Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşbəxtlik axtarışı


Zaman.

Recommended Posts

Xoşbəxtlik axtarışı

ÐаÑÑинки по запÑоÑÑ XatirÉ NURGÃL

Bəşəriyyətin əsas siması olan insan daim axtarışdadır. O, gah müxtəlif obrazların fonunda «uzaq səyahətlərə çıxır», gah da axtarışlar arasında «itib-batır». Təbiətindəki «axtarmaq və tapmaq» xüsusiyyəti onu demək olar ki, hər zaman qalib cəngavərə çevirmək gücünə malikdir.

Axtarış obyektlərinə gəlincə isə — bu, özlüyündə «müxtəlif səpkili mövzular məcmusudur» — desəm, yanılmaram; elmi axtarış, söz dünyasına baş vuraraq həyata keçirilən ədəbi-bədii axtarış, xoşbəxtlik axtarışı və s.

Özümü tanıyandan, dünyanı dərk edəndən bəri xoşbəxtlik arxasınca gah qaçan, gah ləng addımlarla addımlayan biri kimi deyə bilərəm ki, mütləq olaraq xoşbəxtlik duyğusuna qovuşmaq hətta arzu, istək performansında da mümkün deyil. Zamanı geri qaytarmaq və ya xəzinə tapmaq kimi utopik düşüncə və arzular vasitəsilə xoşbəxt olmaq düşüncəsi isə fikir sahibləri üçün sadəcə olaraq xəyal dünyasına növbəti səyahət şansıdır.

* * * 

ÐаÑÑинки по запÑоÑÑ XoÅbÉxtlik axtarıÅı
Məşhur Amerika rejissoru Robert Zemekisin illər öncə ekranlara çıxan «Geriyə, gələcəyə» adlı fantastik filmindəki qəhrəmanların zamanlararası səyahətini bu gün də həyəcansız izləyə bilmirəm. Filmin əsas qəhrəmanı Martin Makflayın doktor Braun tərəfindən icad olunan zaman maşını ilə gah keçmişə, gah gələcəyə yollanması filmi izləyən insanda bir növ ümid yaradır; nə vaxtsa bu cür zaman maşınının kəşf olunacağını, həmin maşınla keçmiş günlərə yollanıb səhvlərinə düzəliş edəcəyini və ya ötən günləri xatirə olaraq xatırlamaq deyil, canlı surətdə görə bilmək şansına sahib olacağını xəyal edir. Ya da elə gələcəyə getmək, müəyyən zaman sonra tutacağı mövqeyi, qazanacaqları və ya itirəcəklərinin şahidi olmaq yəqin ki, izləyicilərin əksəriyyətin fikrindən keçmişdir. 

* * * 

Bu yerdə söyləməliyəm ki, Paulo Koelyonun «Kimyagər» əsəri mənim üçün bir çox hallarda «xoşbəxtlik» mövzusuna açar rolunu oynayır. Santyaqonun «yuxusu», həmin yuxunun ardınca uzaq diyarlara yollanması və nəhayət, taleyinə yazılmış uğuru əldə etməsi oxucunu «axtardığını tapacağına» bir daha əmin edir — bu mövzuda istifadə etdikləri «olmayacaq», «ola bilməz» kimi yanlış ifadələrə inanan kəslərin isə ümid etməkdən başqa «yolu» qalmır.

Əslində, bu cür fatalist düşüncələrin hansı sonluqla yekunlaşacağını bilmək üçün elə Santyaqo kimi «yuxuların yozulmasına müraciət etmək» ən uğurlu variantdır. Bu zaman da başqa əngəl yaranır: yuxuyozan tapmalı. Bəs haradan? Bəlkə elə yuxuları özün yozasan; hansısa şəxsin, əşyanın, ya da fantastik varlıqların hansı məqsədlə yuxuna gəldiyini məhz özün dərk edəsən… Zira, yuxular bizə hadisələrin başlanması, kulminasiyası və finalı haqqında ip ucu vermək gücünə malikdir.

Beləliklə, xoşbəxtlik axtarışında olan insan göndərilən «siqnallar»ı, «işarələr»i qəbul etməli, həm ətrafında, həm də yuxusunda gördüyü hər şeyə — hər bir nəsnəyə diqqət yetirməli, heç bir əlaməti gözdən qaçırmamalı, ən kiçik, mənasız görünən hadisədən belə diqqətini yayındırmadan incələməyi bacarmalıdır. Hər nə qədər «bacarmalıdır» ifadəsi özlüyündə hökm kimi səslənsə də, bunu həyat devizinə çevirmək elə insanın öz əlindədir.

Bəs tale, qismət, bəxt? Axı həyatı idarə etməyə yönəlmiş bütün bu anlayışlar dolayı yolla da olsa, özlərini yaşamın bir hissəsinə aid etməyi bacarmışlar. Elə bu yerdə daha bir sual çıxır ortaya — fatalist düşüncə tərzi ilə kamilliyə və əslində dolayı yolla da olsa, xoşbəxtliyə doğru addımlamaq olarmı? Təbii ki, yox. Bu üsul olsa-olsa, mənəvi cəhətdən arxayınlığa apara bilər. Lakin xoşbəxtlik tənliyinin həlli kimi həm fiziki, həm mənəvi sakitliyə qovuşmağa çalışan insan üçün bu vəziyyətə çatmaq elə xoşbəxtliyi əldə etməkdir. Bu, hər nə qədər istisna hal olsa belə, xoşbəxtliyin həyata keçməsi yolunda «istifadə edə bildiyimiz» mümkün variantlardandır. 

* * * 

Və bir gün insan başa düşür ki, ən cüzi hadisələrə, əhəmiyyətsiz hesab etdiyi hisslərə görə də xoşbəxt olmaq mümkündür. Elə həmin andan da xoşbəxtliyi az qala ən xırda detallarda axtardığı kimi, onu ən adi hadisə zamanı itirə biləcəyini yaxşı başa düşür. «Mənim olanları, mənə bağlı olanları qorumaq» instinkti sayəsində özünün, sevdiklərinin həyatını mühafizə etməyə çalışır, övladının qayğısına qalır...

Baş verən heç nəyə "əhəmiyyətsizdir" — deyib keçməyək. «Xoş-bəxtlik» və «Bəd-bəxtlik» arasında bir hecalıq fərq olduğu kimi, xoşbəxt olmaqla bədbəxt olmaq arasında da bir addımlıq məsafə var… Bəxtimizi sınayaq, məsafələri qoruyaq, xoşbəxt olaq… 

Xatirə NURGÜL
  • Downvote 1
Link to comment
Share on other sites

zənnimcə bu məqaləni diletant yazıb........

əzab-əziyyət görməyən, bərkə-boşa düşməyən romantik bir uşaq

-------------------------------------------

özüdə ki disputdakı mövzuları  yaxşıca ələk-vələk edib)))

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Moşu demişkən  Xoşbaxtlıq , xoşbaxtlıq ))

Xoşböxtlik nədir ? Yəqinki sadə tərifi belə olar .Insanın özünü xoşbəxt hiss etməsinə xoşbəxtlik deyilir. Ən yaxşı xoşbəxtlikdə o olarki, bütün ömrü boyu hər şey qaydasında gedə. bəh bəh 

bəh))

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 weeks later...

Maraqlısı odur ki,çox insan bir digeri haqqında çox vaxt xoşbext adamdır,bexteverdir ifadelerini serf edir.

Onun heyatını tam bilmeden,ne yaşadığını,ne hiss etdiyini,nelerden keçdiyini.

Özünü ise hemişe bedbext sayır.Öz xırda problemi böyük derddir.Hell olunmazdır.

Amma baaaaax! Filankes xoşbextdir.Her şeyi var,derdi de yoxdur.

))) 

  • Upvote 1
Link to comment
Share on other sites

Maraqlısı odur ki,çox insan bir digeri haqqında çox vaxt xoşbext adamdır,bexteverdir ifadelerini serf edir.
Onun heyatını tam bilmeden,ne yaşadığını,ne hiss etdiyini,nelerden keçdiyini.
Özünü ise hemişe bedbext sayır.Öz xırda problemi böyük derddir.Hell olunmazdır.
Amma baaaaax! Filankes xoşbextdir.Her şeyi var,derdi de yoxdur.
))) 
Qısacası " içim özümü yandırır,çölüm özgeni"
  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

37 минут назад, Kenul2012 сказал:
1 час назад, Igolka сказал:
Maraqlısı odur ki,çox insan bir digeri haqqında çox vaxt xoşbext adamdır,bexteverdir ifadelerini serf edir.
Onun heyatını tam bilmeden,ne yaşadığını,ne hiss etdiyini,nelerden keçdiyini.
Özünü ise hemişe bedbext sayır.Öz xırda problemi böyük derddir.Hell olunmazdır.
Amma baaaaax! Filankes xoşbextdir.Her şeyi var,derdi de yoxdur.
))) 

Qısacası " içim özümü yandırır,çölüm özgeni"

Olsun qısacası.

Link to comment
Share on other sites

  • 2 weeks later...
В 28.10.2018 в 18:14, Igolka сказал:

Maraqlısı odur ki,çox insan bir digeri haqqında çox vaxt xoşbext adamdır,bexteverdir ifadelerini serf edir.

Onun heyatını tam bilmeden,ne yaşadığını,ne hiss etdiyini,nelerden keçdiyini.

Özünü ise hemişe bedbext sayır.Öz xırda problemi böyük derddir.Hell olunmazdır.

Amma baaaaax! Filankes xoşbextdir.Her şeyi var,derdi de yoxdur.

))) 

) bilirsiz İqolka, insanlar hər şeyi müqayisədə dərk edirlər. 

biri öz həyatındakı uğursuzluğu digərinin "görünən" uğuru ilə müqayisə edir və əlbəttə ki, bu zaman özünü bədbəxt və naqis hiss edəcək. 

Link to comment
Share on other sites

В Mon Oct 08 2018 в 00:03, Slay сказал:

Moşu demişkən  Xoşbaxtlıq , xoşbaxtlıq ))

Xoşböxtlik nədir ? Yəqinki sadə tərifi belə olar .Insanın özünü xoşbəxt hiss etməsinə xoşbəxtlik deyilir. Ən yaxşı xoşbəxtlikdə o olarki, bütün ömrü boyu hər şey qaydasında gedə. bəh bəh 

bəh))

Sizinle tam razıyam. Xoşbextliyi duymaq gerekdir. 

Link to comment
Share on other sites

Yoooox..insan isteyir ki,o hamıdan xoşbext olsun.Yalnız öz xoşbextliyini axtarıb başqalarını unutsa tez bir zamanda onu xoşbext hiss etdirecek şeraiti tapar.Amma elinde olan az gelir başqasının yaşantısı xoş gelir.İsteyir ondan da,o birisinden de xoşbext bu olsun.)

 

 

Link to comment
Share on other sites

Insanın şəxsiyyəti sabitliyin və dinamikliyin vəhdətidir. Sabitlik aydın məsələdir.Insanın inandığı dəyərlər,əqidə və s. Bəs dinamiklik nədir? Insanın yeniliyə,öyrənməyə,yaratmağa,inki-

şafa can atmağı. Məhz dinamiklik sayəsində  insanın xoşbəxtlik duyumu dahada zənginləşir.Həyatı dahada mənalı olur. 

Tənbəl,qorxaq insanların xoşbəxtlik duyumu cılız olur.

  • Like 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...
  • 4 weeks later...
В 7.10.2018 в 19:48, Zaman. сказал:

Baş verən heç nəyə "əhəmiyyətsizdir" — deyib keçməyək. «Xoş-bəxtlik» və «Bəd-bəxtlik» arasında bir hecalıq fərq olduğu kimi, xoşbəxt olmaqla bədbəxt olmaq arasında da bir addımlıq məsafə var… Bəxtimizi sınayaq, məsafələri qoruyaq, xoşbəxt olaq… 

Elə mən də onu deyirəmdə, xoşbəxt olaqda, amma necə??? Bu sualın cavabına komandanın kapitanı cavab verəcək? Kapitan, ey kapitan, səni deyirləreee.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 23 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 34 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 113 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...