Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanıb”


Recommended Posts

“Yaxın vaxtlarda, təklif olunan dəyişikliklər hökumətdə baxıldıqdan sonra, ictimaiyyətin müzakirəsinə veriləcək”.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirovun Trend-ə müsahibəsi.

- Dünya maliyyə-iqtisadi böhranı dövründə Azərbaycanda real sektorun inkişafına stimullaşdırmaq üçün vergi sistemində islahatlar aparıldı, vergi güzəştləri tətbiq edildi, bir sıra vergi dərəcələri azaldıldı. Bu tədbirlər nə dərəcədə səmərəli olub?

- Azərbaycan iqtisadiyyatının dirçəlişi, gələcək artımı və hərtərəfli inkişafını təmin edən köklü islahatlar, məlum olduğu kimi, bilavasitə ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası ilə bağlıdır.

Azərbaycan iqtisadiyyatının inkişaf yolunun düzgünlüyü və səmərəliliyi ona gətirib çıxardı ki, dünya maliyyə böhranı əksər ölkələrin iqtisadiyyatından fərqli olaraq, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli təsir göstərmədi.

Məlum olduğu kimi, maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda vergi yükünün azaldılması yolu ilə real sektorun təşviqi haqqında qanunverici qərar qəbul edilib. Dövlət başçısının təşəbbüsü ilə 2009-cu ildə vergi qanunvericiliyində ciddi dəyişikliklər edilib. Ötən il bu dəyişikliklər qüvvəyə minib və nəticədə 2010-cu ilin yanvarından mənfəət vergisi 22 faizdən 20 faizə, fiziki şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizədək azaldılıb, fərdi sahibkarlar üçün isə bu dərəcə 20 faizədək endirilib.

Vergi siyasətinin əsas məqsədlərindən biri iqtisadiyyatın real sektorunun inkişafının stimullaşdırılmasıdır. Vergi dərəcələrinin azaldılması real sektorda büdcə gəlirinin bir hissəsinin saxlanılması məqsədilə qəbul edilmişdi.

Başqa sözlə, bu tədbirlər real sektorun stimullaşdırılmasına yönəlmişdi, onun sayəsində müəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma bazasının genişlənməsi hesabına dövlət büdcəsinə daxilolmalar artmışdır.

Bu gün əminliklə deyə bilərik ki, vergi dərəcələrinin azaldılması iqtisadiyyatın real sektoruna müsbət təsir göstərərək, onun davamlı, məqsədəuyğun və uzunmüddətli inkişafını təmin edib, istehsalın rentabelliyini yüksəltmək və iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşlarını artırmaq üçün əlavə imkanlar yaradıb. Ötən il və cari ilin birinci rübünün yekunları üzrə vergi daxilolmalarının artımı da ümumilikdə vergitutma bazasının hiss olunan dərəcədə genişləndiyini təsdiq edir. Bu, dövlət başçısının təşəbbüsü ilə qəbul edilən qərarların səmərəliliyinin bariz sübutudur.

- Azərbaycanın Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən, 2010-cu ilin yanvarından bir ildən çox müddətə vergi borcunun vaxtında ödənilməməsi ilə bağlı faizlərin hesablanması dayandırılıb. Vergi borcunun ödənilməsi ilə bağlı tədbirlər nə dərəcədə səmərəli olub?

- Bir ildən çox olmayan müddətə vergi borcuna görə faizlərin tətbiqinə dair Vergi Məcəlləsinə dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişlənməsi və maraqlarının qorunması üzrə dövlətin özəl sektora dəstəyi çərçivəsində edilib və ötən ilin əvvəlindən qüvvəyə minib.

Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən çıxış edərək, Azərbaycan Respublikasının Nazirlər Kabineti vergi ödəyicilərinin maliyyə imkanlarının yaxşılaşdırılması, onların rəqabət qabiliyyətliliyinin möhkəmləndirilməsi və investisiya fəaliyyətinin stimullaşdırılması məqsədilə 20 avqust 2010-cu il tarixli qərar qəbul edib. Həmin qərara əsasən, vergi borcları olanlar üçün bir ildən çox müddətə tətbiq edilən bütün fazilər ləğv edilib.

Bu tədbir səmərəli olubmu? Birmənalı şəkildə, bəli. Əvvəllər vergi borcları yarandıqda vergi ödəyiciləri faiz ödəməli olurdular ki, bu da borc məbləğinin xeyli artmasına gətirirdi, bunun nəticəsində isə müəssisələrin maliyyə vəziyyəti daha da pisləşirdi. Bu gün borcu olan şirkətlər borclarını faiz ödəmədən qaytara bilərlər.

Yalnız bir rəqəmi nümunə göstərim - cari ilin əvvəlinə ölkədə vergi borclarının məbləği 29,6 faiz azalıb. Güman edirəm ki, bu göstərici çox şeydən xəbər verir.

- Məlumdur ki, hazırda Vergilər Nazirliyində Vergi Məcələsinə əlavə və dəyişikliklərlə bağlı layihə üzərində iş aparılır. Bu il vergi dərəcələrində dəyişikliklər nəzərdə tutulubmu və Azərbaycanın vergi inzibatçılığı sahəsində hansı islahatlar gözlənilir?

- Vergi Məcəlləsi daim təkmilləşdirilir. Vergilər Nazirliyinin aidiyyəti qurumları qüvvədə olan qanunvericiliyi və ölkə iqtisadiyyatının potensial imkanlarını təhlil edirlər, paralel şəkildə qabaqcıl beynəlxalq təcrübə öyrənilir. Daha çevik və səmərəli vergi sisteminin yaradılması məqsədilə Vergi Məcəlləsinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, paytaxt və regionlarda sahibkarlığın inkişafının stimullaşdırılması gələcəkdə də davam etdiriləcək.

Qanunvericiliyə dəyişikliklərin əsas istiqamətlərindən biri qüvvədə olan vergi dərəcələrinin mərhələli azaldılmasıdır. Bu, vergi ödəyicilərinin vergi yükünün azaldılmasına və vergitutma bazasının genişləndirilməsinə xidmət edir. Son illər ərzində vergilərin əksər növlərinin dərəcəsi xeyli azaldılıb, gəlir vergisinin ödənilməsi mexanizmi də xeyli sadələşdirilib, fərdi sahibkarlar üçün gəlir vergisinin və hüquqi şəxslər üçün mənfəət vergisinin dərəcələri uzlaşdırılıb, rezident və qeyri-rezidentlər üçün vergi yükü bərabərləşdirilib.

Xatırladım ki, bu yaxınlarda vergilər naziri Fazil Məmmədov elektron audit sisteminin tətbiqi layihəsinin təqdimatı zamanı bəyan etmişdi ki, hazırda vergi dərəcələri və onların sayı optimal, hesablaşma formaları sadədir. Yaxın gələcəkdə vegi dərəcələrində dəyişikliklər gözlənilmir.

Digər mümkün dəyişikliklərə gəldikdə, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında daha bir mühüm və həlledici məqam yetişib.

Ölkə keçid dövrünü uğurla arxada qoyub və istehsalın inkişaf dərəcəsinə görə iqtisadiyyatı orta inkişaf səviyyəli dövlətlər kateqoriyasına daxil olub. Nazirliyimiz qüvvədə olan qanunvericiliyin və inzibatçılığın modernləşdirilməsi məqsədilə artıq Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müvafiq təkliflər paketi hazırlayıb. Qanunvericiliyə mümkün dəyişikliklər nağdsız hesablaşmaların stimullaşdırılması, elektron audit sisteminin tətbiqi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin elektron formatda qeydiyyatı üzrə tədbirlərin aparılması ilə əlaqədardır. Yaxın vaxtlarda, təklif olunan dəyişikliklər hökumətdə baxıldıqdan sonra, ictimaiyyətin müzakirəsinə veriləcək.

- Qeyd etdiyiniz kimi, Azərbaycan iqtisadi inkişafın yeni səviyyəsinə keçib. Fikrinizcə, bu mərhələdə hansı vergi siyasəti aparılmalıdır?

- Qeyd edildiyi kimi, ölkə rəhbərliyi iqtisadi sahəyə hərtərəfli diqqət yetirir və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün iqtisadi modelin formalaşdırılmasına daim yeni effektiv yanaşmalar hazırlayır. Hazırda Vergilər Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri, digər addımlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafı hesabına kiçik və orta sahibkarlığın inkişafının daha da stimullaşdırılmasıdır.

Hörmətli cənab Prezident 2011-ci il üçün dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair fərmanı ilə digər dövlət qurumları ilə yanaşı, Vergilər Nazirliyi üçün də konkret vəzifələr müəyyən edib. Bu vəzifələrə, ilk növbədə, dövlət büdcəsinin gəlir hissəsinin qeyri-neft sektorundan daxilolmalar hesabına təmini, eləcə də sahibkarlığın inkişafına dəstəyin göstərilməsi və nağdsız hesablaşmaların stimullaşdırılması daxildir. Bu istiqamətlərdə artıq müəyyən işlər görülüb və bu sahədə maksimal şəffaflığın təmin edilməsi üçün ictimaiyyəti bütün dəyişikliklər haqqında mərhələlərlə məlumatlandırırıq.

Yaxın illər üçün starteji məqsəd həm də Azərbaycanın vergi qanunvericiliyinin Avropa İttifaqına üzv ölkələrin anoloji sənədlərinə uyğunlaşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün əlavə dəyər vergisinin dərəcəsinin optimallaşdırılması və bu vergi üçün güzəştlər siyahısının dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Qeyd edim ki, Aİ-nin ölkəmizlə siyasi, iqtisadi və hüquqi, o cümlədən vergitutma sahəsində əməkdaşlığının əsası 1996-cı ildə qoyulub.

10 il sonra əməkdaşlığın ikinci mərhələsinin başlanğıcını qoyan müvafiq fəaliyyət planı qəbul edilib. Avropa İttifaqı ölkələri ilə qarşılıqlı münasibətlərimizi gələcəkdə də genişləndirmək və bu dövlətlərin nailiyyətlərindən faydalanaraq ölkənin vergi sistemini və qanunvericiliyini inkişaf etdirmək vacibdir.

- Bu yaxınlarda nazirlik elektron auditin tətbiqi layihəsinin təqdimatını keçirib. Bu layihənin vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Hər yeni gün digər dövlət qurumları kimi, Vergilər Nazirliyinin də qarşısında müəyyən vəzifələr qoyur ki, onların yerinə yetirilməsi dövlətimizin hərtərəfli inkişafına müsbət təsir göstərir. Ən müasir texnologiyalardan istifadə edilməklə mütəmadi yeniliklərin tətbiqi və fəaliyyətin səmərəliliyinin artırılması üzrə dəqiq düşünülmüş tədbirlər vergilər xidməti qarşısında duran vəzifələr sırasında prioritet məsələlərdəndir.

Müasir texnologiyaların tətbiqi vasitəsilə elektron xidmətlərin göstərilməsi çox mühüm və gərəkli islahatdır. Xatırladım ki, bir neçə il əvvəl tətbiq edilən Avtomatlaşdırılmış Vergi Informasiya Sistemi (AVIS) sənəd dövriyyəsinin və məlumat emalının sürətinin dəfələrlə artmasını stimullaşdırdı, operativ və çevik vergi nəzarətinin formalaşdırılmasına səbəb oldu. Öz növbəsində, vergi bəyannamələri və hesab-fakturaların elektron formata keçirilməsi, eləcə də "on-layn kargüzarlıq" sisteminin tətbiqi vergi orqanları əməkdaşları və vergi ödəyiciləri arasında maksimal şəffaflığa nail olmağa imkan verdi.

Xüsusilə bu gün vergi ödəyicilərinin 90 faizindən çoxunun vergi bəyannamələrini məhz elektron şəkildə təqdim etdiyini nəzərə alsaq, əminliklə demək olar ki, ölkədə artıq elektron audit sisteminin tətbiqi üçün zəmin yaradılıb.

Sizin qeyd etdiyiniz kimi, aprelin əvvəlində nazirliyimiz Avropa Komissiyası ilə birgə və Niderland Krallığının vergi adminstrasiyasının dəstəyi ilə həyata keçirilən "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" tviniq-layihəsinin təqdimatını keçirib. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və 6 komponentdən ibarətdir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanması, lazımi proqram təminatının seçilməsi, elektron audit üçün məlumat bazasının yaradılması, metodologiyanın hazırlanması və auditorlar üçün treninqlərin keçirilməsi, orta və iri müəssisələr tərəfindən tətbiq edilən elektron mühasibatlığın tətbiqi təcrübəsinin inkişafı, Azərbaycanda elektron audit sisteminin tətbiqi.

Bu layihənin həyata keçirilməsi Azərbaycana MDB ölkələrində ən müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcək və sözsüz ki, ölkədə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək. Başqa sözlə, elektron auditin tammiqyaslı tətbiqi, müəssisələrdə mühasibat uçotunun elektron şəkildə aparılması, iri və orta müəssisələrdə auditin aparılması üçün analitik, texniki, metodoloji yanaşmanın təkmilləşdirilməsi üçün imkan yaranacaq. Bundan başqa, elektron audit sisteminin tətbiqi səyyar vergi yoxlamalarının sayının xeyli azaldılmasına, vergi ödəyiciləri və vergi orqanlarının əməkdaşları arasında birbaşa təmasların minimuma endirilməsinə xidmət edəcək.

- Azərbaycanda "bir pəncərə" sisteminin tətbiqindən artıq 3 il ötür. Vergi xidmətinin bu istiqamətdə fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz və bu sahədə hansı yeniliklər gözlənilir?

- Artıq qeyd olunduğu kimi, ölkəmizdə sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Hökumət məqsədyönlü şəkildə dövlət qurumları və biznes sektoru arasında qarşılıqlı münasibətlərin inkişafına yönələn tədbirlər görür, qanunvericilik bazası və inzibati prosedurlar təkmilləşdirilir, özəl sektorun dəstəklənməsinin dövlət mexanizmləri formalaşdırılır.

Belə tədbirlərdən biri 2008-ci il yanvarın 1-dən kommersiya hüquqi şəxslərin "bir pəncərə" prinsipi ilə qeydiyyatının təşkili oldu. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə bu mühüm və məsuliyyətli iş Vergilər Nazirliyinə həvalə edildi.

"Bir pəncərə" prinsipi tətbiq olunmamışdan əvvəl hüquqi şəxsin qeydiyyatı üçün 2 aya yaxın vaxt lazım idi. İşə başlayan sahibkar 13 prosedurdan keçməli, müxtəlif strukturlara eynitipli sənədləri təqdim etməli idi ki, bu da bürokratik maneələrin yaranmasına səbəb olurdu. Ölkə Prezidentinin fərmanı radikal dəyişikliklərə səbəb oldu - biznesə başlamaq üçün qeydiyyat prosedurlarının sayı 6-dək, tələb olunan vaxt 8 günədək, o cümlədən qeydiyyat üçün lazım olan vaxt 3 günədək, təqdim olunan sənədlərin sayı isə 5 dəfə azaldıldı.

"Bir pəncərə" prinsipinin tətbiqi dərhal sahibkarların, ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin müsbət reaksiyasına səbəb oldu. Prosedurun şəffaflığı və operativliyi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi ki, bu da öz növbəsində Azərbaycanın iqtisadi reytinqinə müsbət təsir göstərdi.

Qeyd etmək istəyirəm ki, "bir pəncərə"nin tətbiq edildiyi 3 il ərzində Vergilər Nazirliyində 140 000 təsərrüfat subyekti qeydə alınıb. Bunun 16 000-dən çoxu kommersiya hüquqi şəxslərdir. Təkcə cari ilin birinci rübü ərzində bu sistem vasitəsilə qeydiyyatdan 14 000-dən çox sahibkar keçib. Bu, ötən ilin anoloji göstəricisindən 46,1 faiz çoxdur.

Buna baxmayaraq, Vergilər Nazirliyi əldə olunmuş nəticələrlərlə kifayətlənmir və qeydiyyat prosesinin daha da təkmilləşdirilməsi məqsədilə işləri davam etdirir. Hazırda başlıca məqsəd kommersiya hüquqi şəxslərin "on-layn" qeydiyyatının təşkilidir ki, bu proses qanunvericilik bazasında müvafiq dəyişikliklərdən sonra başlayacaq. Bu, biznesə başlamaq üçün şərtlərin maksimal sadələşdirilməsinə gətirib çıxaracaq.

- Siz 2011-ci ilin birinci rübü ərzində dövlət büdcəsinə vergi daxilolmaları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Qeyri-neft sektorunda, o cümlədən ölkə regionlarında vergi yığımları ilə bağlı vəziyyət necədir?

- Azərbaycan rəhbərliyi tərəfindən yürüdülən uzaqgörən və uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı mənfi maliyyə amilləri qarşısında dözümlülük göstərib və öz sürətli inkişafını davam etdirib. Həyata keçirilən islahatlar və ölkənin sosial-iqtisadi inkişafının dinamikası ilin birinci rübü üzrə vergi proqnozlarını artıqlaması ilə yerinə yetirməyə imkan verib. Dövlət büdcəsinə 1 milyard 161,5 milyon manat vergi köçürülüb ki, bu da ötən ilin müvafiq göstəricisindən 15,1 faiz çoxdur.

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi risklərin minimuma endirilməsi məqsədilə Vergilər Nazirliyi qarşısında bir sıra vəzifələr qoyub. Onların arasında qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artırılmasına xüsusi diqqət yetirilir. Bu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektorundan büdcəyə 680,2 milyon manat vəsait daxil olub ki, bu da proqnozlaşdırılan məbləğdən 17,1 faiz çoxdur.

Qeyri-neft-qaz sektorunun inkişafı ilə yanaşı, ölkənin regionlarında da irəliləyiş müşahidə olunur. Birinci rüb ərzində dövlət büdcəsinə vergi daxilolmalarında regionların payı 14,4 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən çoxdur. Bundan əlavə, qeyri-neft-qaz sektorundan daxilolmalardakı artımın 23,4 faizi məhz ölkə regionlarının payına düşür.

- Bu gün ölkədə korrupsiya ilə genişmiqyaslı mübarizə gedir. Vergilər Nazirliyinin bu prosesdə iştirakı barədə də bilmək istərdik.

- Vergilər Nazirliyi həmişə rüşvətxorluq və korrupsiya ilə mübarizəyə böyük diqqət ayırıb və ayırmaqda davam edir. Nazirlikdə Daxili Təhlükəsizlik Baş İdarəsi fəaliyyət göstərir və həmin idarə vergi ödəyicilərdən daxil olan və neqativ hallarla bağlı siqnallar olan bütün müraciət və şikayətlərə operativ şəkildə baxır. Bundan sonra nazirliyin rəhbərliyi tərəfindən müvafiq qərarlar qəbul edilir.

Təkcə vergi ödəyicilərinin müraciətlərinə baxılması nəticəsində aşkar edilən müxtəlif pozuntularla bağlı ötən il vergi orqanlarının 30 əməkdaşına xəbərdarlıq edilib, 81 nəfərə töhmət elan olunub, 40 nəfərə sonuncu dəfə xəbərdarlıq edilməklə ciddi töhmət verilib, iki nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, iki nəfər daha aşağı vəzifəyə keçirilib, 6 nəfər tutduğu vəzifədən azad edilib.

Son vaxtlar bəzi mətbu orqanlarında vergi daxilolmalarının guya qanunsuz bank hesablarına köçürüldüyü barədə əsassız və həqiqəti əks etdirməyən, müəyyən şəxslər tərəfindən ortaya atılan şayiələr meydana çıxıb. Bütün məsuliyyətimlə bəyan edirəm ki, ölkə başçısının təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən antikorrupsiya tədbirlərinə kolgə salmaq məqsədi güdən bu şaiyələrin heç bir əsası yoxdur. Bütün vergilər və dövlət rüsumları, istisnasız olaraq, Dövlət Xəzinədarlığının hesablarına keçirilir.

Ödəyicilər ilk gün deyil ki, vergi ödəyirlər və buna görə də vergi ödənişlərinin hansı hesaba, hansı rekvizitlərlə və hansı banklara köçürüldüyünü çox gözəl bilirlər. Bu məsələ ilə bağlı məlumat hamı üçün əlçatandır və tamamilə şəffafdır. Ölkənin hər bir şəhərinin və regionunun vergi ödəyiciləri və bütün arzuedənlər Dövlət Xəzinədarlığının rekvizitləri ilə Vergilər Nazirliyinin rəsmi saytında tanış ola bilərlər.

Nazirliyin rəsmi internet səhifəsində vergilər nazirinə və nazirliyin rəhbər vəzifəli şəxslərinə istənilən şikayətlə bağlı birbaşa müraciət etmək imkanı yaradılıb. Bundan əlavə, vergi ödəyiciləri 195 Telefon Xidmətinə, yaxud nazirliyin istənilən struktur bölməsinə yazılı şəkildə müraciət edə bilərlər. Bütün müraciətlər operativ şəkildə və ətraflı təhlil olunur və müvafiq qərarlar qəbul edilir.

Milli.Az

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Confused
      • 6 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 12 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 404 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 50 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 21 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 58 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...