Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Korrupsiyaya qarşı mübarizəyə


Garatel

Recommended Posts

Baş prokuror Zakir Qaralov deyir ki

«Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, başqalarından belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun»

Siz ona inanirsiz? "biz ozumuzden" deyende kimi nezerde tutur?

Siz korrupsiya garshi bu "korrupsioner xaç-atalarin" bashladiglari çakma mubarizeye inanirsiniz?

Esas korrupsionerler kimlerdi?

Link to comment
Share on other sites

  • Replies 87
  • Created
  • Last Reply

«Əgər köklü islahatlar getməli olsaydı, Nazirlər Kabineti buraxılmalıydı. Yeni baş nazir təyin olunmalıydı».

İqtisadçı [b]Natiq Cəfərli [/b] (disput.az yuzeri :)) belə deyir, Azərbaycan hakimiyyətinin son günlər korrupsiya ilə bağlı keçirdiyi müşavirələri qiymətləndirərkən.

Onun qənaətincə, korrupsiyanı ləğv etmək üçün hökumət yenisiylə, bu günün nəbzini tuta bilənlərlə əvəzlənməlidir.


[b]«GÖZDƏN PƏRDƏ ASMAQ»[/b]

«Nazirliklərin sayı bizdən həddən artıq çoxdur. Təsəvvür edin ki, Azərbaycanda nazirlik və dövlət qurumlarının sayı Gürcüstandan üç dəfə çoxdur. Saakaşvili islahatlara başlayanda ilk addım olaraq struktur islahatı apardı. Vətəndaşa və iş adamına mane olan, bürokratik əngəllər yaradan qurumları ləğv etdi və ya bir neçəsini birləşdirdi. Çox güclü kadr islahatı getdi. Bundan sonra da müəyyən prioritetlər elan etdildi. Azərbaycanda isə bu görünmür. Sistemdə dəyişiklik getməsə, yuxarılarda güclü kadr islahatı getməsə dəyişikliklər haqda deyilənlər gözdən pərdə asmağa xidmət edəcək»....


[b]GÜRCÜ DÜSTURU[/b]


Natiq Cəfərli Gürcüstan modelini yada salır. Bu ölkənin prezidenti islahatçı imiciylə tanınır, hakimiyyətə gələndən az sonra korrupsiyanın miqyasını azaltmağa nail oldu.
Prezident Mixail Sakaşvili bunun düsturunu müsahibələrinin birində açmışdı. O demişdi ki, gürcü hökumətində yaşı 40-dan çox olan bir nəfər var - Xarici İşlər naziri Qriqol Vaşadze.

«Əgər onu nəzərə almasaq, mən indiki komandanın ən yaşlı adamıyam. Komanda üzvlərinin heç biri faktiki olaraq SSRİ zamanında vəzifədə olmayıblar. Mən özüm, məsələn, Sovet İttifaqı canını tapşıranda beşinci kursda oxuyurdum. Bizdə elə nazir var ki, 27-28 yaşındadır. Heç vaxt pioner olmayıb. Cavan adamlar sovet nomenklaturasının doqmaları ilə xəstələnməyiblər».

Link to comment
Share on other sites

[quote name='AYSBERQ' timestamp='1296920673' post='8274781']
Mence mubarizeni emek haqlari yuksek olan strukturlardan bashlamaq lazimdir... sonra emek haqqi asagi olan strukturlarin emek haqlarini qaldirib mubarize aparmaq lazimdir... :aappll:
[/quote]
Sinqapurda dövlət işçilərin əmək haqlari dünyada ən yüksəkdir. Nəticə: http://www.econom-teor.ru/st_15.htm

Link to comment
Share on other sites

ozlerinde de korrupsiyanin olmasini boyunlarina almasi teqdirelayiq haldir, amma korrupsiyanin leqv olunacaqiona inanmiram
emekhaqqina gelince kiminse emekhaqqini azaldin deye bilmerem, bizimki yukselse yaxwidir))
Saakawvili korrupsiyani leqv edib, aferin ona, amma hakimiyyetde yalniz yawlilar olmalidir prinsipiyle razi deyilem, kimse SSRI dovrunun adamidirsa ona savadsiz, bacariqsiz statusu vererek qarwisinda bir cox qapilari baqlamaq duzgun prinsip deyil, kiminse yawi onun ustunluyu hesab edilmeli deyil, menasizliqdir bele yanawmaq, inanmaq isteyiremmki sadece ele alinib ki olan namizedlerin icinde en layiqlileri mehz gencler olub. Amma... Gurcustana qonaq geden butun hemvetenlerimiz iwsizliked, pulsuzluqdan eziyyet cekdiklerini deyirler, islahatlar aparilib, ruwvet leqv edilib, emek haqqini artirmaq deyesen yaddan cixib...
islahat tam aparilmalidir, kiminse gelirinin 90 faizi ruwvetden gelirse ve o adama iwinde ruwvete yox deyilirse , cox gozel, amma ruwveti leqv edib de mevacibi artirmamaq bu insani acliqa suruklemekdir zennimce.

Link to comment
Share on other sites

maraglisi odur ki korrupsiya komitesinin sedri Ramiz Mextiyevdir...)))

deyirler deputatliga namizedlerin siyahisini shexsen ozu tesdiglemishdir - kime "dobro" vermishdi o da deputat oldu...

bir de deyirler deputatlig kursusunun giymeti ashagisi 700000 AZM ( 1 milion USD dollar) idi...

be'ziler yaziglar bu meblegi eshidib hech deputat olmag istemirdiler, zornan pulu gopardib deputat "elediler"...

Link to comment
Share on other sites

Dostlar, gelin bele daniwaq. Gerek biz ozumuz de haqqimizi teleb etmeyi bacaraq. Bax indi esl meqamdir. Bu kollegiya iclaslarindan sonra deyilene gore bir chox dovlet qurumlarinda evveller hansisa 1 iw uchun alinan ruwvetleri dayandiriblar. Amma sizi inandirim ki, eger insanlar ozleri haqqlarini teleb etmeseler yene de her wey evvelki kimi oz axarina qayidacaq. Ve yaxud ruwveti zorla verenler da olur. meselen reyestr xidmetinde: chixariwi ve forma 1-i 3 gune almaq uchun wexsen menden 500 manat pul istemiwdiler. o vaxt mene serf elemedi deye vermedim. gozledim vaxtinda aldim. amma choxlari ruwveti verir ki, iwi tez bawa gelsin. sonra da gedib qiraqda ondan pul alani soyur ki, buna bax menden pul aldi. gerek biz ozumuz de bu cur hallari aradan qaldiraq..
Yol polisine suruculuk vesiqesini goturmeye geden adam bilsin ki, onun cerimesi ne qederdir. ve orda ondan artiq pul isteyende vermesin. haqqini teleb elesin. ondan o artiq pulu isteyen eclafa agzina geleni desin ve lazim gelse uzune de tupursun. inanin ki, bir muddet hami bele etse getdikce ruwvetin ayagi bu memleketden belke de kesiler. HER WEY BIZIM OZUMUZDEN ASILIDIR. VERMEYIN ARTIQ PULU..HAQQINIZI TELEB EDIN...

Link to comment
Share on other sites

Men heyatimizin butun sahelerinde istisnasiz global migyasda movcud olan ve cemiyyetimizi butovlukde buruyen korrupsiya ve rushvetxorlugu en boyuk bela olduguna inaniram.Ve bunun mehvedici tehlukesini olkemiz ve cemiyyetimiz uchun ermeni ishgalindan dahada boyuk olarag gorurem.Ne var ki bunun choxlu sebebleri var.Mesele sadece yuxarida oturanlardan asili deyil.Chunki bu xesteliyin dashiyicilari choxdur ve yuksek vezifeli memurlarin yerine teze teyin olunmush birisi ekser hallarda ya ozu bu xesteliye duchar olandir,ve ya immuniteti zeif olub bir muddet sonra yoluxur ve "kohne hamam,kohne tas" meselesi olur.

Sistem koklu deyishime mohtacdir.

Cemiyyetin shuuru zaman icherisinde sistemli deyishime mohtacdir.

P.S. umumiyyetle rushvet almayan memur tanimiram.Hech olmazsa alinan rushvetden "konvertde" bir pay alir.

Link to comment
Share on other sites

[quote name='charodeyka' timestamp='1296996118' post='8279360']
ozlerinde de korrupsiyanin olmasini boyunlarina almasi teqdirelayiq haldir, amma korrupsiyanin leqv olunacaqiona inanmiram
[/quote]

en dogrusunu siz eleyirsiz... onlara inanmag olar??

korrupsiyaya garshi mubarize bir Aktyorun teatrna benzeyir, tutugushu kimi ilden ile eyni rola girib eyni oyunlar oynayirlar

xatirladim ki təxminən on il əvvəl, 2000-ci ilin iyununda o zaman prezident olan Heydər Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” fərman imzalamışdı

ne oldu? mübarizənin gücləndirdiler? öz korrupsion klanlarini gücləndirdiler...

hele de beynəlxalq təşkilatların dünya ölkələrində korrupsiyanın səviyyəsi ilə bağlı illik hesabatlarında ölkəmizin adı Afrikanın geri qalmış ölkələri bir sırada çəkilir...

Link to comment
Share on other sites

halqın artıq korrupsiyaya dözmək halı yoxdur. korrupsionerləri dolandırmaq imkanı yoxdur ona görə bu tədbirlər görülməsə, xaos yaranacaq. Hörkümət yaxın zamanda qayda qanun yaratmalıdır, əks halda vəziyyət gərginləşəcək.

Link to comment
Share on other sites

Müsahibimiz ADP sədri [b]Sərdar Cəlaloğludur[/b].


[b]- Azərbaycanda narazıların baş qaldırmasına nə səbəb ola bilər? [/b]
- Bu, Azərbaycanda qiymətlərin qaldırılması ilə, əmək haqqının azadılması, polisin kiməsə qeyri-qanuni şillə vurması, prezidentin çıxışında hansısa səhvi ilə ola bilər. İctimai-siyasi hadisələr kuliminasiya nöqtəsinə çatıbsa, onda təkanverici faktor çox əhəmiyyətsiz bir şey ola bilər. Tunisdən sonra Misirdə 7 adam özünü yandırdı, amma orada Tunisdəki hadisələr baş vermədi. Bəzi ölkələrdə hakimiyyətin dəyişməsi bir nəfərin ölmü ilə baş verir. Bəzi ölkələrdə 10 min nəfər ölür, amma hakimiyyət dəyişmir. Ola bilər səhər durub görək ki, Azərbaycanda Tunisdəkindən də betər hadisələr baş verir. Səbəb qazın, suyun kəsilməsi də ola bilər.

[b]- Ara qarışsa, hakimiyyətə kim gələcək?[/b]
- Eyni ilə Azərbaycandakı kimi Tunisdəki siyasi liderlərin çoxu ölkədən xaricə sürgün olunub. Ona görə də orada yaranan hakimiyyət böhranı davam edir. Çünki xalqın tanıdığı siyasi qüvvələr çox dağınıqdır. Albaniya da bu dəqiqə eyni yolla gedir. Yəməndə də, Əlcəzairdə də çox güman ki, eyni şeylər olacaq. Korrupsioner rejimlər müxalifəti nə qədər istəməsələr də məcburdurlar ki, müxalifətin mövcudluğunu təmin etsinlər. Ən azı özlərinə qarşı olacaq xalq hərəkatlarına daha ağır nəticələr verməmək üçün.

[b]- Tarix göstərir ki, hər dəfə ara qarışanda hakimiyyətə fırıldaqçılar gəlir və ölkə yüz illərlə geri gedir. [/b]
- Azərbaycanın demokratik müxalifəti Tunisdəki qədər aşılanmayıb. Sıxışdırılıb, zəiflədilib. Amma bu siyasi qüvvələrin milli maraqlar tələb elədiyi vaxtda çox böyük sürətlə birləşmək ehtimalı var. Azərbaycan bir çox transmilli layihələrə qoşulub. Bu layihələrin arxasında qərb dövlətləri dayanıb. Ona görə də Azərbaycanda Tunisdəki, Albaniyadakı kimi hadisələrin kortəbii inkişafına imkan verilməyəcək. Belə proseslər gedən təqdirdə Amerika, Avropa pro-seslərin tənzimlənməsi istiqamətində üçüncü tərəf kimi çıxış edəcək.

[b]- Konkret olaraq kim gələcək hakimiyyətə?[/b]
- İndiki korrupsioner rejimin yerinə demokratik rejim gələcək.

[b]- Həmişə ara qarışanda hakimiyyətə əvvəlkindən də fırıldaqçısı gəlir.[/b]
- Əgər ara qarışanda fırıldaqçı gələcəksə, deməli, böhran davam edəcək. Qərb dövlətlərinin Azərbaycanda marağı olduğu üçün sizin dediyiniz kortəbii hadisələr Azərbaycanda olmayacaq.

[b]- Birdən yuxarıdakılar bir günün içərisində ağıllandılar və dedilər ki, bu gündən aşağıdan yuxarı rüşvət gəlməyəcək, aylıq haqlar qurtardı. Bu addımla çaxnaşmanın qarşısını almaq olar?[/b]
- Artıq bu rejim bu vəziyyətdən çıxa bilməz. Bunu hətta korrupsiyanın ən yüksək zirvəsində olan adamlar da etiraf ediblər ki, Azərbaycan dövləti çox ciddi təhlükəli gələcəyə doğru gedir. Hətta onlar öz ailələri naminə, öz şəxsi təhlükəsizlikləri naminə bu vəziyyətdən çıxmaq istəsələr belə, yaranmış situasiya buna imkan verməyəcək. Çünki bu korrupsiya bir nəfərin, beş nəfərin işi deyil. 100 minlərlə insan bu korrupsiyada iştirak edir. 100 min adam bilir ki, korrupsiyada iştirak edib, dövlət büdcəsini dağıdıb, bunlar bu məsuliyyəti başa düşürlər, ona görə də bu gün İlham Əliyev istəsə belə komanda istəməz ki, o, korrupsiyadan imtina etsin. Bu gün Azərbaycanda yaxşı yaşamağın, rifahın mənbəyi hakimiyyətdə olmaqdır. Oğurluq yolu ilə sən yaxşı yaşaya bilərsən. Onsuz Azərbaycanda bir addım da qabağa gedə bilməzsən.

[b]- Vəzirov, Mütəllibov, Elçibəy demokrat idi, onların vaxtında mərkəzləşdirilimiş korrupsiya yox idi. Niyə xalq onları devirdi?[/b]

- Kim idi demokrat?

[b]- Onların hakimiyyəti dövründə mərkəzləşdirilmiş korrupsiya var idi?[/b]

- Onların vaxtında başqa cür korrupsiya var idi.

[b]- Konkret danışaq, Elçibəyin vaxtında aşağılar yuxarılara hər ay rüşvət gətirirdi? [/b]

- O vaxt oğurlamalı bir şey yox idi. Dövlət büdcəsi cəmi 200 milyon manat idi. İndi isə bir binanın fasadına 200 milyon pul xərcləyirlər. Son illər neftdən gələn milyardlarla gəlir korrupsiyanın çiçəklənməsinə imkan verib.


[b]- Çıxış yolu nədir?[/b]

- İslahat. İslahat olmalıdır ki, ona qarşı olan qüvvələr zəifləsin. Mən demirəm ki, İlham Əliyev getsin. İlham Əliyev ölkədə antikorupsion islahat aparmağı bacarsa, o islahatlar özü getdikcə müqavimət göstərən qüvvələri zəiflədəcək. İslahatlar getməsə, inqilabdan başqa Azərbaycanda vəziyyəti dəyişə biləcək ikinci proses olmayacaq.

Hakimiyyətin çıxış yolu var ki, ölkədə normal islahatlar aparsın. Bu islahatlarda təbii ki, ilk növbədə onların özləri hakimiyyətdən qansız-qadasız uzaqlaşacaqlar. Dünya təcrübəsi göstərir ki, hətta kimlərsə cinayətlər ediblərsə belə, islahatlar yolu getsələr, onların gələcəyinə qarantiya olur. Kimlər ki axıra qədər dayanmağa cəhd edirlər, onların aqbəti Tunisdəkindən betər olacaq.

[b]- İlham Əliyev korrupsonerləri həbs eləməyə başlasa, yenə müxalifət korrupsionerlərin müdafiəsinə qalxacaq? [/b]

- Cinayətə qarşı mübarizə aparmaq lazımdır, cinayətkara qarşı yox. Korrupsiya bir epidemiyadır. Bir korrupsioneri uzaqlaşdırsaq, onun yerinə başqa korrupsioner gələcək. Korrupsiyaya qarşı mübarizə aparmalıyıq, korrupsionerə qarşı yox.

Link to comment
Share on other sites

[quote name='Bagban' timestamp='1297012319' post='8280619']

P.S. umumiyyetle rushvet almayan memur tanimiram.Hech olmazsa alinan rushvetden "konvertde" bir pay alir.
[/quote]


Bir neçə il bundan əvvəl məşhur Amerikalı həkim Maykl Debeyki Azərbaycanın paytaxtına gəlir və bir neçə böyük layihələri birgə həyata keçirməkdə razılaşır.

Bakıdakı Amerikan səfir dərhal həkimi xəbardar edir: “ Bəs siz qorxmursunuz? Axı, burada elə korrupsiya var ki !”

Debeyki sadəcə əlini yellədərək deyir: “ Sizin adlandırdığınız korrupsiya burada milli adətdir”.

Link to comment
Share on other sites

[quote name='Krot' timestamp='1296994309' post='8279195']
Sinqapurda dövlət işçilərin əmək haqlari dünyada ən yüksəkdir. Nəticə: http://www.econom-teor.ru/st_15.htm
[/quote]
Bu cedvelde ne ise problem var diyesen, bele cixir ki Gurcustanda rusvetxorluq bizden yuksekdir ?

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1296898761' post='8272853']
Baş prokuror Zakir Qaralov deyir ki

«Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, başqalarından belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun»

Siz ona inanirsiz? "biz ozumuzden" deyende kimi nezerde tutur?

Siz korrupsiya garshi bu "korrupsioner xaç-atalarin" bashladiglari çakma mubarizeye inanirsiniz?

Esas korrupsionerler kimlerdi?
[/quote]

Gərək ki, Zakir Qaralov öz özünə qarşı cinayət məcəlləsinin müvafiq bəndləri ilə bağlı ittiham qaldırsın və könüllü surətdə hər işlətdiyi cinayət işini təsdiq etsin.

Rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün, ilk növbədə öz qanunumuzu mükəmməl surətdə bilməliyik. Çox məqamlarda bu insanın köməyinə gəlir. Düzdür, bəzi məqamlarda özündən razı rüşvətxorlar get kimə şikayət edirsən et deyirlər. Onda bütün instansiyalara yazmaq lazımdır. Bunun üçün, ilk növbədə qanunumuzu öyrənək.

Link to comment
Share on other sites

Salam Alekum ve rehmetullah ve bereketuhu ! ! Gardashlar menim Fikrimce Korupciya bizim tek zeif yerimiz deil, mence bizim hamimizin Formata ehtiyaci var ! ! cox shey deishmemelidi! ! BIZ DEYISHMELIYIK ! ! mence meni duz basha dushduz .

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1297015104' post='8280924']
Müsahibimiz ADP sədri [b]Sərdar Cəlaloğludur[/b].
[/quote]

Bura qeder yaxwi gelirdiniz bacim... gizildish

Movzu ile baqli tebii ki, qelbinde Allah qorxusu olmayan insan reuwvet de alacaq, hetta ruwvet vermeyeni incidecek de. Men wexsen inanmiram ki, Zakir Qaralovun bu asksiyasi korrupsiyanin qarwisini alacaq. Eksine bu yeni korrupsiya menbeyi olacaq - yani hemiwe olduqu kimi

Link to comment
Share on other sites

Sabahınız xeyir...
Bu son günlərədə dəhşət dəyişikliklər baş verir.
QAİ qətiən rüşvət almır...Son günlər yolun kənarında dayanıb çubuqları ilə pul qazanan QAİ-yə heç rast gəlmirəm. İş yoldaşım nömrəni başqa addan öz adına dövlər rüsümunu ödəyərək keçirdib. 44 man səhv etmirəmsə...Nəzərə alsaq ki, bu işin tası 200-300 man idi.
Gömrük insanları şoka salıb... qeyri rəsmi rüsüm (rastamoşka) 1500-2000 azaldılıb.

Bu nə deməkdir. Yeni oyundur? Yoxsa rüşvətsiz Azərbaycana doğru ilk addımlar?

Link to comment
Share on other sites

[quote name='roly-poly' timestamp='1297229847' post='8301661']
Sabahınız xeyir...
Bu son günlərədə [b]dəhşət[/b] dəyişikliklər baş verir.
QAİ qətiən rüşvət almır...Son günlər yolun kənarında dayanıb çubuqları ilə pul qazanan QAİ-yə heç rast gəlmirəm. İş yoldaşım nömrəni başqa addan öz adına dövlər rüsümunu ödəyərək keçirdib. 44 man səhv etmirəmsə...Nəzərə alsaq ki, bu işin tası 200-300 man idi.
Gömrük insanları şoka salıb... qeyri rəsmi rüsüm (rastamoşka) 1500-2000 azaldılıb.

Bu nə deməkdir. Yeni oyundur? Yoxsa rüşvətsiz Azərbaycana doğru ilk addımlar?
[/quote]


Agibetiniz xeyir,


dogrudan dəhşətdir...

adam bele stressden xesteliye düşe biler....:)

Link to comment
Share on other sites

[quote name='roly-poly' timestamp='1297229847' post='8301661']
Sabahınız xeyir...
Bu son günlərədə dəhşət dəyişikliklər baş verir.
QAİ qətiən rüşvət almır...Son günlər yolun kənarında dayanıb çubuqları ilə pul qazanan QAİ-yə heç rast gəlmirəm. İş yoldaşım nömrəni başqa addan öz adına dövlər rüsümunu ödəyərək keçirdib. 44 man səhv etmirəmsə...Nəzərə alsaq ki, bu işin tası 200-300 man idi.
Gömrük insanları şoka salıb... qeyri rəsmi rüsüm (rastamoşka) 1500-2000 azaldılıb.

Bu nə deməkdir. Yeni oyundur? Yoxsa rüşvətsiz Azərbaycana doğru ilk addımlar?
[/quote]

Xosh heber olasan Gardash ! :aappll: eger bela davam ederse ve bir sira organlarda da bele veziyet olsa cox gozel olardi.. heyat deyishiler ee .. amma gorhuram bunlar hamisi 1-2 ayligdi... :hmmm:

Link to comment
Share on other sites

[quote name='roly-poly' timestamp='1297239619' post='8303095']
Mənimde qorxum odurdaaa...
Sonra ac canavar yem axtaracaq...tutduğunu parçalayacaq. ))))
[/quote]
vay vay bax o zaman bashlayacax ... B) amma bizim millet en Dozumlu Miletdi axi :)

Link to comment
Share on other sites

Deyirəm maşallah xeyli bayramımız var. Nolar ki, ilin bir günü ayrılsın "insan bayramı" keçirək.

Məsələn səhər durub yuyunub təzə paltarımızı geyinib işə gedək. Həmin gün hansı dövlət idarəsinə gediriksə üzümüzə gülüb işlərimizi qanuni həll eləsinlər. Heç kim rüşvət almasın həmin gün. Müəllimlər yaxşı dərs keçsin. Yeri zibilləməyək. Həkimlər xəstələrə bir az qayğı göstərib pulsuz müalicə eləsin. Gömrükdə şar bayraq asaq, tirlər rüşvətsiz girsin. Vergidən dükanlara çay içib problemlər haqqında maraqlanmağa gəlsinlər.

Nə bilim uzatmaq olar, yəni bizim vətəndaş da ilin bir günü özünü Avropada hiss eləsin. Elə bil hamını Avropaya Amerikaya bir günlük səyahətə aparaq. Nəsə belə bir bayram keçirək.

Necə fikirdir?

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1297246693' post='8304268']
Deyirəm maşallah xeyli bayramımız var. Nolar ki, ilin bir günü ayrılsın "insan bayramı" keçirək.

Məsələn səhər durub yuyunub təzə paltarımızı geyinib işə gedək. Həmin gün hansı dövlət idarəsinə gediriksə üzümüzə gülüb işlərimizi qanuni həll eləsinlər. Heç kim rüşvət almasın həmin gün. Müəllimlər yaxşı dərs keçsin. Yeri zibilləməyək. Həkimlər xəstələrə bir az qayğı göstərib pulsuz müalicə eləsin. Gömrükdə şar bayraq asaq, tirlər rüşvətsiz girsin. Vergidən dükanlara çay içib problemlər haqqında maraqlanmağa gəlsinlər.

Nə bilim uzatmaq olar, yəni bizim vətəndaş da ilin bir günü özünü Avropada hiss eləsin. Elə bil hamını Avropaya Amerikaya bir günlük səyahətə aparaq. Nəsə belə bir bayram keçirək.

Necə fikirdir?
[/quote]

Gardash sen bizi lap bir anlig nagillar alemine goturdun ee :)

Link to comment
Share on other sites

men deyirem ki korrupsiyanı yalnız bu hökümetin deişmegile yox etmek olar...

Çünki indiki hökümet rüşvetin üstünde qurulub...


ingilabsiz zadsiz istefa versinler getsinler, yeni hökümet gurulsun..

siz ne deyirsiz?

Link to comment
Share on other sites

men deyirem ki 1966 ilde Heyder Eliyev Azerbaycan taxtina sovet rejimi terefinden ele ona gore otuzdurulmusdu ki o korrupsiya ile mubarize aparsin..

lakin mehz o hakimiyyete gelenden sonra korrupsiya Azerbaycanda zencirvari shekilde ele quruldu ki bu zenciri girmag mumkun olmur, zencirin bir ve ya iki halgasi chixatmagla korrupsion sistemi yixmag imkansizdi ve sonuncda bu "varis" hakimyyetden hansisa bir mubarize qozlemek sadelovlukdur....

siz ne deyirsiz?

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1297258919' post='8306609']
men deyirem ki korrupsiyanı yalnız bu hökümetin deişmegile yox etmek olar...

Çünki indiki hökümet rüşvetin üstünde qurulub...


ingilabsiz zadsiz istefa versinler getsinler, yeni hökümet gurulsun..

siz ne deyirsiz?
[/quote]

Hami bunu isteyir... Ingilab olmasin, gan tokulmesin, kuchelere chixmayag, hech kimin bashi yarilmasin.
Hakimiyyet papagini gabagina goyub fikirleshsin, ereb dunyasinda bash veren son hadiseleri analiz etsin, basha dushsun ki , bele rejim evvel axir sokmelidir, bunun axiri yoxdur, bele feodal usullarla 10 il,15 il, 20-30-40 il hakimiyyetde galmag olar, amma evvel axir biabir olub, hormetsiz olub olkeden gachmali olacagsan.
Ne etmeli? hadiseleri gabaglamag lazimdir...Her nazirlikden 10-15 adami ishden govmagla gozden perde asmag olar, amma cammat da 15-20 il bundan evvelki camaat deyil, hami gazdan ayigdir, derhal basha dushur ki, bu muveggeti ishlerdir.

Veziyyeti dogrudan da deyishmek uchun en yuksek rutbeli shexsler istefaya gonderilmelidirler. Chunki bu sisteme canla - bashla xidmet edenler - ozlerini rushvet sisteminde suda balig kimi hiss edenler , ele bu sistemin idea muellifleri vezifede galdigca hech ne deyishmeyecek. Bu adamlari potensiali tamam bashga sahede ozunu tam gosterir. onlar ferasetlidirler, ish bacarandirlar, deleduzlugda taylari beraberleri yoxdur, onlarla ne desen etmek olar-tek islahat kechirmekden bashga.

Tam yeni bir komanda, yeni ideyalarla, yeni programla gelib islahatlara bashlamalidir...hech kimde demesin bizde bunlari evez ede bilecek adamlar yoxdur... Getse yerine kim gelecek? Problem ondadir ki, biz derhal Isa Gember, Eli Kerimli, Resul Guliyevi fikirleshirik. Rusiyada 11-12 il evvel Putini taniyan yox idi..Yelsinden sonra Yavlinskiy,Zuganov, Primakov, daha kimlerin adlari chekilirdi...eyni shey Gucustanda..Shevardnadzeden sonra Jvaniya, Iolisiani, Burcanadze ve s. adlari chekilirdi,hemin vaxt Saakashvili Amerikada telebelik edirdi...

Link to comment
Share on other sites

[quote name='roly-poly' timestamp='1297229847' post='8301661']

QAİ qətiən rüşvət almır...

Bu nə deməkdir. Yeni oyundur? Yoxsa rüşvətsiz Azərbaycana doğru ilk addımlar?
[/quote]

4-5 il bundan evvel QAI ishchilerinin maashini galdirib 700 manat elediler. Bundan sonra QAI bir neche ay rushvet almagdan ozunu saxladi. Sonra bashladi ne bashladi. Eger buna geder 1 shirvanla yola vermek olurdusa sonra 5 shirvandan ashagi pul almadilar.

Link to comment
Share on other sites

[quote name='rovshan223' timestamp='1297275304' post='8308691']
Hami bunu isteyir... Ingilab olmasin, gan tokulmesin, kuchelere chixmayag, hech kimin bashi yarilmasin.
Hakimiyyet papagini gabagina goyub fikirleshsin, ereb dunyasinda bash veren son hadiseleri analiz etsin, basha dushsun ki , bele rejim evvel axir sokmelidir, bunun axiri yoxdur, bele feodal usullarla 10 il,15 il, 20-30-40 il hakimiyyetde galmag olar, amma evvel axir biabir olub, hormetsiz olub olkeden gachmali olacagsan.
Ne etmeli? hadiseleri gabaglamag lazimdir...Her nazirlikden 10-15 adami ishden govmagla gozden perde asmag olar, amma cammat da 15-20 il bundan evvelki camaat deyil, hami gazdan ayigdir, derhal basha dushur ki, bu muveggeti ishlerdir.

Veziyyeti dogrudan da deyishmek uchun en yuksek rutbeli shexsler istefaya gonderilmelidirler. Chunki bu sisteme canla - bashla xidmet edenler - ozlerini rushvet sisteminde suda balig kimi hiss edenler , ele bu sistemin idea muellifleri vezifede galdigca hech ne deyishmeyecek. Bu adamlari potensiali tamam bashga sahede ozunu tam gosterir. onlar ferasetlidirler, ish bacarandirlar, deleduzlugda taylari beraberleri yoxdur, onlarla ne desen etmek olar-tek islahat kechirmekden bashga.

Tam yeni bir komanda, yeni ideyalarla, yeni programla gelib islahatlara bashlamalidir...hech kimde demesin bizde bunlari evez ede bilecek adamlar yoxdur... Getse yerine kim gelecek? Problem ondadir ki, biz derhal Isa Gember, Eli Kerimli, Resul Guliyevi fikirleshirik. Rusiyada 11-12 il evvel Putini taniyan yox idi..Yelsinden sonra Yavlinskiy,Zuganov, Primakov, daha kimlerin adlari chekilirdi...eyni shey Gucustanda..Shevardnadzeden sonra Jvaniya, Iolisiani, Burcanadze ve s. adlari chekilirdi,hemin vaxt Saakashvili Amerikada telebelik edirdi...
[/quote]

Gardash amma susmaglda bir shey cixmaz bu bir realligdi..Cunki baxin Ukrayna ve Georgia da oldu nese deyishdi ?? men duzun inanmiram ki Azerbaijan da Saakashvili kimi bir memurlar cixsin ... ola bilmez bele shey hec vaxt ! ! bizde bashga cur du .. Kok cox dibe getmish..

Link to comment
Share on other sites

«Azərbaycanda [b]korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına [/b]qarşı ən ciddi tədbirlər görülməlidir».

Bunu Baş prokuror Zakir Qaralov fevralın 4-də Respublika Prokurorluğunda keçirdiyi kollegiya iclasında deyib

guluncdu...

her bolgenin en sefali en gozel yerlerinde Icheri Sheher galasi kimi villalar tikdiren nazirlerimize qarşı nə ciddi tədbirlər görüləcek?? villalari sokecekler yoxsa dovlet onlari elinden alib orda kitabxanalar / mektebler / medeniyyet evleri achacag?

Xezerin sahilinde yer galmadi, hamisini tutub hasarlayiblar, ne imaretler, cennet baglari tikirler orda - bes bu dəbdəbəli həyat tərzi keçirilməsinin faktları deyilmi?

Link to comment
Share on other sites

Mene ele gelir ki,korrupsiyaya garshi effektiv tedbirleri heyata kecirmek ucun dovlet strukturlari ile elagesi olmayan mustegil bir gurum yaratmag lazimdir ve bu guruma olkede az-cox nufuza malik insanlar celb olunsa muyyen bir netice elde etmek mumkundur.Goy bu gurum butun dovlet memurlarindan gelirleri hagda deklarasiya teleb etsin.Men size deyim ki,eger hegigeten bu meselede onlar hansisa yuksek vezifeli memurun deklarasiyada gosterdiyi 3 otagli"Xrushshovka" ve 7-ci model vaz markali mashinin menbeyini yox,onun hegigetde yashadigi 5 milyon manatlig villasinin,butun aile uzvlerine mexsus ev ve avtomashin parkinin,butun gohum-egrabasinin malik oldugu var-dovletin menbeyini arashdiranda ve ganunla nezerde tutulmush muvafig tedbiler gorende coxlarini goylerden yere endirecek.Dovletde vezife almish bezileri basha dushecekler ki,daha evvelki kimi ishlemek yaramaz.Onlar bir defelik anlayacaglar ki,telenin sahibi gec-tez gayidacag.

Link to comment
Share on other sites

[quote name='Konfutsi' timestamp='1297347731' post='8316770']
Goy bu gurum butun dovlet memurlarindan gelirleri hagda deklarasiya teleb etsin.[/quote]

nece teleb elesin, axi hansi ganuna esaslanarag teleb ede bilerler?

hele de bu ganun MM terefinden tesdiglenmeyib

Link to comment
Share on other sites

"Tarqovıda" dəmir qəfəs qoyub rüşvət alan məmuru ora salıb 3 gün millətin gözünün qarşısında saxlamaq lazımdır .Həmdə burdan gəlirdə əldə etmək olar .Tamaşaçılara bilet satmaq yoluyla ....

Əlbətki utopiyadır , amma əla effekt verərdi .. :huhh:

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 72 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 97 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 135 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 54 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...