Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dəccali Sistem Masonluqdur


Recommended Posts

Picture
Allahın inkar etmək üçün ortaya çıxmış, insanlara Allah qarşısında məsuliyyət daşımayan nəzarətsiz heyvan olduqlarını təlqin edən, hər şeyin təsadüflərlə meydana gəldiyi iddiasını kütlələrə yayan və təbii seçmə iddiası ilə bütün dünyaya zəiflərin yox olması, güclülərin isə həyatda qalması düşüncəsini yayaraq XX əsrin əvvəlindən etibarən bütün dünyanı zülmə, degenerasiyaya, soyqırımlara, müharibələrə sürükləyən təkamül nəzəriyyəsinin əsl qoruyucusu, əsl dəstəkləyəni masonluqdur.

[b]Təkamül nəzəriyyəsini bugünkü formada irəli sürən və bu yalanın insan kütlələrinə yayılmasında təşəbbüskar olan Çarlz Darvinin babası Erasmus Darvin Şotlandiyada, 2 saylı Kanonqeyt Kilvininq lojasına aid məşhur masondur. Çarlz Darvin də babası ilə eyni lojadandır və 27-ci dərəcədən masondur. Çarlz Darvinin qardaşları da masondur.[/b]

Darvinin fikirlərinin yayılmasından sonrakı 150 il boyu bütün dünyada Allaha inamın zəifləməsinin, ateistlərin çoxalmasının, dünyanın böyük qarışıqlıq və degenerasiyanın içinə girməsinin, dünya müharibələrinin baş verməsinin, cəmiyyətdə nifrət və qəzəbin yayılmasının, kütləvi qırğınların, cinayətlərin çoxalmasının, soyqırım, irqçilik kimi cəmiyyəti fəlakətə aparan fikirlərin yayılmasının səbəbi bu yalanın masonik Darvinist diktatorluq idarəsi altında dünyanın hər təbəqəsinə, məktəblərə və dövlət idarəçiliyinə yerləşməsidir.

Qaniçən kommunist və faşist liderlər Darvinin təkamül nəzəriyyəsinə olan bağlılıqları və heyranlıqları ilə məşhurdurlar. Bu şəxslər dünyada fitnə, qarışıqlıq, zülm sistemi qurarkən özlərinə təkamül nəzəriyyəsini mənbə seçdiklərini bildirməkdən əsla çəkinməyiblər. Bundan əlavə, sözügedən qaniçən liderlərin hamısı masondur.

Kütlələri qana bulayan kommunizmin banisi Karl Marks Darvinin kitabı “Növlərin Mənşəyi” ilə bağlı “Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab elə budur” deyərək özünə Darvinin təkamül nəzəriyyəsini əsas götürdüyünü açıq şəkildə ifadə etmişdir. Marks Alman Qrand Orient lojasına aid 32-ci dərəcəli masondur. Ateist olması ilə tanınan Marks yəhudi əsilli olmasına görə həmişə narahat olmuş və “Yəhudilərsiz Dünya” adlı kitabından Musəvilərə və Allah inancına olan qəzəbini açıq şəkildə ifadə etmişdir.

Marksın fikirlərini özlərinə əsas götürmüş və Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqları ilə tanınan milyonlarla insanın qətlinə səbəb olmuş Lenin və Stalin də eyni şəkildə masondur. Lenin Qrand Orient lojasına, Stalin isə Gül Xaç lojasına aid masondur. Stalin 60 milyon insanın həyatını itirməsinə səbəb olduğu təxmin edilən hakimiyyəti boyu təkamül təbliğatına böyük əhəmiyyət vermişdir. Tərcümeyi-halında bu sözlər yer alır:

Məktəblərdəki şagirdlərimizin zehnini yaradılış fikrindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Yerin yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini.

Kommunist İnqilabının Leninlə birlikdə digər banilərindən biri olan Leon Trotski isə “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” şərhini vermiş digər Darvinistdir. Leon Trotski eyni zamanda Qrand Orient lojasına aid masondur. Trotski Rusiyadan sürgün edilərək Cənubi Amerikada məskunlaşdıqdan sonra Latın və Cənubi Amerika bölgələrində Qrand Orient lojalarının birləşdirilməsi vəzifəsini həyata keçirmişdir. Bu günə qədər Kuba da daxil olmaqla Cənubi Amerikadakı kommunist qiyamların hamısı bu lojalar tərəfindən təşkil edilmişdir.

Eyni şəkildə Çin kommunizminin banisi Mao Tse Tunq da “Çin sosializminin təməlinin Darvinə və təkamül nəzəriyyəsi üzərində bina edildiyini” açıq şəkildə bildirmiş qaniçən kommunist liderdir və Mao Tse Tunq da Qrand Orient lojasına aid masondur. Mao Tse Tunqun Darvinə əsaslanan Çin sosializmi tarixin ən repressiyaçı və qanlı rejimlərindən biridir. O dövrdə Çin saysız-hesabsız siyasi edama səhnə olmuşdur. Sonrakı illərdə isə Maonun “Qızıl Mühafizəkarlar” adlandırdığı gənc hərbiçilər ölkəni əsl terror məkanına çevirmişdilər. Çin hələ də eyni kirli kommunist sistemin təsiri altında eyni qanlı diktatorluğunu davam etdirir. Son dövrlərdə Çində Uyğur türklərinə tətbiq edilən ən böyük soyqırımı və ardından qorxunc edamlar Maonun öz ifadəsilə Darvinin təkamül nəzəriyyəsinə əsaslanan, eyni batil və kirli masonik sistemin təsirinin davam etdiyini açıq şəkildə göstərir.

Bu şəxslərin hamısı Darvinist və masondur. Bu şəxslər Quran, Tövrat və İncilə qarşı olan, Allaha təkəbbür göstərən dəccal komitəsidir.

Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsizliyə, müharibələrə sürükləyən Darvin , onun məsləhətçisi olan babası Erasmus Darvin, milyonlarla insaın ölümünə səbəb olan və Darvinizmi dəstəkləyən kommunist ideologiyanın qaniçən liderləri yüksək dərəcəli masonlardır. Bu gün heç bir elmi dəlili olmamasına baxmayaraq təkamül nəzəriyyəsi bütün dünyada qanunlarla qorunur və dəstəklənir. Gənclər bu batil nəzəriyyəni öyrənmək, müəllimlər də müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinə qarşı çıxanlar dərhal vəzifələrindən azad edilir, susdurulurlar. Çünki dünyanı qana bulayan, cəmiyyətə dinsizliyi aşılamağa çalışan bu batil ideologiya dəccalın, yəni masonluğun ən mühüm qalasıdır. Qaniçən kommunist və faşist liderlərin bu nəzəriyyəyə möhkəm bağlı olduqları və Darvinin təlimlərini tətbiq edərək milyonlarla insanın qanını tökdükləri nəzərə alındıqda, bu[b] dəccal [/b]komitəsinin dünya səviyyəsindəki təsiri başa düşülür.

Link to comment
Share on other sites

Yenə də müsəlman konspiroloqlar aləmi qatıblar bir-birinə :D Darvin, masonlar, kommunistlər, nasistlər... Sən demə masonların dünya çaplı silahı elə təkamül nəzəriyyəsi imiş :D Tipik harun yahyanın "Yəhudilik və masonluq" tipli əsərindəndir.

Hörmətli konspiroloqlar, çox sual vermək istəmirəm, amma siz bilirsiniz ki, mason inancında Kainatın Böyük Arxitektoru var? :devil:

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1301938950' post='8740379']
Sene masonlugun neyi lazimdirsa memnuniyyetle cavablandiraram,,qorxuram cavablarim seni ozun haqqinda subheye sala....[/quote]
Не утрируй...

Yuxarıda sual verdim Kainatın Böyük Arxitektoru haqqında - cavab verin.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1301941120' post='8740692']
xaiş elesən cavab vererəm...tonnu cavab istemek ele istemeyində qalacaq...[/quote]
Bu da yeni taktikadır? :) "tonnu" nə deməkdir? Xahiş edirəm azərbaycan dilində danışın :)

Link to comment
Share on other sites

Post #3... Yəqin sualı oxumadınız...

P.S. siz neçə gündür ki, mənə "sən" deyirsiniz, amma mən heç bunu üzə vurmuram. Sizə də "sən" demirəm. Çünki müraciət mədəniyyəti var. Bağışlayın, amma "tonnu", "zonnı" sözlərin anlamıram. Sualı da normal tərzdə verdim. Cavabınızı gözləyirəm.

Link to comment
Share on other sites

O, xahiş edirəm, uzun-uzadı propaqandist kopi-peystlər etməyin. Masonluq tarixini saytlarda tonlarla oxumaq olar.

Sual konkret idi - [b]masonluqda Kainatın Ali Arxitektoru var ya yox? Yəni başqa dillə desək, Ali Varlıq, Ali Şüur, Yaradan var ya yox?[/b]

Qısa və konkret cavab verin, lütfən.

Link to comment
Share on other sites

Niyə sualdan qaçırsınız? Təsəvvür edin ki, mən masonluqdan heç nə bilmirəm. Bir ekspert kimi mənim sadə suallarıma cavabı sizdən xahiş edirəm. Özünüz söz verdiniz ki şəxsən cavablandıracaqsınız. :)

Bir daha təkrar edirəm:

1) Masonluqda Kainatın Ali Arxitektoru anlayışı var ya yox?
2) Deyirsiniz Kabbalaya söykənir. Kabbalada da Ali Şüur, Varlıq, Yaradan var ya yox?

Bu çox sadə suallardır. Sadəcə deyin "bəli" ya ya "xeyr". Əgər çətinliyiniz varsa, onda heç olmasa deyin görək masonluğun hansı qolunda və ya qollarında Ali Varlığa inanc yoxdur.

Buyurun, gözləyirəm.

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1301945609' post='8741518']
Niyə sualdan qaçırsınız? Təsəvvür edin ki, mən masonluqdan heç nə bilmirəm. Bir ekspert kimi mənim sadə suallarıma cavabı sizdən xahiş edirəm. Özünüz söz verdiniz ki şəxsən cavablandıracaqsınız. :)

Bir daha təkrar edirəm:

1) Masonluqda Kainatın Ali Arxitektoru anlayışı var ya yox?
2) Deyirsiniz Kabbalaya söykənir. Kabbalada da Ali Şüur, Varlıq, Yaradan var ya yox?

Bu çox sadə suallardır. Sadəcə deyin "bəli" ya ya "xeyr". Əgər çətinliyiniz varsa, onda heç olmasa deyin görək masonluğun hansı qolunda və ya qollarında Ali Varlığa inanc yoxdur.

Buyurun, gözləyirəm.
[/quote]

Umumiyyetle dindarlardan konkret cavab almaq cetin meseledir... Men size meslehet gorerdim konkret suallarla yetinmeyin, variant kimi konkret cavablar da yerlesdirin... belke onda bir sey alindi... musulman:

meselen bu cur )))

[quote name='JardeL' timestamp='1301513219' post='8697003']
Size bir sualim var:

[b]-Eger butun emellerin duzdurse, amma hec bir dine mensubluqun yoxdursa, bu halda cennete dusmek mumkundurmu ???[/b]

variantlar: [color="#4169E1"]1)[/color] mumkundur [color="#4169E1"]2)[/color] mumkun deyil [color="#4169E1"]3)[/color] bilmirem [color="#4169E1"]4)[/color] bilmirem, amma daha elmli mominlerden oyrenib, deyerem

p.s. Islamda bu sualin cavabi necedir...kiminse wexsi fikirleri maraqli deyil. Xahis edirem suala konkret cavab veresiniz.
[/quote]

hetta men bundan sonra da helem konkret cavab almamisam :( umid edirem sizde neise alinar...

Link to comment
Share on other sites

İslami_Nur, hələ ki, yazdıqlarınızdan belə görürəm ki, masonluq haqda bilikləriniz elə Sultan Məmmədovun kitabı ilə məhdudlaşır :) Mən əlavə şeylər yazmayacam, elə sizin yazdırlarınıza istinad edəcəm.

Deməli dediklərinizdən belə nəticələr hasil olur ki,

1) [b]Şeytana [/b]sitayiş edirlər.
2) Qədim Misir kahinləri də [b]Misir allahlarına[/b] inanan və ibadət edən adamlar idi.
3) Sehrbazlıq və magiya birmənalı olaraq [b]qeybə[/b], ruhlar aləminə, cin və şeytanlara bağlı fenomendir.
4) Sitat kimi gətirdiyiniz mason qadınlar andında [b]Kainatın Böyük Arxitektorunun[/b] adı çəkilir.
5) Kabbala deyir ki, [b]Allah [/b]dunyani 22 yehudi elifbasindan ve sefirot adlanan 10 baslangic reqemlerden yaradib.
6) Ezoterik təşkilatlar da [b]qeyblə bağlı inancları[/b], simvolikası və ritualları olan təşkilatlardır.

İndi səmimi deyin, [b]bütün bunlara inanan və sitayiş edən adamlar materialistdir[/b]? [b]Şeytana inanıb sitayiş edən ideologiya materialist ideologiyadır? [/b]

Link to comment
Share on other sites

Yenə də Sultan Məmmədovun kitabından tələm-tələbeeeeep kopi-peyst etdiniz. Mən elə bilirdim ki, ora qaçıb Arxitektor haqda həmin abzasları tapıb yazacaqsınız. O müəllif də elə sizin kimi bisavaddır. "Kainatın Ulu Arxitektoru" anlayışı [color="#ff0000"]by default and by definition[/color] [color="#000000"]fövqəltəbii yaradıcı qüvvənin olmasınız nəzərdə tutur. Bunun materialist düşüncə olmasını iddia etmək - SAVADSIZLIQ və "məna fırlatmaqdır"[/color]...

SÖZLƏRİNİZİN DALINDA DURUN. Siz yuxarı postda (#20) yazdınız ki, masonlar [b]Şeytana sitayiş edirlər[/b]. Yazdınız ya yazmadınız? Sonra Misir rahiblərini misal çəkdiniz. Onlar da [b]allahlara[/b] sitayiş edənlər idi. Kabbalanı da ortaya atdınız. Kabbalanı isə məhz [b]Tövratın [/b]sirli məqamlarının açılışı və [b]yəhudi mistisizminin[/b] təcəssümüdür. Sionizm fəlsəfəsi də [b]iudaizmdən [/b]qida alır - bunu bilmirdiniz? Bilmirsiniz ki Sion nədir?

Mən sizdən yenə soruşuram - [b]Şeytana inanan və sitayiş edən ideologiya materialist ideologiyadır[/b]?

Link to comment
Share on other sites

[quote name='JardeL' timestamp='1301947354' post='8741808']
Umumiyyetle dindarlardan konkret cavab almaq cetin meseledir... Men size meslehet gorerdim konkret suallarla yetinmeyin, variant kimi konkret cavablar da yerlesdirin... belke onda bir sey alindi... musulman:

meselen bu cur )))



hetta men bundan sonra da helem konkret cavab almamisam :( umid edirem sizde neise alinar...
[/quote]

Səhv etmirəmsə mən iki dəfə sizə cavab vermişəm.
Əgər beyninizdəki cavabı gözləyirsinizsə bağışlayarsınız.

Link to comment
Share on other sites

Yenə də bir yığın söz, hamısı da su...

Şeytan, Ali Arxitektor, Kabbaladakı Ali Varlıq a priori o deməkdir ki, bunları rəhbər tutan ideologiya materialist ola bilməz. Yəhudilik və Kabbalaya da söykənən sistem materialist ola bilməz a priori. Çünki orda da Ali Varlıq və Şüur var. Deməli, bu klassik dini atributikaya malik ideologiyadır. Əgər digər dinlərə qarşı mübarizə aparılırsa, bu ona görədir ki, bir dini sistem digərini sıxışdırıb çıxarmaq istəyir. Bu sırf dinlərarası mübarizədir. Mason simvolikasındakı göz də Ali Memarın gözüdür. Materializm isə [color="#ff0000"]by definition[/color] fövqəltəbii varlıqlara inamı rədd edir. Deməli, masonluğun canında materializmin olmasını iddia etmək kökündən səhvdir.

Müsəlmanlar "Kurtlar vadisi" serialını çox sevirlər. Hətta orda Mehmet Karahanlının öldürülməsi səhnəsində [b]Bafometin [/b]adı çəkilir, kutsal Tanrı haqda söhbət gedir. Bu insanlar öz Tanrıları adına müqəddəs missiya yerinə yetirdiklərini iddia edirlər. Siz bu tanrını qəbul etmirsinizsə, öz işinizdir. Onlar dinsizliyi yaymır, sadəcə öz dinlərini yayarkən sizin dini məhv etmək istəyirlər. Bunun da materializmlə heç bir əlaqəsi yoxdur :morqqqq:

Link to comment
Share on other sites

Sultan Məmmədovun kitabı başdan-ayağa kopi-peystdir. Mən Qeorqi Klimovun və Oleq Platonovun kitablarını oxumuşam. İkisi də anti-semit başdan xarablardır. Sadəcə bir kateqoriya populist yazıçı var - elə hey masonların Rusiyaya qarşı olmaları, Rusiyanın yəhudilər tərəfindən çökərdilməsi haqda yazırlar. Rusiyaya qarşı masonic conspiracy haqda yazırlar. Bir də var onların ekiz qardaşları - müsəlman konspiroloqları. Onlar da "Rusiya" sözü yerinə "İslam dünyası" istifadə edirlər. Bir də var xristian konspiroloqlar. Elə hamısı bir-birinin tayıdır. Öz daxili problemlərini görmür, boynuna almır, elə ancaq düşmən axtarır. Guya bütün problemlərdə hansısa masonlar günahkardır.

Düşüncəli adam odur ki, müxtəlif kitabları oxusun, sonra da komparativ analiz apararaq özü üçün nəticələrə gəlsin. Anti-semit populistlərin kitabların oxuyan və kor-koranə qəbul edən isə elə onlar kimi panikyor və qaragürühçu olur...

Link to comment
Share on other sites

[quote name='Ole_Lukkoye' timestamp='1301983703' post='8743726']
Səhv etmirəmsə mən iki dəfə sizə cavab vermişəm.
Əgər beyninizdəki cavabı gözləyirsinizsə bağışlayarsınız.
[/quote]

Ola biler gormemisem...baqislayin...Zehmet olmasa linki gondererdiniz, oxuyardim.

Xeyir, men beynimdeki cavabi gozlemirem, mene hec sizin beyninizdeki cavab da lazim deyil...men quranda nece yazildiqini bilmek isteyirem daldandanishan

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1302010923' post='8748309']
Şokdayam...sene sozum yoxdu hami agilsiz oldu birce senden basqa...Allah seni hidayet etsun InsAllah...Sen dogurdan masonluq ve hal hazirki durumu ve o cumleden dunyada etdikleri prosesleri duzgun ve dogru izleye bilmirsen...Rokfeller ailesinden kimleri taniyirsan,???onlar haqqinda ne bilirsen??soros-lardan ne bilirsen??coooooox maraqlidir mene cavablarin[/quote]
:D

Əlbəttə, siz - Azərbaycanda oturan sıradan bir adam konspirologiya üzrə bir-iki kitab oxuyub dünyadakı prosesləri, Rokfeller və Soros ailələrini çox gözəl tanıyırsınız.

Əgər gizli təşkilatlar belə gizlidirsə və onların bu qədər böyük planları varsa, niyə bu hamıya məlumdur? İnternetdə tonlarla məlumat var, kitablar çap olunur, onların bütün daxili nizamnamələri, simvolikası, metodları hamıya məlum olur. Sizə gülməli gəlmir ki, sizin kimi sıravi vətəndaşlar çayxanada oturub dostları gizli təşkilatlar haqqında bilgi bölüşür? :D

Əslində isə siz daha dərin şeyləri görmürsünüz. Əsl güc, təşkilat, qüvvə çox dərindədir. Əsl həqiqətlər dərindədir. Və onların masonlarla heç bir əlaqəsi yoxdur. O həqiqəti qorumaq üçün isə bir yalan uydurulur - pərdə. Üzdə olan bütün bu mason söhbətləri sadəcə pərdədir. Sizin kimi insanlara atılmış bir oyuncaq. Simvolika, andlar, qalaq-qalaq kitablar, videolar - bütün bunların hamısı ona görə edilir ki, sizin kimi sıravi adamlar elə zənn etsinlər ki, guya artıq dünya prosesləri, nəyin necə idarə olunması onlara gün kimi aydındır. Onlar sizə bu oyuncağı atmaqla sizin eqonuzu şişirdir, məlumat aclığınızı təmin edir və istədikləri nağıla inanmağa vadar edirlər. İndi dünyada milyonlarla insan mason nağılına inanır və tam əmindilər ki, məsələ məhz belədir. Dərin və gizli gücə isə elə bu lazımdır - sıravi bir adam elə bilsin ki, dünyadan başı çıxır və mason sirlərini bilir. Beləcə fikrin qatırlar.

Sizləri aldatmaq, uydurma şeylərə inandırmaq, bir-iki video və kitabla konspiroloji əhvalatı təlqin etmək necə də asandır. Çünki kütlə psixologiyası belə qurulub - ona guya sirr olan bir şeyi aç və anlat - dərhal udacaq. Əsl qaranlıqda olan sizlərsiniz, amma bunu görmürsünüz.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1301889657' post='8733628']
Salam aleykum ...movzu gozeldir..mende acmishdim bele bir movzu teessuf olsun ki bagladilar...Sultan Memmedov-"Masonluq dunyani idare eden quvve" kitabi var...hal hazirda seherde satisda var cox gozel kitabdir...Eger oxumayanlar varsa meselehet gorerdim

[media]http://faydali.az/elektron_kitablar/azerbaycan_dilinde/92-masonluq-dunyani-idare-eden-quvve.html[/media]
Salam aleykum
[/quote]

Allah Razi olsun .

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1301938671' post='8740343']
Yenə də müsəlman konspiroloqlar aləmi qatıblar bir-birinə :D Darvin, masonlar, kommunistlər, nasistlər... Sən demə masonların dünya çaplı silahı elə təkamül nəzəriyyəsi imiş :D Tipik harun yahyanın "Yəhudilik və masonluq" tipli əsərindəndir.

Hörmətli konspiroloqlar, çox sual vermək istəmirəm, amma siz bilirsiniz ki, mason inancında Kainatın Böyük Arxitektoru var? :devil:
[/quote]

Salam Eziz ve Hormetli bey

1999 cu ilde Avropa Konseyinde Kitab baqlanmish .

Neyin bahasina olursa olsun 19 nesrin besit elmi me`lumatlari ile xeyali ferziyye kimi ireli surulen tekamul nezeriyyesini iddialarini esaslandirmaqa calishirsiniz .

Link to comment
Share on other sites

[quote name='lucifer13' timestamp='1301939033' post='8740394']
bilmediyiniz movzulari copy paste edirsiniz.simvollar inanclar ayinler ve.s bunlarin axi ateizm ve materializmle ne elaqesi olabiler?hec olmasa biraz oxusaniz bu qeder menasiz movzular kocurmezsiniz buraya.
[/quote]
[size="7"][color="#FF0000"][font="Times New Roman"][b]
19[/b][/font][/color][/size]

Link to comment
Share on other sites

[quote name='azda' timestamp='1302079631' post='8755007']
Paco ona gore atestdir ki,o Gurani-Kerimi bizden yaxwi oxuyub.))))))))Her weyden de xeberi var,mawallah.Allah pis gozlerden qorusun onu, :)))
[/quote]

insanlar istediyini ede bilmez , onlara etdiren nece etdirmish onu dushunub ibretler almaq lazim . Cox insan gordum gozleri onunde boyuk felaketler bash vermish , onlar ibret almamishlar , baxin sanki Kor kimi dirler . Oxuyanlarda beledir , Sozun hikmetini , megzini derinliyini anliya bilmiyen insan , oxuduqlarina "bu herifleridir." deyer.

Link to comment
Share on other sites

Postlariniz sadece gozelliyi ile secilir... Qurani chetin ki, siz de tam derk eliye bilirsiz. Ordaki yazilari ise hardasa bawa duwmek uchun dine inanmaq lazim deyil. Sizden de pak ve temiz qelbnen inanan insanlar var. Ve O, Quranda siz bawa duweni anlamaya da biler.

Link to comment
Share on other sites

[quote name='adad333' timestamp='1302392350' post='8788087']
Postlariniz sadece gozelliyi ile secilir... Qurani chetin ki, siz de tam derk eliye bilirsiz. Ordaki yazilari ise hardasa bawa duwmek uchun dine inanmaq lazim deyil. Sizden de pak ve temiz qelbnen inanan insanlar var. Ve O, Quranda siz bawa duweni anlamaya da biler.
[/quote]

Salam olsun size .

Duz deyirsiz , Qurani Allahin razi qalacaqi shekilde oxumaq lazimdir , bir ayenin menaxi coxdur , Allah insanlara onlarin ehtiyacina gore hemin ayenin muxtelif aciqlamalarinin tezahurunu qelblerine salir. Onemli olan Iman Etmek lazim . Iman etmeden Quran Oxunmaz . Allah "Bu Kitab Iman Edenleri Hidayete catdirar" deyir Ayeti kerimde .

Kim Semimi olaraq Iman ederse ishte o qurtulusha varanlardandir.

Link to comment
Share on other sites

[quote name='Tural Memmedov' timestamp='1302387487' post='8787888']
insanlar istediyini ede bilmez , onlara etdiren nece etdirmish onu dushunub ibretler almaq lazim . Cox insan gordum gozleri onunde boyuk felaketler bash vermish , onlar ibret almamishlar , baxin sanki Kor kimi dirler . Oxuyanlarda beledir , Sozun hikmetini , megzini derinliyini anliya bilmiyen insan , oxuduqlarina "bu herifleridir." deyer.
[/quote]
Raziyam !

Link to comment
Share on other sites

[quote name='Tural Memmedov' timestamp='1302386465' post='8787822']
Salam Eziz ve Hormetli bey

1999 cu ilde Avropa Konseyinde Kitab baqlanmish .

Neyin bahasina olursa olsun 19 nesrin besit elmi me`lumatlari ile xeyali ferziyye kimi ireli surulen tekamul nezeriyyesini iddialarini esaslandirmaqa calishirsiniz .[/quote]
Salam.

O nə tədbir idi elə 1999-cu ildə? Nə kitab idi bağlanan? Avropa Konseyi = Avropa Şurası? :)

Səmimi deyin görüm, təkamül nəzəriyyəsi haqda bilgiləriniz hardandır? Təkamül üzrə son oxuduğunuz əsər hansı idi? Siz heç bu elmə baş vurub baxmısınız nə var nə yox? Yoxsa təkamül nəzəriyyəsi haqda bilgiləriniz harunyahya-fason islami saytlardandır?

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1302447666' post='8791386']
Salam.

O nə tədbir idi elə 1999-cu ildə? Nə kitab idi bağlanan? Avropa Konseyi = Avropa Şurası? :)

Səmimi deyin görüm, təkamül nəzəriyyəsi haqda bilgiləriniz hardandır? Təkamül üzrə son oxuduğunuz əsər hansı idi? Siz heç bu elmə baş vurub baxmısınız nə var nə yox? Yoxsa təkamül nəzəriyyəsi haqda bilgiləriniz harunyahya-fason islami saytlardandır?
[/quote]

Siz Tekamule Elm demekle ... sozun esl me`nasinda butun Elmleri tehqir elemish olursunuz . Oysa butun Elmler Allahin ustun gucunu terif etmekden bashqa hecne bilmir*

"Səmimi deyin görüm, təkamül nəzəriyyəsi haqda bilgiləriniz hardandır? " [b]Bu Suali siz bize verdikde duzu sashirtdiq biraz -) Sanki Tekamul var imish kimi az qala dushunecekdik . Amma Dushunen insan Agilli olar. Olmuyan sheyden danishmiyin . Eger olan birsheyden danishirsinizsa Buyurun Senetlerinizi Teqdim edin .[/b]

"Təkamül üzrə son oxuduğunuz əsər hansı idi?" [size="5"][b][color="#FF0000"]Tekamul Nezeriyyesinin Siqutu[/color][/b][/size]. [color="#006400"][b]HARUN YAHYA[/b][/color] -nin Esri

"Siz heç bu elmə baş vurub baxmısınız nə var nə yox?" [b]Ecaba goresen hansi elmi deyirsiniz ? Tekamulu Elm adlandirirsinizsa cox savadsizsiniz .Amma Zeki ola bilersiniz belkede . Agilli deyilsiz sacede.[/b]

"Yoxsa təkamül nəzəriyyəsi haqda bilgiləriniz harunyahya-fason islami saytlardandır?" Harun Yahya -nin Saytlarinda Elmle Din Harmonya teshkil edir . Siz ola bilsin MEscidlerdeki Hocalarla Elmi tedqiqatlari ile Yer Planetinin Fovorit Yaratlishcisini sef salirsiz.

[color="#FF0000"][size="7"][b]19[/b][/size][/color]

Sef salmaqinda tesaduf deyil yeqinki -)

Link to comment
Share on other sites

Ümumi sözlər... Mənim savadımı və ağlımı qiymətləndirmək isə sizə qalmayıb...

Düşünən adam odur ki, bir məsələ haqda fikir yürütməkdən öncə, o məsələni sırf opponentlərin mövqeyindən deyil, proponentlərin də əsərlərin oxumaqla, müstəqil araşdırma aparmaqla öyrənir.

harun yahya kimi şarlatanların və ona bənzərlərin əsərlərini oxumaqla təkamül nəzəriyyəsi haqda obyektiv rəy formalaşdırmaq mümkün deyil, əzizim. Bu bilirsiniz nəyə bənzəyir? Trotskinin həyat və yaradıcılığını stalinist tarixçilərin kitablarından öyrənmək :)

Təbiətdə təkamülün baş verməsi FAKTDIR. Necə ki insanlar süni seçmə yolu ilə bitki növləri və heyvan cinsləri yetişdirir, təbiətdə də həmin proses təbii seçmə yolu ilə gedir. Təkamül nəzəriyyəsi isə bu fenomenin mexanizmlərini izah edən elmi sistemdir. Bilirsiniz "elmi nəzəriyyə" nədir? Obyektiv reallıqda mövcud olan hadisələr (hallar, faktlar) arasında OBYEKTIV MÖVCUD OLAN əlaqələri və münasibətləri təsvir edən izahatlar sistemi. Bu gün təkamül FAKTINI izah etmək üçün isə əlimizdə olan ən əsaslı alət məhz təkamül nəzəriyyəsidir.

Sizə məsləhət görərdim ki, dindar eynəyinizi gözünüzdən çıxarıb bir az təkamül nəzəriyyəsi haqda araşdırma aparasınız.

Link to comment
Share on other sites

[quote name='Tural Memmedov' timestamp='1302473094' post='8794382']
Siz Tekamule Elm demekle ... sozun esl me`nasinda butun Elmleri tehqir elemish olursunuz . Oysa butun Elmler Allahin ustun gucunu terif etmekden bashqa hecne bilmir*

"Səmimi deyin görüm, təkamül nəzəriyyəsi haqda bilgiləriniz hardandır? " Bu Suali siz bize verdikde duzu sashirtdiq biraz -) Sanki Tekamul var imish kimi az qala dushunecekdik . [b]Amma Dushunen insan Agilli olar[/b]. Olmuyan sheyden danishmiyin . Eger olan birsheyden danishirsinizsa Buyurun Senetlerinizi Teqdim edin .

"Təkamül üzrə son oxuduğunuz əsər hansı idi?" [b]Tekamul Nezeriyyesinin Siqutu[/b]. HARUN YAHYA-nin Esri

"Siz heç bu elmə baş vurub baxmısınız nə var nə yox?" Ecaba goresen hansi elmi deyirsiniz ? Tekamulu Elm adlandirirsinizsa cox savadsizsiniz .Amma Zeki ola bilersiniz belkede . Agilli deyilsiz sacede.

"Yoxsa təkamül nəzəriyyəsi haqda bilgiləriniz harunyahya-fason islami saytlardandır?" Harun Yahya -nin Saytlarinda Elmle Din Harmonya teshkil edir . Siz ola bilsin MEscidlerdeki Hocalarla Elmi tedqiqatlari ile Yer Planetinin Fovorit Yaratlishcisini sef salirsiz.

9

Sef salmaqinda tesaduf deyil yeqinki -)
[/quote]

Olar sizden 1 soz sorushum. Bir sheyden melumati olmayaraq onun haqqinda fikir yurudub, netice chixarmaq nece hissdir? Yani ozunuzun dediyine gore Tekamul nezeriyyesini oxumamisiniz. Bu movzuda oxudugunuz yegane kitab kiminse bu nezeriyye haqqinda soylediyi shexsi fikridir. Indi hemin shexs ozu oxuyub bu nezeriyyeni, yoxsa o da kiminse ona deyilen fikrini soyleyib - hele melum deyil. Nece deyerler en azi 2-ci elden informasiyani alib bu nezeriyyenin bosh shey oldugunu demek uchun bir az melumatlandirilmish olmaq lazimdir. Ozunuz qeyd etdiz ki, "dushunen insan agilli olar". Ona gore bir fikir, nezeriyye ve ya bashqa elmi eser haqqinda melumat, fikir yurutmekden evvel hemin eseri ozunuz oxusaniz daha duzgun olar. Bu her halda size neden danishdiginizdan xeber verer. Bir sual verilende de "mene bele dediler" demeyeceksiniz :)

Bu bilirsiz neye oxshayir. Men qurani oxumayim, ve her hansi ateistin ve ya xristianin quran haqqinda fikrini oxuyub onun her yerde sehv oldugunu deyim :) Gulmeli olar, ele deyilmi?? Evvel ozum subut tapmaliyam ki sonra bashqalarina da orda yazilanlarin duz ve ya sehv oldugunu soylemek olsun

O ki qaldi ki tekamulun olmaginin senedlerine - ozunuz meselen muxtelif sort meyve ve terevezlere baxin. Siz yegin butun bu sortlarin hamisinin allah terefinden 1 gunde yaradilmasini demeyeceksiniz. Chunki ozunuz bilirsiz ki, indi movcud olan bir chox sortlar hech 100 il bundan evvel movcud deyildi, insan terefinden suni sechme ve hibrid eleme yolu ile yaradiliblar.

bu da link
http://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%BB%D0%B5%D0%BA%D1%86%D0%B8%D1%8F
http://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%BB%D0%B5%D0%BA%D1%86%D0%B8%D1%8F#.D0.A1.D0.B5.D0.BB.D0.B5.D0.BA.D1.86.D0.B8.D1.8F_.D1.80.D0.B0.D1.81.D1.82.D0.B5.D0.BD.D0.B8.D0.B9
http://ru.wikipedia.org/wiki/%D0%98%D1%81%D0%BA%D1%83%D1%81%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%B9_%D0%BE%D1%82%D0%B1%D0%BE%D1%80

Link to comment
Share on other sites

[quote]Yenə də müsəlman konspiroloqlar aləmi qatıblar bir-birinə Darvin, masonlar, kommunistlər, nasistlər... Sən demə masonların dünya çaplı silahı elə təkamül nəzəriyyəsi imiş Tipik harun yahyanın "Yəhudilik və masonluq" tipli əsərindəndir.

Hörmətli konspiroloqlar, çox sual vermək istəmirəm, amma siz bilirsiniz ki, mason inancında Kainatın Böyük Arxitektoru var?[/quote]

Bu konspirasiyalar qeyri-müsəlmanlar tərəfindən daha çox yayılır.Harun Yahya və başqaları onlardan götürüblər.Mən bunların bir çoxunu şişirdilmiş və həqiqətə uyğun olmayan sayıram.Bunlar daha dərindən araşdırılsa biz müsəlmanlar üçün də xoş olmayan məlumatlara rast gəlinə bilər.Ümumilikdə götürdükdə isə tarixin hər dövründə gizli təşkkilatların və cəmiyyətlərin mövcud olması sabitdir.

Link to comment
Share on other sites

[quote name='abdul Haqq' timestamp='1302633793' post='8813501']
Bu konspirasiyalar qeyri-müsəlmanlar tərəfindən daha çox yayılır.Harun Yahya və başqaları onlardan götürüblər.Mən bunların bir çoxunu şişirdilmiş və həqiqətə uyğun olmayan sayıram.Bunlar daha dərindən araşdırılsa biz müsəlmanlar üçün də xoş olmayan məlumatlara rast gəlinə bilər.Ümumilikdə götürdükdə isə tarixin hər dövründə gizli təşkkilatların və cəmiyyətlərin mövcud olması sabitdir.[/quote]
30-cu postda bu barədə müşahidələrimi qısaca demişdim. Problem ondadır ki, masonluq çevrilib universal şeytana - məsələ sadəcə vektorun oxunu kimin necə istiqamətləndirməsindən asılıdır. Rus müəllifləri oxu Rusiyaya yönəldir, müsəlmanlar islam dünyasına (Dəccal sousunu da əlavə edirlər), xristianlar isə özlərinə tərəf. Əlbəttə ki mübaliğələr və uydurmalar çoxdur. Amma publika elə bunu sevir. Kütlə elə fenomendir ki, ən ağlasığmaz nəzəriyyəni daha tez qəbul edər, nəinki ümumiyyətlə heç bir nəzəriyyənin olmaması ilə razılaşar. Mason əhvalatının yaradıcılarına da elə bu lazımdır :morqqqq:

Link to comment
Share on other sites

[quote]bunun haqinda men oxumusdum ve videosu da var..<<Komite 300>>un uzvlerinden olan >>Mason,Yehudi ailesi olan Rokfel ailesinin uzvlerinden biri ile rejissor Aron Russonun sohbeti haqqinda[/quote]

Amerikanın özünə bu qədər ziyan vuracağına və biabır edəcəyinə inanmıram.Əfqanıstana və İraqa "11 Sentyabr"sız da girmək olardı.

Link to comment
Share on other sites

[quote name='Islami Nur_313' timestamp='1302637240' post='8813884']
[media]http://www.youtube.com/watch?v=nA7opDS4Tgc&feature=player_embedded[/media]
bunun haqinda men oxumusdum ve videosu da var..<<Komite 300>>un uzvlerinden olan >>Mason,Yehudi ailesi olan Rokfel ailesinin uzvlerinden biri ile rejissor Aron Russonun sohbeti haqqinda[/quote]
Bu video da elə sizin kimi hər şeyə tez inanan adamlar üçün hazırlanıb.

Əlbəttə - Rokfeller oturub özünün anti-isteblişment və ultra-libertarianist baxışları ilə məşhur olan rejissora bütün gizli planları bir-bir danışır - 11 sentyabr, İraq və Əfqanıstana hücum, neft kəmərləri və s. :looool: Psixoz...

Link to comment
Share on other sites

[quote]Sen Belladenin ABS derin dovlet elaqelerini arasdir netden tapassan,,ve bu insanin maaliyyelesmesi meselesini de arasdir...Belladeni dunyanin nufuzlu herbi texnikasi ve maaliyyesine sahib olan ABS hele de tuta bilmir??sence bu seni dusundurmur??[/quote]

Bəli tuta bilmir.Siz Amerikanın texnikasına iman gətirmisiz yoxsa Allaha?Allah istəyəndən sonra nə qədər texnika və kəşfiyyat olursa olsun xeyri yoxdur.Bəsdir də bu cür konspirasiya teoriyalarına inandız.Bu gətirdiklərindən 5o dəfə çoxunu gətirə bilərəm.Üstəlik elə şeylər ki,öz əqidənə belə şübhə edərsən.Nəsə oxumusansa o demək deyil ki,o saat ona inanmalısan.İnanırsansa deməli çox zəif iradəli və ya sadəlövh birisən.İslamı belə sevirsənsə başqa yolla xeyir verməyə çalış.Bunlarla bir şey əldə edilməz.Lap deyək ki,müəyyən gizli qüvvələr bizə qarşı çalışır.Sizlər buna qarşı nə edirsiz?Onlar ağılla,planla,səbrlə bu işləri görür.Bəs müsəlmanlar nə edir?Müsəlmanların niyə belə təşkilatlanması yoxdur?Bunu etmək istəyənlərin qabağında da sizin kimilər maneə kimi durur.İslamın cihad ruhundan uzaqlaşdırmağa çalışır.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
      • 11 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Haha
      • 68 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Red Heart
        • Like
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Upvote
        • Haha
        • Like
      • 359 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Like
      • 287 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...