Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Военная Тема: Юрий Бочаров: «Парк военных трофеев в Азербайджане - предупреждение возможным агрессорам


Recommended Posts

Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur.Ailəli idi․ 2 qızı və 1 oğlu yadigar qaldı․
    Elkiyar Məmmədov 2010-cu ildə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə hərbi xidmətini başa vurmuşdur․ 2013-cu ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE rütbəsində sürücü kimi xidmətə başlamışdır․ 

Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Elkiyar Məmmədov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olmuşdur.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elkiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.  Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Elkiyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.

185176933_961231884623487_3839322009937771370_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=dnZjwIoJMAoAX9_hmDE&_nc_ht=scontent.fgyd8-1.fna&oh=a8232fabd47e588ec08cf9a739ebfdcc&oe=60C968A4

185006109_961231897956819_7635552184185873872_n.jpg?_nc_cat=101&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=bc4xx_3JquUAX-TPVXQ&_nc_ht=scontent.fgyd8-1.fna&oh=fea828e009c2aad5bbdbe775187575dd&oe=60C8EC21

  • Milli 6
Link to comment
Share on other sites

Nağıyev Nicat Azad oğlu 05.02.1995-ci ildə Yevlaxın Əcəmi kəndində dünyaya göz açıb. 2020-ci il 27 sentyabrda müharibə başlayarkən könüllü quru qoşunlarına qatılıb. Gedərkən qardaşına "Mən şəhid olacam. Ancaq heç də pis olmayın, başınızı dik tutun. Vətən sağ olsun!" - demişdi. Tərtər, Kəlbəcər, Goranboy, Füzuli istiqamətində gedən döyüşlərdə şücaətiylə fərqlənib. 17 oktyabrda Ağdərə istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşı onun haqqında danışanda deyir: "Heç bir yaralını, şəhidi qoymazdı tank altında qalsın. Məni də Nicat xilas etmişdi. Heç vaxt özünü düşünməzdi. Ancaq bir şey fikirləşərdi "qabağa getmək". Bu fikirlə qabağa irəliləyərkən şəhid olmuşdu". Nicatın son danışığı anası ilə olub, "özündən muğayat ol, şəhid olsam, pis olmayın" - deyib.
Məkanın cənnət olsun,Şəhidim!

185157480_961257731287569_4395915636767538455_n.jpg?_nc_cat=102&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=R5eEIWFnYVcAX-VtmSK&_nc_ht=scontent.fgyd8-1.fna&oh=b7562cc796ebf2c44fea9985e904f3cc&oe=60C9467E

185039454_961257734620902_18782020882512702_n.jpg?_nc_cat=107&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=V-ngZtkcIrkAX8_3ufU&_nc_ht=scontent.fgyd8-1.fna&oh=445d3ed2e8c99128911363985d01ff95&oe=60CB2CD6

  • Milli 4
Link to comment
Share on other sites

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Hüseyinli İbrahim İsa oğlu əslən Yevlax rayonunun Qoyunbinəsi kəndindəndi.
Şəhidliyindən sonra Əlituran adlı oğul övladı dünyaya gəldi. Atasına, Vətənə layiq övlad olsun,inşallah!
Məkanın cənnət olsun,Şəhidim!

185263788_961289737951035_8651184225540146168_n.jpg?_nc_cat=103&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=WWQdnSbDlWkAX9tKIvT&_nc_ht=scontent.fgyd8-1.fna&oh=528a6a0f56e71582b1231ce4a6f9b897&oe=60C87A2E

185030201_961289744617701_3244575312581845495_n.jpg?_nc_cat=101&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=x1dkcK6WLRMAX9RdyRH&_nc_ht=scontent.fgyd8-1.fna&oh=daf9995b7af3d1af7852f416ef8fed26&oe=60CB9908

  • Milli 6
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек и военная форма)

Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonu Pəlkəş kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. 03.11.2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində Şəhid olmuşdur.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə",  "Vətən uğrunda"medalları ilə təltif edildi.
Allah Şəhidimizə  rəhmət eləsin.

  • Milli 5
Link to comment
Share on other sites

Məmmədov Soltan Akif oğlu 1981-ci il 21 iyulda Yevlax rayonu Səmədabad kəndində anadan olub.1997-ci ildə Cəmşid Naxçivanski adına hərbi liseyə qəbul olub.1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin 'Motoatıcı' ixtisasına qəbul olub.2003-cü ildə həmin məktəbi bitirib.2003-cü ildə Leytenant rütbəsi alıb və Tovuz rayonunda yerləşən 812 saylı hərbi hissəyə tağım komandiri təyin olunub.
2005-ci ildə Baş Leytenant rürbəsi alıb.
2009-cu ildə Kapitan rürbəsi verilib.
Sonra Maddi Texniki Təminat üzrə rəis təyin olunub.2014 cü ildə Mayor rütbəsi alıb və Qərargah rəisi vəzifəsinə təyin olunub.
2018-ci ildə tabor komandiri təyin olunub.
2020 də Polkovnik Leytenant rütbəsi alıb.

Xidmət illərində 2-ci və 3-cü dərəcəli, qüsursuz medal,Ordunun Yubiley medalları verilib.Xidmətdə fərqlənməyə görə medallar və fəxri fərmanlarla təltif olunub.2003-2020-ci illər ərzində xidmətini layiqincə yerinə yetirib.Şanlı,şərəfli xidmət yolu keçib.Məmmədov Soltan Akif oğlu 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Suqovuşan və Talış kəndinin işğaldan azad olunmasında misilsiz xidmətləri olub.Polkovnik Leytenant Soltan Məmmədov 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ailəlidir. Üç övladı var. Ölümündən sonra "Bayraq ordeni",Vətən uğrunda , Suqovuşan və Laçının" işğaldan azad olunmasına görə medallarla təltif olunub.
Məkanı cənnət olsun.

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

Edited by Zaman.
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек, стоит и военная форма)

Rəşad Rəhimov 1985-ci il iyulun 16-da Yevlax şəhərində anadan olub.
    Azərbaycan Ordusunun leytenantı olan Rəşad Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Rəhimov noyabrın 9-da Xankəndi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
  Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Rəşad Rəhimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin.

  • Milli 5
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек, стоит и гора)

Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub.
   Anar Umarov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
   Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Anar Umarov oktyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Umarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ruhun şad olsun, Şəhidim!

  • Milli 5
Link to comment
Share on other sites

Şəhid Yusifov Elməddin Mahir oğlu 28 aprel 1995 ci ildə Bərdənin Mirzalıbəyli kəndində doğulmuşdur. 
Vətən müharibəsi zamanı 02 noyabr 2020 ci il tarixində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
Allah rəhmət eləsin.

185015330_961532184593457_2475029041297869695_n.jpg?_nc_cat=108&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=fDyNWkDKZWwAX8CDuvs&_nc_ht=scontent.fgyd8-1.fna&tp=6&oh=e250bcca2f5dc4dc9e06d37c85a2a34b&oe=60C9BF37

184681877_961533624593313_1058678339132099738_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=79awz5UYRoEAX-fTD2e&_nc_ht=scontent.fgyd8-1.fna&tp=6&oh=a91d4c0c29edf7af674e0313b43403b1&oe=60C8FE98

  • Milli 6
Link to comment
Share on other sites

İman Quliyev 07 noyabr 1999-cu ildə Yevlax rayonu Salahlı kəndində doğulmuşdur.
Vətən müharibəsində könüllü olaraq iştirak etmiş,Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
 Şəhid İman Quliyev ölümündən sonra “Vətən uğrunda”,”Qubadlının azad olunmasına “görə medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.

185425150_961587754587900_6174364313799248751_n.jpg?_nc_cat=106&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=E-wFST--E-MAX_QbwEo&_nc_ht=scontent.fgyd8-1.fna&tp=6&oh=1982c5f907dd705c3d9ae04a7402cd91&oe=60CB5D9E

184800160_961587761254566_1478794171836084540_n.jpg?_nc_cat=100&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=qnNimwhr6s8AX_gFvG4&_nc_ht=scontent.fgyd8-1.fna&oh=fae42e14fbbe47bcefb4524577ec2129&oe=60CA85E4

  • Milli 6
Link to comment
Share on other sites

185114299_961625941250748_2887417302926223571_n.jpg?_nc_cat=101&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=FAHII721nqsAX9GWwtL&_nc_ht=scontent.fgyd8-1.fna&oh=5610d65d66a4de0b565037ccdce4fc0b&oe=60C95F75

185160422_961625947917414_5287280728356273637_n.jpg?_nc_cat=103&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=7IR0LRAsTU0AX8VVoQ8&tn=rdEMClPWFug5hPXZ&_nc_ht=scontent.fgyd8-1.fna&oh=064d18502b9041949829fc452f0c25b6&oe=60CB4D24

İldırım Ağayev 1998-ci il mayın 2-də Yevlax rayonunun Rüstəmli kəndində anadan olub.
  Azərbaycan Ordusunun kiçik çavuşu olan İldırım Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İldırım Ağayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  İldırım Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə"medalı ilə təltif edildi. 


Ruhun şad olsun,Şəhidim!

  • Milli 6
Link to comment
Share on other sites

Ailənin tək oğuı övladı olan Ağazadə Murad İkram oğlu 13.07.2000-ci ildə Yevlax şəhərində anadan olub. İyul hadisələrindən sonra könüllü olaraq Səfərbərlik Xidmətində könüllü olaraq qeydiyyata duran Murad Vətən müharibəsi başlanan zaman könüllü olaraq müharibəyə qatılıb. Murad 2 oktyabr 2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 5
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек и текст)

Abışov Fərid Əlfayım oğlu 28.11.1996-cı ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olub. Fərid 2016-cı ilin aprel döyüşlərində şücaətlə iştirak edib. Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən müharibəyə cəlb olunan Fərid igidlik və mərdlik göstərərək qəhrəmancasına Şəhid olub.  
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 5
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек и военная форма)

Novruzov Şəhnin Şahlar oğlu 03.02.1998-ci ildə Astara rayonu, Səncərədi kəndində anadan olub. Şəhnin Vətən müharibəsində igidlik və mərdlik göstərərək 20.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.  
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 5
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек, стоит и текст)

Rəsulov Xəzər Mail oğlu 07.10.1987-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olub. O, Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Xəzər doğum günündən bir gün sonra Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.  
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 5
Link to comment
Share on other sites

MAXE Məhərli Muraz Baxşalı oğlu 21.12.1993-cü ildə Yevlax rayonu, Salahlı kəndində anadan olub. Atası 2018-ci ilin 18-də rəhmətə gedib.
Muraz Vətən müharibəsində Tərtər rayonu, Çaylı kəndi  istiqamətində gedən döyüşlərdə iştirak edib. İki düşmən postunu aldıqdan sonra düşmən tərəfindən snayperlə sinəsindən vurularaq qəhrəmancasına Şəhid olub.  
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 4
Link to comment
Share on other sites

Əsgər Mayılov Rüfət Bəhram oğlu 31 yanvar 2001-ci ildə Göyçay rayonu, Kürdəmiş kəndində anadan olub. 3 Aprel 2019-cu ildə hərbi xidmətə yollanıb və Abşeron rayonu, Pirşükül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Rüfət sentyabrın 26-sı gecə saatlarında ailəsinə zəng edərək atasına deyir ki, “ata sabah bizi döyüş bölgəsinə aparırlar amma anam bilməsin”. Sonra anası ilədə danışaraq sağollaşır. 27 Sentyabrda başlanan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərə yollanıb. 28 Sentyabrda Füzuli rayonu, Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 4
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек и военная форма)

Məmmədov Elvin Mübariz oğlu 26.02.1996-cı ildə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olub. Vətən müharibəsi başlanan zaman könüllü olaraq müharibəyə qatılan Elvin 01.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.  
Ləkçıplaq kənd məzarlığında dəfn edilib. 
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 4
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек и текст)

Səfərov Qəşəm Taməddin oğlu 01.11.1997-cil tarixində Naxçıvan MR, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. 

2019-cu ildə Naxçıvan şəhərində keçirilən "Naxcıvan marafonu 2019" qaçış marafonunda hamıdan irəlidə finiş xəttinə cataraq birinciliyin sahibi olur.
2020 -ci ilin avqust ayında hərb sənətinə olan marağı Qəşəmi yenidən ordu sıralarına qatır. Qəşəm Səfərov Şahbuz rayonu "N" sayli hərbi hissədə MAHHXHQ(əsgər) kimi xidmətə başlayır. Sentyabrın 27-də başlanan İkinci Qarabağ Savaşında iştirak üçün könüllü komandanlığa   ərizə ilə müraicət etsə də, gözlərinin zəif olmasını səbəb gətirib müraciətini geri çevirirlər. Bu isə Qəşəmi fikrindən döndərmir, bir daha müraciət edir.
Qəşəm Səfərov oktyabr ayının 29-da Xocavənd uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır.  Noyabr 3-də Şahbuz rayon Yuxarı Qışlaq kənd məzarlığında dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Qəşəm Səfərov ölümündən sonra  “Xocavəndin azad olunmasına görə”, "Vətən uğrunda"medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

 

  • Milli 4
Link to comment
Share on other sites

Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
   Azərbaycan Ordusunun kiçik çavuşu olan Kənan Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Yusibov oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.

   Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Kənan Yusibov ölümündən sonra   "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruhun şad olsun,Şəhidim!

Возможно, это изображение (1 человек, военная форма и на открытом воздухе)

  • Milli 4
Link to comment
Share on other sites

Xəyal Həsənov 2001-ci il aprelin 16-da Göyçay rayonunun Qaraman kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Qaraman kəndində dəfn olunub.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Xəyal Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medalı ilə təltif edildi.

186486195_962532077826801_3112082221086046523_n.jpg?_nc_cat=100&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=eLhm7K6hLkQAX-4EhMV&_nc_ht=scontent.fgyd8-1.fna&oh=cefffa011b57c68a1d58fb2e22c6d500&oe=60CA0873

  • Milli 4
Link to comment
Share on other sites

Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub.
   Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq  geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin.

Возможно, это изображение (1 человек и стоит)

 

  • Milli 4
Link to comment
Share on other sites

Nemət Orucov 1994-cü il noyabrın 15-də Goranboy rayonunda anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nemət Orucov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Nemət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

Возможно, это изображение (1 человек и стоит)

 

 

  • Milli 3
Link to comment
Share on other sites

Elman Həsənov 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya göz açmışdır.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
   Azərbaycan Ordusunun əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həmin döyüşlər gedişatında 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində şəhid olmuşdur.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Elman Həsənov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə"medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Возможно, это изображение (1 человек и на открытом воздухе)

  • Milli 3
Link to comment
Share on other sites

185927772_962749671138375_7606659832050552373_n.jpg?_nc_cat=105&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=lUPdyYrX32IAX_Wfagb&_nc_ht=scontent.fgyd8-1.fna&oh=a1084fd4af35b5611080f4eee636e288&oe=60C93E9A

Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub. 2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.
 Azərbaycan Ordusunun əsgəri olan Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xidmətləri olmuşdur. Cahangir Qurbanov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub.
Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin.

  • Milli 3
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек, стоит и текст)

Azərbaycan Ordusunun hərbi qulluqçusu(MAXE) Fariz Məhəmməd oğlu Qurbanov 1998-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur.
  Vətən Müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
  Allah rəhmət eləsin.

  • Milli 3
Link to comment
Share on other sites

Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin.

Возможно, это изображение (1 человек, стоит и в помещении)

  • Milli 3
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек, стоит и текст)

Elxan Tağıyev 1990-ci il fevralın 26-da Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2008-2010-cu illərdə müddətli hərbi xidmətdə olmuşdur. 2016-cı ilin 15 oktyabr tarixindən Beyləqan rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Ailəli idi. İki övladı qalıb.
   Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Elxan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək oktyabrın 1-də şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Elxan Tağıyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə"medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

  • Milli 3
Link to comment
Share on other sites

185775119_962871194459556_2077323414306780538_n.jpg?_nc_cat=106&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=VP4IviacEXkAX_6NUj1&_nc_ht=scontent.fgyd8-1.fna&tp=6&oh=df765c2ae8f8780cb97dea03a73632e9&oe=60C97B85

Ayaz Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunda anadan olub.
  Azərbaycan Ordusunun əsgəri olan Ayaz Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ayaz Əhmədov oktyabrın 7-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ayaz Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah şəhidimizə rəhmət eləsin.

  • Milli 4
Link to comment
Share on other sites

Nofəl Nuriyev 9 yanvar 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya göz açmışdır. 2011-ci ildə ailə həyatı quran Nofəl Nuriyevin Güllü və Ayşə adlı qızları və 2020-ci ilin iyun ayında dünyaya göz açmış oğlu Ali yadigar qaldı.
Kolleci bitirdikdən sonra hərbi həkimlik ixtisasına yönələn Nuriyev hərbi vəzifəsinə başlamışdır. Naftalanda, Sarıcalıda və Sarovda yerləşən hərbi və səhra hospitallarında çalışmışdır. Nofəl Nuriyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmiş, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərmişdir.

Azərbaycan Ordusunun çavuşu olan Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi həkim - feldşer kimi iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin ən qızğın nöqtələrində yaralanan hərbçilərə yardım göstərmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə-Suqovuşan döyüşləri gedişatında "Qaranlıq meşə" adlanan ərazidə hərbi tibbi vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Nofəl Nuriyev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə"medalı ilə təltif edildi.
Allah rəhmət eləsin.

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Milli 4
Link to comment
Share on other sites

Orxan Namazov 1994-cü il noyabrın 24-də Goranboy rayonunun Xoylu kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Namazov oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.
   

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Orxan Namazov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin.

186281284_963083411105001_2645904814210121403_n.jpg?_nc_cat=105&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=HT55njYAcFgAX9dsv8a&_nc_ht=scontent.fgyd8-1.fna&oh=89b37c71c77a256ac72dc4da91786657&oe=60CA1B93

185884707_963083417771667_3562463695706060271_n.jpg?_nc_cat=100&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=PxxeWhpAkbEAX9cs1Ss&_nc_ht=scontent.fgyd8-1.fna&oh=9f221cd36e729ee0c2d3d95d9bae71a4&oe=60C85B1E

  • Milli 3
Link to comment
Share on other sites

Şəhid Vəliyev Hidi Bəxtiyar oğlu 02.03.1994-cü ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşdur.
Azərbaycan Ordusunun sıralarında MAXE kimi xidmət keçən Hidi Vəliyev Vətən müharibəsinin ilk günündə Tərtər -Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Allah rəhmət eləsin.

Возможно, это изображение (1 человек и военная форма)

  • Milli 4
Link to comment
Share on other sites

Mayor Kamran Fərəczadə Qılman oğlu 1978-ci ildə Astara rayonu Səncərədi kəndində doğulmuşdur.1999-cu ildə BAHKM bitirib döyüş bölgəsində xidmətə yollanır.2011-ci ildə səhhəti ilə əlaqədar təqaüdə çıxır.
  Vətən müharibəsi başlarkən səhhətindəki problemlərə baxmayaraq ön cəbhəyə Vətənin müdafiəsinə yollanır.Cəbrayıl,Qubadlı istuqamətindəki döyüşlərdə iştirak edir və oktyabrın 20-də şəhidlik zirvəsinə ucalır.
Ailəli idi,əkiz qız övladları-Dəniz və Şəms ondan yadigar qalıb.
Şəhid mayor ölümündən sonra “Vətən uğrunda”,“Cəbrayılın azad olunmasına “görə, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilir.
Ruhun şad olsun,Şəhidim!

186508252_963382447741764_6702418618933474669_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=p-8bG3OZqnMAX9J18Wg&_nc_ht=scontent.fgyd8-1.fna&oh=58d706df946eefb8856cf794495a5cae&oe=60C7E528

185950264_963382484408427_2607912929755111779_n.jpg?_nc_cat=104&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=LYANV7UsvBwAX9ikQ2w&_nc_ht=scontent.fgyd8-1.fna&oh=b7bf9884aa5dd07386a3e7269b7781b3&oe=60C8A753

186450640_963382457741763_3179122300145497599_n.jpg?_nc_cat=101&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=yAv993fKFY8AX__ADjf&_nc_ht=scontent.fgyd8-1.fna&tp=6&oh=69747b05f97ee7f2e0312736d288205e&oe=60C954C9

  • Milli 5
Link to comment
Share on other sites

ŞƏHİD ƏMANƏTİ
609cf1268c1fb609cf1268c1fc1620898085609c

Возможно, это изображение (3 человека и люди стоят)

1-A%C4%B0L%C6%8F-12_1620897999.jpg

1-A%C4%B0L%C6%8F-17_1620897877.jpg

 

Şəhid polkovnik Sədi Süleyman oğlu Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

  • Milli 6
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек и военная форма)

 Aprel döyüşlərində 20 yaşında qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz XTQ giziri ŞAHİN CAVADZADƏ
Unutmayaq ki, Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda Şəhid olublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 3
Link to comment
Share on other sites

Bu şəkildə üç Şəhid var, hər üçü Vətən Müharibəsi Qəhrəmanıdır 🇦🇿
Gizir Elyar Vəliyev
Baş gizir Camal İsmayılov
Baş gizir Sübhan Cəbrayılov
Nur içində yatın, İgidlər!

Возможно, это изображение (3 человека, военная форма и на открытом воздухе)

  • Milli 4
Link to comment
Share on other sites

 Şəhidimiz - XTQ giziri Allahverdi Ələkbərov 
15.02.1987-ci ildə Ucar şəhərində anadan olub. Ailəli idi. Üç övladı Vətənə əmanətdir.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (один или несколько человек, военная форма и на открытом воздухе)

  • Milli 4
Link to comment
Share on other sites

1 aprel 2016-cı il
 Qəhrəmanların son görüşü...
Bu görüşün ardından, axşam döyüşə girdilər. 18 döyüş yoldaşı, səngər qardaşı Şəhid oldu...
1 Axundov Əbdulməcid
2 Mahir Mirzəyev
3 Vahabzadə Mikayıl
4 Dadaşov Tural
5 Kaçayev Samir
6 Quliyev Mahir
7 Niftalıyev Rəşad

8 Səmədov Elşən
9 Zekərəliyev Nazim
10 Əliyev Orxan
11 Dəmirli Altun
12 Qurbanlı Fəxrəddin
13 Alıyev Vüsal
14 Xeyirbəyov Əmiraslan
15 Nurayev Rəvan
16 İbrahimov Mahmud
17 Mirzəyev Elvin
18 Bağırzadə Firdovsi
Ruhunuz şad olsun qəhrəman qardaşlarım...

Возможно, это изображение (2 человека и на открытом воздухе)

  • Milli 4
Link to comment
Share on other sites

Novruzlu Ümid Bahadur oğlu 1992-ci il uyunun 7-də Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsində anadan olub. 
2010-cu ildə həqiqi hərbi xidmətə çağırılan Ümid 2012-ci ildə ordu sıralarından tərxis olunub. Hərbiyə bağlılıq 2012-ci ildə Ümidi yenidən ordu sıralarına qaytarıb – bu dəfə MAXEHQ əsgər kimi...Sürücü – atıcı kimi xidmətə başlayan Ümid Növruzlu 2020-ci ildə gizir rütbəsi almaq üçün kursa qatılıb. Bu kursu müvəffəqiyyətlə başa vuran Ümid gizir rütbəsi alır.

2020-ci ildə Naxçıvanda baş tutan hərbi təlimlərdə ayağından zədələnsə də, İkinci Qarabağ Savaşında döyüşmək Ümidə də qismət olur. Belə ki, zədəli olmasına baxmayaraq Vətən Savaşı üçün döyüşə yollanır. 24 oktyabr 2020-ci il tarixindən döyüşlərə qatılan Ümid Novruzlu 5 noyabr 2020-ci il tarxində qəhrəmancasına Şəhid olur.
13 noyabr 2020-ci il tarixində cənazəsi doğulduğu Babək şəhərinə gətirilən Ümid Bahadur oğlu Novruzlu elə həmin qəsəbənin məzarlığında dəfn olunur.
Ailəli idi, 2 övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda",“Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

186449111_963792607700748_2708359344846535779_n.jpg?_nc_cat=100&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=yqays90bfzEAX_5jM9T&_nc_ht=scontent.fgyd8-1.fna&oh=69ec604d55050b32a8de948d85f66e02&oe=60C8507E186561518_963792604367415_3811966547982386153_n.jpg?_nc_cat=103&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=cxoP3NKoXX8AX_G0xzF&_nc_ht=scontent.fgyd8-1.fna&oh=2e897873d8ae56a71f421407273b5e9e&oe=60CAD86F

  • Milli 4
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
      • 11 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Haha
      • 68 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Red Heart
        • Like
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Upvote
        • Haha
        • Like
      • 359 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Like
      • 287 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...