Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qəzəllərin Tərcüməsi . Ərəb / Fars Tərkibli Sözlərinin Izahı .


Sunyata

Recommended Posts

HRTO , ariflərin gözdən düşməsi və təcridi haqqında daha nə deyə bilərsiniz ?  Maraqlıdır onları  konkret hansı əməllərinə görə təcrid edirdilər ? 

 

Bəlkə də mövzudan uzaqlaşsaq da , daha bir sual . Ariflərin xüsusi ruhi texnikaları mövcuddur ?  Yaxud  əsas texnika elə eşqin özüdür ?

Link to comment
Share on other sites

HRTO , ariflərin gözdən düşməsi və təcridi haqqında daha nə deyə bilərsiniz ?  Maraqlıdır onları  konkret hansı əməllərinə görə təcrid edirdilər ? 

Ariflər böyük əksəriyyəti ilə şəriətüstü məsələlərdən danışdıqları üçün cəzalandırılmışlar.

 

Bəlkə də mövzudan uzaqlaşsaq da , daha bir sual . Ariflərin xüsusi ruhi texnikaları mövcuddur ?  Yaxud  əsas texnika elə eşqin özüdür ?

Belə bir söz var ki, Allaha gedən yolların sayı elə gedənlərin özü qədərdir. Ümumi nəzəri məsələlər mövcud olsa da praktiki məsələlərə keçəndə sanki qapılar öz-özünə şəxsin üzünə açılır. Həmin qapıdan isə nəyin görünəcəyi artıq həmin şəxsin özünə aiddir. Buna görə də ariflərin əsərlərini oxuyanda zahirən ziddiyyət meydana gəlir. Çünki onların hər biri öz görüş bucağından yazır. Bir çox ariflər elə gördüklərini dillərinə gətirdikləri üçün cəza görmüşlər. Məsələn, biri qalxıb deyir ki mükaşifə halında Allahı qızıl taxtın üstündə nur kimi gördüm. Bunu deyəndə təbii ki, ətrafdakılar şübhəyə düşür. Çünki Allah maddə deyil ki, taxtda otursun. Bu sadəcə Mütləq nurun həmin arif üçün seçilmiş görüntüsüdür. Əlbəttə ki mütləq nuru heç kim olduğu kimi görə bilməz. İnsan 3 ölçülü sistemdədir, ən çoxu 4, ya da 5-ci ölçüyə girə bilər. Ondan o yana keçə bilmədiyi üçün Mütləq nuru dərk etməsi qeyri mümkündür. Buna görə də insan bənzətməyə ehtiyac duyur. Özü bunun bənzətmə olduğunu bilir, eşidənlər isə Allahı elə həmin bənzətmə kimi başa düşür. buna görə də sxolastikada Allahın əli, ayağı və s. kimi fikirlər yaranırdı. Ya bəzi uydurma hədislərdə deyilirdi ki, guya Qiyamət günü Allah ayağını cəhənnəmə (bəlkə də Cənnətə, dəqiq yadımda deyil) salacaq və s. Buna görə bir çox ariflər batin gözü ilə  gördüklərini heç kimə deməmişlər. Cüneyd Bağdadi də Həllac qədər böyük şəxsiyyət olmuşdu. Amma o sirləri açmaq məsələsində Həllacla razılaşmamışdır.

 

Əsas texnika kimi İslamda namaz götürülür. Əslində isə namaz elə eşq deməkdir. Namaz prosesi sadə bədən hərəkətlərindən ibarət deyil. Təbii ki bədən hərəkətlərinin özünün də bu meditasiyada öz rolu var. Hətta bir çox müsəlmanların barmaqarası baxdığı dəstəmazın özünün meditasiyaya hazırlıqda mühüm rolu olur. Şəxsən öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, heç bir meditasiyada insan namaz halında olduğu qədər dərin transa düşmür. Çünki bəzi başqa metodları da sınamışam.

 

Deyəsən çox oldu. Fikirlərimi yazıb çatdıra bilmirəm. Çoxunu arada itirirəm. Danışmaq daha rahatdır. Buna görə, yazımda əlaqəsizlik yaransa, üzrlü hesab edin.

Link to comment
Share on other sites

 

 

Deyəsən çox oldu. Fikirlərimi yazıb çatdıra bilmirəm. Çoxunu arada itirirəm. Danışmaq daha rahatdır. Buna görə, yazımda əlaqəsizlik yaransa, üzrlü hesab edin.

 

HRTO , cavabınıza görə  çox sağ olun !   Əla  və geniş  izahatdır.  Bu   mövzular məni  maraqlandırdığı üçün , inanın ki,  saatlarla sizin söhbətinizə qulaq asardım .   Amma, yazınız lap əladır !  Yazın, çooooox böyük maraqla oxuyuram sizi .   

 

İnanın  ki,  sizin yazılarınızı oxuduqca İslama da münasibətim   daha mülayim olur.  Yəni, sizin versiyanızdakı islam mənə digər ezoterik dünyagörüşləri xatırladır.  İslamı bu formada inkişaf etdirmək olsaydı  ,  islamofobiya da bu  qədər  geniş  vüsət almazdı.   Təəssüf ki,  sizin İslamı  ortodoksal İslam nümayəndələri qəbul etmir və etməzlər də (( 

 

Nəsiminin qəzəli  hələ sizi gözləyir ))

 

P.S.   İrfandan kənar tərcüməni də  alternativ olaraq verə bilərsiniz ? Hər halda dünyəvi ədəbiyyat müəllimisiniz ))  Hərçənd ki,  irfanı izahlarınız da superdir ! 

Edited by Sunyata
Link to comment
Share on other sites

 

Nitq imiş aləmdə mövcud, eşq imiş qaim məqam,

Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.

 

İmadəddin Nəsimi

 

 

 

 

 

Hərfi tərcümə: aləmdə mövcud olan nitqdir. Eşq isə canişindir. Bunu bizə eşqin rəhbəri öyrədib.

 

Qaimməqam: canişin, təyin olunan yerli rəhbər, müavin

 

Nitq bir sıra kitablarda bilik və idrakla eyniləşdirilir. Həqiqətən də nitq biliyin təzahürüdür. Bilik abstrakt varlıq, nitq isə onu ifadə edən prosesdir. Böyük İslam alimi Lahici yazır ki, nitq iki mənanı ifadə edir: 1) idrak, 2) danışıq. Nəsimi deyir ki, aləm nitqdən ibarətdir. Yəni bütün kainat informasiya toplusudur. Dedik ki, nitq həm bilik, həm də biliyin ifadəsidir. Deməli, kainat da həm potensial informasiya, həm də onun real təzahürüdür. Kainatın həqiqəti sonsuz sayda mürəkkəb kodlardan ibarətdir. Həmin kodların görünməsi üçün proqram idrak qüvvəsidir. Eynilə html kodları kimi. Yəni yenə o yerə gəlib çıxır ki, həqiqətdə real aləm deyilən bir şey yoxdur, hər şey kodlaşdırılmış şəkildədir. Kvant fizikasında deyildiyi kimi, obyektlər ona görə mövcuddur ki, biz onların mövcudluğunu özümüzə təlqin etmişik.

 

Bir haşiyə çıxaq: gör o dövrdə insanlar ruhi-mənəvi yüksəlişlə necə həqiqətlər əldə edirdilər, amma "kompyuter əsri" dediyimiz dövrdə insanlara nə qədər misal çəkirsən, yenə başa düşmür.

 

Mənə elə gəlir ki, eşqin qaimməqam olması fikri "gözəllik eşqin anasıdır" fikrinə dayanır. Gözəllikdən eşq yaranır. Gözəllik isə biliklər toplusunun özüdür. Bir şeyi də qeyd edək ki, həmin biliklər toplusu (yəni kainat) həqiqi Mütləq varlığın bir hissəsidir. Çünki bilik biləndən kənarda ola bilməz. Kainat da ona görə gözəldir ki, onu yaradan gözəldir. Hansısa arifin (səhv etmirəmsə, Mövlana Cəlaləddinin) kitabında oxumuşdum ki, gözəllikdən yalnız gözəllik meydana gələr. Mənə elə gəlir ki, eşq ona görə canişin hesab olunur ki, o, kainatı bütünlüklə idarə edir. Çünki bir anlığa iki atomun arasındakı "eşq bağlantısı" (yəni qarşılıqlı cəzbetmə, yaxud maqnit qüvvəsi) qırılarsa, zəncirvari şəkildə bütün kainatın nizamı pozular. Eşq kainatı idarə etdiyinə görə canişin sayılır. Mən belə başa düşürəm ki, "Allah nitqi yaradıb, eşqi isə onun üzərində canişin təyin edib".

 

İkinci misrada deyir: bunu bizə eşq rəhbəri bildirib. Bildirmək, bəyan etmək özü də nitqdir. Baranov lüğətində "nitq" sözünün ərəbcədən tərcüməsi belə verilir (olduğu kimi copy edib atıram): говорить, излагать; произносить; артикулировать.

 

Eşq rəhbəri Allahdır. Nəsimi burada demək istəyir ki, birinci misrada nitq və eşq barədə dediyi həqiqətlər havadan gəlmir, bu sirləri ona Eşq Rəhbəri özü bildirib.

 

Bu beyt də belə... Eşq Mövlası mənə də nitq versə, o biri beytləri də izah edərəm bir-bir.

Link to comment
Share on other sites

İnanın  ki,  sizin yazılarınızı oxuduqca İslama da münasibətim   daha mülayim olur.  Yəni, sizin versiyanızdakı islam mənə digər ezoterik dünyagörüşləri xatırladır.  İslamı bu formada inkişaf etdirmək olsaydı  ,  islamofobiya da bu  qədər  geniş  vüsət almazdı.   Təəssüf ki,  sizin İslamı  ortodoksal İslam nümayəndələri qəbul etmir və etməzlər də (( 

 

Bir daha təkrar edirəm ki, İslam dini əslində elə budur, uzun əsrlər də elə bu cür gizli şəkildə də olsa, yaşadılmışdır. Bu məsələlərin kökü peyğəmbərə dayanır, sonra da zaman-zaman inkişaf etmişdir. Təbii ki, buraya subyektiv fikirlər də qarışdığından fikir ayrılıqları yaranmışdır. Amma bunlar sırf praktiki məsələlər olduğundan bunu ixtilaf kimi götürmək olmaz.

 

O ki qaldı islamafobiyaya, bu da murdar siyasətdir. Bir tərəfdən islam ölkələri özləri bu dini gözdən salır, digər tərəfdən özünü xristian adlandıran köhnə şər yuvası Vatikan rəhbərliyi müxtəlif üsullarla qərbdə İslama qarşı fobiya yaradır. Beləliklə, eyni zamanda iki dinə (xristianlıq və islam) zərbə vururlar. Müsəlman bunu xristiandan bilir, xristian da müsəlmandan. Bəs Səlib yürüşləri elə bu cür təşkil olunmadımı?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
      • 31 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 99 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 55 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 134 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...