Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Səyahət Etdiyimiz Və Dincəldiyimiz Yerlər , Şəhərlər.

Recommended Posts

Keçən yay Nabranda olmuşam.Oberlux da dincəlirdik.Pis deyil.Otel,yemək,baseyn və gecə canlı musiqi,uşaqlar üçün animatorlar və s.Hər şərait var. Mən dənizi sevirəm.Nabranın dənizi çimərlik üçün yararlı deyil.Ancaq  baseynlə kifayətlənməli olacaqsan.Bir də meşəsi var. Yaxşı yaşıl meşədir.Ancaq o qədər insan meşə doluşur ki,özünü meşədən çox parkda hiss edəcəksən.Bu həftə sonu Nabrana getməyi düşünürəm.Ətraflı gəlib yazaram...

P.S.Titikakaya və amazoniyaya getsən xəbər elə birgə gedək.Mən də o tərəfləri görmək istəyirəm))))

Mence Nabrandansa  dagliq rayonlardan birine getmek daha duzgun olar. Nabranda adeten havanin temperaturu ele Bakidaki kimi olur. Serin yer axtarmaq lazimdir. Balaken Zaqatalada olan var?Orada hec olmamisham, amma cox eshitmishem. 

P.S. Titikakaya getsem xeber ederem, amma Amazona gedesi olsam demerem. Bir yerde duran deyilsen, Itersen sonra di gel o boyda Amazonda Konul axtar.

Düzdü, yay gəlir..Amma mən çimərlik sevmirəm, ən çoxda bizim ölkədə çimərlik mövsümündə bir çox insanların itrib hələdə tapa bilmədikləri istirahət mədəniyyəti haqqında təsəvvürlərinin sıfıra bərarbər olduğunu düşünürəm.Belə mənim üçün ən gözəl istirahət öz bağımızda samovar qaynadıb, kabab bişirib, malina yeməkdir.İstəmirəm harasa yad insanların içində olaraq istirahət edim, bizim ölkə üçün deyil bu.Ailələ insanlara məsləhətim də budur.

Amma xaricə getmək təbii ki istəyirəm, sadəcə madiyyatla bağlı bəzi daha vacib işlərim olduğu üçün bu hələki arzu olaraq qalır.

Tamamile raziyam, olkede aileyle gedilesi cimerlik yoxdur. Ona gore chimerliye ancaq dostlarimla gedirem. 

istirahətin növündən çıxış edərək yerləri də müxtəlifdir. bu il heç yerə çıxa bilməyəcəyəm. planlarım çoxdur. ancaq nəzərimdə Leninqrad, Moskva, Yesentuki, Gürcüstan (uşaqlıq vaxtımdan bəri getmirəm) var. Yaxın ətraf

sonrakı illərdə Avropaya üz tutmağı planlaşdırıram.

Lerik, Masallıya qaldıqda-yaxşı seçimdir. mütləq və mütləq istisuya gedin. mən 5 gün istisuya getdiyim il heç xəstələnmədim, keçən ildən fərqli olaraq.

Hələ ki bu ili Pirşağı bağlarında samovar çayı içə-içə, dənizə kəllə vurub qumunda istisinə dözməyib qaça-qaça, şlanqı o ağacın dibindən bu ağacın dibinə atmaqla, çiyinmdə çəllək, əlimdə püskürən (oprıskivatel) nar, üzüm, tutun ətrafında, inşallah bir əlimdə qayçı, digərində içində dolmaqda olan kişmiş səbəti ilə keçirməyi planlaşdırıram  

Masallida da adam cox olur?Nabran kimi sixliqdir?

Link to comment
Share on other sites

  • Replies 137
  • Created
  • Last Reply

Top Posters In This Topic

Mence Nabrandansa  dagliq rayonlardan birine getmek daha duzgun olar. Nabranda adeten havanin temperaturu ele Bakidaki kimi olur. Serin yer axtarmaq lazimdir. Balaken Zaqatalada olan var?Orada hec olmamisham, amma cox eshitmishem. 

P.S. Titikakaya getsem xeber ederem, amma Amazona gedesi olsam demerem. Bir yerde duran deyilsen, Itersen sonra di gel o boyda Amazonda Konul axtar.

Tamamile raziyam, olkede aileyle gedilesi cimerlik yoxdur. Ona gore chimerliye ancaq dostlarimla gedirem. 

Masallida da adam cox olur?Nabran kimi sixliqdir?

ola da bilər, olmaya da. Mən Lənkəranın İstisuyunda dincəlmişəm. Dağın ətəyində eşitdiyimə görə kirayə ev də tutmaq olar

Link to comment
Share on other sites

Tamamile raziyam, olkede aileyle gedilesi cimerlik yoxdur. Ona gore chimerliye ancaq dostlarimla gedirem. 

Mən hər yay Mərdəkan çimərliyindən istifadə edirəm.Orda özəl çimərliklər var kı ancaq ailəli insanlara giriş mümkündür.Heç bir problem olmur.

Link to comment
Share on other sites

Hər kəs öz istirahət planlarını bölüşür. Vay o adamın halına ki, istirahət nə olduğunu bilmir. İstirahət etməyə maddi imkanı yol vermir. İstirahət onuncun 12saatlıq ağır işdən sonra bir parça çörəyini yeyib, başını balışa atıb daş kimi yatmaqdı... Və ətrafımız belələri ilə heç də az deyil...

P.S. deyəcəklər ki, yenə hər şeyə pessimist yanaşıram facepalm.gif

Beləliklə , qatı pessimistlər üçün xüsusi  istirahət zonası  -   elə  onun çarpayısı  və balışıdır ))  Təbiətin ən gözəl guşəsi ))

Offtop olmasın deyə  onu demək istəyirəm ki, mən də aktiv istirahətin tərəfdarıyam.  Görmədiyim yerləri görmək  .  "Qarın - kürək"  istirahət formasını  saxlamışam pensiyaya ))

Link to comment
Share on other sites

 qatı pessimistlər üçün xüsusi  istirahət zonası  -   elə  onun çarpayısı  və balışıdır ))  Təbiətin ən gözəl guşəsi ))

 qatı pessimistlər    kasıb üçün xüsusi  istirahət zonası  -   elə  onun çarpayısı  və balışıdır.

Link to comment
Share on other sites

1-2 rayonu cixmag sherti ile(o da bir nece il evvel bir xarici ish hemkarimla gezmeyi nezere almasam) cox teessuf ki,burada sadalanan ve sadalanmayan yerlerin hec birinde olmamisham.((((((((Men aktiv istirahete ustunluk verirem,daim hereketde olmaliyam...Son vaxtlar olkemizin bolgelerinde istirahet edenlerden cox pozitiv deyishiklikler hagginda eshitsem de hec cur elim catmir...Dunyanin yaridan coxunu defelerle enine-boynuna gezsem de buradaki postlari oxudugca oz yelerimizden xebersiz olduguma tessuflendim.Ancag yegin ki,bu yay da bu arzu olarag galacag,yay planlarini artig coxdan cizilib.))))

Link to comment
Share on other sites

Nabranı heç sevmirəm, bircə dəfə uşaq vaxtı atam aparmışdı bizi, vəssalam.İnanmıram nəsə maraqlı bir şeylə qarşılaşacan bu dəfədə.Bəlkədə zövqlər müxtəlifdir, amma oraları sevmirəm.

Nabranı mən də sevmirəm ((

Hələ ki bu ili Pirşağı bağlarında samovar çayı içə-içə, dənizə kəllə vurub qumunda istisinə dözməyib qaça-qaça, şlanqı o ağacın dibindən bu ağacın dibinə atmaqla, çiyinmdə çəllək, əlimdə püskürən (oprıskivatel) nar, üzüm, tutun ətrafında, inşallah bir əlimdə qayçı, digərində içində dolmaqda olan kişmiş səbəti ilə keçirməyi planlaşdırıram  

Bəh-bəh, yaxşı mənada paxıllığım tutdu sizə ))) bağı mən də çox sevirəm. Amma artıq 7 ildir ki, müəyyən səbəbdən yayı dincəlməyə bağımıza getmirik ((((Əvvəllər yay gələn kimi köçürdük bağa, birdə sentyabrin 10-15 qayıdırdıq geri...

Mence Nabrandansa  dagliq rayonlardan birine getmek daha duzgun olar. Nabranda adeten havanin temperaturu ele Bakidaki kimi olur. Serin yer axtarmaq lazimdir. Balaken Zaqatalada olan var?Orada hec olmamisham, amma cox eshitmishem. 

Tamamile raziyam, olkede aileyle gedilesi cimerlik yoxdur. Ona gore chimerliye ancaq dostlarimla gedirem. 

Masallida da adam cox olur?Nabran kimi sixliqdir?

Balakən-Zaqatala zonasında olmuşam. Balakəndə kanatlar olan tərəfdə 3-4 saatlıq, amma Zaqatalanın demək olar hər yerini gəzmişəm. Çox gözəl havası, yaşıllığı var. İnsanları da çox qonaqpərvər və üzügülərdirlər :)

Çimərliklərə gəldikdə dənizə ümumiyyətlə girmirəm son illər. Sadəcə dənizkənarında dənizi seyr edərək dincəlməyə üstünlük verirəm.

Cənub zonasında uşaq vaxtı olmuşam. İstəyirəm qismət olsa oralara da baş çəkim. İndi nəinki Masallı, hara gedirsən adam əlindən tərpənmək olmur )))

Offtop olmasın deyə  onu demək istəyirəm ki, mən də aktiv istirahətin tərəfdarıyam.  Görmədiyim yerləri görmək  .  "Qarın - kürək"  istirahət formasını  saxlamışam pensiyaya ))

İlk dəfə belə istirahət forması eşidirəm )))))))))) Qismət olsun inşallah "qarın-kürək" istirahətini pensiya vaxtı yaşayasınız ))))

Təbii ki, xarici ölkəyə gedirsənsə, orada passiv istirahət mümkün deyil, görmədiyin yerləri görmək, gəzmək istəyirsən. Amma artıq olduğun hansısa rayonda istər-istəməz passiv istirahətin olur. Amma bəzi insanlar kifayət qədər pul verib 5 ulduzlu otellərdə istirahətə yollanırlar ancaq dəniz-basseyn-otel bax bu istirahət mənə çatmır )))

Link to comment
Share on other sites

İlk dəfə belə istirahət forması eşidirəm )))))))))) Qismət olsun inşallah "qarın-kürək" istirahətini pensiya vaxtı yaşayasınız ))))

Bunu ivritdən azərbaycancaya tərcümə etdim ))   İvritdə  passiv istirahət formasına  xalq arasında "beten - qav"  ( qarın - kürək (və ya arxa ) )  deyirlər.  Yəni, hoteldə dincəlib yatmaq , çoxlu yemək , dənizdə və  hovuzda çimib  qarnı üstə üzanmaq ,yenidən yemək yeyib arxa üstə uzanmaq və s. ))  Bu tipli  istirahətlə aram yoxdur ))

Həə deyirəm axı bizim tərəflərə aid deyil)))) Aha mən də elə məhz o tip istirahəti nəzərdə tuturam. Özü də kifayət qədər də pul ödəyirlər belə tip istirahətə. Nəisə hərənin öz şəxsi işidir, kimə necə xoşdursa elə də istirahət edir.

Link to comment
Share on other sites

Eshitmemishem, adini yaz bash cekerem ora)

Bir neçə dənədir.Ora gedərkən üstündə yazılır "ailəli istirahət üçün"Tropikanka çimərliyindən sonra gəlir.Adını unutmuşam.Getsəm yenidən xatırlayaram))Giriş pulludur.

Link to comment
Share on other sites

Bir neçə dənədir.Ora gedərkən üstündə yazılır "ailəli istirahət üçün"Tropikanka çimərliyindən sonra gəlir.Adını unutmuşam.Getsəm yenidən xatırlayaram))Giriş pulludur.

 Üzü qress tərəfə, yoxsa buzovna istiqamətində? 

Link to comment
Share on other sites

Hər kəs öz istirahət planlarını bölüşür. Vay o adamın halına ki, istirahət nə olduğunu bilmir. İstirahət etməyə maddi imkanı yol vermir. İstirahət onuncun 12saatlıq ağır işdən sonra bir parça çörəyini yeyib, başını balışa atıb daş kimi yatmaqdı... Və ətrafımız belələri ilə heç də az deyil...

P.S. deyəcəklər ki, yenə hər şeyə pessimist yanaşıram facepalm.gif

Fikus varli ve kasib tebeqe hemishe olub ve olacaq da. Yazdiqlarin melumdur her kese. Biri yaxshi istirahet dushunende digerisi bir parca coreyin derdindedi.  Bu bashqa movzudur ve oleneqeder muzakire etsen bitesi deyil. Indi kechek sene. Sen haralarda istirahet etmisen, bu yay nece istirahet etmeyi dushunursen? Senin xeyallarindaki istirahet necedir?  

hə,haqlısınız. Bu ucurumlar hər zaman olub.

O ki qaldı mənə, pis çıxmasın, amma bu mənim şəxsi işimdi,necə istirahət edəcəm, hara gedəcəm bunu deklarasiya etmək fikrim yoxdu.hər kəsə hörmətlə  

Duzdu 

Aha , bu postla marağımızı  bir az da artırdınız ))  Yaxşı  , ümumiyyətlə , aktiv istirahətin tərəfdarısınz , ya passiv ?  Cavab verməsəniz də  eybi yox , incimərəm nett.gif

Edited by Sunyata
Link to comment
Share on other sites

Keçən il 10 gün dəniz kənarına- çimərliyə getdim. Qumdan maksimal istıfadə etməyə çalışırdım. Amma axırıra yaxən zıbılı çıxdı. Günortanın istısını nəzərə almadım, ayaqlarım yandı. :( Bir həftə kremləmışəm ayaqlarımı ki, özünə gəlsin. 

Bu yay elə bir xüsusi planım yoxdur. Masallının bir də Qəbələnin isti suyu var, müalicəvi əhəmiyyətli. Çalışacam gedim yararlanım. Bir də şimal rayonlarını səyahət edəcəm.

Link to comment
Share on other sites

Keçən həftə iki günlük Nabranda Atlant istirahət mərkəzində oldum..Tur agentliyin xətti ilə öncədən otaq sifariş etmişdim.Bir adama görə qiymət 50 manatdır.Bura İki gün -bir gecəlik otaq , gündə üç dəfə yemək(isveç stolu )və hovuzda çimmək daxildir.

Əgər uşaqın yaşı beş yaşdan azdırsa onlar üçün pul ödəmək lazım deyil.Beş yaş tamam olubsa onlar üçün də ödəniş edilməlidir.Əgər öncədən otaq sifariş edilmədən gedilərsə bir gün üçün bir nəfərə görə 85 manat ödənilməlidir.

Nabranın dənizi çimərlik üçün yararsızdır.Yamyaşıl meşəsi var.

Atlantda sezon tam açılmadığından çox izdiham yoxdur.İyuldan açıq hava kinoteatrı, metkarting və su altına dalmaq və s. fəaliyyətə başlayacaq. Paraşütlə tullanmaq , bolinq, karaoke və s xidmətləri var.

Xüsusi olaraq bu mövzu üçün çəkilmiş fotoşəkillər.

Sent from my GT-I9100 using Disput.Az mobile app

Edited by Kenul2012

Könül, həmişə istirahətlərdə. Baxmayaraq ki, qiymətlər nisbətdə bahadır amma  gözəl istirahət məkanıdır. Uşaqlar üçün (elə böyüklər üçün də) hər şey var. Keşən il olmuşam orda. 

Hemishe gezmekde. Parashutle tullanmaq deqiq var?Qiymet 2 gune(yemek daxil)50 azn?Elave  neye xerciniz cixdi?

Edited by HPTRUEVISION
Link to comment
Share on other sites

Könül, həmişə istirahətlərdə. Baxmayaraq ki, qiymətlər nisbətdə bahadır amma  gözəl istirahət məkanıdır. Uşaqlar üçün (elə böyüklər üçün də) hər şey var. Keşən il olmuşam orda. 

Sağ ol Gapgara.Baha olsa da dincəlirsən.Mən iki gündən sonra özümü yeni doğulmuş kimi hiss edirdim.Yorğunluğum tam çıxmışdı.Səhəri iş günü olmasaydı,qayıtmazdım.

Link to comment
Share on other sites

Hemishe gezmekde. Parashutle tullanmaq deqiq var?Qiymet 2 gune(yemek daxil)50 azn?Elave  neye xerciniz cixdi?

Sağ ol).Bəli ,var idi.Düzdür istifadə etmədim).Hündürlükdən qorxuram.Təkcə hovuzda hündürlükdən sürüşdüm.İlk yuxarı çıxanda qorxurdum).Sürüşərkən ,gördüm qorxulu deyil.Hətta xoşuma da gəldi)

50 azn.ancaq bir gün üçündür.Bir gündə üç dəfə yemək və gecə qalmaq,bir nəfər üçün olan qiymətdir.

Sonra ikinci günü tam orada olmadıq deyə ancaq səhər ,günorta yeməyindən və hovuzdan istifadə etdik.Bunu qabaqcadan hesablatmışdıq.

Əlavə xərc.Bir neçə dəfə çay içdiyimizə görə  çıxdı.Gecə otağında istifadə etmək üçün elektrik çaydanı da apara bilərsən.

Onu da qeyd edim ki,Atlantın ərazisində çoxlu restoranlar var.Əgər yeməkxanada yemək istəmirsənsə,restoranların xidmətindən istifadə edə bilərsən.Diskoteka ,qəlyan  da var.

Parashutle tullanmaq pulludursa bahadir)

Link to comment
Share on other sites

Maraqli meqaledir oxumaga deyer.

Turizm şirkətlərinin “bir günlük tur” kələyi

-33 manat ödəyəcəksiniz. Bu pula səhər yeməyi, nahar, fotosessiya və Masallının istirahət mərkəzlərində gəzinti daxildir.

-Bəs Masallıya neçə saatlıq yoldur?

-3 saata Masallıda olacaqsınız...

Beləliklə, Masallıya birgünlük səyahət üçün “OK” turizm agentliyi ilə razılaşırıq. Səyahətdən bir gün əvvəl 40 nəfərin gəzintisi üçün 1320 manat ödəmək vədi ilə ayrılırıq.

Növbəti müraciət etdiyimiz yer “Retro” turizm agentliyi olur. İnternetdən əldə etdiyimiz nömrələrə zəng vururuq. Bu dəfə isə Masallıya deyil, Qubaya getməyimiz məsləhət bilirlər.

53757_src.jpg

-Sizi aldadıblar, Masallı 5 saatlıq yoldur. İndi yollar təmir olunur, 5 saat yarıma-6 saata rayonda olacaqsınız. 12 saatlıq yoldan sonra gəzməyə həvəsiniz qalmayacaq. Amma Quba yaxındır. 31 manata səhər yeməyi, nahar verəcəyik. Qubanın istirahət yerlərini gəzəcəksiniz. Axşam saat 10-da isə metronun “28 may” stansiyası qarşısında düşürəcəyik.

“Dayaq” tur agentliyi ilə daha sərfəli təklif irəli sürür. 28 manata səhər yeməyi, kabablardan ibarət nahar, fotosessiya, şirniyyatla çay süfrəsi, diskoteka, əyləncəli oyunlar, Şamaxı rəsədxanasına səyahət... O qədər cazibədər gəlir ki...

İndi hər kəsi bu sual düşündürür: yayda harada dincəlmək olar?

Maddi imkanı yaxşı olanlar xarici ölkələrə üz tuturlar. Xarici ölkələrə gedə bilməyənlər, hətta rayonlarda 5-10 gün dincəlməyə pulu olmayanlar isə bir günlük səyahətə üstünlük verirlər.

İndi bütün turizm şirkətləri, tur agentliklər rayonlara bir günlük səyahət təşkil edir. Bəs qiymət və göstərilən xidmətin səviyyəsi necədir?

Virtualaz.org saytının əməkdaşları turizm agentliklərinin rayonlara bir günlük səyahətinin təşkili vəziyyətini və qiymətləri öyrənib.

Bir tikə kabab, 30 qəpiklik şirə və...

133 saylı orta məktəbin şagirdləri də rayonlara bir günlük səyahətlə bağlı reklamlarda göstərilən xidmətlərə inanaraq yola çıxıblar. Pirquluya bir günlük səyahət üçün 55 nəfərdən ibarət qrup 1540 manat pul ödəyib.

Gəzintinin təşkilatçısı olan valideyn Səadət Əliyeva deyir ki, onlara səhər, nahar yeməyi, gəzinti, fotosessiya, diskoteka, əyləncəli oyunlar, şirniyyatla çay süfrəsi vəd edilmişdi. Amma elə avtobusdaca narazılıqlar başlayıb.

53758_src.jpg

“Səhər yeməyinin əvəzinə içinə bir dilim kolbasa qoyulmuş çörək və 30 qəpiklik şirə verdilər. Dedilər ki, vəd etdiyimiz səhər yeməyi budur. Naharda verdikləri bir tikə kababı isə başa vursaydın, baş yarılardı, daşa vursaydın - daş” - deyə S.Əliyeva bildirir.

Valideynlərin narazılığına istirahət mərkəzinin inzibatçısı cavab verib və bildirib ki, adambaşına 4 manatlıq menyu ilə razılaşıblar. Həmin menyuya isə bir tikə kabab, mineral su, 1 litrlik “Cola”, pomidor-xiyar daxildir. Üstəlik, istirahət mərkəzi elə bir iri məmurun himayəsindədir ki, kiminsə hədə-qorxusu ilə iş üslubunu dəyişmək niyyətində deyillər.

Valideynlər yenidən yemək sifariş verməli olublar: “Bizə vəd olunan çay süfrəsinə 2 balaca çaynik və bir samovar verdilər, şirniyyat əvəzinə isə 3-4 konfet. Buna görə əlavə olaraq samovar sifariş etdik. Sonunda təkcə qaynar su üçün 60 manat ödədik. Hələ mineral su və yeməklərin qiymətindən danışmıram. Bir lirtlik adi su 2 manatdan hesablandı. Qarnımızı evdən götürdüyümüz çörək və pomidorla doyurduq”.

Pulunu bəri başdan alan turizm agentliyi isə bütün məsuliyyəti istirahət mərkəzinin üzərinə atıb. Qonaqlar öyrəniblər ki, Şamaxı rəsədxanası turist qəbul etmir. Bunu isə bütün turizm agentlikləri bilir, sadəcə müştəri cəlb etmək üçün “rəsədxanaya gəzinti də olacaq” yalanını danışırlar.

Bir günlük səyahətə çıxan jurnalist Niyazi Məmmədov isə söyləyir ki, turizm agentliyinin xətti ilə Şahdağ gəzintisinə çıxıb. Şahdağda şəkillərini paylaşanların təsirinə düşüb və ucuz başa gəlsin deyə turla birgə Şahdağa gedib: “Yaxşı ki, özümlə pul götürmüşdüm. Bizə naharda sup verirdilər. Burdan Şahdağa get və sup ye. Belə şey olar? Əlavə yemək sifariş verdik. Buna görə də bir aylıq maaşım 3 günlük gəzintiyə bəs etmədi”.

Səyyahın xurcunu dolu gərək...

Niyazi Məmmədov Qubaya səyahətdən də narazı qalıb: “Qışda Şahdağa xərclədiyim pulun ağrı-acısı canımdan çıxmamışdı. Qubada seminarda olmuşdum. Düşündüm ki, ailəmlə həftəsonu istirahət edə bilərəm. Mən mayın sonunda getmişdim. İki çarpayılıq balaca otağı bir gecəliyə 50 manata kirayələdik. Gündə üç dəfə yemək və çay üç günə mənə 350 manata başa gəldi. Bu pula Gürcüstanda bir həftə dincələ bilərdim”.

“Bir günlük turla gedirsinizsə, özünüzlə yemək götürün”.

53759_src.jpg

Bunu isə “Mirvari” turizm agentliyinin ofisinin qarşısında dayanan qadın söyləyir. Onun sözlərinə görə, turla bir günlüyə Xızıya  gediblər: “Naharda kabab və dovğa verdilər. Kabab deyəndə ki, bir tikə toyuq qoyulmuşdu, o da alaçiy idi. Qorxduq uşaqlara verməyə. Etirazlara isə baxan olmadı, çünki tur agentliyi pulu əvvəlcədən almışdı. Bizə demişdilər ki, turların yeməkləri pis vəziyyətdədir, özünüzlə yemək götürün, amma inanmamışdıq. Siz uşaqla gedəcəksinizsə, özünüzlə yemək götürün”.

25-70 manat və...

Rayonlara bir günlük turlar 25 manatdan başlayır. Təbii ki, məsafə və menyudan asılı olaraq qiymətlər də dəyişir. 25 manat ödəməklə Xızıya getmək olar. Amma əlavə yeməklərin sifarişi qiymətlərə təsir edir. Bu qiymətə avtobusda səhər yeməyi, üç tikə kababdan ibarət nahar və bir dəfə çay daxildir.

“STİ Travel” agentliyi Masallı-Yardımlı turunu 31-35 manata təklif edir. Qiymətə nəqliyyat xidməti, səhər yeməyi, nahar, hər bir iştirakçıya hədiyyə kartı (50 manatlıq), ekskursiyalar, professional fotosessiya, bələdçi, çay süfrəsi daxildir.

“Turizm.Az” səyahət şirkəti də Masallıya tur təşkil edir. 35 manata  səhər yeməyi, asudə vaxt və göl ətrafında gəzinti, “Cənnət bağı” istirahət mərkəzində nahar (menyuda ləvəngi, kartof qızartması, assorti kabablar, təndir çörəyi, pendir, süzmə, çoban salatı, göyərti, kompot, bulaq suyu, çay var) və İstisu ərazisində gəzinti daxildir.

“Bakı travel” şirkəti Qəbələyə 28 manata tur təşkil edir. Xidmətlərə “Yeddi gözəl” şəlaləsində gəzinti, nahar yeməyi, çay süfrəsi, mafiya oyunu, Qəbələ rayonunda gəzinti daxildir.

Eyni şərtlərlə Şamaxıya 28, Masallıya 30 manata getmək olar.

53761_src.jpg

Bakı Turizm Ekskursiya agentliyi Bakı-Qusar (Şahdağ turizm kompleksi)-Quba-Bakı marşrutunu təklif edir. 35 manatlıq səyahətə səhər yeməyi, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə çatmaq, kompleksin ərazisində fəal istirahət, Qusar Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya, “Qayi bulaq”istirahət mərkəzində nahar (isti yeməklər, salatlar, toyuq kababı, limonad, mineral sular), nahardan sonra samovar çayı, şən musiqi, Qubadakı Soyqırım məzarlığının ziyarəti daxildir.

“Victory Tour” şirkəti Azərbaycanın bütün bölgələrinə səyahət təşkil edir. Qəbələ 33, Lahıc 33, Quba 31 manatadır. Bundan əlavə, 95 manat ödəməklə Şəkidə bir gecə, iki gün qalmaq olar.

“Ziya”, “Caspian”, “Advent” turizm agentliklərinin qiymətləri və təklif etdiyi xidmətlər də o qədər fərqli deyil. Bu agentliklərlə Qəbələyə 33-35, Masallıya 33-35, Lahıca 35, Qubaya 30, Şəkiyə 40-50 manata getmək olar.

Bundan əlavə, Bakıda bir günlük səyahət 7 manatdır. Tura İçərişəhər, Şəhidlər Xiyabanı, Dağüstü Parkda gəzinti daxildir.

Yəni istənilən şəxs uzaqbaşı 50 manat ödəməklə bölgələrdəki istirahət mərkəzlərində bir neçə saatlıq qonaq ola bilər.

“Caspian” şirkətinin nümayəndəsi deyir ki, hansı obyektdə yeməklərin keyfiyyətindən narazılıq eşitsələr, həmin istirahət mərkəzi ilə əməkdaşlığa son qoyurlar. Amma turizm mövsümündə bütün istirahət mərkəzləri artıq qazanmaq istəyirlər. Vətəndaşlar isə ucuz qiymətə yüksək xidmət tələb edirlər. Buna görə də narazılıqların yaranması mümkündür.

Bəs bir həftəlik istirahət?

Televiziyada, sosial şəbəkədə Nabran, Quba, Qax, Şəki, Xızı (Altıağac), Dəvəçi (Qalaltı), Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Yardımlı, Lənkəran və Lerikdəki istirahət zonalarının reklamları yerləşdirilib.

Turizm şirkətlərinə müraciət etmədən bu mərkəzlərdə istirahət etmək mümkündür. Bəs qiymət necə, sərfəlidirmi?

53760_src.jpg

Nabranda yerləşən “Atlant”, “Bulaq”, “Caspian Sea Resort”, “Green Ville” istirahət mərkəzlərində 1 nəfərin günlük istirahəti 100-250 manat arasında dəyişir. Təbii ki, otaq, menyu və istirahət mərkəzindəki əyləncələr qiymətlərə təsir edir.

Qəbələ, Qax və Şəkinin istirahət ocaqları bahalığı ilə digər rayonlardan fərqlənir. “Duyma”, “Küngüt”,  “El Resort” və digər istirahət mərkəzlərində 3 nəfərlik ailə ilə 7 gün istirahət 1200-2000 manata başa gəlir. Bu məbləğə Gürcüstanda 2 həftə, Antalya və Bodrumda 5 gün dincəlmək mümkündür.

Əgər ölkədə turizm inkişaf edibsə...

Azərbaycanda 516 otel, 32 min yataqlıq yer var. İldə ölkəyə 2,4 milyon əcnəbi turist gəlir. Rəsmi statistikada belə göstərilir.

Məlumatda qeyd olunur ki, 250-dən çox hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Turizm şirkətlərinə gəldikdə isə ölkədə 220-ə yaxın turizm şirkəti fəaliyyət göstərir.

Nazirlik turizm şirkətləri ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdaqlıqda qeyd olunur ki, turizm şirkətlərinin xidmətlərindən yararlanmazdan əvvəl şirkətin fəaliyyəti üçün verilmiş lisenziya və digər sənədlər tələb edilməlidir. Şirkətlərin fəaliyyəti ilə bağlı narazılığı olanlar isə nazirliyə məlumat verməlidir.

Nazirliyə daxil olan şikayətlərin araşdırılmasına gəldikdə isə qurum and-aman edir ki, şikayətlər yerindəcə araşdırılıb, tədbir görülür. Yəni nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edilir, hətta lisenziyalar geri alınır.

“2020-Gələcəyə baxış konsepsiyası”nda turizmin inkişafı nəzərdə tutulub. Yəni nəzərdə tutulan tədbirlər yerinə yetirilərsə, yerli və xarici turistlərin hesabına dövlət büdcəsinə daxilolmalar birəbeş artacaq.

Bu arada deyək ki, indiyədək turizmin inkişafı üçün iki dövlət proqramı icra olunub. “2010-2014-cu illərdə ölkədə turizmin inkişafına dair” dövlət proqramının icrası bu il yekunlaşacaq. Amma bölgələrdə turizm xidmətlərinin qiyməti və keyfiyyət dəyişməyib. Turizm şirkətlərinin, otel və istirahət mərkəzlərinin sayının artması xidmətlərin yüksəlməsinə təsir etməyib.

Ayrıca ötən il Nabranda, bu il Qobustanda baş verən faciələr göstərdi ki, istirahət mərkəzlərində problemlər təkcə keydiyyətlə bağlı deyil, təhlükəsizlik tədbirləri də arxa plana keçirilib. Təbii ki, ön planda daha çox pul qazanmaq dayanır, heç nəyə baxmadan qazanmaq...

Bəs bunun səbəbləri nədir?

“Azərbaycanda turizm çox cavandır”.

Bunu turizm üzrə mütəxəssis Elnur İsmayılov deyir. Onun sözlərinə görə, qiymətlərin baha və xidmətin keyfiyyətsiz olmasına səbəbləri arasında turizmlə məşğul olanların bu sahəni yetərli bilməməsi amili də var.

E.İsmayılov hesab edir ki, bir az pulu olanların bu sahədə biznes qurması turizmin inkişafı kimi izah edilə bilməz: “Turizm agentliklərinin fəaliyyəti monitorinq edilməlidir. Nazirlik şikayətləri gözləməli deyil. Bundan əlavə, otel açmaq, istirahət mərkəzi işlətmək olar. Amma bu, turizmin inkişafı deyil. Bunun üçün mütəxəssislər yetişdirilməli, müştəri ilə davranış, xidmət tədris olunmalıdır. Xarici ölkələrdə yerli turizmin inkişafı üçün ölkə vətəndaşlarına güzəştlər tətbiq edilir. Bizdə isə əksinədir, tur agentliklərlə ortaq olub daha çox pul qazanmaq uğrunda yarış gedir”.

Göründüyü kimi, xarici ölkələrdə turizm agentliklərinin, otel və istirahət mərkəzlərinin say artımı rəqabətə yol açdığından müştərilərin seçim imkanlarını da artırır. Bizdə isə çoxluq... nə keyfiyyətə, nə də qiymətlərə hələlik əsla təsir etmir. Görünür, bu sahə bir qrupun əlində cəmləşdiyindən rəqabətə ehtiyac duymurlar...

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bu mövzunu açmaqda məqsədim userlərin gəzdiyi ölkələr, şəhərlər, həmin yerlərin tarixi və gəzməli yerləri (həmçinin qaldığınız otel) barədə müsbət və mənfi fikirlərinizi bilməkdir, 

Maraqlı  mövzu açmısınız .  Bu mövzu dailmi mövzularımızdan  , hətta gələscəkdə  ayrıca bir alt bölməyə də çevrilə bilər .  Rus bölməsində olduğu  kimi .  Amma , artıq bu tipdə  olan 3 - cü mövzudur .  ( Ən azı ))  )  Bu 3 mövzunu birləşdirib ortaqq ad verəcəyəm .  Güman edirəm ki,  bunun daha   düzagün olmasına şübhəniz yoxdur ))

Bu mövzular  - 

1.  Yay Istirahəti Barədə. Müzakirə Edirik, Təəsüratlarımızla Bölüşürük

2 . Harada Istirahət Etmək Istərdiniz?

3.  Sizin mövzu  .  

Bunların üçünü   -    "Səyahət etdiyimiz  və  dincəldiyimiz  yerlər ,  şəhərlər."  adı   altında birləşdirirəm .

Link to comment
Share on other sites

Azerbaycanin rayonlari dünya ölkelerinin gezmeli görməli yerlərindən hec də geri qalmir məncə)))

Eger yalniz gozelliyi nezerde tutursunuzsa ola biler geri qalmasim, amma xidmetin seviyyesini,elece de qiymetini gotursek cox geride qaliriq. 

Link to comment
Share on other sites

Bu mövzunu açmaqda məqsədim userlərin gəzdiyi ölkələr, şəhərlər, həmin yerlərin tarixi və gəzməli yerləri (həmçinin qaldığınız otel) barədə müsbət və mənfi fikirlərinizi bilməkdir, 

Movzu acmisiniz, amma  fikir bildirmemisiniz. Siz ozunuz hansi olkeleri sheherleri gezmisiniz?Maraqli bildiyiniz, gezmeyi meslehet gorduyunuz yerler varmi?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 3 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Haha
      • 12 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Like
      • 77 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Red Heart
        • Like
      • 110 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...