Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Yaradan / Xaliq Yoxdur … Oşo.

Recommended Posts

Yaradan /  xaliq yoxdur …   Oşo. 

Diqqətinizə  Oşonun Kanada radiosuna verdiyi bir maraqlı  müsahibəsini təqdim edirəm . Bacardığım kimi  tərcümə edib yerləşdirirəm.  Utanmayın , fikirlərinizi  bildirin  ))

https://www.youtube.com/watch?v=cjo4fU4u8Ps

Dialoq  - 

Jurnalist  (  J – olaraq  gələn dəfədən )   -  şənsiniz ?

Oşo  (  O – olaraq gələn dəfədən )  -  ...

J -  mətbuatda sizdən sitatıar gətirib yazırlar ki,  Allah  yoxdur – deyirsiniz  ))    Daha  dəqiq , nə demək istəmişdiniz ?  Yəni ,  dünya /  kainatdan kənarda  Allah yoxdur demək istəmişdiniz ?

O -  Həqiqətən , mən bunu deyirəm . Amma,  bu  “yaradan yoxdur”  demək deyil .   Kainat özü – özlüyündə  kifayətdir , dayanıqlığı mövcuddur.  Onun yaradılmasına əlavə , kənar  yaradana  və  kənar qüvvəyə ehtiyac yoxdur.   O anda ki , kainatın kənar qüvvə tərəfindən yaradılması ideyasını qəbul etdiniz ,  siz “qapalı  dairəyə” düşürsünüz.  Arqumentlər bunlardır :   mövcud olan  şey   yaradansız necə mövcud ola bilər ?  Bu bütün dinlərin arqumentidir . Əgər siz onların məntiqini qəbul etsəniz , onda sual doğur ki , bəs  Yaradanı kim  yaradıb ?  Əgər Allahın ,  onu  heç kim yaratmadan mövcudluğu mümkündürsə ,  onda problem nədir ?  Onda Kainat da onu yaradan olmadan mövcud ola bilər . Siz prinsipial olaraq razılaşırsınız ki,  nə isə  yaradan olmadan mövcud ola bilər.  Onda niyə  ehtiyac olmadan A –dan B yə , B  -dən C  yə və s.  keçidlər edək ?  Axı bunlar hamısı fərziyyədir .  A  allahı  B allahını yaradıb ,  B allahı C allahını yaradıb  ... Bütün bunlara heç bir ehtiyac yoxdur.  Bütün teologiya   cəfəngiyyatdır !  Bu söz “Allahdan”  başlayır.  “Theo”  - Allah deməkdir , “logiya”  -  isə məntiq . Deməli  ,  teologiya – “ Allah haqqında məntiq” deməkdir. Burada terminoloji  ziddiyat mövcuddur.

-  Beləliklə , kainat , dünya özü Allahdır .  Hər birimiz Allahıq , siz , mən  , hamı ...  Bütün bu oyun Allahdır .

O  - əgər siz Allah sözündən mütləq istifadə etmək istəyirsinizsə...

J -  Mənbə ...

O – Problem deyil . Bu , mənim üçün problem deyil.  Amma, siz gərək  sözün mənasını dəyişəsiniz... Ona görə ki,  onda eşşək də Allah olacaq , hətta yanki də Allah olacaq  ))*  

Daha yaxşısı bu sözdən istifadə etməməkdir .  Bu söz özündə təhlükə daşıyır  ))  Siz  eşşəyin üzərində oturub gedəndə düşünəcəksiniz ki , Allahın üzərində oturmusunuz ...  Hərdən siz...

J -  Düşünürəm ki, bizə həyat enerjisi verən qüvvə  , enerji ...

O -  Mən bunu “Təmiz Şüur”  adlandırmaq istərdim . Sadəcə şüur ... Əgər siz Allah sözünə belə bağlanmısınızsa , onda onu  “İlahilik” adlandırmaq olar.  Amma  , onu isim kimi deyil , yalnız keyfiyyət ( sifət ) kimi   istifadə etmək olar.   Bu halda “İlahilik”  uyğun gəlir.

J- Siz niyə görə buna isim yox , keyfiyyət deyirsiniz ?

O – Ona görə ki,  isim kimi qəbul etdiyiniz an onun mənasını öldürürsünüz.  Onu isim kimi qəbul etdiyiniz an , onun  artmasına /  inkişafına son qoyursunuz.  İsimlər  inkişaf edə bilmir.  Yalnız  fe`llər  inkişaf edir...

* - burada Oşo söz oyunundan istifadə edir . İngiliscə eşşək – donkey , amerikanların ləqəbi olan - yankee ilə həmahəng səslənir )) . İzah mənimdir . Sunyata

Edited by Sunyata
Link to comment
Share on other sites

Sunyata, tercumeye gore cox sag olun.

Maraqli sohbet olub. Ekser fikirleri menimkiyle ust uste dushur. Amma uene de insanin aglinda bir sual qalir ki, nece? Ona gore de men hemise daha ust bir dunyanin varligi haqqinda dusunurem. Ilahi bir quvve kimi yox, sadece bizden daha shuurlu ve bilikli varliqlar haqqinda

Müseyib , dəyməz .  Mənim üçün bu söhbətdə  ən maraqlı  cəhət odur ki , Oşonun  dedikləri  bir tərəfdən materializmi xatırladır.  Digər tərəfdən  isə  "təmiz şüur"   haqqında fikirləri və  onun özünün ruhi müəllim kimi tanınması -  bəziləri üçün qəribə tazad yarada bilər .  Yəni ,  nə ateist kimi ateistdir , nə də teist kimi teist ))  Mənim üçün   bu  düşüncə  çox təbiidir, çünki  elə özüm də bu növ fikirlərin daşıyıcısıyam . (  hər halda hazırda ,  sonrasını "təmiz şüur bilir))  )  . 

Siz dedyiniz versiya kimi  mümkündür , amma fəlsəfi  mahiyyət etibarılə problemi həll etmir ((

Link to comment
Share on other sites

Ona görə ki,  isim kimi qəbul etdiyiniz an onun mənasını öldürürsünüz.  Onu isim kimi qəbul etdiyiniz an , onun  artmasına /  inkişafına son qoyursunuz.  İsimlər  inkişaf edə bilmir.  Yalnız  fe`llər  inkişaf edir...

Sitat xosuma geldi

P.S.sizden yaxshi tercumeci cixar, belke daha boyuk islere girishib, kitab tercume edesiniz? xarici edebiyyati  azerbaycan dilline cevirenlere  yaman ehtiyyac var. Ciddi sozumdu, bundan evvel xalq haqqinda olan roliki de yaxshi tercume etmishdiniz.

Bakıda milyon rusdilli azərbaycanlı ola - ola  tərcüməçi  qıtlığıdır ?  ))  

P.S. tərcüməyə verdiyiniz  qiymətə  görə tşk.  edirəm ! 

Link to comment
Share on other sites

Из всех традиций Ошо особо выделял традицию дзен, В поздних беседах Ошо указывал, что дзэн является его «идеалом религиозности»,

Все религии, кроме дзена, уже мертвы. Они давно превратились в слежавшиеся ископаемые теологии, философские системы, сухие доктрины. Они забыли язык деревьев. Они забыли о той тишине, в какой можно услышать и понять даже дерево. Они забыли то счастье, какое приносит сердцу любого живого существа естественность и непосредственность.

Я называю дзен единственной живой религией, потому что это не религия, а сама религиозность. В дзене нет догм, у дзена нет даже основоположников. У него нет прошлого. По правде сказать, он ничему не может научить. Это чуть ли не самое странное, что было в человеческой истории, — странное, потому что дзен радуется пустоте, расцветает, когда нет ничего. Он воплощается не в знании, а в неведении. Он не различает мирское и священное. Для дзена священно все.

Mətnin rusca olduğuna görə əvvəlcədən üzr istəyirəm.Sadəcə tərcüməyə vaxt itirmək istəmədimsmile.png

Elik , Oşo  dzenlə yanaşı sufizmə də rəğbətlə baxıb  . Onları iki  inci  adlandırıb.  

Dzen haqqında isə  ənənəyə görə  onun  həm yaradıcısı (  daha doğrusu  şərti olaraq  Budda Şakyamunidən Kaşyapa adlı  şagirdinə  sözsüz ötürülməsindən başlayır )  həm də  patriarxlar   deyilən  xətt ilə  ötürülməsi qəbul olunur .  Amma, bunlar o biri dinlərdəki  kimi  müqəddəsləşdirimir .  Onlara və hətta Buddanın özünə də yalnız müəllim kimi hörmət edilir.   Ümumiyyətlə , onun bu barədə fikirləri  ilə tam razıyam  .  

Link to comment
Share on other sites

Videodan görünür ki, o şəxsiləşdirilmiş tanrıya inanmır.  Onun fikirlərində bəzi məqamlarda sufizmə də yaxınlıq var. Fikirləri məntiqlidir, əslində yaradılmayan tanrıya inanıb yaradılmayan kainata inanmamaq özlüyündə məntiqsiz bir inancdır.  O sadəcə olaraq təbiətə və onun enerjisinə inanır. Tanrını isə təbiətdə onun hət bir aspektində görür. Bu cox qədim zamanlardan, bütpərəstlikdə və avraamik nağıllarda şəxsiləşdirilmiş tanrı obrazından əvvəl ^  mövcud olan insanların mövcudluq haqqında obyektiv fikridir. 

Link to comment
Share on other sites

Hər halda səmavi dinlərdə  Allaha canlılıq keyfiyyəti  verilir .  Canlılıq özü  artıq şey və ya əşyanın xüsusi formasıdır .

Hörmətli Sunyata, əgər səmavi dinlərdən çıxış edirsizsə, onda onu da çox gözəl bilirsiz ki, Allah həm sonsuz guc sahibi, əzəli, əbədi və dogrulmayandır. Yəni yaradıcısı yoxdur. Allahı əşya və digər canlılara bənzədərsəniz, onda onu şey və əşyanın xüsusi forması halına sala bilərsiz. Əsas səhv ondan ibarətdir ki, Allah deyiləndə digər canlılarda olan xüsusiyyətləri Ona da daxil edirlər. Məhz ona görə də, Allahı kim yaradıb sualı çıxır.

Sonsuz bir varlıqdan bəhs ediriksə, ilk öncə sonsuz bir varlığın sonunun olub olmaması sübut etmək lazımdır. Əgər sonu varsa başlanğıcı da var deməkdir. Yəni yaradıcısı da var deməkdir. Əgər sonu yoxdursa Allahın yaradıcısının olduğunu demək əbəsdir.

 Allah sonsuzluq keyfiyyətinə malikdirsə  ,   onda bütün var olanı  / kainatı da ehtiva etməlidir.  Yəni  sonsuz olan ,  özündən kənarda sonlu nə isə yarada bilməz.  Əks halda deməli , Yaradan özü də sonludur.   Bu səmavi dinlərin paradoksudur.  

Sonsuz Tanrı ideyası  digər din və fəlsəfi cərəyanlarda var və  onlarda yaradan anlayışı  yoxdur.   Sonsuzluq özündən kənarda yarada bilməz.   Sonsuzluq haqqında "özündən kənar"  anlayışı  absurddur .

Siz elə qətiyyətlə deyirsiz ki, elə bil "bilməz" qaydalarınl Yaradan üçün Siz müəyyənləşdirmisiz. Xahiş edirəm yuxarıda qaralanan hissəni tam açıqlayasız. Mənim fikrimə görə sonsuz varlıq sonlu nələrsə yarada bilər, Onun bunu yaratmasına nə mane olur ki?

Sonlu varlığın sonsuz nəsə yaratması isə mümkün deyil.

Əks tərəfini fikirləşərsək, səmavi dinlərdə də sonsuzluq barədə müəyyən fikirlər var. Hər şey bu gördüyümüz həyatla bitmədiyini nəzərə alsaq, sonsuzluğun səmavi dinlərdə yer aldığını görmək olar.

Mr.  Elvin  , qaydaları mən müəyyənləşdirmirəm ))  

İşlətdiyimiz hər sözün məna yükü var . Eləcə də sonsuzluq sözünün.  Sonsuzluq bildiyim qədər  sonu  olmamaq deməkdir.  Sonsuz  -  yalnız vahid bir şey ola bilər.  Əks halda , deməli , ya bir sonsuzluq və  bir də onun ətraafında sonlu  predmetlər , və ya iki  və daha çox sonsuzluq mövcud olur . Bu da ki . sonsuzluq sözünün   deskripsiyası ilə paradoks yaradaır. 

Yəni , ya sonsuzluq mövcuddur və bu sonsuzluq bütün mümkün əşyaları , hadisələri əhatə edir .  Ya da sonsuzluq yoxdur .   Sonsuz olan Allah özündən kənarda  əşya yaradanda , artıq özünü sonsuzluq keyfiyyətindən məhrum edir.  Çünki  sonsuzluq  +  əşyalar -  absurd ideyadır. 

Sunyata Allahu təalanı bir sonsuz varlıq kimi təsəvvür edin. Sonsuz varlıq sahibi niyə sonlu predmetlər yarada bilməsin? Mənə elə gəlir Siz Allahu təalanı yaratdıqları ilə birlikdə bir vahid olaraq fikirləşirsiz, Yəni onu ətrafındakılarla birlikdə təsəvvür etməklə imkanlarını məhdudlaşdırırsız. Ancaq bunu mütləq belə olduğuna necə əminsiniz?

İndi yaşadığımız dünyada öldükdən sonra həyatın davam etmədiyinə necə əminsiniz?Səmavi dinlərdə öldükdən sonra sadə dillə desək sonsuz həyat başlayır..Bu barədə yuxarıda da yazmışdım.Fikir bildirmədiz. Bu barədə nə deyə bilərsiz?

Mr. Elvin .  əgər mən Allahı sonsuz bir varlıq kimi təsəvvür etsəm ,  bununla yanaşı  təsəvvür edənin - yəni . mənim  o sonsuzluqdan kənar olmağımı düşünsəm ,  deməli  belə bir nəticə çıxır : 

Sonsuzluq mövcuddur və  ayrıca mən mövcudam.  Deməli , sonsuzluq mənə çatanda bitir )) Başqa sözlə sonsuzluq sonlu olur . Sizcə bu nəzəriyyə  paradoks deyil ? 

Ölümdən sonrakı həyatın mənasını başa düşmürəm .  Əslində , elə ölümdən əvvəlki həyatın da həmçinin ))

Əgər biz Allahu Təalanın tərkib hissəsi olsaydıq Siz deyən kimi olardı və paradoks olardı.

Ancaq biz onun tərkib hissəsi deyilik, sadəcə yaratdıqlarıyıq. 

Hesab edək ki, Siz sonsuz güc sahibi bir varlıqsız. hansısa məqsəd üçün sonlu bir varlıq yaratmaq istədiz. Deyəlim bir stol. Sonsuz bir güc sahibi bu stolu yaradır. Bu o deməkdir ki, sonsuzluq yaradılanla (stolla) bitir???Mənim fikrimcə burda heç bir paradoks yoxdur. Sonsuz bir varlıq və güc sahibi olaraq Siz sonlu varlıq yaratmaqla sonsuzluğunuza heç bir xələl gətirmirsiz.Onu Siz tərəfdən yaradılmaqla sonsuzluğun bitməsi demək deyil.

Sonsuz  varlıq və ya sonsuzluq deyəndə  ,  mən fəza anlamında sonsuzluq  nəzərdə tutub yazmışdım.  Razılaşın ki , fəza anlamında sonsuzluq  bütün fəzanı  ehtiva edir.   Fəzanın hansısa lokal hissəsini bu sonsuzluqdan ayırsaq ki ,  bu sonsuzluğa aid deyil  , onda sonsuzluq öz sonsuzluq  mahiyyətini itirər.

Galdı ki, Sonsuz Güc .   Məncə sonsuz gücün sahibi ola bilməz .  Sonsuz güç elə özü -özünün sahibi ola  bilər.   Həmin güc də  fərqli formada təzahür edə bilər.  Materiya formasında ,  şüur formasında ,  bunların qarışığı olan insan formasında və s.  

Stol  məsələsi haqqında ))   Mən də , stol da   siz dediyiniz sonsuz gücün və sonsuz fəzanın təzahürləriyik .  Sonsuz fəzadan və sonsuz gücdən kənarda heç bir şey yoxdur.  Əks halda sonsuzluq sözünü təhrif etmiş oluruq.

Fikirlərinizə hörmət edirəm ancaq sizinlə razı deyiləm. Biz tamam başqa cür fikirləşirik. Müzakirəyə görə minnətdaram.

Link to comment
Share on other sites

Yaxşı mövzu müzakirə etmisiniz heyif ki, tamamlamamısınız.  Sonlu və sonsuz, bu anlayışlar cox müəmmalıdır. Dünyada sonu olmayan nə var ki ? Kainat günəşlər və hər şeyin bir sonu var. Amma bu sonla hər şey bitmir. Əslində sonsuzluq zamanın olmadığı bir yerdir, harda ki, heç bir dəyişiklik olmaz zaman anlayışı itər. Dəyişkən mühitdə mütləq bir son var. Buna bir mərhələdən digərinə keçid kimi də baxmaq olar. 

Ali varlıq yaradan və.s sonsuz anlayışı qoysaq bir kənara, Dinə istinad etsək insanın ikinci həyatında ona əbədiyyat vəd edilir. Yəni zamansızlıq və sonsuzluq. Harda ki, insanlar keflə yaşamaqla əbədi mövcud olacaqlar. Amma eyni zamanda insan indiki bədənini də saxlayacaq, yəni canlı olaraq əbədiyyata qovuşacaq. Bu özlüyündə absurd ideyadır. Çünki, canlı orqanizmin mövcud olma prinsiplərinə ziddir. Təbiətin qanunları və mövcudluğu prinsiplərinə baxsaq, təbiət özü də nisbi sonsuzdur, lakin buna bölünmə və coxalma nəticəsində nail olur. Lakin hər bir canlının müəyyən zaman kəsiyində mövcud vaxtı vardır. Hətta insan şüuru belə sonsuzluğu özü üçün arzu etmir, müəyyən vaxtdan sonra qocalıqda ölməyi arzulayır. 

Əbədi canlı necə mövcud ola bilər, və o hansı qanunlara tabe olmalıdır., dində iddia edilir ki, əbədi həyatda insanlar keyflə yemək və içməklə həyat sürəcəklər,  demək onlar orqanizm şəklində mövcud olacaq, lakin orqanizm yemək tələb edirsə maddələr mübadiləsi gedir və adi bioloji prinsiplərə tabedir. Bu halda o hansı şəkildə resursları mənimsəməklə əbədi mövcud ola bilər ? Buna inam heç bir rasional fikrə sığmır və ən azından savadsızlıqdır. 

Link to comment
Share on other sites

  • 2 weeks later...

Osho oz qeribe ve biraz maraqli uslubuyla coxunu casdira biler. Evvela onu deyim ki bele tercumelerde onlarin dediyi "GOD" sozunu bizim dilimize Allah deye tercume etmek duzgun deyil. Tanri deyilmesi daha duzgundur. veya enerji desin ne deyir desin. Allah Islam dinine mexsus isimlendirmedir. ve Esmaul Husnanin cemi, yekunu, toplamidir. One surduyu fikir fikrimce menasizdir. "Eger tanri yaradilmadan varolabilirse onda niye de kainat olmasin. burdan da cixardir ki kainat tanridir" kainat terkiblerden emele geldiyine gore her bir terkib de ve belece her bir atom da tanri olmalidir. Bu ise kainattaki nizami aciqlayabilmez. Cunki, Butun isler bir merkezden idare olunsa nizamli olar, atamlarin sayisi ededince tanrilar terefinden idare olunan kainatda nizam mumkun olmaz. (burada tanri minimum olaraq yaratma qabiliyeti olan bir varliq kimi ferzedilmisdir).

Islamdaki Allah, Ibni Sinanin da bolduyu kimi uc cur varliqdan biridir vacibul vucud:

a) Vacibul Vucud (varligi zeruri olan deye tercume edilebiler, yeeni "olmazsa olmaz" varliq)

b ) Mumkunul Vucud(varligi mumkun olan, yeeni ola da biler olmaya da biler)

c) Mumtenil Vucud(Varligi mumkun olmayan yeeni meselen ikinci Allah)

Burdan cixan Ibni Sinanin Isbati Vacibi (Varligi hecneye bagli olmayan ozunden var olan) 12 delilinden biri de budur ki : Butun kainat tecrubeyle sabittir ki mumkundur yeeni ola da biler olmaya da biler. Eger var olublarsa demeli BIRI onlarin varligi ve yoxlugu arasinda var olmaqlarini secib. Bu da Vacibul Vucuddur. Maraqlananlar El-Kindi nin isbati vacib delillerine baxabilerler. O hem de kainatin niye sonradan yaradildigini isbat edir. Tanrinin varligi ile elaqeli ontolojik subutlar da kifayet qeder guculudur. Misal ucun Dekartin, ve Godel in ontolojik subutlarina baxabilersiniz.

Not : Allah butun tanrilara lenet etsin smile.png

Edited by holyboy

Bir mərkəzdən tənzimlənmə ,  tənzimləyici və tənzimlənən differensiyasına şübut kimi qəbul oluna bilməz .  Həmin mərkəz öz periferiyasını da nizamlaya / tənzimləyə bilər.  

Link to comment
Share on other sites

  • 9 months later...

Osho Qeder Felsefi Kitab Oxuyun , 600 olmasa da Bir neche kitabin muellifi olun ve Bundan sonra Sizin Felsefe ve Heyat haqda Duzgun Fikir formalasha biler.

P.S. Bir onu bilirem ki, Oshoya qulaq asdiqca men Gozuyumulu inanmamaga chalishmisham. ve arashdirdiqca daha mentiqli oldugunu uze chixir.

Edited by Elkhan61
Link to comment
Share on other sites

  • 1 month later...

Osho Qeder Felsefi Kitab Oxuyun , 600 olmasa da Bir neche kitabin muellifi olun ve Bundan sonra Sizin Felsefe ve Heyat haqda Duzgun Fikir formalasha biler.

P.S. Bir onu bilirem ki, Oshoya qulaq asdiqca men Gozuyumulu inanmamaga chalishmisham. ve arashdirdiqca daha mentiqli oldugunu uze chixir.

Mənt hanı burada?  Adam heç bir elmi dəlilə əsaslanmır və alim də deyil. Fəlsəfə laboratoriyada sübut oluna bilirmi? 

Edited by Endson
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 0 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
      • 10 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Milli
        • Upvote
        • Sad
        • Haha
        • Like
      • 76 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 110 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Confused
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...