Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ateizmə Verilən Suallar

Recommended Posts

Basdan gelek. Sual verilmisdi ki' date=' Allah insanlari niye yaradib? Bir nefer yazdi ki, ona ibadet etmeleri ucun. Yene sual verildi ki, Allahin bu ibadete ehtiyaci var idimi? Siz yazdiniz ki, yox, eksine insanlarin buna ehtiyaci var. Ata-ogul misalini cekdiniz. Aydindir ki, Allahin hec bir seye ehtiyaci yoxdur. Bes insanlari yaratmaqda meqsed ne idi?

Ata-ogul misalinda ferq odur ki, atanin buna menevi olaraq ehtiyaci var. Ata oglunun ona layiq olmasini gormek isteyir. Boyuklere qarsi hormetli olan bir ogulun olmasini gormek istemesi her bir atanin menevi ehtiyacidir.[/quote']

Siz suala cavab vermədiz. Siz Allahın varlıqına inanaraq onu inkar edirsiz yoxsa Allahın varlıqına ümumiyyətlə inanmırsız? Deyin görüm, ateistsiz ya yox?

Bu mövzu "ateizmə verilən suallar adlanır". Mən isə son 150-200 ildə yaranmış ateizmin əleyhinə çıxaraq Allahın varlıqını sübut etməyə çalışacam. Əgər siz deyirsiniz ki, "aydındır ki, Allahın heç nəyə ehtiyacı yoxdur", demək Allahın varlığına inanırsınız. Əgər Allah barədə danışarkən "(əgər varsa)" ifadəsini yazırsınızsa, demək Allaha inanmırsınız. Siz hər iki cəbhədə vuruşmayın. Ya təsdiqləyin, ya da ki, inkar edin.

Ata oğula gəldikdə isə, oğul ayağa ona görə durmur ki, atanın buna mənəvi ehtiyacı var. Oğul ayağa ona görə durur ki, atasına hörmət etsin. Çünki atası hörmətə layiqdir. Siz dediyiniz isə bəlkə də heç mənəvi ehtiyac deyil, arzudur. Oğulunu hansısa şəkildə görmək arzusu.

Verdiyiniz suallara(Allah insanı niyə yaradıb? və s.) isə cavab olaraq deyirəm: Siz bir mövzu açın: Monoteizmə verilən suallar. Bu sualları isə orada verin. Bu sualların cavabları əlbəttə ki var. Amma mövzunu dolaşıqa salmayın. Və suallara siz cavab verin, əgər ateizmi müdafiyə edirsinizsə.

Link to comment
Share on other sites

  • Replies 607
  • Created
  • Last Reply

Top Posters In This Topic

Maraqlıdı. Yaxşı ki vaxtım yoxdu forumda iştirak etməyə. Achiles salam, sizde onu bilirsiz ki dünyanin ən savadlı və ağıllı ateisti Allahın yoxluqunu sübut edə bilməz. Sizin apardığınız müzakirə bərabər səviyyədədi.

Bəli Simruq, dünyanın ən ağıllı və savadlı ateisti hələ ağlını o qədər itirməyib ki nəyinsə yoxluğunu sübut etməyə çalışsın. Bizim müzakirədə bərabər səviyyəli heç nə ola bilməz.

Link to comment
Share on other sites

  1. Xeyr,Allahın ibadətə ehtiyacı yoxdur, O, ibadətə layiqdir. Buna qulların - insanların ehtiyacı var. Allaha ibadət etmək - onu tanımaq, ibadətə layiq bilmək deməkdir. Bu, bir növ evdə ata otaqa girəndə hörmət əlaməti olaraq ayaqa qalxmaqa, yaxud Türkiyədə yaşlı adamın əlindən öpmək adətinə bənzəyir. Məgər atanın övladının ayaqa qalxmasına ehtiyacı varmı, yoxmu?

1. Allahın insanın ibadətinə ehtiyacı yoxdursa, onda bildirməzdi ki, insanı ona ibadət etmək üçün yaradıb. Qul sizsiz, mən qul deyiləm. Özünzdən izahatlar uydurmuyun, yoxsa allahnan birbaşa əlaqəniz var? Yenə də dəxlisiz müqayisə aparırsız. Ata heç vaxt demir ki, onun, övladının ayağa durmağına ehtiyac var. Amma sizin allah bunu deyir, bax buduq fərq. Fikrim çatdı? Övladlar valideynlərini təbii və qarşılıqsız sevirlər, hörmət edirlər. Müsəlmanlar isə allahı müəyyən şərtlər daxilində sevməyə məcburdurlar. Ola bilsin bu fikrim sizə qəliz gləsin, ama hər nə desəniz də, allaha olan sevgi şərtlənir.

Link to comment
Share on other sites

1) Siz mənə həqiqətin fəlsəfədən fərqini göstərə bilərsinizmi? Yoxsa bunlar arasında heç bir fərq yoxdur?

2) Dəlili olmayan fikir həqiqətdən başqa nə istəsəniz ola bilər, məsələn, fəlsəfə, iddia və s. İddia da fəlsəfə kimi bir fikirdir. Əgər kiminsə adından danışırsınızsa dəlil gətirin, əks halda bu böhtandır. Böhtan isə çirkin əməldir.

1) Fəlsəfəyə görə 2+2=6,8, 20, 100 və s. edə bilər, ancaq həqiqətdə bunun cavabı yalnız və yalnız 4-dür. Ola bilsin sofistika haqqında eşitməmisiz, bu mənim günahım deyil. Qaranlıq qalan nəsə oldu?

2) Dəlil bu forumda. Ürəyi istəyən axtarıb tapar. Mən qeyd etmişdim ki, bu fikir mənə məxsus deyil, userlərdən biri yazmışdı bunu. Eybi yox, mən çalışaram onu axtaram tapam. Ama bunun sizin üçün heç bir fərqi olmayacaq, belə ki həmin useri çərənçilik etməkdə günahlandırıb, onun da dəlil gətirməsini istəyəcəksiniz. Təəccüblənməyin, xasiyyətləriniz hər kəsə bəyandır.

Link to comment
Share on other sites

Yaxşı, dostum, xətrinizə dəyməsin,, onda bir sualıma cavab verin: Sizdə ağıl deyilən bir şey varsa, onu mənə göstərin!

Beləcə, ailədə arvad ərinə deyə bilər ki, məni sevirsənsə sevgini göstər, yaxud ruhun varsa onu mənə göstər. Yer üzundə dinozavrlar yaşayıbmı? Onları mənə göstərin. (bu, sizin məntiqdir).

Bilirsiniz, sizin məntiqinizi başa düşmürəm. Əgər torpaq üzərində hər hansı bir iz varsa və siz izin sahibini göstərə bilmirsinizsə bu o demək deyil ki, izin sahibi yoxdur. Bu cür düşünmək absurddur. Sadəcə ola bilər ki, siz bu izin sahibi barədə heç nə bilmirsiniz.

Bir sualım da var: Yeri, göyü yaradan Allah yaxud hər hansı bir varlıq yoxdursa, onda kainat və onun qanunları necə əmələ gəlib?

Yenə çürümüş suallar..Mən bu suala cavab vermişəm. Amma siz mənim əks sualıma cavab verə bilməmisiz.Allah varsa onu mənə göstərin! Nə qədər ki belə mənsız suallar verəssiz, o qədər də eyni sualı eşidəcəksiz. Ateist heç vaxt sizin misal gətirdiyiniz mənasız sualları verə bilməz, çünki nə ərlə arvadın, nə də dinoavrların, sizin allah kimi hər hansı bir iddiaları yoxdur. Siz deyəsən başa düşə bilməmisiz ateizmin məntiqini, məqsədini və s. Bizim işimiz sizin allah iddianızladır, dinozavrlarla yox.

Deyirsiz ki, bizim məntiqimizi başa düşmürsüz..Bu yerdə mən sadəcə səhşətə gələ bilərəm. Bizim bu qədər açıq və aydın yazdığımız halda bizi başa düşmürsüz, ancaq minlərlə ziddiyyətli fiikirlər olan quranı başa düşürsüz??

Torpaq üzərində iz varsa, onun mutləq sahibi də var. Ancaq dünya və kainat torpaq üzərində iz deyil, bu sizin təsəvvür belə edə bilməyəcəyiniz bir quruluşdur. Bunun üçün isə mütləq olaraq hər hansı bir allaha ehtiyac yoxdur.

Yeri göyü yaradanın allah olduğu qətiyyən bəlli deyil. Mənim yaranışla bağlı öz səbəbim var, bunu isə bu forumda açıqlamayacığımı demişəm. Çünki, bununla heç nə dəyişməz, sizin üçün nə fərqi var ki mən nəyi qəbul edirəm, nəyi etmirəm? Sizə lazım olan, bizim sizin iddianızla bağlı tənqidlərimizdi. Onları cavblandıra bilsəniz, hesab edin ki, allahınız var.

Link to comment
Share on other sites

Xeyr! Məntiq yaradılış zəncirinin sonsuz halqalara qədər uzanmasından getmir. Məsələ belədir: Hansı yaradana gedib çıxmaq mümkün olur? Buna cavab versəniz, mövzunu bağlı hesab etmək olar.

Məntiq yalnız və yalnız son yaradanın varlığı ortaya çıxanadək sorğulayır. Bundan qeyrisi məntiqsizlikdir. Sizin vəziyyətinizdə, allahın yeganə olduğu məntiqsiz iddiadır, çünki onu yaradanın kimliyi barədə heç bir cavab verə bilmir. Burda sual olunur; nə üçün??

Link to comment
Share on other sites

Mən bunun əhəmiyyətini bilmirəm. Yəni kişilərdə əmcəklərin hansı rol oynadığını bilirəm.

Yəni demək istədiniz ki, kişilərdə əmcəklərin olmasının heç bir praktik əhəmiyyəti yoxdur, ancaq müəyyən bir rola malikdir?? Buyurun deyin biz də bilək; kişilərdə əmcəklər nəyə yarayır?

Link to comment
Share on other sites

Yəni demək istədiniz ki, kişilərdə əmcəklərin olmasının heç bir praktik əhəmiyyəti yoxdur, ancaq müəyyən bir rola malikdir?? Buyurun deyin biz də bilək; kişilərdə əmcəklər nəyə yarayır?

Xeyr. Mən bunun praktik əhəmiyyətinin nədən ibarət olduqunu BİLMİRƏM.

Link to comment
Share on other sites

Məntiq yalnız və yalnız son yaradanın varlığı ortaya çıxanadək sorğulayır. Bundan qeyrisi məntiqsizlikdir. Sizin vəziyyətinizdə, allahın yeganə olduğu məntiqsiz iddiadır, çünki onu yaradanın kimliyi barədə heç bir cavab verə bilmir. Burda sual olunur; nə üçün??

Siz sanki Allahın varlıqını qəbul edirsiz, ancan sadəcə onun tək olduqunu qəbul etmirsiz. Sizi düz anladım?

Link to comment
Share on other sites

1) Fəlsəfəyə görə 2+2=6,8, 20, 100 və s. edə bilər, ancaq həqiqətdə bunun cavabı yalnız və yalnız 4-dür. Ola bilsin sofistika haqqında eşitməmisiz, bu mənim günahım deyil. Qaranlıq qalan nəsə oldu?

2) Dəlil bu forumda. Ürəyi istəyən axtarıb tapar. Mən qeyd etmişdim ki, bu fikir mənə məxsus deyil, userlərdən biri yazmışdı bunu. Eybi yox, mən çalışaram onu axtaram tapam. Ama bunun sizin üçün heç bir fərqi olmayacaq, belə ki həmin useri çərənçilik etməkdə günahlandırıb, onun da dəlil gətirməsini istəyəcəksiniz. Təəccüblənməyin, xasiyyətləriniz hər kəsə bəyandır.

Əsəbiləşməyin. Mən sizdən elə bunu istəyirdim. Fəlsəfə həqiqət deyil. Bunu siz özünüz təsdiqlədiz.

Link to comment
Share on other sites

Yenə çürümüş suallar..Mən bu suala cavab vermişəm. Amma siz mənim əks sualıma cavab verə bilməmisiz.Allah varsa onu mənə göstərin! Nə qədər ki belə mənsız suallar verəssiz, o qədər də eyni sualı eşidəcəksiz. Ateist heç vaxt sizin misal gətirdiyiniz mənasız sualları verə bilməz, çünki nə ərlə arvadın, nə də dinoavrların, sizin allah kimi hər hansı bir iddiaları yoxdur. Siz deyəsən başa düşə bilməmisiz ateizmin məntiqini, məqsədini və s. Bizim işimiz sizin allah iddianızladır, dinozavrlarla yox.

Deyirsiz ki, bizim məntiqimizi başa düşmürsüz..Bu yerdə mən sadəcə səhşətə gələ bilərəm. Bizim bu qədər açıq və aydın yazdığımız halda bizi başa düşmürsüz, ancaq minlərlə ziddiyyətli fiikirlər olan quranı başa düşürsüz??

Torpaq üzərində iz varsa, onun mutləq sahibi də var. Ancaq dünya və kainat torpaq üzərində iz deyil, bu sizin təsəvvür belə edə bilməyəcəyiniz bir quruluşdur. Bunun üçün isə mütləq olaraq hər hansı bir allaha ehtiyac yoxdur.

Yeri göyü yaradanın allah olduğu qətiyyən bəlli deyil. Mənim yaranışla bağlı öz səbəbim var, bunu isə bu forumda açıqlamayacığımı demişəm. Çünki, bununla heç nə dəyişməz, sizin üçün nə fərqi var ki mən nəyi qəbul edirəm, nəyi etmirəm? Sizə lazım olan, bizim sizin iddianızla bağlı tənqidlərimizdi. Onları cavblandıra bilsəniz, hesab edin ki, allahınız var.

Məncə ateist "Allah yoxdur" deyəndir. Siz isə deyirsiniz "Allahı kim yaradıb?" )))) Sual olunur: Necə yəni Allah kim yaradıb? Olmayan Allahı kim yarada bilər? Əgər Allah yoxdursa onda onun yaradılışı barədı soruşula bilməz! Əgər soruşulursa, demək Allahla maraqlanılır. Allahla maraqlanan onun varlıqını qəbul edir. Siz ateist deyilsiniz. Siz özünüz özünüzü danırsınız. ))))

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

1. Allahın insanın ibadətinə ehtiyacı yoxdursa, onda bildirməzdi ki, insanı ona ibadət etmək üçün yaradıb. Qul sizsiz, mən qul deyiləm. Özünzdən izahatlar uydurmuyun, yoxsa allahnan birbaşa əlaqəniz var? Yenə də dəxlisiz müqayisə aparırsız. Ata heç vaxt demir ki, onun, övladının ayağa durmağına ehtiyac var. Amma sizin allah bunu deyir, bax buduq fərq. Fikrim çatdı? Övladlar valideynlərini təbii və qarşılıqsız sevirlər, hörmət edirlər. Müsəlmanlar isə allahı müəyyən şərtlər daxilində sevməyə məcburdurlar. Ola bilsin bu fikrim sizə qəliz gləsin, ama hər nə desəniz də, allaha olan sevgi şərtlənir.

Mən yenə də deyirəm: özünüzü yormayın. Siz artıq Allaha iman gıtirmisiniz. Siz sadəcə quran ayələrinin təfsiri ilə razə deyilsiz, yaxud Allahın dedikləri ilə razı deyilsiz.

Siz sadəcə söz güləşdirməyi sevirsiniz.

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

1. Allahın insanın ibadətinə ehtiyacı yoxdursa, onda bildirməzdi ki, insanı ona ibadət etmək üçün yaradıb. Qul sizsiz, mən qul deyiləm. Özünzdən izahatlar uydurmuyun, yoxsa allahnan birbaşa əlaqəniz var? Yenə də dəxlisiz müqayisə aparırsız. Ata heç vaxt demir ki, onun, övladının ayağa durmağına ehtiyac var. Amma sizin allah bunu deyir....

Allah deyir? Nə deyir ibadətə ehtiyacı olduqunu? ))))

Oxu, oxu, və yenə də oxu: Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) Qurani Kərim. Əl-İxlas (112) surə 2

Извечен Аллах один, Ему чужды любые нужды, Мы же нуждаемся лишь в Нём. Сура аль-Ихлас в переводе Крачковского И. Ю.

Link to comment
Share on other sites

1. Allahın insanın ibadətinə ehtiyacı yoxdursa, onda bildirməzdi ki, insanı ona ibadət etmək üçün yaradıb. Qul sizsiz, mən qul deyiləm. Özünzdən izahatlar uydurmuyun, yoxsa allahnan birbaşa əlaqəniz var? Yenə də dəxlisiz müqayisə aparırsız. Ata heç vaxt demir ki, onun, övladının ayağa durmağına ehtiyac var....

Bəli, ata bunu demir. Allah da bunu demir.

Oğul atasını ibadətə layiq görur. Eləcə də müsəlmanlar Allahı ibadətə layiq görürlər. ("Lə iləhə illə llah" - ın mənasına bax. «Allahdan başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» deməkdir. Mənbə: http://www.islamevi.az/modules/news/article.php?storyid=98)

Hərçənd Allah bütün bu müqayisələrdən uzaqdır. Bu sadəcə balacalar üçün bir misaldır. Axı onlar çətin başa düşürlər.

Link to comment
Share on other sites

Bəli Simruq, dünyanın ən ağıllı və savadlı ateisti hələ ağlını o qədər itirməyib ki nəyinsə yoxluğunu sübut etməyə çalışsın. Bizim müzakirədə bərabər səviyyəli heç nə ola bilməz.

Bir də ki, Achilles_, ədalətli olun! Axı, bu mövzu ateizmə verilən suallar adlanır. Siz də müəllif kimi cavab verəcəkdiz. Ateizm əvəzinə İslama suallar verirsiniz və ateizmə verilən suallara da cavab vermirsiniz, deyirsiniz ki, yaradılış barədə öz rəyiniz var. Şəxsən mənə ateislərin rəyi lazımdır, elə sizin rəy də maraqlıdır. Siz bunlardan danışın. İslamın əsası Allaha imandır. Ateizmin əsası isə Allahın olmamasını subut etməkdir.

Allahın var olmasını mən deyirəm və buna görə də dəlil mən gətirməliyəm. Amma yeri deyil. Axı Suallar Ateizmə verilməlidir.

Ona görə də mən sizdən dəlil tələb etmirəm. Sadəcə suallara cavab verin. Ateizmin əsasına aid..., Sualı verim cavabı alım.

Ancaq fəlsəfi yox, həqiqətə uyğun. Yəni belə yox! siz dediyiniz kimi (2+2=5,10,15), Bax belə: 2+2=4!

Razısızsa,

Sual 1) Yeri, göyu, canlıları... kainatı kim yaradıb, yaxud necə yaranıb?

Cavabınızı gözləyirəm. İstər sizin rəy olsun, istər ateist rəyi.

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Dostum, xətrinizə dəyməsin, ancaq sizin fikirləriniz son 2 ildə burda qarşılayıb yola saldığımız müsəlmanların...

Burada yadıma bir məsəl düşdü:

Никогда не спорь с идиотом - он опустит тебя до своего уровня, а потом выиграет, т.к. имеет опыт.

)))

Link to comment
Share on other sites

Siz sanki Allahın varlıqını qəbul edirsiz, ancan sadəcə onun tək olduqunu qəbul etmirsiz. Sizi düz anladım?

Xeyr, mən heç bir postumda bu cür mənasız bəyanat verə bilmərəm) Mən dinin tək yaradıcı ilə bağlı iddiasını rədd eliyirəm və deyirəm ki məntiqlə onun da yaradanı olmalıdı, ondan sonrakı yaradan da və s. və ilaxır. Bu cür düşünməmək üçün bircə dənə də olsa səbəb göstərə bilərsiz?

Link to comment
Share on other sites

Əsəbiləşməyin. Mən sizdən elə bunu istəyirdim. Fəlsəfə həqiqət deyil. Bunu siz özünüz təsdiqlədiz.

Bu cür söhbətlər məni əsəbləşdirə bilməz, narahat olmayın)) İkincisi, lap belə deyək ki fəlsəfə həqiqət deyil. Sonra?? Mənim təsdiqim sizə ruh yüksəkliyi verirsə, nə xoş mənə))

Link to comment
Share on other sites

Məncə ateist "Allah yoxdur" deyəndir. Siz isə deyirsiniz "Allahı kim yaradıb?" )))) Sual olunur: Necə yəni Allah kim yaradıb? Olmayan Allahı kim yarada bilər? Əgər Allah yoxdursa onda onun yaradılışı barədı soruşula bilməz! Əgər soruşulursa, demək Allahla maraqlanılır. Allahla maraqlanan onun varlıqını qəbul edir. Siz ateist deyilsiniz. Siz özünüz özünüzü danırsınız. ))))

Ay müsəlman, ateistin nə olduğunu mənə öyrətmək istəyirsiz??))) Daha bu qədər yox da..Biz ateizmin nə olduğundan danışmırdıq, biz islamın növbəti nağıllarından birini müzxakirə edirdik. Və həmin söhbət əsnasında mən bu iddianın tutarsız olduğunu göstərmək üçün dedim ki, bəs allahı kim yaradıb? Bu qədər sadə məsələləri başa düşə bilmirsinizsə, müzakirə mənasız olar. Postunuzun axırı ilə bağlı isə heç nə deməyəcəm, sadəcə gülüb keçəcəm, icazənizlə))

Link to comment
Share on other sites

Mən yenə də deyirəm: özünüzü yormayın. Siz artıq Allaha iman gıtirmisiniz. Siz sadəcə quran ayələrinin təfsiri ilə razə deyilsiz, yaxud Allahın dedikləri ilə razı deyilsiz.

Siz sadəcə söz güləşdirməyi sevirsiniz.

O məsləhətləri təzə başlayan müsəlmanlara verin, əmin eliyirəm ki, işə yarayar)) Və artıq sizi başa düşürəm, suallar qəlizləşdiyi üçün, artıq havadan sudan danışırsız. Mən dedim axı, sizə qədər burda yüzlərlə müsəlman qarşılayıb yola salmışıq))

Link to comment
Share on other sites

Bəli, ata bunu demir. Allah da bunu demir.

Oğul atasını ibadətə layiq görur. Eləcə də müsəlmanlar Allahı ibadətə layiq görürlər. ("Lə iləhə illə llah" - ın mənasına bax. «Allahdan başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» deməkdir. Mənbə: http://www.islamevi.....php?storyid=98)

Hərçənd Allah bütün bu müqayisələrdən uzaqdır. Bu sadəcə balacalar üçün bir misaldır. Axı onlar çətin başa düşürlər.

Baxın, deyirsiz ki allahın yaratdığına ehtiyaxı yoxdu və bunu demir. Əlbəttə ki o heç vaxt bunu deməz və yazmaz da. Bu ki açıq aydın bəllidir? Əgər insan əyninə paltar tikirsə, buna ehtiyacı var. Əgər insan maşın düzəldirsə, yenə də ehtiyacı var. İnsan yemək yeyir, çünki ehtiyacı var. Demək ki hər şeyin məqsədi var. Eyni zamanda da ortada tələbat var. Allah durduq yerdə niyə insanı yaratsın? Bunun bir məqsədi olmalıdı ya yox? Deyirsiz ki məqsəd ona ibadətdir. Belə olan halda isə, ortada tələbat var. Allahın nəyəsə ehtiyacı var ki, bu işi görür da, daha niyə bun ayrı don geydirməyə çalışırsız?

Oğul atasını ibadətə layiq görür??! Bu nədi belə, uje bütpərəstliyi də qanuniləşdirirsiz?

Link to comment
Share on other sites

Bir də ki, Achilles_, ədalətli olun! Axı, bu mövzu ateizmə verilən suallar adlanır. Siz də müəllif kimi cavab verəcəkdiz. Ateizm əvəzinə İslama suallar verirsiniz və ateizmə verilən suallara da cavab vermirsiniz, deyirsiniz ki, yaradılış barədə öz rəyiniz var. Şəxsən mənə ateislərin rəyi lazımdır, elə sizin rəy də maraqlıdır. Siz bunlardan danışın. İslamın əsası Allaha imandır. Ateizmin əsası isə Allahın olmamasını subut etməkdir.

Allahın var olmasını mən deyirəm və buna görə də dəlil mən gətirməliyəm. Amma yeri deyil. Axı Suallar Ateizmə verilməlidir.

Ona görə də mən sizdən dəlil tələb etmirəm. Sadəcə suallara cavab verin. Ateizmin əsasına aid..., Sualı verim cavabı alım.

Ancaq fəlsəfi yox, həqiqətə uyğun. Yəni belə yox! siz dediyiniz kimi (2+2=5,10,15), Bax belə: 2+2=4!

Razısızsa,

Sual 1) Yeri, göyu, canlıları... kainatı kim yaradıb, yaxud necə yaranıb?

Cavabınızı gözləyirəm. İstər sizin rəy olsun, istər ateist rəyi.

Mən hələ ki heç bir ədalətsizlik etməmişəm. Bildiyim suala cavab verəcəm, bilmədiyimə isə verə bilməyib bu haqda bilmədiyimi deyəcəm, daha müsəlmanların 80 %-i kimi bildim bilmədim basıb bağlayan deyiləm, ən zəhləm gedən şey də elə budur.

Mənim üçün yaradılış şumer yazılarında əks olunduğu kimidir. Bu mənim rəyimdir. Digər rəylərdən birinə görə isə təkamül prosesi nəticəsində yaranıb.

Özü də ki, niyə fəlsəfədən belə qorxursuz???)) Əmin olun, dünya və kainatın yaradılışının fəlsəfə ilə heç bir əlaqəsi yoxdur.

Link to comment
Share on other sites

Burada yadıma bir məsəl düşdü:

Никогда не спорь с идиотом - он опустит тебя до своего уровня, а потом выиграет, т.к. имеет опыт.

)))

Bunu düz deyirsiz, ama neyləmək olar, mən pis niyyətli deyiləm, qarşımdakının axmaqlığını üzünə vurmaq kimi xasiyətim yoxdu.

Link to comment
Share on other sites

Mən hələ ki heç bir ədalətsizlik etməmişəm. Bildiyim suala cavab verəcəm, bilmədiyimə isə verə bilməyib bu haqda bilmədiyimi deyəcəm, daha müsəlmanların 80 %-i kimi bildim bilmədim basıb bağlayan deyiləm, ən zəhləm gedən şey də elə budur.

Mənim üçün yaradılış şumer yazılarında əks olunduğu kimidir. Bu mənim rəyimdir. Digər rəylərdən birinə görə isə təkamül prosesi nəticəsində yaranıb.

Özü də ki, niyə fəlsəfədən belə qorxursuz???)) Əmin olun, dünya və kainatın yaradılışının fəlsəfə ilə heç bir əlaqəsi yoxdur.

1. Ateizm və ateist kəlimələrinin mənası nədir? – Ateizm tanrının ümumiyyətlə var olmadığını qəbul edən fəlsəfi görüşdür...

Bunu siz yazmısınız.

2) Əmin olun, dünya və kainatın yaradılışının fəlsəfə ilə heç bir əlaqəsi yoxdur.

Bunu da siz yazmısınız.

3)...lap belə deyək ki fəlsəfə həqiqət deyil. Sonra?? Mənim təsdiqim sizə ruh yüksəkliyi verirsə, nə xoş mənə))

Bunu da siz yazmısınız.

Nəticə çıxarın : Ateizm fəlsəfədir (bax: 1-ci bənd). Fəlsəfə (Ateizm) həqiqət deyil. Bu sadəcə yürüdülmüş bir fikir, mülahizədir (bax: 3-cü bənd). Dünya və kainatın yaradılışının fəlsəfə (ateizmlə) ilə heç bir əlaqəsi yoxdur. (bax: bənd 2)

Mən həqiqətdən danışıram. Hansısa dirəyi olmayan, məntiqsiz fikirdən yox.

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Mənim üçün yaradılış şumer yazılarında əks olunduğu kimidir. Bu mənim rəyimdir.

Bu barədə xəbərim yoxdur. Qısa da olsa xəbər verin. Şumerlərin yazılarında nə deyilir?

onlar bu suala nə cavab veriblər ( Yeri, göyu, canlıları... kainatı kim yaradıb, yaxud necə yaranıb?)?

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Baxın, deyirsiz ki allahın yaratdığına ehtiyaxı yoxdu və bunu demir. Əlbəttə ki o heç vaxt bunu deməz və yazmaz da. Bu ki açıq aydın bəllidir? Əgər insan əyninə paltar tikirsə, buna ehtiyacı var. Əgər insan maşın düzəldirsə, yenə də ehtiyacı var. İnsan yemək yeyir, çünki ehtiyacı var. Demək ki hər şeyin məqsədi var. Eyni zamanda da ortada tələbat var. Allah durduq yerdə niyə insanı yaratsın? Bunun bir məqsədi olmalıdı ya yox? Deyirsiz ki məqsəd ona ibadətdir. Belə olan halda isə, ortada tələbat var. Allahın nəyəsə ehtiyacı var ki, bu işi görür da, daha niyə bun ayrı don geydirməyə çalışırsız?

Oğul atasını ibadətə layiq görür??! Bu nədi belə, uje bütpərəstliyi də qanuniləşdirirsiz?

Bu ləfzi səhvdir. Hörmət əvəzinə ibadət yazmışam.

Link to comment
Share on other sites

Ay müsəlman, ateistin nə olduğunu mənə öyrətmək istəyirsiz??))) Daha bu qədər yox da..Biz ateizmin nə olduğundan danışmırdıq, biz islamın növbəti nağıllarından birini müzxakirə edirdik. Və həmin söhbət əsnasında mən bu iddianın tutarsız olduğunu göstərmək üçün dedim ki, bəs allahı kim yaradıb? Bu qədər sadə məsələləri başa düşə bilmirsinizsə, müzakirə mənasız olar. Postunuzun axırı ilə bağlı isə heç nə deməyəcəm, sadəcə gülüb keçəcəm, icazənizlə))

Siz Allahın varlığını anlamısınız, amma sizin üçün muəmmalı məsələ qalıb: Allahı kim yaradıb. )))

Link to comment
Share on other sites

Xeyr, mən heç bir postumda bu cür mənasız bəyanat verə bilmərəm) Mən dinin tək yaradıcı ilə bağlı iddiasını rədd eliyirəm və deyirəm ki məntiqlə onun da yaradanı olmalıdı, ondan sonrakı yaradan da və s. və ilaxır. Bu cür düşünməmək üçün bircə dənə də olsa səbəb göstərə bilərsiz?

Siz Onun tək yaradan olmasını qəbul etmirsiniz? Yəni, Onu da kimsə yaradıb, və o tək deyil, deyirsiniz, düz anladım?

O dediyiniz kimdir? Sizə görə Allah dediyiniz kimdir axı?

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Quran açıb baxın da, demirsiz hər şey orda yazılıb?))

Mən belə bir şey deməmişəm. Bir də ki mən uşaq deyiləm ki, sual verəm: göydə neçə ulduz var, kişidə əmcəklər nə üçündür və s.

Əgər sizə belə maraqlıdırsa deyim: Kişidə əmcəklər testosteron hüceyrələrin müəyyən bir faizini ifraz edir.

Bu elmə məlum olan kiçik bir məlumatdır. Əsl funksiyası isə bəlkə də daha genişdir. Bunu şumerlər və ateistlər bilmir, Allah bilir!

Link to comment
Share on other sites

1. Ateizm və ateist kəlimələrinin mənası nədir? – Ateizm tanrının ümumiyyətlə var olmadığını qəbul edən fəlsəfi görüşdür...

Bunu siz yazmısınız.

2) Əmin olun, dünya və kainatın yaradılışının fəlsəfə ilə heç bir əlaqəsi yoxdur.

Bunu da siz yazmısınız.

3)...lap belə deyək ki fəlsəfə həqiqət deyil. Sonra?? Mənim təsdiqim sizə ruh yüksəkliyi verirsə, nə xoş mənə))

Bunu da siz yazmısınız.

Nəticə çıxarın : Ateizm fəlsəfədir (bax: 1-ci bənd). Fəlsəfə (Ateizm) həqiqət deyil. Bu sadəcə yürüdülmüş bir fikir, mülahizədir (bax: 3-cü bənd). Dünya və kainatın yaradılışının fəlsəfə (ateizmlə) ilə heç bir əlaqəsi yoxdur. (bax: bənd 2)

Mən həqiqətdən danışıram. Hansısa dirəyi olmayan, məntiqsiz fikirdən yox.

Yaman tez nəticə çıxarmağa çalışırsız. Başa düşürəm, anlayışlar fikirləriniz qarışdıra bilər.

1. Ateizm fəlsəfi görüşdür. Burda söhbət teizmin qəbul edilməzliyindən gedir. Fikirə qarşı kontur fikir var. ANCAQ, bu o demək deyil ki, ateist düşünclərini izah edərkən fəlsəfəyə söykənir. Bizim bütün izahlarımız fəlsəfədən tamamilə uzaqdır. Bu bizim yazılarımızdan açıq aydın görsənir.

2. Əlbəttə ki dünyanın, insanın və kainatın yaradılışının fəlsəfə ilə heç bir əlaqəsi yoxdur. Varsa, buyurun göstərin.

3. Sizdə yumor hissinin heç "y" hərfi də yoxdur. Daha heç nə demirəm.

Nəticənizdə isə tamamilə səhvsiniz)) Ateizm fəlsəfə deyil, fəlsəfi görüşdür. Bu iki anlayış arasında isə dağlar qədər fərq var. Fəlsəfə balaca sahə deyil, onun içində hər şey var. Fəlsəfi görüş isə tamamilə dar və spesifik bir nəsnədir.

Link to comment
Share on other sites

Bu barədə xəbərim yoxdur. Qısa da olsa xəbər verin. Şumerlərin yazılarında nə deyilir?

onlar bu suala nə cavab veriblər ( Yeri, göyu, canlıları... kainatı kim yaradıb, yaxud necə yaranıb?)?

Qısaca şərh olunacaq bir məsələ deyil. Əgər başınızı qurandan və islamdan bir balaca ayırıb, dünyada daha hansı fikir və faktların olduğu ilə maraqlansaz, çox şey öyrənərsiz. Sizlərin problemi budu ki, başqa heç nə ilə maraqlanmırsız, ya da maraqlanmaqdan qorxursuz.

P.S. Şumerlərlə maraqlanırsızsa bunların oxuyun; Kosmi4eksiy kod-Gennaya injeneriya boqov, Lesnitsa v nebo-V poiskax boqov, Kolibeli sivilizatsii. Müəllif Zəkəriyyə Sitçindir. Rusca var internetdə.

Link to comment
Share on other sites

Siz Allahın varlığını anlamısınız, amma sizin üçün muəmmalı məsələ qalıb: Allahı kim yaradıb. )))

Mən müsəlmanla söhbət etdiyim üçün, bu cür ifadələrdən istifadə etməliyəm, əks halda bizim söhbətimiz alınmaz. Sizin quranda deyilir ki. allah təkdir, yaradandır, yaradılmır, doğulmur və s. və ilaxır. Bu məntiqdən də irəli gələrək mən də deyirəm ki, sizə nə bilirsiz o tək yaradandı? Onu yaradan da olmalıdı axı məntiqlə? İkincisi isə, quranda demək olar ki bütün ayələrdə " biz yaratdıq, biz filan şey etdik, biz bəhman şey etdik" kimi ifadələr var. Sual olunur, niyə "biz" kəlməsi işlədilir? Belə çıxır ki ortada bir allah yox, bir çox allahlar olub..Allah sözünün etimologiyasıan gedib çıxsaz görərsiz ki, o söz "allahlar" sözündən götürülüb. Sadəcə dini yaradan fırıldaqçılar onu istədikləri kimi dəyişiblər, bu da aydın məsələdi.

Yaradıla bilən allahın varlığını anlaya bilərəm, elə ona görə də ateistəm)))

Link to comment
Share on other sites

Siz Onun tək yaradan olmasını qəbul etmirsiniz? Yəni, Onu da kimsə yaradıb, və o tək deyil, deyirsiniz, düz anladım?

O dediyiniz kimdir? Sizə görə Allah dediyiniz kimdir axı?

Mənim üçün bunun heç bir fərqi yoxdur, mən sadəcə məntiq zənciri ilə sorğulayıram. Bu məsələ ilə bağlı əvvəlki postuma baxın. Mənə görə allah deyilən heç bir şey yoxdu.

Link to comment
Share on other sites

Mən belə bir şey deməmişəm. Bir də ki mən uşaq deyiləm ki, sual verəm: göydə neçə ulduz var, kişidə əmcəklər nə üçündür və s.

Əgər sizə belə maraqlıdırsa deyim: Kişidə əmcəklər testosteron hüceyrələrin müəyyən bir faizini ifraz edir.

Bu elmə məlum olan kiçik bir məlumatdır. Əsl funksiyası isə bəlkə də daha genişdir. Bunu şumerlər və ateistlər bilmir, Allah bilir!

Ahaa, çox maraqlıdı. Bəyəm sadəcə uşaqlar bu sualları verirlər?..Əslində düz deyirsiz, uşaqların beyni təmiz olduğu üçün, onlar bu kimi nəsnələri sorğulamaqdan qorxmurlar. Din xofu yoxdu onlarda. O müsəlmanlardır ki, "niyə" sualını verməyə qorxurlar.

Əmcəklərin funkksiyasın allah bilsəydi elə quranda yazardı ki sizlər də biləsiz, biz sual verəndə cavablayasız. Dərd orasıdır ki, bunu yalnız və yalnız elm bilə bilər. Elm də ki müsəlmanlara yox, qeyri-müsəlmanlara aiddir. Bura isə elə məhz ateistlər də daxildir.

Link to comment
Share on other sites

Siz suala cavab vermədiz. Siz Allahın varlıqına inanaraq onu inkar edirsiz yoxsa Allahın varlıqına ümumiyyətlə inanmırsız? Deyin görüm, ateistsiz ya yox?

Bu mövzu "ateizmə verilən suallar adlanır". Mən isə son 150-200 ildə yaranmış ateizmin əleyhinə çıxaraq Allahın varlıqını sübut etməyə çalışacam. Əgər siz deyirsiniz ki, "aydındır ki, Allahın heç nəyə ehtiyacı yoxdur", demək Allahın varlığına inanırsınız. Əgər Allah barədə danışarkən "(əgər varsa)" ifadəsini yazırsınızsa, demək Allaha inanmırsınız. Siz hər iki cəbhədə vuruşmayın. Ya təsdiqləyin, ya da ki, inkar edin.

Ata oğula gəldikdə isə, oğul ayağa ona görə durmur ki, atanın buna mənəvi ehtiyacı var. Oğul ayağa ona görə durur ki, atasına hörmət etsin. Çünki atası hörmətə layiqdir. Siz dediyiniz isə bəlkə də heç mənəvi ehtiyac deyil, arzudur. Oğulunu hansısa şəkildə görmək arzusu.

Verdiyiniz suallara(Allah insanı niyə yaradıb? və s.) isə cavab olaraq deyirəm: Siz bir mövzu açın: Monoteizmə verilən suallar. Bu sualları isə orada verin. Bu sualların cavabları əlbəttə ki var. Amma mövzunu dolaşıqa salmayın. Və suallara siz cavab verin, əgər ateizmi müdafiyə edirsinizsə.

Mənim nəyi müdafiə edib etməməyimin bir əhəmiyyəti varmı? Mövqeyimdən asılı olaraq fərqli cavablarınız yoxdur hər-halda. Yəni cavab varsa, bu, bir formada olmalıdır. Problem yeni mövzu açmaqdırsa, açaram. Fikrimi açıqlamağa gəldikdə isə, bu haqda kifayət qədər yazmışam, hər dəfə yazmaqdan da bezdim. O qədər maraqlıdırsa, "İslam dininə aid suallar" mövzusunda var, oxuya bilərsiniz.

İslama aid bütün suallara islam elmlərində cavab var.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Milli
        • Facepalm
        • Haha
      • 275 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Haha
      • 87 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 27 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Milli
        • Confused
        • Haha
      • 86 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 43 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Haha
      • 47 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...