Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Военная Тема


Recommended Posts

Şərəfsiz düşmən bizi addım-addım izləyir...Izləsinlər..Yeniləcəyimi sandınız? Əsla! Bu sevinci sizə yaşatmaram! Atasının davamçısı Ruslanimi böyüdürəm, sizə qan udduracaq igid böyüyür! Şərəfsiz düşmən! Bunu unutma, biz acımızı özümüzə sipər edib, dahada güclənirik, dahada qəlbimizdə qisas hissi alovlanır! Dərddən ürəyimiz qübar bağlasada, bu dərdin dərmani bizim başımızı dik tutmağımızdır deyib, məğrur dayanıb, övladlarımızı atası kimi mərd və qorxmaz böyüdürük!! Boş beyninizdə saxlayın bunu! Bizim igidlər ölməz, Şəhid olarlar və əbədi yaddaşlarda unudulmaz xalq qəhrəmanı kimi yaşayarlar! Amma sizlər isə bizim igidlərin tozlu batinkalarinin altında gəbərib leş olarsınız!!!
Возможно, это изображение (4 человека, ребенок, люди стоят и в помещении)
  • Milli 9
Link to comment
Share on other sites

Sizə bu İgidimizdən danışım.Qısa da olsa.                                 
  Kasıb ailədə böyüyən,Döyüş başlayan gündən ən ağır döyüş yollarından keçən,günlərcə ac-susuz qalmağına baxmayaraq,yoruldum demədən savaşan və bu günədək heç bir medalı olmayan  cəsur Əsgərimiz Abdullayev Rüfət.                  
 Onun döyüs yolu Fizuli,Cəbrayıl,Xocalı,Xocəvənd,Şuşa,Laçından keçib.Bir ay öncə Rüfətə sual verdim ki,nədən heç bir medalın yoxdu?Dedi ki,mən medal üçün savaşmadım.Torpaqlarimızın azadlığı uğrunda savaşdım,çünki bu mənim Vətənimə,millətimə borcum idi.Mənim medalım Şəhidlərimizin qanı,canı bahasına aldığımız torpaqlar və Millətimizin duasıdır...                         
 Nəhayət bu gün Rüfət  “Laçının azad olunmasına görə” medalı ilə təltif   edildi.      Təbriklər.                                             
 Rüfət 31 dekabr təxris olunub evinə şükür ki,sağ salamat dönüb.Ancaq ac susuz qaldığı üçün böyrəklərində problem var.Buna baxmayaraq,Dövlətdən heç nə ummayaraq Rüfət halal zəhmət ilə fəhlə işləyərək pul qazanır.Allah səni qorusun İgidim.İnşallah sən bu qədər Dövlətinə və millətinə dəyər verdiyin qədər ,onlar da sənə dəyər verər.                                                  
 Belə tanınmayan qəhrəmanlarımız çoxdu.Onları tanıtmaq və tariximizə düşmələrinə yardım etmək bizim borcumuzdu.             
  Var olsun Azərbaycanın Mərd Övladları.

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

  • Milli 8
Link to comment
Share on other sites

Vətən Müharibəsində itkin düşən şəhid mayor Vüsal Vəliyevi 72 gündən sonra ana bayatısı ilə yanaşı, doğulduğu Şərur eli də qürur və fəxarətlə qarşılayıb.

Vüsal İslam oğlu Vəliyev 15 iyul 1988-ci il tarixdə Şərur rayonunun Dizə kəndində anadan olub. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 3 aylıq təlimini keçib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl-Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. 

 

Şəhidin anası Mədinə Vəliyeva oğlunun hələ uşaqlıqdan vətən sevgisi ilə yaşadığını deyir: “Lap qanmadığı vaxtlarda belə, taxtadan avtomat düzəldirdi, məhəllədə uşaqları başına yığıb oynayırdılar. Həmişə hərbi kinolara baxıb sevinirdi, məktəbi də özü seçmişdi, çünki hərbini çox sevirdi. Bütün rayonlarda xidmət edib, hər rayonun öz ləhcəsi ilə danışırdı. Deyirdim, Vüsal, danışmadığın ləhcə, gəzmədiyin rayon qalmadı. Deyirdi, mama, xoşbəxtəm ki, hər rayonda məni tanıyırlar, sevirlər. Əsgərlərini özünə qardaş yox, övlad bilirdi. Mənə deyirdi, mama, sənin beş övladın var, nazlarını çəkirsən. Mənim 300 nəfər övladım var, mən onların rəhbəriyəm, balam kimi saxlamalıyam ki, hamısının valideyninə mən cavab verirəm”. 

Şəhidin döyüş yoldaşı Məhəmməd Babayev deyir ki,  mayor Vüsal Vəliyev öz savadı, öz zabit kimi peşəkarlığı ilə daim yüksək hörmətə malik olub: “Döyüşlər başlamamışdan əvvəl isə mayor ona etimad göstərilərək Murovdağ istiqamətində yerləşən hərbi hissədə tabor komandiri vəzifəsinə təyin edilmişdi. Döyüşlər başlayan ilk günlərdən mayor Vüsal Vəliyevin öz taboru ilə böyük yüksəkliklərin və düşmənin əlində olan əsas strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsində misilsiz əməyi və xidməti olmuşdu”.

Şəhidin anasının sözlərinə görə, Vüsal Murovda olarkən tez-tez evlə əlaqə saxlayıb: “Murova gedəndə də zəng eləmişdi, mənimlə danışdı. Bu neçə il müddətində bir dəfə də çətinlik, ağırlıq olduğunu deməyib. Danışanda elə bilirdin toydan, bayramdan, istirahətdən gəlir. Bir dəfə narahatlığı olmadı. Polad Həşimovla dost idi, ad günündə zəng eləmişdi. O, rəhmətə gedəndə özü gedə bilmədi, neçə gün statuslarda onun şəkillərini qoyurdu. Deyirdim, Vüsal, ürəyim ağrıyır ki, sən ora qara lent qoyursan. Dedi, mama, qoymaq lazımdı, onlar bizi yetişdirib getdilər. 

Döyüş yoldaşı Vüsalın xidmət etdiyi bölgənin ən çətin yerlərdən biri olduğunu deyir: “Mayor Vəliyev Vüsalın xidmət etdiyi bölgə Azərbaycan Respublikasının hərbi istiqamətləri arasında demək olar ki, ən çətin istiqamət sayılır. Bu istiqamət yüksək dağlıq şəraitdə relyef üzrə çətin, 3 min metrdən yüksəklik dağ ərazilərdə yerləşir. Düşmən əvvəllər, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Murovdağ yüksəkliyinin əsas strateji nöqtələrində özlərinə postlar quraraq möhkəm mühəndis işləri aparıb. Mayor Vüsal Vəliyev kimi böyük komandirlərin və zabitlərin başçılığı altında düşmənin illərlə qurduğu səngərləri və döyüş postlarını alaraq düşmən üzərində qələbə çalmış olduq”.

  • Milli 8
Link to comment
Share on other sites

Şəhid Baş Leytenant Emil Qurbanovun Anası :
"Mübariz İbrahimov Şəhid olanda televizyanın qarşısında oturub ağladım, heyifsləndim ki gör necə igid Oğulu itirdik. Emil bunu görüb dedi ki “Ana elə yaxşı ki Şəhid olub. Yaxşı ölümlə dünyadan köçdü. Uca məqama ucaldı. Onsuz da 50-60 il sonra hamımız öləcəyik. Amma Şəhidlik hər adama nəsib olmaz”.     

Возможно, это изображение (1 человек, борода и текст)

  • Milli 8
Link to comment
Share on other sites

Ordumuz düşməni “kukuruznik”lə çaşdırıb: Dünyanı heyrətləndirən taktika
44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. ABŞ başda olmaqla bir çox ölkələr isə artıq bu müharibənin təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər.

 


“MediaPost” xəbər verir ki, bu müharibə zamanı Azərbaycan ordusu daha bir taktikası ilə dünyada hərbi mütəxəssisləri heyrətləndirir. Belə ki, sovet dövründən qalma, “kukruznik” kimi tanınan birmotorlu An-2 təyyarələri pilotsuz təyyarələrə çevrilmişdi və onları yalançı hava hədəfi kimi istifadə edərək ordumuz düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarlayırdı. Nəticədə düşmənin 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası da məhv edildi. 
Müharibənin ilk həftələrində Ermənistan Müdafiə Nazirliyi  hər gün Azərbaycanın bir neçə “qırıcısını” vurduğu haqda raportlar verirdi, yalnız həftələr sonra düşmən əslində nəyi vurduğunu anlamağa başladı. Onda isə gec idi, çünki düşmənin Qarabağdakı hava hücumundan müdafiə sistemləri demək olar tam sıradan çıxarılmışdı.

  • Milli 6
Link to comment
Share on other sites

Şəhid kiçik çavuş Abbasov Aysənan..

Aysənan Tərtər rayonunun Seydimli kəndindəndir.. Evin tək oğlu idi. II Qarabağ müharibəsində iştirak edib və döyüşlər zamanı qəhrəmancasına Şəhid olub..Azərbaycan Respublikası Prezidetinin sərəncamı ilə "Vətən uğrunda" medal ilə təltif edilib..

Vətən sağ olsun...

134831604_214151010247180_2777852554622490627_n.jpg?_nc_cat=111&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=K8hHvUA6FFsAX_rGqm3&_nc_ht=scontent.fgyd12-1.fna&oh=7d97405420d2ebdb958970c2b8ed1e00&oe=60F0D34E

135493345_214151063580508_6613445052232119811_n.jpg?_nc_cat=111&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=_o0CIC-zNTsAX9-U9Ie&_nc_ht=scontent.fgyd12-1.fna&oh=dda4f3e81a332efacf9948d6e81b9d6c&oe=60F133E5

  • Milli 8
Link to comment
Share on other sites

Возможно, это изображение (1 человек, стоит и военная форма)

Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr tarixin ən şanlı anlarıdır. Bu Zəfər sevincini yaşadanlar isə tarixin igid, mərd, ölməz oğullarıdır. 
Belə igid oğullardan biri də “Hərbi xidmətlərə görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən N saylı hərbi hissənin kapitanı Elvin Abdullayevdir. 

Abdullayev Elvin Ədalət oğlu 1989-cu ildə Tərtər Rayonunun Ağkənd kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Təhsilini uğurla başa vurduqdan sonra ordu sıralarında xidmətə başlayıb. Əsasən Beyləqan, Fizuli və Ağcabədi rayonlarında xidmət edən Elvin Abdullayev hazırda N saylı hərbi hissənin artileriya bateriya komandiri vəzifəsində xidmət edir. Biz də topçu, kapitan Elvin Abdullayevi təbrik edir, çətin və şərəfli xidmətində yeni-yeni uğurlar arzulayırıq.

  • Milli 7
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 11 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 81 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 63 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 31 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 52 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 50 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 444 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...