Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fransa Senatı Uydurma “Erməni Soyqırımı”Nı Inkar Edənlərin Cəzalandırılmasını Nəzərdə Tutan Qanun La


vuqar melikov

Recommended Posts

Fransa Senatı uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

p.gif Font ölçüsü : a | A

Fransa%20parlamenti%20060112.jpg

[ 24 Yanvar 2012 01:27 ] p.gif

Strasburq. Fuad Qulubəyli - APA. Fransa qanunları tərəfindən tanınan soyqırımları, o cümlədən uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsi Fransa Parlamentinin yuxarı palatası olan Senat tərəfindən də qəbul edilib. Qanunun qəbulunda 213 nəfər iştirak edib, onlardan 127 nəfər qanunun lehinə, 86 nəfər əleyhinə səs verib.

APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələr qurumun Qanunvericilik komitəsinin uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbuledilməz olduğu haqda çıxardığı rəy ətrafında aparılıb. Lakin səsvermə nəticəsində Komitənin rəyi qəbul edilməyib.

Uzun müzakirələrdən sonra keçirilən səsvermədə senatorların əksəriyyəti Komitənin rəyinin qəbul edilməsi əleyhinə səs veriblər.

Səsvermədə iştirak edən 253 senatordan 86-sı sənədin lehinə, 167-si isə əleyhinə səs verib.

Daha sonra qanun layihəsi ətrafında müzakirələr aparılıb. Senatdakı çıxışlardan Fransa siyasi ənənəsinə uyğun olaraq müzakirələr sağlarla solların arasında deyil, bu qanun layihəsini dəstəkləyən və dəstəkləməyənlərə bölündüyü aydın hiss olunub. Yerli vaxtla günün ikinci yarısında başlayan müzakirələr Fransanın Parlamentlərlə əlaqələr üzrə naziri Patrik Ollierin çıxışı ilə başlayıb. Nazir Fransa hökuməti adından bu qanun layihəsinin qəbul edilməsinə tərəfdar olduğunu bildirərək, senatorları bu sənədi qəbul etməyə çağırıb.

Daha sonra qurumun Konstitusiya komitəsinin sədri Jan-Pyer Süörün hesabatı dinlənilib. Komitə sədri bir daha bu qanunun ölkə Konstitusiyasının və ondan irəli gələn dəyərlərin ruhuna uyğun olmadığını bildirib və senatorları bu qanun layihəsini rədd etməyə çağırıb.

Jan Pyer Süörün fikrincə, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Fransa başqa soyqırımları da qəbul etməyə məcbur olacaq. Senatdakı müzakirələr zamanı zalda 348 senatordan cəmisi 263-ü iştirak edib.

Senatda müzakirələrin getdiyi zaman qurumun kuluarlarında Fransanın “Public Senat” televiziya kanalına verdiyi müsahibəsində senator Natali Qule Senatın 4 may 2011-ci ildə bu qanun layihəsini eyni səbəblər üzündən onun qəbul edilməzliyi haqda çıxardığı qərardan bəri heç nəyin dəyişmədiyini və qanunun elə eyni qanun olduğunu bildirib: “Dəyişən sadəcə Fransa prezidentinin seçkiləri qazanmaq arzusudur. Bundan başqa unutmayın ki, bu gün Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Fransanın belə qanun layihəsini qəbul etməsi onun bu missiyada tərəfli mövqeyi olmasına dair şübhələr yaradır. Yəni bu bizim Cənubi Qafqaz bölgəsində apardığımız diplomatiyamız üçün heç bir xeyir verməyəcək”.

Qnun layihəsinə əlavə və dəyişikliklərin müzakirələri zamanı Sosialist partiyasının üzvü olan senator Qaetan Qors bu sənədin qəbul edilməsini Fransada milli birliyin əldə edilməsi istiqamətində mənfi rol oynayacağını bildirib: “Mən bu gün Senatın qarşısına çıxanda üz-üzə duran minlərlə erməni və türk mənşəlli fransızların nümayişini gördüm. Onların arasında polis var idi. Mən bu səhnəni gördükdə bir daha əmin oldum ki, biz belə bir qanunun qəbulunda çox böyük səhvə yol veririk. Bu iki fərqli icmaların üzvləri eyni ölkənin, eyni vətənin övladlarıdır. Lakin bizim bu məsuliyyətsiz qərarlarımız üzündən bu gün bu insanlar bir ölkə daxilində düşmənə çevrilirlər. Bu Fransanın milli birliyi üçün böyük zərbədir”.

Əvvəlcə Fransa Senatı qanunun əsas sütunu olan birinci maddəsini olduğu kimi qəbul edib.

Fransa qanunvericilik orqanının hər iki palatasının bu qanun layihəsini qəbul etməsi, Fransa parlamentinin bu mətni iki oxunuşla bütünlüklə qəbul etdiyi yekun qərarı hesab olunur.

Bugünkü müzakirələrdə ciddi mübahisələrə səbəb olan məsələlər sırasında əsasən Xolokostla qondarma «erməni soyqırımı » hüquqi statusları arasındakı uyğunsuzluq və bu hadisələrin hüququ tərəfləri arasındakı fərqlər də olub. Layihənin Konstitusiyanın fikir və söz azadlığı ilə bağlı müddəalarına zidd olduğu bildirilir. Fransanın 1990-cı ildə qəbul etdiyi və bunu inkar edən şəxslərə qarşı müvafiq cəza növü nəzərdə tutduğu yəhudi soyqırımından fərqli olaraq, “erməni soyqırımı” haqqında hüquqi qüvvəsi olan hər hansı beynəlxalq sənəd və ya qərarın olmaması bu iki tarixi hadisəni fərqləndirən başlıca amillərdəndir.

Sənədin ölkə Konstitusiyasındakı "cinayət və cəzaların qanuniliyi", "fikir və söz azadlığı", "təhqiqat və elmi araşdırma azadlığı" prinsiplərinə uyğun gəlmədiyinə diqqət çəkilir. Eyni zamanda, çıxış edən bəzi senatorların fikrincə, belə bir qanunun qəbul olunması 29 yanvar 2001-ci ildə Fransanın rəsmən "erməni soyqirimi"nı tanıması haqqında qanunun özü üçün də müəyyən problemlər yarada bilər. Belə ki, Fransada hər bir vətəndaşın fərdi şəkildə Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ var. Konstitusiya Məhkəməsi şikayətə baxarkən parlamentin çıxardığı tarixi yaddaşla bağlı qərarı deyil, Konstitusiyanın fərdi və fundamental azadlıqlarla bağlı müddəalarını əsas götürəcək. Bununla da tək bu gün qəbul edilən qanunu deyil, eyni zamanda «erməni soyqırımı »nın tanınmasına dair qanunu heçə endirə bilər. Bundan başqa, qanun layihəsinin qəbulu Fransa üçün Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında da əlavə başağrısı yarada bilər. Senatorların bəziləri belə bir qanun Avropa İnsan Hüquqları Konvensiyasının ruhuna uyğun olmadığı qənaətindədirlər.

Xatırladaq ki, Fransa uydurma “erməni soyqırımı”nı 2001-ci il yanvarın 29-da rəsmən tanıyıb. 2006-cı il oktyabrın 12-də uydurma “soyqırım”ın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Milli Assambleya tərəfindən qəbul edilib. Lakin 2011-ci il mayın 4-də Senat bu qanun layihəsini əsassız sayaraq onu təsdiq etməyib. Milli Assambleya təkrarən qanun layihəsini bir ay əvvəl – 2011-ci il dekabrın 22-də qəbul edib. Bu gün bu qanun layihəsinin Senat tərəfindən də qəbul edilməsi bu sənədin artıq Fransa Parlamenti tərəfindən rəsmən tanınması hesab olunur. Sənədin Fransada tam olaraq qüvvəyə minməsi üçün son mərhələ kimi bu qanun layihəsinin ölkə prezidenti tərəfindən təsdiq olunmalıdır.

Qeyd edək ki, Fransa Senatının qarşısında Azərbaycan və türk diasporunun nümayəndələri gün boyu etiraz aksiyaları keçirərək, qərarın qəbul olunmamasına çağırıblar.

Link to comment
Share on other sites

Mesel var,deyirler guran oxumagla donuz daridan cixmaz.Senat garshisinda etiraz aksiyasi ile ele gerarlarin gebuluna hec cur mane olmag mumkun deyil.Turkiye hokumetinin son 1-2 ilde apardigi melum siyaet bu cur hec bir mentige sigmayan ganunun gebulunu labudleshdirdi.Erdogan hokumetinin ereb olkelerindeki melum hadiseler zamani tutdugu geyri-mueyyen movge,Israil dovleti ile suni olarag yaratdigi garshidurma,butun gerb dovletlerinin Irana nuve silahi yaratmagi dayandirmagina gore etdiyi siyasi hemlelere garshi tutdugu muxalif movge hemin ganunun gebuluna "yashil ishig" yandirdi.Indi de Fransa dovletini igtisadi sanksiyalarla hedeleyirler.Halbuki bu sanksiyalardan ozlerinin zerer cekmek tehlukesi daha coxdur.Milyardlarla fransiz investitsiyasinin,milyonlarla fransiz turistinin turkiyeni terk etmesinden guya ki,turkler ne gazanacaglar ki?Ona gore de onlarin galdirdigi indiki hay-kuy daldan atilan dasa benzeyir ki,o da melumdur ki,ancag topuga deyer hemishe.

Link to comment
Share on other sites

Mesel var,deyirler guran oxumagla donuz daridan cixmaz.Senat garshisinda etiraz aksiyasi ile ele gerarlarin gebuluna hec cur mane olmag mumkun deyil.Turkiye hokumetinin son 1-2 ilde apardigi melum siyaet bu cur hec bir mentige sigmayan ganunun gebulunu labudleshdirdi.Erdogan hokumetinin ereb olkelerindeki melum hadiseler zamani tutdugu geyri-mueyyen movge,Israil dovleti ile suni olarag yaratdigi garshidurma,butun gerb dovletlerinin Irana nuve silahi yaratmagi dayandirmagina gore etdiyi siyasi hemlelere garshi tutdugu muxalif movge hemin ganunun gebuluna "yashil ishig" yandirdi.Indi de Fransa dovletini igtisadi sanksiyalarla hedeleyirler.Halbuki bu sanksiyalardan ozlerinin zerer cekmek tehlukesi daha coxdur.Milyardlarla fransiz investitsiyasinin,milyonlarla fransiz turistinin turkiyeni terk etmesinden guya ki,turkler ne gazanacaglar ki?Ona gore de onlarin galdirdigi indiki hay-kuy daldan atilan dasa benzeyir ki,o da melumdur ki,ancag topuga deyer hemishe.

Tam razıyam sizinlə .Ərdoğan siyasətinin acı nəticələridir bu .Dünya iqdisadiyyatına -siyasətinə güclü təsir imkanları malik olan İsraillə deyərdim boş yerə konfiliktə girməyin axırı buna gətirib çıxartmalı idi ..

Link to comment
Share on other sites

Qondarma soyqırım iddialarının qəbulundan sonra , Azərbaycan hakimiyyətinin də heç bir əməli tədbir görməməsi daha maraqlıdır . Zənnimcə, bu Türkiyədən çox Azərbaycana zərbədir. Gözləyək görək , nə kimi tədbirlər alınacak Azərbaycan hökuməti tərəfindən.

Link to comment
Share on other sites

Qondarma soyqırım iddialarının qəbulundan sonra , Azərbaycan hakimiyyətinin də heç bir əməli tədbir görməməsi daha maraqlıdır . Zənnimcə, bu Türkiyədən çox Azərbaycana zərbədir. Gözləyək görək , nə kimi tədbirlər alınacak Azərbaycan hökuməti tərəfindən.

Teessuf ki, hele de Prezident terefinden rey bildirilmeyib... Zennimce bu qeder uzatmaq yanlish hereketdir..

Link to comment
Share on other sites

Qondarma soyqırım iddialarının qəbulundan sonra , Azərbaycan hakimiyyətinin də heç bir əməli tədbir görməməsi daha maraqlıdır . Zənnimcə, bu Türkiyədən çox Azərbaycana zərbədir. Gözləyək görək , nə kimi tədbirlər alınacak Azərbaycan hökuməti tərəfindən.

Demək istəyirsiz Sarkozinin verdiyi (oxu 1 milyona satdığı ) medalı aparıb fransız səfirin təpəsinə vursun ?wink.png

Link to comment
Share on other sites

Turkiye de cavab olarag "ermeni soygirimi " kelmesini piciltiyla bele deyene oz olkesinde 50 000 avro cerime 5 ilde ceza evinde ceza cekme ganunu imzalasin. Buda olsun turkun fransiza ve hepimiz ermeniyiz deyib Drink ucun aglayanlara layigli cavabi!gy.gif

Link to comment
Share on other sites

Teessuf ki, hele de Prezident terefinden rey bildirilmeyib... Zennimce bu qeder uzatmaq yanlish hereketdir..

Prezident , kəskin pisləməlidir və hətta Fransanın Dağlıq Qarabağ üzrə vasitəçilik etməsinin sual altında qala biləcəyini deməlidir . Amma Sapandın da dediyi kimi deyəsən orden məsələsi "boğazda qalır". Fransa , vaxt gələcək Dağlıq Qarabağı da birinci tanıyan dövlət olacaq, o zaman bizimkilərin üzünü görmək istəyirəm.

Link to comment
Share on other sites

Prezident , kəskin pisləməlidir və hətta Fransanın Dağlıq Qarabağ üzrə vasitəçilik etməsinin sual altında qala biləcəyini deməlidir . Amma Sapandın da dediyi kimi deyəsən orden məsələsi "boğazda qalır". Fransa , vaxt gələcək Dağlıq Qarabağı da birinci tanıyan dövlət olacaq, o zaman bizimkilərin üzünü görmək istəyirəm.

Turkleri kenar edib, Fransadan yapishmaq en boyuk agilsizliq olardi... Sabah eshitdiyime gore saat 2 de gencler Fransa sefirliyinin qarshisina yigishacaq ve qara gul destesi qoyacaqlar..

Link to comment
Share on other sites

millet, Fransa duz edib..ozu ucun ve terkibindeki lobbi ucun ne lazimdirsa onu da layiqince edib..indi ise onu bunu bow verek..bizler neynemeliyik onun qarwisinda onu edek..niye oturmuwuq niye susuruq bes bu gun dunya qarwisinda?! duwmen duwmenin bawini sigallamayacaq ki..ola bilsin Turkiyenin de burada siyasi sehvleri ucbatindan bu gun bu qanun qebul edilib, ama sonucda fakt faktliginda qalir ki, qanun qebul edilib..ozu duwen aglamaz! "biz indi esas avrovijnla maraqlaniriq, bawimizi qariwdirmayin bele sohbetlerle"...adamin aglamagi da gelir, gulmeyi dee! her weyi unudan milletik!

Link to comment
Share on other sites

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini: “Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə imkan verilməyəcək”

p.gif

[ 25 Yanvar 2012 12:41 ] p.gif

Bakı. Hafiz Heydərov - APA. Fransa senatında qəbul edilmiş qanun layihəsinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiyaların keçirilməsinə imkan verilməyəcək.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib.

Rəis müavini qeyd edib ki, artıq Azərbaycan hökuməti bu qanun layihəsinin qəbuluna öz etirazını bildirib: “Dövlətimizin buna etiraz etməsindən sonra hər hansı qeyri-hökumət təşkilatının və partiyaların Fransa səfirliyinin qarşısında toplaşaraq aksiya keçirməsinə heç bir lüzum yoxdur. Polisin vəzifəsi Bakıda ictimai qayda və təhlükəsizliyi təmin etməkdir. Kimlərsə ictimai qaydanı pozaraq etiraz aksiyası keçirməyə cəhd edərsə, qarşısı alınacaq, buna imkan verilməyəcək”.

Qeyd edək ki, İctimai Palata və bir sıra QHT-lər bu gün və sabah Bakıda Fransa səfirliyinin qarşısında aksiyalar keçirməyə qərar verib.

Bunlar da İctimai palatanın adı gələndə az qalırlar özlərindən getsinlər . Niyə qorxursunuz ki , bu qədər bunu soruşan lazımdır !

Link to comment
Share on other sites

Azərbaycanda Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina edilib

[ 25 Yanvar 2012 16:19 ]

Bakı-APA. Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı olaraq Azərbaycanın Gənclər üçün Təhsil Mərkəzi də özünəməxsus addım atıb.

Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib. Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verib.

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığa son verilməsi ilə bağlı rəsmi məlumat verilib və bildirilib ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi aparıla bilməz: “Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə yaddır. Bu baxımdan hər il Mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsiz və məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik”.

Mərkəz digər Azərbaycan QHT-lərini də fransız təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırır.

Link to comment
Share on other sites

Fransanın Azərbaycandakı səfiri ittihamlara cavab verib - EKSKLÜZİV

Fransa%20sefiri%20Qabriel%20Keller%20130711.jpg

[ 25 Yanvar 2012 16:21 ] p.gif

“Fransa bundan sonra da Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hÜququn prinsiplərinə uyğun sÜlh sazişinə nail olmaq ÜçÜn konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək”

Bakı. Viktoriya Dementyeva – APA. Fransanın Azərbaycandakı səfiri Qabriel Keller TÜrkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın ötən il dekabrın 27-də və bu il yanvarın 23-də APA-ya verdiyi mÜsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. Səfir APA-ya təqdim etdiyi cavab açıqlamasında bildirib: “Əgər Fransa senatı tərəfindən 23 yanvar tarixində səsvermə yolu ilə qəbul edilmiş qanun bəzi tÜrk, yaxud Azərbaycan vətəndaşlarını yaralayırsa, Fransanın hökumət orqanları buna təəssÜf edir. Bu səsvermə ilə qəbul edilmiş qanunun ruhunu qətiyyən əks etdirmir. Yaddaş məsələləri hər zaman ağrılı mövzulardır, bu mövzular dÜnyada qızğın debatlara səbəb olur. Fransa da bu çətin təcrÜbəni yaşadı və qul alverində, İkinci DÜnya mÜharibəsi zamanı Fransa yəhudilərinin kÜtləvi sÜrgÜnÜndə Fransa dövlətinin iştirakında və hətta mÜstəmləkə sistemində öz məsuliyyətini tanıdı”.

Səfir qeyd edib ki, Fransa TÜrkiyə və Azərbaycanla mÜnasibətlərinə dəyər verir: “Bu mÜnasibətlərə yeni təkan vermək ÜçÜn son aylarda Fransa çox çalışıb”.

Diplomat ölkəsinin Dağlıq Qarabağ mÜnaqişəsinin həlli prosesində vasitəçi kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb: “Bu gÜnədək olduğu kimi, bundan sonra da Fransa Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hÜququn prinsiplərinə uyğun sÜlh sazişinə nail olmaq ÜçÜn konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək”.

Q. Keller TÜrkiyə səfirinin Fransa parlamentinin Üzvlərinin Ünvanına səsləndirdiyi fikirlərə də mÜnasibət bildirib: “Fransa parlamentarilərinin Ünvanına deyilənlər böhtan xarakterli ittihamlar olduğuna görə, hesab edirəm ki, həmin sözlər TÜrkiyə kimi böyÜk ölkənin nÜmayəndəsinə layiq deyil. Sonda qeyd etmək istərdim ki, səfirin Fransada sÜlh və əmin-amanlığın pozulması riski barədə söylədikləri milli ictimaiyyətimizə tamamilə inteqrasiya etmiş Fransanın tÜrk icması ÜçÜn də həqarətlidir”.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
        • Like
      • 48 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
        • Haha
        • Like
      • 28 replies
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Confused
        • Haha
      • 82 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 11 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Sad
      • 31 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...