kimə baxıb danışır?
Ürəyində nə deyir?

Nə bəhanə gətirir,
yeməyi çiy bişəndə?
Düşündüyü mənəmmi
qaşıq yerə düşəndə?

Bəlkə əlindən düşüb
stola duz dağılır.
Mən yoxam, nə ürəyi 
nə də stəkan qırılır

Gecələri diksinib
yuxudan oyanırmı?
"Hər şey yaxşı olacaq"
Hələ də inanırmı?

Necə yatır oyanır?
Döyürmü gün üzünə?
Neçə yuxu danışıb
bu vaxtacan özünə?

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Bu sevgim də daşa dəydi
Bəxtəvər daşın başına.

Qarımış göy üzü kimi 
Asta-asta qar yağıram 
sağ əlim qışın başına.

Daha dostlar da qoclaıb
Mənim Parisim dağılıb
Bütün səfillər yığılıb 
Yenə Qavroşun başına.

Bəs o kimdi göydən baxdı
Baxdı...baxdı... yoxa çıxdı.
Bir şimşək də güllə çaxdı
Yağan yağışın başına.

Bu sevgim də daşa dəydi
Daş düşsün daşın başına!

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Məndə qadın ahı var,
gedir göyə üz tutur.
Adamın Allahı var,
qarğışı da tez tutur.

İstəsə durub gələr,
gələr əlimdən tutar,
hər şey öz əlindədi.
Ürəyi yumuşaqdı,
nə varsa dilindədi.
Axı onun ürəyi
yumruğundan yekədi,
Sevgisi yüz doyumluq
nifrəti bir tikədi.

Ümidə bax, ilahi:
Bəlkə də o hardasa
darıxır çox darıxır.
Bəhanələr axtarır
məni bağışlamaqçün.
Məni bağışladıqca
məndən acığın çıxır.

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

  • NOIR changed the title to Səsli Şeirlər
  • 3 months later...

Salamlar. men bu saytda yeniyem. Daha doqrusu coxdan qeydiyyat kecmisem, ama bu gun parolu deyismisem. Burda qeydiyyat kecdiyim vaxt da yadma gelmir. Forum teskil ede bilmirem. Neden olar?. Zehmet olmasa sesli kitablar forumu duzeldin ve bu sesli kitab linkin de ora yazarsiz. Hemde kimde seli kitab linkleri varsa foruma yazsalar yaxsi olar. Link budur:    https://yadi.sk/d/wR5fWtFaPgSya

Edited by Tale Agayev
Link to comment
Share on other sites

  • 2 months later...
  • 8 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 2 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 79 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Facepalm
      • 47 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 117 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...