Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sevgi Hekayəti


Recommended Posts

  • Replies 165
  • Created
  • Last Reply

Top Posters In This Topic

  • 1 month later...

**************

Günlər öz axarı ilə davam edirdi. Arzu evdən işə, işdən evə gedirdi. Nə qızlarla çıxıb gəzməyə həvəsi vardı, nə də yeni tanışlığa. Hərçənd rəfiqələri daim Arzunu öz məclislərinə dəvət edər, "gəl gör səni necə oğlanla tanış edirik...", - deyərdilər. "Nədir axi evdə oturub özünü qocaldırsan? Gəncliyini yaşa! Sərbəstliyinin dadını çıxart! Kim bilir, kimə ərə verəcəklər səni, ər evində günün necə olacaq...."

 

Haqlıydılar. Yüz dəfə, min dəfə haqlı idilər bu qızlar. Amma Arzu içinə hakim olmuş hissi ram edə bilmirdi. Seymur... Əziz Seymur... Doğma olduğu qədər uzaq və yad Seymur... Telefonu götürüb Seymura zəng etməyi, və ya mesaj yazmağı elə istədi ki... Amma olmazdı. Bu olmazlar iti bıçaq kimi Arzunun bütün həyatını darmadağın edirdi.

*

- Qızım sənə nə olub? Son zamanlar çox fikirlisen... - Tofiq çayını qarışdıra-qarışdıra soruşdu. Arzunun icində bir hikkə qopub atasını acılamaq istədi. Susdu. Nə deyəydi bu yad kişiyə? İllərlə qızını xatırlamayan, amma indi gəlib "qızım" deyən kişiyə nə deyəydi...

 

Anası Arzunun xasiyyətinə yaxşı bələd olduğundan tez söhbəti başqa səmtə yönəltdi, Tofiq gülümsünüb mehriban-mehriban arvadı ilə danışırdı. Arzu dözməyib qalxdı.

- İşə gedirəm. Gec gələcəm, - dedi.

- Açarını götür, qızım, - anası dilləndi. - Mən bir neçə gün evdə olmayacam.

- Hara gedirsən?

- Tofiqnən Naftalana gedəcik. Ona müalicə yazıblar.

- Bəs sən niyə gedirsən? Qoy o getsin müalicəsini alsın da...

Anası məzəmmətlə qızına baxdı. Gözləri doldu. Arzu anladı ki, söhbəti uzatmaq, daha dərinə getmək lazım deyil. Anasının könlünü almaq üçün onu qucaqlayıb öpdü:

- Yaxşı, anacan, sənin könlün necə istəyir, elə də elə. Məndən narahat olma.

 

 

 

ardı var  :romashka:

Edited by sima nagiyeva
Link to comment
Share on other sites

"Demək, anam Tofiqi bagışlayıb... İndi əsil ər-arvad kimi davranırlar... Olsun. Anam Tofiqlə xöşbəxtdirsə, olsun. Amma mənim atam yoxdu... yoxdu və olmayacaq..." - Arzu fikir içində işə gedirdi. Həyatda çox qəribə hadisələr olur. Bu gün nifrət etdiyin insanı sabah sevə bilərsən, və əksinə, bu gün dəli-divanə olduğun adamı sabah öldürə bilərsən...

 

- Müdir səni çagırır, - Arzu otağa daxil olan kimi, həmkarı İradə dedi. Arzu  əl çantasını divardakı asılqandan asıb, əllərini saçlarına çəkdi, diqqətlə güzgüdə əksinə baxandan sonra müdirin kabinetinə yollandı.

 Müdirləri 60-65 yaşlı sərt baxışlı, zəhmli bir kişi idi. Daim köynəkləri boğaza qədər düymələnmiş olurdu. Qalstukları qara və ya tünd göy olardı. İşçilərlə danışanda gözlərini qıyar, dodaqlarını büzər və bütün görkəmi ilə hamının kütbeyin, səriştəsiz, savadsız olduğunu bildirərdi. Təbii ki, özünü bu siyahiya aid etməzdi.

 

- Arzu xanım, - müdir həmən söhbətə başladı, - mən sizin işinizi daim müşahidə edirəm, və görürəm ki, çalışqan xanımsız. Mən biləni, subaysız... Elə deyilmi?

- Bəli.

- Mən sizi Şəkidəki filiala şöbə müdiri göndərmək istəyirəm. Subaysız, perspektivlisiz... 

- Yox, mən gedə bilmərəm, - Arzu dilləndi.

- Niyə? Belə tez imtina etməyin. İnanın ki, o vəzifəni kimə təklif etsəm, düşünmədən razılaşar. Bu şansı qaçırmayın. Gedin, biraz düşünün. ..

Link to comment
Share on other sites

Arzu otağına qayıdıb fikrə getdi. Müdirin təklifində nəsə bir müəmma olmamış deyil... Axı bu adam işçilərdən daim narazı olduğu halda, nədən indi Arzuya belə təklif edirdi.

 

İradə:

- Hə, danış görək, nə dedi sənə? - soruşdu.

- Heç... Dedi məni Şəkiyə şöbə müdiri göndərmək istəyir.

- Doğurdan? Xeyir ola? Axı məncə o işi Əsədə verməli idi...

- Əsəd kimdi?

- Əsəd də... Baş mühasibin oğlu.

- Bəyəm o bizdə işləyir?

- Hə... 3-4 aydır... Pullu oğlandı, amma tupoydu... - İradə güldü. _ Bax, görərsən, Əsəd sənə badalaq gələcək.

 

Arzu çiyinlərini çəkdi. Heç nə vecinə deyildi.

 

 

ardı olacaq :romashka:

Link to comment
Share on other sites

Arzu artiq Seymura cox baglanmisdi.Isinde irelileyib ugur qazanmagi bele ona onemli deyildi.Seymurda Arzunu cox isteyirdi.Seymur anasinin tekidi ile evlenmisdi.Onlar bir birilerini sevmeyibler. aile olduqdan sonrada aralarinda mehebbet yaranmadi.Yusif adli bir ogul ovladlari var.ovladlarinin olmasi bele bu aileye mehebbet,istilik getirmedi.Bir birine yad iki insan idiler.Heyat yoldasi Naile Seymuru cox incidirdi.Hele Arzu ile rastlasmamisdan once artiq Naileden ayrilmaq qerarina gelmisdi.Bu ailenin sonu yox idi.

Link to comment
Share on other sites

Yuxuya getmək üzrəydi. Qarma-qarışıq fikirlər, təşviş Arzunun içinə dolmuşdu. Qəfil zəng onu səksəndirdi:

- Arzu!

- Seymur?

- Hə. Mənəm. Daha dözə bilmirəm. Pisəm. - Seymur qırıq-qırıq  danışırdı.

- Nə olub sənə?

- Mən sənsiz qala bilmirəm. Anla bunu! 

- Get yat, Seymur, sabah rahat danışarıq...

- Yox.. Bəlkə... bəlkə sabah mənimçün olmayacaq...

- Nə? Bu nə deməkdir?

- Heç... 

- Axı nə olub?

- Hər şeyə nifrət edirəm! Həyata! Özümə! - Seymur telefonu söndürdü.

Həyəcanlı Arzu yataqdan qalxıb otaqda gəzişdi. Belə bir söhbətdən sonra yatmaq olardımı? Beləcə ayaqüstə səhəri açdı...

Link to comment
Share on other sites

Seymur berk berk Arzunun ellerinden yapismisdi ve buraxmaq istemirdi.

-Arzu, bosanmaq ucun mehkemeye muraciet etmisem.Artiq bele davam etmek olmaz.men onunla birge yasaya bilmirem.

Arzunun elleri dondu,gozleri qaraldi.

-Seymur,sebeb menem?

-Elbetde ki yox.

Arzu inanmaq istedi ,inanmadi.Ozunu bu ailenin dagilmasina sebebkar kimi hesab etdi.Oz ozunu danlayirdi "Menem sebeb menem.Seymir bunu gizletse bele".Bu fikir Arzunu perisan etdi.

Link to comment
Share on other sites

Seymur duzunu deyirdi.Ailenin dagilamasina sebeb Arzu deyildi.Evvelde qeyd olundugu kimi Seymur oxumus,dunyagoruslu,savadli bir insan idi.Naile ise ona seref getirecek addimlar atmirdi.Bir birilerine eks insanlar.Duzdur butun gunahi Nailenin uste atmaq duzgun deyil.Seymurunda ozunde ve ailesinde mueyyen gunahlar var idi.Butun bunlara baxmayaraq Seymur aileni gucu catan yere kimi qoruyub saxladi.Ailenin dagilamgina sebeb ise Naile ozu oldu.

Link to comment
Share on other sites

Nailə hiss etmişdi ki, Seymurun həyatında başqa qadın var. Seymur mədəni oğlan idi, lakin xarakteri asan deyildi. Nailəyə elə gəlirdi ki, zamanla Seymuru ələ ala biləcək, aralarında mülayim münasibət qurulacaq. Amma Seymur sanki gündən günə uzaqlaşırdı. Nailə bir addım ona tərəf atanda, Seymur üç addım kənara çəkilirdi, sanki Nailə ilə mənəvi yaxın təmasdan çəkinirdi.

Nailə bilirdi ki, Seymur onu sevmir. Bu acı həqiqət gecələr Nailəni ağladırdı, amma o nə edə bilərdi? Əvvəllər düşünərdi ki, uşağı olsa, Seymur bir az yumşalar... Amma yox... Seymur yaxşı ata idi, amma yaxşı ər deyildi...

Bəzən Nailə hirslənib evdə dava - dalaş salar, Seymuru təhqir edib, qarşısında tələblər qoyardı. Nailə səsini qaldırdıqca, bağırıb- qışqırdıqca, Seymur sərt baxışlarını ona dikər və susardı. Onun susqunluğu Nailəni dəli edərdi. "Məni vur, öldür, amma susma... - demək istəyirdi Seymura... Seymur isə evdəki gərginliyə dözməyib qapını çırpıb gedər, gecə yarısına qədər küçələri piyada gəzər, sakitləşməyə çalışardı. Lakin Nailə olan evə qayıtmaq istəmirdi. Oğluna görə qayıtmağa özünü vadar edirdi, yalnız oğluna - o günahsız körpəyə görə...

Edited by sima nagiyeva
Link to comment
Share on other sites

Arzunun telefonuna zeng geldi.Anasi Xeyransa idi.

- Salam qizim. Necesen?

- Yaxsiyam ana.

Arzu ozunden biixtiyar sorusdu:

- Atam necedir?

- Yaxsi deyil qizim.Ele ona gore zeng vurdunki sabah biz qayidiriq.Bura gelmeyimizin ziyani oldu,xeyri yox.Atanin veziyyeti daha da pislesdi.

-Yaxsi ana.evde sizi gozleyeceyem.siz gelin men sonra ise gederem.

-Yox qizim sen get. Bizi gozleme.gecikede bilerik.axsam sen isden qayidan vaxta kimi biz gelerik.

Arzu cox meyus oldu.Allaha dua edirdi ki atasina bir sey olmasin.sagalsin.Ata nevazisi gormeyen insan indi ozu atasinin qaygisina qalmaq istedi.Seymura qarsi olan mehebbet her kesi her seyi Arzuya sevdirirdi.

Link to comment
Share on other sites

Arzu evde tek darixirdi.Diqqeti telefonda idi.Seymurdan ya zeng ya mesaj geldi belke.Seymur oglu Yusifle gezmeye cixmisdi.Yusifin 3 yasi var idi.Atasini isteyirdi,amma anasina daha cox bagli idi.Cox sakit,mehriban bir usaq idi.Seymurun dagilmaq uzre olan ailesinde tek tesellisi bu usaq idi.Oglunun olmagi ile cox oyunurdu.

Arzuya zeng geldi.Seymur idi.

- Salam Arzu.Necesen?

- Yaxsiyam Seymur.Sen necesen?

- Mende yaxsiyam.Oglumla gezmeye cixmisam.

Arzu telefinda duruxdu.Yene gunahkar hesab etdi.

- Seymur meni daha natahat etme.Senin ailen var.Biz bir yerde ola bilmerik.

- Edeceyem.biz bir aile olacagiq.Menim ailem seninle olacaq.

Arzu bu kelmelerden sonra goyun yeddinci qatina qalxsada icindeki hiss ona bu yoldan geri qayit deyirdi.

Link to comment
Share on other sites

Seymurun son zəngi Arzunu daha pərişan etdi. Bir yandan xəstə ata, bir yandan Arzunun Seymura olan keşməkeşli hissləri.... Arzu bilirdi ki, Seymura sevgisi, bəlkə də həyatının ən böyük səhvidir, amma ürəyi ilə bacarmırdı. Seymurun səsini eşidəndə ürəyi titrəyir, damarlarındakı qan sürətlənirdi. Başı gicəllənirdi....Bilirdi ki, Seymur da eyni hissləri yaşayır...

Link to comment
Share on other sites

***********

Bir gün axşam Arzunun telefonuna  tanımadığı bir nömrədən zəng gəldi.

- Allo....Eşidirəm....

Telefonda susurdular. Arzu kiminsə nəfəsini eşidirdi.

- Danışın, allo, siz kimsiz...

Yenə susdular... Və dəstəyi asdılar.

Arzu çiyinlərini atıb, "bu nədir belə, zəng edib susurlar... kim idi görəsən..." - düşündü.

 

Təxminən 5 dəqiqədən sonra yenə həmin nömrədən zəng gəldi. Yenə susdular.

 

3-cü dəfə zəng gələndə Arzu hirslə dəstəyə qışqırdı: - Ya danışın, ya da bir daha zəng etməyin! Hoqqa çıxarmaq lazım deyil!

Dəstəyi asdılar.

Edited by sima nagiyeva
Link to comment
Share on other sites

****

 

- Yaman hirsli qizsan, - otaga gelen bir oglan dedi.

Arzu sənədlərdən başını qaldırıb təəccüblə baxdı.

- Dünən zəng etdim, hirslendin, yəqin, yanında olsaydım, məni döyərdin.... - oğlan gülümsədi.

- Siz kimsiz?

- Mən Vüqar, kredit şöbəsində işləyirəm.

- Niyə zəng edib susurduz?

- Sənin gözəl səsini eşitmək istəyirdim də... Yaxşı, hirslənmə.... Gedim. Bir az işlərim var. - Oğlan çıxdı.

Onların söhbətini dinləyən İradə gülümsədi:

- Deyəsən, padxodlar başlanır...

- Nə? Nə podxod?

- Deyirlər ki, sənə vəd edilən regional filialdakı işi Vüqar istəyir... Amma nədənsə müdir onu süründürür...

Arzu işinə davam etdi. İdarədaxili çəkişmələrə, pərdə arxası oyunlara marağı yox idi.

Link to comment
Share on other sites

Vüqar hirsli addımlarla otağına gedib masa arxasında əyləşdi. Arzunu görüb söhbətdən narazı qalmışdı. Arzu cavan və yaraşıqlı idi, bunu danmaq olmazdı, amma nə üçün məhz ona bu təklif edilmişdi? Adətən regional bölmələrə kişiləri təyin edirlər, nədən bu qız bu qədər şanslı olmuş və belə bir çörəkli vəzifəni ələ keçirə bilmişdir? Bəlkə müdirin ona gözü düşüb... bəlkə bu qız müdirlə görüşür-sevişir....

Fikirlər Vüqarı narahat edirdi. O, bir neçə ay bu bankda işləməsinə baxmayaraq, özü haqqında bir mütəxəssis və iş adamı kimi yüksək fikirdə idi, bilirdi ki, regional filialın müdiri olsa, bəh-bəh, necə günləri başlanacaqdı! Pul - xəzəl kimi! Hörmət - başdan aşan!

 

Amma Arzu da az aşın düşü deyildi ha........ Hər halda, Vüqar belə duyurdu. Bu qızla, deyəsən, bərk çəkişmələrimiz olacaq...........

Link to comment
Share on other sites

O gündən etibarən VüqarArzunu diqqətində saxladı - qızın hər addımını izlədi, kiminlə nə danışdığına, hansı sənədi necə hazırladığına gizlicə nəzarət etdi. Amma Arzu elə təmiz və peşəkar işləyirdi ki, onun işində bir nöqsan tapılmırdı. Vüqar bəzən paxıllıq hissi ilə düşünürdü ki, "bu qızda olan bilik və bacarıqlar məndə olsaydı, çoxdan böyük bir təşkilatın rəhbəri idim..."

 

Müdir Arzunu yenə yanına çağırdı:

- Nə düşündün? Razısanmı?

Arzu tərəddüdlə susurdu.

- Qorxma, - müdir dedi, - mənə sənin kimi işini bilən bir işçi lazımdır həmin filialda. Yeni iş yerində adama həmişə çətin olur, amma sən tək getməyəcəksən, sənə kömək üçün bir neçə adam verəcəm gedib orda işləri təşkil edəsiniz.

- Bilmirəm, alınarmı.... Axı mən Bakıdan kənarda işləməmişəm...

- Nə olsun? Nə vaxtsa başlamaq lazımdır.... Həm də çox uzağa getmirsən ki... Cəmi 2 saatlıq yoldu. İstədiyin vaxt Bakıya gələ biləcəksən....

 

Arzu rayona getməyə hazırlaşırdı. Bəlkə də bu daha yaxşı idi - Seymuru unudar, başını işlə qatar və kim bilir, bəlkə də həyatında nəsə yenilik ola bilərdi... Bu düşüncələrlə Arzu bir neçə köməkçi ilə rayona yola düşdü.

Link to comment
Share on other sites

Rayonda işə yaxşı başladılar, baş idarə müəyyən hazırlıq işləri görmüşdü - bina təmir edilmiş, mebellə ve kommunikasiyalarla təchiz olunmuşdu. İlk gündən hamı böyük coşquyla bu layihəyə qoşularaq əlindən gələni əsirgəmirdi. Arzu öz bilik və savadını, işgüzarlığını tətbiq edə biləcəyinə çox sevinirdi, zaman nə qədər gərgin və ziddiyyətli, insanlar nə qədər mənfur və xəbis olsalar da, Arzu inanırdı - hər kəs bacardığı işi yaxşı yerinə yetirsə, dünya seyranlıq olar...

 

Müəyyən müddətdən sonra Arzu birdən-birə işçilərlə özü arasında nəsə xoşagəlməz bir soyuqluq duydu, Bu soyuqluğun səbəbini araşdırmağa çalışdı. Sanki onunla işçilər arasında görünməz şəffaf soyuq divar vardı - bir-birinə yaxınlaşmağa mane olurdu. Bu mənəvi soyuqluq Arzunu incidirdi.

Bir gün idarənin hollundakı güzgü qarşısında dayanıb saçını səliqəyə salarkən, öz adını eşitdi. Yaxınlıqdakı qapıya yanaşıb söhbəti dinlədi. Gözətçilərin balaca otağında iki nəfər Arzudan danışırdı. Dinlədikcə, soyuq-isti tər, həyəcan, xəcalət hissi qızı bürüyürdü. Aman... bunlar nə danışır? "İndi nə edim? İçəri keçib ağızlarının payını verim? Söyüb-biyabır edim... nə edim... nə..."

Link to comment
Share on other sites

Arzu kişilərə nə deyə bilərdi? Tərərddüd içində qapının yanında dayandı, sonra öz kabinetinə qalxdı. heç yerdə qərar tuta bilmirdi.

"İndi ki mənim haqqımda bu fikirdədirlər, mən burda işləyə bilmərəm... adamların üzünə necə baxaram... Elə biləcəm, hamı barmaqla məni göstərib "filankəsin qəhbəsi" deyəcək... Rüsvayçılıq..."

 

Qızı ağlamaq tutdu. İmkanı olsaydı, səsinə güc verib hönkürər, hər hönkürtüsü ilə içinə dolmuş incikliyi, ədalətsizliyi, qərəzi silib yenə əvvəlki Arzu olardı.... Filankəsin qəhbəsi.... yox, buna dözmək olmazdı.........

Link to comment
Share on other sites

Hansısa bir suala görə Arzuya zəng edən Telman hiss etdi ki, nəsə baş verib, hövlnak özünü qızın yanına çatdırdı. Arzunu göz yaşları içində görüb duruxdu. Əvvəl istədi sakitcə qapını örtüb getsin, sonra fikrini dəyişdi.

 

Arzunu əlləri ilə üzünü qapayıb oturmuşdu. Telmandan da xəcalət çəkirdi. Bir yerdə oxumuşdular, Telman qrupda yeganə oğlan idi, amma qızların arasında özünü çox rahat hiss edər, söjbətlərinə qoşulardı.  

-Arzu, sənə nə olub... - Telman soruşdu. 

Arzu susurdu....

Link to comment
Share on other sites

**********

Arzu qəfildən əllərini üçündən çəkib Telmandan soruşdu:

- Səndən bir söz öyrənmək istəyirəm, düzünü deyərsən?

- Nə söz?

- Cavab ver! Düz deyəcəksən?

Telman karıxsa da,

- Hə. Soruş, - dedi.

- mƏnim haqqında burda nə eşitmisən?

- Yaxşı işgüzar qızsan, savadlısan...

- Kəs! Mən ciddi soruşuram! De!

- Axı nəyi bilmək istəyirsən?

Arzu hirslə Telmana baxıb gözləyirdi.  Telman yerində qurcalandı:

- Eee... mən şayiələrə inanmıram.... sən də inanma.

- Nə deyirlər ki?

....

- Cavab ver!

- Deyirlər ki, sən müdirlə görüşürsən, onun sevgilisisen, ona görə səni bura təyin edib, amma tezliklə yanına aparacaq...

Arzu sarsıldı. Demək, şaiyələr düzdü... Bu kirli söz-söhbəti yayan kimdi görəsən...

 

Arzu qərara gəldi elə sabah şəhərə qayıtsın.

Link to comment
Share on other sites

  • 1 month later...

gecə gözünə yuxu getmədi. Çox düşündü.... conra qərar gəldi işinə davam etsin. Səhər heç nə olmamış kimi yenə iş başındaydı. Bütün günü kabinetindən çıxmadı, sənədlərlə işlədi, işçilərlə canlı təması tamam məhdudlaşdırdı.

Beləcə bir neçə gün keçdi. Arzu artıq onu incidən şaiyələri unutmuş kimi görünürdü. O anlayırdı ki, qadınlar vəzifə pilləsində qalxdıqca, müəyyən kirli mövzulara yaşıl işıq yanır. Bu işgüzar həyatın görünməyən cəhətləri idi.

***

- Mən səninlə görüşmək istəyirəm, - telefonuna tanımadığı nömrədən mesaj gəlmişdi.

"Siz kimsiz" - Arzu cavab yazdı.

"10 dəq sonra Zeytuna gəl"...

 

"Zeytun"  ofisin yanındakı kafe idi. Arzu heç vaxt orda olmamışdı, və ümumən, rayon yerində qadın xeylağının kafelərə getməsi yaxşı qarşılanmırdı. Arzu mesaja cavab vermədi. Və heç yerə getmədi.

Link to comment
Share on other sites

Təxminən 15 dəqiqədən sonra "hardasan" mesajını aldı. Yenə tanımadığı nömrə. Arzu susdu.

Bir neçə dəqiqədən sonra Vüqar onun kabinetinə gəldi:

- Adam müdirə olanda day telefona cavab verməz?

- ???

- Mənim idim də...

- Sən hara, buralar hara...

- Gəldim, görüm neynirsən... Hə, yaxşı yerləşmisən....

Susdular. Arzu masa üzərindəki sənədləri götürüb qoyurdu, Vüqar isə siqaret yandırıb qıyqacı nəzərlərlə Arzunu süzürdü.

- Arzu...

- ???

- Çox qaraqabaq qızsan... - Vüqar gülümsədi, - sənin kimi qızlardan çox xoşum gəlir... Üzdə təkəbbürlü, quru, daxildə isə mülayim...

Yenə susdular.

- Mən səni görən gündən... fikrimdən çıxmırsan... inan mənə...

- Nə? Zarafat edirsən?

- Xeyr... Arzu... bilirəm, mənim haqqımda yaxşı fikirdə deyilsən, amma bir şans ver mənə özümü doğruldum, bir şans...

Arzu güldü:

- Deyəsən, türk seriallarına çox baxırsan, orda da ele het bir birindən şans istəyirlər.

- Səni belə bilməzdim... Mənim hisslərim sənə gülməli görünür? ...

-Dur çıx get...

Vüqar ayağa qalxdı:

- Heç bir oğlan belə kobudluğa dözməzdi... amma sən mənimçün əzizsən... ona görə gedirəm, amma bil - sən ancaq mənimsən! Bildin! Mənimsən!

Bu nə dsanışır? - Arzu düşündü. - Bu məhəbbət  hardan, nə vaxt  yarandı... yoxsa nəsə yeni oyundu...

Link to comment
Share on other sites

  • 1 month later...

*********

Vüqar bir neçə dəfə ofisə gəlib getdi, amma Arzu hər dəfə onu quru qarşıladı, üz göstərmədi. Bir axşam Arzu işini tamamlayandan evə getməyə hazırlaşırdı. Kompüteri söndürdü, masanın üzərindəki sənədləri səliqə ilə yığdı, işığı keçirib pillələrlə aşağı, foyeyə düşdü. Artıq hamı dağılışmışdı. Təkcə gözətçi otağından futbol şərhçisinin donqultusu eşidilirdi. Arzu pencəyini düymələyib, çantasını çiyninə keçirtdi, Qapıdan çıxdı. Ofiisin pillələrini düşərkən, fikirləşdi ki, indi gedib bir pürrəngi çay içib yatsaydım, xoşbəxt olardım... yorulmuşam..."

 

Qəfildən hardansa bir neçə hündür şaqqalı gənc Arzunun üzərinə cumub onun qollarından tutdular və sürüyüb pillələrin altında gözləyən cipə itələdilər. Cip yerindən fırladı. Hər şey elə ani baş verdi ki, Arzu heç qışqırıb hay-küy sala bilmədi. Qara eynəkli sürücü sükandan elə bərk yapışmışdı ki, qollarının damarları şişmişdi. Arzunun sağında-solunda əyləşmiş oğlanlar hələ də qızın qollarından tutmuşdular.

- Siz kimsiz? Hara aparırsız məni? Nə istəyirsiz? - Nəhayət, özünə gələn Arzu soruşdu.

Oğlanlar susmuşdular.

- Eşitmirsiz! Cavab verin! Qatillər! Cinayətkarlar! Axı siz kimsiz!

Yenə cavab yox. Cip sürətlə qum yolda şütüyürdü. Arzu anladı ki, tələdədir. Zəif qız bu cəmdəklərlə nə edə bilərdi? Qız dəhşət içində gözlərini yumdu. "Aman allah.... bunlar kimdi... hara aparırlar... məni zorlayacaqlar... öldürəcəklər... axı niyə... ya rəbbim, kömək et mənə..."

Link to comment
Share on other sites

Cip kişik bir həyətə daxil oldu. Talvarın altındakı masa altında əyləşmiş bir kişinin gölgəsi həyətin daşlarına düşürdü. Oğlanlar Arzunu maşından aşağı saldılar, özləri isə düşmədilər. 

Səs eşidən kişi ayağa qalxıb cipə yaxınıaşdı.

- Siz kimsiz? - Arzu heyrətlə soruşdu

- Keç əyləş. Səninlə işim var.

Arzu əyləşmədi. Düşündü: qışqırım, kimsə köməyimə gəlsin... amma yox, kimdi burda məni eşidən....

Kişi masa arxasında əyləşdi, ayaqüstə dayanmış Arzunu süzdü.

- Gözəl qızsan... deyilənə görə həm də bacarıqlısan, savadlısan... və tərssən... - kişi gülümsədi - gözəllər şıltaq olur, şirin olur...

Arzu bu əttökən sözlərdən üz-gözünü turşutdu.

- Yaxşı... söhbəti uzatmayaq. Diqqətlə qulaq as mənə. Sənə 2 gün vaxt verirem. İşlərini burda yekunlaşdır və Bakıya qayıt. Bu da sənin ərizən. İmzala.

 

Arzu heç nə anlamırdı. Bu kişi kimdi, niyə mənə ərizə yazdirir...

- Mən bu rayonun icra hakimiyəm. Vüqar da mənim bacım oğlumdu. Bu rayonda ən yeməli, nüfuzlu, çörəkli yerlərdə mənim adamlarım işləməlidir. Anladın? Anladınsa, imzala, get.

 

Arzu titrək əliylə ərizəsini imzaladı. Qoçular yenə də qızı maşına basıb apardılar, ofisin yanında düşürdülər. Cip gözdən itdi..

Link to comment
Share on other sites

Arzu tək-tənha qaranlıq küçədə dayanmışdı. özünü elə tənha, köməksiz, aciz hiss edirdi ki... Hönkürüb ağladı. Qarmaqarışıq fikirlər, hisslər ona iztirab verirdi. İndi nə edə bilərdi, kimdəm kömək gözləyəydi... Ağlaya-ağlaya evə yollandı.

Qapını açıb içəri keçdi, çantasını kənara atıb yatağa uzandı. Yenə hönkürdü. Aldığı stressdən sakitləşə bilmirdi. Ağladıqca, içindəki həyəcan, qorxu azalmırdı...

Beləcə göz yaşı içində səksəkəli yuxuya getdi.

Link to comment
Share on other sites

Qəfildən telefonun səsinə ayıdl: sms gəlmişdi. Arzu saata baxdı - gecə üçün yarısı idi. Sonra sms-n kimdən gəldiyinə baxdi. Seymur idi. "Əzizim, gec yazdığıma görə bağışla, yata bilmirəm, dözə bilmirəm sənsizliyə... Pisəm... çox pis..."

"Mən də pisəm..."

Həmən an Seymurdan zəng gəldi - Nolub, Arzu, sən hardasan? - həyəcanla soruşdu

Arzu hıçqırıq içində olanları Seymura anlatdı. Seymur:

- Evdən çıxma. Hazırlaş. Əşyalarını götür və məni gözlə. Sənin dalınca gəlirəm. - deyib telefon bağlantısını kəsdi.

Arzu 1-2 saniyə yataqda qaldı, sanki Seymurun dediklərini anlamaq üçün ona vaxt lazım idi. Sonra yerindən qalxıb yol çantasına zəruri əşyalarını yığdı, sənədlərini götürdü.

Otağın işığını söndürüb mətbəxə keçdi. Telefonu masanın üzərinə qoyub gözlərini qaranlıqda işıqlanan ekrana dikdi. Gözlədi.

Zaman sanki dayanmışdı...

Edited by sima nagiyeva
Link to comment
Share on other sites

  • 2 weeks later...

Nəhayət, Seymurdan sms gəldi: çatıram....

Arzu əl çantasını götürüb yaşadığı evi bir də gəzdi - sanki divarlarla, burdakı ab-hava ilə vidalasırdı. əbədi. Burda  Arzunun bir neçə ayı keçmişdi - keçmişini, sevgisini unutmaq üçün bu ev yaxşı həmdəm olmuşdu ona. Amma indi veziyyet dəyişmişdi. Azu getməli idi. Və getdiyinə sevinirdi.

 

Arzu aşağı, qapı önünə düşdü, Seymuru gözlədi. Dan yeri hələ təzəcə ağarırdı. Sərin meh ağacların budaqlarını yelləyirdi. Arzu uzaqda görünən binaya baxdı - iş yeri ordaydı, amma Arzu oranı blə qəfil tərk etdiyinə heyifsilənmirdi. "Gərək Tamerlana xəbər edəm ki, gedirəm.... daha gəlməyəcəm... nə olursa-olsun, bir daha buralara dönməyəcəm"...

 

Xışıltı eşıdıldi. Seymurun maşını asta sürətlə evə yaxınlaşıb dayandı. Seymur maşından düşüb tələsik addımlarla Arzuya yaxınlaşdı. Seymuru görən Arzu onun qucağına atılmaq istədi, bu oğlanın siinəsinə qısılıb bütün kədərini, ağri-acısını unutmaq istədi. Amma duruxdu. Gözlərini Seymurdan çəkə bilmirdiş

- Çox dəyişmişəm, hə? - Seymur acı-acı soruşdu. 

- Sənə nə olub, niyə belə sınıxmısan? - Arzu həyəcanla soruşdu. - Arıqlamısan, dəyişmisən.... sanki başqa adamsan...

- Gedək, yolda hər şeyi danışaram.

 

Onlar maşına mindilər. Kənd yolundan böyük magistrala çıxana qədər nə Seymur dindi, nə də Arzu. Arzu qıyqacı nəzərlərlə Seymuru süzürdü. Seymur həm həmən adam idi, həm də yox...  Gözlərinin altı qaralmış, saçları çallaşmışdı. Sükanı elə gərgin tutmuşdu ki...

Link to comment
Share on other sites

- Hə, danış, - Arzu hövsələsiz şəkildə soruşdu

- Əvvəl sən danış, belə qaçmağın səbəbi nədir?

- Səbəbini bilirsən.... Amma ərizəm onlarda qaldı...

- Nə olsun? Sabah gedib müdirə hər şeyi danışarsan, ərizən nəzərə alınmaz.

Yenə susdular.

- Sən elə bil qocalmısan, - Arzu dilləndi

- Düzdü... özümü qoca hiss edirəm, sanki çiyinlərimdən daş sallanıb... Yaşadıqlarım məni qocaltdı

- Nə olub ki?

- Bu aylar ərzində çox sarsıldım... sənə elə ehtiyacım vardı... Heç nə istəmirdim, sadəcə səni görmək, səsini canlı eşitmək, əlindən tutub gözlərinə baxmaq... və səndə axtardığım ruhi rahatlığı tapmaq...

Link to comment
Share on other sites

  • 3 weeks later...

Maşın alatoranlıqda boş yolla şütüyürdü. Arzu Seymurun yaninda elə rahat idi ki.... Gözlərini yumub təkərlərin səsini dinləyə-dinləyə fikrə getdi, anlayırdı ki, Seymurun həyatında ciddi nələrsə baş verib, amma soruşmağa ürək etmirdi - birdən soruşar, Seymur da keçmişi xatırlayıb yenidən sarsılardı?

Nəhayət, Seymur özü sükütü pozdu:

- Gecələr, tək qalanda həmişə səni xatırlayırdım. Səninlə danışırdım - səssizcə, ürəyimdə. Kimsə bilmirdi bunu, istəmirdim bilsin.... elə bilirdim, səninlə xəyalən danışdıqca mənəvi rahatlıq duyuram, elə bilirdim yanımdasan... Nailə mənə od qoydu... od...

- Nailə?

- Hə... Son zamanlar aramız lap soyumuşdu... Elə vəziyyətdə idim ki, evə getmək istəmirdim, Yusifi düşünürdüm, ona görə məcbur ollurdum... Sən təsəvvür etmirsən, sənə ruhən yad olan bir adamla bir dam altında yaşamaq nə deməkdi... Hər şey - Nailənin hər sözü, hərəkəti, səsi məni dəli edirdi, əsəbləsdirirdi, hərdən özümü ən murdar adam kimi duyurdum, axı Nailənin nə günahı vardı... heç bir günahı yoxdu... günah məndədi, ancaq məndə... Amma neynim, ürəyimin əsiriyəm... sevginin acıyam...

Link to comment
Share on other sites

- və bir gün... Nailə... bir ovuc dərman içib intihar etmək istədi... Xilas etdik onu, amma hamının yanında gözü kölgəli mən oldum... Nailənin huşu özünə qayıdan kimi hamıya dedi ki, mən onu bu vəziyyətə salmışam... Qohumlar da onun tərəfini tutdular... Mən o evdə daha qala bilməzdim. İndi neşə müddətdir ki, ayrı yaşayıram... Bir az sakitləşmişəm, amma Yusifi görmürəm nə vaxtdı. Nailə onu məndən gizlədir...

Link to comment
Share on other sites

- Boşanırıq. Nəhayət... bilirsən, nə qədər iftiralar oldu... nə qədər dava-dalaş... Nailəni bu qədər səviyyəsiz, həqiqi mənada ləçər, ifritə bilməzdim... qan uddurdu mənə, qan...

- Görünür, səni çox sevir... ona görə də nifrəti bu qədər böyükdür....

- Nə deyim... Sevginin, nifrətin zəminində nə dayanır, bilmərik... bu gün sevirik, sabah nifrət edirik... hər şey adiləşib sanki. Amma belə olmasını istəməzdim. Biz mədəni şəkildə ayrıla bilərdik, mən Yusifi də görərdim, təmin edərdim onu - maddi-mənəvi, dayaq olardım ona. Nailə də özünə bir gün ağlayardı, ona yaxşı bir iş də tapardım ki, evdə darıxmasın, həm də qazancı olsun, layiqlı ömür sürsün... Amma o... o, hər şeyi məhv etdi... Həqiqətən, qadınlar bəzən çox şeyi düzgün anlamırlar...

Link to comment
Share on other sites

- Neyləsin.... qadın ürəyi çox şeyə dözmür...

- Amma reallığı nəzərə almaq lazımdı! Guya boşanmasaydıq, xoşbəxt olacaqdıq? Kimə lazımdı bu yalançı, saxta ailə? Təki camaat elə bilsin ki, biz normal ailəyik! Axı aile deyilik! Ailə belə olmur!

Seymur əsəbi halda siqaret yandırdı. Arzu susmuşdu.

- Bağışla, Arzu, kəskin danışdım... amma içim doludur...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 144 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 123 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...