Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Satira - Vahid - Pünhan


Recommended Posts

Əliaga Vahid

Əvvəlindən salan olsaydı əyər başə bizi,

Cəhlimiz salmaz idi bunca daga-daşə bizi.

Azacıq elmimiz olsaydı əyər əsrə görə,

Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biliyimiz, nə də ki, dövləti-mal,

itə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surəti idbarımıza

Göstərən olsa bu sima ilə nəqqaşə bizi.

üzü dönsün görüm o ağuya dönmüş çörəyin,

Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi.

Baba Pünhan

Ey çərxi-fələk, bir belə dövranına bir qoz,

Şeytan oturan çərxi dəyirmanına bir qoz.

Bir qoz ala bilmirsə əgər bir qıza oglan,

Evlənməyə hazırlaşan oglanına bir qoz.

Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz,

Qozlandı fəqir üstünə, vicdanına bir qoz.

vardı birisi, qaçdı, qozundan tozu qaldı,

Vartansifət imiş o da, vartanına bir qoz.

İmkanın əyər varsa kasıba, qaçqına əl tut,

Tutmursan əyər bir belə imkanına bir qoz.

Yollarda kəsib qurbanı əl altdan əritdi,

Bir böylə qoyun bəndənin ehsanına bir qoz.

Ey erməni,bir damcı əyər qeyrətə gəlsək,

Mütləq qoyarıq şəhri-İrəvanına bir qoz.

Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün,

Ellər deməsin böylə qəzəlxanına bir qoz.

11.03.1999

Link to comment
Share on other sites

Əliaga Vahid

Əvvəlindən salan olsaydı əyər başə bizi,

Cəhlimiz salmaz idi bunca daga-daşə bizi.

Azacıq elmimiz olsaydı əyər əsrə görə,

Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biliyimiz, nə də ki, dövləti-mal,

itə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surəti idbarımıza

Göstərən olsa bu sima ilə nəqqaşə bizi.

üzü dönsün görüm o ağuya dönmüş çörəyin,

Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi.

Baba Pünhan

Ey çərxi-fələk, bir belə dövranına bir qoz,

Şeytan oturan çərxi dəyirmanına bir qoz.

Bir qoz ala bilmirsə əgər bir qıza oglan,

Evlənməyə hazırlaşan oglanına bir qoz.

Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz,

Qozlandı fəqir üstünə, vicdanına bir qoz.

vardı birisi, qaçdı, qozundan tozu qaldı,

Vartansifət imiş o da, vartanına bir qoz.

İmkanın əyər varsa kasıba, qaçqına əl tut,

Tutmursan əyər bir belə imkanına bir qoz.

Yollarda kəsib qurbanı əl altdan əritdi,

Bir böylə qoyun bəndənin ehsanına bir qoz.

Ey erməni,bir damcı əyər qeyrətə gəlsək,

Mütləq qoyarıq şəhri-İrəvanına bir qoz.

Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün,

Ellər deməsin böylə qəzəlxanına bir qoz.

11.03.1999

ardin gozleyirik
Link to comment
Share on other sites

Həm vəkil, həm nazirəm, dollar məni dingildədir,

Milli Məclisdən keçən yollar məni dingildədir.

Qatmışam, qatdırmışam, reklam edib satdırmışam,

Litrəsi üç-dörd minə “şollar” məni dingildədir.

çoxların billah, gedər-gəlməz yola göndərmişəm,

Qandala çəkdirdiyim qollar məni dingildədir.

Xaş-xaşın əla növün parniklərə səpdirmişəm,

“Tuz”ları məst eyləyən kollar məni dingildədir.

Mersedes-bens ilə Mazda, Linkoln, Passat, Fiat

Əyri yolnan düz gedən rullar məni dingildədir.

Dağ satıb yağlanmışam, bağlar alıb bağlanmışam,

Bağılarımda tər tökən qullar məni dingildədir.

Marketin “Super” ləri, “İnter Şop”un ceyranları,

Bir də ərsiz pullular, dullar məni dingildədir.

Mülkümün gözlər çıxardan bər-bəzəkli damları,

Parketi par-par yanan pollar məni dingildədir.

Kim desə, Pünhan, inanma guya ki, bir üzlüyəm,

Gündə yüz yol girdiyim rollar məni dingildədir.

03.04.1999

Link to comment
Share on other sites

Dövrə ümid eylədik, dövran da it günündə,

Alim də it günündə, nadan da it günündə.

Ağ əllərdə ağ əlcək-o gündən dəxi əl çək,

Əyində köhnə pencək, canan da it günündə.

Adam girir min dona, macal yoxdu şeytana,

Əsir düşüb insana, şeytan da it günündə.

Əsgərimiz bitdənib, nazirimiz ətdənib,

Qızlarımız lütdənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,

Qıçım girir yorğana, yorğan da it günündə.

Atdılar Vətən daşı, satdılar vətəndaşı,

Qoy Vətənə başdaşı, ehsan da it günündə.

"Qrad" kimi od saçır, guya xalqa yol açır,

Gec tutulur- tez qaçır, zindan da it günündə.

çatdı xəbər hər yana - Tez yığışın meydana,

Baltalandı "Topxana", meydan da it günündə.

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,

Qaçmağa yox macalı, fərman da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,

Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Pünhanın günündə, Pünhan da it günündə.

27.04.1996.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Kasıb da borc içində, kalan da borc içində,

Ölən də borc içində, qalan da borc içində.

Xəzinələr həmişə ilanlar altda olmuş,

Fəqət, bu səltənətdə, ilan da borc içində.

Atan bibindən istər, anan xalandan istər,

Bibin də borc içində, xalan da borc içində.

Nişan da borcnan oldu, toyun da borcnan oldu,

Yəqin olar gələn il, balan da borc içində.

Filan klana borclu, klan filana borclu,

Filan oğlu filan da, klan da borc içində.

Acından Ölməməkçün, gedin yalana doğru,

Bu məmləkətdə doğru, yalan da borc içində.

Vətən acdı, vəkil tox, yemək azdı,zibil çox

Zibil pulun verən yox, dalan da borc içində.

Bu torpağa imamın ayağı dəydiyiçün,

Bu torpağı satan da, alan da borc içində.

Əgər bu canı Pünhan, Xuda veribsə borca,

Günahı olmayan da, olan da borc içində.

11.04.1999.

Link to comment
Share on other sites

Bu vətən mülkünü çıx seyrə, marağnan doludur,

Qırağın “yan”lar alıb, orta qırağnan doludur.

Kişilərnən dolu olsaydı əgər ölkə, nə qəm,

Kişilər qeybə çıxıb, ölkə papağnan doludur.

Elə ki, xatirə düşdü səni dustaq eləmək,

Maşının bir də görərsən ki, yarağnan doludur.

İki-üç dəfə gedib Məkkəyə, super hacıdır,

Yekə “İnter-şop”u var, polka arağnan doludur.

“Qarabağ” restoranı, parkı, kafesi, küçəsi,

Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur.

Ginekoloqlara pul çatmadığındandı yəqin,

Bu doğum evlərimiz xəstə uşaqnan doludur.

Boyağı gördüm üzündə, divarım düşdü yada,

Dedim əxlaqı da yəqin ki, boyaqnan doludur.

Bir buruq ustasının yatmağa yoxsa yatağı,

Nə yazırlar ki, bütün ölkə yatağnan doludur ?

Bakının “bardağ”ına çox hacıleylək yığışıb,

Hacıleyləklər üçün bardağı yağnan doludur.

Kiçilən Azərbaycana böyük don tikilir,

üzü güllü, içi də milli yamağnan doludur.

Vətən əldən gedəni Pünhana dağlar çəkilib,

Dedilər, bəxtəvərin dövrəsi dağnan doludur.

26.08.1999.

Link to comment
Share on other sites

  • 1 month later...
  • 2 weeks later...
  • 2 weeks later...

Hələlik düzlük adıynan, düzülüb yan gedirik,

Gedirik əzm ilə biz, aclığa qurban gedirik.

Leninin şalbanını hamı çiyinlərdən atıb,

çoxunun yox xəbəri, bizdədi şalban, gedirik.

Qarnımız olsa da ac, üst-başımız göz çıxarır,

Keçirib əynimizə laykanı forsnan gedirik.

Qələt eylər bizi tək alman, amerkan geyinər,

“Cins”imizdən bilinir ki, köləyik, xan gedirik.

De görüm, hansı köpək oğlu bizə yardım edər ?

Bu çətin vaxtda minib, “Cip” ilə “Nissan” gedirik.

çoxu min lənət edir yubkələrin razrezinə,

Bilməyir dalda cırığnan yolu asan gedirik.

Kazinolarda, kafelərdə qumar oynayırıq,

Bizə kim dollar atır, biz ona “şirvan” gedirik.

“Canı canan diləmiş, verməmək olmaz, ey dil”

Leyk biz cangüdənik, cana verib can gedirik.

Bizə “Azadlığı” çox gördü bu azadlığımız,

Sulayıb indi, Baba, bir təzə meydan gedirik.

30.09.1997 Bakı

Link to comment
Share on other sites

  • 4 weeks later...

Qatmısan sən yenə də malı mala, nolub ala

qazıyırsan ayağım altda çala, nolub ala

Bağı aldın, evi aldın, amma doydum demədin

qoymadın heç mənə bir metrə qala, nə olub ala

Neçə ildir ki, imarətlə, ticarət duruşun

getmisən sən qabağa mənsə dala, nolub ala

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük

mülkü tikdin məni saldın kanala, nolub ala

Gah atı, gah nalı, gah mıxı tərifləmisən

vurursan gah mıxa, gah da nala, nolub ala

Qız, gəlin orda əsirlikdə qalıb ermənidə

götürürsən evinə gündə xala, nolub ala

Ananas, kivi, banan payladı yas süfrəsinə

bircə şey qaldı, durub zurna çala, nolub ala

Qərbdən şərqə kimi hər yeri zəpt eyləmisən

keçmisən indi cənubdan şimala, nolub ala

İçəri şəhərimizin hər daşı bir tarixdir

çəkmisən tarixi inpırtnı mala, nolub ala

Nəcəb qız qalasından xəbərin yoxdu sənin

al onu, sal adına, qoyma qala, nolub ala

Pünhanın kəs dilini, çək bazara as divara

gedəcək yaxşı pula, baxsa mala, nolub ala

Link to comment
Share on other sites

  • 1 month later...

Ваhидин ады бурда реклама учюндю? Йохса Ваhиднэн бир йердэ йа Сабирин ады гэрэк олайды, йа да Фузулинин )

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 11 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 28 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Haha
      • 36 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
        • Like
      • 17 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 40 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
       
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...